Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə57/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

Bildirişlər


1.Cahan insan üçün yaradılmışdır.

2. Allah bütün varlıq aləmini bir anda yarada bilsə də, ilahi hikmət səbəbindən tədrici yaranışa üstünlük vermişdir.

3. Göylərin və yerin maddi qaynağı su və maye olmuşdur.

4. Su göylərdən və yerlərdən öncə var idi.

5. Bütün mövcudların yaranmasında məqsəd insanın mənəvi və azad inkişafı olmuşdur.

6. Əməlin kəmiyyəti yox, keyfiyyəti mühümdür.

7. Göylər və yer ləzzət və qəflət üçün yox, yaxşı iş üçün xəlq olunmuşdur.

8. Məadı inkar edənlərin heç bir dəlili yoxdur, onlar yalnız böhtan atırlar.


Ayə 8:

﴿وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَى أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُ أَلاَ يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ﴾

Əgər əzabı məhdud bir müddət onların üzərindən götürsək, (məsxərə ilə) deyərlər: “Bizə əzabın qarşısını hansı əməl aldı?“ Bilin ki, qəhr və əzabımız onların sorağına gələn gün geri götürülməz. Məsxərə etdikləri şey onları yaxalayar.”


Nöqtələr


◘“Ümmət” dedikdə, müştərək hədəfə malik dəstə və ya zaman nəzərdə tutula bilər. Məhdud bir müddət dedikdə, müəyyən və məhdud zaman nəzərdə tutulur. Bu təbirlə “Yusuf” surəsinin 45-ci ayəsində də rastlaşırıq: “Məhbus azad olub bir müddət sonra Yusifi yada saldı.”

◘Bəzi rəvayətlərə əsasən “məhdud müddət” təbiri həzrət Mehdinin (ə) qiyam dövrünə işarə ola bilər. Yəni Allah-təala həmin vaxtadak ümmət üzərindən əzabı götürmüşdür.3

◘İlahi əzabın təxirə düşməsində faydalar var. Belə bir təxir günahkara tövbə fürsəti verir, günahkar valideynlərdən mömin övladlar doğulur. Bundan əlavə saleh fərdlərin varlığı və onların duaları ilahi əzabın təxirə düşməsinə səbəb olur.

Bildirişlər


1. Allah Öz işləri üçün vaxt müəyyənləşdirmişdir.

2. Allahın qəhr-qəzəbi təxirə düşə bilər.

3. Əzabın təxirə salınması Allahın lütf nişanələrindəndir. Bunu Allahın zəifliyi kimi qəbul edib məsxərəyə qoyanlar yanılırlar.

4. Məsxərə edənlər Allahın qəzəbindən qurtulmazlar.

5. Allahın verdiyi möhlət bizi qürrələndirməsin. İlahi əzab təxirə düşsə də, ləğv olunmaz.

6. Dini inancların məsxərəyə qoyulması kafirlərin xasiyyətidir.


Ayə 9:

﴿وَلَئِنْ أَذَقْنَا الإِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ﴾

Əgər insana Öz tərəfimizdən bir nemət daddırsaq, sonra onu geri alsaq, şübhəsiz, o, ümidsiz və naşükür olacaq.”


Nöqtələr


◘Nemətin verilməsi məhəbbət, geri alınması qəzəb kimi başa düşülməməlidir. Bütün bunlar sadəcə ilahi sınaq ola bilər.

◘İnsan ilahi hikmət və məsləhətdən xəbərsiz olduğundan, tələsik mühakimə yürüdən və məyus olub küfrə uğrayandır.


Bildirişlər


1. İnsan nemətlərdən yalnız dadmaq həddində faydalana bilir.

2. İlahi nemətlər bizim haqqımız yox, Allahın fəzl və rəhmətidir.

3. İnsanın bəhrələnməsi uzun çəkdikdə qürrələnməməlidir.

4. Həm vermək, həm də geri almaq Allahın əlindədir.

5. İnsanı rəhmətdən məhrum etmək Allaha ağır gəlir.

6. İnsanın tutumu azdır. O, nemətləri əldən verdikdə məyus olur.

7. Dünya şirinlikləri Allaha olan imanımıza təsir etməməlidir.

8. İlahi rəhmətdən ümidsizlik küfr və naşükürlüyün müqəddiməsidir.1


Ayə 10:

﴿وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاء بَعْدَ ضَرَّاء مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي إِنَّهُ لَفَرِحٌ فَخُورٌ﴾

İnsana çətinlik və möhnətdən sonra bir nemət daddırsaq, (qürrələnib) deyər: “Həqiqətən, çətinliklər məndən kənarlaşdı. Şübhəsiz, o, sevinib öyünəndir.”


Nöqtələr


◘Dövran həmişə bir cür olmur. Rəvayətlərə əsasən zəmanənin iki üzü var: bəzən səninlədir, bəzən sənə qarşı. Sənin xeyrinə olduqda qürrələnmə, zərərinə olduqda səbir et. Çünki hər iki halda ilahi sınaqdasan.”2

◘Çətinlik və müşküllərdən sonra insana çatan nemətlər onu lovğalığa yox, şükrə sövq etməlidir.

◘İki şey şadlığı təhlükəli edir: yanlış təhlil və başqalarının təhqiri.

Bildirişlər


1. İnsan tutumsuzdur. Azca nemət əldə edən kimi qürrələnir.

2. Quranın xüsusi bir vəzni və ahəngi var.

3. Çətinliklər və şadlıqlar ötəridir.

4. İnsan düşünsə ki, bir daha çətinliklə üzləşməyəcək, səhv edir.

5. Elə düşünməyək ki, nemət əldə etməyimiz Allahın məhəbbətini göstərir. Deməyək ki, bir daha çətinliyə düşməyəcəyik.

6. Yanlış təhlil və baxış yanlış rəftara aparır. Özündə pislik görməyən insan qürrələnir.

7. Bəzi insanların şəxsiyyəti kövrəkdir və xarici hadisələrlə müəyyənləşir. Əslində isə daxili kamillik dəyərdir.
Ayə 11:

﴿إِلاَّ الَّذِينَ صَبَرُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُوْلَـئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ﴾

Yalnız səbir və saleh əməl sahibləri istisnadır (məhrumluqdan məyus olmur, nemət əldə edəndə qürrələnmirlər). Onlar üçün bağışlanma və böyük mükafat olacaq.”


Nöqtələr


◘Quranın saleh əməllə bağlı bütün söhbətləri imanla şərtlənir. Bu ayədə də səbir əhlinin həqiqi möminlərdən olduğu bildirilir. Tutumsuz müsahibləri nəzərə alaraq möminlər əvəzində səbirlər təbiri işlədilmişdir.

◘Səbir təkcə acı hadisələrə yox, rifah və şadlıq dönəminə də aiddir. Rifah içində yaşayan insan səbir etməsə, həddini aşar. Necə ki, Bəni-İsrail Fironun əlindən qurtulduqdan sonra tüğyan etdi.1 Onlar Allahı yaddan çıxarıb buzovpərəstlik ardınca getdilər, Harunun dəvətlərinə onu hədələməklə cavab verdilər.2


Bildirişlər


1. Acı hadisələr və şirin dönəmlər zamanı səbir etmək saleh əməlin ən üstün nümunələrindəndir.

2. Mömin nə məyus olur, nə də küfr edir. O, şükür edən və səbirlidir.

3. Saleh əməl səbri möhkəmləndirir.

4. Səbir və dözüm günahların bağışlanma vasitəsidir.

5. Qarşıda bizi nə gözlədiyini bilsək, səbir etmək şirin olar.

6. Təhlükənin dəf olunması bağışlanmaya çatmaqdan mühümdür.


Ayə 12:

﴿فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَى إِلَيْكَ وَضَآئِقٌ بِهِ صَدْرُكَ أَن يَقُولُواْ لَوْلاَ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَاء مَعَهُ مَلَكٌ إِنَّمَا أَنتَ نَذِيرٌ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ﴾

Bəlkə də sənə vəhy olanın bəzisini (xalqın qəbul etməməsi səbəbindən) tərk edəsən və “nə üçün ona bir xəzinə nazil olmadı və ya onunla bir mələk gəlmədi” dedikləri üçün ürəyin sıxıla. Sən yalnız xəbərdarlıq edənsən və Allah hər şeyə vəkildir.”


1   ...   53   54   55   56   57   58   59   60   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə