Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə32/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

Bildirişlər


1. Diriltmək və öldürmək, qəlblərin ölüm və həyatı (hidayət və zəlalət) Allahın əlindədir.

2. Müşrik qohumlarla rabitələri möhkəmləndirmək əvəzinə göylərin və yerin maliki Allahla yaxınlıq fikrində olun. Onların (qohumların) Allahla müqayisədə heç bir yardım qüdrəti yoxdur.


Ayə 117:

﴿لَقَد تَّابَ الله عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالأَنصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِن بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ إِنَّهُ بِهِمْ رَؤُوفٌ رَّحِيمٌ﴾

Həqiqətən, Allah Peyğəmbərə, mühacirlərə və çətin anda ona itaət göstərən ənsara Öz lütfünü yağdırdı. Bundan öncə bəzilərinin qəlbi çaşmaq üzrəydi. Sonra Allah onlara Öz lütfünü qaytardı. Həqiqətən, (Allah) onlara rəfətli (mərhəmətli) və mehribandır.”


Nöqtələr


◘Təbuk döyüşünün bir sıra çətinlikləri vardı: yolun uzunluğu, havanın istiliyi, məhsul yığımı dövrü olması, düşmənin qüdrəti. Bəziləri münafiq olmasalar da, sərin evi, soyuq suyu, həyat yoldaşlarını bu səfərdən üstün tuturdular. Bu zümrədən olan Əbu-Xüzəymə məzəmmət edildikdən sonra özünü Peyğəmbər (s) və müsəlmanlara çatdırdı.

◘Təbuk döyüşündə münafiqlər üç dəstə idi: bəziləri rum qızlarının gözəlliyinə məftun olacaqlarını bəhanə gətirirdilər; bəziləri xalqı həvəsdən salırdılar; bəziləri havanın istiliyini səbəb göstərib icazə istəyirdilər.

Bununla belə bir çoxları həvəslə Peyğəmbərə (s) qoşulmaq istəyir, səfər üçün imkanları olmadığından qəmlənirdilər. Əbuzər Ğəffarinin geri qalıb, nəhayət özünü Peyğəmbərə (s) çatdırması bu qəbildən olan məsələdir.

◘Təbuk döyüşündə iş o qədər çətinləşmişdi ki, bəzən bir xurmadan bir neçə nəfər istifadə edirdi.1

◘Bu və bundan sonrakı ayədə tövbə məsələsindən danışıldığı üçün surə “Bəraət”, “Tövbə” adlandırıla bilər.

Bildirişlər


1. Allah təhlükəli səhnələrdə Peyğəmbərə (s) və döyüşçülərə Öz lütfünü nazil edir.

2. Bütün insanlar, hətta peyğəmbərlər də ilahi lütfə ehtiyaclıdırlar.

3. İlahi tövbə peyğəmbərə və möminlərə xüsusi lütf mənasındadır və bəzən günahkarlara əfv formasında təzahür edir.

4. Çətin şəraitdə rəhbərə itaət gerçək iman nişanəsidir.

5. Həyat çətinlikləri bir anlıqdır və ötüb keçir.

6. İnsan üçün daim büdrəmə təhlükəsi var. Bu səbəbdən də Allaha üz tutmaq zəruridir.

7. Yeganə qurtuluş yolu Allahın lütfüdür.

Ayə 118:

﴿وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُواْ حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّواْ أَن لاَّ مَلْجَأَ مِنَ اللّهِ إِلاَّ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُواْ إِنَّ اللّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ﴾

Geri qalmış üç nəfərə yer öz genişliyi ilə dar gəldiyi və özlərindən yorulub Allah qarşısında ondan savay heç bir sığınacaqları olmadığını anladıqları vaxt Allah Öz lütfünü şamil etdi ki, tövbəyə müvəffəq olsunlar. Həqiqətən, Allah tövbələri qəbul edən və mehribandır.”


Nöqtələr


◘Təbukda iştirak etməmiş üç müsəlman (Kəb ibn Malik, Mərarə ibn Rəbi, Hilal ibn Üməyyə peşman olub üzrxahlıq üçün Peyğəmbərin (s) yanına gəldilər. Amma həzrət onlarla danışmadı və göstəriş verdi ki, kimsə onlarla ünsiyyət saxlamasın, hətta qadınları da onlara yaxınlaşmasın. Bu üç nəfər Mədinə ətrafındakı dağlara üz tutub tövbə üçün ayrı-ayrılıqda göz yaşı axıtmağa başladılar.

50 gündən sonra Allah onların tövbəsini qəbul etdi.2


Bildirişlər


1. Döyüşə və rəhbərliyin əmrlərinə etinasızlıq göstərənlər tənbeh olunmalı, bir müddət kənarda saxlanılmalıdırlar.

2. Küskünlük və etinasızlıq müxaliflərin və günahkarların tərbiyə üsullarından biridir.

3. Müxaliflərlə mənfi (üz çevirməklə) mübarizə cəmiyyəti onlar üçün keşikçisiz zindana döndərir.

4. Peyğəmbər ilahi rəhmət güzgüsü olsa da, bir tərbiyəçi kimi arxa çevirmək vasitəsindən də istifadə edir.

5. Vicdan əzabı mövcud əzablardan biridir.

6. Xalqdan ümidsizlik tövbə üçün zəmin yaradır, diqqəti Allaha yönəldir.

7. Tövbə tövfiqi də ilahi lütf sayəsində əldə olunur. Allah öncə Öz lütfünü nazil edir ki, insan peşman olub tövbə qılsın. İnsan tövbə edən kimi Allah yenidən onun tövbəsini qəbul edir.

8. Bir müddət mənfi (etinasızlıq göstərməklə) mübarizədən sonra günahkarın tərbiyəsi üçün münasib şərait yaranır. Yalnız bundan sonra biz onları mehribanlıqla qəbul edək.


Ayə 119:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ﴾

Ey iman gətirənlər! Allahdan çəkinin və sadiqlərlə olun!”


Nöqtələr


◘Şiə və sünni rəvayətlərinə əsasən, “sadiqin” dedikdə həzrət Məhəmməd (s) və onun ailəsi nəzərdə tutulmuşdur.

◘“Bəqərə” surəsinin 177-ci ayəsi iman, infaq, namaz, əhdə vəfa, çətinliklər qarşısında səbir əhlini sadiq sayır. “Hicr” surəsinin 15-ci və “Həşr” surəsinin 8-ci ayəsində əzab çəkmiş mühacirlər “sadiq” adlandırılmışdır.


Bildirişlər


1. Doğruçularla (sadiqlərlə) yaxınlıq və yoldaşlıq insanın tərbiyə amillərindən biridir və onu büdrəmədən çəkindirir.

2. İlahi rəhbərlərdən uzaq düşməyək.

3. İlahi rəhbərlər məsumdurlar. Əgər belə olmasaydı, Allah onlarla yaxınlıq göstərişi verməzdi. (Fəxr Razi deyir: “Məsum şəxs xüsusi bir fərd deyil. Ümmət icması xətadan məsumdur.” Onun bu sözləri təəccüb doğurur. Məgər xətakar fərdlərin cəmiyyəti məsumdurmu?!)

4. Cəmiyyətin təkamülü iman, təqva və məsum rəhbərə itaət sayəsində baş tutur.

5. Hər bir dövrdə məsum olmalıdır ki, müsəlmanlar ona qoşulsunlar.

6. Sadiqlik elə yüksək dərəcədir ki, Allah məsumluq əvəzinə “sadiqlik” təbirini işlətmişdir. İman və təqva mərhələsini adlayanlar bu adla mədh olunurlar.


Ayə 120:

﴿مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ الأَعْرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ اللّهِ وَلاَ يَرْغَبُواْ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِ ذَلِكَ بِأَنَّهُمْ لاَ يُصِيبُهُمْ ظَمَأٌ وَلاَ نَصَبٌ وَلاَ مَخْمَصَةٌ فِي سَبِيلِ اللّهِ وَلاَ يَطَؤُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلاَ يَنَالُونَ مِنْ عَدُوٍّ نَّيْلاً إِلاَّ كُتِبَ لَهُم بِهِ عَمَلٌ صَالِحٌ إِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ﴾

Mədinə əhlinin və ətrafdakı bədəvilərin Allah rəsulunun göstərişindən çıxmağa (cəbhəyə getməməyə), öz canlarını Peyğəmbərin canından üstün tutmağa haqqı yoxdur. Çünki Allah yolunda çəkdikləri hər bir susuzluq, əziyyət və aclığa, kafirləri qəzəbləndirəcək yerdə atdıqları hər addıma, düşməndən gördükləri hər bir pisliyə əvəz olaraq saleh əməl yazılmış olar. Şübhəsiz, Allah yaxşı əməl sahiblərinin mükafatını puça çıxarmaz.”


1   ...   28   29   30   31   32   33   34   35   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə