NƏzakəT ƏLİyeva miRZƏ ŞƏFİ vazeh təDQİqatlarinda şƏrq təFƏFƏKKÜRÜ İLƏ QƏrb təFƏKKÜRÜNÜn fəRQİ



Yüklə 1.13 Mb.
səhifə10/10
tarix23.02.2016
ölçüsü1.13 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Orijinal şeirləri
Azərbaycanca şeirlər
Qəzəl
Nə qədər kim, fələyin sabitü səyyarəsi var,

Ol qədər sinədə qəmzən oxunun yarəsi var.

Deyil əflakdə kövkəb görünən çərxi-bülənd

Oluban didə, sərapa sənə nəzzarəsi var.

Ruzigari qara, daim gecəsi tar keçir,

Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.

Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan?

Könlümün dideyi-giryan kimi fəvvarəsi var!

Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,

Zahirən lalə otağında qonaq-qarəsi var.


Müxəmməs

Ey nəzakət çəməni içrə xuraman Süsəni,

Xublıq kişvərinin təxtinə sultan Süsəni,

Sədəğin yayı qaşın sədqəsi qurban Süsəni,

Bir baxışla yaraşur kim, ala yüz can Süsəni,

Belə getsə, tez olur dillərə dasdan, Süsəni.


Hərəkatü rəvişin qıldı səhi sərvini pəst,

Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,

Laləni dağa salıb ruyin, edib badəpərəst,

Ey könül, qaş-göz aradə nə gəzərsən belə məst,

Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni.
Ey mələk, əbr yüzün gündümü, ya bədri-tamam?

Kim ki, ruyindən olur məst, ona badə həram,

Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam,

Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xüram,

Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.
Bu qədü qamətinə ətləsü xara yaraşur,

Qaşların guşəsinə qətlimə eyma yaraşur,

Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur,

Səni, hər kim ki, sevər, başına sevda yaraşur,

Ola sərgəştəvü divanəvü heyran, Süsəni.
Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər,

Sərv rəftara gəlür, qılsa qədin bağə güzər,

Qönçə gər ağzın ilə qarşu dura, boynu əyər,

Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,

Desələr Vazehə böhtandı, müsəlman, Süsəni!
Min ev yıxıb, tikirsiniz bir boş minarə,

Ərşə çıxıb, qonaq gedin pərvərdigarə.


Hicran qəminin badeyi-gülgündür əlacı

Vazeh, danışırlar bunu meyxanələr içrə.


Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşairəsi
Vazeh

Səbzpuş olmuş qədin ruxsari-atəşgunilə,

Musiyi-İmranə guya, Tur şəklin göstərür.
Naci

Tiğin almış dəstinə, ol çeşmi-cəladın sənin,

Canə qəsd etmək dilər, məxmur şəklin göstərür.
Çismi-zarımdan çıxar hicrin əlindən nalələr,

Böylə bir təndir tənim, tənbur şəklin göstərür.


Xətti-rüxsarın edib tarac hüsnün mülkünü,

Bir xərabə şərh içində mur şəklin göstərür.


Naseh

Göz sirişgi mərdüməknin nöqtəsin bərbad edib,

Aqibət bir gün olur kim, kur şəklin göstərür
Tilbə könlüm tillər ilə asılub, tildir səbəb,

Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərür.


Kəhraba dik rəngi-zərdim sanmağay bihudə kim,

Dərdi-eşqə uğramış, rəncur şəklin göstərür.


Dinu dil nəqdini isar etsə Naseh, tang imas,

Bir mühəqqər töhfə ilə mur şəklin göstərür.


Farsca şeirlər
Qəzəl

Hər zaman kan qədd-o bala be nəzər miqozərəd.

Vəh, çeha bər del-o bər dideye-tər miqozərəd!

Mənəm, ey şeyx, ze nəzzare məkon, kəz roxe dust

To çe dani ke, çe bər əhle bəsər miqozərəd!

Ey ke, bər mən qozəri, məhv koni əz xişəm,

Həm ço xorşid ke, bər dovre qəmər miqozərəd!

To ke, çəndin bekeşi damən əz oftadeye-eşq,

Dəste kutahe mənət, key, bekəmər miqozərəd?

Qofteye Vazeh əz an ru həme şirin aməd,

Bezəbanəş soxən əz ləl-o şəkər miqozərd.
(Sətri tərcümə)

O qəddü qamət xəyalımdan keçərkən,

Ah, könlümdən və yaşlı gözlərimdən nələr keçər!

Ey şeyx, yarın üzünə baxmağı mənə qadağan etmə,

Bəsirət əhlinin nəzərindən nələr keçdiyini dən nə bilirsən?

Günəş ayın yanınan ötərkən onu yox etdiyi kimi,

Sən də mənim yanımdan ötüb keçərkən, varlığımı məhv edirsən.

Bunca ki, sən ətəklərini yıxılmış aşiqindən çəkib uzaqlaşırsan,

Mənim qısa əllərim sənin kəmərindən bəs necə tuta biləcək?!

Vazehin şeiri ona görə bu qədər şirin oldu ki,

O sənin ləlü şəkərindən söhbət açdı.
Qəzəl

Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy,

Vey ke, sabetqədəmi, ğeyrə rəhe eşq məpuy.

əz məne ğəmzəde coz eşqe roxe yar məpors,

ba məne dolşode coz sohbəte deldar məquy.

Ta əz an dəm ke, hərime dele mən xəlvəte ust,

Faş binəm roxe u, gər negərəm bər həme suy.

Çərx sərgəşte nə anəst monəqqəş benecum,

Bəlke əndər tələbəş mande fru ğərqə be xun.

Ruze qolgəşt, bahar əst-o, təmaşa-vo tərəb,

Xiz, ta xeymə bezən ba mej-o ney bər ləbe cuy.

Vazeh əz xar sər arəd be nəsime dəre dust,

Koştehe-eşq bəle, zende təvan gəşt be buy!
(Sətri tərcümə)

Sən ey bizimlə həmnişin olan, zahidlik dəftərini suya at,

Sən ey sabitqədəm dost, eşq yolundan qeyri bir yol tutma!

Bu qəmli aşiqdən yar məhəbbətindən qeyri bir şey soruşma,

Bu zavallı aşiqlə, dildar söhbətindən qeyri bir şey danışma!

O zamadan ki, mənim könül otağım onun xəlvətgahı olmuş,

Hər tərəfə baxıram, ancaq onun şəklini görürəm.

Bu sərgərdan fələk ulduzlarla bəzənmiş kimi görünməsin.

Bəlkə, o da, bir aşiqdir, yar həsrətilə qan-yaş tökür!

Gül çağı, bahar vaxtı, tamaşa və şadlıq zamanıdır.

Qalx, çay kənarında mey məclisi qur, ney çal!

Vazeh yar qapısıdan gələn nəsimi duyunca torpaqdan baş qaldırar

Bəli, eşq ilə həlak olan məşuq ətrilə həyat tapar.
Qəzəl

Şahede xərgəhneşin zolf ze rox kərd baz,

Nure həqiqət pədid əz zolemate məcaz.

Dide bedidare dust, dəst dər ağuşe yar,

Eşq əz an su niyaz, hosn əz an suy naz.

Sədre hərime qəbul dər xore hər xam nist

Pəs benişin, şəmvar sər bekəş əz suz-o saz.

Torbəte Məhmud ra ruze cəza in nedast:

“Hacəte ferdos nist koşteye tiğe Əyaz”

Vazehe avare ra bange cərəs, - sovte zağ,

Paye tələb dər bemand, mənzele məqsəd deraz.
(Sətri tərcümə)

Çadırda oturan gözəl saçlarını üzündən yğıdı,

Məcaz zülmətindən həqiqət nuru parladı.

Göz dost gözündə əl yar qoynunda qərar tutdu.

Eşq bir tərəfdən, hüsn o biri tərəfdən nazü-niyaza başladılar.

Onun qəbul otağına yol tapmaq hər xam adamın işi deyil,

Indi ki, belədir, otur, şam kimi alış, yan və döz.

Mahmud türbətindən cəza günü bu nida qopar:

“Əyaz qılıncı ilə ölmişə cənnət nə lazım?”

İstək kəhəri yarı yolda, məqsəd mənzili uzaqlarda qaldı.

Indi qarğa sədaları avarə Vazeh üçün cərəs sədaları yerini tutubdur.

Ta key del on delaram zin del rəmide darəd,

Vəz dustane bidel, del arəmidə darəd?
(Sətri tərcümə)
Havaxta qədər o gözəl könlünü məndən ürkmüş saxlayacaq,

Havaxta qədər o, sevən aşiqinə laqeyd qalacaq?!


Rübai
Gər mərdi ze ma zəni darəd dust,

Yarist neku-bo eybəş nə nekust.

Əmma, ze çe ruy çon zəni mərdi xast,

Dər çeşmə cahan pəlid-o bəd siyreyi ust.


(Sətri tərcümə)
Bizlərdən bir kişi bir qadını sevsə,

O, gözəl bir dost sayılar və ona nöqsan tutmaq yaxşı görünməz

Bəs nə üçün qadın bir kişini sevsə,

Dünyanın gözünə xar və pozğun görünər?!


Rübai
Can – o tənə mən fədaye yek buseye yar,

Amal-o xəyale mən, bər u bad nesar.

Aşeq mənəm-o be eşqe u dər ğəm-o dərd,

Şeyda mənəm-o be hecre u zar-o nezar.


(Sətri tərcümə)
Mənim canım və qəlbim yarın bir busəsinə fəda,

Mənim arzu və amalım ona fəda olsun.

Mən aşiqəm, onun eşqilə qəmə, dərdə düşmüşəm

Mən şeyda bülbüləm, onun hicrilə belə ağlar olmuşam.


Rübai
Ləb bər ləbe yar bordənəş, vəh, çe xoş əst!

Cam əz peye cam xordənəş, vəh, çe xoş əst!

Ziba sənəmi, poste ləbi, şirin quy,

Əndər bəre xod foşordənəş, vəh, çe xoş əst!


(Sətri tərcümə)
Yarla dodaq-dodağa durmaq, ah nə xoşdur!

Onunla qədəh ardınca qədəh doldurmaq, ah, nə xoşdur!

Püstə dodaqlı, şirin sözlü, gözəl bir sənəmi

Alıb ağuşa sıxmaq, ah, nə xoşdur!



Həsb-hal
Məhe nosəfərəm!

Rəfti ze nəzər, dide ze del əşk rəvan kərd, Rəsmist peye nosəfəran ab feşan kərd.


Vəlleyli iza yəğşa! Həlake aşeq şəbe fəraq əst,

Vənnəhari iza təcəlla! Sərmayeye omr ruze vesal.


Hicran gecəsin möhnətini gər görə kafir.

Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.

Gər zahidi-xüdbin bilə zövqini vüsalın,

Cənnət tələbindən nə bulur ğeyri nidamət!


Vedaye dustan rəsmist qədim və ətvare yaran xolqist kərim,pəs əz çe cəhət an mobəddəl be laf şod və in motəğəyyer be xelaf.

Ey şohreye şəhr, əz çe şodi şəhr-beşəhri?

Kəl bədri iza sirtə fəsirtə kəhilali.

Dur əz to əgər dide çenin xune cegər rixt

Ma tünzürü qəd vəchəkə illa bexeyali.

Kodam xake rah betəqbile gərde ləl səməndət sər be çərxe bərinəst və kodamin sərmənzel ze nəsime torreye meşginət rəşge səhraye Çin.

Dər xaneye zin celvekonan, ərdəbəcuyan,

Hər ca ke, bedin şəkl-o şəmayel bexorami,

Əz rəşg şəvəd çərxe bərin həlqebequşət.

Vəz eçz nəhəd rəh be cəbin dağe ğolami.

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən könüldən gedər. Madam ki, gözdəydin, gözdə idin. Indi ki, gözdən getdin, könüldəsən.

Göz ağlar kim, səni görməz, könül xüd səndən ayrılmaz,

Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?

Hər ca ke, eşraqate qəlbist, çe doa, çe salam və anca ke bəride məhəbbətəst çe qased, çe pəyam?

Sədre hərəme vəsle to ra rahe səba ku?

Yaraye qozəştən nəkonəd peyke xəyaləm.

Tərkibi-vücudum iqtiyazi-vüsali-mehrinlədir və ədəm imkanım qibleyi-fəraqi-qəhrinlə.

Məi eşqin oduna yandırdın,

Çünki gördün yanıram, yan durdun.

Baz ay, baz ay, ke, bi to dide ra nur nist və del ra sürur ney.

Nə çareye xənde, nə məcale qoftar,

Nə zəhreye neşəst, nə yaraye rəftar,

Nə qodrəte səbr, nə qovvəte ah,

Can dər kəf-o çeşm bər rah.

Baz ay, baz ay, xorşide tələtət benəma, pərde əz cəmal beqoşa, məclese hərifan biyara. Çe caye qətən əydihin?

Dəst əz toronc əcəb nist nəşenaxtən boridən,

Dər tare hər kəməndət səd sərboride dari!


(Tərcümə)
Həsb-Hal
Yeni səfərə çıxan ayım!

Sən mənim nəzərlərimdən uzaqlaşarkən, gözlərim bağrımdan yaş axıtdı.

Bu bir rəsmidir, qaydadır səfərə çıxanların dalınca su səpərlər.
Ah, o zaman ki, gecə zülmət çökür! Aşiqin həlakı bu ayrılıq gecəsindədir. Ah, o zaman ki, gündüz cilvələnir! Ömür səadəti bu vüsal gündüzündədir.
Hicran gecəsin möhnətini gər görə kafir,

Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.


Gər zahidi xudbin bilə zövqini vüsalın.

Cənnət tələbidən nə bulur qeyri-indamət?


Dostların ayrılıq zamanı bir-birilə vidalaşması bir rəsmdir qədim, məşuq ətvari bir adətdir kərim. Bəs nə üçün o laf oldu, bu xilaf?
Ey şəhərin məşhur gözəli, nə üçün şəhərdən şəhərə üz tutdun.

O bədirlənmiş ay kimi dolanıb (uzaqlaşıb) hilalə döndün?

Səndən uzağa düşəndən bəri göz beləcə ciyər qanı axıdır.

Sənin üzünü doğrudan da, xəyaldan başqa qeyri yerdə görmək olmazmış!


Hansı yolun torpağı sənin al kəhərinin ayaq tozu sayəsində uca fələyə qalxmışdır, hansı yol ayrıcına müşk qoxuyan tellərinin ətri üçün Çin səhrası paxıllıq etməyə başlamışdır?
Sən yəhər üstündə bu cilvələnən gözəlliyin, bu vüqarınla,

Bu şəklü şəmayillə haraya ayaq qoysan,

Uca fələk həsədindən sənin qulağı sırğalı qulamın olar,

Yer isə, itaətindən öz alnına nökərçilik damğası vurar.


Bu məsəl qələtdir ki, eyərlər gözdən gedən könüldən gedər. Madam ki, gözdəydin, gözdə idin. Indi ki, gözdən getdin, könüldəsən.
Göz ağlar kim, səni görməz, könül xüd səndən ayrılmaz,

Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?


Orda ki, könül aydınlığı var, nə dua, nə səlam, Orda ki, məhəbbət peyki var, nə qasid, nə pəyam!
Sənin vəsl otağına səba necə yol tapa bilər ki,

Oraya keçmək üçün mənim xəyal qasidim belə, acizdir!


Tərkibi-vücudum iqtizayi-vüsali-mehrinlədir və ədəm imkanım qibleyi-fəraqi-qəhrinlə.
Məni eşqin oduna yandırdın,

Çünki gördün yanıram, yan durdun.


Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə sürur var.

Nə gülməyə bir həvəsim, nə söhbətə meylim

Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış.

səbr etmək qedrətim, nə ah çəkmək qüvvətim var

Canım dodağımda, gözüm yollardadır.
Qayıt, qayıt öz günəş camalını göstər, üzündəki pərdəni at, aşiqlər məclisini ziynətləndir. Nə əlini kəsmək yeridir?
Əllə türüncü bir-birindən seçməyib, kəsmək təəccüblü bir şey deyil,

Sənin kəməndinin hər bir telində yüz başıkəsilmiş qərar tutmuşdur.


Qeydlər və izahlar
Səh 41. İbn Yəmin Əmir Fəxrəddin Mahmud- XIII əsr şairlərindəndir. Yaxın Şərq poeziyasında qitə ustadı kimi tanınır. İbn Yəminin atası Azərbaycan Elxanilər sülaləsinə mənsub dövlət xadimi və görkəmli türk sərkərdəsi olmuşdur. O, Elxanilər tərəfindən Nişapura dövlət vəzifəsinə göndərilmiş, Fəxrəddin Mahmud da, burada anadan olub, böyümüşdür.
Səh. 53. Mirzə Hacı Ağası – Fətəli şahdan sonra hakimiyyət başına keçmiş Məhəmməd şahın (1830-cu illər) sədr-əzəmi-baş naziri olmuşdur. Hacı Ağası İran tarixində ən qəddar və müstəbid dövlət başçılarından olmuşdur. Rus səyyahı Beryozin onu “İran Rişelyesi” adlandırmışdır. Mirzə Şəfinin almanca əsərləri içərisində ona yazılmış bir neçə şeri var.
Səh. 59. Qəzəli ilk dəfə 1926-cı ildə Səlman Mümtaz nəşr etdirmişdir. (Bax: Səlman Mümtaz “Mirzə Şəfi Vazeh”, Bakı, 1926. Azərbaycan Elmlər Akademiyası yanında Respublika Əlyazmaları fondu, inv № 18814).
Şairin kitabda 87, 88, 94, 96, 98-ci səhifələrində verilən:
“Nə qədər kim, fələyin sabitü səyyarəsi var”,

“Ey nəzakət çəməni içrə xuraman Süsəni”,

“Hər zəman kan qədde bala ze nəzər miqozərəd”,

“Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy”,

“Şahede xərgəhneşin zolf ze rox kərd baz”,
-mətləli şeirləri Naci və Nasehlə müşairəsi və “Həsb-hal” bu mənbədən götürülmüşdür. Həmin əsərlər mətndə hər yerdə (*) işarəsi ilə göstərilmişdir.
Səh. 60. Sədəğin yayı qaşın sədqəsi qurban Süsəni.

Fikrimizcə şeirdə-gözə tuşlanan ox mənasında olan “sədağ” sözü burada ahəng incəliyi xatirinə “sədəğ” kimi işlənilmiş və əlyazmasında katib xətası olaraq, ğeyn “ğ” ilə deyil qaf “q” ilə yazılmışdır.

XVIII əsr şairlərindən Ağa Məsih Şirvaninin:
“Dila, etmə təvəqqö, rastguluq qanda qalmışdır,

Qərinə özgədir, onlar keçən dövranda qalmışdır”.


mətnlə ilə başlanan müxəmməsində də, “sədağ” sözü yuxarıda dediyimiz mənada işlənilmiş və fikrimizi təsdiq edə bilər:
Sədağ oxu kimi kəctəbilər tutmuş nəzərgahi

Olar kim, doğrudur, əyri qılınc tək yanda qalmışdır.


Vazeh yuxarıda göstərilən misrada çox əyri olan sədağ yayının öz əyriliyini bir sədəqə olaraq gözəlin qaşlarından aldığını söyləyir. Bunun ona bir sədəqə, qurbanlıq verildiyini deyir.
Səh. 61. Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur.

Məsih, yaxud Məsiha İsa peyğəmbərin ləqəbidir. Ləfzi Məsiha İsanın ləfzi-sözü deməkdir. Dini rəvayətə görə İsa guya öz nəfəsi və sözü ilə ölünü dirildirmiş.

Bu misrada şair gözəlin şirin danışığı ilə Məsihanın özünü belə, dirildə biləcəyini söyləyir.
Səh. 61. Şeir ilk dəfə 1929-cu ildə Ə.Ə.Seyidzadə tərəfindən nəşr edilmişdir (Bax: Ə.Ə.Seyidzadə. “Gəncəli böyük mütəfəkkir və şair Mirzə Şəfi Vazeh”, Gəncə, 1929).
Şair kitabda 90, 100-cü səhifələrdə verilən:
“Min ev yıxıb, tikirsiniz bir boş minarə”,

“Ta key del on delaram zin del rəmide darəd”,


misralari ilə başlanan iki şeri və farsca rübailəri həmin kitabçadan alınmışdır. Bu şeirlər mətndə hər yerdə (**) işarəsilə göstərilmişdir.
Səh. 61. Zənnimizcə, misra yazıdan yazıya keçdikcə təhrif olunmuşdur. Şeri:
“Min ev yıxıb, tikirsiniz bir boş minarə,

Ərşə çıxıb, yetmək üçün pərvərdigarə”


-şəklində islah etmək bəlkə məqbul göründü.
Səh. 61. Şeir ilk dəfə çap olunur. Həmin misraların Mirzə Şəfi Vazehin olduğunu təxmin edirik.
Səh. 62. Səbzpuş olmuş qədin rüxsari-atəşgünilə,

Musiyi-İmranə guya, Tur şəklin göstərür.


Musa peyğəmbərin (İmran ləqəbidir) Tur dağında Allahla danışığı haqqındakı hədisə işarədir. Bu hədisə -dini rəvayətə görə, guya həmin danışıq zamanı Allah Musaya od şəklində görünmüşdür.

Vazeh şeirdə gözələ müraciətlə göstərir ki, sənin boyun od saçan yanaqlarının sövqündən al-yaşıl rəngə bürünmüşdür. Sənə baxan aşiqə şəklin Musayə Tur dağında görünən odu xatırladır.


Səh. 63. Tilbə könlüm tillər ilə asılub, tildir səbəb,

Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərür.


Mənsur Həllac məşhur sufilərdən olmuşdur. İslam dini və şəriətin ehkamlarını təftiş etmək ittihamilə 918-919-cu illərdə Bağdadda Xəlifə Müqtədirbillah tərəfindən dara çəkilmişdir. Öldürülərkən o, dar ağacı altında məğrur dayanmış, tövbə etmək istəməmişdir. Buna görə də, zaman keçdikcə Mənsur Həllac obrazı Şərq poeziyasında məslək və əqidəyə sədaqətin rəmzi kimi verilmişdir.
Beytdə dar ağacından asılmış Mənsurla eşq, sevda ucundan gözəlin incə tellərindən asılmış dəli, aşuftə bir könül müqayisə edilmişdir. Birinci məslək və əqidədə nə qədər fədakar və dönməzdirsə, ikinci də (aşiq) məhəbbət və dostluqda eləcə fədakar və sabitqədəmdir.
Qeyd: Müşairə A.Bakıxanovun “Göstərür” rədifli şeri əsasında aparılmışdır:
Gözlərin kim, aşiqə məxmur şəklin göstərür,

Əhli-fəqrə mərdümi-məğrur şəklin göstərür.


Səh. 69. Mahmud türbətindən cəza günü bu nida qopar:

Əyaz qılıncı ilə ölmüşə cənnət nə lazım?


Burada Sultan Mahmud Qəznəvi (969-1030) ilə onun yaxın və sadiq dostu Əyaz arasında olan dostluğa işarə olunur. Əyaz öz ağıl və zəkası, həmçinin Sultan Mahmuda olan məhəbbət və səmimiyyəti ilə başqalarından seçilmişdir. Hətta, onların arasında olan bu səmimiyyət və məhəbbət ərbül-məsələ çevrilmiş, dostluq və sədaqət nümunəsi kimi göstərilmişdir. Şairlər bu barədə “Mahmud və Əyaz” adında çoxlu mənzumələr yazmışlar.

Vazeh bu məsələni xatırlamaqla dostluq və məhəbbəti tərənnüm etmək istəmişdir: Əyaz tiğilə-dost qılıncı ilə öldürülənə cənnət nə lazımdır? Belə bir ölüm ən böyük xoşbəxtlik deyilmi?


Səh. 77. “Bəlleyli iza yəğşa!... Vənnəhari iza təcəlla! –Quranda ayədir (tərcüməsi göstərilən səhifədədir). Şair burada ayrılıq və vüsal çağlarını vermək üçün həmin ayədən istifadə etmişdir.
Səh. 80. “Qətən əydihin”-quranda surədir (tərcüməsi göstərilən səhifədədir). Bu surədə Yusif və Züleyxa hekayəsi verilmişdir. Dini rəvayətə görə Yusif Züleyxanı görmək üçün onun otağına daxil olanda, Züleyxa qızlarla oturub turunc kəsirmiş. Yusifin fövqaladə gözəlliyi qarşısında heyran qalan Züleyxa və qızlar turunc əvəzinə, ixtiyarsız olaraq, əllərini kəsmişlər...

Burada isə, ifadə müstəqim mənada işlənmiş, sonra rəvayətlə əlaqələndirilmişdir.


Səh. 80. Əllə türüncü bir-birindən seçməyib, kəsmək təəccüblü bir şey deyil,

Sənin kəməndinin hər bir telində yüz başıkəsilmiş qərar tutmuşdur.


“Beytin mənası “Yusif və Züleyxa” haqqında rəvayətdə verilmişdir, bax.səh.121-122).


Lüğət
A

Abi-həyat-dirlik suyu


B

Badə-şərab

Baxqan kəsə (özbəkcə)-baxan adam

Bədri-tamam-bütöv ay, on dörd gecəlik ay

(məc.gözəl üz)

Bərq-ildırım, işıq

Bəsirət əhli – gözüaçıq adam

Bülənd-uca, yüksək


Ç

Çeşm – göz


D

Dəmət-gül dəstəsi

Dərgah (dərgah)-astana

Dəst - əl

Didə-göz
E

Eyma-işarə (qaş, gözlə)


Ə

Əbr-bulud

Ədəm-heçlik, yoxluq

Əflak-fələklər

Ətvar-qalıq, naz-qəmzə
F

Fəraq –ayrılıq

Filməsəl –məsələn (burada-sanki, elə bil ki)
G

Giryan – ağlar

Gülgün – al, qırmızı
H

Həmnişin-bir yerdə oturub duran, yoldaş, dost

Hərəkatu rəviş-davranış

Həsb-hal-hal-əhval


X

Xilaf - əksinə, tərsinə

Xislət – insan təbiəti

Xoşnud-razı qalmaq, sevinmək

Xubluq-gözəllik, yaxşılıq

Xud-özü


Xuram-nazlı-nazlı yerimək
İ

İbn – oğul

İqtiza-icab, mümkünlük, zərurət

İsar-malını səxavətlə vermək, qurban etmək


K

Kərim-mərhəmətli, səxavətli (burada, bəyənilmiş)

Kişvər – ölkə

Kövkəb – ulduz

Kur-kor
Q

Qitə - şeir forması


L

Laf-yalan

Ləb-dodaq

Ləfz-söz, danışıq


M

Mehr-məhəbbət

Mədh-tərif

Məxmur-xumarlanmış

Məniyyət-müşayiət edənlər

Mətlə-şerin ilk mixrası

Miknət-var, dövlət

Mur-qarışqa

Mühəqqər-həqir, zəif, aciz

Müşairə-şeirləşmə


N

Ney-tütək

Nəzzarə-tamaşa
P

Peyda-olmaq, görünmək, tapılmaq

Pəmbə-pambıq

Pəyyam-məktub, sifariş

Puş (puşak)-geyim
R

Rastguluq-doğruluq, doğru danışmaq

Rəncur-xəstə, naxoş

Ruxsar-üz, yanaq

Ruj-üz
S

Sabitqədəm-səbatlı, dönməz, möhkəm adam

Sanmağay (özbəkcə)-sanmayın

Sarban-sarvan

Səbz-yaşıl

Səhi-qəd-uca boy, düz qamət

Sərapa-başdan-ayağa

Sərgəştə-avara, sərgərdən

Sirişk-göz yaşı

Sitəmkar-zülmkar


Ş

Şəmayil-surət, camal


T

Tanq-imas (özbəkcə) –eyb olmaz

Tar-qaranlıq

Tarac-qarət, talan

Təmas-toxunmaq

Tən-bədən, can

Tənbur-çalğı aləti

Tiğ-qılınc

Tilbə könlüm (özbəkcə) – dəli könlüm

Türbə-qəbir, məzar

Türfə-qəribə

Türreyi-zülf-hörük, saçın qatları


Ü

Ürfan-elm, bilik


V

Vəhm-qorxu

Vəsf-tərif
Z

Zar –ağlar

Zərd-sarı

Zində-diri



Ədəbiyyat

  1. Die Lieder des Mirza Schaffy. Berlin. 1851.

(Mirzə Şəfinin almanca nəğmələri).

  1. Aus dem Nachlasse Mirza Schaffy. Berlin, 1875. (Mirzə Şəfinin irsindən).

  2. F.Bodenştedt. Taysend ind in. Tad im Orient Berlin, 1850.

  3. Песни Мирзы Шафи в переводе у Эйферта. Москва, 1930.

  4. Mirzə Şəfi Vazeh “Nəğmələr”. Uşaqgəncnəşr. Bakı, 1961. (A.Aslanovun almancadan tərcümələri).

  5. Mirzə Şəfi Vazeh. “Kommunist” qəzeti nəşriyyatı

  6. Ə.Ə.Səidzadə.Mirzə Şəfi Vazeh, Bakı, 1929.

  7. А.А.Сеидзаде. Мирза Шафи Вазех. Баку, 1969.

  8. U.K.Enikolopov. “Poet Mirza Şafi”. Baku, 1969.

  9. M.Rafili. “Mirza Şafi v mirovoy literature”. Azerneşr, Baku, 1958.

  10. S.Mümtaz. Mirzə Şəfi. Bakı, 1926.

  11. F.Qasımzadə. “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”. Bakı, 1956.

  12. Tiflis, Kekelidze adına Əlyazmaları İnstitutu Fondu P – 107 – 137.

  13. Tiflis Dövlət Tarix Arxivi fond 19, vahid saxlama qovluğu 172, siyahı 1.

  14. S.Şükürov. “XIX və XX əsr Azərbaycan ədəbiyyatına aid tədqiqlər”. Bakı, 2002.

  15. S.Şükürov. “Gəncəli Vazehin nağılı”. Bakı, 1998.

  16. “Mirzə” (povest). İrəvan. 1932.

  17. Əlisa Nicat. “Nəğməyə dönmüş ömür”. Bakı, 1980.

  18. Akif Bayramov. “Mirzə Şəfinin ədəbi irsi”. Bakı, 1980.

  19. Б. Марков. Навстречи. САБ. 1878.

  20. Л.Н.Толстой. Полно. Соб. Сочи. Л-М. 1934.

  21. A.Aslanov. “M.Ş.Vazeh. Nəğmələr”. Şərq-Qərb, Bakı, 2004.

  22. Z.Oruc. “M.Ş.Vazeh. Nəğmələr”. Bakı, 2004.

  23. Рафили М. Сабухи: Сценарий. – Лит. Азербайджан, 1941, № 4,с. 18-49.

О дружбе и влиянии Мирза Шафи Вазеха на М.Ф.Ахундова.

  1. Хазри Н. Пьедестал без памятника: /Поэма в прозе/. Пер. с азерб. С.Мамедзаде. – Дружба народов, 1983, № 11, с. 86-130.

  2. Халил Зейнал. Читая Мирза Шафи Вазеха: Стихи \ Пер. В. Зайцева. – Лит. Азербайджан, 1978, № 8, с. 108-116.

  3. Аллахвердиев М. Новая жизнь поэта: \ О спектакле «Мирза Шафи Вазех» в Азерб. гос. акад. драм. театре им. М.Азизбекова по одноименной пьесе Наби Хазри \.

Бакин. раб, 1982, 22 июля.

  1. Багиров Г. «Я к свету шел … »: /Спектакль / Азерб. гос. акад. драм. театра им. М.Азизбекова «Мирза Шафи» по одноименной пьесе Наби Хазри /. Баку, 1982, 1 мая.

Elmi redaktor:





1 Azərbaycan EA yanında Respublika Əlyazmaları fondu inv. 490(“Биография Колонел Мирза Фатали Ахундзаде”)

2. M.Ş.Vazeh. Nəğmələr, Bakı, Şərq-Qərb, 2004



2 Tausend und ein Tag im Orient.V., 1850


3 Mirzə Şəfinin Tiflisdə təşkil etdiyi əbədi məclis

4 Tausend und Ein Tag Orient V., 1850, səh 273

5 Aus dem Nachlasse Mirzə Schaffiys, Berlin, 1875, səh 206

6 Aus dem Nachlase Mirza Schaffys, Nene siederbuch mit prolog und erldnterndem Nachtrag von Fridrich Bodenstedt, Berlin. 1881. səh 218

7 Qəbir

8 F.Bodenstedt. “Aus Morgenland und Adeudland “,Leipzig.1882.səh51



Yüklə 1.13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin