Neft sənayesinin iqtisadiyyatı və idarə edilməsi




Yüklə 154.68 Kb.
tarix23.02.2016
ölçüsü154.68 Kb.
2517 “Neft sənayesinin iqtisadiyyatı və idarə edilməsi”
1. Aşağıdakı müəyyənliklərdən hansı nefti daha dəqiq xarakterizə edir?---Əsasən karbohidrogenlərin və qismən digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar maye

2. Neft və qaz ona görə “karbohidrogenlər” adlandırılır ki---Karbon və hidrogen atomları bir-birilə kimyəvi surətdə birləşərək neftin tərkibində müxtəlif birləşmələr əmələ gətirir

3. Neftin mənşəyi haqqında aşağıdakı fikirlərdən hansı doğrudur---Neftin təşəkkülü əsasən, çökmə süxurlarla,nadir hallarda isə maqmatik süxurlarla (Azərbaycanda Muğanlı neft yatağında olduğu kimi) əlaqədardır

4. Neftin aşağıda göstərilən fiziki xassələrindən biri yanlışdır---Fiziki xassələri: Açıq-şabalıdı rəngə malik olması; Orta molekul çəkisi 220-330 q/mol; Sıxlığı 0,65-1,05 q/sm3; Qaynama temperaturu - >28 °C (Yüngül), ≥100 °С (Ağır); Donma temperaturu tərkibində parafinin həddindən asılı olaraq −60 ilə + 30 °C; Özlülüyü-1,98 ilə 265,90 мм²/с arasında; Xüsusi istilik tutumu 1,7-2,1 кJ/(кq∙К); Dielektrik ötürücülüyü 2,0-2,5; Elektrik keçiriciliyi 2∙10-10 ilə 0,3∙10−18 Оm−1∙сm−1 arasında yerləşir

5. Kimyəvi tərkibinə görə təbii qazlar 3 əsas qrupa bölünür---Karbohidrogenli,azotlu və karbon qazlı

6. Hansı neftlərdə karbohidrogen qarışığının payı daha çox olur?---Metanlı,naftenli,metanlı-naftenli,aromatik

7. Azərbaycanda hasil edilən neft əsasən hansı qrupa aiddir?---Yüngül neft

8. Yüngül neftlərin əlamətləri hansılardır?---Karbohidrogenlərin qarışıqda çəki payı - 97%, Sıxlığı 0,83-dən kiçik, Qaynama tempraturu - >28 °C,

9. Neftin sıxlığı ilə bağlı aşağıdakı fikirlərdən hansı biri yanlışdır?---Dogrudur: Sıxlığı 0,65-1,05 q/sm3 olur.Sıxlığı 0,83-dən kiçik olanlara yüngül neft, 0,831-0,860 arasında olanlara orta, 0,860-dan yuxarı olanlara isə ağır neft deyilir

10. Neftin fiziki xassələrini göstərən aşağıdakı əlamətlərdən hansı biri yanlışdır?---4-cü suala bax

11. Neftin kimyəvi tərkibində aşağıdakı birləşmələrdən hansı üstünlük təşkil edir?---Maye karbohidrogenlər (80-90%)

12. Azərbaycanda ilk neft quyusu harada qazılmışdır?---Bibiheybət (Abşeron yarımadası, 1847-ci il)

13. Azərbaycanda mexaniki üsulla ilk neft quyusu nə vaxt qazılıb?---1871-ci il

14. Bakıda ilk neftayırma qurğusu nə vaxt tikilib?---1859-cu il

15. Boru ilə neft nəqlinə ilk dəfə nə vaxt və harada başlanılıb?---1878-ci il, Azərbaycan (Qara Şəhər və Balaxanı arasında)

16. Bakıda ilk neft kəməri nə vaxt inşa edilib?---1878-ci il

17. Bakıda inşa edilən ilk neft boru kəmərinin uzunluğu nə qədər olub?---12 km

18. 1940-cı ildə SSRİ-də hasil edilən neftin nə qədər hissəsi Azərbaycanın payına düşüb?---3/4 hissə (75%)

19. Azərbaycanda Xəzər dənizində ilk neft quyusu nə vaxt istismara verilib?---1949-cu il,7 noyabr

20. Xəzər dənizində birinci istismara verilən neft yatağı hansıdır?---“Neft Daşları”

21. SSRİ dövründə Azərbaycanda neft hasilatının ən yüksək həddi hansı ildə olub?---1971 (1967)-ci il

22. 1950-ci ildən sonrakı dövrdə Azərbaycanda neft hasilatının ən aşağı səviyyəsi hansı illərdə qeydə alınıb?---1990-cı il

23. “Əsrin müqaviləsi” adlandırılan hasilatın pay bölgüsü sazişi nə vaxt imzalanıb?---1994-cü il 20 sentyabr

24. “Əsrin müqaviləsi” sazişi (AÇG layihəsi) üzrə xarici neft şirkətləri Azərbaycan hökumətinə mənfəət vergisini hansı dərəcə ilə ödəyirlər?---Daxili mənfəət norması əmsalı – İR:R>22,75 (80%)

25. “Əsrin müqaviləsi” adlandırılan saziş hansı yataqların istismarını nəzərdə tutur?---Azəri, Çıraq,Günəşli

26. Hazırda Azərbaycanda hasil edilən neftin hansı hissəsi dənizdən çıxarılır?---67%

27. 2010-cu ildə Azərbaycanda nə qədər neft hasil edilib?---50 mln 834 min ton (50,8 mln ton)

28. Hazırda Azərbaycanda quru ərazilərdə olan yataqlardan nə qədər neft hasil edilir?---33%

29. 2010-cu ildə Azərbaycanda nə qədər qaz hasil edilib?---16,2 mlrd kubmetr

30. Aşağıdakı sahələrdən hansı mədənçıxarma sənayesinə aid deyidir?---Aiddir: Xam neft və təbii qaz hasilatı;Metal filizlərinin hasilatı;Daş,qum,çınqıl,duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı;Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

31. Aşağıdakı sahələrdən hansı neft-qaz sənayesinə daxil deyildir?---Daxildir: Ağır sənaye sahəsi; Neft və qaz yataqlarının kəşfiyyatı; Quyuların qazılması; Neft və neft-qaz hasilatı; Neft qazının emalı; Neftin boru kəmərləri ilə nəqli

32. Sənaye sahəsi nədir?---Eynicinsli və spesifik məhsulu eyni tip və oxşar texnologiyalarla istehsal edən müəssisələr toplusu

33. Sənayenin sahə quruluşu nədir?---Sənayenin tərkibi,sənayeyə daxil olan sahələrin kəmiyyət nisbəti və onlar arasında qarşılıqlı əlaqələr

34. Sənaye sahələri hansı əlamətlərə görə təsnifləşdirilir?---İstehsal edilən məhsulun iqtisadi təyinatına görə;İstehsal prosesində xammal və materiallara təsirinə görə;İqtisadi fəaliyyət növünə görə

35. Sahənin in­ki­şaf sürətinə görə bütünlüklə sənayeni (və ya digər bir sahəni) qabaqlama əmsalı necə hesablanır?---

36. Sənaye sahəsinin artım tempi necə hesablanır?---

37. Aşağıdakı göstəricilərin hansından sənayenin sahə quruluşunun təhlili zamanı istifadə edilmir?---İstifadə edilir: mütləq (dəyər) və nisbi göstəricilər

38. Sənaye istehsalının sahə strukturu nəyi müəyyən edir?---Müəyyən dövr ərzində yaradılan ÜDM-un sahələr üzrə payını

39. Hazırda Azərbaycan sənayesinin istehsal strukturunda daha böyük paya malik sahə hansıdır?---Mədənçıxarma sənayesi

40. 2010-cu ildə neft sənayesinin Azərbaycan sənayesinin ümumi istehsalında payı nə qədər olub?---84,6%

41. 2010-cu ildə Azərbaycanın ixracında neft və neft məhsullarının payı nə qədər olub?---94,1%

42. Hazırda Azərbaycanın emal sənayesinin məhsul istehsalında daha yüksək paya malik sənaye sahəsi hansıdır?---Neft və neft məhsullarının istehsalı

43. Aşağıdakılardan hansı ölkəmizdə neft sənayesinin üstün inkişafını şərtləndirən amillər sırasına aid edilə bilməz?---

44. Son 4-5 ildə Azərbaycanda aşağıdakı inkişaf meyllərindən hansı üstünlük təşkil edir?---Sənayenin yüksək inkişaf dinamikası

45. Hazırda neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı işlərində aşağıdakı axtarış üsullarından istifadə edilir---Geoloji,Geofiziki,Geokimyəvi,Hidrogeoloji

46. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı işlərində daha geniş tətbiq edilən üsul hansıdır?---Geofiziki

47. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulunun hansı növləri var?---Maqnitometrik,Elektrometrik,Radiometrik,Seysmik,Qrametrik

48. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının maqnitometrik üsulu nəyə əsaslanır?---Müxtəlif maqnitlilik dərəcəsi ilə fərqlənən süxurlarda maqnit sahəsinin öyrənilməsinə

49. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının elektrometrik üsulu nəyə əsaslanır?---Sabit və dəyişən cərəyan mənbələri ilə yer qabığında yaranan süni elektromaqnit sahələrinin ölçülməsinə

50. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının radiometrik üsulu nəyə əsaslanır?---Süxurların təbii radioaktivliyinin öyrənilməsinə

51. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının seysmik üsulu nəyə əsaslanır?---Müxtəlif süxurlarda süni partlayış nəticəsində yaranan seysmik dalğaların yayılması sürətinə

52. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının qrametrik üsulu nəyə əsaslanır?---Yer qabığında təbii ağırlıq qüvvəsinin öyrənilməsinə

53. Neft və qaz quyuları funksiyalarına görə aşağldakı qruplara ayrılır---Axtarış,İnyeksiya, Kəşfiyyat,İstismar

54. Axtarış neft-qaz quyuları nə məqsədlə qazılır?---Ərazidə neft-qaz yataqlarının olması haqqında məlumat toplamaq məqsədilə

55. İnyeksiya quyuları nə üçün istifadə edilir?---İstismar olunmuş neft laylarında lay təzyiqini artırmaq üçün

56. Kəşfiyyat neft-qaz quyularının təyinatı nədir?---Ərazidə neft-qaz yataqlarının mövcudluğu təsdiqləndikdən,sonra həmin yataqların həcm,miqyas və məhsul xarakteristikalarını müəyyən etmək

57. İstismar neft-qaz quyuları nə üçündür?---Neft və qazın çıxarılması,istismarı üçün

58. İstismar quyularının dərinliyi nədən asılıdır?---Neft və qaz yataqlarının yerləşmə dərinliyindən

59. Mexaniki qazma üsulları hansılardır?---Fırlanma və Vurma (vurma-dönmə,vurma-fırlanma, fırlanma-vurma)

60. Maili qazma nədir?---Neft-qaz quyularının müəyyən iti bucaq altında qazılması

61. Qazma baltasının hərəkətə gətirilməsi baxımından qazma üsulları hansılardır?---Rotor,Turbin,Elektriklə,Vibrasiya

62. Aşağıdakı qazma üsullarının hansından hazırda istifadə edilmir?---Vurma üsulu

63. Rotor qazma üsulu ilk dəfə harada tətbiq edilib?---ABŞ

64. Aşağıdakı əlamətlərdən hansı rotor qazma üsuluna xas deyil?---Xasdır: Qazma prosesini sürətləndirir; Quyuların diametrini kiçiltməyə,metal sərfini azaltmağa,qazma müddətini qısaltmağa imkan verir; Enerji sərfi çox olur; Qazma boruları tez-tez sınaraq sıradan çıxır; İş yerində səs-küy çox olur.

65. Turbin qazma üsulu ilə bağlı aşağıda verilən fikirlərdən hansı biri yanlışdır?---Doğrudur: Bu zaman turboburdan istifadə olunur; Turbobur hidravlik turbinlər vasitəsilə qazma baltasına bilavasitə quyu dibində fırlanma hərəkəti verən mühərrikdir; Dünyada ilk dəfə reduktorlu turbobur 1924-cü ildə Bakının Suraxanı mədənində tətbiq edilib; Turboburda yaranan fırlanma sürəti dəqiqədə 1250 dövrədək,gücü 350 at gücünə çatır; Bu üsuldan çox dərin quyuların qazılmasında istifadə olunur.

66. Elektrobur nədir?---Quyu dibində elektrik mühərriki ilə işləyən və valında qazma baltası olan maşın

67. Elektriklə qazma üsulu---Elektroburdan istifadəyə əsaslanır

68. Elektroburla ilk quyu nə vaxt və harada qazılıb?---1940-ci ildə “Qala” neft yatağında

69. Aşağıdakılardan hansı turbobur və elektroburla qazmanın oxşar cəhətidir?---Bu qazma üsullarının tətbiqi zamanı qazma boruları fırlanmır,elektrik enerjisi birbaşa qazma baltasına verilir və yalnız balta fırlanır

70. Aşağıdakılardan hansı qazmanın texniki vasitələrinə aid edilmir?---Aiddir: Qazma baltası, Qazma qurğusu, Qazma gəmisi, Qazma vişkası, Qazma boruları

71. Quyu dibindəki işlək hissəsinin formasından asılı olaraq qazma baltalarının növləri hansılardır?---Pərli,Şaroşkalı,Almazlı

72. Hansı qazma baltaları daha möhkəm və məhsuldar hesab olunur?---Almazlı

73. Qazma baltasının işi hansı göstəricilərlə xarakterizə olunur?---Süxurları dağıtması xarakteri ilə

74. Aşağıdakı əlamətlərdən hansı qazma buruğuna aid deyil?---Aiddir: Quyuların qazılmasında qazma alətini,quyudibi mühərrikləri və qoruyucu boruları quyuya endirib-qaldırmaq,həmçinin qazma prosesində aləti asılı vəziyyətdə saxlayan tal sistemini bərkitmək üçün istifadə olunan qurğudur.Qazma buruğunun hündürlüyü quyunun layihə dərinliyindən asılı olaraq seçilir.Azərbaycanda ilk Qazma buruğu mexaniki qazma üsulunun tətbiqi ilə əlaqədar olaraq 1872-ci ildə quraşdırılıb.Qazma buruğu əvvəllər taxtadan düzəldilirdi.

75. Neft mədəni nədir?---Neftin və onunla birgə olan qazların Yerin dərin qatlarından çıxarılması üçün quyu,boru kəmərləri və müvafiq avadanlıqlardan ibarət texnoloji kompleks

76. Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı zamanı tətbiq olunan üsullar---Fontan,



Kompressor,Dərinlik nasosu ilə

77. Neftçıxarma prossesini hansı mərhələlərə ayırmaq olar?---Neft yataqlarının işlənməsi;Neft quyularının istismarı;Neftin qatışıqlardan təmizlənməsi

78. Neft laylarının işlənməsi dedikdə nə nəzərdə tutulur?---Yataqdan səmərəli istifadə etmək məqsədi ilə,ilkin istismar dövründən başlayaraq layda maye və qazın hərəkət prosesini idarə etmək,lay enerjisini tənzimləmək və s. kimi kompleks tədbirlərin həyata keçirilməsi

79. Aşağıdakı fəaliyyətlərdən hansı layın işlənilməsi ilə bağlı deyil?---Bağlıdır: Layın səmərəli istifadəsi üçün lazım olan vasitələrin seçilməsi; Layın açılma texnologiyasına ciddi əməl edilməsi; Açıq fontan və digər mürəkkəbləşmə hallarının qarşısının vaxtında alınması; Yuma mayesinin lay tərəfindən udulmasının qarşısının alınması; Lay açılan zaman quyuların uzun müddət istismarının mümkün olması üçün əlverişli üsulun seçilməsi; Laydan quyudibinə neft-qaz və kondensat axınının təmin edilməsi

80. Hazırda neftin çıxarılmasında tətbiq edilən üsullar hansılardır?---Fontan, Kompressor,Dərinlik nasosu ilə

81. Dərinlik nasosu ilə neftin çıxarılması üsulu nə vaxt tətbiq edilir?---Quyudibində neftin səviyyəsinin və lay təzyiqinin ciddi şəkildə aşağı düşdüyü vaxt

82. Quyuların fontan üsulu ilə istismarı zamanı aşağıdakı avadanlıqların hansından istifadə edilmir?---İstifadə edilir: Fontan armaturu, Boru başlığı, Fontan vişkası, Müxtəlif ölçülü traplar

83. Mancanaq dəzgahından neftin çıxarılmasının hansı üsulunda istifadə edilir?---Dərinlik nasosu ilə

84. Layın neftvermə əmsalı hansı intervalda dəyişir?---0,3-0,7

85. Neft emalı nədir?---Neftin mexaniki qatışıqlardan təmizlənib distillə vasitəsilə lazımi fraksiyalara ayrılması prosesi (neftin distilləsi)

86. Neft sənayesinin yerləşdirilməsinin mühüm prinsiplərindən biri budur---NQÇİ-nin təbii resurslar mənbələrinə və istehlakçılara yaxınlaşdırılması prinsipi

87. Hasilat müəssisələrini digər sənaye müəssisələrindən fərqləndirən əsas əlamət hansıdır?---Təbii resurs mənbələrinə və istehlakçılara meyl etməsi

88. Hasilat sənayesinin yerləşdirilməsinə aşağıdakı amillərdən hansının təsiri daha azdır?---Demoqrafik amillər

89. Neft emalı müəssisələrinin yerləşdirilməsi zamanı aşağıdakı amillərdən hansı nəzərə alınması vacib deyil?---Yerləşdiriləcək neft sənayesi obyektlərinin rayonun iqtisadi kompleksinin ixtisaslaşmasına və profilinə təsir dərəcəsi

90. Neft və təbii qaz ehtiyatlarının kəşfolunma və sənaye üçün istifadəyə hazırlıq dərəcəsinə görə kateqoriyaları hansılardır?---Geoloji və Sənaye

91. Azərbaycan neft hasilatı və emalı həcminə görə nə vaxt dünyada birinci yerdə olub?---1899-cu ildə

92. “Bakı kommunası” Azərbaycanın neft sənayesinin milliləşdirilməsi barədə dekreti nə vaxt verib?---1918-ci il 20 iyun

93. Azərbaycanın neft sənayesinin milliləşdirilməsi barədə ikinci dekreti nə vaxt verib?---1920-ci il 24 may

94. Aşağıdakı şirkətlərdən hansı “Əsrin müqaviləsi” adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olmayıb, lakin hazırda konsorsiumun üzvüdür?---ENI (İtaliya)

95. Aşağıdakı şirkətlərdən hansı “Əsrin müqaviləsi” adlandırılan hasilatın pay bölgüsü sazişi imzalanarkən konsorsiuma daxil olub, lakin hazırda konsorsiumda yoxdur?---LUKoyl

96. Hazırda “Azəri-Çıraq-Günəşli (dərin sahəsi)” üzrə HPB sazişində ən çox paya malik şirkət hansıdır?---BP (30,1%)

97. Hazırda “Əsrin müqaviləsi” Sazişində operator şirkət hansıdır?---BP

98. “Əsrin müqaviləsi” sazişi üzrə Çıraq-1 platformasından ilk neft nə vaxt çıxarılıb?---1997-ci il 12 noyabr

99. “Əsrin müqaviləsi” sazişi üzrə çıxarılan ilkin neft hansı kəmərlə xarici bazarlara çıxarılıb?--- Bakı–Novorossiysk

100. “Əsrin müqaviləsi” HPB sazişi imzalanarkən neçə xarici ölkənin neçə neft şirkəti konsorsiumun iştirakçısı olub?---8 Ölkə (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı), 13 Şirkət (“Amoko”, ”BP” , “MakDermott”, “Yunokal”, ARDNŞ, “LUKoyl”, “Statoyl”, “Ekson”, Türkiyə Petrolları, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”)

101. Aşağıdakı ölkələrdən hansını təmsil edən neft şirkəti “Əsrin müaviləsi” sazişində iştirak etməyib?---İştirak edənlər: Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı

102. Aşağıdakı ölkələrdən hansılarını təmsil edən neft şirkətləri “Əsrin müaviləsi” sazişini imzalayıblar,lakin hazırda konsorsiumda yoxdur?---Rusiya

103. Hazırda “Əsrin müqaviləsi” sazişi üzrə fəaliyyət göstərən konsorsiumda şirkətlərinin birlikdə payı daha çox olan ölkə hansıdır?---ABŞ

104. Hər hansı təşkilati-texniki tədbirin həyata keçirilməsinin iqtisadi səmərəliliyi necə müəyyən olunur?---Səmərəlilik dərəcəsi ilə - Texnikanın tətbiqinin iqtisadi səmərəliliyi vaxt vahidi (il,rüb, ay) ərzində əldə edilən iqtisadi səmərənin nəticəsinin sərf olunan canlı və maddiləşmiş əməyin kəmiyyətinə nisbəti kimi

105. İstehsalın səmərəlilik göstəricisi hansıdır?---Əmək məhsuldarlığı; Konkret məhsul növünün ÜDM-də kapitaltutumu vahidi; Əsas fondların fondverimi; Konkret məhsul növünün ÜDM-də materialtutumu vahidi.

106. Hər bir fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi üçün meyar nədir?---Ictimai Əmək Bölgüsü (İƏB)

107. Sənaye müəssisələrində səmərəlilik meyarı hansıdır?---İctimai əmək məhsuldarlığının səviyyəsi

108. İstehsalın mütləq səmərəliliyi nədir?---Milli gəlirin illik artımının bu artımı təmin edən və maddi istehsal sferasına qoyulan illik investisiya qoyuluşunun məbləginə olan nisbəti –

Sef = MGa.il / Iqoy

109. Nisbi (müqayisəli) səmərəlilik nədir?---İnvestisiya qoyuluşlarının həcmi,Məsrəflərin özünü ödəmə müddəti və səmərəlilik əmsalı,Məhsulun maya dəyəri,İllik qənaət - aid edilir

110. Sənaye istehsalının ictimai təşkili formaları hansılardır?---Təmərküzləşmə,

İxtisaslaşdırma,Kooperativləşdirmə,Kombinələşdirmə

111. İstehsalın təmərküzləşməsi nədir?---İctimai istehsalın ən mütərəqqi forması olub, istehsalın iri müəssisələrdə cəmlənməsi

112. Təmərküzləşmənin formaları hansılardır?---Aqreqat,İstehsal-texniki,Texnoloji

113. Sənayedə ixtisaslaşdırma nədir?---Müəssisələrin seхlərinin və ya sahənin uzun müddət və dəyişməz təkrar оlunan nоmenklaturada məhsul istehsalına uyğunlaşması

114. İxtisaslaşdırmanın formaları hansılardır?---Əşya,Hissə,Texnologiya üzrə

115. İstehsalın kooperativləşdirilməsi nədir?---Sənayedə ixtisaslaşmanın dərinləşməsi və məhsul istehsalçıları arasında əlaqələrin genişlənməsi

116. Kooperativləşdirmənin hansı formaları vardır?---Ərazi (rayondaxili,rayonlararası) və Sahə (sahədaxili,sahələrarası) üzrə

117. Sənayedə kombinələşdirmə nədir?---Maddi-texniki bazasına və ya maddi istehsal üsulunun ümumiliyinə,habelə xammal və materialların müştərək istifadəsinə görə müxtəlif istehsalların məkanca eyni ərazidə və müəssisədə təmərküzləşməsi

118. Sənaye kombinatlarına hansı səciyyəvi xüsusiyyətlər aiddirlər?---Müxtəlif istehsalların birliyi; Kombinata daxil olan istehsalların texniki-iqtisadi vəhdəti; Vahid enerji sistemi və nəqliyyat bazası

119. Sənaye istehsal heyəti nədir?---Bilavasitə maddi nemətlər istehsalında iştirak edən,ya da müəssisənin istehsal-təsərrüfat fəaliyyətinə xidmət göstərən işçi heyəti

120. Sənaye istehsal heyətinin tərkibinə daxil olan kateqoriyalar hansılardır?---Fəhlələr, Mühəndis-texniki işçilər (MTİ),Qulluqçular,Kiçik xidmətedici heyət,Gözətçilər,Yanğından mühafizə işçiləri,Şagirdlər

121. İstehsal əsas fondları nədir?---İstehsal prosesində uzun müddət iştirak edib,bir neçə istehsal tsiklində öz natural formasını saxlayan və tədriclə köhnələn vasitələr (fondlar)

122. İstehsal prosesində iştirak xarakterinə görə istehsal əsas fondları hansı ünsürlərdən ibarətdir?---Dəyəri 100 manatdan yuxarı,istismar müddəti 1 ildən artıq olan istehsal-texniki təyinatlı alətlər və tərtibatlar

123. Neft sənayesinin istehsal əsas fondları necə təsnifləşdirilir?---“Bina və tikililər”, “Qurğular və ötürücü qurğular”, “Maşın və avadanlıqlar”, ”Nəqliyyat vasitələri”, “Alət və inventarlar”

124. İstehsal əsas fondlarının “Maşın və avadanlıqlar” qrupu hansı yarımqruplardan ibarətdir?--- “Güc maşın və avadanlıqları”,“İş maşınları və avadanlıqları”, “İnformasiya avadanlıqları”, “Ölçü və tənzimləyici cihazlar”

125. İstehsalın əsas fondlarının quruluşu necə hesablanır?---ETT-nin tempi,müəssisənin coğrafi yerləşməsi,İstehsalın təşkili forması,Kapital qoyuluşlarının quruluşu,Mövcud sahənin texniki-iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla hesablanır.

126. Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil?---İstehsal ehtiyatları, Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar,Gələcək dövrün xərcləri

127. “Bina və tikililər”in neft sənayesindəki təyinatı nədən ibarətdir?---İstehsal (normal əmək şəraitinin və mal-material qiymətlilərinin saxlanması üçün zəruri şəraiti təmin etmək) və qeyi-istehsal(müvəqqəti yaşayış binaları,üzən evlər,sipər evlər,inzibati binalar) təyinatlı

128. “Qurğular və ötürücü qurğular”ı istehsalın təşkilindəki funksiyasına görə necə xarakterizə etmək olar?---Xammal və materialların forma və şəklini dəyişmədən,müəyyən texniki funksiya yerinə yetirməklə istehsal prosesinin normal gedişinə şərait yaradan mühəndis-texniki obyektlərdir

129. Aşağıdakı istehsal əsas fond ünsürlərindən hansıları “Qurğular və ötürücü qurğular” qrupuna aid deyil?---Aiddir: Neft və qaz quyuları,texnoloji qurğular,rezervuarlar,dəniz estakadaları,dayaqlar,kollektorlar,yollar,körpülər,keçidlər,boru kəmərləri,zavoddaxili digər ötürücü kəmərlər,elektrik rabitə və istilik ötürmə xətləri,magistral boru kəmərləri

130. “Maşın və avadanlıqlar” qrupuna aid edilən istehsal əsas fondlarının funksiyası nədən ibarətdir?---Materialların,enerjinin,informasiyanın emalı,yəni forma və şəklinin dəyişilməsi

131. Aşağıdaəsas fond elementlərindən hansıları “Güc maşın və avadanlıqları” yarımqrupuna aid deyil?---133-cü suala bax

132. Aşağıdakılardan hansıları neft sənayesində “İş maşınları və avadanlıqları” yarımqrupuna aid edilir?---Aiddir: Qazma qurğuları,mancanaq dəzgahları,nasos və kompressorlar,neft emalı qurğuları

133. Aşağıdakılardan hansıları neft sənayesində “Güc maşınları və avadanlıqları” yarımqrupuna aid edilir?--- Aiddir: Generatorlar,kompressorlar,elektrik mühərrikləri,daxili yanma mühərrikləri, transformatorlar,hərəkət edən elektrik stansiyaları

134. Aşağıdakılardan hansıları neft sənayesində “Ölçü və tənzimləyici cihazlar” yarımqrupuna aid edilir?---Aiddir: Debitometrlər,dərinlik manometrləri,dispetçer nəzarəti avadanlıqları, digər nəzarət və tənzimləyici avadanlıqlar

135. Aşağıdakılardan hansıları neft sənayesində “İnformasiya avadanlıqları” yarımqrupuna aid edilir?---Aiddir: Hesablama texnikası,komputerlər,rabitə vasitələri,informasiyanı vizual və akustik əks etdirmə vasitələri,informasiyani emal edən,saxlayan və ötürən digər qurğular

136. Aşağıdakılardan hansıları neft sənayesində “Maşın və avadanlıqlar” təsnifat qrupuna aid edilmir?---Nəqliyyat vasitələri

137. Aşağıdakı sənaye sahələrindən hansında yeraltı istehsal əsas fondlar mövcuddur?---Nəqliyyat vasitələri

138. Müəssisədə il ərzində 750 min manatlıq əlavə investisiya həyata keçirilərək yeni istehsal gücləri istifadəyə verilmişdir.Bunun nəticəsində növbəti ildə müəssisə 225 min manat əlavə mənfəət əldə etmişdir. Müəssisədə əsaslı vəsait qoyuluşunun rentabelliyini hesablayın---0,3

(Sef = Ma.il /Iqoy= 225min/750min = 0,3)

139. Aşağıdakılardan hansı neft sənayesində “Ölçü və tənzimləyici cihazlar” yarımqrupuna aid edilmir?---134-cü suala bax

140. Aşağıdakı istehsal əsas fondlarından hansıları neft sənayesində aktiv əsas fondlar hesab edilmir?---Binalar,qurğular və inventarlar passivdir

141. Əsas fondların qiymətləndirmə üsulları hansılardır?---İlk dəyər,Qalıq dəyəri,Bərpa dəyəri

142.Əsas fondların köhnəlmə növləri hansılardır?---Mənəvi və Fiziki

143. Əsas fondların fiziki köhnəlməsi nədir?---Əsas fondların həm ətraf mühitin ­si­rindən korlanaraq öz texniki istismar xassələrini itirməyə baş­la­ması

144. Aşağıdakılardan hansıları istehsal amillərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilərdir?---Fondverimi və Fondtutumu

145. Əsas fondların amortizasiyası nədir?---Əmək vasitələrinin dəyərinin isteh­sal olunan məhsulun üzərinə tədriclə,köhnəlmə dərəcəsinə mü­va­fiq səviyyədə seçməsi prosesidir

146. Sürətləndirilmiş amortizasiya nədir?---İEÖ-də tətbiq edilən,kiçik müəssisələrə şamil edilən və bu müəssisələrin yeni avadanlıqlar almaq məqsədilə əlavə vəsait toplaması prosesi

147. Əsas fondlardan istifadənin ümumi səmərəlilik göstəricisi aşağıdakılardan hansıdır?---Fondverimi

148. Aşağıdakılardan hansı əsas fondlardan istifadənin xüsusi səmərəlilik göstəricisi hesab edilir?---Əsas fondların Təzələnmə,Ləğvetmə,Artım,Köhnəlmə,Yararlılıq,Avadanlıqlardan istifadə əmsalları

149. Aşağıdakılardan hansı əsas fondlardan istifadənin səmərəlilik göstəricisi hesab edilmir?---

150. Neft sənayesində əsas fondlardan istifadənin səmərəliliyi asılıdır---

151. Əsas fondların təzələnmə əmsalı necə hesablanır?---Hər hansı bir dövrdə istehsala verilmiş əsas sənaye-istehsal fondlarının ilk dəyərinin onların həmin dövrün sonuna olan dəyərinə nisbəti kimi hesablanır – Əy = Dist / Dil.a

152. Əsas fondun köhnəlmə əmsalı nədir?---Hər hansı bir tarixə əsas sənaye-istehsal fondlarının köhnəlmə dərəcəsini nəzərə alan kəmiyyətin onların ilk dəyərinə nisbəti –

Ək =Dç / Dil.a

153. Neft-qaz mədənlərinin yerləşdiyi torpaq sahələri hansı dərəcə ilə amortizasiya olunur?---Torpaq köhnəlməyə məruz qalmayan aktiv olduğundan amortizasiya olunmur

154. Neft sənayesində bina, tikili və qurğuların illik amortizasiya normaları nə qədərdir?---

7%-dək

155. Neft sənayesində maşın və avadanlıqların illik amortizasiya normaları nə qədərdir?---



25%-dək

156. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər hansı norma ilə amortizasiya olunur?---25%-dək

157. Aşağıdakı istehsal əsas fondlarından hansının amortizasiya norması 25 faizədək deyil?---Amortizasiya norması 25%-dək olanlar: Maşınlar,avadanlıq və hesablama texnikası; Nəqliyyat vasitələri; Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər

158. Neft sənayesində nəqliyyat vasitələrinin illik amortizasiya normaları nə qədərdir?---



25%-dək

159. Əsas vəsaitlərin illik amortizasiya ayırmaları hesablanarkən amortizasiya normaları əsas vəsaitlərin hansı dəyərinə tətbiq edilir?---Qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər)

160. Sənayenin dövriyyə fondları nədir?---Dövriyyə fondları əmək prosesinə daxil olmaqla hər bir istehsal tsiklində tamamilə istehlak olunan həmin tsikldə öz dəyərini bütünlüklə yaradılan məhsulun üzərinə keçirən və natural formalarını dəyişən istehsal fondlarıdır

161. Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır?---İstehsal ehtiyatları,Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar,Gələcək dövrün xərcləri

162. Sənayenin dövriyyə vəsaitlərinə nələr aiddir?---Dövriyyə fondları və Tədavül fondları

163. Aşağıdakılardan hansı tədavül fondlarına aid deyil?---Aiddir: Müəssisənin anbarındakı hazır məhsul,Yola salınmış lakin haqqı ödənilməmiş əmtəələrin dəyəri,Hesablaşmalarda və bankların cari hesablarında olan pul vəsaitləri,Debitor borcları

164. Dövriyyə vəsaitlərinin dövriyyəsi---Biri digəri üçün şərt olan 3 əsas mərhələdən (tədavül-istehsal-tədavül) keçməklə tamamlanır

165. Aşağıdakılardan hansı neft sənayesində dövriyyə vəsaitinə aid edilmir?---Əsas fondlar

166. Aşağıdakılardan hansı neft sənayesinin tədavül fondlarına aid deyil?---Aiddir: Müəssisənin anbarındakı hazır məhsul,Yola salınmış lakin haqqı ödənilməmiş əmtəələrin dəyəri,Hesablaşmalarda və bankların cari hesablarında olan pul vəsaitləri,Debitor borcları

167. Sənayedə materiallardan ehtiyat növləri hansılardır?---Əmtəəlik və İstehsal (Xammal,əsas material və satın alınmış yarımfabrikatlardan ehtiyatlar, Köməkçi materiallardan ehtiyatlar,Yanacaqdan ehtiyat, Tara və tara materiallarından ehtiyatlar, Ehtiyat hissələrindən ehtiyatlar, Alətlər,təsərrüfat əşyaları və digər azqiymətli tezköhnələn əşyalardan ehtiyatlar)

168. Aşağıdakılardan biri istehsal ehtiyatlarına aid deyil---Aiddir: Təbii,maddi,əmək,maliyyə ehtiyatları

169. Aşağıdakı dövriyyə vəsaitlərindən hansı normalaşdırılmır?---Tədavül fondlarının qalan ünsürləri (Anbardakı hazır məhsul - çıxmaq şərtilə)

170. Aşağıdakı dövriyyə vəsaitlərindən hansı normalaşdırılır?---Dövriyyə fondları və Anbardakı hazır məhsul

171. Dövriyyə vəsaitindən istifadənin səmərəlilik göstəricisi hansıdır?---Dövriyyə müddəti

172. Aşağıdakı göstəricilərdən hansı dövriyyə vəsaitinin səmərəlilk göstəricisi deyil?---Aiddir: Dövriyyə müddəti,Dövretmə əmsalı,Dövriyyə vəsaitlərinin yüklənmə əmsalı,Bir dövriyyənin uzunluğu (gün)

173. Neft-qaz üzrə geoloji ehtiyatlar istismar mümkünlüyü baxımından necə qruplaşdırılır?---Balans və Balansarxası ehtiyatlar

174. Kəşfolunma və hazırlanma dərəcələrinə görə neft-qaz ehtiyatları aşağıdakı kateqoriyalara bölünür---Geoloji və Sənaye

175. Sənaye-istehsal heyətinə daxil edilmir---Müəssisənin sosial-mədəni obyektlərində, həmçinin mənzil-komunal təsərrüfatında çalışan işçilər

176. Əmək məhsuldarlığı nədir?---Maddi istehsal sahələrində əmək məsrəflərinin səmərəliliyi

177. Əmək məhsuldarlığının formaları hansılardır?---Fərdi və İctimai

178. Əmək məhsuldarlığının ölçülməsi üsulları hansılardır?---Məhsul vahidi istehsalına sərf edilən iş vaxtı və İşlənilən vaxt vahidində məhsul istehsalı

179. Əmək məhsuldarlığının yüksəldilməsi amilləri necə təsnifləşdirilir?---Maddi-texniki, Sosial-iqtisadi,Təşkilati

180. Sənayedə əmək haqqının ödənilməsi formaları hansılardır?---İşəmuzd və Vaxtamuzd

181. Əməyin ödənilməsinin işəmuzd üsulunun tətbiqi şərti hansıdır?---Normaların elmi cəhətdən əsaslandırılması və yerinə yetiriləcək işlərin (xidmətlərin) düzgün tarifləşdirilməsi

182. Əmək sərfinin səmərəlilik göstəricisi nədir?---Əmək haqqı

183. Aşağıdakı kateqoriyalardan hansı fəhlənin ixtisas dərəcəsini əks etdirmir?---Əks etdirir: İxtisassız,Az ixtisaslı,İxtisaslı,Yüksək ixtisaslı

184. Aşağıdakı amillərdən hansı neft sənayesində əmək haqqının səviyyəsinin müəyyən edilməsində rol oynamır?---

185. Mənfəət nədir?---Məhsul satışından əldə olunan gəlir

186. Məhsulun material tutumluğu nədir?---Pul (dəyər) ifadəsində məhsul (iş xidmət) vahidinə düşən material sərfinin həcmini xarakterizə edən göstərici

187. “Əsrin müqaviləsi” sazişi (AÇG layihəsi) üzrə mənfəət nefti neçənci ildə əldə olunub?--- 2006-cı il

188. “Əsrin müqaviləsi” sazişi (AÇG layihəsi) üzrə mənfəət neftinin hökumətlə şirkətlər arasında bölüşdürülməsi proporsiyası Azərbaycan hökumətinin xeyrinə nə vaxt dəyişib?---

2008-ci ildə

189. Azərbaycan Respublikasının “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”sı təsdiq edilib---27 sentyabr 2004-cü il tarixli 128 nömrəli fərmanla

190. Azərbaycan Respublikasının “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”sı nə vaxt təsdiq edilib?---2004-cü il 27 sentyabr

191. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya hansı dövrü əhatə edir?---2005-2025-ci illər

192. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya nəyi müəyyənləşdirir?---Bu müddət ərzində neft və qaz gəlirlərindən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini

193. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya neftin və qazın satışından əldə olunan hansı gəlirlərin idarə edilməsini nəzərdə tutur?---Neftin və qazın satışından Azərbaycan Respublikasının Dövlət Neft Fondunda və Dövlət büdcəsində toplanan gəlirlərin

194. Aşağıdakılardan biri hökumətin neft və qaz gəlirlərinin mənbəyi deyil---Mənbələridir:

Hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycanın payına düşən mənfəət nefti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun qanunvericiliklə müəyyən edilmiş digər gəlir mənbələri; Hasilatın pay bölgüsü sazişlərinə əsasən sərmayəçilər tərəfindən dövlət büdcəsinə ödənilən mənfəət vergisi; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin və qazın hasilatı ilə bağlı vergi ödənişləri və dövlət büdcəsinə digər ödənişlər; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsisçisi olduğu neft və qaz hasilatı ilə məşğul olan müştərək müəssisələrin dövlət büdcəsinə vergi ödənişləri

195. Startegiyada müəyyən edilmiş neft və qaz gəlirlərindən uzunmüddətli istifadə prinsiplərindən biri aşağıda səhv göstərilib---Prinsipləridir: Uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı dəyişməz real xərclər prinsipi əsas götürülür və bu strategiyanın əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit müəyyən edilir; Neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir; Neft və qaz gəlirlərinin qəbul edilmiş xərcləmə qaydaları neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın əhatə etdiyi dövr ərzində dəyişməz qalır və bu zaman dəyişməz real xərclər prinsipi əsasında proqnozlaşdırılan xərclər limitinə riayət olunur; Ortamüddətli dövr ərzində xərclərin həcmi uzunmüddətli dövr üçün müəyyən edilmiş limitlər nəzərə alınmaqla, qeyri-neft kəsiri (neft sektoru nəzərə alınmadan ölkənin icmal büdcəsinin gəlirləri və xərcləri arasında fərq) əsasında müəyyən edilir. Növbəti ilin xərcləri ilə əvvəlki ilin xərcləri arasında kəskin artıb-azalmalar arzuolunmaz hesab edilir və qeyri-neft kəsirinin kəskin dəyişməsinə yol verilmir; İnvestisiya yönümlü xərclər hər il üçün tərtib olunan ortamüddətli Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçirilir

196. Startegiyada müəyyən edilmiş neft və qaz gəlirlərindən uzunmüddətli istifadə prinsiplərindən biri aşağıda səhv göstərilib---195-ci suala bax

197. Aşağıdakı istiqamətlərdən biri neft və qaz gəlirlərinin istifadə strategiyasına uyğun deyil---Əsas istiqamətlər aşağıdakılardır: İqtisadiyyatın qeyri-neft sektorunun,regionların,kiçik və orta sahibkarlığın inkişafı; İnfrastruktur sahələrin genişmiqyaslı inkişafı; Yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli; İqtisadiyyatın intellektual və texnologiya bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması; “İnsan kapitalı”-nın inkişafı (yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması);Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi; Azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi

198. Azərbaycan Respublikasının Dövlət Neft Fondu təsis edilib---1999-cu il 29 dekabr,240 saylı fərmanla

199. Azərbaycan Respublikasının Dövlət Neft Fondunun təsis edilməsi ilə bağlı fərman nə vaxt verilib?---1999-cu il 29 dekabr

200. Azərbaycan Respublikası Dövlət Neft Fondunun Əsasnaməsi nə vaxt təsdiq edilib?---

2000-ci il 29 dekabr 434 nömrəli fərmanla

201. Dövlət Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını nə təşkil edir?---Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi

202. Dövlət Neft Fondunun təsis edilməsinin əsas məqsədi nədir?---Ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaq

203. Dövlət Neft Fondu üçün göstərilən xüsusiyyətlərdən biri yanlışdır---Xüsusiyyətləri: Azərbaycan Dövlət Neft Fondunun fərqləndirici xüsusiyyətlərindən biri onun Mərkəzi Bankda xüsusi hesab formasında deyil, ayrıca idarəetmə strukturuna malik hüquqi şəxs qismində yaradılması; Neft Fondunun gəlir və xərclərinin dövlət büdcəsi ilə əlaqəsi yalnız dövlət idarəetmə sektorunun ümumiləşdirilmiş gəlir və xərcləri çərçivəsində qurulub və ölkədə vahid makroiqtisadi siyasətin yürüdülməsi məqsədini güdməsi; Fondun vəsaitlərinin dövlət hakimiyyəti orqanlarına,dövlət və qeyri-dövlət təşkilatlarına borc verilməsinə,eləcə də hər hansı bir subyektin öhdəliklərinin təminatı qismində istifadə oluna bilinməsinin qadağan edilməsi

204. Dövlət Neft Fondu hansı dövlət təsisatının qarşısında hesabat verir və məsuliyyət daşıyır?---Azərbaycan Respublikası Prezidenti

205. Dövlət Neft Fondunun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarət hansı təsisat tərəfindən həyata keçirilir?---Müşahidə Şurası

206. Aşağıdakılardan biri Dövlət Neft Fondunun vəsaitinin formalaşması mənbəyi deyil---Mənbələridir: 1) Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə xarici sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında,o cümlədən Xəzər Dənizinin Azərbaycana məxsus bölməsində neftin və qazın kəşfiyyatı,işlənilməsi və hasilatın pay bölgüsünə dair sazişlərin habelə neft-qaz ehtiyatlarının kəşfiyyatı işlənməsi və nəqli ilə bağlı digər sazişlərin həyata keçirilməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər; Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına sərmayəçi tərəfindən ödənilən “Bonuslar” (mükafatlar); Karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına ödənilən “Akkrhesabı” ödənişlər; Neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər; Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac-boru kəmərləri vasitəsilə ötürülməsindən əldə olunan gəlirlər; Neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanına sərmayəçi tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər);

2) Dövlət Neft Fondu tərəfindən fondun vəsaitinin yerləşdirilməsindən,idarə olunmasından satışından və ya digər formalarda təqdim edilməsindən,yaxud satışdan kənar gəlirlər,habelə valyutaların yenidən qiymətləndirilməsindən alınan gəlirlər; 3) Qrantlar və digər təmənnasız yardımlar; 4) Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.

207. Aşağıdakılar mənbələrdən hansı biri üzrə əldə edilən vəsait Dövlət Neft Fonduna daxil olmur?---ARDNŞ-nin sərmayəçi,iştirakçı və ya saziş bağlayan tərəf olan layihədə ARDNŞ-nin iştirak payı və ya sərmayəsi ilə bağlı karbohidrogen satışından əldə edilən gəlirləri; Xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı; Xarici şirkətlərlə birgə fəaliyyət nəticəsində əldə edilən digər gəlirlər

208. Dövlət Neft Fondunun vəsaitinin istifadəsi ilə bağlı aşağıda qeyd edilənlərdən hansı yanlışdır?---Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına,dövlət və qeyri-dövlət müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə,eləcə də Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun (öhdəliyinin, təminatının) və yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna BİLƏR

209. Dövlət Neft Fondunun vəsaitinin istifadəsi ilə bağlı aşağıda qeyd edilənlərdən hansı doğrudur?---Fondun vəsaitinin istifadəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə hər il üçün təsdiq edilmiş əsas istiqamətlərə (proqrama) uyğun olaraq həyata keçirilir; Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə oluna bilər; Hər il Fondun vəsaitinin istifadə edilməsinin təsdiq olunmuş istiqamətləri haqqında məlumat və eləcə də onun faktiki istifadəsi barədə illik hesabat mətbuatda dərc edilir; Fondun vəsaiti dövlət hakimiyyəti orqanlarına,dövlət və qeyri-dövlət müəssisələrinə (təşkilatlarına) kredit (borc) verilməsinə,eləcə də Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər hansı bir subyektin borcunun (öhdəliyinin,təminatının) və yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz; Fondun gəlirləri vergi, rüsum və digər ödənişlərdən qanunvericiliyə müvafiq olaraq azaddır

210. Dövlət Neft Fondunun fəalliyyətinə operativ rəhbərliyi kim həyata keçirir?---Dövlət Neft Fondunun İcraçı Direktoru

211. Dövlət Neft Fondunun İcraçı direktoru kim tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir?---Azərbaycan Respublikasının Prezidenti

212. Aşağıdakılardan hansı Dövlət Neft Fondunun icraçı direktorunun səlahiyyətinə daxil deyil?---Daxildir: Fondu təmsil etmək; İşçiləri vəzifəyə təyin və vəzifədən azad etmək; Fondun cari işini təşkil etmək; Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq Fondun vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək

213. Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvləri kim tərəfindən təsdiq olunur?--- Azərbaycan Respublikasının Prezidenti

214. Aşağıdakılardan hansı biri Neft Fondunun İcraçı direktorunun səlahiyyət dairəsinə daxil deyil?---Dövlət Neft Fondunun vəsaitinin formalaşması və xərclənməsi üzərində ümumi nəzarəti həyata keçirir

215. Dövlət Neft Fondunun vəsaitinin ən çox hissəsinin istifadə edildiyi istiqamət aşağıdakılardan hansıdır?---Dövlət Büdcəsinə transfert köçürmələri (16,2 mlrd manat)

216. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən aşağıdakı layihələrdən hansı hazırda davam edir?---“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”

217. Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən aşağıdakı layihələrdən hansı artıq başa çatıb?---Heydər Əliyev adına “BTC əsas neft ixrac boru kəməri”

218. Dövlət Neft Fondunun illik büdcəsi necə təsdiq edilir?---Dövlət Neft Fondunun İcraçı Direktoru fondun illik büdcəsini hazırlayır və təsdiq olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir

219. Dövlət Neft Fondunun büdcəsi nə qədər müddət üçün təsdiq edilir?---Cari ilin sonuna qədər (1 il)

220. Neft Fondunun valyuta vəsaitinin idarə edilməsinin məqsədi nədir?---Neft Fondunun valyuta vəsaitinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması

221. Neft Fondunun investisiya portfeli dedikdə nə nəzərdə tutulur?---Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı) və Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər smetası çərçivəsində təsdiq edilmiş xərclər istisna olmaqla,xarici valyutada ifadə olunmuş vəsait

222. Neft Fondunun investisiya portfelinin tərkibində hansı valyuta üstünlük təşkil edir?---Balans valyutası (Azərbaycan Manatı)

223. Akrhesabı ödənişlər nədir?---Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən vəsaitlər

224. Neft Fondunun gəliri kimi icarə haqqı nədir?---Xarici şirkətlərlə bağlanmış sazişlər (HPS) çərçivəsində dövlət əmlakından istifadə üçün ödənilən haqq

225. Bonus nədir?---Hasilatın Pay Bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən mükafatlar

226. Mədən vergisi nədir?---Ölkə qanunvericiliyində nəzərdə tutulmuş vergi növlərindən biridir və Azərbaycan Respublikasının ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların çıxarılmasına görə tutulur.Bu vergini yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr ödəyirlər.

227. Tranzit haqqı nədir?---Neftin Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa ixrac boru kəməri vasitəsi ilə ötürülməsi üçün edilən ödənişlər

228. Aşağıdakılardan hansından beynəlxalq neft sazişləri təcrübəsində istifadə edilmir?---

229. Azərbaycanda beynəlxalq neft sazişlərinin hansı tipi daha geniş tətbiq edilir?---Hasilatın pay bölgüsü sazişi (HSP)

230. Beynəlxalq neft sazişlərinin aşağıdakı növlərindən hansı daha sadə və ədalətli hesab edilir?---Konsessiya (lisenziya) sazişləri

231. Beynəlxalq neft sazişlərini bir-birindən fərqləndirən başlıca amil hansıdır?---İştirak edən tərəflərin sayı (Birtərəfli və İkitərəfli olması)

232. Hasilatın pay bölgüsü sazişi birinci dəfə harada və nə vaxt tətbiq edilib?---İndoneziya (1966-cı il)

233. Hasilatın pay bölgüsü sazişi nədir?---Bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə daha geniş yayılan,müvafiq olaraq dövlətə müəyyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı hasil olunan neftin bir hissəsinin məhsul formasında çatdığı saziş növü

234. Konsessiya (lisenziya) sazişi nədir?---Zəngin resurslara malik ölkələrdə hələ müstəmləkə altında olduğu vaxtlarda birtərəfli müqavilə kimi istifadə və ya tətbiq edilməyə başlanmış saziş növü

235. Birgə müəssisə sazişi nədir?---Sazişdə iştirak edən hər 2 tərəfin-dövlət və xarici şirkətin saziş çərçivəsində bütün məsələlər barəsində qarşılıqlı anlaşması ilə imzalanan saziş növü

236. Birgə müəssisə sazişlərinin növləri hansılardır?---Xalis,Tipik,Tamhüquqlu

237. Hasilatın pay bölgüsü sazişlərinin növləri hansılardır?---Hasilatın birbaşa bölgüsünə əsaslanan,Mənfəət neftinin bölgüsünə əsaslanan

238. Azərbaycanda xarici neft şirkətləri ilə bağlanan hasilatın pay bölgüsü sazişlərinin növü hansıdır?---Mənfəət neftinin bölgüsünə əsaslanan hasilatın pay bölgüsü sazişi

239. Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı ilk hasilatın pay bölgüsü sazişi hansıdır?--- “Əsrin müqaviləsi”

240. Hasilatın pay bölgüsü sazişilərində müqavilə yataqlarında olan neft kimin mülkiyyəti hesab edilir?---Dövlətin

241. Mənfəət nefti necə müəyyən edilir?---Hasil edilən bütün neftdən kompensasiya (xərc) neftinin çıxılması yolu ilə

242. Xərc (kompensasiya) nefti nədir?---Yataqların kəşfiyyatı,işlənilməsi və istismarı ilə bağlı çəkilən xərclər həmin yataqlardan hasil edilən neftin bir hissəsi hesabına kompensasiya olunur və neftin bu hissəsi kompensasiya (xərc) nefti adlanır

243. Azərbaycanda hasilatın pay bölgüsü sazişləri hansı qanunla tənzimlənir?---Azərbaycanda hasilatın pay bölgüsü haqqında qanunvericilik yoxdur

244. Hasilatın pay bölgüsü sazişləri çərçivəsində xarici neft şirkətləri dövlətə hansı ödənişlər edirlər?--- Akrhesabı ödənişlər,Bonuslar,İcarə ödənişləri
245. “Əsrin müqaviləsi” çərçivəsində əldə edilən mənfəət nefti dövlətlə şirkətlər arasında necə bölünür?---Rentabellik normasından (İRR) asılı olaraq

246. “Əsrin müqaviləsi” sazişində rentabellik norması (İRR) 16.75 faizdən aşağı olduğu dövrdə mənfəət neftinin dövlətlə şirkətlər arasında hansı proporsiyada bölünməsi nəzərdə tutulurdu?--- Dövlət/Şirkətlər 30:70

247. “Əsrin müqaviləsi” sazişində rentabellik norması (İRR) 16.75 – 22.75 faiz aralığında dəyişdiyi halda mənfəət neftinin dövlətlə şirkətlər arasında bölünmə proporsiyası necə nəzərdə tutulurdu?---Dövlət/Şirkətlər – 45:55

248. “Əsrin müqaviləsi” sazişində rentabellik norması (İRR) 22.75 faizdən yüksək olduğu halda mənfəət neftinin dövlətlə şirkətlər arasında bölünməsi proporsiyası necə olmalıdır?--- Dövlət/Şirkətlər – 80:20

249. “Əsrin müqaviləsi” sazişi hesabına Dövlət Neft Fonduna daxil olan gəlirlərin əsas hissəsini hansı növ gəlirlər təşkil edir?---Dövlətin payına düşən mənfəət nefti,Bonuslar,Akrhesabı ödənişlər,Tranzit tarifləri üzrə ödənişlər,İcarə ödənişləri

250. 2009-2011-ci illərdə “Əsrin müqaviləsi” sazişi çərçivəsində əldə edilən mənfəət nefti dövlətlə şirkətlər arasında hansı proporsiyada bölünür?---80:20

251. Mənfəət neftinin şirkətlərə çatan hissəsi şirkətlər arasında necə bölünür?---Şirkətlərin layihədəki iştirak payına uyğun

252. Bakı-Supsa neft kəmərinin tikintisi ilə bağlı Azərbaycanla Gürcüstan arasında razılıq nə vaxt əldə edilib?---1996-cu il 8 mart

253. Bakı-Supsa neft kəməri hansı ölkələrin ərazisindən keçir?---Azərbaycan və Gürcüstan

254. Bakı-Supsa neft boru kəməri ilə Azərbaycan neftinin ixracına nə vaxt başlanılıb?---



1999-cu il 17 aprel

255. Bakı-Supsa neft boru kəməri hansı terminaldan başlayır?---Səngəçal terminalı

256. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli nə vaxt qoyulub?---

2002-ci il 18 sentyabr

257. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin ən böyük səhmdarı hansı şirkət olub?---BP

258. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinə aşağıdakı ölkələrdən hansının şirkəti qatılmayıb?---Rusiya

259. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri hansı ölkələrin ərazisindən keçir?---Azərbaycan,Gürcüstan,Türkiyə

260. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin ən uzun hissəsi hansı ölkənin ərazisinə düşür?---Türkiyə (1076 km)

261. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri hansı terminaldan başlayır?---Səngəçal terminalı

262. Ceyhan neft terminalı hansı dənizə çıxır?---Aralıq dənizinə

263. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin Azərbaycan ərazisindən keçən hissəsi neçə kilometrdir?---443 km

264. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsi neçə kilometrdir?---248 km

265. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin Türkiyə ərazisindən keçən hissəsi neçə kilometrdir?---1076 km

266. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin ümumi uzunluğu nə qədərdir?---

1767 km

267. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin gündəlik neft ötürücülüyü qabiliyyəti nə qədərdir?---1 milyon barel

268. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin illik orta ötürücülük gücü nə qədər nəzərdə tutulub?---50 mln ton

269. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin illik maksimum ötürücülük gücü nə qədər nəzərdə tutulub?---60 mln ton

270. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsində ARDNŞ-in iştirak payı nə qədər olub?---25%

271. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin tikintisi nə vaxt başa çatıb?---2006-cı il aprel (2006-cı ilin 1-ci rübü)

272. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsində olan Azərbaycanın payı necə maliyyələşdirilib?---297,8 mln manat və ya 312,6 milyon ABŞ dolları

273. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin maliyyələşdirilməsinə Dövlət Neft Fondundan bütövlükdə nə qədər vəsait ayrılıb?--- 297,8 (298) mln manat

274. Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri ilə əsasən hansı layihə çərçivəsində çıxarılan qaz ixrac olunur?---“Şahdəniz”

275. Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac olunan qaz hansı ölkələrə satılır?---Avropa ölkələri

276. Azərbaycan ərazisindən hansı ölkələrin nefti tranzit olaraq nəql edilir?---Qazaxıstan, Türmənistan

277. Azərbaycan qazı əsasən hansı ölkələrə ixrac edilir?---Rusiya,İran,Gürcüstan,Türkiyə

278. OPEK nə deməkdir?--- Neft İxrac Edən Ölkələr Birliyi

279. OPEK nə vaxt yaradılıb?---1960-cı il,10-14 sentyabr

280. OPEK-in yaradılmasında məqsəd nə olub?---Neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi,Üzv ölkələrin neft siyasətinin unifikasiyası

281. OPEK-in üzvləri---Səudiyyə Ərəbistanı,Iran,BƏƏ,Küveyt,Qatar,Nigeriya,Liviya,Əlcəzair,Indoneziya,Venesuela,İraq, Anqola

282. Aşağıdakı ölkələrdən hansı OPEK-in üzv deyil?---Ekvador (1973-1992),Qabon (1975-1994)

283. Aşağıdakı ölkələrdən hansı OPEK-in üzvüdür?---281-ci suala bax

284. Azərbaycan nə vaxtdan OPEK-in üzvüdür?---OPEK-in üzvü deyil

285. Dünya neft hasilatının nə qədər hissəsi OPEK-in payına düşür?---41% və ya 1371 mln ton

286. OPEK ölkələri dünya neft ehtiyatlarının hansı hissəsinə nəzarət edir?---60%

287. Hazırda dünyanın ən çox neft hasil edən ölkələri hansılardır?---Səudiyyə Ərəbistanı,ABŞ,Rusiya

288. Hazırda dünyanın ən çox neft istehlak edən ölkələri hansılardır?---ABŞ,Yaponiya

289. Hazırda dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri hansılardır?---Səudiyyə Ərəbistanı,ABŞ,Rusiya

290. Hazırda dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələri hansılardır?---Rusiya,ABŞ

291. Dünya bazarlarında neftin son illərin ən yüksək qiyməti nə vaxt qeydə alınıb?---2011-ci il, 3 dekabr (Brent markalı neft – 109,94$)

292. Böyük neft-qaz ehtiyatlarına malik olan hansı ölkənin belə gəlirlərdən istifadə sahəsindəki təcrübəsi ən yaxşı nümunə hesab olunur?---Norveç

293. Böyük neft-qaz ehtiyatlarına malik olan hansı ölkənin belə gəlirlərdən istifadə sahəsindəki təcrübəsi ən pis nümunə hesab olunur?---Nigeriya

294. “Resursların lənəti” nəzəriyyələri nəyi ifadə edir?---Mineral resurslarla zəngin ölkələrin belə resurslardan əldə etdikləri gəlirlərin həmin ölkələrin inkişafına təkan vermək əvəzinə, onların vəziyyətinin ağırlaşmasına gətirib çıxarması hallarını

295. “Holland sindromu”nun əsas əlamətləri hansılardır?---Milli valyuta kursunun məzənnəsinin möhkəmləndirilməsi;Ölkə iqtisadiyyatının birtərəfli inkişafı

296. Zəngin neft-qaz ehtiyatlarına malik ölkələrin qarşısında duran ən mühüm vəzifə adətən hansı olur?---Ehtiyatların işlənməsi üçün müasir texnologiyanın və təcrübənin mənimsənilməsi (Ənənəvi neft TMK-nın yaradılması)

297. Zəngin təbii (mineral) resurslardan əldə olunan gəlirlərin ölkənin soisal-iqtisadi durumuna təsiri ilk növbədə hansı amillərdən asılı olur?---Getdikcə səngiyən iqtisadi artım tempi;Qeyri-demokratik siyasi rejim;Zorakı sosial konfliktlər

298. Azərbaycan nefti dünya bazarına hansı adla çıxarılır?---“Azəri Layt”

299. Azərbaycanda neft sənayesinin ən böyük müəssisəsi hansıdır?---ARDNŞ (SOCAR)



300. Azərbaycanın yanacaq-enerji kompleksinin inkişaf siyasətini hazırlayan və tənzimləyən dövlət orqanı hansıdır?---Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə