Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu



Yüklə 3.08 Mb.
səhifə68/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

Bildirişlər


1. Allahın əhatəli rübubiyyətinə diqqət təvəkkül üçün zəmindir.

2. Təvəkkül şücaət zəminidir. (Allaha təvəkkül etməklə dünyanın qabağında dayanmaq olar)

3. Allahın istəyi olmadan kimsə bir başqasına zərər yetirə bilməz.

4. Allah həm hər şeyə hakimdir, həm də ədalətlidir.

5. Qüdrətdən əlavə ədaləti də olan varlığa təvəkkül edək.

6. Kafirlərin inadkarlığı qarşısında Allahın qəhr-qəzəb və ədalətindən danışaq.


Ayə 57:

﴿فَإِن تَوَلَّوْاْ فَقَدْ أَبْلَغْتُكُم مَّا أُرْسِلْتُ بِهِ إِلَيْكُمْ وَيَسْتَخْلِفُ رَبِّي قَوْمًا غَيْرَكُمْ وَلاَ تَضُرُّونَهُ شَيْئًا إِنَّ رَبِّي عَلَىَ كُلِّ شَيْءٍ حَفِيظٌ﴾

Əgər siz (dəvətimdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən, mən nəyə görə göndərilmişəmsə, onu sizə çatdırmışam və Rəbbim başqa bir dəstəni sizə canişin edəcək. Siz Ona heç bir zərər toxundurmazsınız. Həqiqətən, Rəbbim hər şeyə nəzarətçidir.”


Bildirişlər


1. Peyğəmbər xalqı dəvət edib Allahın əmrini çatdırdıqdan sonra yetərli dəlillər gətirib höccəti tamamlayır.

2. Təbliğatçının vəzifəsi xalqı məcbur etmək yox, dini maarifi çatdırmaqdır.

3. Din təbliğatçısı və ümmətin rəhbəri xalqın biganəliyini öz məğlubiyyəti kimi qəbul etməməlidir.

4. Xalqın razılıq və ya etirazı təsadüfi deyil. Uyğun münasibətlər Allahın hakim buyurduğu qanunlardan qaynaqlanır. (Şirk, günah, peyğəmbərə qarşı müxalifət cəmiyyətin tənəzzül amillərindəndir.)

5. Bizim küfrümüz, itaətsizliyimiz, ölümümüz Allaha heç bir zərər vurmur.

6. Allah hər şeyi və hər kəsi qoruyur. Bizim küfr və hiyləmiz Allaha heç bir zərər vura bilməz.


Ayə 58:

﴿وَلَمَّا جَاء أَمْرُنَا نَجَّيْنَا هُودًا وَالَّذِينَ آمَنُواْ مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَنَجَّيْنَاهُم مِّنْ عَذَابٍ غَلِيظٍ﴾

(Qəhr-qəzəb) əmrimiz gələn zaman Hud və onunla iman gətirənlərə Öz rəhmətimizlə nicat verdik və onları şiddətli əzabdan qurtardıq.”


Bildirişlər


1. Əzab da, qurtuluş da Allahın iradəsinə tabedir.

2. Peyğəmbərlər və onların ardıcılları ilahi qəzəbdən amandadırlar.

3. Peyğəmbərlərə təkcə inanmaq yetərsizdir. Onlarla birlikdə olub, himayə göstərməkdə zəruridir.

4. Allahın mərhəmət qaynağı Onun Özüdür. Onun qəhr-qəzəbi isə bizim əməllərimizdən qaynaqlanır.

5. Qurtuluş sözünün təkrarı dünya və axirətdə ilahi qəzəbdən xilas rəmzi ola bilər.

6. Küləklər də Allahın əmrinə tabedir.1


Ayə 59:

﴿وَتِلْكَ عَادٌ جَحَدُواْ بِآيَاتِ رَبِّهِمْ وَعَصَوْاْ رُسُلَهُ وَاتَّبَعُواْ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍ﴾

Ad qövmü Rəbbinin ayələrini inkar etdi, Onun peyğəmbərlərinə itaətsizlik göstərdi, hər bir inadkar sitəmkarın göstərişinə tabe oldu.”


Bildirişlər


1. Nə üçün keçmişdəkilərin tarixindən ibrət götürmürsünüz?

2. Bir peyğəmbəri inkar etmək bütün peyğəmbərləri inkar etməyə barəbərdir.

3. Cəmiyyəti bir sıra təhlükələr hədələyir: ilahi ayələrin inkarı; peyğəmbər və haqq rəhbərə itaətsizlik; zalım hakimlərə itaət.

4. Məsum peyğəmbərlərə tabe olmayanlar inadkar sitəmkarlara itaət edəsidir.

5. Zalım hakimlərin məcburiyyəti xalqı əsarətə almaq üçündür.


Ayə 60:

﴿وَأُتْبِعُواْ فِي هَـذِهِ الدُّنْيَا لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ أَلا إِنَّ عَادًا كَفَرُواْ رَبَّهُمْ أَلاَ بُعْدًا لِّعَادٍ قَوْمِ هُودٍ﴾

Bu dünyada və Qiyamət günündə lənət onların sorağındadır. Bilin ki, Ad qövmü öz Rəbbini inkar etdi. Agah olun ki, Ada, Hud qövmünə lənət olsun.”


Nöqtələr


◘Bu surənin 50-60-cı ayələri Ad qövmünə aiddir. Bu qövm ərəb əsillidir və ərəb yarımadasında sakin olmuşlar. Hazırkı Tövratda onların adı çəkilir. “Qəmər”, “Haqqə”, “Əraf”, “Səcdə”, “Şuəra” surələrində Ad qövmü rəşadətli, ucaboylu, abad və inkişaf etmiş şəhərlərə malik xalq kimi tanıtdırılır. Etiqad baxımından bu qövm bütpərəst olmuş, zalım hakimlərə itaət etmişdir. Həzrət Hud onları allahpərəstlik və tövhidə dəvət etdi. Amma onlar peyğəmbərin dəvətini qəbul etməyib Allahın qəhr-qəzəbinə uğradılar və iti və yandırıcı külək vasitəsi ilə məhv olub getdilər.

Ad qövmü iki qrupdan ibarət olmuşdur: birinci Ad və ikinci Ad. İkinci Ad qövmü həzrət İsa Məsihdən yeddi yüz il öncə Hicazdakı Əhqaf məntəqəsində, ya da Yəməndə məskunlaşmışdı.1


Bildirişlər


1. İlahi ayələrə arxa çevirib, Allahın peyğəmbərlərinə itaətsizlik göstərən və zalım hakimlərə tabe olanlar Allahın rəhmətindən uzaqdırlar.

2. Dünyada bədnamlıq ilahi cəzalardan biridir.

3. “Zalımlara ölüm” Quran şüarlarındandır.1
Ayə 61:

﴿وَإِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُ هُوَ أَنشَأَكُم مِّنَ الأَرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُواْ إِلَيْهِ إِنَّ رَبِّي قَرِيبٌ مُّجِيبٌ﴾

Səmud qövmünə doğru qardaşları Salehi (göndərdik). O dedi: “Ey mənim qövmüm! Bir olan Allaha pərəstiş edin, sizin üçün Ondan savay məbud yoxdur. Odur sizi yerdən yaradan. Sizdən istəmiş ki, oranı abad edəsiniz. Ondan bağışlanma diləyin, sonra Ona doğru dönün. Həqiqətən, mənim Rəbbim yaxın və qəbul edəndir.”


Nöqtələr


◘Həzrət Saleh Nuh və Huddan sonra peyğəmbərliyə çatmış üçüncü şəxsdir.

Bildirişlər


1. Peyğəmbərin xalqla bağlılığı qardaşyana bağlılıq idi.

2. Yaxşı olar ki, təbliğatçı təbliğ olunan məntəqədən olsun.

3. Bütün peyğəmbərlərin məqsədi yeganə Allaha pərəstiş olmuşdur.

4. Allaha ibadətin dəlil və fəlsəfəsi Onun bəşəriyyətə olan sonsuz lütfüdür.

5. İnsanın yaranış qaynağı torpaqdır.

6. İslam dünya və axirəti əhatə edən dindir. (Həm yer üzünün abadlığına, həm də tövbəyə dəvət edilir.)

7. Allahın istəyi yer üzünün abadlığıdır.

8. Müvəhhidlərin məbudu düşüncəli, şüurlu, elmli və qüdrətli, eşidən və cavab verən məbuddur. Bütlərdə isə bu xüsusiyyətlər yoxdur.

9. Allaha doğru qayıdış asandır və tövbə Allaha yaxınlaşma zəminidir.

10. Bağışlanma istənilsə və tövbə qılınsa Allah qəbul edər.

11. Allah-təala hamıya yaxındır. Bizi Allahdan uzaqlaşdıran öz düşüncə və rəftarımızdır.
Ayə 62:

﴿قَالُواْ يَا صَالِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَـذَا أَتَنْهَانَا أَن نَّعْبُدَ مَا يَعْبُدُ آبَاؤُنَا وَإِنَّنَا لَفِي شَكٍّ مِّمَّا تَدْعُونَا إِلَيْهِ مُرِيبٍ﴾

(Səmud qövmü) dedi: “Ey Saleh! Sən həqiqətən, bundan öncə bizim aramızda ümid yeri idin. İndi bizə atalarımızın pərəstiş etdiklərinə pərəstiş etməyi qadağan edirsən? Həqiqətən, bizi dəvət etdiyin şeyə şəkkimiz var. (Bu dəvət) bizi sənə qarşı bədgüman etmişdir.”



Kataloq: lib -> doc
doc -> Fanilər və Fanilər Mövsümü
doc -> SÜlhsevəRLİk müƏLLİF: ƏLİ ƏSĞƏr rizvani
doc -> MÖHTƏŞƏm fərman islam İnqilabının Böyük Rəhbərinin 2010-cu ilin payızında Qum şəhərinə səfəri zamanı etdiyi çıxışlar
doc -> Kitbın adı: Şəhid Nəvvab Səfəvi xatirələr güzgüsündə
doc -> BÖYÜk rəHBƏr ayətullah xamenei nəhcül-bəlağə haqqinda tərtib edən: Məhəmmədmehdi Əliqulu
doc -> TÖVHİd və İlahi Ədalət mövzusunda suallar və cavablar biSMİLlahir-rəhmanir-rəHİM
doc -> Gtsm data Timing Conventions: Mick Gladwin, gtsm technologies, 30 May 2006
doc -> İslam maariFİ (qısa tanışlıq) Tərcümə və təhqiq: Rövşən Əhmədzadə
doc -> Tərtib və təhqiq: RÖVŞƏN ƏHMƏdzadə Voronej 2013
doc -> Ramazan kölgəsİndə (Böyük Allah ayı Ali Dini Lider həzrət Ayətullah Xameneinin nitqində)

Yüklə 3.08 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin