Мяммядаьа султанов йазылы абидялярин тядгиги бакы – 2010 азярбайжан милли елмляр академийасы




Yüklə 1.17 Mb.
səhifə3/9
tarix23.02.2016
ölçüsü1.17 Mb.
1   2   3   4   5   6   7   8   9

ORTA ƏSR ƏLYAZMALARINDA MÜƏMMA,

ONUN TƏRTİBİ BƏ KƏŞFİ
Klassik Şərq ədəbiyyatında başqa poetik vasitələrlə bərabər, müəmma da çox yayılmışdı. Müəmma yaratmaq və ya müəmma kəşf etmək yüksək sənətkarlıq qüdrəti və dərin elmi bilik tələb etdiyindən bu məsələyə ədəbiyyat aləmində məhz böyük istedada malik olan şairlər girişə bilmişlər. Müəmma sənətinə biz Xaqani, Nizami, Qivam Mütərrizi, Zülfüqar Şirvani kimi XII- XIII əsrlərdə yaşamış qüdrətli Azərbaycan şairlərinin əsərlərində də təsadüf edirik. Bütün orta əsrin əlyazma poetika kitablarında müəmmadan bəhs edilmişdir. Adları bizə bəlli olan şairlərin bir çoxu müəmma yaratmaqda qələmlərini sınamışlar. Lakin müəmma xüsusi bir ədəbi janr kimi XV əsrldən işlənməyə başlamışdır. Çünki məhz bu dövrdə şairlər qədim ədəbiyyatın Firdovsi, Xaqani, Nizami kimi nəhəng simaları səviyyəsinə yüksələ bilməyəcəklərindən qorxaraq, yeni formalar axtarmağa və bu formalarda müvəffəqiyyət qazanmağa çalışmışlar. Belə ki, bəzən bu səy poeziyada formalizmə belə gətirib çıxarmışdır. Bu dövrlərdə şerdə mürəkkəb mənalar işlətmək məharət sayıldığından müəmmadan da bol- bol istifadə edilmişdir. Təsadüfi deyildir ki, Cami, Nəvai, Füzuli1 kimi böyük alim- şairlər öz divanlarında müəmmaya xüsusi yer vermiş və bu sənətin başqa alim və şairlər tərəfindən öyrənilməsində böyük rol oynamışlar. Əbdür­rəh­man Cami müəmma tərtibi və kəşfi barədə üç əsər yazmışdır. Bunlardan ən görkəmlisi “Müəmmayi- kəbir” adlanır. Əlişir Nəvai­nin tapşırığı ilə Kəmaləddin Hüseyn ibn Məhəmməd (Mir Hüseyn Nişaburi adı ilə məşhurdur) “Müəmma” adlı xüsusi bir əsər yazmış­dır. Cami Mir Hüseynin bu əsərinə yüksək qiymət verməklə bərabər, onu ciddi tənqid etmiş və demişdir ki, nə qədər Mir Hüseyn sağdı, onun müəmmalarını kəşf edə bilməyənlər ona müraciət edə bilərlər, lakin o öldükdən sonra bu müəmmalar da onunla birlikdə ölüb ge­də­cəkdir. Buna görə də Mir Hüseynin şagirdi Sadıq Rükni Aşiq öz şa­girdlik borcunu yerinə yetirərkən müəl­liminin əsərinə “Şərhi- mü­əm­mayi- Hüseyni” adlı izahat yazmışdır. Həmin əsəri sonralar Azər­baycan alimlərindən Ziya Ordubadi və Əbdülvahab ibn Cəlaləddin Həmədani Azərbaycan və fars dillərində yenidən şərh etməli olmuş­lar2.

“Əbdəül- bədaye” əsərinin müəllifi Şəmsül- üləma müəmma tərtibi və kəşfi haqqında Bədiüz- Zamanın “Kənzül- Əsma fi kəşfil- müəmma” adlı əsər yazdığını, habelə Əbdülmüin Bəlxinin də xüsusi əsər yazdığını xəbər verir3.XV- XIV əsrlərdə müəmma yaratmaq o qədər yayılmışdı ki, bəzi şairlər özlərinə hətta “Müəmmayi” təxəl­lüsü götürmüşdülər (Məsələn, Xosrov Dəhləvinin əsərlərini toplayan Mövlana Məhəmməd Müəmmayi kimi).

Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə bu məsələ ilə filolo­giya elmləri doktoru (akademik-red.) H. Araslı məşğul olmuş­dur. O, Füzuli müəmmaları haqqında yazdığı məqalədə bu barədə müxtəsər məlumat verərək təsdiq edir ki, “orta əsr mədrəsələrində hətta “elmi- müəmma” adlı xüsusi bir fənn də keçilmişdir”4. Orta əsrlərdə özünü qüdrətli hesab edən hər şair bütün şer növlərində şer yazarkən müəmma yaratmağı da unutmamış və bu vasitə ilə öz tizfəhmliyini göstərməyə çalışmışdır.

Məhəmməd Füzuli müəmmanın zərifliyindən bəhs edərkən deyir: “Müəmma bütün nəzm şərtlərinə uyğun müəyyən bir fikir ifa­də edən bədii parça olmalıdır”5.

Əbdürrəhman Cami də özünün “Usuli- müəmma” adlı əsərində deyir: “Müəmmada incəlik odur ki, şair aydın məna daxilində müəy­yən fikri və ya adı məharətlə gizlədə bilsin”6.

Bəs şerdə müəmma nədir, o necə tərtib və kəşf edilir?

Müəmma klassik poetikada müxtəlif bədii vasitələrlə fikrin (bir adın və ya tarixin) gizlədilməsinə deyilir. Burada bəzən hərf söylə­nilib rəqəm və ya rəqəm söylənilib hərf nəzərdə tutulur, bəzən “təshif” və “təqlib” adlanan poetik xüsusiyyətlərlə yaradılmış fikir­lər irəli sürülür, bəzən də ərəbcə deyilib farsca, farsca deyilib ərəbcə söz nəzərə alınır və h.b.

Müəmmalar öz quruluşu etibarı ilə olduqca müxtəlifdir. Mü­əmmaya dair əlyazma mənbəələrində müəmma sənətinin 24 vasitə ilə yaradıldığı haqqında məlumat verilmişdir7. “Müəmmayi- Hüsey­ni” əsərinin müəllifi İbn Məhəmməd əl-Hüseyni 22 vasitənin adını çəkir və bunları “Təshili” تسهيلى, ”Təkmili”تكميلى , “Təhsili” تحصيلى və “Təzyili”تذيلى deyə 4 qrupa bölür8. Lakin bütün bu axta­rış­lar arxaik ifadə və anlaşılmaz məfhumlarla yazılıb izah edildiyi (və ya aydın izah edilmədiyi) üçün bir çox məsələ və çıxarılmış nəticələr havadan asılmış qalır9.

Bu məqalədə biz əlyazmalar və poetikaya dair nəşr edilmiş çap kitabları üzərində apardığımız tədqiqat nəticəsində həmin 24 tərtib vasitəsini 18 tərtib vasitəsilə birləşdirərək, onları daha sadə izah etmək­lə bərabər, məqalənin sonunda bu tərtib vasitələrinin əksəriy­yətini əyani göstərən 25 səciyyəvi müəmmanın kəşfini nümayiş etdirməyi lazım bildik.



  1. Əbcəd hesabı üzrə müəmma tərtibi

Əbcəd hesabı dedikdə ərəb əlifbasının 8 xüsusi kəlmədə ifadə edilmiş sıralanması nəzərdə tutulur ki, burada hər hərf müəyyən rəqəmə mütabiqdir.

8 xüsusi kəlmə belə adlanır:

ابجد، هوز، حطى، كلمن، سعفص، قرشت، ثخذ، ضظغ

Burada göstərilən hərflər sira ilə aşağıdakı rəqəmlərə mütabiq­dir: ا=1, ب=2, ج=3, د=4, ه=5, و=6, ز=7, ح=8, ط=9, ى=10; ك=20, ل=30, م=40, ن=50; س=60, ع=70, ف=80, ص=90; ق=100, ر=200, ش=300, ت=400; ث=500, خ=600, ذ=700; ض=800, ظ=900, غ=1000;

Göründüyü kimi, birinci üç kəlmə təkliklər (1-10 ), sonraki iki kəlmə onluqlar (20- 90 ) və axırıncı üç kəlmə yüzlüklərdən (100- 1000 ) ibarətdir.

Bu üsul ilə qurulmuş müəmmalarda iki cür məna gizlədilir:

1) Şerdə (ədəd) rəqəm deyilir, hərf nəzərdə tutulur10 (məsələn, 100 dedikdə ق, 1000 dedikdə غ və s. ).

2) Şerdə (ədəd) rəqəm deyilir, onun ləfzi hesaba alınır və sonra ona mütabiq başqa bir hərf axtarılır. Məsələn, 40 dedikdə م deyil, hərfin adı ميم olan nəzərdə tutulur ki, bu da öz növbəsində hesablandıqda 40+ 10+ 40 = 90 alınır. 90 isə əlifba cədvəlinə görə ص hərfinə bərabər olduğundan bu mənada م = ص olur.
II. Həndəsi rəqəmlər üzrə müəmma tərtibi

Həndəsi rəqəmlər 1-dən 10-dək olan rəqəmlərdir. Bunların içərisində 4 rəqəm ( iki və altı ٦، ٢), yeddi və səkkiz (٨، ٧) bir-birinin əksi hesab edilir. Qalan rəqəmlər müstəqil rəqəmlərdir. Buna görə də عكس دو dedikdə 6, عكس هفت dedikdə isə 8 nəzərdə tutulur və habelə11.

Buradan isə و= 6= عكس ب = عكس دو

ح= 8= عكس ز = عكس هفت olur

Ayrı sözlə

ز= عكس ح dir

Digər tərəfdən, həndəsə hesabında rəqəmlərin dərəcələri (mərtə­bə­ləri) onların necəlik olduğunu göstərir. Məsələn, birinci dərəcəli (mər­təbəli) rəqəmlər- təkliklər (1-9), ikinci dərəcəli rəqəmlər – on­luqlar (10-90), üçüncü dərəcəli rəqəmlər- yüzlüklər (100-900) və i.a.

Buradan da: “üçmərtəbəli بifadəsi 100 x 2 olduğundan ر hər­finə bərabərdir.

Yaxud: “ikimərtəbəli 5” ifadəsi 5 x 10 =50 olduğundan ن hərfi­nə bərabərdir ve i.a.

III. Günlər üzrə müəmma tərtibi
Günlər həftədə tamam olur. Həftə yeddi gündür. Hər gün sıra ilə rəqəmlərə mütabiqdir. Belə ki: yekşənbə=1, düşənbə=2, seşənbə=3, çəharşənbə=4, pəncşənbə=5, cümə=6, şənbə=7.

Başqa sözle: yekşənbə=ا, düşənbə= ب, seşənbə=ج, çəharşənbə= د, pəncşənbə= ه, şənbə= و, cümə= ز.


IV. Səyyarələr üzrə müəmma tərtibi
Müəmmalarda yeddi məşhur səyyarənin adı çəkilir və bu halda həmin səyyarənin son hərfi nəzərdə tutulur.

Məsələn س = شمس ر = قمر(yaxud (ه = ماه

خ = مريغ د=عطارد

ه = زهره ل = زحل


Başqa sözlə: Şəms = 60 Qəmər = 200

Ütarid = 4 Mirrix = 600

Zühəl = 30 Zöhrə = 5

Müştəri = 10


V. Bürclər üzrə müəmma tərtibi
Nücum elmində 12 bürc vardır. Müəmma tərtibində hər bir bürc əbcəd hesabına müvafiq olaraq bir hərfə və ya rəqəmə mütabiqdir (birinci bürc – “ həməl “sıfra bərabərdir). Məsələn:
Həməl= 0 Sur= ا (1) Cövza= ب (2)

Sərətan= ج (3) Əsəd= د (4) Sünbülə= ه(5)

Mizan= و (6) Əqrəb= ز (7) Qövs= ح (8)

Cədy= ط (9) Dəlv= ى (10) Hüt = يا (11)



VI. Ay və il hesabı üzrə müəmma tərtibi
Müəmma tərtibində il 360, ay isə 30 gün hesab edilir. Başqa sözlə il (سال) dedikdə 300+ 60 =س+ش , ay (ماه) dedikdə 30 = ل nəzərdə tutulur12.
VII. Dil ünsürləri üzrə müəmma tərtibi
Müəmma tərtibində bəzən bir dildə olan bir söz deyilib, başqa bir dildə haman sözün tərcüməsi, nəzərdə tutulur. Müəmmadan bəhs edən kitablarda bəzən bu üsul “ tərib və təcim” (yəni ərəbləşdirmə və əcəmləşdirmə) adlanır.

Bu üsul ilə “atəş’ deyilib “nar” nəzərdə tutular, “afitab” deyilib “şəms”, “mah” deyilib “qəmər”, “ab” deyilib “ma” nəzərdə tutular və əksinə13.


VIII. Təshif üzrə müəmma tərtibi
Bir kəlməyə işarə edilərək “təshif”, “surət” və “şəkil” dedikdə, həmin sözün əsl yazılışı nəzərə alınır, orada iştirak edən nöqtə, mədd, təşdid və başqa işarələr nəzərə alınmır. Bu üsulla qurulan müəmmalarda sözün əsl yazılışı dəyişilməmək şərti ilə nöqtələr və başqa işarələr istənildiyi kimi qoyulub atıla bilər.

Məsələn, təshif sənətində:



انس = آتش، محنت = محبت، يار = تار = پار = ناز = باز = ياز، شر = سر صورت سر = شر، شکل حور = جور، تصحيف يار = ناز

ola bilər.


IX. Təqlib üzrə müəmma tərtibi
Təqlib sənəti üzrə qurulan müəmmalarda sözün hərflərinin yerini düyişdirmək vasitəsi ilə alınan yeni sözə işarə edilir14. Bu zaman həmin sözün qarşısına

عکس، (دل) قلب، سرنگون، واژ گونه، بر گردانيدن، چرخ

Kimi sözlərdən birisi əlavə olunur. Məsələn, “qəlbimar” tərki­bin­də “mar” sözünün tərsi olan “ram” sözü nəzərdə tutulur. “Əksi-rox” dedikdə “xor” قلب لاله (yaxud: لاله سرنگون) = هلال“cərxi- fələk” = kələf, və i.a. Bu üsulda kəlmə həmişə eynən tərsinə çevrilmir, bəzən iştirak edən hərflər müxtəlif şəkildə yerlərini dəyişir. Məsə­lən, bu üsulla رقم sözü مقر olduğu kimi رمق قمر də ola bilər.
X. Təşbih, məcaz və kinayə üzrə müəmma tərtibi
Klassik şerin bədii sənətkarlıq vasitələrindən, əsasən təşbih, məcaz və kinayədən istifadə edilərək, zahirdə olmayan ad, kəlmə və fikrə işarə edilir. Müəmmada xüsusilə bu adlar hərflərə və rəqəmlərə çevrilir.

Göz = ع, ağız = م, sərv, qədd = ا, zülf = ج، د، ل, diş = س 15, badami çeşm = ص, qaş, quşeyi – kaman = ن, həlqeyi – zireh = ه, çovqan = يا, تا, با, nal = ر، د, və i.a.

Müəmmada isə bu təşbih və kinayələr bir də fikri gizlətmək vasitəsi kimi istifadə olduğundan diş dedikdə “sin” ( س، سين) hərfi nəzərdə tutulur. Bu birinci halda = 60, ikinci halda = ن + ی + س = 60+10+50 = 120, bu isə = قک olur. Habelə ağız dedikdə ميم، مnəzərdə tutulur. Bu isə əbcədlə birinci halda = 40, ikinci halda م + ی + م = 40+10+40 =90= olur və i.a.
XI. Kəlmənin hərfləri üzrə müəmma tərtibi
Müəyyən kəlmələrin əvvəl, orta, axır və ya ətraf hərflərinə işarə edilməsi müəmmada xüsusi köməkçi sözlər vasitəsilə ifadə olunur.


  1. Bir kəlmənin birinci hərfi məqsəd tutularsa, həmin kəlmənin əvvəlinə قرق، سر، مغفر، کلاه، ابتدا، اول، رخ، لب، فراز، تاج، بام، افسر، قله، هوا، مطلع kimi köməkçi sözlər əlavə edilir: Məsələn, سرزلف dedikdə ز hərfi, اوج فلک dedikdə ف hərfi, اول ماه dedikdə م hərfi istənilir.

Beləliklə:

ح = لب جيب س = ابتدای سال

ی + رخ يار آ = مرق آسان
və i.a.
b) Bir kəlmənin orta hərfi məqsəd tutularsa, həmin kəlmənin əvvəlinə قلب، ميان، حشو، جان، درون، وسط، دل kimi köməkçi sözlər əlavə edilir. Məsələn, جان پدر tərkibindən پدر sözünün orta hzrfi olan د hərfi; دوران آتش tərkibindən ت hərfi istənilir.

Beləliklə:

د = مرکز ميدان م = وسط چمن

ل = درون قلب ه = ميان دهن


v) Bir kəlmənin axır hərfi məqsəd tutularsa, həmin kəlmənin əvvəlinə منتها، سايه، زير، بن، دم، درد، نهايت، پايان، غايت، مقطع، کفش، خاک، پای، قعر

kimi köməkçi sözlər əlavə olunur.

Məsələn: غايت لطف dedikdə ف hərfi, خاک پای dedikdə ی hərfi, دامن يار dedikdə ر hərfi nəzərdə tutulur.

Beləliklə:

ه = آخر ماه ر = دامن کهسار ل = پايان سال

ب = ذيل کتاب və i.a. olur.

q) Bir kəlmənin kənar hərfləri nəzərdə tutularsa, o zaman طرف، کوشه، پهلو، ساحل، عارض، روی، سوی، kimi köməkçi sözlərdən istifadə edilir.

Məsələn, ه + خ = سوی خانه؛ ا + د =کنار دريا

ب + ح = لبهای حبيب؛ غ + ب = اطراف باغ və i.a. olur.

Qeyd. Bu halda kəlmənin ya birinci, ya son hərfi də müstəqil olaraq nəzərdə tutula bilər.


XII. Hərflərin düşməsi üzrə müəmma tərtibi

Müəmma tərtibində bəzən hər hansı bir kəlmənin baş, orta və ya son hərfinin ( bəzən eyni zamanda iki hərfinin ) atılması ilə əmələ gələn yeni söz işarə edilir. Bu halda ريختن، بی غرض، بدون، بی، ناديدن، افکندن، انداختن، سوختن kimi köməkçi sözlər istifadə edilir.

Məsələn, نامهء بی غرض tərkibində نامه sözünün son hərfinin atılmasına işarə olunur ki, bu halda نام sözünü alırıq.

Yaxud جان خصم را سوزاندن tərkibində خصم sözünün canı ( ortası ) olan ص hərfini atıb خم sözünü alırıq.

Habelə:

وبا = روباه بی سروپا



می = پای ميز افتاده؛

وجه = بريد دن سر جوجه

ماه = ماهی بيدم

در = درد بی نهايت


XIII. Sinonim (مترادف) sözlər üzrə müəmma tərtibi

Müəmmada bəzən bir söz deyildir, lakin onun digər mənasını verən başqa söz tələb olunur. Bu üsulla qurulan müəmmalarda:

فلک = سما = عرش = آسمان = سپهر

ماه = قمر

آفتاب = شمس

دشمن = رفيب = اغيار = عدو = خصم

لشگر = سپاه = اردو

فرح = شادی = سرور



16
XIV. Antonimlər üzrə müəmma tərtibi
Bu üsulla yaranan müəmmalarda müsbət bir söz deyilib, mənfi söz nəzərdə tutulur və əksinə; məsələn, burada عکس نعم dedik­də لا nəzərdə tutulur17.
Yaxın = uzaq dost = düşmən, şad = qəmgin,

Ağır = yüngül, yaxşı = pis, gözəl = çirkin və i.a. olur18.




  1. Kəlmə üzvlərinin birləşdirilməsi üzrə müəmma tərtibi

Bu üsulla tərtib edilmiş müəmmalarda gizlədilmiş adı tapmaq üçün bir neçə kəlmə təhlil və tərtib olunmalıdır. Belə halda hər kəlmədən bir hissə götürüb bir- biri ilə birləşdirmək lazım gəlir. Burada misal olaraq bir müəmmanı göstərmək yerinə düşər:

جان بر کف دست از آن نهادم

دانی صنما که دل زجان بر کندم


Burada جنيد adı gizlədilmişdir. Müəmmada جان sözünün دل yeni orta hərfi düşdüyü xəbər verilir. Deməli جن = جان olur. Bu isə کف دست -ə qoyulur. يد = کف دست ( ərəbcə ). Beləliklə يد = جنيد x جنolur.


  1. Kəlmənin parçalanması üzrə müəmma tərtibi

Bu üsulla tərtib edilən müəmmalarda nəzərdə tutulmuş kəlmələr sadəcə olaraq parçalanır və bu parçalarına hissələri, ya da başqa kəlmələrin özləri, yaxud da parçaları ilə birləşərək adı verir. Məsələn:

a) “30-un yarısı” məhfumu 15 olduğu kimi مو sözünün yarısı da ola bilər. İkinci halda haman ibarə ya س ya da ی hərfini göstərər (سی = ی + س) Habelə “ şeyin yarısı ” da ش + ی hərflərindən birisini,نيمه شب birləşməsi də ش + ب hərflərindən birini göstərə bilər.

b) Bəzən kəlmələr cinas halında olduqda o, iki hissəyə parçalana bilər. Məsələn, خالقا sözforması خال قا kimi oxunar və bu zamanق hərfinin nöqtələri nəzərə alınar. Yaxud نانی sözü نا + نی kimi oxunub,نا yoxdur mənasını verər və işarə edilən kəlmədən نا atılar. Habeləدامن رهبر گرفت cümləsi عند ليب، دامن ره + بر گرفت sözü ازهار، عن + دليب sözü از + هار kimi oxuna bilər.




  1. Eyham və istixrac üzrə müəmma tərtibi

Müəmma tərtib edən şairlər bəzən istənilən adı gizlətmək üçün həmin adı bütünlükdə içərisinə alan kəlmələr tapıb işlədirdilər. Bu üsulla qurulan müəmmalarda indiyə qədər adı çəkilən üsulların heç birinə əl atmaq lazım gəlmirdi. Burada cinas, eyham, təlim kimi bədii tərzi – ifadə və sənətkarlıq vasitələrinə yaxşı bələd olmaq tələb olunurdu.

Məsələn, bu usulla yaranan müəmmalarda مستقيم sözündə تقی adı, فرخنده sözündə فرخ adı “gizlənmişdir” ki, onu tapmaq üçün Şərq poetikası qayda – qanunlarını bilməkdən çox şey asılıdır.

Məsələn, Nəvai “Rüstəm” adına müəmmanı belə qurmuşdur:

Necə gör yarı – sitəmkar bana etdi cəfa,

Yenə də adı onun virdi – zəban oldu bana.

Buradaيار ستمکار tərkibinin يار ستم کار oxunuşunda aralıqda رستم adını tapırıq.


  1. Ali hesab, nücum, müsəlləsat, nərd, şahmat və s. üzrə müəmma tərtibi

Bu növlərin hamısını birləşdirməkdən məqsəd odur ki, müəmma tərtibində bu üsulun həm az işləndiyi, həm də onlardan baş cıxarmaq üçün orta əsr elm və bilik xəzinəsinə vaqif olmaq tələb olunduğu nəzərə çatdırılsın-

Bir neçə misal göstərək:


  1. Orta ədəd üzrə. Orta ədəd ona deyilir ki, o, sağında və solunda duran rəqəmlərin məcmusunun yarısına bərabər olsun. Məsələn, 5 rəqəmini götürək. 5 rəqəminin orta rəqəm olması üçün 10 rəqəmini almaq lazımdır. Bunun ucun ise 4 hal vardir:

1) 4+6=10 2) 3+7=10

3) 2+8=10 4) 1+9=10


Birinci halda د + و, ikinci haldaج + ز , üçüncü halda ح + ب, dördüncü halda ا + ط hərflərini alırıq. Deməli, 5=ه hərfini almaq üçün جز، دو، اط، حب kəlmələrindən birisini ikiyə bölməliyik.


  1. Zaid, naqis və müsavi rəqəmlər üzrə də müəmma qurula bilər.

Zaid rəqəm o rəqəmə deyirlər ki, onun bölənləri cəmlənsə, özündən artıq edir. Məsələn, 12 rəqəmi. 1,2,3,4,6 –ya bölünür. Bu bölənlər cəmlənsə, ümumi rəqəm 16 olur (1+2+3+4+6=16).

Naqis rəqəm odur ki, onun bölənləri cəmlənsə, özündən az rəqəm alınır. Məsələn, 10 rəqəmi 1, 2 və 5-ə bölünür. Bölənlər cəmlənsə (1+2+5), ümumi rəqəm 8 olur.

Müsavi rəqəm isə odur ki, bölənlər cəmlənsə, yenə həmin rəqəm alınsın. Məsələn, 6. Bu rəqəm 1,2,3-ə bölünür. Bölənlər cəmlənsə, yenə 6 rəqəmi alınar.

Buna görə də müəmmada zaid rəqem dedikdə ən yaxın 12 rəqəmi nəzərdə tutulur ki, bu da 2+10= يب ( və ya بی) olar.

Naqis rəqəm dedikdə ən yaxın 4 rəqəmi nəzərdə tutulur ki, bu da د hərfidir. Müsavi rəqəm kimi isə ən yaxın 6 rəqəmi yaxud و -dir.

v) Cizr üzrə

Burada rəqəmi öz- özünə vurub, yəni ədəd almaq lazımdır. Bu hesabdan 10 x 10 = 100, buradan da یx ق = ی olur və əksinəخذر صد , Yaxud “cizriqaf” tərkibi 100 = 10 ی = olur.

q) Mükəəb üzrə

Bir rəqəm 3 dəfə öz- özünə vurulsa, yeni rəqəm alınar ki, bu da yeni hərf verər. Məsələn, 10 x 10 x 10 = 1000. Buradan غ = ی х ی х ی olur və əksinə جذر مکعب هزار1000 = 10 = ی və i.a.

Qütr və dairə arasında olan riyazi münasibət, səyyarələrin bürclərə daxil olub çıxmaları, şahmat fiqurlarının hərəkəti və bu kimi vasitələrdən istifadə edən şairlər öz fikir və xəyallarının o qədər dolaşıq və mürəkkəb verməyə çalışırdılar ki, bəzən onların özləri belə, burada nəyi gizlətdiyini tapmağa çətinlik çəkir və ya tamamilə aciz qalırdılar.



Müəmmaların kəşfi


  1. Dovşan (خرگوش) adına əbcəd hesabı üzrə qurulmuş müəmma:

آن کيست که در باديه مسکن دارد

شش صد سر و دويست گردن دارد

بابيست تن و شش شکم و سيصدپا

هر کس که بداند طبع ايمن دارد

Yəni: “O kimdir ki, çöldə məskəni vardır. Onun 600 başı, 200 boynu, 20 bədəni, 6 qarnı və 300 ayağı vardır...”

Əbcəd hesabı ilə burada iştirak edən rəqəmlər müvafiq hərflərlə əvəz edilərsə, خر گوش sözü alınır.

2) Cəlal (جلال) adına qurulmuş aşağıdakı müəmma da əbcəd hesabı üzrədir:

Üç otuzla bir otuz bir ad olur,

Bu müəmmanı bilən ustad olur.

Burada iştirak edən rəqəmlər hərflə dəyişərsə:

3=ج 30= ل 1=ا 30=ل

Cəlal adını alarıq19.

3) Əbcəd hesabı ilə bütün müəmmalar belə müstəvi və sadə20 qurulmaz. Məsələn: Əhvədəddin Ənvərinin هندوانه (qarpız ) adına qurduğu aşağıdakı müəmma əbcədə əsaslansa da, öz qurulrşu etibarı ilə daha mürəkkəbdir.

بفرست آنچه هست مرابهر دفع رنج

اوسط دوا و هر طرفش پنجه است و پنج

پنجش مقدم است در اول ز پنجهش

آخر بعکس آن بود از بنده ات مرنج

Yəni: “Mənim xəstəliyimi aparan bir şey göndər ki, onun ortasıدوا və hər tərəfi 55- dir. Ancaq əvvəldə beş əllidən qabaq olduğu halda, axırda əlli beşdən qabaqdır”.

Bu müəmmada şairin nə istədiyini tapmaq üçün əvvəli və axırı 55 olan bir söz təsəvvür etməliyik ki, o da ancaq ه (5) və ن (50)- dən ibarət olmalıdır. Şerin tələbinə görə başda 5 qabaqdır (deməli, هن), sonda isə 50 qabaqdır (deməli, نه). İndi yenə şerin qeyd etdiyinə görə bu sözün ortası دوا –dır. Bu zaman alırıq:

(هندوانه) هن + دوا + نه

4) Əli (علی) adına əbcəd, kəlmələrin hərfləri və kəlmələrin parçalanması üsulu ilə tərtəib edilmiş müəmma:

گر همی خواهی بدانی نام يار من بسی

حرف اول سی و ثانی سی و ثالث نصف سی

Yəni: “Əgər sən istəyirsən ki, mənim yarımın adını otuza görə biləsən, birinci hərfi 30, ikinci hərfi 30, üçüncü hərfi isə 30-un yarısıdır”.

Bu müəmma sadəcə əbcəd hesabı ilə qurulmamışdır. Çünki əbcəd hesabında 30 rəqəminə ancaqل hərfi bərabərdir. 30- un yarısı olan 15 rəqəminə isə heç bir hərf müqabil deyildir.

Müəmmanın kəşfinə keçək.

a) birinci hərf - سی tərkibini alaq. Burada rəqəmin adı, yaxud hərflərin özlərinəzərdə tutulmuşdur, yəni: ی + س

bu hərfləri rəqəmlə əvəz etsək: 60+10=70

70 isə = ع

b) ikinci hərfi - سی tərkibində 30 rəqəmi nəzərdə tutulur ki, bu da əbcədə görəل hərfidir.

v) üçüncü hərfi – نصف سی tərkibindəسی sözünü yarıya (ikiyə) bölmək lazımdır ki, o da ی + س hərflərindən ibarət olar. Biz bundanی hərfini alıb ی + ل + ع kimi birləşdirsək, علی adını alarıq.

5) Məlik (ملک) adına yenə eyni üsulla tərtib edilmiş müəmma:

اسم يارم نود و اول او هم نود است

طرفينش نود و اوسط او ثلث نود

Yəni: “Mənim yarımın adı 90-dır. Birinci hərfi də 90- dır, ətraf hərfləri cəmləsək, yenə 90 olar, orta hərf isə 90- nın üçdə biridir”.

Bu müəmmanı kəşf etmək üçün əvvəlcə orta hərfi 90- ın üçdə biri 30- u tapırıq. Bu isə əbcədə ل olmalıdır.

Sonra bütün hərflərin cəmi 90 olduğu üçün 90 olan birinci hərfin yerində əbcəd hesabındanص hərfini götürmək olmaz. Bundan anlaşılır ki, ilk hərfin adı nəzərdə tutulmuşdur ki, o da əlifbada ميم olar, م + ی + م =40 + 10 + 40 =90.

Sonra birinci hərfin م = 40 olduğu üçün son hərfس =60 olmalıdır. O zaman alınan söz مس olar ki, bu da ل hərfi ilə birləşdikdə ad deyildir.

Deməli, biz ayrı bir yol axtarmalıyıq ki, o da نود sözünün mütabiq olduğu rəqəmdir: د+و + ن = 50 + 6 + +4 = 60. İndi hansı iki ( rəqəm ) hərf 60-a bərabər ola bilər?

Birinci hərf 40 = م -dir. Ona ancaq 20 = ک artırmaqla 60 əldə etmək olar. Deməli, birinci hərf və son hərf olmalıdır. Orta hərfin olduğunu isə əvvəlcədən bilirik. Buradan "ملدى" adını tapırıq21.



  1. Təyyib (طيب) adına əbcəd hesabı üzrə qurulmuş müəmma:

اسم يارم سه حرف دان بی رنج

هر يکی در حساب پنجه و پنج

Yəni: “Yarımın adı üç hərfdən ibarətdir ki, hər birisi hesabda 55 -ə bərabərdir”22.

Bu müəmma öz quruluşu etibarı ilə mürəkkəb müəmma sayılır. Çünkiطيب adını təşkil edən üç hərfdən heç birisi 55 deyildir.

Bu müəmma belə kəşf edilir:

a) ط hərfi = 9 = نه = ه + ن = 50 + 5 = 55.

b) ی hərfi = 10 = ده =ه + د = 4 + 5 =9 = نه =55

v) ب hərfi = 2 = د = و + د = 4 + 6 = ده =نه =55.

Göründüyü kimi, burada hərflərin rəqəmi deyil, bəlkə, rəqəmlərin adları ( tələffüzü ) nəzərə alınmışdır. Nəticə isə qəribədir:

9 = 55


10 = 55

yaxud: ده = نه = 55

دو = ده = نه = 55

7) Osman (عثمان) adına əbcəd hesabı və tərib üzrə qurulmuş müəmma:

پرير ويش که از ما ناورد ياد

چونامت بنگری هشت است و هفتاد

Yəni: “Bizi yada salmayan gözəlin adına baxsan, 8 ilə 70- dən ibarətdir”.

Burada 70 = ع, 8 rəqəmi isəح olmayıb, bəlkə ərəbcə 8 sözü olan ثمان - dan ibarətdir. Beləliklə, ثمان +ع = عثمان olur.

8) Yusif (يوسف) adına əbcəd hesabı üzrə qurulmuş müəmma:

İki heylə, iki min cümlə, iki min lam

İki mim ilə olur adı tamam.

Burada iki ədəd ھ + ھ + ھ = 5 + 5 = 10 =ی

İki ج + ج +ج = 3 + 3 = 6 =و

İki ل + ل + ل = 30 +30 = 60 =س

İki ف = 80 = 40 + 40 = م + م + م

Beləliklə, haman hərfləri yuxarıdan aşağıya doğru oxusaq, Yusif adını almış olarıq23.

9) Şəhab (شهاب) adına təqlib və kəlmə üzvlərinin birləşdirilməsi üzrə qurulmuş müəmma:

آه مقلوب در ميانه شب

نام آن سرو ماهرو باشد

Yəni “Məğlub edilmiş (آه) ah gecənin (شب) ortasında o ay üzlü sərvin adı olar”.

Bu müəmmada آه sözünün tərsini (ها) alıb, شب sözünün ortasına qoymaqla müəmma kəşf edilir və شهاب adı məlum olur.

10) Şəms (شمس) adına təqlib, dil ünsürləri və kəlmələrin parçalanması üzrə qurulmuş müəmma:

نام آن بت حميده خصال

قلب ماه است در ميانه سال

Yəni: “O xoş xasiyyətli gözəlin adı ilin ortasında ayın qəlibidir”.

Bu müəmmanı kəşf etmək üçün ikinci misranı nəzərə almaq lazımdır.

a) ماه sözünü قمر zənn etsək,

قلب قمر = قلب ماه =م - dir.

b)ميانه سال tərkibi əlifdir (ا) ki, bu hərf م ilə birləşsə, ad alınmaz, deməli, ayrı yol tapmaq lazımdır. O da سال sözünün 360 (gün) rəqəmidir. Bu rəqəm 300 + 60 = ش + س hərfləridir.

11) Alma (سيب) adına əbcəd və təqlib üsulu üzrə qurulmuş müəmma:

از بيست چهار صد بيانداز

قلبش برما فرست چندی

Yəni: “20- dən 400- nü atıb, qalanını tərsinə çevir və bir az bizə göndər”24.

Bu şerdəبيست sözü say mənasında alınmayıb, sözün yazılışına aiddir. Bundan əbcəd üzrə 400-ə bərabər olan ت hərfi atıldıqda بيس qalar. Bu da təqlib üsulu ilə tərsinə çevriləndə سيب “alma” sözü əldə edilər.

12) Xosrov (خسرو) adına eyham və əbcəd üzrə qurulmyş müəmma:

اسم بت من اگر بجوئی

سيبيست نهاده بر سر سرو

Yəni: “Əgər mənim yarımın adını axtarsan, sərvin başına qoyulmuş bir almadır”.

Burada “almadır” (سيبيست) məfhumu çox məharətlə işlənmişdir. Biz müəmmanı açmaq üçün bunu سی х بيست şəklində, yəni 30 x 20 kimi oxumalıyıq. Bu halda 600 rəqəmini alarıq ki, o daخ hərfinə bərabərdir. Şərtə görə خسرو = خ + سرو olur.

13) Bilqeys (بلقيس) adına təqlib, kəlmələrin hərfləri üzrə tərtib edilmiş müəmma:

گربخواهی تا بدانی نام آن شيرين ذقن

رو تو قلب قلب را بر قلب قلب قلب زن


Yəni: “Əgər sən o şirin dillinin adını bilmək istəsən, get qəlbin qəlbini qəlbin qəlbinin qəlbinə vur”.

Bu müəmma “qəlb” (təqlib, məqlub) sənətinə əsasən qurulmuşdur. Lakin burada ayrı bir incəlik də vardır ki, o daقلب sözünün müxtəlif mənalara malik olmasıdır: “orta, tərsinə çevirmək, ürək, ayrı şeylə əvəz etmək, saxta” mənaları verən bu sözün harada hansı mənada işləndiyini bilmədən müəmmanı kəşf etmək olmaz.

Bu müəmmanı kəşf etmək üçün əvvəlcə birinci "قلب قلب" tərkibindən قلب sözünün tərsini, yəniبلق -i alaq.

Sonra قلب قلب قلب tərkibinin sonقلب قلب =ni nəzərə alıb, buradan kəlmələrin mərkəz hərfini tapmaq üsulu ilə orta hərf olan ل hərfini götürək. ل Hərfi əbcəd hesabında 30, yəni سی -dir. Biz isə həmin bu سی sözünü bir də “qəlb” etməli, yəni tərsinə çevirməliyik ki, buradan daيس alınar. Beləliklə, يس+ بلق = يس adı əmələ gəlir.

14) Həsən (حسن) adına təshif, təqlib və dil ünsürləri üzrə qurulmuş müəmma:

نسخه های مصحف و مقلوب

نام آن يار خوبروی منست

Yəni: “Təshif və təqlib olunmuş nüsxələr o gözəl yarımın adıdır”.

Burada “nüsxələr” sözü ərəbcə نسخ -dir. نسخ Sözü təqlib edil­dikdə خسن, bu isə təshiflə حسن olur.

15) Təqi (تقی) adına kəlmələrin hərfləri, məcaz və eyham üzrə tərtib edilmiş müəmma:

چيست آن نام مرکب از سه حرف

گز دو گوهر هر يکی را زيو راست

حرف اول تارک ما را کلاه

حرف آخر يار ما را افسراست

اول و آخر چو دانستی ترا

دانش آنها به اوسط رهبر است

Yəni: “O üç hərfdən ibarət olan ad nədir ki, hər birisi iki gövhərlə zinət tapmışdır. Birinci hərf bizi tərk edənin papağıdır, axırıncı hərf bizim yarın başının tacıdır. Elə ki, birinci və axırıncı hərfi tapdın, orta hərfi tapmaq sənə çətin olmaz”.

Müəmmanın kəşfi belədir:



  1. birinci misradan adın 3 hərfdən ibarət olduğunu bilirik.

  2. ikinci misradan hər hərfin iki gövhəri, yəni iki nöqtəsi olduğunu öyrənirik.

v) üçüncü misradaki تارک ما را کلاه tərkibindən تارک sözünün papağı yəni birinci hərfi olanت hərfini müəyyən edirik.

q) dördüncü misradan يار ما را افسر tərkibindən adın sonuncu hərfini, yəni يار sözünün başی hərfini alırıq:

Birinci (ت) və sonuncu (ی) hərflərini bildikdə iki nöqtəli orta hərfi eyham üsulu ilə axtarıb tapırıq ki, o da ق -dır. Çünki əlifbada ق -dan başqa iki nöqtəli ayrı hərf qalmır. Beləliklə, müəmma kəşf edilmiş olur: تقی

16) Rəcəb (رجب) adına həftə günləri və kəlmələrin hərfləri üzrə tərtib edilmiş müəmma:

آخر ماه روز سه شنبه

گوشه باغ خوش بود با دودوست

Yəni: “Ayın sonunda seşənbə günü bir bağın küncündə dostla olmaq xoşdur”25.

Burada a) ر = آخر قمر = آخر ماه

b) ج = و = روز سه شنبه

v) ب = گوشه باغ، رجب = ر + ج + ب

olur.

17) Məhəmməd (محمد) adına təqlib və hərflərin düşməsi üsulu ilə tərtib edilmiş müəmma:



خم چو نگون گشت يکقطره بريخت

هوش زمد هوش محبت بگريخت

Yəni: “Küp başı aşağı çevriləndə ondan bir qətrə düşdü, məhəbbət məstinin huşu uçub getdi”.

Bu müəmmanın kəşfi üçünخم sözünü təqlib üzrə çevirmək lazımdır ki, bu zaman مخ sözü alınır. Ondan bir qətrə (nöqtə) düşdüyü üçün مع qalar. Sonra مدهوش sözününهوش -u getdiyi üçün yerdə مد qalır ki, bundan da مد + مح = محمد alınır.

18) Adil (عادل) adına təşbih sənəti üzrə tərtib edilmiş müəmma:

Göz qoydu yarın qəddinə bu dil

Bəh- bəh nə gözəl sərv rəvandır.

Yuxarıdaki müəmmanı kəşf etmək üçün gözün ع hərfi olduğunu bilirik, yarın qəddi isə “əlif” (ا) dir.

Deməli: دل +ا +ع = عادل

19) İmad (عماد) adına təşbih üzrə qurulmuş müəmma:

گر نام خود آن شوخ بعشاق نگوشد

از چشم و دهان و قدو زلفش همه دانند

Yəni: “Əgər o şux öz adını aşiqlərdən gizlətsə, gözü, ağzı, qəddi və zülfü açıb söylər”26.

Burada göz = ع, ağız =م , qədd = ا, zülf = د olduğundan həmin hərflər cəmlənsə, عماد adı alınar.

20) Tahir (طاهر) adına eyham və təshif üzrə qurulmuş müəmma:

Dedim cana, nədir ismi- şərifin?

Dedi: bir nöqtə ilə oldu zahir.

Burada məqsəd ظاهر“zahir” sözü üzərindədir. Onun sonradan qoyulmuş nöqtəsi atıldıqda طاهر alınır.

21) Şəms (شمس) adına təşbih və kəlmələrin hərfləri üzrə qurulmuş müəmma:

اگر ز شمع جمال تو ديده بر دارم

سر سنان بگذارم بجای آن ديده

Yəni: “Əgər sənin camalının şamından göz götürsəm, o gözün yerinə qoy nizənin ucu olsun”27.

Göz = ع, şəm (شمع) dən ع götürülərsə, شم qalar. ع –in yerinə سنان -ın başını, yəni س hərfini qoysaq, س +شم = شمس olar.

22) Əmin (امين) adına təşbih və kəlmələrin parçalanması üzrə qurulmuş müəmma:

جای تو آن نيست ای سرو گزين

زان ميان بر خيز و بالاتر نشين

Yəni: “Ey sərv boylu, sənin yerin ora deyil. Aradan qalx, başda otur”.

1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə