NƏzakəT ƏLİyeva miRZƏ ŞƏFİ vazeh təDQİqatlarinda şƏrq təFƏFƏKKÜRÜ İLƏ QƏrb təFƏKKÜRÜNÜn fəRQİ




Yüklə 1.13 Mb.
səhifə2/10
tarix23.02.2016
ölçüsü1.13 Mb.
1   2   3   4   5   6   7   8   9   10

SALMAN MÜMTAZ MİRZƏ ŞƏFİ

VAZEH HAQQINDA.
(Mümtazm toplayıb dəftərinə saldığı şeirlərin heç biri şairin avtoqrafiyasında olmayıb. M.M.Naci və M.N.Nasirin əlyazmala-rından götürülmüşdür). XVII əsrin birinci yarısında Azərbaycan türklərini avropalılara tanıdan və onların nəzər-diqqətlərini Azərbaycan ədəbiyyatına cəlb etməyə müvəffəq olan ədib və şairlərimizin ən görkəmlisi məşhur Mirzə Şəfıdir. Və Mirzə Şəfinin də bütün Avropa bilxassə Almaniyada şöhrət kəsb etməsinə səbəb olanların birincisi Mirzə Şəfınin öz şagirdi Fridrix fon Bodeniştedtdir. Bu zat Almaniyanın Hannover adlı şəhərində doğulmuş bir alman şairidir ki, Miladi 1844-də Qafqaziya canişini general Neydelqardtın təklifınə görə Qafqa-ziyaya gələrək Tiflisdəki uçitelski instituta müəllim təyin edilmişdir.

V 1844 q. po priqlaşenie po kafkasskoqo namestnika, qenerala Neytqardta, on pribıl doljnost uçitele Tiflisskoqo Uçitelslcoqo instituta.

(Brokqauz efron tom. 7 s. 212).

Elə bu tarixdən etibarən Bodenşted Mirzə Şəfı ilə görüşmüş və Mirzə Şəfini də həmin instituta müəllim təyin etdirmişdir. Mirzə Şəfi müəllimlik vəzifəsini ifa edərkən həm gənc müəllimlərə, həm də xüsusi olaraq Bodenşdetə dərs vermişdir. Bodenşdet türk və fars dillərini Mirzə Şəfidən öyrənmişdir. Mirzə Şəfinin həmin institut müəllimlərindən Qriqoryev familiyalı bir zat ilə bərabər rus və türk dillərində yazdıqları müştərək bir dərs kitabı da vardır ki, Təbriz şəhərində daş basması ilə basılmışdır.

Nədənsə Bodenşdetin bir müddət Qafqaziyaya və xüsusən Tiflisdə iqamət etməsi bəzi müstəşərq və müvərrixləri mütərəddit buraxmışdır. Bunların bir qismi Mirzə Şəfıni Hannoverli bir nemsə hesab edərək, eyni zamanda da, Gəncəli bir türkü rədd edirdilər. Digər bir qismi isə onu iranlı bir fars və yaxud mühüm bir sima sanmadadırlar. Hannoverlini rədd edənlər Mirzə Şəfı ilə Bodenşdeti, hər ikisini bir şəxs və bir sima kimi düşünməkdədirlər.

Əz cümlə:

«Kak izvestno Mirza ne persa turok iz Qandje ili vernee nemeç iz Qannovera (İst İsl. A.Möller tom I. str.140

Azərbaycan ədəbiyyatından bəhs edərkən professor Krımski də Mirzə Şəfi haqqında aşağıdakı sətirləri yazır:

«Odno iz imen, Mirza Şafı Elizavetpolskiy, Çrezvıçayno populərizo-vano v Qermanii Bodenşdetom» (İstoriə Turçii i Literaturı A.Krımskoqo. tom 1 str.

Brokqauz Yefronda Qamus Əlaminin 8-ci cildində Bodenşdetin fəzilətlərindən bəhs etdiyi sırada Mirzə Şəfı kitabını 123 dəfə təbi və nəşr edildiyini söyləyərək elə bu sözlər ilə məsələni bitirir:

«Svoim neobiknovennım uspexom pesni obezanı masterstvu yazıka, çisto vostoçnomu koloritu i dobroduşnomu ömoru Mnimaqo avtora, kotoriy bıl uçitelem Bodenşdeta po persidskomu yazıku».

(Brokqauz Yefron tom 7. str. 212).

Şübhə və tərəddüdlərə qarşı bu sətirləri qaralamaqda məqsədimiz azərbaycanlı Mirzə Şəfıni meydana çıxarmaqdır. Təqribən 12 il bundan əqdəm Gəncə şəhərində gördüyümüz bir yazma (cünk) içərisində Mirzə Şəfı şeirlərinin bir neçə parçasına təsadüf etdik. O cünk məşhur Mirzə Mehdi Nacı təxəllüsün topladığı bir məcmuədir. Orada görünən Mirzə Şəfı əsərlərinin əhəmiyyətlərindən dolayı klişə etdirərək və klişələri mətnləri ilə bərabər bu kitabçaya köçürməyə qərar verdik. O əsərlər Mirzə Şəfi məsələsinə böyük yardım edərək bir çox məlumat vermədədirlər ki, xülasəsi bunlardır:


  1. Mirzə Şəfi məvhum deyil, sənətkar bir azəri şairidir.

  2. İrqən türkdür.

  3. Hannoverli yox Gəncəlidir.

  4. Atasının adı Sadıqdır.

  5. Təxəllüsü Vazehdir.

  6. Şeyx İbrahim (Naseh) və Mirzə Mehdi (Naci) ilə müasir, həm də rəfiqdir.

  7. Bir müddət Tiflisdə də yaşamışdır.

  8. Mirzə Şəfı türkcə söylədiyi kimi, farsca da şeirlər söyləyirmiş.

İndi bu məlumat üzərinə Mirzə Fətəli Axundovu təbliğ etməsilə bərabər Qriqoryev ilə yazdığı kitabda izafə edilirsə, artıq məsələ bitmiş olur. Mirzə Fətəli öz əlilə yazdığı tərcümeyi – halında Mirzə Şəfidən azacıq bəhs edərək onun Almaniyada məşhur olduğunu söyləyir. Brokqauz Efronda Mirzə Şəfi qəzəllərinin Berlin şəhərində (123) mərtəbə təb və nəşr edildiyini qeyd edir. Eyni əsər, eyni səhifənin əlimizə keçən mətbu digər bir nüxsədən isə daha həqiqi məlumat əldə edilə bilir. 167 dəfə basılan bu kitab nemsə dilində olaraq 106 səhifədən ibarətdir. Mirzə Şəfmin aşiqanə qəzəlləri və müqəddimədən başqa 101 parça şeir də vardır. Kitab elə bu səliqə ilə nəşr edilmişdir.

Bodenşdet tərəfindən nəzmən yazılan müqəddəmə 13 səhifədən ibarətdir və aşağıdakı hissələrə bölünür:



  1. 1 -ci hissə-Züleyxaya aid şerlər- 15 parça.

  2. 2-ci hissə - Şikayət – 13 parça.

  3. 3-cü hissə - Şərab ilə işrət – 7 parça.

  4. 4-cü hissə - həkimanə qəzəllər – 33 parça.

  5. 5-ci hissə-Tiflis və digər şeirlər – 23 parça.

Naşiri: R.F.Diqqer

Tirajı: 267 mindən 269 minə qədər

Məhəl təbii: Berlin şəhəri.

Mirzə Şəfi barəsində (1920) nisan tarixdə çıxan «Qurtuluş» məcmuəsində kiçik bir məqalə yazaraq təb etdirmişdir. Və Mirzə Şəfmi iranlı İddia edən Firidun bəy Köçərlinskiyə də Azaqbəyli (bəlkə Qazaqbəyli-N.Ə.) Abdulla bəyin şəhadəti ilə o məqaləni oxuyub yanıldığını da açıqcasına söyləmişdim. Ümid varamki Türkoloji qurultayı Azərbaycanın ən namdar ədib və şairlərindən bulunan Mirzə Şəfini bizə daha yeni və daha ətraflı tanıtmaq iltifatında bulunacaqdır.

Salman Mümtaz – Bakı: 31 yanvar 1926.

SÜSƏNİ
(Müxəmməs)

Ey nazəkət çəməni içrə xuraman, Süsəni,
Xubluq kişvərinin təxtinə sultan, Süsəni.
Sidqinin yayı qaşının Sədəqəsi, qurban Süsəni,
Bir baxışla yaraşır kim, ala yüz can Süsəni.
Belə getsə, tez olur dillərə dastan Süsəni.
Hərəkatü rəvişin qddı səhi-sərvini pəst,

Sünbülə türreyi – zülfün şikəni verdi şikəst, Laləni dağa salıb ruyin, edib badəpərəst,

Ey könül, qaş-göz aradə nə gəzirsən belə məst?

Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni?

Ey mələk Əbryüzün güldümü, ya bəri-tamam,
Kim ki, ruyindən olur məst, ona badə haram,
Pərdəsiz cilvələnib, nazilə ver qəddə qiyam,
Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xuram,
Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.

Bu qədü qamətinə ətləsü xara yaraşır,


Qaşların guşəsinə qətlimə ima yaraşır,
Edə gər zində ləbin ləfzi məsiha, yaraşır,
Səni hər kim ki, sevər başına sevda yaraşır,
Ola sərgəştəvü divanəvü heyran, Süsəni.
Gün ki, hər gün ki, çıxar dərgahinə səcdə

edər,
Sərv rəftara gəlir, qılsa qədin bağa güzər,


Qönçə gər ağzın ilə qarşı dura, boynun əyər,
Küfri-zülfün yetişib bir yerə kim, ey kafər, Desələr Vazehə, böhtandı, müsəlman,Süsəni.
xxx xxx
Eyki həm hücreyi mayi vərəq zəhd bəşəvi,

Və yeki sabit qədəmi ğeyr rə eşq məpəvi.

Əz mən ğəmzədə cüz eşq rəx yar mipərs,

Ba mən dil şədə ciiz söhbət dildar məkəvi.

Ta əz an dəmki hürrim dil mən xəlvət ost

Faş binəm riix o kərnigarəm bir həmə səvi

Çərx sərgiştə nə anəst münqəş bəncom.

Bəlkə əndər tələbəş mandə firu cərqə bəxavi

Ruz gəlgüştü bahar əstü tamaşeyi tərb

Xiz ta xeymə bəzən bamii və ney bir ləbm cəvi

Vazeh əzxak sər ard bə nisəm dər dust

Kəşteyi eşq bəii zəndə təvan kəlit bəbəvi.


xxx xxx

Hər zaman kan qəd bala zə nəzər meygüzərd

Və çeha bir dil və bir dideyi tər meygüzərd Mənəm ey Şeyx zə nəzarə məkən gəz rüx düst

To çe dani ki çe bir əhl bəsər meygüzərd

Ey ki bir mən güzəri məhv küne əz xəvişəm Həmçu xurşid ki bir dövr qəmərd meygüzərd

To ki çəndin bəkeşi da mən əz əftadeyi eşq

Dəst kutahş minnət ki bəkəmər meygüzərd

Koteyi Vazeh əz an ruhimə şirin aməd

Bəz bakeş süxən əz ləl şəkər meygüzərd

xxx xxx
Şahid xər ki nəşin zülf zərəx kirdbad

Nur həqiqət pədid əz zülmat məcaz

Dideyi bə didar dust dəst dir ağuş yar

Eşq əz an su niyaz hüsn əzan suyn niyaz

Sədr hürrim qəbul dər xur hər xam nist

Pəs bənəşin şəlü var səbəkt əz sözü saz

Türbət Mahmud raruz cəza in nədast

Hacət firdos nist kişteyi tiğ ayaz

Min Kəlam Mirzə Şəfi Gəncəyi.

Eyki həmhücreyi mayi vərəq zəhd bəşəvi.

MUŞAİRƏ

Vazeh


Səbzpuş olmuş qədin rüxsari-atəşgünilə,
Museyi-İmranə guya, tur şəklin göstərir,*
Naci

Tığın almış dəstinə al çeşmi-cəlladın sənin,


Canə qəsd etmək dilər, məxmur şəklin göstərir.
Cismi-zarımdan çıxar hicrin əlindən nalələr,
Böylə bir təndir tənim, zənbur şəklin göstərir.
Xətti-rüxsarın edib tarac hüsnün mülkünü,
Bir xərabə şəhr içində mur şəklin göstərir.
Şeyx

Göz sirişki mərdüminin nüqtəsin bərbad edib,


Aqibət bir gün olur kim, gur şəklin göstərir.

Tilbə könlüm tellər ilə sarılıb, teldir səbəb,


Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərir.
Kəhrüba dik (kəhrüba tək) rəngi-zərdim sanmağay bihudə kim,

Dərdi-eşqə uğramış, rəncur şəklin göstərir.

Naseh

Dinü dil nəqdin nisar etmişsə Naseh, tanq imas,


Bir mühəqqər töhfə ilə mur şəklin göstərir.

MİRZƏ MƏHƏMMƏD HƏSƏN

İllər ilə mütəssil gər olsa bir kimsə ərəbə


Bir qarı düşsə əlinə hur şəklin göstərir.

(Bu beyt Salman Mumtazın 1926-cı ildə çap


etdirdiyi «M.Ş.Vazeh» dəftərində yoxdur).
QƏZƏL
Nə qədər kirn fələgin sabitü və səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Dəgil əflakda kövkəb görünən çərxi- bülənd


Oluban didə sərapa sənə nəzərəsi var.

Ruzigarı qara, daim gecəsi tar keçər


Hər kimin eşqdə bir yarı - sitəmkarəsi var.

Necə qan cuşa gəlib eyləməsin ahu fəqan


Könlümün dideyi - giryan kimi fəvvarəsi var.

Ol qəzəldir ki, bu Vazeh, dedi bir dərd əhli


Zahirən lalə otağında qonaq - qarəsi var.


  1. Bu qəzəli Şəki şairlərindən Mirzə Nəsrulla (Nasir təxəllüsün əl yazmaları arasında (səh.26) tapılmışdır. - «Mümtaz»

  2. Vazehin bu qəzəli (Vidadi) tərəfmdən tənzir edilmişdir. (Firudun bəy Köçərli müqtəsim əsəri köçürərkən kimin olduğunu dərk edə bilməmişdir).

Qan tökər xəstə Vidadi ki demişdir Vazeh.

Könlümün dideyi-giryan kimi fəvvarəsi var.

Azərbaycan materialları,cild 4. s. 16.


(Çünk) -də (Mirzə Şəfı) şeirlərilə əlaqədar olan
digər (3) qəzəl. Səh.26.

QƏZƏL

Mətləi hüsnünün gözəl kim nurşəklin göstərir,


Oda urar afaqə şirin şurşəklən göstərir.
Göstərir aşıb qovqayi qiyamət hər zaman,
Bərqe altdan gül üzü məstur şəklin göstərir.
İbtida eşqinin ədibi öyrədir dərs cünun,
Dar sər məşqin çəlcər mənsur şəklin göstərir.
Xəncər müjkan əlində məst şəhla gözlərinin,
Mey içib bədməst olan məxmıır şəlclin göstərir.

Gül yanaqın iizrə çin-çin ol çəlipa tellərinin,

Aftab üzrə təb dicur şəklin göstərir.

Qamətinin tubi və cənnətdən verir nam və nişan, Mumyanın bil bağında mur şəklin göstərir.

Əhl ürfani edər səbhayi vəhdətdən xarab

Zahid zahir pərəstə dövr şəklin göstərir.

Nuş nişanın vəsl hicranın məzaq canda,

Cəm olmuş bir yerə zənbur şəkilin göstərir.

Gah mey ki cam meyxarə, gahi meyfirut,

Gah nəql mey kəhn ənkur şəklin göstərir.

Ki ölü kəni tir gəzir ləl məsih asa və gah,

Bi kəs və bi xaniman rəncur şəklin göstərir. Göstərir cəmhur şəklin surətinin göz kusidə, Surətinin göz kusidə cəmhur şəklin göstərir. (Fazili) istər qıla eşqində rüsvay cahan, Xanimanı qarət olmuş ürşəklin göstərir.


QƏZƏL

Müxləs
Dərd eşqinin mərd sahib zor şəklin göstərir,

Ki hülaku kahicə1 (1) Timıır şəklin göstərir.

Yanmağa məcbur edən bilməm nədir pərvanəyi,

Var isə nar əhl eşqə nur şəklin göstərir.


Sərdə atəş dildə dud və əşk (yəm) dudidə çərx,

Cism aşiq surta (vapor) şəklin göstərir.

Böylə deyirlər miilk məhviyyətdə rəsm dövləti,

Kim Süleyman cah olursa mur şəklin göstərir.


Hər kəsə halınca vardır bir məcligah eşq,

Bisitun Fərhada Kuh turşəklin göstərir.

Qeyrət ərbab eşqə afərin, səd afərin,
Daima məhzun ikən Məsrur şəklin göstərir.

Bənzər ərbab riyanın halı ol kaşanayə,


İç üzü viran dişi məmur şəklin göstərir.

Neşəyi zatimidir çeşmində canının əcəb,


Hər nəkhidə aşiqə məxmur şəklin göstərir.

Bir pəri rüxsarə çarpıldı ki1 (Müxləs) əlaman

Surətə insan əmma şəklin göstərir.

QƏZƏL
Gözlərinin kim aşiqə məxmur şəklin göstərir,
Əhl füqərə mərdum məğrur şəklin göstərir.

Qamətinin yadilə çəkdim bəski ah atəşin,

Xatirəm nar şəcərdən tur şəklin göstərir.

Kuy canandan cida eşqlər əhvalin desəm,

________________________________

1. (Müxləs təxəllüslü Əhəd paşa, min iki yüz altmış üç tarix hicridə Kürdstan valisi ikən Amid şəhərində vəfat etmişdir. «Mümtaz»(bunlar 27-ci səhifədə təkrarlanmışdır).

Dəşt ara bikəs qalan rəncur şəklin göstərir.

Nişan meyxarə bais bulduqun buldum günün,

Bu pərivəş cam ara məstur şəklin göstərir.

Qamət üzrə tar kusidən asılmış həqqə var?

Dil ünal həq söyləsə Mənsur şəklin göstərir.

Asimanda kövkəbsəd olsa(Əsəd)2(1) yerdədir

Bu səbəbdən yer savadi nur şəklin göstərir.


xxx xxx
Bülbülün bağrı yanıq, nəğməsi nalan bu gecə, Doldurub bağçaları, bağları hicran bu gecə.

Çöl yatıb, çay uyuyub bir əbədi nəğmə ilə,



Ay doğub, ayna sular nur ilə rəqsan bu gecə. Bütün aləm yuxuda, təkcə məhəbbətdir oyaq, Ona aydm görünür hər tərəf, hər yan bu gecə.

Unudub dərdi-qəmi gör nə yatıb insanlar,

Yenə bülbül oxuyur onlara dastan bu gecə.

__________________________________________

1. (Müxləs) təxəlliis Əsəd paşa, (min iki yüz altmış üç) tarix hicridə Kürdstan (valisi ikən (Amid) şəhərində vəfat etmişdir. «Mümtaz»

2. Bu qəzəiin qailı bizə məlum deyildir. Ehtimal ki, bu da Əsəd paşanın olsun. «Mümtaz».

xxx xxx
XX əsrin 60-cı illərində Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçilərindən filologiya elmlər doktoru Həmid Məmmədzadə Gürcüstan SSR Elmlər Akademiyası yanında K.Kekelidze adına əlyazmaları institutunda başqa bir mövzu ətrafında axtarışlar apararkən təsadüfən Mirzə Şəfi Vazehin farsca iki beytini və aşağıdakı bu iki qəzəlinə rast gəlmişdir.



QƏZƏL

Gəl ey canım ki, hicrimdə dodağa çatdı bu canım

Dodağın qoy dodağıma, özün al canı, cananım.

Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:

Gözüm ağlar, özüm yannam, inan ey çeşmi- məstanım.

Xoşam, qəmlə scvinc tııtsa əgər dünyanı hər yandan

Nə onla, nə bununlayam,mənim eşq oldu ürfanım.

Tacım ah,göz yaşım təxt,leşkərim dərddir,qəmimi ölkəm

Mən eşqə sultan olsam da,sənin eşqindi sultanım.

Fənayə uğrasam da bil,fəqət məhv olmaram,canam,

Bu müşkül hikməti özgə təbibdən sorma loğmanım.

O şirin ləlidən şəhdi, şəkər hərgah nəsib olsa Mələklər nuşi-can söylər,mənə göylərdən,ey xanə

Nigarım, vaxt gəlib çatdı, bu xəstə aşiqi yad et,

Mən öylə xəstəyəm ancaq, sənin vəslindi dərmanım. Kim eşqin dərdinə yansa,o nalə eyləyər həm dəm,

Mən öylə gizli yannam ki, nə naləm var, nə əfqanım.

O mişkin zülflərin şövqü,o ay tək çöhrənin mehri

Gecəylə gündüzü almış əlimdən mahı -təbanım.

O yarın zülfü ruyindən sən ümid gözləmə,

Vazeh, tutarsan çiyni-maçini, əlində vardır imkanın.
xxx xxx
Xoş olsun ol könül, eşqə məkandır,

Var olsun ol fikir, eşqə həyandır.

Susuz çeşməyə bənzər ol ürək kim

Nə eşqin dərdini, nə qəm duyandır.

Bax, öyrən gör necə pərvanə, bülbül

Olublar eşq şeydası, zamandır.

Məhəbbət əhlinə bu kafidir kim,

Öz eşqiylə o rüsvayi-cahandır.


Məhəbbət mürqi, cövlan etsə harda,
O eşq ovlar, xəbərdar ol, amandır.
İki dünyanı verrəm, sən baxanda,
Mənə eşqin bu sövdası əyandır.
Necə Vazeh, əsiri olmayım mən,
Bu eşqin qarşısında Qaf yalandır.

H.Məmmədzadə həmin fondda Vazehin bu lirik poemasını da tapmışdır.



MƏKTUBUN İNTİZARINDA

Məhəbbət bağının sərvi- rəvani,

Məlahət bağının tazə fidanı,

Uca boylular içrə fəxr - dövran,

Şikəstə qəlblərə munisü - dərman

Zamanın ən seçilmiş nöcəvani,

Gözəllərin gözəli, mehribani,

Şəfəqdə, mehridə göylərdə bir ay,

Vəfada, əhdidə yoxdur sənə tay.

Xoşəndamsan, xoşiqbal, xoşəməlsən,

Zəmanə görməmiş nazlı gözəlsən.

İlahi, sən uzaq et bədnəzərdən,

Yanında bəd nəzər düşsün kəsərdən.

Səni allah görüm ki, hifz qılsın,

Könül aynan həmişə aydm olsun.

Kamınca gərdişə gəlsin bu dövran,

Sənə sağlıq dilər qəlb ol xudadan.

Deyirəm, dost ayağına dəyən daş,

Ona yox, sinəmə dəysin mənim kaş,

Əbədi ömür qıl sən bu cahanda,

Həyatım olmasın sənsiz bir an da.

O tazə qönçə tək ətrin var olsun,

Başında daima sövdalar olsun,

Məhəbbət şərtinin itmamı yetdi,

Bizim ərzi-halın əyyamı çatdı.

Bizə qafıl olubsan, bu nədəndir?

Cövrə mayil olubsan, bu nədəndir?

Fərağında gözüm qanla dolubdur.


Biri qulzüm1, biri Ceyhun olubdur.

Bütün kirpiklərin xəncərsayağı

Tökər qəlbim qanın üzüm aşağı.

Dövrəm Dəclə olub gözün yaşından,

Oturmuş qan içində min-min insan.

Ürək göylər kimi əfğana gəlcək,

Gözümdən yaş axar gürşad yağış tək.

Mənim göz yaşlarım, himmət edin siz,

Yarın məskəninə axıb gedin siz.

Ayağına düşüb nazlı nigarın

Yetirin ərzini bu biqərarın.

Ürəyim parçalanmış qəm əlindən,

Məgər zülfü əsir sübhün yerindən?

Hardan bir qafilə gəlsə, qərarsız

Sürrünnəm mən, sürrünnəm ixtiyarsız

Bu xəstə qəlbimin ahi, nəvası

Olar ol qafilənin zəng sədası.

Arayar, varmı yarın bir nişanı,

Arayar ol yeni yetmə cəvanı.
_________________________________

1 Qırmızı dəniz.

Nə ümmid, nə cavab tapmaz sualı.


Suallar dəf qılmaz bu məlalı.
Niyə didəm dolar həsrət yaşıyla?
İlahi, kimsəni salma bu hala!
Haray, ey çərx, əlindən, nə edərsən?!
Bu könlümü hər an dərdlə didərsən.
Mənə min dərdi verdin, yoxdu dərman,

Bir anlıq vəsl üçün bu qədri hicran?

Neçə min sinəyə dağlar çəkibsən,

Usanmazsan məgər bu coridən sən?

Nə olardı, məhəbbət olmayaydı!

Olurdu kaş bu möhnət olmayaydı!

Üzünü görməyə yox əldə imkan,

Nə də gül dərmədim vəslin bağından.

Nə bir kəs var ki, həməsrarım olsun,

Nə bir kəs var mənim qəmxarım olsun.

Kimə deyim ilahi, vəsfı-halım?

Kimə deyim bu dərdim, bu məlalım?

Bu əsrara ilahi, kimdi mərhəm?

De kimdə var bu qədri dərdilə, qəm,

Ki, ona söyləyim dərdimi bir dəm?

Alım ondan bu dərdə bəlkə məlhəm.

Ey ənbər qoxulu sübhün küləyi,

Xəbər gətir, sevindir bu ürəyi.

Sən ey, aşiqlərin dərdinə məhrəm,

Möhnətkeş insana ən yaxşı həmdəm,

Tutulsa qönçə tək bir qəlb kədərdən,

Sən onu gül kimi xəndan edərsən.

Nə olar ki, olub məhrəmi - əsrar

Bizim də dərdimizdən ol xəbərdar.


Danışım mən yarımın firqətindən,

Xəbər verim cəfavu - möhnətindən.

Mənim bu halıma rəhm eyləyib sən,

Tükənməz dərdimə imdad edəsən.

Gedib sən yanına ol zülmkarın

Yetir peymanını aşiqi -zarın.

Onun vüsalına yetən zamanda

Tələsmə halımı şərhü-bəyanda.

Amandır, xatirinə dəymə birdən,

Bəlkə də rəmzi var, gizlindi səndən.

Əvvəlcə başına dolan onun sən,

Mənim əvəzimdə öp gözlərindən.

Yetir bu ərzimi qəlb ovlayana,

Kədərli qəlblərə məlhəm qoyana.

Dəmadəm, ləhzə-ləhzə, sən müdam de,

Ona məndən dua söylə, səlam de.

Əgər lütf eyləyib halım sorarsa,

Bu idbar olmuş iqbalım sorarsa,

Nə gecəm var, nə də bir gündüzüm var,

Nə bir iş görməyə yox mən girdar.

Qərarım ol şəkər gövtarım idi,

Mədarım ol gözəl rəftarım idi.

O sözlərdən ürəkdə dərd qalmış,

O rəftardan məni tufanlar almış.

Ürəkdə qəm, bu canımda soyuq tər

Həyat baxçamda da Əsir küləklər.

Haray, mənim bahar fəslim nə soldu?

Həyat çeşməm daha görünməz oldu.

İnan, sənsiz elə yannam, yaxıllam,

Mənim tək görməmiş təşnə bu əyyam.

Əgər sevdam başımda qalsa böylə,

Ümidim yoxdu vəslə heç səninlə.

Dönüb bəxtim,gecəm bil,gündüz olmaz.

Səhər doğsa qəmimdən heç nə qalmaz.

Kimin xoş bəxti var gülsün, sevinsin,

Ona taleh yar olmuş, qoy öyünsün.

Qarabəxtin halın hardan bilər o?

Sitəmdən, hicrdən bilməz xəbər o.

Günəş cəmallıda rəhm olsa hərgah

Günəşə həsrətlə mən çəkmərəm ah.

Axı, səndən uzaqdı bu kədər-qəm,

Ürək darda, ciyər qan, gözlərim nəm.

Könül doymuş inan ki, qəm, kədərdən,

Qaçaram vəhşi-tək, cinsi-bəşərdən,


Elə bil Məcnunam sevdayi-leyli

Ürəkdə səhrayə artırdı meyli.

Göründü bir qasid, yox-yox o candı,

Bu xəstə qəlbimə ruhi-rəvandı.

Məni şad eylədi, o verdi namə,

Nə namə, ətridə misli şəmamə.

Dolunca dağu-səhra, mişkilə mən-

Dedim ahu köbəyi gəldi Çindən

Başımdan əqlimi aldı bir anda,

Dəyişdi halimi bu xəstə canda.

Açarkən naməni getdi kədər, dəm,

Kəramət qapısı açıldı ol qəm,

Bu namə dilrüba, o yardan idi,

O munis sevgilim dildardan idi.

Gah öpdüm, gah da qəlbim üstə qoydum

Mənə sevinc gətirmişiydi, duydum.

Fəqət birdən halım oldu pərişan

O xəttə baxmağım deyiidi asan.

Təəccüb eyləyirdim iqbahmdan,

Mənə namə gəlib mişkin xalımdan.

Baxanda naməyə halım duruldu,

Ürək də namənin ətri ilə doldu.

İlahi, bu necə xoş saət idi?

Bu ki, bir əvəzsiz səadət idi.

Məgər bu dövranın rəyi dolandı,

Yatam bəxdim məgər birdən oyandı?

Nə oldu cövri - çərx, ol zülmü-dövran

O zülümündən məgər oldu peşiman?

Oxudum naməsin gülüzlü yarın

İşindən halı oldum ol nigarın.

O namə çox şəfəqqətlə yazılmış,

Necə lütfü-məhəbbətlə yazılmış.

Yazıb «Ey hicranın bəndində dustaq, Hicrana səbir ilə dözərlər ancaq,

Qoy, üzüm dönməsin cövri fəraqdan Hicrimdə əl üzmə sən iştiyaqdan.

Hələ əskilməmiş mehrin yanımda,

Sevdan başımdadır, zövqiin canımda.

Səni unutmaram, fikrim bu olmuş

Nə vaxt ollam o yarımla həmağuş.

Bütün eşq əhlinə bu bir məramdır Naümmidlik məşuqlara haramdır...».

Gəl ey saqi, gətir bir cami-gülgün,

Ürəkdə pas tutan dərdimi silsin.

Şükür olsun ki, bəxtim də yar oldu,

Nə xoş əyyam, nə xoş rüzigar oldu!

Gəl ey Vazeh məcazi-eşqidən sən

Həqiqət tap, onunla yüksələrsən.

Bu iki qəzəl və «Məktubun intizarında» lirik poema yuxanda dediyimiz kimi Tiblisidə Kekelidze adına əlyazmalan institutunda P- 107 (137) şifri ilə qeyd olunan bir cüngün içərisindədir. Həbib Məmmədzadənin verdiyi məlumata görə, «Şer məcmuəsi» adlanan bu cünk Mirzə Şəfi iıələ Gəncədəikən 1821-ci ildə onun öz xətti ilə yazılmışdır. Mirzə Şəfınin bu vaxta qədər məlum olmayan «Məktubun intizarında» lirik poeması və farsca şerləri Balaş Azəroğlu tərəfindən azərbaycancaya tərcümə edilərək «Azərbaycan» jurnalında H.Məmmədzadənin məqaləsi ilə birlikdə dərc edilmişdir. Heç şübhəsiz, bu tapıntının Mirzə Şəfı Vazeh yaradıcılığının işıqlandırılmasında müəyyən elmi əhəmiyyəti vardır. Bu şerlər öz əsas ruhu və motivləri etibarı ilə Mirzə Şəfi irsinin bundan əvvəl tapılan orijinalları ilə həmahəngdir. Üslub, təşbeh, istiarə və s. bədii təsvir vasitələri cəhətdən bu şeirlər bir-birinə çox oxşayır. Hər ikisində məhəbbət əsas yer tutur. Tapılan iki beytdən birincisində deyilir ki, badi-səba «dildarın olduğu» yerdən əsdiyi üçün onun Çin səhrası kimi geniş olan «könül evini» hərəkətə gətirmiş, ürəyi çırpınmağa başlamışdır. İkinci beytdə isə «hicran zəhərindən ölümünü gözləyən aşiqə artıq heç bir dərman fayda verməyəcəkdir» sözləri ifadə olunur. Beləliklə, beytlərdən birində həqiqi aşiq və nikbin göründüyü halda, digərində bədbin və şikayətçidir. Eyni halı şairin farsca qəzəllərində də görürük. Romantik aşiq olan şairin qəlbində sevinc və kədər birləşmişdir. Şair məhəbbət yolunda nə qədər iztirab çəkib qəmlənirsə, vüsal ümidi ilə bir o qədər ruhlanıb şadlanır:


Sənin atəşli çöhrəndən iki xislət doğub məndə:

Gözüm ağlar, öziim yannam, inan, cy çeşmi-

məstanım.

Xoşam, qəmlə scvinc tııtsa əgər dünyanı hər yandan.

Nə onla, nə bununlayam, mənim cşq oldıı ürfanım,

Tacım ah, göz yaşım Təxt, ləşkərim dərddir, qəmim ölkəm.

Mən eşqə sultan olsam da, sənin eşqindi sultanım.
İkinci qəzəlində şair eşqi dünya nemətlərinin ən yüksəyi hesab edir; eşqin dərd və qəmini duymayan ürəyi «susuz çeşməyə» bənzədir və eşqin əsiri olduğu üçün özünü xoşbəxt sayır.

Hər iki qəzəl məzmun dolğunluğu və lirizmi ilə seçilir. Ümumiyyətlə, düşünərək mənalı və ürəkdən yazmaq Mirzə Şəfi qəzəllərinin əsas xüsusiyyətlərini təşkil edir. Bu cəhətdən onun qəzəlləri Füzuli şerinin ruhunu xatırladır.

Mirzə Şəfinin şeirlərində həm coşğun hiss, həm də dərin filcir vardır. Onun şerlərini oxuyarkən qarşımızda ürək çırpıntısı ilə yazan lirik bir şairi, həm də dərin düşünən bir mütəfəkkiri görürük.

Mirzə Şəfinin yeni tapılan əsərləri içərisində poemasının xüsusi əhəmiyyəti vardır. Əlyazmasında poemanın başlığı yaxşı oxuna bilinmədiyi üçün onun adı məzmununa uyğun olaraq «Məktubun intizarında» adlandırılmışdır. 168 misradan ibarət olan bu poema fars dilində, məsnəvi şəklində yazılmışdır. Poema özünün orijinalhğı ilə seçilir, məzmunu və ruhu etibarı ilə XIX əsrdə və ondan qabaq yazılan aşiqanə poemalardan əsaslı surətdə fərqlənir. Poema həcminin kiçikliyi, məzmununun avtobioqrafık mahiyyətdə olması ilə Əndəlib Qaracadağinin «Leyli və Məcnun» poeması ilə birləşsə də, məzmununa və üslub xüsusiyyətlərinə görə ondan ayrılır. Şair öz poemasını sevgilisinin tərifı ilə başlayır. Onun sevgilisi «zamanm ən seçilmiş novcavanı»,«gözəllərin gözəli», «vəfada, əhdində tayı» olmayan, «xoşiqbal», «xoşəməl» və «mehriban» bir gözəldir. Gözəlin tərifındən sonra şair allaha müraciət edərək yalvanr ki, onun sevgilisini «bədnəzərdən» uzaq etsin, dünyanın bəlalarından saxlasın, ona cansağlığı və əbədi ömür versin. Bundan sonra hicran dərdinə dözə bilməyən aşiq dövrana qarşı üsyana keçərək, gah məşuqəsinin cövrü sitəmindən, gah da öz taleyindən acı-acı şikayətlənir:

Mənim göz yaşlarıma, hümmət edin siz,

Yarın məskəninə axıb gedin siz

Hardan bir qafilə gəlsə, qərarsız,

Sürünnəm mən, sürünnəm ixtiyarsız.

Bu xəstə qəlbimin ahi, nəvası.

Olar ol qafilənin zəng sədası.

Haray, ey çərx, əlindən, nə edərsən?

Bu könlümü hər an dərdlə didərsən.

Mənə min dərdi verdin, yoxdu dərman?

Bir anlıq vəsl üçün bu qədri hicran?

Neçə min dərdi verdin, yoxdu dərman?

Bir anlıq vəsl üçün bu qədri hicran?

Neçə min sinəyə dağlar çəkibsən, Usanmazsan məgər bu cövrdən sən?

Haray, mənim bahar fəslim nə oldu?

Həyat çeşməm daha görünməz oldu.

İnan, sənsiz elə yannam, yaxıllam,

Mənim tək görməmiş təşnə bu əyyam.
Poemanın ayrı-ayrı hissələrindən gətirilən və aşiqin könül arzularını ifadə edən həmin misralarda nə qədər dərin və odlu bir lirika vardır. Bu yandırıcı lirika poemanın bütün misralarında özünü hiss etdirməkdədir. Bu nöqteyi-nəzərdən əsərin lirik poema adlandırılması çox doğrudur. Poemadan göründüyü kimi, aşiq sevgilisinin cövründən və bəxtinin dönməsindən nə qədər şikayət edirsə də, eşqində naümid olmur. Şairin fikrincə, «naümidlik məşuqlara haramdır...».

Eşqində naümid olmayan aşiq səba yelinə müraciət idərək xahiş edir ki, «aşiqi-zarın» əhvalını yarına xəbər versin və ona desin ki: «O gedəndən sonra onun baharı xəzanə dönüb, təşnəli adam yana-yana su dalınca qaçdığı kimi, o da onu yana-yana axtarır, fəraqına dözə bilmir». Aşiq ayrılıq dərdinə tab gətirə bilməyib Məcnun kimi səhraya qaçmaq istədiyi zaman qasid ona sevgilisindən məktub gətirir. Sevgilisindən gələn məktub bərk həyəcan keçirən aşiqi sakit və aram edir, kədərini şadlığa çevirir. Məşuqə məktubunda öz aşiqini məhəbbətində dözümlü və səbirli olmağa çağırır.

Poema aşiqin saqiyə müraciəti və ürəyindən qəm pasını silmək üçün ondan «camu-gülgün»u istəməsi ilə tamam olur. Beləliklə, Mirzə Şəfi Vazehin yeni tapdan farsca iki qəzəli və «Məktubun intizarında» poeması onun lirik şair olduğunu bir daha təsdiq edir.

Tərcümə şəklində bizə gəlib çıxan şerlərinin də böyük bir əksəriyyəti onu lirik şair kimi tanıtmaqdadır. Saf, təmiz məhəbbətin tərənnümü bu lirik şeirlərin əsas məzmununu təşkil edir. Eşqi və gözəli hər şeydən uca tutan şair farsca qəzəllərindən birində deyir: «Ey eşqdə sabit qədəm olan! Eşqdən başqa ayrı yolla getmə. Məndən qəmzəsindən əzab çəkdiyim yarın üzündən başqa bir şey soruşma. Mənə ürəyi sınıqlı dildarın söhbətindən başqa ayrı bir söhbət eləmə! Mənim ürəyimin məhrəmi və sirri ancaq odur».1 Onun əzabları mənə zəmzəm suyu içirdir.

Şairin bu kitabçaya daxil edilmiş farsca qəzəllərində panteist görüşlər hiss olunmaqdadır.

Məhəbbəti və gözəli tərənnüm edərkən Mirzə Şəfı bəzən mücərrədliyə qapılıb panteist şairlər kimi «hüsn-mütləq»dən daşınır. Lakin bu hal keçicidir, Mirzə Şəfi üçün səciyyəvi deyildir.

Mirzə Şəfinin əldə olan əsərləri içərisində onun azərbaycanca «Süsəni» rədifli müxəmməsi və farsca nəsr və nəzmlə yazdığı aşiqanə məktubu, xüsusilə diqqəti cəlb edir.

Hər iki əsər Süsanna adlı bir xaçpərəst qızına həsr edilmişdir. «Süsəni» rədifli müxəmməsində şair gözəl qızın parlaq romantik

təsvrini verərək onu bütün dünya gözəllərindən üstün tutur və ona olan dərin məhəbbətini dini etiqada qarşı qoyur:

Gün ki, hər gün ki, çıxar dərgəhinə səcdə edər,

Sərv rəftarə gəlir, qılsa qədin bağə güzər.

Qönçə gər ağzın ilə qarşı dura, boynun əyər,

Küfri-zülfün yetişib bir yerə kim, ey kafər,
________________________________

1. Mirzə Şəfı Vazeh. Bakı,«Kommunist»qəzeli naşriyyatı,1926, səh.12.

Desələr Vazehə, böhtandı, müsəlman, Süsəni.1

Nikbin və şux ruhu ilə bu müxəmməs Vaqifın eyni ruhda yazılmış müxəmməslərini xatırladır.

Şairin Susannaya həsr etdiyi ikinci şer yuxarıda adı çəkilən aşiqanə məktubudur. Fars dilində yazılan bu məktubun içində, «Quran»dan gətirilən tək-tək ayələr, azərbaycanca cümlələr, tərkiblər vardır. Şairin ürəyindən qopan bu lirik, mənalı şer parçaları onun xristian qızına olan atəşin məhəbbətini ifadə edir.

Məktub Susannanın ərə verilməsindən sonra, onun həqiqi aşiqi olan şairdə doğan hicran möhnətinin təsviri ilə başlanır və bu əsas motiv məktubun bütün hissələrində axıra qədər davam etdirilir.

Məktubda farsca gedən kiçik şer parçaları müəllifın lirik, mənalı beytlərindən ibarətdir. Burada «əhli-dərd»in daxili aləmi, onun məhəbbətindəki uğursuzluğu, məşuqəsindən gileyi, ayrılıqdan şikayətləri məcazi ifadələrlə təsvir edilmişdir. Məktubda bir neçə bədii, mənalı təşbehə (gözdən tökülən yaşın səfərə



1 Mirzə Şəfı Vazch. Bakı, «Kommunist» qozeti nəşriyyaiı, 1926. səh. 20.
çıxanın ardınca atılan suya, ayrılığın gecəyə, vüsalın gündüzə oxşadılması), cinaslara (məni eşqin oduna yandırdın, çünki gördün yan durdun) və s. məcazi ifadə vasitələrinə rast gəlirik.
Ey nəzakət çəməni içrə xuraman, Süsəni,

Xubluq kişvərinin təxtinə sultan, Süsəni.1


mətləsi ilə başlanan müxəmməsində demək olar ki, bütün misraları məcazi ifadələrdən, təbii təşbeh və istiarələrdən ibarətdir.
Hərəkatü-rəvişin qıldı səhi-sərvini pəst,

Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,

Laiəni dağə salıb ruyin edib badəpərəst

Ey könül, qaş-goz aradə nə gəzirsən belə məst? Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni?

____________________________

1 Yenə orada, «Kommunist» qəzeti (1926).

1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə