Nur təFSİRİ beşİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: H. Arzu




Yüklə 3.08 Mb.
səhifə11/81
tarix23.02.2016
ölçüsü3.08 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

Bildirişlər


1. Kitab əhli alimlərini istisnasız olaraq pis saymaq olmaz.4

2. Vəzifədən sui-istifadə haramdır. Din alimləri üçün ən böyük təhlükə maddiyyatla bağlıdır. (İxtiyarında dini büdcə olan və onu lazımi istiqamətlərdə xərcləməyən kəs bu ayənin hədəfidir.)

3. Din alimlərinin xalqın sərvətindən faydalanıb onlara xeyir verməməsi dinə qarşı rəğbətsizlik yaradır.

4. Yəhudi və məsihi alimləri dünya malı tamahı ilə xalqı haqq yoldan azdırırlar.

5. İslam var-dövlətə məhdudiyyət qoymur. Amma var-dövlətin əldə olunması yolunda şərtlər vardır. Qızıl toplamaq və sərvəti pis yolda xərcləmək haramdır. (Şübhəsiz ki, qızıl toplamaq haramdırsa, möhtəkirlik də haramdır.)

6. Var-dövlət yığmaq ictimai bir bəladır. Xəsislik bundan da pis, möhtəkirlik və var-dövləti pisləmək daha pisdir. Bütün bu hallar cəmiyyət üçün xeyli problem yaradır.

7. Alimlərin dünyapərəstliyi və varlıların xəzinə toplaması ilahi qəzəbə səbəb olur.

8. Qızıl-gümüş, pul toplamaq, infaq etməmək və möhtəkirlik kəbirə (böyük) günahdır. Bu işlərə görə əzab vəd edilmişdir.


Ayə 35:

﴿يَوْمَ يُحْمَى عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَى بِهَا جِبَاهُهُمْ وَجُنوبُهُمْ وَظُهُورُهُمْ هَـذَا مَا كَنَزْتُمْ لأَنفُسِكُمْ فَذُوقُواْ مَا كُنتُمْ تَكْنِزُونَ﴾

Həmin qızıl-gümüşlər cəhənnəm odunda qızdırılar və onların alınlarına, kürəklərinə və bellərinə dağ basılar. (Əzab mələkləri onlara deyərlər:) Budur özünüz üçün yığdıqlarınız, yığdıqlarınızın ləzzətini dadın!”


Nöqtələr


◘“Tukva” deyərkən qızdırılmış şeyin bədən üzvünə yapışdırılması başa düşülür.

◘Ayədə insan vücudunun üç hissəsinin qeyd olunması həmin hissələrin istiyə daha həssas olması ilə izah edilə bilər.1 Başqa bir səbəb varlıların fəqirlərə qaşqabaqlı üzlə baxması, onlara arxa çevirməsi ola bilər. Mümkündür ki, üz dedikdə bədənin qabaq, bel dedikdə arxa hissəsi nəzərdə tutulsun. Kürək dedikdə bədənin iki tərəfinə işarə oluna bilər. Bu üç hissənin dağlanması bütün bədənin dağlanmasını göstərir.

◘İmam Sadiq (ə) bu ayəyə istinad edərək zəkatın tərk edilməsini böyük günah saymışdır.2

◘Bir rəvayətdə Əbuzər deyir: “Həzrət Peyğəmbər (s) Kəbə kənarında iki dəfə təkrarladı: “And olsun Kəbənin Allahına! Onlar ən böyük ziyankarlardır.” Soruşdum ki, atam-anam sənə fəda olsun, kimi nəzərdə tutursan? Həzrət buyurdu: “Qızıl yığanları.”3


Bildirişlər


1. İnsanı ilkin şəklinə qaytaran Allah cansız cisimləri, qızıl-gümüşü də ilkin surətinə gətirə bilər.

2. İnsanın qiyamətdəki mükafat və cəzası onun dünyadakı əməllərinə uyğundur.

3. Qiyamət səhnəsində işgəncə vasitələrindən biri dünyadakı mallardır.

4. Allah qiyamət günü var-dövlətin şirinliyini qızıl toplayanların burnundan tökər.


Ayə 36:

﴿إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ذَلِكَ الدِّينُ الْقَيِّمُ فَلاَ تَظْلِمُواْ فِيهِنَّ أَنفُسَكُمْ وَقَاتِلُواْ الْمُشْرِكِينَ كَآفَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَآفَّةً وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ﴾

Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır. Onlardan dördü (döyüş üçün) haramdır. Bu ayin sabit və möhkəmdir. Bu aylarda savaş, qan tökməklə özünüzə sitəm qılmayın. Müşriklər birlikdə sizinlə döyüşdüyü kimi siz də hamılıqla müşriklərlə döyüşün. Bilin ki, Allah Ondan çəkinənlərlədir.”




Nöqtələr


◘Hər il on iki aydan ibarətdir. “Şəhr” (ay) sözü də Quranda on iki dəfə işlədilmişdir.1

◘Quranda dəfələrlə təkrarlanmış on iki ədədi mübarək bir ədəddir. Bəni-İsrail rəhbərlərinin, Musanın möcüzəsi ilə çıxan bulaqların, əhli-beytin məsum imamlarının sayı on iki olmuşdur.

◘Zil-qədə, zil-hiccə, məhərrəm və rəcəb aylarında döyüş haramdır. İlk üç ay ardıcıl gəlir.2

◘Ayın yer ətrafında və digər planetlərin Allah iradəsi ilə hərəkət nizamı ilkin yaranışdan mövcuddur.

Yalnız düşmən hücum etmədikdə haram aylarda döyüşdən çəkinmək zəruridir. Düşmən hücum etdikdə isə müdafiə zəruridir.3 Hörməti gözləniləsi bütün işlərdə qisas var. Qarşı tərəf mövcud qanundan sui-istifadə etdikdə siz də onun kimi rəftar edə bilərsiniz.

◘Bu qanunların sabitliyinin qeyd olunması onların bütün səmavi dinlərdə mövcudluğuna işarə ola bilər.4

◘İmam Baqirdən (ə) nəql olunmuş rəvayətlərdə bu ayə İslam peyğəmbərindən sonra on iki imamın gəlişinə işarə kimi qeyd olunmuşdur.5

Bildirişlər


1. Ən üstün təqvim sabit, təbii və həmahəng təqvimdir. Qəməri təqvimdə bu üç xüsusiyyət vardır.

2. Təqvimdəki on iki ay tədricən formalaşmamışdır, ilkin yaranışdan mövcuddur.

3. Döyüşçülər və onların ailələrinin qayğıya, təhsilə, istirahətə və dolanışığa ehtiyacları var. Bu səbəbdən də savaş ilin üçdə birində döyüş məcburi şəkildə dayandırılır. Hətta döyüş zamanı da xəbərsiz qalanlar, qadınlar, qocalar və uşaqlar nəzərdən qaçırılmamalı, qəfil hücuma yol verilməməlidir.

4. İlin bütün ayları eyni deyil. Vaxtın da müqəddəsi olur.

5. İslamın həm əmin-aman məkanı (Məkkə), həm də əmin-aman zamanı (haram aylar) var. Dörd haram aydan üçünün mehvəri həcc ayıdır.

6. Haram aylara biganəliyin zərəri insanlara aiddir.

7. İslam savaş məqsədində deyil. Əksinə, bu ilahi din düşüncə, dəlil, hikmət, moizə və əmin-aman həyat prinsiplərinə əsaslanır. Amma düşmənlər təcavüz etdikdə müsəlmanların müdafiə haqqı var. Hətta haram aylarda da müdafiə zəruridir.

8. Düşmənə icazə verməyin ki, sizin dini müqəddəsliklərinizdən və fiqh hökmlərinizdən sui-istifadə etsin. Düşmən haram aylarda hücuma keçdikdə özünüzü müqəddəs göstərib bir yerdə dayanmayın, müdafiə olunun!

9. Düşmənə onun hücum üslubunda cavab verin.

10. Qələbə təqva sayəsində əldə olunur.


Ayə 37:

﴿إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُواْ يُحِلِّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِّيُوَاطِؤُواْ عِدَّةَ مَا حَرَّمَ اللّهُ فَيُحِلُّواْ مَا حَرَّمَ اللّهُ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ﴾

Həqiqətən, təxir (haram ayların qeyri aylarla dəyişməsi) küfrün güclənməsinə səbəb olur. Bu yolla kafirlər azırlar. (Onlar) bir ili halal, digərini haram sayırlar ki, Allahın haram buyurduğu ayların sayı ilə uyğun gəlsin. Bu səbəbdən də Allahın haram buyurduğunu halal edirlər. Pis işləri onların nəzərlərində gözəl cilvələnmişdir. Allah kafirləri hidayət etməz.”


1   ...   7   8   9   10   11   12   13   14   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə