NƏzakəT ƏLİyeva miRZƏ ŞƏFİ vazeh təDQİqatlarinda şƏrq təFƏFƏKKÜRÜ İLƏ QƏrb təFƏKKÜRÜNÜn fəRQİ




Yüklə 1.13 Mb.
səhifə5/10
tarix23.02.2016
ölçüsü1.13 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Nəticə

A.Bakıxanovdan sonra Mirzə Şəfi təlim və tərbiyə məsələlərini yüksək mərhələyə qaldırmışdır; o, dinə mövhumata, avamlığa qarşı amansız mübarizə aparmışdır. Mirzə Şəfi ruhaniliyin ən barışmaz düşməni olmuşdur.

Mirzə Şəfi pedaqoji işi ürəkdən sevmiş, yaradıcı bir müəllim kimi işləmiş, özünün səmimi davranışı, sadə əxlaqı ilə fərqlənmişdi. O, tərtib etdiyi “Müntəxəbat” ilə Azərbaycan məktəbinə böyük xeyir vermişdir. Həmin “Müntəxəbat” həm dərslik, həm də əsaslı elmi-metodiki əsər kimi dövrünün qabaqcıl tələbləri səviyyəsində durmuşdur.

“Müntəxəbat”da olan material zənginliyi, məna dərinliyi, dilin sadə və obrazlılığı, mətnlərin müntəzəm, ardıcıl yerləşdirilməsi və digər xüsusiyyətlər bu dərsliyi, Rusiya və Qərbi Avropa pedaqogikası klassiklərinin görkəmli dərslikləri ilə (Komenskinin “Открытая дверь языкам», Ушинскинин «Родное слово» və s. ilə) müqayisə etmək üçün bizə əsas verir.

Öz şagirdlərində əməli vərdişlərin, birinci növbədə gözəl xətlə yazmaq vərdişinin aşılanmasına dair Mirzə Şəfinin göstərdiyi qayğı, onun müəllimlik fəaliyyətindəki ən qiymətli cəhətlərdən biridir.

Mirzə Şəfi geniş təhsilin tərəfdarı olmuş və öz əməli fəaliyyətində də bu tələbi həyata keçirməyə çalışmışdır.

Mirzə Şəfi tərbiyəedici təlimin tərəfdarı olmuş və yetişməkdə olan gənc nəsldə yüksək əxlaqi keyfiyyətlərin tərbiyə olunmasını tələb etmişdir.

Təlim və tərbiyə məsələkərinin yaxşılaşdırılması sahəsindəki yüksək xidmətlərinə baxmayaraq, Mirzə Şəfi bu məsələləri M.F.Axundov qədər lazımi prinsipial səviyyəyə qaldıra bilməmişdi. Bu böyük vəzifəni yerinə yetirmək Azərbaycanın məşhur mütəfəkkiri M.F.Axundovun öhdəsinə düşdü.


XIX əsr Azərbaycan ədəbiyyatında maarifçilik üç inkişaf mərhələsi keçirir: Birincisi ilk təşəkkül dövrü, ikincisi kamal dövrü, üçüncüsü süqut dövrü... Birinci mərhələnin, A.A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh kimi az-çox realizmə meyl göstərən şair və yazıçıların simasında meydana çıxır. Bu, 30-40-cı illəri əhatə edir. A.A.Bakıxanov təşəkkül dövrünün realist maarifçisi kimi diqqət mərkəzindədir. Yaradıcılığının birinci dövründə məsnəvi şəklində yazdığı bir sıra mənzum hekayə və romantik şeirlər, «Təhzübül əxlaq» və pedaqoji əsəri: «Kitabi-nəsihət» və «Nəsihətnamə» əsərləri ilə müasirlərinə istiqamət vermiş:

Dila, əzm eylə bülbül sifət gülzarə, bismillah,

Muradın olsa meyl etmək fəqani- zarə, bismillah.
Müasir Mirzə Şəfi buna belə bir nəzirə yazmışdır:
Gözlərinin kim aşiqə məxmur şəklin göstərər,

Əhli-füqərə mərdum məğrur şəklin göstərər.

Qamətini yadilə çəkdim bəski ah atəşin,

Xatirəm nar şəcərdən tur şəklin göstərir.

İyirmi dörd misradan ibarət qəzəllərində Füzulinin təsiri daha aydın hiss edilır:
Tacım ah, göz yaşım Təxt, leşkərim dərddir, qəmim ölkəm,

Mən eşqə sultan olsam da, sənin eşqindir sultanım.

Göz yaşım taxt, ahım tac, dərd qoşun, qəm məmləkətimdir,
Mən eşqə sultan olsam da, sənin eşqindir sultanıma sevgilimin kuyunin qədası, eşq mülkünün sultanıyam, gəl ey canım olan sevgilim! Gəl ki, sənsiz hicrandan canım o dodağına çatıbdır. Dodağını dodağım üstə qoy sonra canım al:

Gəl ey canım ki, hicrimdə dodağa çatdı bu canım,

Dodağın qoy dodağıma, özün al can,cananım.

Sənin atəşli cöhrəndən iki xislət doğub məndə:

Gözüm ağlar, özüm yannam, inan ey çeşmi-məstanım.

Bu qəzəlin məqtə beytində isə oxuyuruq:

O yarın zülfü ruyindən sən ümid gözləmə,

Vazeh tutarsan Çini-Maçini, əlində vardır, imkanın

Təfsiri belədir: Vazeh o dilbərin zülfündən və üzündən ümid gözləmə, əgər canımın canı, ürəyimin qanı hərəkətdən qalmayıb kömək edərsə, Çini-Maçini tutaram Əks təqdirdə eşqin əsasında casusluq edən, onun bədənini hərəkətə gətirən qan yorular, qocalıq üst gələr, bədən soyuyar, rütubət artar, soyuq rütubət sümüklərə tökülər, ağrılar başlayar... Bu baş verməsin deyə, aşiq, məşuq öz canlarının təbibi olmalı, vücudlarının qədrini bilməlidir. Can bədənin casusu, qulaqlar xəbərçi olsalar da, hər iki tərəfin eşq və aşiqin onlara ehtiyacı danılmazıdr.

On dörd misralıq qəzəlində eşqsiz insan susuz quyuya bənzədilir, ürək ölü sayılır, sevən ürəyin və şəxsin ülviliyindən danışır, imanlı insanı məhəbbətsiz təsəvvür etmir. Məhəbbəti kamil insansa həyalıdır və aşiqin əsiri olduğuna görə özünü bəxtiyar sayır və deyir:


İki dünyanı verrəm sən baxanda

Mənə eşqin bu sövdası əyandır.

Necə Vazeh, əsiri olmayım mən,

Bu eşqin qarşısında Qaf yalandır.


Belə olduqda niyə Vazeh eşqin əsiri olmasın? Axı, əzəmətli Qaf dağı başını eşqin ayağına qoymaqla heç bir şey itirmir, məhəbbəti artırır. Vazeh deyir: O düşüncə var olsun ki, o eşq haqqındadır. Eşq Allahın insana bəxş etdiyi mənəvi nemətdir. Nizami demişkən:

Eşqsiz olsaydi, xilqətin canı,

Dirilik sarmazdı böyük cahanı.

Bu baxımdan «Məktubun intizarında» lirik poemasında eşq (aşiq) məktubun intizarını çəkir. Məktub göndərən və onıı həsrətlə gözləyən eşq hər iki halda insandır. Aşiq və məşuq. Məsnəvi formasında yazılan bu poema M.Ş.Vazehin indiyədək orijinalı əlimizdə olmayan «Sədi və Şah», «Teymur» və «Dərviş» kimi süjetli mənzum əsərlərindən mövzusuna görə də seçilir. Həmid Məmmdzadə yazır ki, yüz yetmiş misralıq bu poema Vazehin öz xəttidir... və həcm etibarı ilə onun yaradıcılığında mühüm yer tutur. Ədəbiyyat tarixində yuxarıda adlarını çəkdiyimiz əsərlərə «poema» deyilməsi doğru deyildir, mənzum hekayə deyilsə daha düzgün olardı.

Bu da məlumdur ki, Mirzə Şəfinin Hannoverli Bodenşdet tərəfindən tərcümə olunmuş şeirlərinin birinci hissəsi onun Gəncədə sevdiyi qıza - Züleyxanın eşqinə aid olan şeirləridir. Vazehin Züleyxa adlı bir qızı sevməsini yalnız Bodenşdedt deyil, başqa tədqiqatçılar da təsdiq edirlər. Hətta, İ.K.Yenikolopov 1938-ci ildə Bakıda çap etdirdiyi “Şair Mirzə Şəfi” kitabında, arxiv sənədlərində Züleyxa haqqında məlumat olduğunu qeyd edir. Çox güman ki, «Məktubun intizarında» poeması Züleyxaya həsr olunmuşdur. Tiflisdə yaşayan şair görünür Gəncədən Züleyxadan məktub gözləyir, yarının hicrindən şikayətlənir, onun fəraqından kipriklərinin xəncər olub ürək qanını gözlərindən axıtdığını, könlündən göy gurultusu kimi ucalan nalə-əfqandan didələrindən leysan yağışı kimi yağan damcıları təsvir edir. Dilsiz yollardan gələn karvanı qarşılamağa tələsir, sevgilisindən xəbər tutmaq istəyir. Ümidi boşa çıxır. Həsrətdən kövrəlir qəm-qüssəsi getdikcə artır. Aşiq, kədərini artıran fələkdən şikayətlənir. Taleyinə qarşı üsyan edir. «Nə olaydı ki, hec, aşinalıq (məhəbbət) olmayaydı» - deyir. Nəhayət, aşiq - M.Ş.Vazeh Heyran xanım Dünbülü kimi səhər mehinə müraciət edir. Yalvarır ki, görsən, dərdimi deməyə tələsmə, əvvəlcə başına dolan, onun ala gözlərindən öp... Əgər lütf eləyib öz aşiqinin əhvalından xəbər tutmaq istəsə, de ki, nə gecəsi var, nə də gündüzü... Səndən sonra aşiqin yazı xəzan olub, abi-həyat onun gözündən itibdir, susuyan adamın su dalınca heyran - heyran baxdığı kimi, o da yana-yana sevgilisini axtarır. Ağlamaqdan gözləri kor, qulaqları kar olub... Belə gedərsə, onların görüşməsi yəqin ki, məhşərə qalar...».

«Məktubun intizarında» poemasında olduğu kimi, Vazehin lirik şeirlərində də aşiq-məşuq ünsiyyəti təkrar olunursa, bu yeknəsəklik deyildir. Məhəbbətdə yeknəsəklik yoxdur. Şair hər dəfə eşqin vüsətində dayanan məhəbbətə hər dəfə yeni ruh, yeni məna verir və bunu bacarır. Bu bacarıq Allah vergisidir, ona görə də sevgi tərənnüm edən parçada aşiqin keçirdiyi müxtəlif ruhi halları təsvir edəndə hissə qapanmır. O bilir ki, hisslər həmişə eyni axarla getmir, bu da şıltaqlıq yaradır. Axı, «Hisslərin şıltaqlığı, məhəbbətin bədbəxtliyidir» - demişlər.

Xoş olsun ol könül, eşqə məkandır,

Var olsun ol fıkir, eşqə həyandır.

Dideyi bə didar dust dəstdir ağuş yar.



Eşq əz an suniyaz hüsn əzan suyun niyaz

Sədr hürrim qəbui dər xur hər xam nisl.


M.Ş.Vazehin ayrı-ayrı sevgi təranələrində onun şair xəyalı ilə ürəkdən deyilmiş şirin və mənalı sözlər həyat simfoniyasıdır. Şair bir sevgi nəğməsində öz sevgisinə müraciət edib deyir: «Sən mənim saatlarımı şiriniəşdirdin, fəqət tez ötüb keçdin və qəlbimdə elə bir atəş qoydun ki, bu atəş səhrada yanan atəşə bənzər».

Vazeh bu atəşi «Səhrada yanan atəşə» ona görə bənzədir ki, onu - səhra atəşini söndürmək mümkün deyildir.

Eyni sevgi mövzusunda yazılan digər şeirlərində «Məktubun intizarında» poemasında şair sevgi haqqında deyir: «Gecə yasəmən öz rahiyadar ətrini ətrafa səpərkən, ulduzlar parlarkən, bütün dünya yuxuya dalarkən, bütün ətraf şakitikən məhəbbət oyaqdır. Məhəbbəti fəlsəfiləş-dirənlər məhəbbətin oyaqlığını görmüş, ya da özlərini dərrakəli göstərmək məqsədi daşıyırlar. Məhəbbətin fəlsəfəsi insani hisslərlə bağlıdır, bu da idrakın mahiyyətidir.

Bu da həqiqətdir ki, M.Ş.Vazehin məhəbbətini tərənnüm edən şeirlərində müasir ictimai həyat öz əksini tapmışdır və bu şeirlər əsas etibarilə intim psixoloji baxımdan duyğuları ifadə edir. Lakin bu şeirlərdə dərin həyat motivləri, məhəbbətin fəlsəfəsi, insan hisslərinin çarpazlaşması və dünyəviliyin tərənnümü onları bu dövrdəki antirealist, maarifçilikdən uzaq qəzəl epiqonçuluğu qəsidə və mərsiyə ədəbiyyatına qarşı qoyur.

«Məktubun intizarında» poemasından başqa, toplanılıb kitaba daxil edilən qəzəl və şeirlərin heç birinin orijinalı olmayıb, Salman Mümtazın dediyi kimi Mirzə Şəfinin bizə gəlib çatan irsi onun bilavasitə özü tərəfindən deyil, ya F.Bodenşdedtin alman dilinə tərcümələri, ya da müasirləri və dostlarının: - Mirzə Mehdi Naci, Mirzə Nəsrulla Nasirin əlyazmalarından götürülmüşdür. Hər iki şəxs «Divani hikmət» ədəbi məclisinin üzvü olmuş və Mirzə Şəfinin «Göstərir» rədifli bu şeirinə də nəzirə yazmışlar:
Səbzə puş olmuş qədəmin rüxsar- atəşgünülə,

Museyi-İmrana guya tur şəkilin göstərir.


Vazehin yaxın dostlarından olan Fazil xan Şeyda və Oafqaz sərdarı Voronsovun öz saatını açıb qoluna bağladığı Şeyx İbrahim Qüdsi də həmin qəzələ nəzirə yazmışdır

XIX əsr Azərbaycan üçün uğurlu olmadı. Rus çarı Azərbaycanı tabeliyinə bağladı. Məmur uşaqlarının oxuması üçün 1830-cu ildə Şuşada, 1831-ci ildə Nuxada, 1832-ci ildə Bakıda, 1833-cü ildə Gəncədə, 1837-ci ildə Şamaxı və Naxçıvanda məktəblər açıldı. Bu məktəblərdə azərbaycanlı uşaqlarının oxumasına da icazə verildi. Əsas məqsəd çar özünə sədaqətli, Azərbaycan və rus dilini mükəmməl bilən tələbələr hazırlamaq idi. Bu siyasət guya yerli əhalini savadlandırmaq məqsədi daşıyırdı. Gəncədə açılan məktəb də bu siyasətlə bağlı idi. M.Ş.Vazeh də burada kolleqrafiyadan dərs deyirdi. Bu məktəb onun dünyagörüşünü artırır, təlimin yeni metodlarını öyrədirdi... Onu da deyək ki, M.Ş.Vazeh ilk pedaqoji fəaliyyətə məscid mədrəsəsindən başlamış və burada M.F.Axundova dərs demiş, onu yeni ideyalara maraq göstərməyə yönəltmişdir.

Tiflis gimnaziyasında Azərbaycan dilinə ehtiyac yarananda M.F.Axundov müəlliminin Gəncədən Tiflisə çağrılmasını gimnaziya direktoruna məsləhət görmüş, gimnaziyanın hesabına ona ev kirələmiş və bu vəsait Maarif müdiri Uvarovun razılığı ilə olmuşdur. Vazehin pedaqoji fəaliyyətinin ikinci mərhələsi Tiflis gimnaziyası ilə bağlıdır. O, burada İ.İ.Qriqoryevlə birlikdə «Kitabi-türkü» adlı dərslik hazırlamışdır, «Divani-hikmət» ədəb məclisini burada davam etdirmişdir. O, burada rus ədəbiyyatından Aleksandr Veltmanın (Şərq poeziyasının mənəvi yetginliyi hiss olunurdu) şeirlərini xoşladığı üçür onlardan bəzilərini fars dilinə tərcümə etmişdi. Bu tərcümələrdən yalnız «Aydın fəcri nə üçün duman bürüdü?» şeirinin tərcüməsi bizə gəlib çatmışdır.

A.Veltmanın əsərləri ilə onun maraqlanmasının səbəbi hər ikisinin dünyagörüşü arasındakı yaxınlıq ilə əlaqədar idi. XIX əsrin 40-cı illərində yaşayan rus şairi öz şeirlərində demokratik xırda-burjua ziyalılarının əhvali-ruhiyyəsini tərənnüm edirdi ki, bu da xırda sənətkar təbəqəsi içərisindən çıxan Mirzə Şəfi Vazehin ruhuna uyğun gəlirdi.

M.Ş.Vazeh 1820-ci illərdə Gəncədə təşkil etdiyi «Divani-hikmət» (Hikmət evi) ədəbi məclisini sonralar Tiflis gimnaziyasında da davam etdirmişdir.

Tiflisdə davam etdirilən «Divani-hikmət» məclisində iştirak edənlərin əksəriyyəti onun şagirdlər və yaxın dostları idi. Gəncə məclisindən fərqli olaraq Tiflisdə təşkil olunan «Divani-hikmət» beynəlmiləlçi idi. Burada A.A.Bakıxanov, İ.İ.Qriqoryev, M.F.Axundov Mirzə Yusif, Vidadi, Ağa İsmayıl Zəbih, Fazil xan Şeyda, X.Abovyan, F.Bodenştedt, Mirzə Mehdi Zəbih,


İ.İ.Qriqoryev, Q.Rozen, L.Z.Budaqov kimi tanınmış ziyalılar iştirak edirdilər. Məclisin (bütövlükdə Azərbaycanda fəaliyyət göstərən məclislərin hamısında) iştirakçıla-rının çoxu M.Füzuli və M.P.Vaqif ədəbi məktəblərinə mənsub olan dünyagörüşləri yetgin insanlar idi. Onların əksəriyyəti nəzirə yazsalar da, hər birinin özünəməxsus bədii ifadə vasitələri, sözü və bədii naxışı olmuşdur. Vaqif ədəbi məktəbinin nümayəndələri isə,
əsasən, qoşma şəklində yazmağa meyl göstərmişlər.

M.Füzuli ədəbi məktəbinə mənsub olanların əsərlərində dövrandan şikayət («Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı») əsas yer tutduğu halda Vaqif


ədəbi məktəbinin nümayəndələri gözəlin xarici görkəmini-gözünü, qaşını, təsvir edir: «Kür qırağını seyrangah edən» telli, toqqalı gəlini behişt hurisi adlandırırdı.

«Divani-hikmət»in üzvlərinin yaradıcılı-ğında sevgi motivləri ilə bir sırada ictimai motivlər də güclüdür. İctimai motivlərin güclülüyü Q.Zakirin «Çıxmadı qurtulaq dərdi-bəladan, gündə bir zaqonu görən canımız» sözlərini yada salır. Zakir gözəllərin xaricini deyil, mənəvi aləmini tərənnüm edirdi. Əsl gözəllik mənəvi aləmdir.

«Divani-hikmət» məclisinin əsas xüsu-siyyətlərindən biri yaxşı şeir yazmaq uğrunda yarış, qızğın ədəbi və fəlsəfi mübahisələr gedirdi; F.Bodenşted yazır ki, bu mübahisələrin çoxu Mirzə Şəfi Vazehlə Bakıxanov arasında cərəyan edirdi.

«Divani-hikmət»də ən əvvəl şeir oxunur və sonra oxunan şeir haqqında mübahisə açılırdı və bu şeirlərə çox zaman Vazeh qiymət verirdi. Məclisin sədri Mirzə Şəfi Vazehin özü idi. Almaniyada nəşr olunan F.Bodenşdetdtin yazdığı romanda M.Ş.Vazehin məlahətli səsə malik olamsı xüsusilə vurğulanır. “Divani-hikmət” məclisində qəzəllərini məlahətli səslə oxuması dinləyənləri valeh etdiyi qeyd olunur. F.Bodenştedin “Şərqdə min bir” romanı Hermann Ammon tərəfindən yenidən işlənmiş bu roman 1900-cu ildə Berlində Alman Ədəbiyyatı Həvəskarları cəmiyyətinin nəşriyyatında çap edilmişdir. Romanda Mirzə Şəfinin məlahətli səsə malik olduğu qeyd olunur.

M.Ş.Vazehin həyat və yaradıcılığı Avropa, Rusiya və Azərbaycan tədqiqatçı-larının diqqətini cəlb etmiş, müxtəlif ictimai quruluşlarda ayrı-ayrı tədqiqatçıların onun yaradıcılığına müraciət etdiyini görürük. Mirzə Şəfi uşaqlara müstəqil düşünmək və çalışmaq bacarığı verən, yeni dünyəvi elmlərin təlim üsullarının tərəfdarı idi. Bu məsələni nəzəri cəhətdən həll etməklə və məscid hücrələrində islahatlar aparılmasının zəruriliyini söyləməklə kifayətlənməmiş “Divani-Hikmət” məclisində özünün bir sıra fikirlərini əməli olaraq həyata keçirmişdir (müasirləri Mirzə Fətəliyə, A.A.Bakıxanova, F.Bodenştedə təsiri). O, evində fərdi dərs deməklə məşğul olmuşdur. 1840-cı ildə

M.F.Axundov Tiflis Qəza məktəbində Şərq dilləri ü3zrə müəllim işləyirdi. Həmin il bu vəzifədən çıxarkən öz yerinə müəllimi Mirzə Şəfini məsləhət görmüşdür. MirZə Şəfi tərəfiondən uşaqların istifadəsinə vermək üçün hazırlanan Azərbaycan dilini öyrənənlər üçün dərslik hazırlamış lakin əziyyəti nəticəsiz qalmışdır.

Mirzə Şəfi Azərbaycanda görkəmli maarifpərvərlərdən biri olmuşdur. O, ağır ictimai şəraitdə mübariz bir maarifçi kimi çıxış etmiş, cəmiyyətin inkişafında elmin böyük əhəmiyyətə malik olduğunu göstərmişdir. O, bütün ömrünü cəfakeş müəllim peşəsinə həsr etmişdir.

Mirzə Şəfi müəllimin ağır maddi həyat şəraitində olduğunu görmüş, lakin coğrafi məkanını dəyişməkdən başqa çarəsi olmamışdır.

XX əsrdə demokratik elmi-pedaqoji fikrin nümayəndələrindən biri də Mehdi Sadıq oğlu Əliyev olmuşdur. Mirzə Şəfi Vazeh şəcərəsinə aid olan bu görkəmli şəxsiyyət Azərbaycan elminin fikir inkişafında özünəməxsus yer tutduğunu xalqa göstərmək bizim vəzifəmizdir.
MEHDİ ƏLİYEV: TANINMIŞ TƏHSİL TƏŞKİLATÇISI, BÖYÜK MÜƏLLİM

Misir Mərdanov

Təhsil naziri, professor

...Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər...
Bu hikmət dolu müdrik kəlamlar xalq şairi Səməd Vurğunun dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin vaxtsız ölümünə həsr etdiyi şeirdən bir parçadır. Dillər əzbəri olan bu kövrək misralarda əbədiləşən dərin məzmunlu ifadələrin təsiri ilə qanrılıb yaşadığımız illərin arxasından keçmişə boylananda, ömür yolunda qarşısına çıxan fərqli insanların nəcib və xeyirxah əməllərini xatırlayanda, elm, təhsil və mədəniyyət tarixində əbədi imzasını qoyan, soydaşlarının könül dünyasında özünə əbədi məskən salan böyük şəxsiyyətləri bir anlığa göz önünə gətirəndə istəristəməz bu dünyadan köçsə də, özündən sonra xoş xatirələr, əbədiyaşar əməllər və silinməz izlər qoyan, necə deyərlər, "sevərək yaşayan, sevilərək ölən" yaxşı insanlar, yaxşıların yaxşıları yada düşür...

Bu bir həqiqətdir ki, ömrün uzun-qısalığından, ictimai-siyasi mühitin özəlliklərindən asılı olaraq hər bir fərdin həyatından, ömür yolundan minlərlə, bəlkə də yüz minlərlə insan keçə bilir. Lakin həmin insanların arasında yadda qalanlar, daim xoş xatirələrlə anılanlar, hər zaman ruhuna rəhmət oxunanlar, sözsüz, az, hətta lap az olur. Çünki yadda qalmaq üçün gərək minlərdən, yüz minlərdən seçiləsən, gərək həmişə, hər yerdə öz yolun, öz sözün, öz əməlin olsun, gərək həyatda və insanların qəlbində silinməz izlər qoya biləsən. Gərək elə ömür yaşayasan ki, sən bu dünyada olmayanda da yerin görünsün, yoxluğun hiss edilsin və səni tanıyanlar : qəlbinin dərinliklərindən gələn nisgilli bir pıçıltı ilə "Nə yaxşı dünyada yaxşı var imiş, yoxsa qırılardıq yaman əlindən",- deyə bilsinlər...

XX əsr Azərbaycan ali təhsili və elminin inkişafına layiqli töhfələr vermiş, ölkəmizdə ali təhsilin qurucularından biri, görkəmli elm və təhsil təşkilatçısı, tanınmış, elm və maarif xadimi, peşəkar müəllim, saf və səmimi insan, əsl ziyalı, uca şəxsiyyət, respublikamızda elm və təhsilin yorulmaz cəfakeşi Mehdi Əliyevi xatırlayanda bu böyük insanı tanıyanların, onu sevənlərin, saysız-hesabsız yetirmələrinin hamısı kimi, mənim də qəlbimin dərinliklərindən bayaqkı hikmət dolu söz və ifadələr keçir.

Doğrusu, Mehdi müəllim mənə dərs deməsə də, ali təhsil aldığım universitetin rektoru kimi, onu hər zaman ideal müəllim , və təhsil təşkilatçısı hesab etmişəm. Ötən əsrin 60-cı illərində tələbəsi olduğum Bakı Dövlət Universitetinə qəbul olana qədər yaxın qohumum, Mehdi müəllimin yetirməsi professor Niftalı Qocayevdən onun haqqında çox xoş sözlər eşitmişdim. 1964-cü ildə Universitetə daxil olub, yataqxanada qalmağa başladım. İstər yataqxanada, istərsə də universitet auditoriyalarında Mehdi müəllimin humanizmi, xeyirxahlığı, saflığı, düzlüyü, nəcibliyi haqqında yuxarı kurs tələbə-seminariyanın direktoru Cavad bəy Rəfibəyli, Əhməd Cavad Axundzadə, Mikayıl Rzaquluzadə və digər tanmmış milli ziyalılardan mükəmməl dərs alaraq təkcə peşəkar müəllim kimi deyil, həm də milli dəyərlərə sahib çıxan Azərbaycan vətənpərvəri kimi yetişmişdir. Xatırlatmaq yerinə düşər ki, Mehdi Əliyevlə yanaşı, həmin seminariyadan sonralar böyük ədəbiyyatşünas alim olmuş akademik Həmid Araslı, görkəmli alim-yazıçı, professor Mir Cəlal Paşayev də məzun olmuşdular...

Seminariyanı bitirdikdən sonra az müddət Gəncə şəhərində pedaqoji fəaliyyətlə məşğul olan Mehdi Əliyev ali təhsil almaq arzusu ilə Bakıya yollanır. Azərbaycan Xalq Cümhuriyyətinin yadıgarı olan Bakı Dövlət Universitetinin (1922-ci ildən artıq "Azərbaycan Dövlət Universiteti" adlandırılmağa başlanmışdı) fızika-riyaziyyat fakültəsinə daxil olmuş, 1930-cu ildə oranı uğurla bitirmişdir. Ali təhsilini yüksək göstəricilərlə başa vuran Mehdi Əliyev istedadlı və perspektivli kadr kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fızika- riyaziyyat fakültəsinə dekan vəzifəsinə göndərilir. Yeri gəlmişkən, onu da deməliyik ki, 1930-cu ildə Azərbaycan Dövlət Universiteti SSRİ-də aparılan ali təhsil islahatlarına uyğun olaraq 4 instituta parçalanmışdı. Bu ali təhsil müəssisələrindən biri də Pedaqoji İnstitut idi. Mehdi Əliyev yenidən təşkil olunmuş Azərbaycan Dövlət Pedaqoji İnstitutunda 1935-ci ilədək dekan vəzifəsin- də uğurla çalışmışdır. O, bu illərdə Pedaqoji İnstitutla yanaşı, Azərbaycan Tibb İnstitutunda, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, Azərbaycan Sənaye İnstitutunda mühazirələr oxumuş, milli kadrlarm yetişdirilməsinə öz töhfələrini vermişdir. Mehdi Əliyev Azərbaycan Dövlət Universiteti yenidən bərpa olunandan (1934) sonra özünün elmi- pedaqoji fəaliyyətini orada davam etdirmiş, 1935-ci ildən ömrünün sonunadək bütün elmi-pedaqoji və təşkilati fəaliyyəti kiçik fasilələrlə doğma Universitetlə bağlı olmuşdur.

Böyük Vətən müharibəsi (1941) başlananda o zaman universitetin rektoru olmuş Cəbrayıl Ələsgərov kimi, fızika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışan Mehdi Əliyev də könüllü olaraq cəbhəyə yollanmış, müharibənin dəhşətlərini öz gözləri ilə görmüş, ön cəbhədə vuruşmuş, düşmən gülləsinə tuş gələrək ağır yaralanmış və ordudan tərxis olunduqdan sonra Universitetdə yenidən elmi-pedaqoji fəaliyyətə başlamışdır. Belə ki, 1944-cü ildə Universitetin fızika-riyaziyyat fakültəsinə yenidən dekan seçilən Mehdi Əliyev müharibənin ağır zərbələrinə məruz qalmış respublikamızda ali təhsilin yenidən qurulması və inkişafı yolunda ömrünün sonunadək fədakarcasına çalışmış, nəticədə Azərbaycanda ali təhsil sisteminin əsas qurucularından və görkəmli təşkilatçılarından biri kimi, çağdaş təhsil tariximizə öz əbədi imzasını və şərəfli ziyalı adını həkk etdirməyə nail olmuşdur.

Mükəmməl və dərin biliyi, hərtərəfli dünyagörüşü və ziyalılığı, peşəkar müəllim ustalığı, səmərəli təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi-əxlaqi keyfıyyətləri, insansevərliyi və vətənpərvərliyi ilə parlaq və uca şəxsiyyət kimi formalaşan Mehdi Əliyev 1952-ci ildə Azərbaycan Dövlət Universi- tetinin tədris işləri üzrə prorektoru kimi məsul vəzifəyə irəli çəkilmiş, o, bu vəzifədə çalışdığı on il ərzində respublikamızda ali təhsilin öncülü və bayraqdarı olan universitetdə tədrisin yüksək səviyyədə təşkili, elmi və pedaqoji işlərin bir-biri ilə peşəkarlıqla əlaqələndirilməsi, ölkə üçün yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi sahəsində böyük uğurlara imza atmış, nəticədə Azərbaycanın elmi-pedaqoji, təhsil ictimaiyyəti arasında sayılıb-seçilən şəxsiyyətə, böyük nüfıız sahibinə çevrilmişdir.

Universitetin tələbələri arasında dolaşan söhbətlər məndə bu fenomenal insana olan əvvəlki hörmət və ehtiramımı bir qədər də artırdı. Xoşbəxtlikdən tale elə gətirdi ki, uzun illər o zaman respublikada yeganə olan universitetdə tədris işləri üzrə prorektor işləmiş, sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutuna rektor təyin olunmuş Mehdi Əliyev mən II kursda oxuyanda yenidən Bakı Dövlət Universitetinə rektor kimi qayıtdı. Bundan sonra Mehdi müəllimi daha yaxından tanımaq imkanı qazandım. Çox keçmədi ki, Universitet müəllim və tələbələri arasında Mehdi müəllim haqqında dolaşan miflərin həqiqət və gerçəklik olduğunu öz gözlərimlə gör- düm, öz qəlbimlə duydum.

Açığını deyim ki, Mehdi müəllimin dünyasmı dəyişməsindən keçən müddətdə onunla yaxın ünsiyyətdə olmuş insanlarla, görkəmli elm və təhsil xadimləri ilə olan çoxsaylı söhbətlərdə hamıdan bu uca şəxsiyyət haqda yalnız xoş sözlər eşitmişəm. Mehdi müəllim haqqında gördüklərim, eşitdiklərim, oxuduqlarım və bildiklərim məndə bu görkəmli təhsil fədaisinə vurğunluğu daha da artırdı, onu ideal bir ziyalı, təhsil fədaisi kimi qəbul etməyimə əsas verdi...

Doğrudur, bu gün haqq dünyasında uyuyan Mehdi müəllimi bizdən qırx illik bir zaman kəsiyi ayırır. Çoxdan idi ki, Mehdi müəllimin ziyalılığa örnək ola biləcək ömür yoluna yenidən işıq tutmaq, onun şərəfli ziyalı həyatının enişli-yoxuşlu məqamlarını bir daha yada salmaq, 65 illik ömrünün 40 ildən çoxunu yorulmadan, usanmadan Vətənimizdə elmin, təhsilin inkişafına, milli kadrların yetişdirilməsinə həsr etmiş bu maarif, təhsil, elm fədaisini müasir gəncliyimizə yaxından tanıtmaq arzusunda idim. Son illərdə Azərbaycanın təhsil tarixinə dair araşdırmalarım zamanı Mehdi Əliyev haqqında əldə etdiyim yeni faktlar hazırda təhsil ictimaiyyətinin diqqətinə təqdim olunan bu yazınm yaranmasına gətirib çıxartdı...

Mehdi müəllim haqqında böyük məmnuniyyətlə qələmə aldığım bu kövrək sətirlər az qala yarım əsrə yaxm bir müddətdə ürəyimin dərinliyində yer almış ülvi hisslərin təzahürüdür, görkəmli elm və təhsil xadiminə, tanınmış fızik alimə, ömrünü elm və təhsilin inkişafı yolunda şam kimi əritmiş böyük Azərbaycan ziyalısına, ölkəmizdə ali təhsilin qurucularından biri olan uca şəxsiyyətə olan dərin ehtiramın ifadəsidir, - desəm mən yalnız həqiqəti etiraf etmiş olardım.

Hörmətli oxucu! Gəlin bu böyük ömür yolunu birlikdə vərəqləyək.

Mehdi Sadıq oğlu Əliyev 1907-ci il dekabrın 21-də Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Gəncədə ziyalı ailəsində doğulub. Əslən qədim Gəncənin əsilzadə ailələsində dünyaya gələn Mehdi müəllim XIX əsrin sonundan Gəncədə fəaliyyət göstərməyə başlamış rus-müsəlman (rus-Azərbaycan) məktəbində və kişi gimnaziyasında mükəmməl təhsil almışdır.

Mehdi Əliyev 1920-1924-cü illərdə təhsilini ötən əsrin əvvəllərində Azərbaycanda müəllim kadrları hazırlayan ilk seminariya kimi yaradılan (1914) və Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) milliləşdirilən Gəncə Müəllimlər Seminariyasında davam etdirərək müəllimlik peşəsinə yiyələnmişdir. Məlumat üçün onu da deməliyəm ki, həmin seminariya Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra böyük şairimiz Məhəmməd Füzuli adına Gəncə Müəllimlər Seminariyası (Həmin Seminariyanın 1923-1927-ci illərdə direktoru Kiyev İmperator Universitetinin tarix - fılologiya fakültəsinin məzunu (1916) olmuş, Azərbaycanın bir çox ali məktəblərində müəllim işləmiş, sonralar repressiyaya məruz qalmış Cavad bəy Rəfıbəyli (1890- 1956 olmuşdur) adlandırılmış, Mehdi Əliyev də həmin təhsil müəssisəsinin beşinci buraxılışından məzun olmuşdur. Burada o, 1962-ci ildə Mehdi Əliyevin elm, təhsil və idarəçilik sahəsindəki zəngin təcrübəsi və yüksək peşəkarlığı, ən başlıcası isə yüksək mənəviyyatlı ziyalılığı nəzərə alınaraq respublika rəhbərliyi tərəfındən Azərbaycanın ən qocaman pedaqoji ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji İnstitutuna rektor təyin olunmuşdur. 1965-ci ilədək Mehdi müəllim bu institutda yüksək ixtisaslı ali pedaqoji kadrların hazırlanmasında, elmi-tədqiqat işlərinin aparılmasında, institut kollektivi arasında sağlam mənəvi-əxlaqi iqlimin formalaşmasında əsaslı dönüşə nail olmuş, respublikanın peşəkar müəllim kadrlarına olan tələbatının ödənilməsinə sanballı töhfələr vermişdir. Beləliklə, Mehdi müəllim rektor kimi ali təhsilin təşkili və qurulması sahəsində bilik və bacarığını, yüksək təşkilatçılığını, fədakar əməyini, dərin intellektual səviyyəsini, mənəvi təmizliyini, idarəçilikdə misilsiz ünsiyyət mədəniyyətini və şəxsi nüfuzunu Azərbaycanm təhsil ictimaiyyəti və xalqı qarşısında bir daha ləyaqətlə təsdiqləmiş oldu.

Bütün bu yüksək əxlaqi-mənəvi dəyərlər 1965-ci ildə Mehdi Əliyevin yenidən Azərbaycan Dövlət Universitetinə daha yük- sək statusda-rektor kimi qayıdışına səbəb oldu. O, bu məsul və şərəfli vəzifəni 1970-ci il dekabrın 26-na kimi böyük uğur və ləyaqətlə daşıdı.

Mehdi müəllimin universitetə rəhbərlik etdiyi həmin illərdə onun fədakar əməyi, yüksək təşkilatçılıq məharəti və dərin intellekti sayəsində elm və təhsilimizdə böyük uğurlar qazanıldı. Bu illər doğma universitetimizin tarixində bir sıra yaddaqalan hadisələrlə əlamətdar oldu. Belə ki, bu dövrdə yüksəkixtisaslı kadr hazırlığı və elmi-tədqiqat işləri sahəsində əsaslı uğurlar qazanılmış, universitetdə bir sıra elmi istiqamətlər (məsələn, neft kimyası, fıziologiya, yarımkeçiricilər fizikası və s). üzrə elmi məktəblər formalaşmış, həmin istiqamətlər üzrə kafedralar və problem laboratoriyaları yaradılmışdır.

Mehdi müəllimin təşəbbüsü ilə bu illərdə universitet məzunları arasında xüsusi istedadı ilə seçilənlərin sistematik olaraq keçmiş Sovetlər Birliyinin tanınmış elm mərkəzlərinə, universitetlərinə aspiranturaya və stajirovkaya göndərilməsinə başlanmışdır. Hazırda universitetdə çalışan tanınmış professor-müəllim heyətinin böyük əksəriyyəti o illərdə yetişmiş elmi-pedaqoji kadrlardır. Bu gün universitetin elmi-pedaqoji kadrları arasında Mehdi müəllimin qayğılarından bəhrələnən alimlərimiz onu minnətdarlıq duyğuları ilə xatırlayırlar.

Mehdi Əliyevin rektor olduğu illər Azərbaycanın çağdaş mədəniyyət və təhsil tarixində Azərbaycan Dövlət Universitetinin 50 illik tarixi yubileyinin (1969) keçirilməsi, həmin yubiley tədbirində Azərbaycanın o zamankı rəhbəri, ümummilli lider Heydər Əliyevin ana dilində çıxış etməsi, bununla da xalqımızın milli özünüdərk və oyanışında yeni mərhələnin başlanması ilə də yaddaşlarda qalıb. Bu tarixi yubileyin keçirilməsində, təşkilində, universitet tarixinə dair zamanına görə ən sanballı əsərin (Xəlil Əlimirzəyev. Azərbaycan Dövlət Universiteti 50 ildə. Bakı: 1969) yazılmasında ADU-nun rektoru Mehdi Əliyevin də xüsusi xidmətləri olmuşdur.

Mehdi müəllim Azərbaycanda elm, təhsil sahəsində görkəmli təşkilatçı olmaqla yanaşı, qırx ildən artıq ardıcıl olaraq peşəkar müəllimliklə, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, respublikanın bir sıra ali məktəblərində, həmçinin Tiflisdəki Zaqafqaziya Dəmir Yolları İnstitutunda mühazirələr oxumuşdur. Onu tanıyanların, yetirmələrinin və tələbələrinin söylədiyinə görə, Mehdi müəllim özünəməxsus qeyri-adi pedaqoji istedada və ustalığa malik pedaqoq idi. Mehdi müəllim məntiqli, sistemli, aydm, anlaşıqlı, dərin məzmunlu mühazirələrini söyləmək- dən xüsusi zövq alar, dinləyicilərin qəlbini sanki ovsunlamağı bacarardı.

Bir məqamı da xüsusi vurğulamaq istərdim. Son dərəcə səmimi, geniş ürəkli, humanist insan kimi ziyalılar arasında tanınan və bu gün yaddaşlarda böyük ziyalı kimi qalan Mehdi Əliyevdən söz düşəndə hamı etiraf edir ki, insanın yadma ilk olaraq "müəllim" sözü düşür. Həmkarları ona həmişə "Mehdi müəllim", - deyə müraciət edərdilər. Mənə elə gəlir ki, "Mehdi müəllim" ifadəsi daha ürəyəyatan, qəlboxşayandır. Sanki müəllimlik onun boyuna biçilmişdi. Mehdi müəllimdə Azərbaycanın köhnə kişilərinə, xüsusən klassik müəllim-pedaqoqlara xas olan bir ürək genişliyi, mərdlik, qürur, səmimiyyət və doğmalıq, ədəb-ərkan, səliqə-sahman, yüksək davranış və ünsiyyət mədəniyyəti cəmləşmişdi. Açıq etiraf etmək lazımdır ki, Mehdi Əliyevdən söz düşəndə "Mehdi müəllim" ifadəsi insan qəlbindən uca dağlardan süzülüb gələn büllur bulaq suyu kimi dodaqlara axıb gəlir...

Azərbaycanın iki qocaman ali təhsil müəssisəsinə uzun illər rəhbərlik etmiş Mehdi Əliyev təhsil tariximizə təkcə elm- təhsil təşkilatçısı, maarifçi-pedaqoq kimi deyil, həm də elmdə öz sözünü demiş nüfuzlu bir alim kimi daxil olub. O, 1933-cü ildə o dövrün yüksək elmi adlanndan sayılan (nəzərə almaq gərəkdir ki, elə adı alanlan o illərdə barmaqla saymaq olardı) dosent adma layiq görülmüşdür. Sonralar (1949) o, bərk cisimlər fizikası üzrə namizədlik dissertasiyası müdafıə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Mehdi Əliyevin elmi əsərləri istər respublikanın, istərsə də xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr edilmiş, bir çox beynəlxalq konfranslarda məruzələri dinlənilmiş, Azərbaycan elmini və təhsilini ləyaqətlə təmsil etmişdir.

Mehdi müəllim zəngin irs qoyub getmişdir. Onun Azərbaycan dilində fızika üzrə dərslik, dərs vəsaitlərinin hazırlanması, fızika üzrə ana dilində elmi terminologiyanın tərtibi və unifıkasiyası sahəsində xidmətləri böyükdür. Mehdi müəllim ali məktəb tələbələri üçün fızikadan zəruri dərslikləri (məs.: A.F. İoffe "Molekulyar fızika kursu" dərsliyi və s.) rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Eyni zamanda ana dilində dərslik yaradıcılığma başlamış, ali məktəblər üçün "Optika" kursundan Azərbaycan dilində yazılmış ilk dərsliyin həmmüəllifı (prof. Niftalı Qocayevlə birlikdə) olmuşdur.

Böyük və unudulmaz müəllim, bacarıqlı elm-təhsil təşkilatçısı, ləyaqətli insan olan Mehdi Əliyevin həyat və fəaliyyətinin bütün pillələrində ən böyük amalı Azərbaycanımıza, Vətənimizə, xalqımıza ləyaqətlə xidmət etmək olmuşdur. O, əsl elm, təhsil, maarif fədaisi idi. Mehdi müəllim həyatmın bu amal uğrunda mübarizə aparmış, bacardığı qədər təhsilimizin, elmimizin, maarifımizin yüksəlməsinə çalışmışdı.

Mehdi müəllim görkəmli alim-pedaqoq, tanmmış elm-təhsil təşkilatçısı olmaqla yanaşı, qayğıkeş ailə başçısı kimi, Vətənə layiq 3 övlad böyüdüb tərbiyə etmiş, onlann yüksək təhsil almasına nail olmuşdur. Onun böyük oğlu Emin Əliyev fızika-riyaziyyat elmləri namizədi, Azərbaycan MEA-nın Fizika İnstitutunun aparcı elmi işçisidir, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adma layiq görülüb. Digər oğlu Tofıq Əliyev ölkənin tanınmış memarlarından biridir. Qızı Aliyə xanım isə musiqişünas kimi fəaliyyət göstərir. Mehdi müəllimin bütün övladları atalarının böyük ziyalı adını hər zaman ucaltmış, atalan ilə daim fəxr etmişlər...

Azərbaycan elminin, maarifınin, təhsilinin böyük cəfakeşi, yenilməz fədaisi Mehdi Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri dövlətimiz tərəfındən hər zamanyüksək qiymətləndirilmiş, "Azərbaycanın əməkdar elm xadimi", "Azərbaycanın əməkdar müəllimi" kimi yüksək fəxri adlara layiq görülmüş, keçmiş Sovetlər Birliyinin "Qırmızı Əmək Bayrağı" ordeni, eləcə də bir sıra digər orden və medallarla təltif olunmuşdur.

Hesab edirəm ki, Mehdi müəllimin ən böyük mükafatı yetirmələrinin, tələbələrinin, həmkarlarının ona olan sonsuz hörmət və ehtiramında, ünsiyyətdə olduğu insanların qəlbində özünə ucaltdığı əbədi heykəldə axtarmaq daha doğru olardı.

Mehdi müəllim adına layiq insan idi. Ərəb mənşəli "Mehdi" sözü islamda mifık-dini obrazın adıdır, anlamı "insanları birliyə, haqqa-ədalətə, irfana, elmə, nura çağıran" deməkdir. İslamda belə bir inam var ki, , zaman-zaman islam dinində baş verə biləcək əyintilərə, ayrılmalara qarşı mübarizə aparacaq və islamın bütövlüyünü, islami dəyərlərin müqəddəsliyini qoruyacaq hər dövrün öz Mehdisi olacaqdır... Bu baxımdan Mehdi müəllim islami inanclarda olduğu kimi, ömrü boyu insanları elmə, maarifə, elm və maarif nuruna, haqqa-ədalətə, birliyə səsləmişdir... O insan xoşbəxtdir ki, adı ilə əməlləri üst-üstə düşür. Mehdi müəllim belə insanlardan idi.

Bu böyük elm və təhsil fədaisi şərəfli ziyalı ömrünün 65-ci baharında 1972-ci ilin may ayının 5-də haqq dünyasına qovuşdu. Bu gün həmin vaxtdan bizi düz 40 illik bir zaman ayırır. Lakin bu zaman kəsiyi mehdisevərlərin qəlbində Mehdi müəllimə olan sevgi, sayğı duyğularını azaltmayıb, əksinə bu böyük ziyalının tələbələrinin, yetirmələrinin qəlbində yandırdığı elm, maarif nurunu daha da alovlandırmış, Azərbaycan elmi və təhsilinin inkişaf yollarını daha da işıqlandırmışdır. İftixar etməli haldır ki, bu gün Mehdi müəllimin əziz xatirəsi onu tanıyanların, yetirmələrinin, həmkarlarının qəlbində, əməllərində yaşamaqdadır. Mətləb aydınlığı üçün burada Mehdi Əliyevlə uzun illər birlikdə çalışmış, Azərbaycan elmində, təhsilində görkəmli yer tutan tanınmış ziyalılarımızdan bir neçəsinin bu fədakar insan, böyük müəllim haqda xatirələrindən müəyyən iqtibaslar gətirmək istərdim:

Akademik Ağamusa Axundovun xatirələrindən:

"... Mehdi müəllim böyük təşkilatçı, yaradıcı rektor olmaqla yanaşı, böyük şəxsiyyət idi. Onun şəxsiyyətində prinsipial, tələbkar insanla humanist, qayğıkeş insan vəhdət təşkil edirdi. Onun şəxsiyyəti yadımda müdriklik rəmzi kimi qalıb... Gözəl alimin, bənzərsiz müəllimin, nəhəng təşkilatçı və böyük şəxsiyyətin əziz xatirəsi onu tanıyanların yaddaşmda və qəlbində əbədi həkk olunaraq qalır...".

Azərbaycan MEA-nın müxbir üzvü, professor Məsumə Məlikovanın xatirələrin- dən:

"... Bu gün çoxsaylı mühüm hadisələrlə zəngin olan illər, zamanlar keçdikdən sonra hər birimizin cəmiyyətdə, kollektivdə müvafıq mövqe tutduğumuz bir vaxtda səni vaxtilə əhatə edən, bu dünyanı artıq tərk etmiş, lakin çoxsaylı insanların həyatında dərin, silınməz izlər buraxmış şəxslərin fərdi keyfiyyətlərini, şəxsiyyətlərinin dəyərini xüsusilə aydın dərk edirsən. Belə şəxsiyyətlər bütöv nəsillərin, ziyalılar pleyadasının hamiləri missiyasını özlərində daşıyırlar. Mehdi Sadıxoviç məhz belə insan idi və mənim xatirimdə beləcə prinsipial, obyektiv, diqqətcil bir insan, yüksəknüfuzlu bir şəxsiyyət olaraq qalmışdır...".

Professor Müseyib Müseyibovun xa- tirələrindən:

"... Hamı onu pak bir insan, təhsili, elmi sevən bir alim, Universitetimizi, Vətənimiz Azərbaycanı özündən artıq sevən Vətən oğlu, ağsaqqal hesab etmişdir. Mehdi müəllim ən yüksək hörmətə və ehtirama layiq insan idi...".

Professor Faiq Əhmədovun xatirələrindən:

"... Mehdi müəllim haqqında Mehdi müəllim zirvəsində olan insanlar söhbət edə bilərlər... Mehdi müəllim çox qayğıkeş müəllim və rəhbər idi... Mehdi müəllim böyük müəllim, qayğıkeş insan və müdrik rəhbər kimi həmişə ürəyimizdədir."

Professor Niftalı Qocayevin xatirələrindən:

"... Mehdi müəllim Böyük Vətən müharibəsində yaralanaraq qayıtdığı gündən ömrünün sonunadək həyatını təhsilə, tədrisin təşkilinə və elmi kadrların hazırlan-masına həsr etmişdir. O, təhsil fədaisi idi.." və s.

Hörmətli oxucu! Mehdi müəllim haqqında bu xoş xatirələri istənilən qədər artırmaq olardı. Ancaq hesab edirəm ki, bu deyilənlər Mehdi müəllimin sözün geniş mənasında uca şəxsiyyət və müdrik ziyalı olduğunu bir daha təsdiqləyir. Azərbaycan ziyalılığını təmsil edən bu böyük insana qiymət verərkən onun hansı partiyanın üzvü olduğunu, hansı böyük vəzifələrdə işlədiyini yox, yalnız həqiqi insanlığını və şəxsiyyətini göz önünə gətirmək gərəkdir. Bu mənada Mehdi müəllim böyük Azərbaycan ziyalısı, ziyalılar arasında böyük nüfuzu olan uca şəxsiyyət idi...

Bir neçə kəlmə də Mehdi müəllimlə bağlı gördüyüm və eşitdiyim hadisələrdən söz açmaq istəyirəm. Yuxarıda dediyim kimi, mən tələbə olanda Mehdi müəllim Universitetə rektor təyin edilmişdi. Mehdi müəllim ortaboylu, irisifətli, eynəkli, xoşsifət, ciddi görkəmli bir insan idi. Universitet dəhlizində onu görən tələbə və müəllimlər hörmət və ehtiramla ona yol verər, baş əyib salamlaşardılar. Mehdi müəllim çox böyük nüfuz sahibi idi. Universitetdə hamı onu sevənlər də, onu istəməyənlər də onun nüfuzu qarşısında, necə deyərlər, muma dönərdilər. ÇLinki o, sözünün ağası olan şəxsiyyət idi, müdrik qərarlar verər, haqqı-ədaləti heç zaman pozmazdı. Mən Mehdi müəllimi rektor vəzifəsindən ayrılıb kafedrada dosent kimi çalışdığı illərdə də (1971-1972) çox görmüşəm. O dövrdə də hamı ona ehtiramla yanaşar, hörmətlə salamlaşar, yol göstərərdilər. Mehdi müəllim mənəviyyatca saf, büllur kimi təmiz müəllim idi. O, bir ədalət mücəssəməsi idi. Saflıq, təmizlik, sadəlik, prinsipiallıq, xeyirxahlıq, müdriklik Mehdi müəllimi həmkarlarına, tələbələrinə, yetirmələrinə, bütövlükdə insanlara sevdirən üstün keyfiyyətlər idi... Onu da deməliyəm ki, Mehdi müəllimim mənim taleyimdə də izləri qalıb. Ali təhsil haqqında diplomumda bu böyük müəllimin rektor kimi imzası var. Ali məktəbi bitirəndən sonra Gəncə Dövlət Pedaqoji İnstitutuna işə göndərilməyimdə, Universitetin aspiranturasına qəbul olmağımda da Mehdi müəllimin xidmətləri unudulmazdır. ..

Mehdi müəllim haqqında bu yazını Həzrəti Məhəmməd Peyğəmbərin belə bir müdrik kəlamı ilə bitirmək istəyirəm: " Yaxşılığa öyrəşmiş və alim şəxs insanlann ən yaxşısıdır.". Doğrudan da, Mehdi müəllim yaxşıların yaxşısı, xeyirxahlann xeyirxahı idi.

İnanıram ki, bu böyük müəllimin əziz xatirəsi onu tanıyanların, tələbələrinin, yetirmələrinin qəlbində əbədi yaşayacaqdır. Neçə ki, Bakı Dövlət Universitetinin şanlı tarixi var, Mehdi Əliyev də həmin tarixin bir səhifəsi kimi hər zaman xoş xatirələrlə anılacaqdır.

Ruhu şad olsun! ...

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə