Press-reliZ 10 aprel 2009-cu IL Bakı, Azərbaycan




Yüklə 23.3 Kb.
tarix05.03.2016
ölçüsü23.3 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ

10 aprel 2009-cu il

Bakı, Azərbaycan


  • EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİNDƏ ŞAHİDLƏR DİNDİRİLDİ

  • ANDRES HERKEL NOVRUZƏLİ MƏMMƏDOVLA GÖRÜŞÜB

  • GÜNDƏLİK BAKI”-NIN DAHA BİR MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

  • GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI DAHA BİR İDDİA

  • MÜŞAHİDƏ ŞURASININ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN ADINI YAXIN GÜNLƏRDƏ AÇIQLANACAQ

  • ANDRES HERKEL NAXÇIVANA SƏFƏR EDİB



EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİNDƏ ŞAHİDLƏR DİNDİRİLDİ
Bu gün (10 aprel) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Bugünkü prosesdə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlər dindirilib. Məhkəmədə şahid qismində RATİ əməkdaşları Mirrəhim Həsənov, Rasim Əliyev və “Dalğa” Gənclər Hərəkatının üzvü Ramin Hacılı baş vermiş hadisə ilə bağlı ifadə verdilər və E. Hüseynovun həqiqətən də polis təzyiqinə məruz qaldığını, bunun nəticəsində isə xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Sonda hakim İ. Şirinov məhkəmədə fasilə elan etdi və növbəti prosesi aprel ayının 22-i saat 15:00-a təyin etdi.

Xatırladaq ki, E Hüseynov 14 iyun 2008-ci il tarixində “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən E.Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,223/lang,az/

Video: http://www.irfs.az/content/view/2145/31/lang,az/
ANDRES HERKEL NOVRUZƏLİ MƏMMƏDOVLA GÖRÜŞÜB
Aprel ayını 8-i Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, “Tolışi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Hilal Məmmədov məlumat verib. Məlumatda bildirilib ki, görüş zamanı A. Herkel, N. Məmmədovun işi ilə bağlı müəyyən məlumatlara malik olduğunu qeyd edib və yaxın günlərdə ədalətin bərpa olunacağına ümid etdiyini vurğulayıb.

Həmməruzəçi eyni zamanda onu da deyib ki, AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslarla bağlı xüsusi məruzəçisi Kristof Ştrasser (Christoph Strässer) də Azərbaycana ilk səfəri vaxtı baş redaktorla görüşməyə cəhd edəcək.


GÜNDƏLİK BAKI”-NIN DAHA BİR MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ
Bu gün (10 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi. Prosesdə çıxış edən cavabdeh tərəfin vəkili Ceyhun Cəfərov Hacı Mazan adlı şəxsin Ramazan Hüseyn oğlu Zeynalov olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənədin təqdim edilməsi haqqında hakimə müraciət etdi. O, həmçinin yazılarda Hacı Mazan adının çəkildiyini xatırladaraq iddianın da Hacı Mazan adlı şəxs tərəfindən məhkəməyə təqdim edilməsinin vacib olduğunu qeyd etdi və iddianın əsassız olduğunu bildirdi. Hakim Svetlana Məmmədova növbəti məhkəmə prosesini 13 aprel saat 17:00-a təyin etdi.

Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.

Qeyd edək ki, hakim Xəqani Məmməmədov məzuniyyətə çıxdığı üçün iş hakim Svetlana Əhmədovanın icraatına verilib.
GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI DAHA BİR İDDİA
Bu gün (10 aprel) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə “Bayram M” MMC-nin “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi iddiası əsasında məhkəmə prosesi keçirildi. Məhkəmə prosesində iddiaçı tərəfin vəkili Rafiq Abdullayev, cavabdeh tərəfdən isə vəkil Ceyhun Cəfərov, “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev iştirak edirdi. Prosesdə cavabdeh tərəf iddiaya səbəb olan "Cənubdakı Narkotik Marşurutu" və "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrin lingvistik ekspertizaya göndərilməsi ilə bağlı hakimə yazılı vəsatət təqdim etdi. İddiaçı tərəf isə məqalələrin ekspertizaya göndərilməsi ilə bağlı qərarı hakimin öhdəliyinə buraxdığını və cavabdeh tərəfin vəsatətə heç bir etirazının olmadığını bildirdi. Hakim Svetlana Məmmədova vəsatət ilə bağlı qərarı gələn məhkəmə prosesində veriləcəyini bildirdi və məhkəmə prosesini 13 aprel saat 17:00-a təyin etdi.   

Xatırladaq ki, iddiaya səbəb "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələr olub. İddiaçı tərəf həmçinin üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə qəzetdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.


MÜŞAHİDƏ ŞURASININ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN ADINI YAXIN GÜNLƏRDƏ AÇIQLANACAQ
Mətbuat Şurası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin siyahısı yaxın zamanlarda media nümayəndələrinə açıqlanacaq. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. O, bildirdi ki, Azərbaycan Mətbuat Şurası doqquz nəfəri kütləvi informasiya vasitələrindən, doqquz nəfəri jurnalist təşkilatlarından olmaqla Müşahidə Şuranın üzvlüyünə on səkkiz namizəd irəli sürür.

Ə.Amaşovun sözlərinə görə, əsas üstünlük Mətbuat Şurasının İdarə Heyətinin üzv olanlara veriləcək. Belə ki, sədr bildirib ki, İdarə Heyəti sonuncu qurultayında etimad göstərilərək, Mətbuat Şurası İdarə Heyətinə daxil olan redaktorların, jurnalist təşkilatları rəhbərlərinin adlarını namizədlər sırasına daxil edilməsi ilə bağlı qərara gəlib: “İdarə Heyətində nə qədər KİV rəhbəri, jurnalist təşkilatından olan nümayəndə varsa, onların siyahıya alınmasını istəyirik”.


ANDRES HERKEL NAXÇIVANA SƏFƏR EDİB
Bu gün (10 aprel) Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Naxçıvan Muxtar Respublikasına bir günlük səfər edib. Səfərin məqsədi AŞ PA-nın Azərbaycan üzrə hazırladığı hesabat üçün Naxçıvan Muxtar Respublikasından məlumatlar toplamaq olub. Həmməruzəçi Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovla görüşüb və Naxçıvanda yeni tikilən Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsində olub.

Günün ikinci yarısında Andres Herkel Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bölgə müxbirləri, “Azadlıq” radiosunun, “Turan” İnformasiya Agentliyinin əməkdaşları və müstəqil QHT-lərin nümayəndələri ilə Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin ofisində görüşüb. Görüş zamanı həmməruzəçi Muxtar Respublikada insan haqları və mətbuatın vəziyyəti haqqında məlumatlandırılıb.



*MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə