Мяммядаьа султанов йазылы абидялярин тядгиги бакы – 2010 азярбайжан милли елмляр академийасы




Yüklə 1.17 Mb.
səhifə6/9
tarix23.02.2016
ölçüsü1.17 Mb.
1   2   3   4   5   6   7   8   9

Misranın bir hissəsi üzrə tərtib edilmiş maddeyi-tarix

Maddeyi- tarixlər çox zaman misranın bir hissəsi və ya başqa sözlə desək, bir neçə kəlmə ilə də ifadə edilə bilər. Bu, əlbəttə, əvvəlki tərtib qaydalarına nisbətən daha çox diqqət tələb edir. Çünki belə kəlmələrdə bircə hərfin səhv, əlavə və ya ixtisar edilməsi tarixi dəyişdirib, tamamilə səhv nəticələrə gətirib çıxarır.

Bu cür maddeyi- tarixlərə bir neçə misal göstərək:

Məşhur Azərbaycan rəssamı, XVI əsr Təbriz rəssamlıq məktəbinin banisi Kəmaləddin Behzadın vəfatı tarixi misranın bir hissəsində belə göstərilmişdir:

نظر افکن بخاك قبر بهزاد

17

Tərcüməsi:

Behzadın qəbir torpağına nəzər sal.
Burada misranın mənasından da anlaşılır ki, şair “be xaki-qəbri-Behzad” kəlmələrinə nəzəri cəlb edir. Bu kəlmələr də əbcəd hesabı ilə hicri 944 (miladi 1537) –ci ili göstərir. Hal­bu­ki Behzadın vəfatı Sovet Ensiklopediyasında 1533-1537-ci illər arasında təxmin edilir.

Fars şerinin bülbülü hesab edilən Hafiz Şirazinin vəfat tarixi də misranın bir hissəsi (iki kəlməsi ilə ifadə edilmişdir:


چراغ اهل معنی خواجه حافظ

که شمعی بود از نور تجلی

چو در خاک مصلی يافت منزل

بجوتاريخش از خاک مصلی

Tərcüməsi:

Məna əhlinin işığı Xacə Hafiz

Ki, o həqiqət nurundan bir şam idi

Müsəlla torpağında mənzil etdiyi üçün

Tarixini də Müsəlla torpağından axtar.
Bu şerin yalnız son misrasındakıخاک مصلی tər­ki­bin­də tarix axtarmaq lazımdır ki, bu da əbcəd hesabı ilə hicri 791 (miladi 1388)-ci ilə təsadüf edir.

XIX əsrin görkəmli maarifpərvər şairi, böyük filosofu, tarixçisi Abbasqulu ağa Bakıxanov da öz əsərlərinin yazılış tarixini çox zaman əbcədlə qeyd etməyi sevmişdir. Məsələn, o özünün ilk böyük əsəri olan “Riyazül-qüds” ün nə vaxt bitdi­yi­ni aşağıdakı beytdə belə göstərmişdir:

Dəxi bu vəch səbəbdir ki, sali-tarixi

Hesabda li “riyazül-qüds” mütabiqdir18.

Bu beytdəki “Li Riyazül-qüds” (لرياض القدس) tərkibi mad­deyi-tarixdir. Onu əbcədlə hesabladıqda hicri 1236 (miladi 1820)- ci ili göstərir.

Bu üsulla biz aşağıdaki maddeyi- tarixdən birinci Şamaxı zəlzələsinin nə vaxt baş verdiyini müəyyənləşdiririk:


تا کرد با ز لزال ارض خالی شماخی را قضا

19 زان پس پی تاريخ شد هدم شماخی زلزله

Tərcüməsi:

Qəza yerin zəlzələsi ilə Şamaxını dağıtdığı zaman,

Tarixi “Şamaxını zəlzələ dağıtdı” oldu.

Bu şerin son misrasındakı “Hədmi-Şamaxı zəlzələ” tərkibi maddeyi-tarix olub, hicri 1079 (miladi 1668) –ci ili göstərir.

Əlbəttə, maddeyi-tarix kəlmələri heç də həmişə şerin son misrasında, ələlxüsus misranın ikinci hissəsində olmur. Mad­deyi-tarix yazan şair tarix olan kəlmələri beytin ya birinci, ya da ikinci misrasında da yerləşdirə bilər. Əsl məsələ oxucunun həmin kəlmələrin hansı misrada və hansı kəlmələrdən ibarət olduğunu düzgün müəyyənləşdirə bilməsidir.

Məsələn, Mirzə Rəhim Fəna XIX əsrin məşhur Azərbay­can şairəsi Xurşid banu Natəvan xanımın qızı İzzətin vəfatı ta­ri­xini bildirən aşağıdakı maddeyi-tarixi, əvvəlkilərdən fərqli olaraq, beytin birinci misrasında, həm də misranın lap orta­sın­da göstərmişdir:

Yazıldı qürbi-məhi-no məzarinə tarix

O mahruyə deyib novhələr, Fəna getdi20.

Burada غرب مه نو tərkibi maddeyi-tarix olub, hicri 1303 (miladi 1885)- ci ili göstərir.

Özbək nücum elminin müəssisi, məşhur münəccim Uluğ bəyin Abbas adlı bir şəxs tərəfindən qətl edilməsi tarixi də bu üsulla verilmişdir:

الغ بيک آن شاه جم اقتدار

که دين نبی را از و بود پشت

چو عباس کشتش به تيغ جفا



21 شدش سال الريخش عباس کشت

Tərcüməsi:

O Cəmşid iqtidarlı Uluğ bəy

Ki, islam dininin arxası idi,

Onu Abbas öldürdüyü üçün

Tarixi də “Abbas öldürdü”oldu.


Bu şerdəki “Əbbas koşt” tərkibi hicri 853 (miladi 1449)- cu ili göstərir.

Bəzən bir şerdə eyni tarix iki dəfə təkrar olunur və hər dəfə ayrı söz tərkibləri göstərilir. Belə ikiqat maddeyi-tarix üsulun­dan XIII əsrin məşhur hind şairi Əmir Xosrov Dəhləvinin və­fat tarixində istifadə edilmişdir:


مير خسرو خسرو ملک سخن

آن محيط فضل دريای کمال

شد عديم المثل يک تاريخ او

22ديگری شد طوطئ شکر مقال

Tərcüməsi:

Söz mülkünün əmiri Əmir Xosrov

Ki, kamal dənizi və fəzilət dəryası idi,

Onun bir tarixi “misli yox idi” oldu.

O biri tarixi isə “şəkər dilli tuti”dir.


İstər “ədimül-misl”, istərsə “tutiyi-şəkkər məqal” ifadələri hicri 725 (miladi 1324)- cü ilə mütabiqdir.


  1. Ayrıca cümlə ya müstəqil misra şəklində tərtib

edilmiş maddeyi-tarixlər
Maddeyi-tarixlər ayrıca cümlə və ya müstəqil misra şək­lində də çox deyilmişdir. Məsələn, Molla Kazım bir cümlədə Sərxan xanın Şamaxını öz hakimiyyəti altına aldığı tarixi sadəcə olaraq “Fəthi-məhəlli-Şirvan” izafəti ilə ifadə etmişdir ki, bu da əbcədlə hesablandıqda hicri 1135 ( miladi 1722)-ci ili göstərir23. Yaxud Xaqani Şirvaninin vəfatı tarixi “Tutiyi-cən­nəti-həqq” tərkibi ilə ifadə edilmişdir ki, bu sözləri rəqəmə çevirdikdə hicri 595 (miladi 1199)-cu ilə bərabər olur. Bəzi hallarda şerin bütöv bir misrası maddeyi-tarix olur. Şair, hatifdən və ya öz ağlından haqqında danışdığı hadisənin tari­xini soruşur və o da cavab verir.

Məsələn, şair Baqi əfəndi Türkiyə sultanı Sultan Süleyman vəfat edərkən öz oğlu Səlim xana etdiyi vəsiyyəti çox məha­rətlə maddeyi-tarixə çevirmiş, şerinin son misrasını bütünlüklə maddeyi-tarix etmişdir:

Cəhani- bibəqadan ruhi-pakı rehlət etdikdə

Demiş Sultan Süleyman pənd edib oğlu Səlim xanə:

Saqın, məğrur olub bu dövləti-dünyayə aldanma,

Nə Əfridunə qalmışdır, nə Samu nə Nərimanə:

Səlimim, öldü dad et, bu sana bizdən yetər tarix:

Bilürsən qalmadı, Baqi, cahan mülkü Süleymanə24.


Son misra əbcəd üsulu ilə hesablandıqda hicri 1002 (miladi 1593)-cü ili verir. Bu şerdə Baqi əfəndi “Süleyman” sözünü iki mənada işlətmişdir. Birincisi, adət olaraq “cahan mülkü Sü­leymana qalmadı” ifadəsi eramızdan əvvəl yaşamış məşhur əf­sanəvi Süleyman peyğəmbərə işarə ilə deyilmişdir. İkinci, bu şerdə eyni bir ad həm ona, həm də vəfat edən Sultan Süley­ma­nın özünə aid edilmişdir.

Bəzən şair öz istedadını nümayiş etdirmək üçün şerin bir misrası ilə kifayətlənməyib, son beytin hər iki misrasını, hətta bəzən şerin bütün beytlərini və ya misralarını maddeyi-tarixə çevirir25. Əlbəttə, bu daha çətindir, çünki şair həm vəzni, həm də mənanı mühafizə etməklə bərabər, həmişə eyni rəqəmi əl­də­et­məlidir.




  1. Mürəkkəb və müəmma üsulu ilə yazılmış

maddeyi-tarixlər
Klassik Şərq ədəbiyyatında şairlər ümumiyyətlə fikir dola­şıq­lığı yaratmağı və müəyyən poetik vasitələr, lüğət, müəmma və.s vasitəsi ilə də maddeyi-tarixlər yazmağı sevmişlər. Əl­bət­tə, bu zaman həmin maddeyi-tarixi tez və bilavasitə dərk et­mək çətindir. Bu cür mürəkkəb və müəmmalı maddeyi-tarix­lərə misal olaraq bir neçə nümunə göstərmək yersiz olmaz.


  1. Mirzə Rəhim Fəna öz müasiri məşhur şairə Xurşid banu Natəvan xanımın vəfatı tarixini belə göstərmişdir:

يکی بسال وفاتش فزود گفت فنا

26 روان اقدس آن در جنان يزدان باد

Tərcüməsi:

Fəna onun vəfat tarixinə bir rəqəmini də artırdı.

Onun pak ruhu Allahın behiştindədir.

Burada son misranın bütün hərfləri hesaba alındıqdan sonra birinci misradakiيکی بسال وفاتش فزون ifadəsində həmin rəqəmə daha bir ədəd artırmaq lazım gəldiyi xəbər verilmişdir. Buna görə də son misranın əbcəd üsulu ilə hesablanmış 1314 rəqəminin üstünə bir ədəd də artırdıqda Natəvanın vəfat tarixi hicri 1315 (miladi 1897) –ci ilə müvafiq gəlir.

2)XVI əsrin böyük hökmdar şairi Şah İsmayıl Xətai özünün “Dəhnamə” əsərini bitirdiyi tarixi belə bildirmişdir:

Hicrətdə çü zadü nun keçdi,

Sindən dəxi bir füzun keçdi27.

Burada: ض = 800 ن = 50 س = 60 olduğuna görə rəqəmlərin cəmi 910 edir. Lakin şair bu rəqəmə daha bir ədəd artırmağı xəbər verdiyindən tarix 911 (miladi 1506) olur.


  1. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvani bir şerinin yazıldığı tarixi göstərmək istərkən demişdir:

Şüğldən saqit eyləsən lami,

Odı tarix salin əyyami28.

Buradan belə nəticə çıxır ki, maddeyi-tarixi müəyyənləş­dirmək üçün, şerdə xəbər verildiyi kimi, شغل sözündənل hər­fini atmaq lazımdır. Bu zaman qalan شغ hicri 1300 (miladi 1882) –cü ili göstərir.


  1. Məşhur din başçısı Şeyx Məhyəddin Tusinin vəfatı tarixini çox böyük məharətlə tərtib edən şair maddeyi-tarix olaraq bu beyti yazmışdır:

وفات قطب جهان شيخ محی الدين طوسی



29ميانه حلب است و ميانه رمضان

Tərcüməsi:

Dünyanın qütbü olan Şeyx Məhyəddin Tusinin vəfatı

Hələbin ortasında və ramazanın aralığındadır.


Bu beytdə şair Məhyəddin Tusinin Hələb şəhərində rama­zan ayının ortasında vəfat etdiyini xəbər verməklə müəm­ma yolu ilə başa salmışdır ki, onun vəfat ili miyaneyi-Hələb, yəniل hərfi ilə miyaneyi-ramazan, yəni ض hərfindən ibarətdir. Bu isə (800+30) hicri 830 (miladi 1426)-cu ili göstərir.

  1. Müəmma üsulu ilə yazılmış maraqlı bir maddeyi-tarixə nəzər salaq:

Sali-tarixini isbatə do şahid lazım,

Həmnişin olsa se şinə, yenə sülsi-əxi-şin30.

Bu beytdən məna çıxarmaq üçün ciddi bir müəmma üsu­luna bələd olmaq lazım gəlir.

Onun kəşfinə keçək:

Birinci misradan məlumdur ki, müəllif 2 şahid istəyir. Bu isə gələcəkdə alınacaq rəqəmə daha iki ədəd artırmağı əv­vəlcədən xəbər vermək deməkdir. İkinci misrada سه شين = ش + ش + ش. Buش -lər “şin” hərfi olmayıb, bəlkə, ن + ی + ش olduğundan onların hər biri 360 rəqəminə bərabər olur. Bunu 3-ə zərb etdikdə 1080 alınır.

Digər tərəfdən, bu rəqəmə “əxi-şin”in üçdə biri də artırıl­malıdır. “Əxi-şin” tərkibi şinin qardaşı demək olduğundan o س hərfinə işarədir. “Sin” hərfi də س olmayıb ن+ ی + س olduğundan 60+10+50 = 120-dir. Onun üçdə biri isə 40 oldu­ğundan bayaqkı 1080+40 = 1120 alınır. Əvvəlki 2 rəqəmini də buraya əlavə etsək, hicri 1122 (miladi 1710)-ci ili əldə etmiş oluruq.

Bu rəqəm Damad Əlpaşanın yenidən bərpa etdiyi qəsrin tikiliş tarixidir ki, onu Nabi əfəndi yuxarıdakı müəmma ilə qələmə alınmışdır31.


  1. Bəzən şairlər klassik poetikanın müxtəlif vasitələrindən istifadə edərək öz müəmmalı maddeyi-tarixlərini yaratmışlar. Məsələn, türk şairi Dürri əfəndi hicri 1131-ci ildə tikilmiş ki­tabxananın maddeyi-tarixini ərəb əlifbasının ancaq nöqtəli hərf­ləri ilə yaratmışdır. O özü bu maddeyi-tarixi beytin birinci misrasında xəbər vermişdir:

Hərfi-mənqutə ilə dedi tarixi,

Oldu pakizə kütübxaneyi-Sultan Əhməd32.

(اولدی پاکيزه کتبخانه سلطان احمد)
Bu beytin ikinci misrasında nöqtəli hərflər aşağıdakılardan ibarətdir:
ی، ب، ی، ز، ت، ب، خ، ن، ن
Bu hərfləri rəqəmə çevirsək, 10+2+10+7+400+2+600+ 50+50 = 1131 olur. Bu isə miladi 1718-ci ili göstərir.
O.L. Viçevskinin maddeyi-tarixləri

haqqında bir neçə söz
Oleq Lyudviqoviç Vilçevski “Xaqaninin maddeyi-tarix­ləri”33 adlı məqaləsində maddeyi-tarixin böyük şəxsiyyətlərin tərcümeyi-halında olan bir çox qaranlıq cəhətləri işıqlandır­maqda ciddi əhəmiyyəti olduğunu geniş izah etdikdən sonra XII əsr Azərbaycan şairi Xaqani Şirvaninin yaratdığı maddeyi-tarixlərdən bəhs etmişdir. Çox təəssüf ki, Vilçevski bu mad­deyi-tarixlərdən bəzilərini izah edərkən yanlış hərəkət etmiş, öz istədiyi məlum tarixi süni yollarla Xaqani şerlərindən çıxar­mağa çalışmış və şairi mürəkkəb maddeyi-tarixlər yaratmaqda təqsirləndirmişdir. Halbuki məsələ belə deyildir. Xaqani nə qədər mürəkkəb, bədii tərzi-ifadələr icad etmişsə də, məhz mad­deyi-tarix yaratmaqda heç bir dolaşıq yola əl atmamışdır.

Vilçevskinin təsdiq etdiyi kimi, Xaqani “İsfahan” rədifli məşhur qəsidəsində özünün nə vaxt İsfahanda olduğunu açıq surətdəثنا sözü ilə ifadə etmişdir ki, bu da hicri 551 (mila­di1156)-ci ilə təsadüf edir.

Burada heç bir mürəkkəblik və dolaşıqlıq yoxdur. Hərfləri sadəcə olaraq rəqəmə çevirən kimi Xaqaninin bu qəsidəni nə vaxt dediyi məlum olur. Lakin Vilçevski şairin:
فتح توبه جنگ لشکر روس

تاريخ شد آسمان مر آنرا


Beytini yanlış izah edərək, Xaqaninin Şirvan şahı Axsitanı tərif edərkən, onun rus qoşununa qalib gəldiyi tarixi روس شد ifadəsindən çıxarmağa çalışmışdır. Bunun üçün o أسمان sözünü süni olaraq اسم آن kimi təfriq etmiş və اسم آن -ın da rus(روس) olduğunu irəli sürmüşdür. Halbuki şerin məntiqi mənasından qətiyyən belə bir müəmma meydana çıxmır. Xaqani aydın surətdə deyir ki, مر آنرا(تاريخ شد (آسمان) müəmmada isə bu söz özünün sinonimi ilə əvəz edilə bilər. Burada işlənən “asiman” sözü həmin mənanı verən “ərş” sözü ilə əvəz edildikdə Vil­çevskinin روس شد tərkibindən əldə etdiyi hicri 570-ci il alınır.

Müəmma kəşfi qanununa görə maddeyi-tarixin tərkib his­sə­sinin parçalanması heç bir yerdə görünməmişdir. Yuxarıdakı beytdə روس شد tərkibi mütləq tarixi özündən sonra gələn sözdə axtarmağı tələb edir. شد Sözü heç zaman tarix olacaq sözə birləşə bilməz. Buna görə də məqalə müəllifi həmin beyti rus dilinə tərcümə edərkən özündən “будет” və “прибав” sözlə­rini artırmağa məcbur olmuşdur. O, Xaqaninin yuxarıdakı bey­tini belə anlamış və tərcümə etmişdir:

Твоей победой над войсками русов

Датой (будет) د، ش имя их (прибав) к этому35.

Maddeyi-tarixi belə zorakılıqla tapmaq üsulu qeyri-elmi olub, ümumi müəmma kəşfi qanununa uyğun deyildir.

Vilçevski Xaqani “Həbsiyyə”sindən də bir beyti nədənsə maddeyi-tarix hesab edib, müxtəlif icadlar etməklə oradan da istədiyi tarixi çıxarmağa cəhd etmişdir:


زر دو حرف افتاد و با هم هر دورا پيوندنه

36 پس کجا پيوند سازد با دل يکتای من
Vilçevski, nədənsə, bu beytdən Xaqaninin həbsdə yatdığı tarixi çıxarmağı lazım bilmiş və yenə heç bir qanuna əsaslan­madan onun birinci misrasını belə oxumuşdur:
(زرد) و (حرف) افتاد با (هم) هر (دو) را پيوندنه

O bu misranı öz məqsədinə uyğun olaraq belə tərcümə edir:

(زرد) və (حرف) sözləri düşüb, onları (هم) və (دو) sözləri ilə birləşdirir. Vilçevski özü deyir, özü birləşdirir və hicri 554-cü ili alır.

Hələlik qəbul edək ki, doğrudan da bu misra maddeyi-tarixdir və onu Xaqani yazan kimi yox, Vilçevski oxuyan kimi oxumaq lazımdır. Axı bu zaman, əvvəla, nə üçün “düşən” (زرد) və “hərf” (حرف) sözləri hesaba alınmalıdır? İkinci tərəf­dən, əgər onlar düşdüyü üçün hesablanmalıdırsa, bəs nə üçün (هم) və (دو) ilə birləşdirilməlidir?

Aydın olur ki, Vilçevskiyə nə cür olursa-olsun 554 rə­qə­mini almaq lazımdır. Buna görə də, o, süni bir maddeyi-tarix yaratmış və onu da istədiyi kimi oxuyaraq, istədiyi kimi də hərf­ləri atıb- tutmuşdur. Buna görə də maddeyi-tarixlərlə əla­qədar olan alim hər bir hərfə və maddeyi-tarix tərtibi qanun­larına ciddi riayət etməlidir.
Мягаля яввялляр Республика Ялйазмалар Фондунун «Ялйазмалар хязинясиндя» Ясярляринин ЫЫЫ жилдиндя (Бакы, 1972, с.13-24) вя «Мяммядаьа Султанов. Азярбайжан ялйазмашцнаслыьы мясяляляри» китабында (Бакы: Елм, 2000, с.31-50) няшр едилмишдир.

Nəyi və necə tərcümə etmək lazımdır
“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında bədii tər­cü­mə problemləri ilə əlaqədar keçirilmiş söhbətin material­la­rını diqqətlə oxudum, Professor Əkbər Ağayev yoldaşın söh­bət zamanı toxunduğu məsələ bu gün doğrudan da ciddi əhə­miyyət kəsb edir: “Nəyi və necə tərcümə etmək lazımdır”.

Bu problem barədə mən də öz fikrimi bildirmək istəyirəm.

Nəyi tərcümə etmək lazımdır?

Şübhəsiz ki, bədii tərcümə əsərlərinin nəşri plan­laşdırılar­kən, hər şeydən qabaq, nəşri vacib olan əsərlərin hansının ön plana çəkilməsi müəyyənləşdirilməlidir.



Lenin milli siyasəti sayəsində dünyanın sülhsevər, mütər­rəqi xalqları arasında dostluq, əməkdaşlıq, iqtisadi-texniki və mədəni əlaqələrin möhkəmləndiyi bir zamanda, bədii əsərlərin bir dildən başqa dilə tərcüməsi də getdikcə daha böyük əhə­miyyət kəsb edir. Sevindirici haldır ki, son yarım əsrdə qardaş sovet xalqlarının diqqətəlayiq əsərləri ana dilimizə tərcümə olunduğu kimi, xarici ölkələrdə də tarix boyu yaranmış bədii məzmunlu ədəbi nümunələrin də bir çoxu Azərbaycan dilinə tərcümə edilmişdir. Bu iş xalqımızın mədəni inkişafına xidmət edir. Biz Puşkin, Lermontov, Çernışevski, Tolstoy, Şevçenko, Qorki, Şoloxov, Mayakovski, Ostrovski, Nəvai, Məxdumqulu, Rustaveli, Homer, Ərəstu, Şekspir, Servantes, Bayron, Dante, Hüqo, Cek London, Drayzer, Firdovsi, Xəyyam, Sədi, Hafiz, Cami, Tofiq Fikrət… kimi adları bəşər mədəniyyəti xəzinəsinə daxil olan, məşhur ədib və şairlərin əsərlərini ana dilimizdə oxuyarkən onların mütərcim və naşirlərinə qayibanə olsa da, öz minnətdarlığımızı bildiririk. Ancaq öz xalqının mədəni irsini ürəkdən sevən bir azərbaycanlı kimi, mən babalarımızın tarix boyu müəyyən səbəblər üzündən ərəb və fars dillərində yazdıqları dərin məzmunlu əsərlərin müasir və gələcək varislərə çatdırılmasını da çox vacib hesab edirəm. Təəssüf etdim ki, “Ədəbiyyat və incəsənət” qəzetində toplaşan yoldaş­lar nədənsə bu mühüm problemi, demək olar ki, unutmuşlar. Axı, bizim zəngin mədəni irsimiz nəinki təkcə ərəb-fars dilləri pərdəsi arxasında yatıb qalmış, həm də külli miqdarda ədəbi abidəmiz ərəb və latın əlifbasında qalıb unudulmaq üzrədir. Bu zəngin irsin müasir nəslə çatdırılması yuxarıda adlarını çəkdi­yim dünya sənətkarlarının əsərlərinin tərcüməsindən az əhə­miy­yətli deyildir. Fikrimizi daha aydın ifadə etmək məqsədilə bir neçə misal göstərməyi lazım bilirəm. Ədəbiyyat müəllim­lərimiz istər orta, istər ali məktəblərdə Azərbaycan ədəbiyyatı tarixindən danışarkən Zülfüqar Şirvani, Fələki Şirvani, Müci­rəd­din Beyləqani, Mahmud Şəbüstəri, Əssar Təbrizi, Saib Təb­rizi, Qasümül Ənvar, Kişvari, Məsihi…kimi bir çox klassik şairimizin tərcumeyi-halını danışıb, hansı əsərlərin mü­əl­lifləri olduqlarını sadalayırlar. Lakin uşaqlar həmin şairlərin əsərlərini ana dilində tapıb oxuya bilmirlər. Mahmud Şəbüs­tərinin “Gülşəni-raz” adlı fəlsəfi əsəri. Əssar Təbrizinin iki gəncin dostluğundan danışan, olduqca qiymətli “Mehr və Müştəri” poeması, Füzulinin ərəbcə yazdığı “Mətlə-ülətiqad”ı, farsca yazdığı “Rind və zahid” əsəri, Saib Təbrizinin “Qən­dəharnamə”si, Arif Ərdəbilinin “Fərhadnamə”si, Mirzə Şəfi Vazehin külliyatı, Abbasqulu Ağa Bakıxanovun farsca yazdığı “Kəşfül-qəraib”, “Təhzibül-əxlaq”, ərəbcə yazdığı “Əsrarül-mələkut” və «Eynəlmizan» əsərləri, Seyid Əzim Şirvaninin fars divanı… hələ Azərbaycan dilinə tərcümə və nəşr edil­mədiyi bir zamanda biz tərcümə işimizdən razı qala bilərikmi? “Ədəbiyyat və incəsənət” qəzetinin 15 fevral 1975-ci il tarixli nömrəsində Əlyar Səfərlinin “Çoxmu gözləyəcəyik?” adlı mək­tu­bunda da məhz bu məsələlərə toxunulmuş, ciddi həyə­can siqnalı verilmişdir. Respublikamızın müxtəlif nəşriyyat­larında tərcümə və nəşr planları tərtib edilən zaman, hər il bü­tün dünya klassikləri ilə yanaşı, öz irsimizin – öz klassik ədib və şairlərimizin əsərləri də unudulmamalıdır. Əks təqdirdə biz olduqca zəngin mədəni irsimizi bir neçə on ilə qədər də xalqımıza çatdıra bilməyəcəyik. Biz nəyi tərcümə və nəşr etməyi fikirləşəndə, öz irsimizə daha çox yer verməyə çalış­malıyıq. Buna görə də, mən arzu edərdim, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Işləri Komitəsi yanında Azərbaycan klassiklərinin əsərlərinin tərcümə və nəşr etməyi planlaşdıran daimi bir dövlət komissiyası yaradılsın. Bu komissiya hər il azı 300 çap vərəqi həcmində klassik irsin tərcümə və nəşrini müvafiq nəşriyyatlar xəttilə planlaşdırsın. Bu zaman həyatını mədəni irsimizin tərcümə və nəşrinə həsr edən peşəkar mütərcim, şair və ədiblərimiz arxayınlıqla çalışıb əmin olarlar ki, onların tərcümə etdikləri əsərlər həqiqətən çap olunacaqdır.

Necə tərcümə etmək lazımdır?

Doğrudan da, tərcümənin keyfiyyəti nəyi tərcümə etmək işindən az əhəmiyyətli deyil. Azərbaycan, Yaxın və Orta Şərq klassiklərinin ərəb və fars dillərində yazmış olduqları dərin fəlsəfi məzmunlu əsərləri solğun ifadələrlə, məna təhrifləri ilə tərcümə etmək həmin klassiklərə hörmətsizlik olmazmı?! Key­fiy­yətsiz tərcümələr əsasında müəlliflərin dünya- görüşlərini, onların sənətkarlıq qüdrətini necə dərk və tədqiq etmək olar?

“Ədəbiyyat və incəsənət” qəzetinin ara-sıra bu mühüm problem barədə öz səhifələrində bəhs açması təsadüfi deyildir.

Hər şeydən qabaq deməliyik ki, yüksək keyfiyyətli tərcü­mə üçün əsas əməllərdən biri hansı əsəri kimin tərcümə və redaktə etməsidir. Daha doğrusu, hər bir əsərin tərcüməsi üçün müvafiq mütərcim və redaktor seçilməlidir. Klassik irsi hansı dildə olur-olsun tərcümə edən şəxs orijinalın dilini də öz ana dili qədər təmiz bilməlidir. Lakin bu hələ hər şeyi həll etmir. Mütərcim orijinal müəllifinin dünyagörüşü, yazı üslubu və sənətkarlıq xüsusiyyətilə yaxından tanış olmalıdır. Bu məsələ poeziya nümunələrini tərcümə edənlərə daha çox aiddir. Azərbaycan, Yaxın və Orta Şərq klassiklərinin fars və ərəb dilində yazdıqları şerləri Azərbaycan dilinə tərcümə edən şairin üzərinə olduqca böyük məsuliyyət düşür. Bu sahədə çalışan mütərcim orijinalın həm formasını, həm ideya məzmu­nunu, həm də sənətkarlıq xüsusiyyətlərini yüksək keyfiyyətlə ifadə etməyə bütün bacarığı ilə çalışmalıdır.

Klassikləri tərcümə zamanı şeirin vəznindən söhbət düşən­də, tez-tez eşidilir ki, bizim doğma vəznimiz heca vəzndir, buna görə də, bütün klassik əsərlər, xüsusilə poemalar heca vəznində tərcümə edilməlidir. Əvvələn, bu fikir tamam səhvdir ki, güya əruz vəzni bizim doğma vəznimiz deyil. 30-cu illərdə gənc şairlərimizin əksəriyyəti əsərlərini heca vəznində yazdıq­ları üçün bəzi üzdəniraq ədəbiyyatşünaslar əruz vəznini hətta əksinqilabi vəzn adlandırmaq da istəmişdilər. Əgər indi Azər­baycan xalqının əsrlər boyu yaranmış olduğu bütün poeziya­sının nəzərdən keçirsək, adi riyazi hesablamalar göstərər ki, bu irsin böyük əksəriyyəti məhz əruz vəzninin müxtəlif bəhrlə­rində yaranmışdır. Deməli, biz əruzla yazılmış hər hansı bir əsəri tərcümə edərkən, onun bizə yabancı olmayan vəznini də saxlamağa çalışmalıyıq. Çox sadə bir misal göstərək. Dahi Nizami öz “Xəmsə”sini yaradarkən hər poemanı əsərin ruhuna müvafiq qələn bir əruz bəhrində yazmışdır. Məsələn, o “Leyli və Məcnun”u məzmuna müvafiq gələn həzin bir əruz bəhrində yazdığı halda “Iskəndərnamə”ni gürultulu əruz bəhrində yaz­mışdır. Yeri gəlmişkən beş müxtəlif bəhrin ikisini ilk dəfə olaraq Nizami yaratmışdır. Lakin Azərbaycan dilinə edilmiş tərcümələrə nəzər salsaq görərik ki, şairlərimiz bu poemaların 4-nü heca vəzninin 11-liyi ilə tərcümə etmişlər. Nizami əsərlə­rinin orijinalından bircə beyt oxunduqda onun hansı poemadan olduğunu vəzninə görə dərhal təyin etmək mümkün olduğu halda, poemaların Azərbaycan dilinə yeknəsəq tərcümələrində bunu duymaq olmur.

Abbasəli Sarovlunun “Ədəbiyyat və incəsənət” qəzetinin fevral, 1975-ci il tarixli nömrəsində dərc etdirdiyi “Orijinaldan orijinal tərcümə” adlı məqaləsində də klassik irsin bədii tərcuməsi zamanı forma seçmək məsələsinə xüsusi fikir veril­miş­dir. Sarovlu fars dilində yaranmış Azərbaycan və Yaxın Şərq klassiklərinin poemalarını, əruz vəzninin hansı bəhrində yazılır-yazılsın, Azərbaycan dilinə ancaq heca vəzni ilə tər­cümə etməyi məsləhət görür və buna sübut olaraq dünya xalqlarının özlərinə məxsus poetik ölçülərdə yaratmış olduq­ları əsərləri həmin ölçülərlə dilimizə çevirməyin mümkün olmadığını bildirir. Sarovlu göstərir ki, “Şahnamə”ni rus dilinə tərcümə edərkən tələb etmək olmaz ki, orijinalın mütəqarib bəhrini mühafizə etsinlər. Qeyd etməliyəm ki, “Şahnamə”ni rus dilinə tərcümə edən təcrubəli, istedadlı rus şairləri onun vəzninin də qorunmasına mümkün qədər çalışmış, 4 bölgülü amfibraxiy ölçüsünü orijinalın 4 bölgülü mütəqarib bəhrinə daha müvafiq hesab etmişlər. Belə olduqda, biz nə üçün gərək Nizaminin “Iskəndərnamə”sini və Firdovsinin “Şahnamə”sini tərcümə edərkən müəllif əsərlərinin mövzularına müvafiq seçilmiş və bizə də doğma olan mütəqarib vəznini saxlama­yaq?! Məsələ təkcə orijinalın vəznini saxlamaqda deyil, onun janrını, məzmununu, bədii ifadə vasitələrini, bir sözlə, sənətkarlıq xüsusiyyətlərini də mümkün qədər qorumalıyıq. Tərcüməçinin yaradıcı sərbəstliyindən sui-istifadə edərək, orijinalı pis mənada özününküləşdirmək olmaz. Mütərcimin öz fikirlərini orijinala yükləməyə ixtiyarı yoxdur. Bu zaman məna təhrifləri meydana çıxır ki, bu, vəzni və janrı dəyişməkdən daha çox zərərlidir.

Marksizm klassikləri, habelə məşhur rus tənqidçiləri – Belinski, Çernışevski, Dobrolyubov tərcümə zamanı məna təhrifinə yol verən mütərcimləri dəfələrlə pisləmişlər.

Eyni bir əsəri bir neçə şair tərcümə etdikdə, orijinalın kim tərəfindən daha yaxşı saxlandığını müqayisə vasitəsilə aydın­laş­dırmaq asan olduğu üçün söhbət zamanı Vəkil Hacıyev yoldaş “Faust” əsərinin rus dilinə müxtəlif tərcümə­lərinin bir-birindən fərqli olduqlarını göstərmişdir. Belə müqayisə “Şah­namə”nin rus dilinə tərcüməsi zamanı da aparılmış, bu tərcü­mələrin hansının həm forma, həmdə məzmunca orijinala daha yaxın olduğu aydınlaşdırılmışdır. Bu fikri faktik bir material əsasında izah etmək məqsədilə M.F. Axundovun Puşkinin vəfatı münasibətilə yazdığı “Şərq poeması”nın Azərbaycan dilinə tərcümələrinə nəzər salmaq olar. Məlumdur ki, bu poema özünün dərin məzmunu, sənətkarlığı və emosional təsiri ilə Azərbaycan poeziyası tarixində müstəsna əhəmiyyətə malikdir. Hər şeydən qabaq Axundov bu poema ilə özünün mütərəqqi rus mədəniyyətinə, Puşkinin yüksək sənətinə olan dərin hüsn-rəğbətini açıb göstərmiş və ədəbiyyatımızı böyük tarixi, siyasi və ədəbi əhəmiyyəti olan bir əsərlə zəngin­ləş­dirmişdir.

M.F.Axundovun 100 misradan ibarət olan bu əsəri əruz vəzninin müctəz bəhrində məf Ailün-fəil Atün-məf Ailün-fəil At ölçüsündə, qəsidə janrında yazılmışdır. Poema 1937-ci ildə Mikayıl Müşfiq, Cəfər Xəndan və Böyükağa Qasımzadə tərə­findən Azərbaycan dilinə tərcümə edilmişdir. Hər üç tərcümə öz dövrü üçün müsbət ədəbi hadisə kimi qiymətləndirilmişsə də, tərcümələrin hansının orijinala daha çox mütabiq olduğu öyrənilməmişdir.

“Ədəbiyyat və incəsənət” qəzetində aparılan fikir mübadi­lə­sində “Gənclik” nəşriyyatının baş redaktoru Ilyas Tapdıq yoldaş Cəfər Xəndanın tərcüməsini yaxşı nümunə kimi misal çəkmişdir. Əslində isə, Cəfər Xəndan poemanın müctəz bəhrini daha dolğun rəməl bəhrilə, qəsidə janrını isə məsnəvi janrı ilə əvəz etmiş, böyük sərbəstliyə yol vermiş və yüz misralıq əsəri 110 misrada çevirmişdir. Misallara müraciət edək: Mirzə Fətəli poemanın bir yerində yazır:
Bil ki, şöhrət səsi və hünər sədası,

Dövr edən səma günbəzini dolduran hay-küyə bənzər.


Bu bir beyt belə tərcümə edilmişdir.

O rəşadət, o şücaət, o igidlik, o hünər,

Fələyin əmrinə sadiqmi qalıb, verdi zərər?

Unudub şeirimi yüksəklərə qalx, eylə nəzər,

Gör necə töhfvə verir dilbərinə boş göylər?
Mirzə Fətəlinin mənası tam aydın olan fəlsəfi beytinin tərcüməsindən məna çıxarmaq da çətindir.

Böyükağa Qasımzadə poemanı heca vəzninin 14-lüyü ilə tərcüməyə başlamış və ara-sıra həmin ölçünün yarılamaları olan 7-liyə keçmişdir. Mirzə Fətəlinin 100 misradan ibarət olan poeması Böyükağa Qasımzadənin tərcüməsində 164 misra olmuşdur. Tərcümənin həcm etibarı ilə 64 misra artması aydın göstərir ki, Böyükağa da sərbəstliyə yol vermiş və Mirzə Fətəlinin şeirinə yerli-yersiz əlavələr etmişdir. Məsələn:


- Bir nəzər qıl ətrafa, dinlə heyrətlə məni,

- Qaranlıqlar içində bir almaz görmüş kimi,

- Sulayır gülüstanı gözünün jaləsilə,

- Rəngi əlvan gözəl,

kəpənəyi olsaydım,

saralsaydım-solsaydım,

- Mən bilirəm göylərin öz pərəstişkarına,

söz pərəstişkarına

verdiyi töhvəsini.

- Buraxıb çəmənliyə,

tərk edib gülüstanı

öz uğursuz əlilə…

- Allahın mərhəməti və dünyanın ilqarı və sair.
Orijinalda olmayan belə misralar şeirin ruhuna bir çox halda zidd olub, fikir və məzmun silsiləsini pozur.

Mikayıl Müşfiq də poemanı heca vəznində tərcümə etmiş­dir. Tərcümənin əsas ölçüsü 12-lik olub, bölgüsü 7+5 (bəzən 5+7-dir). Müşfiqin tərcüməsini iki əvvəlki tərcümədən ayıran cəhət budur ki, o, poemanın qəsidə janrını və qəsidə qafiyə sistemini muhafizə etmişdir. Müşfiq şeiri daha çox orijinala yaxınlaşdırmış və əsərin həcmini də artırıb-əskiltməmişdir. Onun tərcüməsindən hər hansı beyti orijinala mütabiq bir beytlə yoxlamaq həmişə mümkündür. Əlbəttə, bunlar Müşfiq tərcüməsinin üstün cəhətləridir. Buna baxmayaraq, Müşfiqin tərcüməsi də nöqsansız deyildir. Əruz vəzninin tələbi kimi ərəb-fars sözlərinin çox işlənməsini irad tutan yoldaşlara bil­dir­məliyəm ki, bu məsələ vəzndən çox, şeirin janrı ilə əlaqə­dardır. Müşfiq tərcüməni heca vəznində etməsinə və özünün də çox qüdrətli şair olmasına baxmayaraq, orijinalın klassik qəsidə janrının təzyiqi altında Azərbaycan dilinə yabançı olan xaksar, güzar, pürvüqar, iğbirar, zinəti-rüxsar, ixtar kimi ərəb-fars söz və tərkiblərini qafiyə yerində işlətməli olur.

Puşkinin ölümünə yazılmış “Şərq poeması”nın bu üç tərcüməsi göstərir ki, eyni bir klassik əsər həm əruz, həm də heca ilə tərcümə edilə bilər. Amma, necə? Cəfər Xəndan əsəri əruzla tərcümə edərək, qəsidə janrını məsnəviyə çevirmiş və şeri özününküləşdirmişdir. Lakin əruz vəzni onu çətin anlaşı­lan ərəb-fars sözlərini işlətməyə məcbur etməmişdir. Buna görə də, həmin tərcümə tez əzbərlənir. Lakin Müşfiq poemanı heca vəznində tərcümə etməmişsə də, orijinalın qəsidə janrını mühafizə etdiyindən, ancaq qafiyə yerlərində ərəb-fars sözləri işlətməyə məcbur olmuşdur. Demək dilimizə yabançı sözləri gətirən əruz vəzni deyil, orta əsr poeziyasının janrlarıdır. Kimə məlum deyil ki, klassik şeirin qəsidə, tərkibənd, tərcibənd, müəşşər, müsəmməd, müsəddəs, müxəmməs və qəzəl növləri hər beytin axırında eyni qafiyə tələb etdiyi üçün müəllif və eləcə də mütərcim bu janrların tədəbinə müvafiq olaraq, bəzən ərəb-fars söz və tərkiblərini də işlətməyə məcbur olur. Deməli, klassik şeiri tərcümə edərkən, onların vəznini deyil, janrını saxlamaq hünərdir. Bu janrlar içərisində ən asanı məsnəvidir. Çünki məsnəvi əruz vəzninin hansı bəhrində yazılsa da, təmiz Azərbaycan dilinə tərcümə edilə bilər. Həmin bəhrlər istedadlı mütərcimi ərəb, fars söz və tərkiblərini işlətməyə məcbur edə bilməz. Misal üçün, hələ 1908-ci ildə Nəzir ağa Qayibovun orijinalın öz vəznində tərcümə etdiyi «Rüstəm və Söhrab» dastanından bir parçaya nəzər salaq:
Sərildi yerə çəkdi Söhrab dad,

Qaraldı gözündə bütün kainat.

Dedi Rüstəmə: «Ey qoca pəhləvan»,

Sənə mən iki dəfə verdim aman.

Görüncə sənin mən qoca yaşını,

Sənə qıymayıb, kəsmədim başını.

Aman vermədin sən mənə heç bir an,

Ki, yox səndə heç mərhəmətdən nişan.

Yaxud klassiklərimizin müxtəlif əruz bəhrlərində yazdıq­ları şerlərindən aşağıdakı misallara nəzər salaq.
- Qızılgül, bağü-bustanım, nə dersən,

Fəda olsun sənə canım, nə dersən? (Xətai)


Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

(Füzuli)
- Qorxuram Zakiri hicran qəmi bir halə sala,

Görən adəm deyə, vay-vay, budu divanə gəlir.

(Zakir)
- Oğul mənimdir əgər, oxutmuram əl çəkin,

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. (Sabir)


Habelə Xaqaninin qəzəllərindən bir tərcüməyə baxaq:
Canım nə qədər var, mənə canan sən olarsan,

Candan da əziz olsa, bir insan sən olarsan.

Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,

Hər dərdim olarsa, ona dərman sən olarsan.

Xaqani deyir: gəlsən əgər ey gözü şəhla,

Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.


Göründüyü kimi, əruz vəznində günah yoxdur. Əsil məsələ mütərcimin peşəkar, sənətkar mütərcim olmasındadır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılmış yuxarıdakı şeirləri hansı oxucu başa düşməz? Biz Vaqif, Seyid Əzim, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm, Ə. Vahid və başqa şairlərimizin əruz vəznində təmiz azərbaycanca yazdıqları şeirlərindən də çoxlu misal gətirə bilərdik.

Əlbəttə, bununla müasir sovet şairlərinin öz əsərlərini əruz vəznində yazmasını tələb etmirik. Heç kim müasir şairimizə bu və ya digər əsərini nə üçün əruz və ya heca vəznində yazdığını nöqsan tuta bilməz. Biz dahi sənətkarlarımızın keçən əsrlərdə yazıb, yadigar qoyduqları əsərlərin vəznlərini də mümkün qədər saxlamağı məsləhət bilirik. Əruzla yazılmış bir qəsidəni məsnəvi ilə, həm də heca vəznində tərcümə etsək, onu qəsidə adlandırmaq olarmı? Bu ona bənzəməzmi ki, Nizami heykəlini yaradarkən ona müasir paltar geyindirək?!

Doğrudur ki, biz klassik əsərləri tərcümə edərkən, dilimizin təmizliyinə olduqca ciddi fikir verməliyik. Buradaca başqa bir həqiqəti də inkar etmək olmaz ki, bizim babalarımız ərəb və fars dillərini mükəmməl bildikləri üçün, ana dilində yazdıqları şeirlərdə də yeri gəldikcə, bu dillərdən ədəbiyya­tımıza keçib, vətəndaşlıq hüququ qazanan və müasir oxucular tərəfindən tamamilə anlaşılan söz, ifadə və tərkibləri işlət­mişlər. Bunlar qonşu ölkələrin xalqları ilə təmas nəticəsində bizimləşən sözlərdir. Bu gün belə ərəb və fars sözlərini dəyiş­məyə ehtiyac da yoxdur. Eləcə də, bir çox Azərbaycan sözü fars dilinə keçmiş və fars dilində yazılmış əsərlərdə işlədil­mişdir. Lakin elə ərəb və fars tərkibləri var ki, onlar Azərbay­can dilində yaranmış klassik ədəbiyyatımızda bol-bol işlən­miş­sə də, bizimləşə bilmədikləri üçün onları bugünkü şeiri­mizə gətirmək olmaz. Məsələn: istiğna, haşa, müqtəda, şəbab, firib, xuşunət, müstəmənd, şərmisar, sərəfraz, fərcam, nikah­ban, mədyun, həras və s. Lakin klassik şairlərimizin 100 beyt­dən artıq olan böyük həcmli qəsidələrini, tərkibənd və tərci­bəndlərini tərcümə edərkən, mütərcim istər-istəməz orijinal şeirin qafiyə və janrını mühafizə etmək xatirinə belə sözləri də işlətməyə məcbur olur.

Əgər biz Xaqaninin məşhur “VII Qəsideyi-şiniyyə”sini he­ca ilə həm də məsnəvi janrında tərcümə etsək, Xosrov Dəh­ləvi, Cami, Füzuli kimi klassiklərin ona eyni vəzn və qafiyədə yazdıqları nəzirələri necə seçə bilərik?

Buna görə də, belə tərcümələrdə, xüsusilə qafiyə yer­lərində işlədilən ərəb-fars sözlərinə lüğət vermək ləqəbi mey­dana çıxır.

Dilimizin təmizliyini haqlı olaraq tələb edən yoldaşların bəziləri klassik şeiri tərcümə etmədikləri üçün bu işin nə qədər çətin olduğunu da duya bilmirlər. Bəzən bircə beyt üzərində saatlarla vaxt itirir, yenə orijinalın məna və sənətkarlığını qoruya bilmədiyini etiraf etməli olursan. Belə hallar xüsusilə müasir Şərq poetikasında məşhur olan cinas, ləffü-nəşr, lütf daxili qafiyələri qorumaq zamanları daha çox hiss olunur. Məşhur hind şairi Əmir Xosrov Dəhləvi iqbal sözünü tərsinə oxuyarkən, labəqa olduğunu nəzərə çarpdırdığı zaman, mü­tərcim, bu iqbal və labəqa sözlərini öz tərcüməsindən necə ata bilər? Habelə, Nəsiminin fars şeirlərində nəzərə çarpan “lən­tə­ranı”, “küntü kənz”, “təçəlla” sözlərini tərcümə etmək olarmı.



Klassikləri tərcümə zamanı ikinci dildən tərcümə barədə də bir neçə söz demək istəyirəm. Nədənsə orijinaldan tərcüməni bacaranlara üstünlük verildiyi halda, çox zaman nəşriyyat işçiləri tərcüməyə verilən əsərləri, nəzərdə tutduqları mütərcimin xatirinə onu ikinci dildən və ya sətri tərcümədən etdirirlər. Əlbəttə, məsələn, Çin dilindən bir əsər tərcümə edilməlidirsə, mütləq sətri tərcüməyə ehtiyac duyulacaqdır. Buna görə də, görürsən eyni bir şair çin, alman, ingilis, ərəb, ispan, italyan, fransız, fars və s. dillərdən tərcümə edir. Oxucuya elə gəlir ki, bu şair neçə dili belə gözəl bilir. Halbuki, bu hörmətli mütərcim bir-birinə oxşamayan bu dillərdən bir kəlmə də başa düşmür. O, şeiri ancaq ya rus dilindən, ya da sətri tərcümə vasitəsilə çevirmişdir. Sətri tərcümə edən alimin adı isə heç yerdə öz əksini tapmamışdır. Hələ sətri tərcüməni az savadlı adamlar edirlərsə, bədii tərcümələrdə mövcud olan məna təhriflərinin çoxu, həmin sətri tərcümədə olan məna təhriflərindən doğur. Buna görə də, sətri tərcümələrin özləri də ciddi yoxlanılıb, redaktə edilməlidir. Sətri tərcümə və ya iknci dildə mövcud olan məna təhrifləri bədii tərcüməyə keçən zaman bu tərcüməni orijinalla müqayisə edib, mütərcimi tənqid etməyə heç kimin haqqı yoxdur. Bu məsələ Azərbaycan dilinə tərcümə edilmiş bir çox klassik əsərlərə aiddir. Ancaq birbaşa fars dilindən tərcümə olunan Marağalı Əvhədinin “Cami-cəm”i, Caminin “Yusif və Züleyxa”sı, Əmir Xosrov Dəhləvinin “Şirin və Xosrov”u, Firdovsinin “Şahnamə”si, Füzulinin, Nəsiminin, Bakıxanovun divanları bədii tərcümə problemi baxımından müsbət hadisədir ki, orijinaldan tərcümə etməyi bacaran belə kadrlar lazımı qədər qiymətləndiril­mə­lidir. Peşəkar şair – mütərcim, bir klassik şairin əsərini tərcümə etdikdə, hər şeydən qabaq onun dəqiq mətnini əldə etməlidir. Çünki mətn nə qədər müəllif variantına yaxın olarsa, o vaxt şairin fikrini də düzgün tutmaq və tərcümə etmək olar. Misal üçün, Nizaminin lirikası yaxşı seçilmədiyi üçün, hətta bəzən Nizamiyə aid olmayan şeirlər də onun adına tərcümə edilmişdir. Yaxud Nizaminin “Xosrov və Şirin” poeması sonralar elmi-tənqidi mətnə əsasən yoxlanıb, ikinci dəfə nəşr edilən zaman ondan neçə yüz beyt atılmış və əlavələr edilmişdir. Bu hal Hafiz Şirazinin qəzəllərinin tərcüməsi və Sədinin “Bustan” əsərinin tərcüməsi zamanı nəzərə alınmadığı üçün ciddi nöqsanlara yol verilmişdir. Qəribədir, bəzən mütərcimlər klassik əsərləri tərcümə edərkən, çətinliyə rast gələn zaman onu ixtisar etməyi daha məqsədəuyğun hesab edirlər. Belə ixtisarlar isə, şairin fəlsəfi görüş sisteminin pozulmasına gətirib çıxarır. Redaksiyada söhbət zamanı Ənvər Rza yoldaş Bayron əsərlərinin tərcüməsi zamanı belə hallara yol verildiyini qeyd edir. Bu cür “ixtisar”lar Şərq klassiklə­rinin əsərlərinin tərcüməsi zamanı da baş vermişdir. Məsələn, bu yaxında, anadan olmasının 700 illiyi bütün dünyada qeyd ediləcək dahi hind şairi Əmir Xosrov Dəhləvinin Nizami Gəncəviyə nəzirə olaraq yazdığı “Şirin və Xosrov” əsərində Xosrovun alimə sual-cavabı yerində kainatın quruluşu, əqlin dərəcələri kimi dərin fəlsəfi fikirlərə verilmiş cavab (çətin olduğuna görə) tamamilə ixtisar edilmişdir. Klassik əsər tərcümə edilərkən, onun bir çox hissəsi, xüsusilə kitabın başlanğıcı bir qayda olaraq ixtisar edilir. Bu hal Sədinin “Gülüstan” əsərinin əvvəlində də baş vermişdir. Bu, əsəri əzbərdən bilənlərin etirazına səbəb olmuşdur.

Göründüyü kimi, bədii tərcümənin bir çox ciddi nəzəri, elmi, praktiki problemləri vardır. Ara-sıra “Şahnamə” tərcü­mə­sində olduğu kimi (Ə. Mübariz), “Faust” (Ə. Cəmil), “Ilahi komediya» (Ə. Kürçaylı), “Şirin və Xosrov”, “Vis və Ramin” (Abbasəli Sarovlu) və başqa sanballı poeziya tərcümələrinin çapdan əvvəl mütəxəssislər məclisində, mətbuat səhifələrində müzakirəsini təşkil etsək, indiyə qədər buraxılan nöqsanlara son qoya bilərik. Belə müzakirələr bədii tərcümələrin key­fiyyətini yüksəltmək baxımından nəşriyyat rəhbərlərinə də böyük kömək olar.


Мягаля илк дяфя «Ядябиййат вя инжясянт» гязетинин 1 март 1975-жи ил тарихли нюмрясиндя дярж олунмушдур.
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə