Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə16/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   81

Bildirişlər


1. Xeyir əməl küfr, süstlük və ikrahla müşayiət olunduqda qəbul olunmur.

2. Allah-təala Qurani-kərimdə münafiqi dəfələrlə kafir saymışdır.

3. Təbuk döyüşünə qarşı çıxanlar zahirən müsəlman, əslində isə kafirdirlər.

4. İşi dəyərli edən insanın niyyəti, razılığı və eşqidir. Bəli, əsas məsələ fiziki hərəkətlər yox, hərəkət amilidir. (Züleyxa qapıları bağlayıb Yusifi günaha çağırdığı vaxt Yusif qapıya doğru qaçdı. Züleyxa da onu təqib etdi. Zahirdə onlar hər ikisi qaçırdı. Amma bu qaçışlardakı məqsədlər kökündən fərqlənirdi.)

5. İnfaqda İslamın məqsədi seçim inkişafı və mənəvi təkamüldür. İnfaq təkcə qarın doyurmaq məqsədi daşımır. Bu səbəbdən də münafiqlərin yardımı qarın doyurur, amma mənəvi təkamülə səbəb olmur.

6. Namazın süstlüklə qılınması və ikrahla infaq edilməsi nifaq nişanələrindəndir.


Ayə 55:

﴿فَلاَ تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُمْ إِنَّمَا يُرِيدُ اللّهُ لِيُعَذِّبَهُم بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَافِرُونَ﴾

Münafiqlərin var-dövləti və övladları səni təəccübləndirməsin. Allah bu vasitə ilə yalnız onu istəyir ki, onlara dünya həyatında əzab versin, canları küfr halında çıxsın.”


Nöqtələr


◘“Təzhəq” deyərkən çətinlik və təəssüflə xaric olmaq nəzərdə tutulur.

◘Allahın təəccüb etməməyə çağırışı peyğəmbərin təəccüb etməsinə dəlil sayılmır. Bu çağırışda məqsəd gözlənilən halı qabaqlamaqdır.

◘“Nəhcül-bəlağə”də bəzilərinin canvermə halı təsvir olunmuşdur. Onlar ölən zaman var-dövlətləri gözlərinin önündə cilvələnir və onlar bu ayrılıqdan əzab duyurlar.1

◘Var-dövlət vasitəsi ilə əzab yollarına nəzər salaq: var-dövləti qazanmaq əzabı, var-dövləti oğrudan, yanğından qorumaq əzabı, can verən zaman var-dövlətdən ayrılmaq əzabı, qiyamətdə var-dövlətin necə qazanılıb, necə sərf olunması ilə bağlı sorğu əzabı.


Bildirişlər


1. Peyğəmbərlərin müasiri olmuş möminlərin maddi durumu münafiqlərlə müqayisədə zəif idi.

2. Bəzən nemət də insana bədbəxtlik gətirir və iqtisadi imkanlar insanın məhvinə səbəb olur.

3. Münafiq varlıları zillətə salmaq ilahi sünnələrdəndir.

4. İlahi əzab təkcə axirətə aid deyil, dünyada da insanın sorağına gəlir.

5. Ölüm yoxluq yox, ruhun bədəndən ayrılmasıdır.

6. Münafiqin canında çıxarılma ləyaqəti yoxdur, o özü xaric olur.

7. Varlı münafiq çətin can verir.

8. Münafiqin malik olduğu var-dövlət və övladlar onun dünyadan kafir getməsinə zəmin yaradır.

9. İşlərin gedişini yox, aqibətini nəzərə alın.


Ayə 56:

﴿وَيَحْلِفُونَ بِاللّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَـكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَ﴾

Münafiqlər Allaha and içirlər ki, həqiqətən, onlar sizdəndirlər. Halbuki (yalan deyildirlər,) sizdən deyillər. Onlar (sizdən) qorxan bir qövmdürlər.”


Nöqtələr


◘“Yəfrəqunə” deyərkən şiddətli, qəlbi parçalayan qorxu nəzərdə tutulur.

Bildirişlər


1. Münafiqlər işdə yalan anddan istifadə edirlər.

2. Münafiqin tövbəsinin qəbuluna, onun iddialarına inanmağa tələsməyin. Çünki onlar yalançıdırlar.

3. Münafiqlərin həqiqi simasını ifşa etmək zəruridir.

4. Qorxu və dəhşət münafiqin digər nişanələrindəndir.


Ayə 57:

﴿لَوْ يَجِدُونَ مَلْجَأً أَوْ مَغَارَاتٍ أَوْ مُدَّخَلاً لَّوَلَّوْاْ إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ﴾

Əgər (münafiqlər) sığınacaq, mağara və ya qaçmağa yol tapsaydılar, şübhəsiz ki, tələsik ora üz tutardılar.”


Nöqtələr


◘“Məlcə” sığınacaq, “məğarat” mağaralar, “muddəxəl” gizli, yeraltı yol mənasını bildirir. Qarşısı alınmayan tələsik hərəkət “yəcməhun”, dəlisov at “cəmuh” kimi ifadə olunur.

◘Münafiqlər ya qorxudan, ya da tamahdan “müsəlmanam” deyirlər. Ayə birinci halı nəzərdə tutur.”1


Bildirişlər


1. Münafiq mövcud vəziyyətdən qaçmaq üçün fürsət sorağındadır.

2. Münafiqlərdə İslam cəmiyyətindəki mühitə dözüm yoxdur. (Münafiqlər avara həyat tərzi keçirir və müsəlmanlarla birlikdə yaşamaq onlar üçün dözülməzdir.)

3. Var-dövləti və ailə-övladı olduğu halda İslam həyat tərzindən sıxılmaq münafiqlərin dünyəvi əzab nümunələrindəndir.

4. Münafiqlər möminlərlə dava-dalaşda itidirlər.


Ayə 58:

﴿وَمِنْهُم مَّن يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُواْ مِنْهَا رَضُواْ وَإِن لَّمْ يُعْطَوْاْ مِنهَا إِذَا هُمْ يَسْخَطُونَ﴾

Münafiqlərdən bəziləri sədəqədə (zəkatın bölünməsində) sənə eyb tuturlar. Əgər onlara da bir şey verilsə razı qalarlar. Amma onlara bir şey verilməsə qəfil qəzəblənərlər ( və səni ədalətsizlikdə ittiham edərlər).”


Nöqtələr


◘“Ləmz” üzdə, “həmz” arxada eyb tutulmasını bildirir.

◘Sonralar yolunu azmış xəvaric və mariqinin rəhbəri olmuş şəxs Hüneyn döyüşündə qənimətin bölünməsinə etiraz edib Peyğəmbərə(s) dedi: “Ədalətlə rəftar et.”

Həzrət buyurdu: “Məndən ədalətlisi kimdir?” Ömər həmin şəxsi qabalığına görə öldürmək istədi. Həzrət Peyğəmbər (s) buyurdu: “Onu azad burax. Onun elə ardıcılları olacaq ki, həmin ardıcılların ibadətinə baxdıqda öz ibadətinizi heç sayacaqsınız. Bütün bu ibadətlərinə baxmayaraq, ox kamandan xaric olan tək dindən xaric olacaqlar.” (Həzrət quru ibadətə varmış Nəhrəvan şeyxlərinə işarə edirdi.) Nəhayət, Nəhrəvan döyüşündə Həzrət Əli (ə) bu şəxsin həyatına son qoydu.

Bildirişlər


1. Münafiq hətta peyğəmbərə qarşı çıxıb, onu sancır.

2. Münafiqlərin hücum və təbliğatlarının itiliyi rəhbərlikdəndir.

3. Peyğəmbərin səhabələri arasında ədalət çərçivəsini aşanlar da olub.

4. İslam quruluşunun məsulları münafiqlərin iradlarından təsirlənməməlidirlər.

5. Ümumi malın bölünməsi o qədər həssas məsələdir ki, bəzən Peyğəmbər (s) də bu məsələdə ittiham olunur.

6. Rəhbərə qarşı bir çox ədəbsizliklər insandakı eqoistlikdən doğur.

7. Bəzi tənqidlərin arxasında canıyananlıq yox, şəxsi mənafelər dayanır.

8. İslam cəmiyyətində iqtisadi siyasətin müəyyənləşdirilməsi Peyğəmbər (s) və İslam rəhbərinin vəzifəsidir.

9. Münafiq öz haqqına qane olmur. O, eqoist və məntiqsizdir.

10. Bir çox insanların kin-küdurəti, düşmənçiliyi, tənə və mühakiməsi maddi mənafelərdən doğur. (İmam Sadiq (ə) buyurmuşdur: “Xalqın üçdə ikisindən çoxu belədir.”1 (Bəli, bəzi yanlış təhlillərin kökü iç amillər ilə bağlıdır.)


Ayə 59:

﴿وَلَوْ أَنَّهُمْ رَضُوْاْ مَا آتَاهُمُ اللّهُ وَرَسُولُهُ وَقَالُواْ حَسْبُنَا اللّهُ سَيُؤْتِينَا اللّهُ مِن فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللّهِ رَاغِبُونَ﴾

Əgər onlar Allah və Onun Peyğəmbərinin (s) verdiyi ilə razılaşsaydılar və desəydilər ki, Allah bizə bəsdir, Allah və Onun rəsulu tezliklə bizə fəzlini yetirər, biz yalnız Allaha ümidvarıq... (Belə desəydilər, daha yaxşı olardı.)”


1   ...   12   13   14   15   16   17   18   19   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə