Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə62/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

Bildirişlər


1. İmanlı insanların rədd edilməsi və təhqiri ilahi qəhr-qəzəblə nəticələnər.

2. Allahın qəhr-qəzəbinə kimsə mane ola bilməz.

3. Möminlər rədd edilsə, ilahi dinə kim yardım göstərəcək?

4. Xalqın razılığını Allahın qəzəbi hesabına əldə etməyək.

5. Peyğəmbərlər öz ictimai və şəxsi mövqelərini möhkəmlətmək üçün yox, ilahi bir vəzifə olaraq xalqa xidmət edirdilər.

6. Öz təbliğimizdə xalqın vicdanına sual ünvanlamaqla onları mühakiməyə çağıraq.

7. İlahi qəhr-qəzəb yetişdikdə mövcudların zəifliyini hamı etiraf edir. Amma bəzən bu həqiqət yaddan çıxır.
Ayə 31:

﴿وَلاَ أَقُولُ لَكُمْ عِندِي خَزَآئِنُ اللّهِ وَلاَ أَعْلَمُ الْغَيْبَ وَلاَ أَقُولُ إِنِّي مَلَكٌ وَلاَ أَقُولُ لِلَّذِينَ تَزْدَرِي أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ اللّهُ خَيْرًا اللّهُ أَعْلَمُ بِمَا فِي أَنفُسِهِمْ إِنِّي إِذًا لَّمِنَ الظَّالِمِينَ﴾

(Nuh dedi:) “Mən sizə demirəm ki, ilahi xəzinələr məndədir və qeybi bilirəm. Demirəm ki, mən mələyəm, demirəm ki, sizin gözünüzdə xar olanlara Allah heç bir xeyir verməyəcək. Allah onların qəlbində olandan daha çox agahdır. (Bundan artıq bir şey desəm) şübhəsiz, zalımlardan olacağam.”


Nöqtələr


◘Qeyb elmi mütləq şəkildə, hər şeyə münasibətdə, istənilən bir şəraitdə Allaha məxsusdur.1 Amma bəzən Allahın izn və iradəsi ilə Onun övliyaları üçün qeyb aləminə baca açılır.2 Beləcə, ilahi peyğəmbərlər qeyb elmindən bəhrələnmişlər.3

◘Təkcə qeyb elmi yox, qeyri-adi işlərin icra qüdrəti də Allaha məxsusdur. Amma Allah istədiyi kəsə istədiyi qədər bu qüdrətdən əta edər. Ölüm və həyat Allahın əlindədir.

Həzrət İsa da Allahın izni ilə ölüləri dirildirdi.1 Canları Allah alsa da, onun izni ilə mələklər də insanların canını alır.2 Xəlq etmək yalnız Allaha məxsus sifət olsa da, bəzən Onun izni ilə həzrət İsa da xəlq etmişdir.3

Bildirişlər


1. Peyğəmbərdə boş iddia olmur. Onların işi dəvət, məqsədləri doğru yoldur. Əlbəttə ki, bu işlər də Allaha bəndəlik çərçivəsində görülür.

2. Qeyb elmi və varlıq xəzinələrinə sahiblik peyğəmbərlik şərti deyil.

3. Peyğəmbərlərin məqsədi maddi xəzinələrin bölüşdürülməsi yox, mənəvi çağırışdır.

4. Əlimizə çatan hər bir nemətin qaynağı və xəzinəsi var.

5. Allah övliyalarına münasibətdə həddi aşmayaq.

6. Nuh qövmünün əyan-əşrafı zahiri görürdü.

7. Başqalarına münasibətdə mühakimə apararkən onların zahirini əsas götürməyək.

8. Allahın lütfünü müəyyənləşdirən bizim zənn-gümanımız deyil.

9. Allah üçün lütf ölçüsü insanların batini və mənəvi ləyaqətidir.

10. Məhrumları yoxsulluğuna görə ləyaqətsiz saymaq zülmdür.

11. Puç iddialar, yalan adlardan sui-istifadə zülmdür.
Ayə 32:

﴿قَالُواْ يَا نُوحُ قَدْ جَادَلْتَنَا فَأَكْثَرْتَ جِدَالَنَا فَأْتَنِا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ﴾

(Müxaliflər) dedilər: “Ey Nuh, sən həqiqətən bizimlə çox höcətləşdin. (Artıq yetər.) Əgər doğru deyirsənsə, bizə vəd etdiyini qarşımıza çıxar.”


Nöqtələr


◘Mübahisə haqqa əsaslandıqda dəyərlidir.4 Batilə əsaslanan mübahisə dəyərlərə ziddir.5

Bildirişlər


1. Peyğəmbərlər öz dəvətlərində möhkəm və ardıcıldırlar.

2. Düşmən haqqın məntiqini höccət adlandırır.

3. Allahın verdiyi möhləti haqlı olmağımızın nişanəsi saymayaq.

4. İnsan hətta əzabın nazil olmasına tələsir.

5. Kafirlər əzaba hazırlıqlarını bildirdikdən sonra həzrət Nuh onları lənətlədi.

6. Kafirlər məntiqə əsaslanmadıqlarından və məntiqi sözləri qəbul etmədiklərindən müzakirələri saxlamaq istəyirlər.

7. Nuh kafirlərə ardıcıl şəkildə əzab vəd edirdi.

8. Kafirlər ya peyğəmbərlərin sədaqətinə şəkk edir, ya da onların dediklərini şübhə altına alırdılar.


Ayə 33:

﴿قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ اللّهُ إِن شَاء وَمَا أَنتُم بِمُعْجِزِينَ﴾

(Nuh dedi:) “Həqiqətən, əgər Allah istəsə, (onu, vəd etdiyini) başınıza gətirəcək. Sizdə onun qarşısını alacaq qüdrət olmayacaq.”


Ayə 34:

﴿وَلاَ يَنفَعُكُمْ نُصْحِي إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ اللّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ﴾

Əgər Allah sizi azdırmaq istəsə, sizə xeyir vermək istəsəm də nəsihətlərimin faydası olmayacaq. O, sizin Rəbbinizdir və Ona doğru qayıdacaqsınız.”


Nöqtələr


◘“Nush” dedikdə islah məqsədi ilə, eyni zamanda ixlasla deyilmiş söz başa düşülür. “Ğəyy” isə puç etiqaddan doğan cəhalət mənasını bildirir. “İzlal” və “iğva” sözləri arasında fərq budur ki, birinci məqsədi tanısa da yolu itirmişdir, ikinci həm məqsəddən, həm də yoldan xəbərsizdir.

◘“İzlal” və “iğva” inadkarlıq səbəbindən nazil olan cəzadır. Əslində isə Allah kimsəni öncədən azdırmır.1


Bildirişlər


1. Peyğəmbərə təbliğ əmr olunub. Azğınları cəzalandırmaq isə Allahın əlindədir.

2. Allah heç bir işi görməyə məcbur deyildir.

3. Kafirlər nə əzabın qarşısını ala bilər, nə də özlərini xilas edə bilərlər.

4. Peyğəmbərlər xalqa can yandırırlar.

5. Allahın iradəsi bütün iradələrə qalibdir. (Hətta peyğəmbərin nəsihətlərinin təsiri də Onun istəyi ilə gerçəkləşir.)

6. İnadkarlıq zirvə həddinə çatdıqda belə, peyğəmbər təbliğ etməyə borcludur.

7. Təsir ehtimalı olmadıqda “əmr be məruf” və “nəhy əz münkər” (yaxşılığa əmr və pisliyə qadağa) vacib olmur.

8. Xalqın hidayəti və ya azğınlığı Allahın iradəsindən xaric deyil.

9. İnadkarlıqdan və əzab istəyindən sonra azğınların büdrədilməsi ilahi rübubiyyət zirvəsidir.

10. Peyğəmbər nəsihətlərinin qəbul olunmaması Allahın qəzəbindən doğan xüsusiyyətdir.

11. Dünyada cəzalandırılmasaq da, Qiyamətdə bizimlə hesab çəkiləsidir.

12. Allaha doğru qayıdış məcburidir.


Ayə 35:

﴿أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَاْ بَرِيءٌ مِّمَّا تُجْرِمُونَ﴾

(Müşriklər) deyirlər ki, onun (Nuh və ya Məhəmmədin (s)) dedikləri Allaha iftiradır. De ki, mən Allaha iftira yaxmışamsa, cəzasını özüm çəkəcəyəm. Mən sizin günahlarınızdan zara gəlmişəm.”


1   ...   58   59   60   61   62   63   64   65   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə