Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə75/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

Nöqtələr


◘“Vudd” dedikdə təsirli və davamlı bir dostluq nəzərdə tutulur.

Bildirişlər


1. Müxaliflərə xəbərdarlıq etməklə yanaşı, onlar üçün islah yolu saxlamalıyıq.

2. Bağışlanma diləmək və günahdan uzaqlaşmaq Allah yoluna qayıdışın müqəddiməsidir.

3. Əgər tövbə qılsaq, Rəbbimiz tərəfindən müsbət cavab eşidərik.

4. Allahı elə tanıtdıraq ki, Ona doğru qayıdışa eşq olsun.

5. Allahın rəhməti bir anıq deyil. Bu rəhmət davamlıdır və onun böyük bərəkətləri var.

6. Allah təkcə tövbələri qəbul etmir, həm də tövbə edəni sevir.


Ayə 91:

﴿قَالُواْ يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا وَلَوْلاَ رَهْطُكَ لَرَجَمْنَاكَ وَمَا أَنتَ عَلَيْنَا بِعَزِيزٍ﴾

(Kafirlər) dedilər: “Ey Şüeyb! Biz sənin bir çox sözlərini anlamırıq və səni öz aramızda zəif bilirik. Əgər tərəfdarların olmasaydı, səni daşqalaq edərdik. Sən bizdən üstün, qüdrətli və izzətli deyilsən.”


Nöqtələr


◘Kafirlər həzrət Şüeybə deyirdilər: “Biz sənin dediklərini anlamırıq.” Doğrudanmı, həzrət Şüeybin sözləri anlaşılmaz idi? Onun buyruqlarına nəzər salın:

1. Mənim möcüzəm və aşkar dəlilim var.

2. Mənim maddi çətinliyim və sizə ehtiyacım yoxdur.

3. Dediklərimə əməl edirəm.

4. Cəmiyyəti islah etmək istəyirəm.

5. Gücüm həddində çalışıram.

6. Allaha təvəkkül edir və Ona yalvarıram.

7. Keçmişdəkilərin aqibətini sizə xatırladıram.

Amma kafirlər həm onun sözlərini qulaqardına vurur, həm də özünü zəif sayırdılar. Onlar Şüeybin tərəfdarlarını da heç nə hesab edirdilər. Onlar Şüeybi həm işgəncə ilə hədələyir, həm də qüdrət və izzətini görməməzliyə vururdular.

Bildirişlər


1. İlahi peyğəmbərlər və təbliğçilər doğru yolun təbliğində bir çox təhqirlərə və zorakılıqlara məruz qalmışlar.

2. Peyğəmbər müxaliflərinin heç bir dəlil və məntiqi olmamışdır. Onların məntiqi təhqir, işgəncə və qətldir.


Ayə 92:

﴿قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُم مِّنَ اللّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءكُمْ ظِهْرِيًّا إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ﴾

(Şüeyb) dedi: “Ey mənim qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan əzizdirmi ki, siz Ona arxa çevirirsiniz? Həqiqətən mənim Rəbbim etdiyiniz əməllərdən xəbərdardır.”


Bildirişlər


1. Xalqın, firqələrin haqqı ilahi haqlardan üstün tutulmamalıdır. İctimai-siyasi səhnələrdə Allah xəttini xəyali xətlərə qurban verməyək.

2. İnadkar fərdlərə xəbərdarlıq zəruridir.


Ayə 93:

﴿وَيَا قَوْمِ اعْمَلُواْ عَلَى مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَاذِبٌ وَارْتَقِبُواْ إِنِّي مَعَكُمْ رَقِيبٌ﴾

(Şüeyb dedi:) “Ey mənim qövmüm! Əlinizdən gələni edin. Mən (də) öz işimi görəcəyəm. Tezliklə biləcəksiniz ki, zəliledici əzab kimin sorağına gələcək və yalançı kimdir. Siz intizarda olun, mən də sizinlə birlikdə intizardayam.”


Bildirişlər


1. Bəzən peyğəmbərlər öz sözlərinin təsir edəcəyindən ümidlərini üzürdülər.

2. Xalqın hidayətindən ümidimizi üzsək də, öz mövqeyimizdə möhkəm dayanaq.

3. Moizə təsir etməyən yerdə hədə yolu tutulmalıdır.

4. Hədənin cavabı hədə ilə verilməlidir.

5. Xalq həzrət Şüeybi yalançı sayırdı.

6. Biz öz vəzifəmizə əməl edib ilahi yardım intizarında olmalıyıq.




Ayə 94:

﴿وَلَمَّا جَاء أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَالَّذِينَ آمَنُواْ مَعَهُ بِرَحْمَةٍ مَّنَّا وَأَخَذَتِ الَّذِينَ ظَلَمُواْ الصَّيْحَةُ فَأَصْبَحُواْ فِي دِيَارِهِمْ جَاثِمِينَ﴾

Elə ki, (qəhr-qəzəb) fərmanımız gəldi, Şüeyb və onunla iman gətirənləri Öz rəhmətimizlə xilas etdik. (Həmin vaxt) dəhşətli səs zalımları əhatə etdi. Onlar evlərində üzü üstə düşdülər (və öldülər).”


Bildirişlər


1. Allahın zalımlara qəzəbinin gec-tezi var. Amma bu qəzəb labüddür.

2. Səmadakı şimşəklər təsadüfi deyil. Onlar Allahın fərmanı ilə nazil olur.

3. Allah iman əhlinə nicat verib arxa durur.

4. Peyğəmbərlərə iman onların himayə edilməsi ilə müşayiət olunmalıdır.

5. İman qurtuluş rəmzidir.

6. Peyğəmbər dəvətinə diqqətsizlik zülmdür.

7. Zülm və zalımın sonu fəlakətdir.

8. Allahın onlara əzabı o qədər iti və böyük idi ki, evlərindən bayıra çıxmağa macal tapmadılar. (Belə görünür ki, həmin əzab gecə nazil olmuşdur.)

9. Allahın qəzəbi nazil olduqda zalımların qaçmaq gücünü əlindən alır.
Ayə 95:

﴿كَأَن لَّمْ يَغْنَوْاْ فِيهَا أَلاَ بُعْدًا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ﴾

(Mədyən kafirləri elə məhv oldular ki,) sanki heç vaxt həmin məntəqədə sakin olmamışdılar. Agah olun ki, (Allahın lütfü) Səmud qövmündən uzaq olduğu kimi Mədyən xalqından da uzaq oldu.”


Nöqtələr


◘Allahın qəzəbi istənilən bir mərmidən də həlakedicidir. Əgər göydən bomba yağdığı vaxt kimsə qaça bilirsə, Allahın əzabı nazil olanda məntəqə elə alt-üst olur ki, sanki orada heç vaxt kimsə yaşamamışdır.

Bildirişlər


1. İlahi qəhr-qəzəbdən qurtuluş yolu yoxdur.

2. Zalımlara nifrin, onlara ölüm istəyi ilahi və Qurana məxsus bir yoldur.


Ayə 96:

﴿وَلَقَدْ أَرْسَلْنَا مُوسَى بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ﴾

Həqiqətən, Biz Musanı möcüzə və aşkar dəlillərlə göndərdik.”


Ayə 97:

﴿إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُواْ أَمْرَ فِرْعَوْنَ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ﴾

Firon və onun qövmünün əyan-əşrafına doğru (elçi göndərdik). Onlar (Musanın dəvətini qəbul etmək əvəzinə) Fironun əmrinə tabe oldular. Halbuki Fironun göstərişi faydalı deyildi.”


Nöqtələr


◘Quranda həzrət Musa və Bəni-İsrail haqqında nazil olmuş ayələr bütün digər mövzulardakı ayələrdən çoxdur. Həzrət Musa Quranın 30-dan çox surəsində yüz otuz dəfədən çox xatırlanır. Uyğun mövzu bu surədə ən xülasə şəkildə bəyan olunmuşdur.

◘“Sultan” dedikdə səltənət, hökmranlıq başa düşülür; bu söz bəzən zahiri hökmranlıq, bəzən də məntiqi hökmranlıq mənasını ifadə edir.


1   ...   71   72   73   74   75   76   77   78   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə