Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə38/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

Nöqtələr


◘Allah-təala insanın naşükürlüyündən dəfələrlə söz açmışdır. İnsan çətinliyə düşdüyü vaxt Allahı çağırır, müşkülü həll olduqdan sonra isə Onu yaddan çıxarır.

Bildirişlər


1. İnsan ruhunun dərinliyində Allaha iman mayası vardır. Acı hadisələr Allah sorağında olan vicdan və fitrəti oyadır.

2. Mövsümi, arabir dua edənlər məzəmmət olunur və onların işi dəyərsizdir.

3. Bütün hallarda dua etmək olar: ayaq üstə, oturaq və ya uzanmış vəziyyətdə.

4. Səmimi dua çətinlikləri aradan qaldırır.

5. Rifah, firavanlıq qəflət zəminidir.

6. İnsan naşükürdür.

7. Maddi həyat Allahı unudanların nəzərində gözəl cilvələnir.

8. Allahın lütflərini yaddan çıxarmaq bir növ israfdır.

9. Rahatlıqda Allahı unudub çətinliyə düşdükdə dua edən kəs israfçıdır.

10. Rifah içində yaşayanlar özlərindən razıdırlar.


Ayə 13:

﴿وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُواْ وَجَاءتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ وَمَا كَانُواْ لِيُؤْمِنُواْ كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ﴾

Həqiqətən, Biz sizdən əvvəlki ümmətləri zülmlərinə görə həlak etdik. (Çünki) peyğəmbərləri onlara möcüzə gətirdi, amma onlar inanmadılar. Biz bu sayaq günahkar qövmü cəzalandırırıq.”


Nöqtələr


◘“Qərn” sözünün cəm forması olan “qurun” sözü eyni bir əsr və dövrdə yaşayan xalqa deyilir.

Bildirişlər


1. Zülm-sitəm millətlərin süqutuna zəmin yaradır.

2. Yalnız höccət tamamlandıqdan, dəlillər başa çatdıqdan sonra ilahi cəza gəlir.

3. Yalnız iman və islahına ümid olmayan zalımlar həlak edilirlər.

4. İbrət götürülməsi üçün tarixlə yanaşı tarix fəlsəfəsi də bəyan olunmalıdır. Keçmiş qövmlərin həlak olması tarix, bu hadisənin zülm və günah kimi səbəbləri isə tarix fəlsəfəsidir.

5. İlahi sünnələr hamıya və hər dövrə aiddir.
Ayə 14:

﴿ثُمَّ جَعَلْنَاكُمْ خَلاَئِفَ فِي الأَرْضِ مِن بَعْدِهِم لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ﴾

Onlardan sonra sizi yer üzündə canişin qərar verdik ki, necə əməl edəcəyinizi görək.”


Bildirişlər


1. Hakimiyyət, imkan Allahın sınaq vasitələridir.

2. Vəzifə tapşıran müdir həm də buna nəzarət etməlidir.

3. Bütün əməllərimiz Allahın nəzarəti altındadır.

4. Allah üçün bütün qövmlər eynidir. İlahi sınaq qanunları hamıya tətbiq olunur.

5. Xalqın taleyi onların öz əməllərinin nəticəsidir.
Ayə 15:

﴿وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ لاَ يَرْجُونَ لِقَاءنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَـذَا أَوْ بَدِّلْهُ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ﴾

Aşkar ayələrimiz onlara oxunduğu vaxt görüşümüzə ümid bəsləməyənlər deyər: “Ya başqa bir Quran gətir, ya da bu Quranı dəyiş.” (Onlara) de ki, mən onu özbaşına dəyişə bilmərəm və yalnız vəhy olunana tabeyəm. Mən böyük günün əzabından qorxuram... Əgər Rəbbimə itaətsizlik göstərsəm!”


Nöqtələr


◘Bəzi bütpərəstlər Quranın bütləri məzəmmət edən ayələrinin və ya bütün kitabın dəyişdirilməsini istəyirdilər. Səmavi təlimləri öz nəfs istəklərinə münasib görməyənlər həmişə belə istəyə düşürlər.

Bildirişlər


1. Allahı tanıma nişanələri xalqa bəyan olunmalıdır.

2. Heç kim, hətta peyğəmbər belə ilahi qanunu dəyişə bilməz.

3. Heç vaxt xalqın bəhanə və həvəslərinə təslim olmayaq. Əsas məsələ xalqın istəyi yox, Allahın buyruğudur.

4. Quranda heç bir bəşərin, hətta Peyğəmbərin (s) belə əli yoxdur.

5. Əqidə əsaslarını dəyişmək bahasına tərəfdarlar toplamağın dəyəri yoxdur.

6. Peyğəmbərlər məsumdurlar və yalnız vəhyə tabe olmuşlar.

7. Məadın xatırlanması təqva və günahdan paklıq səbəbidir. Necə ki, məaddan xəbərsizlik bəhanəçiliyə gətirib çıxarır.

8. Peyğəmbərlərin paklıq qaynağı məada iman və əminlikdir.


Ayə 16:

﴿قُل لَّوْ شَاء اللّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلاَ أَدْرَاكُم بِهِ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِّن قَبْلِهِ أَفَلاَ تَعْقِلُونَ﴾

De ki, əgər Allah istəsəydi, onu (Quranı) sizin üçün oxumaz, sizi ondan xəbərdar etməzdim. Mən Qurandan öncə aranızda bir ömür yaşamışam. Yoxsa düşünmürsünüz?!”


Nöqtələr


◘Ayədə Quranın dəyişməsini istəyənlərə xitab olunur ki, Peyğəmbər (s) qırx il sizin aranızda yaşamışdır, Quran onun öz düşüncələri olsaydı, bundan da qabaq ondan bu sayaq sözlər eşidərdiniz.

Bildirişlər


1. Peyğəmbər Allahın icazəsi olmadan heç bir iş görmür.

2. Quran bəşər düşüncəsinin məhsulu yox, ilahi bir möcüzədir.

3. Peyğəmbərin pak keçmişi və əmanətdarlığı onun haqlı olmasının nişanəsidir.
Ayə 17:

﴿فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ إِنَّهُ لاَ يُفْلِحُ الْمُجْرِمُونَ﴾

Allaha iftira yaxan və ya Onun ayələrini yalan sayandan da zalımı kimdir? Şübhəsiz, günahkarlar nicat tapmazlar.”


Nöqtələr


◘Ayədə Quranın dəyişilməsini istəyənlərə cavab davam etdirilir. Onların bu istəyi Allaha iftira kimi qəbul olunmuşdur. Oxşar məzmunlu başqa ayələr də var.1

Bildirişlər


1. Ən böyük zülm ideoloji, etiqadi zülm və ayələrin təhrifidir.

2. Şəxsiyyət böyük olduqca ona qarşı iftira da təhlükəli olur.

3. Din uyduran insan kafirlə bir sırada dayanır.

4. Bidət (dində dəyişiklik) günahdır.

5. Əgər din təbliğatçısı öz düşüncəsini din kimi təqdim edərsə, “zalım”, “günahkar” adları ona uyğun gələr.
Ayə 18:

﴿وَيَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَيَقُولُونَ هَـؤُلاء شُفَعَاؤُنَا عِندَ اللّهِ قُلْ أَتُنَبِّئُونَ اللّهَ بِمَا لاَ يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلاَ فِي الأَرْضِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾

Onlar Allah əvəzində onlara heç bir zərəri və xeyri olmayan şeylərə pərəstiş edir və deyirlər: “Bu bütlər bizim Allah yanındakı şəfaətçilərimizdir.” De ki, Allaha göylərdə və yerdə tanımadığı bir şeyimi xəbər verirsiniz? Allah Ona şərik qoşduqlarınızdan pak və ucadır.”



1   ...   34   35   36   37   38   39   40   41   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə