Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə23/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

Nöqtələr


◘Həzrət Peyğəmbər (s) xalqdan cəbhəyə kömək istədi. İmkanlılar yetərincə, yoxsullar isə cüzi yardım göstərdi. Münafiqlər varlıların yardımını riyakarlıq sayaraq onlara tənə etməyə başladılar. İmkansızların da cüzi yardımı məsxərəyə qoyuldu. Münafiqlər həzrət Peyğəmbərin (s) hüzuruna cəbhəyə yardım üçün bir miqdar xurma gətirmiş Əbu-Əqil Ənsarini də lağa qoydular.

◘İnsanın infaq etməsi, yoxsullara əl tutması üçün onun var-dövlətli olması şərt deyil. İnfaq üçün ixlas, iman və səxavət kimi səciyyələrin olması zəruridir. 70-cu ayədə oxuduq ki, böyük var-dövlətə malik olan Sələbə vacib dini haqları ödəmədi. Amma yoxsulluq içində yaşayan Əbu-Əqil tam ixlasla, səmimi qəlbdən bir neçə xurma gətirdi.

◘İmam Riza (ə) buyurmuşdur: “Allah məsxərə edər” deyərkən Onun istehza edənləri cəzalandırması nəzərdə tutulur.”1

Bildirişlər


1. Məsxərə etmək münafiqlərin sifətidir. Onlar özləri yardım göstərmir, başqalarının da yardımını şübhə altına alırlar.

2. Möminlər səmimi qəlbdən infaq edirlər.

3. Cəbhəyə yardım ruhiyyəsini zəiflətmək haramdır və münafiqlərə məxsus bir işdir.

4. Münafiqlər təbliğat və istehza vasitəsi ilə xalqın cihada marağını öldürürlər.2

5. Münafiqlərin nəzərincə niyyət və məqsəd yox, malın miqdarı əhəmiyyətlidir. Bu səbəbdən də onlar fəqir möminlərin cüzi infaqını əhəmiyyətsiz sayırdılar.

6. Cəmiyyətin ehtiyaclarını aradan qaldırmaq üçün bütün imkanlardan istifadə olunmalıdır.

7. Hər bir insan özü gücü həddində məsuldur.

8. Öz vəzifəmizlə məşğul olaq və düşmənin istehzasına əhəmiyyət verməyək. Çünki onların cəzasını Allah verəcək.

9. Cəza əmələ münasib olmalıdır.
Ayə 80:

﴿اسْتَغْفِرْ لَهُمْ أَوْ لاَ تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَن يَغْفِرَ اللّهُ لَهُمْ ذَلِكَ بِأَنَّهُمْ كَفَرُواْ بِاللّهِ وَرَسُولِهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ﴾

Münafiqlərin bağışlanmasını istəsən də, istəməsən də (fərqi yoxdur). Yetmiş dəfə də onlara bağışlanma diləsən, Allah onları bağışlamayacaq. Çünki onlar Allaha və onun rəsuluna qarşı küfr etdilər. Allah azğın qövmü hidayət etməz.”


Nöqtələr


◘Yetmiş rəqəmi konkret say yox, çoxluq bildirir. Yetmiş rəqəmi ilə işarə olunur ki, münafiqlər heç vəchlə bağışlanmayacaq.1 Rəvayətlərdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Əgər yetmiş dəfədən çox bağışlanmalarını istəməyimin onlara nicat verəcəyini bilsəydim, bunu istəyərdim.”2

◘İnsan elə bir həddə süqut edə bilər ki, onu heç nə xilas edə bilməz. Necə ki, ruhu bədənindən ayrılmış xəstəyə həkimlərin səyi səmərə vermir.


Bildirişlər


1. Dini məsxərə etmək o qədər günahdır ki, Peyğəmbər (s) də bu günahı bağışlatdıra bilmir.

2. Nə qədər ki, insan peşman olmayıb, onun daxilində qiyam baş qaldırmayıb, Peyğəmbərin (s) də duaları səmərəsizdir.

3. İnadkar münafiqə can yandırmaq faydasızdır.

4. Allah Öz mərhəmətini əsirgəmir. Sadəcə münafiqlərin bağışlanma qabiliyyəti yoxdur.

5. Küfr bağışlanmaya, azğınlıq hidayətə mane olur.
Ayə 81:

﴿فَرِحَ الْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلاَفَ رَسُولِ اللّهِ وَكَرِهُواْ أَن يُجَاهِدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللّهِ وَقَالُواْ لاَ تَنفِرُواْ فِي الْحَرِّ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا لَّوْ كَانُوا يَفْقَهُونَ﴾

Allah rəsulunun ziddinə olaraq döyüşdən boyun qaçıran, evdə oturmasından fərəhlənən, malı və canı ilə Allah yolu ilə cihaddan ikrah duyan, başqalarına “bu istidə (döyüş üçün) çölə çıxmayın” deyən kəslərə söylə ki, əgər bilərdilərsə, cəhənnəm odu daha yandırıcıdır.”


Nöqtələr


◘Bu ayə Təbuk döyüşü haqqındadır. Aydə münafiqlərin üç əlaməti zikr olunur: cəbhədən imtinaya münasibətdə peşmanlıq əvəzində fərəh; mal və canla cihadın ağırlığı; başqalarının cəbhəyə getməsinə maneçilik.

◘Ötən ayələrə əsasən, münafiqlər başqalarının maddi yardım göstərməsinə mane olurdular. Bu ayəyə əsasən isə onlar cəbhəyə gedişin də qarşısını alır, soyuq münasibət yaradırdılar.


Bildirişlər


1. Cəbhəyə getməməkdən fərəh duymaq, peyğəmbər göstərişinə qarşı çıxmaq nifaq nişanəsidir.

2. Cəbhəyə getməməkdən də pisi rəhbərə alçaldıcı münasibət və onun göstərişinə müxaliflikdir.

3. Allahın rəsuluna sorğu-sualsız itaət lazımdır.

4. Qorxaq mömin münafiqdən fərqlənir. Qorxaq mömin maddi yardım göstərir, cihadda iştirakı arzulayır. Münafiq isə nə kömək edir, nə də buna meyl göstərir.

5. Münafiqlər xalqı cihaddan saxlamaq üçün mənfi təbliğat aparır, havanın isti olması kimi bəhanələr gətirirlər.

6. Savaş astanasında hazır olmalıyıq ki, düşmənin mənfi təbliğatlarının qarşısını dərhal ala bilək.

7. Düşmən təbliğatına cavab verərkən onların öz sözlərindən istifadə edək.

8. Ölümdən sonrakı həyatı xatırlamaq cəbhəyə hərəkət üçün amil olur. Həqiqi möminlər heç vaxt havanın istiliyinə görə cihaddan qalmır.

9. Münafiqlər üzdən keçir, məsələnin dərinliyinə vara bilmirlər.
Ayə: 82

﴿فَلْيَضْحَكُواْ قَلِيلاً وَلْيَبْكُواْ كَثِيرًا جَزَاء بِمَا كَانُواْ يَكْسِبُونَ﴾

Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar.”


Nöqtələr


◘Münafiqlər cihadı tərk etməklə hansı nemətləri əldən verdiklərini bilsəydilər, az şadlanıb, çox ağlayardılar. Bu nemətlərdən məhrumluğa görə bir ömür ağlamaq da azdır.

Bildirişlər


1. Çətinliklər səbəbindən ah-nalə çəkib ağlamaq cihaddan üz döndərənlərin dünyəvi cəzasıdır.

2. Cəza əmələ münasibdir.

3. Münafiqin bir neçə günlük fərəhi uzun-uzadı həsrət və göz yaşları ilə nəticələnir.
Ayə 83:

﴿فَإِن رَّجَعَكَ اللّهُ إِلَى طَآئِفَةٍ مِّنْهُمْ فَاسْتَأْذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُواْ مَعِيَ أَبَدًا وَلَن تُقَاتِلُواْ مَعِيَ عَدُوًّا إِنَّكُمْ رَضِيتُم بِالْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَاقْعُدُواْ مَعَ الْخَالِفِينَ﴾

Əgər Allah səni (bu döyüşdən sonra) münafiqlərdən olan bir tayfanın yanına qaytarsa və onlar səndən (digər bir döyüşə hərəkət üçün icazə istəsələr, de ki, siz heç vaxt mənimlə birlikdə döyüş üçün) çıxmayacaqsınız, heç vaxt mənimlə birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız. Çünki siz ilk dəfə evdə oturmaqla razılaşdınız. Belə isə (indi də) fərmandan çıxanlarla (evdə) oturun!”


1   ...   19   20   21   22   23   24   25   26   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə