Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə52/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

Bildirişlər


1. Ölüm anı tövbə faydasızdır. Fürsət varkən tövbə qılaq.

2. Quran gələcəkdən və qeybdən xəbər verir. (Onlarca əsrdən sonra Fironun mumyalanmış bədəni Qahirə muzeyində saxlanılır.)

3. Zalım hakimlərin məhvindən ibrət götürmək lazımdır.

4. İlahi qüdrət və yardım nişanələrinin qorunması üçün çalışmaq lazımdır.

5. Xalqın çoxu keçmişdən ibrət götürmür.
Ayə 93:

﴿وَلَقَدْ بَوَّأْنَا بَنِي إِسْرَائِيلَ مُبَوَّأَ صِدْقٍ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ فَمَا اخْتَلَفُواْ حَتَّى جَاءهُمُ الْعِلْمُ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ﴾

Həqiqətən, İsrail övladlarını düz və ürəyəyatan bir yerdə (Şam və Beytül-Müqəddəs) yerləşdirdik və onlara pak ruzilər verdik (və onlar sonra din işlərində ixtilafa düşdülər). Bu isə yalnız (Tövratda gələnlərdən) onlara elm hasil olandan sonra baş verdi. Şübhəsiz, sənin Rəbbin qiyamət günü onların arasında ixtilaf etdikləri şey barədə hökm edəcəkdir.”


Nöqtələr


◘“Sidq” sözü Quran dilində bəzən müəyyən sözlərin ardınca gəlib yaxşılıq mənasını bildirir.1 Yəni həqiqətə münasiblik hər şey üçün dəyərdir. Ola bilsin ki, ayədə, yaxşı suyu, havası, nemətləri olan bir yer, yəni Şam və Fələstin nəzərdə tutulmuşdur. “Sidq məkan” dedikdə, həqiqətən yaxşı olan bir yer nəzərdə tutulur. Bəni-İsrailin məskunlaşdığı yer həm bütün yaşayış şəraitinə malik, həm də çox məhsuldar idi.

Bildirişlər


1. Münasib məskən ilahi nemətlərdən biridir və ilahi dinlərdə təqdir olunmuşdur.

2. Peyğəmbərlərin hərəkatında mənəvi məsələlərlə yanaşı xalqın maddi ehtiyacları da diqqət mərkəzində olmuşdur.

3. Adətən inqilablardan sonra iqtisadi tarazlıq pozulur, ölkədə bahalıq və qıtlıq yaranır. Amma Allah Firon rejimini məhv etməklə Bəni-İsraili sıxıntılardan xilas etdi.

4. Təfriqə bütün ilahi nemətləri puça çıxardır.

5. İxtilafların kökü bəzən maddi çətinliklər yox, sadəcə nəfs istəkləri olur.

6. Təkcə elm vasitəsi ilə xilas olmaq mümkünsüzdür.

7. Quran bilərəkdən yaradılan ixtilafları ciddi tənqid edir.
Ayə 94:

﴿فَإِن كُنتَ فِي شَكٍّ مِّمَّا أَنزَلْنَا إِلَيْكَ فَاسْأَلِ الَّذِينَ يَقْرَؤُونَ الْكِتَابَ مِن قَبْلِكَ لَقَدْ جَاءكَ الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ﴾

Əgər sənə nazil etdiyimizə şəkkin varsa, səndən öncəki səmavi kitabları oxuyanlardan soruş. Şübhəsiz, Rəbbin tərəfindən haqq sənə gəlmişdir, şəkk edənlərdən olma.”


Nöqtələr


◘Rəvayətlərdən birində İmam Hadinin (ə) belə buyurduğu nəql edilir: “Cahil insanlar soruşurdular ki, nə üçün peyğəmbər olaraq mələk nazil olmayıb? Allah bu ayəni nazil etməklə, bütün peyğəmbərlərin adi xalq kimi yaşamasını nəzərə çatdırmaqla onların cavabını verdi.”2

Sual: Səmavi kitablar təhrif edilmişdirsə, nə üçün kitab əhlinin alimləri bu ayədə hakim götürülür?



Cavab: Öncəki səmavi kitabların bir hissəsi təhrif olunsa da, kitab əhli alimləri arasında istinad ediləsi şəxslər tapılır.3

Sual: Quranda buyurulur ki, ey peyğəmbər, Quranın haqq olmasına şəkkin varsa, kitab əhlindən soruş. Axı Peyğəmbər (s) heç vaxt şəkk etməmişdir və ağıl onun vəhyə şəkk etməsini qəbul etmir?



Cavab: 1. Ayədəki “in”, yəni “əgər” hissəsi fərz nişanəsidir. Məsələn, “Məryəm” surəsinin 91-ci ayəsində “əgər Allahın övladı olsaydı” təbiri işlədilmişdir. Bir sözlə, bu sayaq təbirlərdə qəti bəyan yoxdur.

2. Hazırkı surənin 104-cü ayəsində Peyğəmbərin (s) dilindən xalqa belə xitab olunur: “Əgər mənim dinimə şəkk edirsinizsə.” Demək, Həzrət şəkk etməmişdir. Əgər şəkk etsəydi, xalqa bu sayaq müraciət etməzdi. Bundan əlavə, “Bəqərə” surəsinin 285-ci ayəsində buyurulur ki, Peyğəmbər (s) ona vəhy edilənə iman gətirmişdi.

3. Bəzən Quran başqalarını nəzərdə tutub Peyğəmbərə (s) müraciət edir. Məsələn “İsra” surəsinin 23-cü ayəsində buyurulur: “Əgər ata-ana sənin yanında qoca yaşa çatsalar...” Halbuki həzrət Məhəmməd (s) dünyaya gəlməmiş onun atası, uşaq yaşında ikən anası dünyadan getmişdi. Ayə nazil olan vaxt Peyğəmbərin (s) ata-anası yox idi. Ayədə bir növ “qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipi əsas götürülmüşdür. Tərbiyəvi məsələlərin bəyanında da bəzən başqalarına işarə ilə böyüklərə xitab olunur.

4. Bəzən ayələrdə müsəlmanlara ünvanlanmış söz Peyğəmbərə (s) müraciətlə bəyan olunur. Məsələn, Peyğəmbər (s) heç vaxt qadına talaq vermədiyi halda ona talaq barədə müraciət olunur.1

5. “Əgər şəkkin varsa” təbirini Peyğəmbərin (s) şəkk etməsinə dəlil saysaq, digər ayələri də eyni şəkildə qəbul etməliyik. Bu isə mümkünsüzdür!

6. Kitab əhlinin bəzi sualları olsa da onlar soruşmaqdan çəkinirdilər. Allah bu bəyanı ilə onların müraciətinə yol açdı.

7. Məqsəd mübahisə aparılan tərəflərlə dəlil-höccət gətirilməsi də ola bilər. Məsələn, həzrət İbrahim ulduzpərəstlərə dedi: “Bu, (ulduz) mənim Rəbbimdir.”2

8. Həzrət Peyğəmbər (s) bu ayəni eşitdiyi vaxt buyurdu: “Mən şəkk etmirəm.” İmam Sadiq (ə) da öz növbəsində buyurmuşdur: “Vallah, peyğəmbərin şəkki yox idi.”3


Bildirişlər


1. Əqidə məsələlərində şəkki aradan qaldırmaq zəruridir.

2. Şəkk etdiyiniz vaxt alimlərə müraciət edin. (Demək, alimin sözü höccətdir.)

3. Səmavi kitablar bir-birlərini təsdiqləyir.

4. Kitab əhlinin bir qismi haqqı deyir.

5. Rəhbər qətiyyətli olmalı və tərəddüdə yol verməməlidir.

6. Fəzl odur ki, düşmənlər də ona şəhadət versin. Düşmənlərin də etiraf etdiyi həqiqətə şübhə edirsinizmi?!


Ayə 95:

﴿وَلاَ تَكُونَنَّ مِنَ الَّذِينَ كَذَّبُواْ بِآيَاتِ اللّهِ فَتَكُونَ مِنَ الْخَاسِرِينَ﴾

Heç vaxt ilahi ayələri təkzib edənlərdən olma. O halda ziyankarlardan olacaqsan.”


Nöqtələr


◘Ötən ayədə Qurana şəkk, bu ayədə isə ayələrin təkzibi qadağan olundu. Çox olsun ki, şəkk aradan qalxmasa təkziblə nəticələnər.

◘Ötən ayədə şəklə bağlı bəyan olunan bütün təhlillər və cavablar bu ayədə də nəzərdən keçirilir. Çünki təkzib şəkdən də pisdir. Bir çox ayə və hədislər Peyğəmbərin (s) uyğun həqiqətlərə yəqinliyindən danışır. Demək, ayələr Peyğəmbərə (s) yox, xalqa ünvanlanmışdır. Bir şəxsin inamından ətrafdakılar güc alırsa, necə ola bilər ki, həmin şəxs özü şəkk və ya təkzibə düçar olsun?!

◘Peyğəmbərin (s) məsum olmasına baxmayaraq, dəfələrlə Quranda ona xitabən xəbərdarlıq olunur. Bu yolla xalq qəflətdən oyadılır, onların diqqəti öz əməllərinin hesabına yönəldilir.1

1   ...   48   49   50   51   52   53   54   55   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə