Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə29/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

Bildirişlər


1. Allah istədiyi vaxt günahkarları cəzalandırar və ya bağışlayar.

2. Xətaya yol verənlərin tərbiyəsində fərqli yanaşmalardan istifadə olunmalıdır. Bir qismini qorxu və ümid arasında qoymaq lazım gəlir.

3. Allahın qəhr-qəzəbi və ya lütfü Onun elm və hikmətinə əsaslanır. Bu işdə intiqam amili yoxdur.
Ayə 107:

﴿وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ مِن قَبْلُ وَلَيَحْلِفَنَّ إِنْ أَرَدْنَا إِلاَّ الْحُسْنَى وَاللّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ﴾

(Münafiqlərdən bir dəstəsi də) o kəslərdir ki, İslama zərbə vurmaq, küfrü yaymaq və möminlər arasında təfriqə salmaq, Allah və Onun rəsulunun qədim düşmənlərinə pusqu üçün məscid tikdilər. Daim and içirlər ki, məqsədləri yalnız xeyirdir. (Amma) Allah şahiddir ki, onlar yalançıdırlar.”


Nöqtələr


◘Ayədə “Zirar” məscidinin əhvalatına işarə olunur. Münafiqlər zəif və xəstə adamları, yağışlı günləri bəhanə edərək Qoba məscidi qarşısında başqa bir məscid tikdilər. Əslində bu məscid onlar üçün mərkəz idi. Təbuk döyüşünə yola düşməmişdən öncə Peyğəmbərdən (s) istədilər ki, həmin yerdə namaz qılıb açılış aparsın. Peyğəmbər (s) Təbukdan qayıtdıqdan sonra ayə nazil oldu və münafiqlərin iç üzü açıldı. Peyğəmbər (s) göstəriş verdi ki, məscid oda çəkilsin, viran qoyulsun...1

Rəvayətlərə əsasən, “Zirar” məscidi Mədinədə Əbu-Amirin göstərişi ilə tikilmişdi. Hənzələnin (Qəsilül-Məlaikənin) atası olan bu şəxs məsihi abidlərindən idi. Bu şəxs Xəzrəc qəbiləsində nüfuz sahibi idi. Peyğəmbərin (s) hicrəti və İslamın nüfuzunun genişlənməsindən sonra Peyğəmbərlə (s) müxalifətə başladı. Əbu-Amir Ühüd döyüşündə öz münafiq rolu ilə seçilmişdi. Nəhayət, Məkkəyə qaçmış və oradan Ruma gedib Rum padşahından İslama qarşı kömək istəmişdi. Maraqlıdır ki, münafiqlərin başçılarından olan bu şəxsin oğlu Hənzələ İslam aşiqi olmuş və şəhadətə yetmişdir.2

◘Əbu-Amir həzrət Peyğəmbəri (s) Zirar məscidinə namaza dəvət etdiyi vaxt üç məsələ haqqında danışmışdı: cəmiyyət namazına eşq, zəiflərə eşq, rəhbər və onun namazına eşq. Amma bütün bu sözlər riyakarlıqdan başqa bir şey deyildi. Münafiqlər daim belə olmuşlar. Musaya qarşı Samiri fitnəsini törətdilər, peyğəmbər məscidi qarşısında əməvi məscidi tikdilər, həzrət Əlinin (ə) qarşısında Quranı nizəyə taxdılar. Samirinin buzovu yandırıldığı kimi, münafiqlərin də məscidi yandırıldı. Bu, tarixi bir dərs idi.

Yezidin imam Hüseynə (ə) qalib gəlməsi münasibəti ilə Kufə və Şamda məscid tikildi. İmamlar bu məscidləri “məlunə” adlandırmışlar!

◘İslamda istənilən bir zərər qadağandır.1 O cümlədən: cana vurulan zərərlər2; xalqa zərər3; həyat yoldaşına zərər4; övlada zərər5; vərəsəyə zərər6; zərərli təlimlər7; müamilə zərərləri və borclar8; əqidə məktəbi və vəhdətə zərər.

Bildirişlər


1. Düşmən məscid və məzhəbdən din əleyhinə istifadə edir. Şüarların və adların zahirinə aldanmayaq.

2. Fitnəkarlar hətta Peyğəmbərin (s) namazından öz mənafeləri üçün istifadə etmək istəyirlər.

3. Məscid tikmək yox, bu işdə xalis niyyət əsasdır.

4. İslamda istənilən növ zərər qadağandır. Zərər məqsədi ilə tikilən məscid də bu qəbildəndir.

5. Düşmənlərin əlində alətə çevrildikdə məscid öz müqəddəsliyini itirir.

6. Allah Öz peyğəmbərinin və dinin hamisidir. O, vəhy yolu ilə münafiqlərin fitnələrini ifşa edir.

7. Müsəlmanlar arasında təfriqə yaradan istənilən bir məscid Zirar məscididir.

8. Münafiqlər kafirlərə xidmət edirlər.

9. Xarici düşmənlərlə mübarizə zamanı daxili düşmənləri yaddan çıxarmayaq. Münafiqlər Təbuk döyüşündən öncə rəsmi şəkildə Peyğəmbərdən (s) istədilər ki, onların mərkəzində açılış etsin. Amma Peyğəmbər (s) Mədinədə həzrət Əlini (ə) öz yerində qoyub geri qayıtdıqdan sonra Zirar məscidini sökdü.

10. Müsəlmanların vəhdətini pozmaq küfrə bərabərdir.

11. Yalan and münafiqlərin üsuludur.

12. Düşmən tərəfin iddia və təbliğatına aldanmayaq.

13. Yalan kafir və münafiqlərin xislətidir.

Ayə 108:

﴿لاَ تَقُمْ فِيهِ أَبَدًا لَّمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْ وَاللّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ﴾

Orada (Zirar məscidində) heç vaxt (namaza) durma. Həqiqətən, ilk gündən təqva üzərində bina olunmuş məscid namaz qılınması üçün daha layiqdir. (Çünki) o məsciddə paklanmaq istəyində olan kişilər var. Allah pakları sevir.”


Nöqtələr


◘Öncədən təqva üzərində bina olunmuş məscid Qoba məscididir. Bu məscid Peyğəmbərin (s) Mədinəyə hicrəti zamanı tikilmişdir.1

◘Fəxr-Razi deyir: “Məscidin dəyərli olmasında təqva kökü əsasdırsa, insanın da iman və təqvada öncül olması daha dəyərlidir. İlk gündən iman gətirən həzrət Əli (ə) illər uzunu şirkdən sonra İslamı qəbul edənlərdən üstündür.”2


Bildirişlər


1. İslam quruluşuna müxalifətdə dayananların mərkəzinə çevrilmiş məsciddə namaza durmayın.

2. İbadət siyasətdən ayrı deyil. Batili hətta namazla gücləndirmək olmaz. (Küfr, nifaq və təfriqəni təsdiqləmək haramdır.)

3. Rəhbər başqaları üçün nümunədir. Peyğəmbər Zirar məscidinə daxil olmamalıdır ki, başqaları da daxil olmasın. Bu səbəbdən də ayədə Peyğəmbərə (s) xitab olunur.

4. Cəmiyyətin rəhbəri hamıdan qabaq mövqe tutmalıdır.

5. Xalqı fəsad mərkəzlərindən uzaq olmağa çağırırıqsa, onlar üçün sağlam, faydalı mərkəzlər yaratmalıyıq.

6. Hər bir şeyin dəyəri onun bünövrəsini qoyanın məqsəd və niyyətindən asılıdır.

7. Məscid cisim və ruhun paklanma zəminidir.

8. Salehlərlə yoldaşlıq dəyərdir.

9. Məkanların dəyəri oraya get-gəl edən fərdlərin dəyərindən asılıdır. Məscid günbəz və minarəsi ilə yox, pak namaz qılanları ilə seçilməlidir.

10. Namaz və məscid təlim-tərbiyə və paklıq vasitəsidir.

11. Kamillik və paklığa eşq özü bir kamaldır.

12. Paklar Allahın məhbubudurlar.


Ayə 109:

﴿أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَى تَقْوَى مِنَ اللّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىَ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾

Öz (işinin) bünövrəsini təqva və Allahın razılığı üzərində qərar verən kəs üstündür, yoxsa öz (işinin) bünövrəsini uçulası bir aşırımın ağzında qərar verən kəs? Elə bir yer ki, onu cəhənnəm oduna yuvarlandırar. Allah zalım qövmü hidayət etməz.”


1   ...   25   26   27   28   29   30   31   32   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə