Prof. Dr.; Gürcistan uyruklu; Ardahan Üniversitesi öğretim üyesi




Yüklə 0.67 Mb.
səhifə2/9
tarix22.02.2016
ölçüsü0.67 Mb.
1   2   3   4   5   6   7   8   9

626-da Xəzər-Türküt döyüşçüləri Cəbu xaqanın və oğlunun sərkərdəliyilə Sasanlılara, Albanyayı yenərək, gəlib 627-in yayında Tiflis'ə çatmış, Bizans ləşgəriylə birləşərək, şəhər əhalisini qalada mühasirəyə alıb əzmiş, qala divarlarının bir hissəsini dağıtmış, bir il sonra Tiflis əhlini yenidən sıxıntıya salmış, Şəmşöldə'yi (Samşvilde'yi), Kaspi'yi, Qazağ'ı, Hunan'ı ələ keçirmişdilər. Həmən vaxtlar buralarda Xəzərlərin dəstəyilə Bizanslılar hakimlik etmişlər.

* *

Qədim toponimlər də yaddaşdır.



B e r d u c i – salnamələrdə dönə-dönə qeyd olunmuş, Bördüzü deyə Borçalı adının ilginc biçimlərindən biri (Bördüzü–Börçala) sandığımız bu çay sonralar Dəvəd (Dəvəlik), Borçalı adlanmış irmağın aşağı axarıdır, Qorqasal'ın salnaməçisi Cavanşir Bördüzü çalasının Gürcüstan'la Arran arasında olduğunu bildirmişdir və Bördüzü başqa bir Gürcü xronikaçısı Sumbat Davitisdze'nin əsərində kənd, yazarı bəlli olmayan Ərəbcə “Aləmin Hüdudu” kitabında kiçik şəhər nişan verilmişdir; C o r a p o r – Göyər əyalətində mahal, Albanya ilə Ərməniyə'nin sınırı, Albanya'da qəsəbə deyə qaynaqlarda anılmış bu toponimi Qrabarca çala, çökək anlamlı dzor (vəya Ərəbcə eyni anlamlı Çur) ilə Por (Bor-Börü) kəlmələrinin birləşməsi (diqqət et: Corapor – Çala Bor – Borçala) sanırıq və xatırladırıq ki, bu mahalın yeri gah Şüləver, gah Şəmşöldə, gah da Loru'dakı Dzoraket (Kolagirən) məntəqələri güman olunur; bunlardan başqa, M. Hörənli'də Bərdas-Por vilayəti, Bartkəz bağçası, başqa qaynaqlarda Alget (Əlyət) sahilində Barshıs, Lök dağı ətəklərində Bördiki qalaları, Bördüzü çayının yuxarı axarına yaxında Barzlic gölü deyə anılanlar da diqqəti cəlb edir.

Hunların ilk xaqanı Duman Xan'ın (m. ö. 220–209) adıyla, Tuman (Tümen) tərəflərdən gəlmiş Dumanlarla ilişkin olduğu bildirilən, M. Hörənli'də Dumanik, “Dədə Qorqud”da Tumanin deyə xatırlanan D m a n i s ; ilk dəfə Orbi (Qartal) yaxud Orbet (Qartallı), bəlkə də Örpək, sonra Şəmşidli (Gürcücə: Samşvilde – tərcüməsi: Üç ox vəya Oxluq, Kamanlıq) adlanmış, qaynaqlarda Şəmşüd, Səmşüld, Şəmşəd, Şəmşöldə deyə də anılmış, M. F. Kırzıoğlu'nun “Dədə Qorqud”dakı İç Oğuz elbəyilərindən Şir-Şəmsöld'ün mənsub olduğu boyla ilgilədiyi Şəmşöldə; ən öncə adı Kürqala olmuş, sonrakı H u n a n ; Sasanlı, Xəzər-Türküt naiblərinin iqamətgahı olmuş S u r t a y (bu toponimi Qrabarca çökək, çala anlamlı dzor, Ərəbcə də eyni anlamlı çur, yaxud sədd anlamlı sur, tac anlamlı sərir və əski Türkcə, Pəhləvicə dağ, Ərəbcə başlanğıc, Gürcücə baş anlamlı tau-tavi kəlmələrinin birləşməsindən düzəlmiş olduğunu zənn edirik; ayrıca, Kolagir–Kolayır toponimi də onun qarşılığı ola bilər, belə ki, Kol Hunca, Xəzərçə çökək, çala anlamlıdır və gir, ayır əski Türkcədə yer, dağ anlamlıdır); Hunan'la Tiflis arasında yerləşmiş, Nuşirəvan'ın şenləndirdiyi K ə n d m a n (Qardman) şəhərləri, qəsəbələri önəmli strateji, ticarət, sənət məntəqələri kimi seçilmişlər.

Qaynaqlarda Kəndman, Cor (Corak), Kol, Kəngər, Zop, Saqim (Cəhim), Daşır, Surtay əyalətləri yanaşı xatırlanır. Sözgəlişi: Ehramçay'ın qədim adı haqqında qısaca deyək ki, onu Strabon Xan, Ptolemey Kəsnə, Gürcü qaynaqları Ksia kimi anmışlar və bu adlar, bizçə, Yafəs'in nəvəsi, Oğuz'un əmisi, Kür xanın qardaşı Küz xanla (Küzsu, Küzçay), özlərini xan adlandıran Turanlı Hunlarla, onların əcdadları Hsia sülaləsiylə, qədim Türk qövmü Kösə ilə, Gürcücə Xram adının tərçüməsi yarğanın oxşarı kəsə kəlməsiylə (Kəsəçay) ilgili ola bilər.

Doğma yer adlarımız da sirli mətləblər soraqlayır. O sıradan

Şumerləri – Şahmarlı;

Sakların ayrım tirəsindən Sayatları – Saatlı;

Kimmərləri – Qəmərli, Qomaret, Qombor;

Kimmərlərin tirəsi Trərləri – Trialet;

Oğuzsoylu Bayları – Bəylər;

Bozox-Bozoğluları – Bəzəkli;

Bulqarların Qıpçaq tirəsi Kolları (Qulları), Alban tayfası Kelləri – Kolayır, Güləver, Qullar, Ağqula, Dəştiqullar;

Bulqarların tirəsi Sodaqları – Sadaxlı;

m. ö. Midyada əsas tayfalardan biri olmuş Muğları – Dağ, Bala, Qaş, Kirəc, Sərtçala, Yor Muğanlıları;

Xəzərləri – Kazret, Qazlar, Qazlıq, Kaspi, Kazbeq;

Xəzərlərin qövmlərindən Ulaşları – Ulaşlı;

Tabınları – Tapan;

Qaracörləri – Qaracalar, Qaraçöp;

Qabarları – Qabırrı;

Getləri – Gödəklər, Gödəkdağ;

Göyərlərin qövmü Sarvanları – Sarvan;

Ağ Hunlar sayılan Abdalları – Abdallı;

Ağ Hunlar tirələrindən Padarları – Baydar;

Tələləri – Dəllər, Tüllər, Ağtala, Təhlə;

Qara Hunlar tirəsi Quşanları – Quşçu;

Türkütlər tirəsi Tanaları – Tona;

Sakların, Bulqarların tirəsi Təkələri – Təkəli, Beytəkər;

qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolusları – Bolus (Bolnis);

Kəpənəkçiləri – Kəpənəkçi;

Sabirləri – Saburtala, iki yuz əvvələcən mövcud olmuş Sarısabirlər;

Oğuz oğlu Uruzu – Oruzman;

Uruz xan nəslindən Qırıxları – Qırıxlı;

Oğuz tayfası Əymirləri – İmir;

Oğuzun vəziri Ata Erkili – Arxılı;

Leqləri – Lök;

Xunan şəhərini, Xan çayını (və Sen-Martinin əsərində adı çəkilən Xantsıx qəsəbəsini) – Xancığazlı...

toponimlərimiz yada salırlar.

Bu civarda iki karvan yolu qovuşurmuş – bir yol Hunan şəhərindən, Ləkzən dağı ətəklərində Kəndman şəhəri yaxınından Ləzə bazarından keçir, bir yol da Bördüzü çayı boyunca gəlib Ləlvər dağı ətəklərindəki Ləl bazarından keçirmiş və hər iki yol Tiflis'ə gedirmkş; karvan məntəqələrindən biri də Alget'in sağ sahilində imiş və Dmanis'ə yol buradan ayrılırmış.

Mifoloji şəcərəmizə də görə, Borçalı bozqurd – börü oylağıymış və ulu əcdadlarımızı – börü ürəkli, bəbir biləkli oğulları bu barlı-bərəkətli torpağa həmən görklü varlıq gətirir; dünyanın lap əzəlində, Adəm Ata'nın vaxtından bir az sonra ulu anamız Anaxatır'a – Ehramçay'a mehrini salır, burayı yurd seçir. Bir çox əsatirlərdə Borçalı Oğuzların vətəni kimi təqdim edilir, Oğuz oğulları bu torpaqda qayalaşır, qalalaşır, yurdu yağılardan qoruyurlar. Əsatir örnəklərimizə görə, Borçalı məmləkətinin igid oğulları Uğur'dur, Alp-Ərən'dir, Borçalı gözəllərinin adları Xatun Çiçək, Xatun İpək'dir, Borçalı çəmənlərinin bəzəyi çobanyastığı, nərgizdir, Borçalıların ulu babaları Günəşə qurban kəsərmişlər, ağaclardan çinarı, almayı, ənciri, iydəyi, dağdağanı, heyvanlardan börüyü, maralı, ilanı, inəyi, atı, qurbağayı sınaqlı, uğurlu bilmişlər, saza-sözə tapınmışlar.

644-dən Tiflis və yörələri də əmirlik adıyla Ərəb xilafətinin tabeliyinə keçdi, buralar xəlifət, Bizans və Xəzərlər arasında hərb meydanına dönüşdü, İslam ordusu burada düşərgə salıb İslamı yaydı. Tarixyazarların soraqladığına görə, Ərəblər Cardaman, Hunan, Kisal, Qustasçı, Şavşet, Bazalet məskənlərini dinc razılıqla, könüllü olaraq fəth etdilər (Əhməd Bəlazurili), burada davasız olaraq bir çox qalaları və Tiflisə yaxın bir neçə şəhəri də ələ keçirdilər (Əbülhəsən Əsirli oğlu). Tiflis'də, Kəndman'da, Hunan'da, Dmanis'də Ərəb əsgəri bölükləri yerləşdirildi. Müsəlmanlar Hunan'da da ordugah quruban bu qəsrə, İstəxrili'nin yazdığına görə, Turan qalası adı verdilər. Bəlazurili'nin bildirdiyinə görə, sərdar Mərvan Hunana yaxın yerdə Kisal adlı şəhər (Kosalı kəndləri ağla gəlir) saldı, onu Ərəblərin Xəzərlərlə mücadilə düşərgəsi seçdi, buradan 20 min Xəzəri Kaxet'ə köçürdü. 729-cu (hicri 111) ildə Xəzər xaqanının Barsıl xatunundan doğulan oğlu Bərcil'in sərkərdəliyilə 300 minlik Xəzər ləşgərinin Ərəblərlə vuruşduğu, Tiflis'i tarmar etdiyi, həmən çağlar Qıpçaqların Gürcülərə qoşulub Ərəblərə qarşı çıxdıqları, 852-də sərdar Buğa Türk'ün burada da üsyanı yatırdığı, Azərbaycan əmiri Əfşan'ın buraları dağıtdığı, 854-dən Tiflis'ə, onun yörələrinə hakimlik etmiş Abbaslı Ərəblərin Daryal quzeyindən 300 ailəyi əsgəri güc kimi gətirib Dmanis'də yerləşdirdikləri İslam və Gürcü salnamələrindən bəlli olur. 80-li illərdən iki yüz il Tiflis əmirliyinə Cəfərlilər Ərəb sülaləsi hakimlik etdi, Tiflis'də əmirlik əvvəlcə Narınqala'da, sonra İsan'da (Ərəbcə: qala) Ərəblərin ucaltdıqları Sağdəbil qəsrində iqamət qurdu. Bu illərdə Tiflis'də və yörələrdə müsəlmanlar çoxaldılar və Ərəb səyyahı Əbülqasim Havqəl oğlu'nun soraqladığına görə, bu müsəlmanların əksəri sünnü təriqətinə qulluq edirdi. O vaxt burada Türkmanların da yaşadığına Gürcü qaynaqları tanıqdırlar (“Gürcüstan'ın Yaşamı” vb.). Barsılların bir qisminin quzeyə və güney-günbatara yayılmağı da bu çağlardan başlandı. 9-cu yüzildən Dmanis də İslam'ın qüdrətli ocaqlarından birinə çevrildi, bəlirli zaman kəsimində əmir burayı mərkəz seçdi.

9-cu, 10-cu yüzillər aşırımında xilafət zəifləyən vaxtlar Azərbaycan'da ortaya çıxmış Sacoğlular xanədanı, böyük bir əraziyi ələ keçirmiş Ərdəbil Salarlılar, Təbriz Rəvvadlılar dövlətləri buralardan xərac götürürdülər. 970'li illərdə burada Daşır–Corak Alban şahlığı yarandı, onun mərkəzi öncə Şəmşöldə, sonra Loru oldu.

Oğuzların Qınıq tayfasından olan Səlçuqlar 10–11-ci yüzillərdə Türkçülük, İslamçılıq bayrağı altında kütləvi halda bu tərəflərə axışdılar, tarix bilgini Nodar Şenqelia'nın dililə desək, “müntəzəm olaraq Gürcüstan'a soxulub önəmli strateji və inzibati məntəqələri tutdular... Gürcüstan ərazisinin Türkləşməsi qorxusu ortaya çıxdı”.

1064-cü (h. 456) ildə Səlçuq sultanı Alp Arslan öz ləşgərinə Təbriz'dən 15 min seçmə atlı və 5 min piyada döyüşçü qoşub, Araz tərəfdən Kəngər'ə, Loru-Daşır'a gəldi, Loru, Şəmşöldə qalalarını fəth etdi, üstəgəl də, Səlçuq salnaməçisi Sədrəddin Huseynli'nin soraqladığı kimi, Loru əmirinin qızıyla evləndi və qohumluq, ana dili birliyi səbəbindən “bu mahalların əhli sultanın hüzuruna çıxıb İslamı qəbul etdi, sultan bu çəhətdən çox məmnun oldu, hamısının qüsul və abdəst alaraq təmizlənməsini buyurdu, kilsələr yıxıldı, məscidlər tikildi”. Səlçuqnamələrdən, “Gürcüstan'ın Yaşamı” adlı Gürcü salnaməsindən, başqa qaynaqlardan görsənir ki, 1067–68-də Alp Arslan Tiflis'i, Bostanşəhər'i (Rustavi) fəth etdi, beş ay burada qaldı, Tiflis'də Süleyman peyğəmbərin yadigarı Kükürdlü hamamı bərpa etdirdi, şəhərdə Cümə məscidi inşa etdirdi, Gəncə Şəddadlılar hakimlərindən I Şahvur'u, sonra II Fəzl'i buralarda öz valisi qoydu; bu sırada üsyan edən Qaq qalası xalqı yatırıldı, Fəzl, Qaq'da, Qayazin'də möhkəmləndi. (Sözgəlişi: Qaqı David Musxelişvili Ağçaqala zənn edib, bizcə, Ağcaqala yerindəki qala Qurdbasar adlanmışdı, Qaqı arxeoloji tədqiqlərin 10-cu yüzildən varoluşunu təsdiqlədiyi Qoçulu qalasıyla ilgiləmək daha məntiqlidir və xatırladaq ki, bu gün də Borçalıda möhkəmliyin ifadəsi olaraq “Qaq qalası kimi” deyimi qalıb; Qayazin isə Arıxlı ilə Kolayır arasında yarğanın sağ qaşında yerləşirmiş).

Bu aralar Gürcü şahı IV Baqrat öz qızını Səlçuq vəzirinə verib barışdı. Sədrəddin Hüseynli'nin Səlçuqnamə'sindən aydınlaşır ki, Alp Arslan Tiflis'də vaxtilə Davud oğlu Süleyman'ın hazırlatdığı təbii isti hamamlar yanında məscid tikdirdi. Səlçuqların düşərgə-istehkamlarının Yağılca düzündə olduğu, Səlçuq sultanı Malik Şah'ın Şəmşöldə'yi ordugah qurduğu, onun əsgərlərinin 1076-da Gürcü silahlılarını Alget çayı qıyısında qılınçdan keçirdikləri, Loru–Corak, Dmanis mahallarını da özünə tabe etdiyi, sərkərdə Sərhəng Sivtəkin'in başçılığıyla iki minlik Səlçuq ləşgərinin Yağılca'da saxlandığı, sonra Eldəgəz hökmdarı Qılıc Arslan'ın 80 minlik ləşgərlə buraya hücuma keçdiyi, Malik Şah'ın qohumu İsmayıl Qütbəddin'in buralarda vali olduğu haqqında da qaynaqlarda bilgilər verilir. Hər il yaz gələndə yeni-yeni Səlçuq kütlələri buraya axışırdı. “Gürcüstan'ın Yaşamı” salnaməsindən: “Türklər ölkəyi talayıb yağmaladılar, əhaliyi qılıncdan keçirdilər, ormanlarda, yaxud mağaralarda gizlənmişləri də tapdılar. Bu, Gürcüstan'da ilk Türklük (Turkoba) idi”. Şahlar şahı David'in salnaməçisinə görə, Səlçuq Türkləri qışı Qaçian'da, Ovçala və Diğom'da, Kür və Yor sahillərində keçirir, yayda öz barxanaları, mal-qaralarını yığışdırıb Tiflis'dən Bərdə'yə qədər Kür və Yor boylarına, Ağrı dağına yayılırdılar, Şəmşöldə, Dmanis, Rustav, Hürnəbürc, Qayazin, Qaq və başqa qalalar onların ixtiyarındaydı. “Səlçuqlar Tarixi” adlı Türk xronikasından böyük Türkman kütlələrinin ovalarda və yaylalarda heyvanlarıyla yaşadıqları, “bu yörələrdə fırsat bulduqca Gürcü ölkəsinə yağma və axınlar yapdıqları da” aydınlaşır.

* *


11-ci yüzilin sonlarında Gürcü şahı IV David (Quruçu David) Səlçuqlara xərac verməkdən boyun qaçırdı, Tiflis'i və yörələri onların yönətimindən çıxarmaq üçün tədbirlər tökməyə başladı. Bundan ötrü o, 1118-də Daryal vadisinə kedib quzeydəki Kuman-Qıpçaqların Gürcüstan'a əsgəri yardımı haqqında sövdələşdi, Gürcü salnamələrində deyildiyi kimi, hər ailənin öz atı və silahıyla bir döyüşçü vermək boynuna qoyuldu.

Adət və ləhcələrilə Oğuzlara oxşayan, sonra onlarla və Ruslarla yola getməmiş, Rus qaynaqlarında Poloves, Avropa qaynaqlarında Kuman deyə anılan bu Qıpçaqlar İdil-Ural-Don çayları hövzələrində yaşayırdılar. Ərəb yazarı Əbu Abdullah Diməşqi belə soraqlamışdır: “Qıpçaqların bir çox oymaqları var. Bütünü Türkdür: Börkü, Toksoba, İtoba, Bərək, İləris, Burçol, Kəngərol, Yimək. Qıpçaqların daha kiçik uruqları da var. Bunlar: Tok, Başkirt, Kumandur, Bərəndi, Bəçənə, Qarabörklü, Uzun və Çürtən”. Buradakı Burçol, Qarabörklü adları diqqəti çəkir. Qədim Barsılların törəmələri hesab edilən və Ərəb alimi Nüveyrili'nin ensiklopedik əsərində Burcoğlu deyə, 1185–1193-li illərə aid Rus salnaməsində Qarpat dağları yamaclarında, Dnepr sahillərində Qıpçaqların iri yığamatı kimi Burçeviç deyə də anılmış həmən Kuman-Qıpçaq oymağı B u r ç o l l a r l a da Borçalıların etnotarixi bağlılığı düşünülür. Mirzə Bala: “Kıyılarında yaşadıqları nəhrin və bölgənin adı olan Borçalı ilə Qıpçaqlardan Borçoğlu əşirətinin adı arasındakı bənzərlik də təsadüfi olmasa gərəkdir” (bu fikri akademik Ziya Bünyadov da təkrarlamışdır). İslam qaynaqlarında Qarabörklü, Moğolca siyah külahan, Rus salnaməsində Çyornıye Klobuki (Qara Şişpapaqlar) deyə anılan əşirəti Qarapapaqlar oxuyub düşünmək mümkündür.

Quruçu David Kuman-Qııpçaqların hökmdarı Ətrək'in qızı Qurantaxt'la evləndi, bu döyüşkən tayfa güçünə öz ordusunu möhkəmləndirdi. Ağüzlü, sarısaçlı, göygözlü, Türk irqinin sarışın gözəl soyundan olan bu Kuman-Qııpçaqlar Kür dolaylarını şenləndirib, yavaş-yavaş gündoğara və güneyə doğru səpələndilər. Gürcü-Qıpçaq döyüşçüləri Kür kıyılarındakı Səlçuq-Türkmanları ani basqınla məğlubiyətə uğradıb, 1121-ci (h. 515) ildə Tiflisi Gürcü şahlığının paytaxtı bəyan etdilər.

Marağa hakimi Ağ Süngər'in ləşgərinin Gürcü–Qıpçaq döyüşçülərilə Bördüzü'nün yuxarı qismində vuruşu da bu vaxtlar oldu. Şah David'in salnaməçisinin sorağına görə, Gəncə, Tiflis, Dmanis taçirləri və eləcə də sıxışdırılan Türkmanlar sultan Mahmud'un yanına gedib, ondan kömək görsətməyi rica etdilər, sultan fərmanıyla Səlçuq-Türkman ləşgərinin Məngilis yoluyla hücumu oldu.

Salnaməyə görə, quzeydən əsgəri güc kimi gələn Qıpçaqlar 40 minlik atlı-suvari əsgər və 5 min seçmə döyüşçüdən əmələ oluşdururdular. Valeh Hacıyev: Davidin 45 minlik qoşununda 40 min nəfəri bizim dildə danışan Türkləriydi. Z. V. Ançabadze'nin qənaətincə, Qıpçaqların öz ailələriylə köçdüklərini nəzərə alsaq, onda belə çıxır ki, Gürcüstan'a ən azı 225 min nəfər Qıpçaq gəlmişdi və bu o vaxta görə böyük say idi. Onlar nəsilbənəsil bölünərək, əsasən Loru, Şəmşöldə, Bostanşəhər və Sığnaq civarlarına sığınmışdılar. Zəfərlərdə xidmətlərinə görə, Qıpçaq ulusları Tiflis'in güney səmtlərində qışlaq yerləri aldılar, Gürcü şahlığının qoşun sərdarlığı da onlara həvalə edildi, Qurdbasar başbuğ (sərdar) oldu (Azərbaycan Atabəylərinin quruçusu Eldəgəz də Qıpçaq olmuşdur).

Qurucu Davidin oğlu I Demetre'nin yönətimi zamanında Qaq düzündəki Türkmanlar da yenildi. Sözgəlişi: Atası sayaq, Demetre'nin də Müsəlmanlara ehtiram bəslədiyi, üzərində Məhəmməd peyğəmbərin adı həkk edilmiş pul əskinazı buraxdırdığı, cumə-adna günləri məscidə gedib xütbə dinlədiyi, məscidə tez-tez qızıl dinar verdiyi bəllidir. 1139-cu ilin payızında Gəncə'də zəlzələdən sonra Demetre'nin böyük ləşgərlə hücum edib şəhəri yağmalamağına cavab olaraq Səlçuqların Gəncə'dəki əmiri atabəy Qara Süngər Gürcüstan'a iki dəfə həmlə edib buradakı qalaları özünə tabe etdi. Eldəgəz 1160-cı (h. 556) ildə Qaq qalası yaxınındakı düzəndə düşərgə saldı, onun ordusuna bədbəxtlik üz verdi, adamlarının çoxunu ilan çaldı. Şah Giorgi də çoxlu qoşun yığıb gəldi, onunla üzbəüz mövqe tutdu. 1166-da Azərbaycan atabəy ləşgəri Səlçuqlarla birləşib Eldəgəz hökmdarı Məhəmməd Cahan Pəhləvan'ın başçılığıyla daha bir hücum etdi, Loru-Dmanis yaylağına çatdı, vilayəti yağmaladı. Gəncəlilərin, Səlçuqların Qaqa yürüşündə bir neçə Qıpçaq bölüyünün də onlara qoşulduğu qaynaqlardan aşkarlanır. Qıpçaq şahının qardaşı Salavat buradaydı. Giorgi Loruda və Dmanis'də ova çıxırmış, şah ordugahı Şəmşöldə yörəsindəydi.

Qıpçaq axını davam edirdi. 1118–24-lü illər arasında gələnlərə köhnə Qıpçaqlar, 1191–95-li illərdən sonra Qıpçaq sərdarının qardaşı Sevincin rəhbərliyilə gələnlərə yeni Qıpçaqlar deyilirdi. O çağlar Gürcüstan'ın gündoğarında Türklər əhalinin əksərini oluşdurduğundan Gürcü salnamələrində (“Şahlar Şahı David'in Yaşamı” vb.) bu ərazilərə böyük Türklük (Turkoba), Türkmanlıq (Turkmanoba) adları verilmişdir. M. F. Kırzıoğlu'nun fikri yada düşür: “Tiflis vilayətinə “Tərəkəmə Gürcüstan” deyilməsi qoyunçu və ilxıçı Qarapapaq Tərəkəmələrinin burada çox qələbəlik və güçlü olmalarından irəli gəlmişdi”. “Tacdarların Tarixi və İlk Çağları” adlı Gürcü salnaməsində 13-cü yüzildə Bördüzü yörələrində, Dmanis'də Türkmanların (Oğuzsoylu Qaramanlıların) yaşadıqlarına işarə var. Qıpçaqların Tərəkəmə ellərini sıxışdırmağı sonucunda buradan güney məmləkətlərə Oğuz-Türkman köçü oldu. Özəlliklə də, Oğuz-Səlçuqların bir qismi Anadolu'ya getdi, Türkmanlar kimi tanınanların bir qismi İraqa Fərat nəhri qıraqlarına, başqa yerlərə pələsəng düşdü.

Qıpçaq hökmdarı Burduxan'ın qızından doğulmuş gözəl xatun şah Tamar zamanında Səlçuq Qılıç Arslan'ın oğlu sultan Nurəddinin ləşgəriylə Gürcülərin vuruşu da Bördüzü'ylə Alget arasındakı Qurdbasar calasında oldu.

* *

1221-ci (h. 618) il yazda Göytürklərin Borçəy sülaləsindən Cingizli Moğollar Bördüzü tərəfdən qalın ormanlar, dərin dərələr, dağlar keçib Hunan düzündəki şəhəri qalasıyla bərabər dağıtdılar. Qaq mahalını aldılar, o il payızda da Gənçə'dən buraya gəldilər.



1225-də Xarəzmşah Cəlaləddin'in əsgərləri buralarda göründü. Onun yürüşlərini salnaməyə köçürmüş Nəsəvili'nin əsərində deyilir ki, 30 minlik atlı ləşgər Loru şəhərinə yön aldı, onu taladı, çoxlu əsir və qənimət götürdü, Battax gölü sahilində onlara həmlə edən Gürcüləri pərən-pərən saldı, sonra Qaqlı Bəhram'ın üzərinə hücuma keçdi, Xarəzm'li əsgərlər çadırlarıyla mahala səpələndilər, əhaliyi taladılar, çoxlarını da dağlardan, dərələrdən atdılar. Sultan yol ağzında Şəkkan, Əlabad qalalarından yan keçdi, onları dağıtmadı, kafirləri odda yandırdı, Hunan düzündəki Qaq və Qayazin qalalarına gəlib çıxdı, üç ay mühasirədən sonra yörələrdəki oymaqları özünə tabe etdi. 1226-cı il yazda Tiflis'i aldı, yaxın vilayətləri də yerlə yeksan elədi, salnaməçi Rəşidəddin'in xatırladığı kimi, kilsələrin bir qismini uçurdu və onların yerində məscidlərin himini qoydu. 1228-də Cəlaləddin'in buraya daha bir yürüşü oldu. Gürcü şahı, “Qız Məlik” ləqəbli Rusudan Daryal səddini açıb Qıpçaqlardan yeni-yeni muzdlu əsgərlər gətirdi, onları sultanın Bolnis yaxınındakı ordugahına doğru həmləyə göndərdi. Sultan hiddətlənərək, onları əzdi, Tiflis'ə gəlib onu bir də talan etdi. Salnamələrdə Gürcü şahıyla Azərbaycan Eldəgəz hakimi Özbəy arasında Moğollara qarşı birgər mücadilə haqqında andlaşma imzalandığı, Moğollarla vuruşlarda Qıpçaqların igidlik göstərdikləri, Moğolların Avropa gündoğarına səfərə Qıpçaq Qarapapaqları apardıqları da anılır.

14-cü yüzilin ortalarınacan Moğolsoylu Elxanlılara tabe olmuş bu tərəflər öncə müdrik vəzir Rəşidəddin'in oğlu Sutay'ın, sonra süd tərəfdən Türk olan Çobanlı Qazan Xan'ın, Şeyx Mahmud'un, Əmir Xuda'nın ixtiyarında idi. “Gürcüstan'ın Yaşamı”ndan: Elxanlılar Baydar oğlu Hüsü'nün başçılığıyla güclü ləşgərlə Gürcülərə hücum çəkdi, şah Giorgi'yi, bütün başçıları öldürdülər.

1386-da Orta Asya sərkərdəsi, Barlas tayfasından adımanşır Teymurləng'in (Topal Teymur'un) ordusu Yağılca düzündə qərar tutdu. 1394-cü (h. 794) il payızda əmir Teymur Tiflis'dən quzeydəki Qaraqalxan yaylağındakı Qıpçaq köçlərinin üzərinə gedərək, hamısını qəhr və pərişan etdi, orada eyş-işrətlə vaxt keçirdikdən sonra yenə Tiflis'ə gəldi. Sonrakı yürüş zamanı Alget qıyılarında, Şəmşöldə yörələrindəki olaylar Teymur'un səfər salnaməçisi Təbrizli Şami'nin “Zəfərnamə”sində belə yansıtılımışdır: “Bərdə'dən Gürcüstan çivavına gəldilər. Əmir dərhal orduya əmr verdi, vilayətə girdilər, əkinləri kökündən qırıb tarlaları dümdüz elədilər... O möhkəm qalaları tutdular, Müsəlman olanları buraxdılar, olmayanları qılıncdan keçirdilər... Giorgi ox yemiş pələng kimi bir ormana gizlənmişdi”. 1402-də Teymur'un əmriylə əmirzadə Bahadır buralara hücuma keçdi məhsulatı əsgərlər yığdılar, xırmanlayıb yağmaladılar. Əmir vilayətin və nahiyələrin yönətimini Xorasan sərdarlarından Dağca Boran'a həvalə etdi. Gürcü qaynaqlarına görə, Teymurləng tez-tez Qarayazı'da şikara çıxırmış.

“Tacdarların Tarixi və İlk Çağları” 13–14-cü yüzillər aşırımında Gürcü şahı olmuş III Vaxtanq'ın ləşgərində min nəfər Qıpçağın döyüşdüyünə tanıqlıq edir.

Xarəzm'lilərə qohum Misir Əyyublu dövlətinin çağırışıyla oraya getmiş Kuman-Qıpçaq soylu Ulu-Barlı zümrəsinin Burçol (Burçoğlu) elindən bir dəstə dəliqanlı o vaxtlar pulla alındıqlarına görə Məmlük (ağ qul) adlanaraq, Əyyublu sultanlığının seçmə əmələsini oluşdurub, sonra köləlikdən azad olub özləri Məmlüklər tutub, sülalə quraraq hakimiyətə keçmişlər. bilginlər həmən Məmlüklərin Bəhri, Burci (Börci) sülaləsini Qafqazdan getmə, bəziləri də Qıpçaq Borçal oymağından, Borçalılardan törəmə saymışlar. M. F. Kırzıoğlu: “Xəzər dövləti yıxıldıqdan sonra Kuman-Qıpçaq topluluğuna qatılan Borçalılardan Misir'də yerləşənlər sultanlığa da keçərək, Qıpçaq Türkcəsinin bu ölkədə yayılmasına xidmət etdikləri kimi, ən böyük İslam–Türk padşahlarından sayıla bilmişlər”. Misir, Surya və başqa məmləkətlərə, Məkkə, Mədinə'yə də hakimlik etmiş bu Məmlüklərin məşhur bəyləri Moğollarla savaşlarda gorsətdiyi hünərlərlə ilgili dastan qəhrəmanına çevrilmiş I Bəybars, Kalavun, Barkük, II Barsbəy, Malik Burci, 1517-də Osmanlıların taxtdan saldıqları Duman bəy vb. olmuşlar. Sözgəlişi: Kuman-Qıpçaqların Burçol adı 14-16-cı yüzillərdə Romən (Rumın) dövləti içində də görükür.

Gürcüstan'da qalan Qıpçaqların bir qismi özgə millətlərlə qohumlaşmaqla onlara qarışmışlar. Elə ellər, obalar, nəsillər olub ki, bir qismi Müsəlman, bir qismi Xaçpərəst olub. Xaçpərəst Qıpçaqlara Gürcülər Nakipçaqara, yəni Qıpçaqdan qalma, onların Müsəlman yurddaşları isə Qaxdağan, yəni Qaxınclı deyiblər. M. F. Kırzıoğlu Borçalı'dakı ikiqapılı kilsələri tez-tez din dəyişmiş, bir qismi Müsəlman, bir qismi xaçpərəst olmuş tayfaların – ikidinli Qıpçaqların ibadət ocaqları sayıb. Sözgəlişi: Gürcülər arasında az-çox yayılmış Saakadze, Sakaşvili, Kokaraşvili, Xazaradze, Basilaşvili, Turkadze, Burçanidze, Oğuzaşvili, Tataraşvili kimi, Qibçaqaşvili (Qıpçaquşağı) soyadının da kökenbağlılığı ilginc məsələdir.

* *

Yazı qaynaqlarındakı bilgiləri bu civarlarda aparılmış arxeoloji qazıntıların nəticələri də tamamlayır. Sirvuclu qaya astanasında qəlbilənən Qoçulu qalasında aşkarlanmış 10–13-cü yüzillərə aid yeraltı keçid, hamamlar, saxsı qablar, bəzək əşyaları, özəlliklə də, Ərəb əlifbasıyla Quran ayəsi yazılı gil qabları tədqiqatçılar (M. Sinauridze vb.) İslam örnəkləri hesab etmişlər. (Sözgəlişi: El söyləncələrinə görə, bu qalayı Surya'nın Cabala şəhərindən buraya pənah gətirənlər uçaltmışlar. Xatırladaq ki, Cabala'dan əhali bir dəfə Müsəlmanların təzyiqilə 638-ci, bir də Bizanslıların təzyiqilə 968-də köçmüşdür). Arıxlı'da 10–13-cü yüzillərə aid üzə çıxarılmış ikipəncərəli kilsə, bu kilsə içində quyu məzar (mərhum üzü gündoğara dəfn edilmişdir), daş sanduqə tabutlar, səkkiz otaqlı yaşayış binasının, açıq hamamın qalıqları, cürbəcür çoxrəngli və sadə saxsı qablar önəmlidir. Arxeoloqlar (M. Sinauridze vb.) belə qənaətə gəlmişlər ki, həmən yerdə şəhər varmış, çayın yüksək qayalı sağ sahilində qəsr, aşağıda hər iki sahildə yaşayış məskənləri yerləşirmiş. Oradakı kilsə də, məzar da, başqa arxeoloji örnəklər də Qıpçaq tiplidir. İmirdə tapılan 13–14-cü yüzillərə aid məzar və ondakı əşyalar – parça qalığı, qızıl-gümüş üzüklər, bilərziklər, mirvari, mərcan muncuqlar, dəmir bıçaq, ox ucları, Qaçağanda dairəvi qübbəli, künbəzli, güney səmtdən qapısı olan türbə, burada dörd qəbir ilgi çəkir. Bilginlər (R. Dolaberidze vb.) “tipinə, dəfn adətinə, ləvazimatların tərkibinə və düzeyinə görə” bu məzarların Qıpçaqlara aidliyini bəlirləmişlər. Dmanis'də 13–14-cü yüzillərə aid şəhəryanı Müsəlman məzarlığından tapılmış 1204 –1205-li illərə aid kufi, süls və nəsx xətlərilə yazılı epitafiya abidəsinin, 1340-cı (h. 741) ilə aid, üstündə “Sahibi: Kərəm xan” sözləri həkk edilmiş daşdanyonma at heykəlciyinin də dəyəri əvəzsizdir. 14-cü yüzilə aid üçü Dmanis'də, biri Balıc'da, biri də Şüləver'də künbəzli, yastı daşlardan hörülmüş, gündoğardan qapısı, quzeydən və güneydən pəncərələri olan dördkünc Müsəlman türbələri və onlarda Quran ayələri həkk olunmuş daş sanduqələr aşkarlanmışdır.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə