Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə39/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

Nöqtələr


◘Təfsire-Mərağidə bu ayəyə istinadən ilahi övliyalara təvəssül və qəbirlərin ziyarəti rədd edilmişdir. Həqiqətdə isə belə deyil. Əvvəlcə bu ayədə “pərəstiş, ibadət edirlər” təbiri işlədilmişdir. Ziyarət və təvəssüldə isə kimsə Allahdan qeyrisinə pərəstiş etmir. İkincisi, biz Bərzəx həyatına inanırıq. Quran da şəhidləri diri sayır. Biz Allah yolunda şəhadətə çatmış övliyalardan dua istəyirik. Övliyaların və şəhidlərin daş və ağac bütlərlə bir tutulması insafsızlıqdır.

◘Bütlərə ya qorxudan, ya da qazanc ümidi ilə pərəstiş olunur. Halbuki bütlərdə nə zərər yetirmək, nə də fayda vermək qabiliyyəti var. Demək, bütpərəstlik üçün heç bir bəhanə yoxdur.


Bildirişlər


1. Bütpərəstlər məntiqsizdirlər və bütpərəstlik məntiqsiz bir işdir.

2. Bütpərəstlər Allahı qəbul edir, amma bütləri vasitə saydıqlarından onlara pərəstiş edirdilər.


Ayə 19:

﴿وَمَا كَانَ النَّاسُ إِلاَّ أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُواْ وَلَوْلاَ كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ﴾

(Başlanğıcda) insanlar vahid bir ümmət idilər. (Pak tövhid fitrətində idilər.) Sonra ixtilafa düçar oldular. (Bir qrup müvəhhid, digəri müşrik oldu.) Əgər Rəbbin tərfindən bir sünnə (imtahan üçün möhlət) müəyyənləşməsəydi, xalq arasında ixtilaf etdikləri şeyə görə mühakimə aparılardı. (Azğınların məhvi hökm olunardı.)”


Nöqtələr


◘Allah-təala Adəm və Həvvanı yerə endirdiyi vaxt buyurdu: “Yer üzü sizin və nəsliniz üçün bir müddət məskəndir.”1 Demək, ilk gündən müəyyənləşmişdi ki, insana yer üzündə bir müddət möhlət verilsin. Olsun ki, “kəlimətun səbəqət” dedikdə həmin müqəddərat, proqram nəzərdə tutulmuşdur.

Bildirişlər


1. Bəşər ilkin yaranışda vahid ümmət, həmfikir və müvəhhid olmuşdur.

2. İctimai həyat elə başlanğıcdan mövcuddur.

3. Əqidə və əməldə ziddiyyət bəşər cəmiyyətinin zərurətlərindəndir.

4. Möhlət verilməsi ilahi rübubiyyət şənindəndir.

5. Seçim və əməl üçün fərdlərə möhlət verilməsi ilahi sünnədir.
Ayə 20:

﴿وَيَقُولُونَ لَوْلاَ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلّهِ فَانْتَظِرُواْ إِنِّي مَعَكُم مِّنَ الْمُنتَظِرِينَ﴾

Deyirlər ki, nə üçün ona Rəbbi tərəfindən bir ayə və möcüzə nazil olmur? De ki, qeyb Allaha məxsusdur. Belə isə, intizarda olun. Mən də sizinlə birlikdə intizardayam.”


Bildirişlər


1. Bəhanəçi insanlar Quranı və yüzlərlə ayəni görməməzliyə vurub başqa ayələr istəyirlər.

2. Möcüzə nə peyğəmbərin ixtiyarındadır, nə də xalqın istəyindən asılıdır. Möcüzə yalnız Allahın istəyi ilə baş tutur.

3. Möhlət verilməsi Allahın qanunudur.
Ayə 21:

﴿وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً مِّن بَعْدِ ضَرَّاء مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌ فِي آيَاتِنَا قُلِ اللّهُ أَسْرَعُ مَكْرًا إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ﴾

Xalqa yetişmiş əziyyətdən sonra onlara bir zəhmət və lütf daddırsa, (şükür əvəzinə) ayələrimizə qarşı hiylə qurarlar. De ki, Allahın tədbiri daha iti və nüfuzludur. Həqiqətən, onların məkr və hiylələrini mələklərimiz yazırlar.”


Nöqtələr


◘Ötən ayədə onların bəhanələrinə işarə olundu. Onlar deyirdilər ki, nə üçün bir ayə nazil olmur? Bu məqamda onların inadkarlığına işarə olunur. Onlar ayə nazil olduqdan sonra da şükür əvəzinə hiyləyə əl atırlar.

◘Məkkədə quraqlıq və qıtlıq oldu. Allah Öz rəsulunun bərəkətinə xatir yağış göndərdi. Müşriklərsə bu yağışın bütlərə xatir yağdığını iddia edirdilər. Ayə nazil oldu və bütpərəstlər rüsvay edildilər.1

◘Əksər təfsirlərdə bildirilir ki, düşmənlərin tədbir və hiylələrindən biri Peyğəmbərin (s) şəxsiyyətini alçaltmaq və ilahi ayələrə istehza etmək idi.

Bildirişlər


1. İnsanın istifadə etdiyi nemətlər Allahın sonsuz mərhəmətinin kiçik bir hissəsidir.

2. İnsan ilahi nemətlərdən sui-istifadə edir, şükür əvəzinə hiyləyə əl atır.

3. Hiyləyə əl atan insan Allahın tədbiri ilə çətinliyə düşər.

4. Allahın cəzası insanın günahına münasib olur.

5. Mələklər insanların fikirlərini də qeydə alırlar.
Ayə 22:

﴿هُوَ الَّذِي يُسَيِّرُكُمْ فِي الْبَرِّ وَالْبَحْرِ حَتَّى إِذَا كُنتُمْ فِي الْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُواْ بِهَا جَاءتْهَا رِيحٌ عَاصِفٌ وَجَاءهُمُ الْمَوْجُ مِن كُلِّ مَكَانٍ وَظَنُّواْ أَنَّهُمْ أُحِيطَ بِهِمْ دَعَوُاْ اللّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـذِهِ لَنَكُونَنِّ مِنَ الشَّاكِرِينَ﴾

Sizi quruda və dəryada gəzdirən Odur. Gəmidə olduğunuz, müvafiq bir küləyin gəmiləri hərəkətə gətirdiyi və (onda olanlar) bu vasitə ilə xoşhal olduğu vaxt qəfildən tufan qopanda, dalğalar hər tərəfdən sorağlarına gələndə bəla mühasirəsinə düşdüklərini güman edib Allahı xalis əqidə ilə çağırarlar (və deyərlər:) əgər bizi bu təhlükədən xilas etsən, şübhəsiz şükür edənlərdən olacağıq.”



Nöqtələr


◘Alusi və Məraği öz təfsirlərində qeyd edirlər ki, “təhlükə zamanı müşriklər Allahı çağırdıqları halda, şiələr öz imamlarını çağırırlar.” Onlar unudurlar ki, Qurana əsasən diri olan şəhid, məsum imamlara təvəssül bütlərə təvəssüldən fərqlənir.

Bildirişlər


1. Təbiətə hakim qanunlar Allahın məxluqudur və Onun hökmü altındadır.

2. İnsanın işləri Allaha da aid edilir. Çünki işi insan görsə də qüdrət Allahdandır.

3. İnsan nə qədər inkişaf etsə də təbiət hadisələrinin acılığından amanda deyil.

4. Rifah içində yaşayanlar güman etməsinlər ki, bu rifah əbədidir.

5. Təbiət hadisələri insanın qürur və təkəbbürünü aradan götürür, onu Allah qarşısında boyun əyməyə vadar edir.

6. Təhlükə zamanı insan fitrəti yeganə qurtuluş ünvanına tərəf üz tutur.

7. İman və ixlas yalnız təhlükə ilə bağlı müvəqqəti yox, daimi olmalıdır.

8. İnsan təhlükəyə düşdükdə söz verir, təhlükə ötüşdükdə isə qəflətə uğrayır.

9. Naşükürlük və nemətə qarşı şükür çətinlik və əzab zəminlərindəndir.
Ayə 23:

﴿فَلَمَّا أَنجَاهُمْ إِذَا هُمْ يَبْغُونَ فِي الأَرْضِ بِغَيْرِ الْحَقِّ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَى أَنفُسِكُم مَّتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ إِلَينَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾

Elə ki, Allah onlara nicat verdi, həmin vaxt yer üzündə nahaqdan azğınlıq edirlər. Ey xalq! Həqiqətən, sizin azğınlığınız yalnız öz zərərinizədir. Dünya həyatının ləzzətləri (bir neçə gündən çox deyil), sonra qayıdışınız Bizə doğrudur. Sizi əməllərinizdən agah edəcəyik.”



1   ...   35   36   37   38   39   40   41   42   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə