Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə41/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   ...   81

Nöqtələr


◘İmam Baqir (ə) buyurmuşdur: “Bu ayə bidət, şübhə və şəhvət əhli haqqındadır.”1

◘“Ləyli muzlim” dedikdə ay işığından əsər-əlamət olmayan gecə nəzərdə tutulur. Hər ayda bir gecə bu sayaq qaranlıq olur. Əksinə, “ləyli muqmir” dedikdə, ayın işıqlandırdığı gecə başa düşülür.

◘“Əbəsə” surəsinin 40-42, “Ali-İmran” surəsinin 106-cı ayələrinə əsasən üzlərin gecə tək qaralmasından danışılarkən kafirlər nəzərdə tutulmuşdur.

Bildirişlər


1. İnsanlar öz iradələri ilə günah yolunu seçirlər.

2. Allah pis əməl sahibləri ilə ədalətli rəftar edir.

3. Dünya əməl, axirət əvəz məhəllidir.

4. İnsan tənbeh və cəzadan qabaq təşviq olunmalıdır.

5. Üzüqaralıq günahkar möminlərə yox, kafirlərə aiddir.

6. Cəza və tənbeh, eləcə də təhqir və üzüqaralıq qiyamətdə də var.

7. Qurtuluş və şəfaət yolu kafirlərin üzünə bağlıdır.
Ayə 28:

﴿وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ فَزَيَّلْنَا بَيْنَهُمْ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ﴾

(Qiyamətdə) hamını bir yerə toplayacağımız gün müşriklərə deyərik: “Siz və Allaha şərik güman etdikləriniz öz yerinizdə qalın (ki, hesabınız aparılsın). Sonra aralarında ayrılıq salarıq və məbudlar deyərlər ki, siz (əslində) bizə pərəstiş etmirdiniz (öz həvəslərinizin ardınca gedirdiniz).”


Nöqtələr


◘Ötən ayədə deyildi ki, günahkarlar və kafirlər üçün heç bir qurtuluş yolu yoxdur. Bu ayədə isə bildirilir ki, hətta onların xəyali vasitələri də şəfaət vermək əvəzinə, onlardan üz döndərərlər.

Bildirişlər


1. Qiyamət və onun hadisələrini unutmayaq.

2. Qiyamətdə təkcə insanlar yox, hətta saxta məbudlar da hazır olar.

3. Qiyamət ayrılıq günüdür. (Qiyamətdə sorğu üçün insanlar bir-birlərindən ayrı düşərlər.)

4. Kafirlərin öz xəyali şəfaətçiləri qiyamətdə onlardan üz döndərər.

5. Qiyamətdə bütlər dilə gəlib onlara ibadət edənləri inkar edər və ya xəbərsizliklərini bildirərlər.
Ayə 29:

﴿فَكَفَى بِاللّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ﴾

Sonra (məbudlar müşriklərə deyərlər) bizimlə sizin aranızda Allah yetər. Həqiqətən, biz sizin pərəstişinizdən xəbərsiz idik.”


Nöqtələr


◘Ötən ayədə məbudlar deyirdilər ki, siz bizə ibadət etmirdiniz. İndi isə bildirirlər ki, biz sizin ibadətinizdən xəbərsiz idik. Nəticə alınır ki, məbudun xəbərsiz olduğu istənilən bir ibadət ibadət deyil.

◘Quranda məbudların müşriklərə nifrət və onlardan üz döndərməsindən dəfələrlə söhbət açılmışdır.1




Bildirişlər


1. Qiyamətdə bütlərə şüur və nitq verilər.
Ayə 30:

﴿هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ﴾

Orada hər kəs öncədən göndərdiyinə (onun cəzasına) düçar olar və həqiqi hamisinə doğru qaytarılar. İftira və yalan olaraq Allah saydıqları şeylər onların gözləri qarşısındaca məhv olar.”


Bildirişlər


1. Dünyəvi sınaqların nəticəsi qiyamət günü əldə olunar.

2. Qiyamət hesabı hamı üçündür.

3. Varlığın qaynağı Odur və işin sonu Ona doğrudur.

4. Həqiqi mövla Allahdır və Ondan qeyriləri puçdur.

5. Qiyamətdə yalançı məbudların görüntüləri məhv olacaq.
Ayə 31:

﴿قُلْ مَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالأَرْضِ أَمَّن يَمْلِكُ السَّمْعَ والأَبْصَارَ وَمَن يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيَّتَ مِنَ الْحَيِّ وَمَن يُدَبِّرُ الأَمْرَ فَسَيَقُولُونَ اللّهُ فَقُلْ أَفَلاَ تَتَّقُونَ﴾

De ki, sizə göydən və yerdən ruzi verən kimdir? Qulaq və gözlərin sahibi kimdir? Kimdir dirini ölüdən, ölünü diridən çıxaran? Kimdir varlığın işini sahmana salan? (Cavab olaraq) deyəcəklər: “Allah.” De ki, məgər Allahdan qeyrisinə pərəstişin cəzasından qorxmursunuz?”


Nöqtələr


◘“Ölünü diridən, dirini ölüdən çıxarmaq” təbiri insanın nütfədən, nütfənin insandan, cücənin yumurtadan, yumurtanın cücədən, otun toxumdan, toxumun otdan, saleh övladıngünahkar ata-anadan, günahkar övladın saleh valideyndən çıxması təbirləri ilə oxşar formadadır.

◘Ayədə insan əzalarından yalnız göz və qulağın yada salınmasının səbəbi bu ola bilər ki, bədən üzvləri arasında ən çox istifadə olunan bu iki üzvdür.


Bildirişlər


1. Sual üslubu və insanların düşüncə və fitrətə yönəldilməsi səmavi təlimatçıların vəzifələrindəndir.

2. Allah insana ruzi verilməsindən danışarkən göy və yerin də adını çəkir.

3. Ruzi vermək, yaratmaq, idarə etmək Allahın daimi sünnələrindəndir.

4. Yaranış aləmi daim müdiriyyətə ehtiyaclıdır. Tədbirlərdəki vəhdət rübubiyyətin vəhdət nişanəsidir.

5. Ruzimiz, göz və qulağımız, həyat və ölümümüz Allahın əlindədir. Bu sahədə başqa bir güc və hakimiyyət yoxdur.

6. Nemətlər və ilahi qüdrət haqqında düşüncə allahşünaslığın ən şirin, ən duyumlu, ən ümumi, ən sadə və eşq yaradan yollarındandır.

7. Müşriklər də öz dövrlərində Allahı varlığın yaradıcısı kimi tanıyırmışlar.

8. Əqidə bəs etmir, əməl də lazımdır.

9. Mərifət və elm təqva üçün zəmin yaradır.
Ayə 32:

﴿فَذَلِكُمُ اللّهُ رَبُّكُمُ الْحَقُّ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلاَّ الضَّلاَلُ فَأَنَّى تُصْرَفُونَ﴾

Belə bir (qadir və vahid) Allah, həqiqətən, sizin Rəbbinizdir. Haqdan sonra azğınlıqdan başqa nə var? Bəs necə olur ki, (haqdan) qaytarılırsınız?!”


Bildirişlər


1. Hakim, ruzi verən, xəlq edən, idarə edən Allah olan yerdə digər bir yaradana macal yoxdur.

2. Allahdan qeyrisinin rübubiyyətinə etiqad puçdur, azğınlıqdır.

3. Haqla batil arasında üçüncü bir yol yoxdur. Haqq olmayan şey batildir. Bu məsələdə bitərəf yoxdur.

4. İnsan haqpərəst bir fitrətə malikdir. Şeytanlar, digər xülyalar və amillər onu azğınlığa çəkir.


Ayə 33:

﴿كَذَلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ فَسَقُواْ أَنَّهُمْ لاَ يُؤْمِنُونَ﴾

Beləcə, Rəbbinin hökmü və sözü itaətsizlik edənlər haqqında gerçəkləşdi. Onlar iman gətirməzlər.”


1   ...   37   38   39   40   41   42   43   44   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə