Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu



Yüklə 3.08 Mb.
səhifə60/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

Bildirişlər


1. Ən böyük zülm Allaha iftira yaxılmasıdır. Dini yazarlar və natiqlər öz fəaliyyətlərində ehtiyatlı olsunlar.

2. Zülmün böyüklüyü onun ünvanından asılıdır.

3. Qiyamətdə pərdələr götürülər və heç bir iş gizli qalmaz.

4. Qiyamətdə çoxları şəhadət verər. Əməllərimizə qarşı diqqətli olaq.


Ayə 19:

﴿الَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ اللّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِالآخِرَةِ هُمْ كَافِرُونَ﴾

Allah yolundan (xalqı) uzaqlaşdıranlar və onu əyməyə çalışanlar özləri axirətə kafir olanlardır.”


Nöqtələr


◘Düşmənlər Allah yolunda müxtəlif üsullarla maneçilik törədirlər. O cümlədən: bidət (dində dəyişiklik), böhtan, şəxsi rəy əsasında təfsir, uydurma hədislər, şəkk-şübhə yaratmaq, məscidlərin tənəzzülü, Peyğəmbər (s) əhli-beytini bir kənara qoymaq, yaxşı işlərə qadağa, bəhanəçilik, qeyri-sağlam əyləncələr, fərdi məsələlərin qabardılması, şəxsiyyətlər quralamaq, pis işlərə rəvac vermək, möminlərin təhqiri, halal şeylərin haram edilməsi, yersiz təşviq, yersiz təbliğat, zalım hakimlərin əzəmətli göstərilməsi və ...

◘Allah övliyalarının, Peyğəmbər (s) əhli-beytinin, məsum və adil rəhbərlərin qapısının bağlanması Allah yolunun bağlanmasının bariz nümunələrindəndir.


Bildirişlər


1. Allah yolunu bağlamaq və ya onu əyri göstərmək zülmdür.

2. Düşmən ilkin mərhələdə yolu bağlayır. Əgər bunu bacarmadısa, onu dəyişir.

3. Dini maarifin təhrifi və onun pis göstərilməsi Allah yolunun bağlanması nümunələrindəndir.

4. Allahın dinində heç bir nöqsan və əyrilik yoxdur. Əyintini yaradan müxaliflər özləridir.

5. Axirətə imansızlıq hər növ zülmün müqəddiməsidir.
Ayə 20:

﴿أُولَـئِكَ لَمْ يَكُونُواْ مُعْجِزِينَ فِي الأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ اللّهِ مِنْ أَوْلِيَاء يُضَاعَفُ لَهُمُ الْعَذَابُ مَا كَانُواْ يَسْتَطِيعُونَ السَّمْعَ وَمَا كَانُواْ يُبْصِرُونَ﴾

Onlar yer üzündə aciz qoya bilməzlər (özləri üçün müəyyənləşdirdikləri bədbəxtliyi aradan qaldırıb qaça bilməzlər). Onların Allah qarşısında heç bir yardımçısı yoxdur. Onlar üçün Allahın əzabı ikiqatdır. (Çünki həm özləri azmış, həm də başqalarını azdırmışlar.) Onların (inadkarlıq səbəbindən) eşitmək gücləri yoxdur və haqqı) görmürlər.”


Nöqtələr


Sual: İkiqat əzab verilməsi Allahın ədalətinə sığırmı?

Cavab: Başqalarını da yoldan azdıran kəs təbii olaraq onların yükünü çiyninə götürməlidir. Alimlər başqalarına nümunə olduğundan, onların günahı adi fərdlərin günahından bir neçə qat ağırdır. Bütün bunlar ədalətdən kənar deyildir.

Bildirişlər


1.Zülmkarlar Allahın qəhr-qəzəb və qüdrəti əhatəsindədirlər. Onlar sonda öz əməllərinin cəzasını alarlar.

2. İftira əhli elə düşünməsin ki, zalım hakimlərin himayəsi ilə əzabdan qurtula biləcəklər.

3. Başqalarını doğru yoldan çəkindirən azğın rəhbərlər onların da günahlarını öz çiyinlərinə alasıdırlar.

4. Küfr, inadkarlıq, təəssüb azğınların gözünü və qulağını elə bağlamışdır ki, haqqı nə görür, nə də eşidirlər.


Ayə 21:

﴿أُوْلَـئِكَ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ﴾

Onlar özlərini əldən verənlər və yalandan quraladıqlarına əli çatmayanlardırlar.”


Ayə 22:

﴿لاَ جَرَمَ أَنَّهُمْ فِي الآخِرَةِ هُمُ الأَخْسَرُونَ﴾

Onlar, şübhəsiz, qiyamətdə fərdlərin ən ziyankarıdırlar.”


Nöqtələr


◘İslamda dünya bazara, xalq tacirə oxşadılır. İnsanın canı, var-dövləti, əməli bu bazarın malıdır. Bu malların alıcısı Allah, şeytan, nəfs istəkləri və başqaları ola bilər. Kimi onu ucuz, kimi də baha qiymətə alır. Quranda fayda “əcr”, “savab”, “zef”, “əzaf” sözləri, zərər isə “xusr”, “xusranun mubin”, “əxsərin” sözləri ilə bəyan olunur.

Bilməli olduğumuz ən mühüm şey odur ki, istənilən bir zərər-ziyanı aradan qaldırmaq olar. Yalnız ötüb keçmiş ömrü geri qaytarmaq mümkünsüzdür.

◘Bəzən insanın var-dövləti, məskəni, bəzən isə özü puça çıxır. Ən böyük zərər insanın öz insanlığını əldən verməsidir.

Bildirişlər


1. Batil və nahaq sözlər zahiri cilvəyə malik olsalar da, tamamilə puç olub gedəsidirlər.

2. Ən böyük zərər var-dövlətin yox, ömrün hədərə getməsidir.

3. Dünya zərərlərini aradan qaldırmaq olur. Qiyamətdəki zərərlər üçün isə heç bir çarə yoxdur.
Ayə 23:

﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ وَأَخْبَتُواْ إِلَى رَبِّهِمْ أُوْلَـئِكَ أَصْحَابُ الجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ﴾

Həqiqətən, iman gətirib saleh işlər görənlər, Rəbləri qarşısında təvazökar olanlar behişt əhlidirlər. Onlar orada həmişəlik olaraq qalacaqlar.”


Nöqtələr


◘“Xəbt” sözündən olan “əxbətu” sözü həm təslimçilik, həm təvazö, həm də arxayınlıq mənasını bildirir.

◘Xəbərdarlıq və hədə ilə yanaşı təşviqə də yer verilir. Ötən ayələrdə iftira əhlinin taleyi, bu ayədə isə haqq əhlinin siması bəyan olunur.


Bildirişlər


1. İman və saleh əməlimizə görə qürrələnməyək. Bəndəliyin şərti mütləq təslimçilikdir.

2. İnsanın qəlb halının onun alacağı mükafata təsiri var.


Ayə 24:

﴿مَثَلُ الْفَرِيقَيْنِ كَالأَعْمَى وَالأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ هَلْ يَسْتَوِيَانِ مَثَلاً أَفَلاَ تَذَكَّرُونَ﴾

İki dəstə (kafirlər və möminlər) eynən “kor, kar” və “görən və eşidən” kimidir. Bu iki dəstənin məsəli eyni olarmı? Bəs nə üçün öyüd götürmürsünüz?”


Nöqtələr


◘Bədəndə göz və qulaq olduğu kimi, qəlb və ruhda da göz və qulaq var. Kor və karlar dünyada olanları dərk edə bilmədiyi kimi, inadkar insanlar da ilahi maarifi dərk etmirlər.

Bildirişlər


1. Yalnız maddi varlıqları görüb mənəvi dəyərlərdən xəbərsiz qalan insan kordur.

2. Öz təbliğimizdə məntiqi suallarla fərdlərin vicdanını mühakiməyə çağıraq.



Ayə 25:

﴿وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ﴾

Həqiqətən, Biz Nuhu öz qövmünə doğru göndərdik. (O, xalqa dedi:) “Mən sizə aşkar xəbərdarlıq edənəm.”


Ayə 26:

﴿أَن لاَّ تَعْبُدُواْ إِلاَّ اللّهَ إِنِّيَ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ﴾

(Mənim dəvətim budur ki,) Allahdan qeyrisinə pərəstiş etməyin. Həqiqətən, mən ağrılı günün sizə əzabından qorxuram.”



Kataloq: lib -> doc
doc -> Fanilər və Fanilər Mövsümü
doc -> SÜlhsevəRLİk müƏLLİF: ƏLİ ƏSĞƏr rizvani
doc -> MÖHTƏŞƏm fərman islam İnqilabının Böyük Rəhbərinin 2010-cu ilin payızında Qum şəhərinə səfəri zamanı etdiyi çıxışlar
doc -> Kitbın adı: Şəhid Nəvvab Səfəvi xatirələr güzgüsündə
doc -> BÖYÜk rəHBƏr ayətullah xamenei nəhcül-bəlağə haqqinda tərtib edən: Məhəmmədmehdi Əliqulu
doc -> TÖVHİd və İlahi Ədalət mövzusunda suallar və cavablar biSMİLlahir-rəhmanir-rəHİM
doc -> Gtsm data Timing Conventions: Mick Gladwin, gtsm technologies, 30 May 2006
doc -> İslam maariFİ (qısa tanışlıq) Tərcümə və təhqiq: Rövşən Əhmədzadə
doc -> Tərtib və təhqiq: RÖVŞƏN ƏHMƏdzadə Voronej 2013
doc -> Ramazan kölgəsİndə (Böyük Allah ayı Ali Dini Lider həzrət Ayətullah Xameneinin nitqində)

Yüklə 3.08 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin