Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə50/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

Nöqtələr


◘Firon mahir cadugərlərin köməyi ilə Musanın ilahi hərəkatını dayandırmaq istəyirdi.

◘Cadugərlər kəndir və ağac kimi vasitələri xüsusi maddələrə batırmaqla onları günəş qarşısında hərəkətə gətirirdilər.


Bildirişlər


1. Zalım hakimlər müxtəlif fitnə və təbliğatlarla peyğəmbərlərin hərəkətinə mane olmaq istəyirlər.

2. Zalım hakimlər bütün güclərini öz müxaliflərinin məhvi üçün istifadə edirlər.

3. Zalım hakimlər bəzən alim və mütəxəssisləri satın alıb öz məqsədləri yolunda onlardan faydalanırlar.

4. Mübarizəyə çağırış peyğəmbərlərin xüsusiyyətlərindəndir.

5. Peyğəmbərlər öz hədəflərinə və ilahi yardımlara əmin olduqlarından qətiyyətlə danışırlar.
Ayə 81:

﴿فَلَمَّا أَلْقَواْ قَالَ مُوسَى مَا جِئْتُم بِهِ السِّحْرُ إِنَّ اللّهَ سَيُبْطِلُهُ إِنَّ اللّهَ لاَ يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ﴾

Elə ki, (sehrbazlar öz sehr vasitələrini ortaya) atdılar, Musa dedi: “Sizin gətirdikləriniz cadudur, Allah tezliklə onu batil edəcək. Çünki Allah fəsad əhlinin işini düzəltməz.”


Bildirişlər


1. Batil meydan sulasa da sonda məhv olub gedər.

2. Allah-təala fəsad əhlinin yox, möminlərin işini yoluna qoyar.1

3. Sehrbaz fəsad əhli, sehr isə fəsaddır. Demək onlarla mübarizə aparmaq lazımdır.
Ayə 82:

﴿وَيُحِقُّ اللّهُ الْحَقَّ بِكَلِمَاتِهِ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ﴾

Günahkarlara xoş gəlməsə də, Allah haqqı Öz kəlmələri, qüdrəti və sünnələri ilə bərqərar edər.”


Nöqtələr


◘Quran dilində Allahın iradəsinin gerçəkləşməsinə səbəb olan hər şey, o cümlədən qanunlar və sünnələr “kəlimə” adlandırılmışdır.

Bildirişlər


1. Həqiqəti gerçəkləşdirib qalib etmək Allahın vədə və sünnələrindəndir.

2. Haqqın gerçəkləşməsi üçün vasitəyə ehtiyac var.

3. Zalım təkəbbürlülərin haqqı boğmaq istəyi əbəsdir.
Ayə 83:

﴿فَمَا آمَنَ لِمُوسَى إِلاَّ ذُرِّيَّةٌ مِّن قَوْمِهِ عَلَى خَوْفٍ مِّن فِرْعَوْنَ وَمَلَئِهِمْ أَن يَفْتِنَهُمْ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ﴾

(Başlanğıcda) Musa qövmünün övladları kiçik bir qrup istisna olmaqla ona iman gətirmədilər. O da elə bir halda idi ki, onlar Firon və onun əyanlarından, onların işgəncə verməsindən qorxurdular. Çünki Firon həmin yerdə üstün idi və həddi aşmışdı.”


Nöqtələr


◘“Amənə bihi” “iman”, “aməna ləhu” “təslim” mənasını bildirir.

Bildirişlər


1. İman təslimçilik və itaətlə müşayiət olunmalıdır.

2. Gənclərdə düşüncə intibahı və haqqa meyl üçün zəmin daha güclüdür. Çünki onların qəlbi pakdır və dünyaya bir o qədər də bağlı deyillər.

3. Xalqın doğru yola dəvətində çətinlik çəkən və fərdlərin iman gətirməməsinə şahid olan təkcə İslam Peyğəmbəri (s) deyil.

4. Bəzən yaşlılar xətaya yol verir, gənclər isə haqqa üz tuturlar.

5. Mömin gənclər Firondan əlavə, öz qövmlərinin mühafizəkar və qorxaq əyanlarından da çəkinirdilər.

6. Firon hakimiyyəti insanların qəlb imanına mane ola bilməz.

7. Möhkəm imanı pis mühit, əxlaqsız quruluş, qeyri-sağlam təbliğat süstləşdirə bilmir.

8. Sıxma-boğma fironçu hakimiyyətin xüsusiyyətidir.

9. Fironçu nizam işgəncəyə önəm verir.

10. Fəsadın kökü insandakı üstünlük tələbidir.

11. İsrafçı quruluş fironçudur.
Ayə 84:

﴿وَقَالَ مُوسَى يَا قَوْمِ إِن كُنتُمْ آمَنتُم بِاللّهِ فَعَلَيْهِ تَوَكَّلُواْ إِن كُنتُم مُّسْلِمِينَ﴾

Musa dedi: “Ey mənim qövmüm! Əgər Allaha iman gətirib Ona təslim olmusunuzsa, yalnız Ona təvəkkül edin.”


Bildirişlər


1. Rəhbər ümmətə ruh verməlidir.

2. İman təvəkküldən ayrı deyil.

3. Allahın razılığı qarşısında təslimçilik imandan üstündür. (“İman” dedikdə Allaha iman, “təslim” dedikdə Musaya itaət nəzərdə tutula bilər.)

4. Problemləri Allaha təvəkkül və təslimçiliklə adlamaq lazımdır.


Ayə 85:

﴿فَقَالُواْ عَلَى اللّهِ تَوَكَّلْنَا رَبَّنَا لاَ تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ الظَّالِمِينَ﴾

Onlar dedilər: “Yalnız Allaha təvəkkül etmişik. Pərvərdigara, bizi çətinliklərə, zalımların sınağına düçar etmə.”


Ayə 86:

﴿وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ﴾

Öz rəhmətinlə bizi kafir qövmün şərindən xilas et.”


Nöqtələr


◘“Zalimin” dedikdə Bəni-İsrailin başçıları nəzərdə tutula bilər. Onlar öz mənfəətləri və rifahları xatirinə Firona itaət edirdilər. “Kafirin” dedikdə isə Firon tərəfdarları nəzərdə tutula bilər. Demək, möminlərin istəyi daxili və xarici müxaliflərin şərindən amanda qalmaqdır.

◘Allaha təvəkkül edən kəsi Allah həm cevir, həm də təmin edir.1


Bildirişlər


1. Öncə təvəkkül, sonra dua.

2. İman, təvəkkül və dua vasitəsi ilə zalımların şərindən qurtulaq.

3. Fironçular həm israfçı, həm zalım, həm də kafirdirlər. İsraf zülmə, zülm isə küfrə zəmin yaradır.

4. Öncə əqidə məktəbinin hifzi, sonra şəxsi salamatçılıq üçün dua etməliyik. Çünki zülmkar qalib gəldikdə zülm və küfr hakim olur, möminlər alçaldılırlar.


Ayə 87:

﴿وَأَوْحَيْنَا إِلَى مُوسَى وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُواْ بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُواْ الصَّلاَةَ وَبَشِّرِ الْمُؤْمِنِينَ﴾

Musa və onun qardaşına vəhy etdik ki, Misirdə öz qövmləri üçün evlər hazırlasınlar. Evlərinizi qarşı-qarşıya (ya üzü qibləyə) tikin. Namazı bərpa edin, möminlərə müjdə verin.”


Nöqtələr


◘“Qiblətən” dedikdə həm “qarşı-qarşıya”, həm də “Kəbəyə doğru” mənaları başa düşülür. Ayədə belə bir məna nəzərdə tutula bilər ki, nə qədər ki, Firon qüdrət sahibidir və sizi məhv etmək istəyir, öz ibadətlərinizi evlərinizdə yerinə yetirin. Besətin ilk üç ilində İslam peyğəmbəri də belə etmişdi.

◘Sıxıntıya düşmüş möminlərə ən böyük müjdə onların dualarının qəbul olması və Fironun zülmlərindən qurtulmalarıdır.


1   ...   46   47   48   49   50   51   52   53   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə