Mustafa ağA ŞUXİ Dİvan baki – 2011 azərbayjan miLLİ elmlər akademiyasi




Yüklə 2.18 Mb.
səhifə6/7
tarix26.02.2016
ölçüsü2.18 Mb.
1   2   3   4   5   6   7

MƏRSİYEYE-MÜHƏQQİRANEYE-ŞUXİ BE YADE-RUZE-ŞƏHADƏT JƏNABE-SEYYİD-ƏŞ-ŞÜHƏDA ƏLEYHÜSSƏLAM
Bu gün ki, gündür oxur xəlq namın aşura,

Salıbdır ərseyi-afaqə bir şərar, əfsus.

Qılıb məjmeyi-əhli-jəhan, olub dərhəm,

Bəhari-qəmdə təlatümlə biqərar, əfsus.

Nişati-sahireyi-xakdən qılıb üzlət,

Salıb biladi-jəhan içrə inkisar, əfsus.

Zəban əjz qılır şərhi-vaqiat qıla,

Könül müşəvvəş olur çeşmi-əşkbar, əfsus.

Şəhi ki, səbt füzun qədri-fəxri-aləmdir,

Qalıb miyaneyi-düşməndə diləfkar, əfsus.

Ləban təşnəsin ol gündə jür`ə ab ilən,

Ləbi-fərayətdə olmadı abyar, əfsus.

Fəridən eylədi ahın jəng bəd keşan,

Müqabilndə ədu-biş sədhezar, əfsus.

Çevirmədi yüzün ədadan ol əmiri-qəyur,

Nə qədər var idisə xəlq bişümar, əfsus.

Zəman həmleyi-şiranəsində hər janib,

Edirdi ləşkəri-ədanı xaksar, əfsus.

Təmamən al ettibain etdilər məqtul,

Gözü önündə şəriran rüzgar, əfsus.

Jərahət etdi vüjudi-mübarəkin gülgün,

Çü şiri-şərzə bemeydani-karzar, əfsus.

Miyani-dəşti-bəla içrə xunə ağuştə,

Edirdi jəngi-dəliranə şirvar, əfsus.

Nə olmadı ona fəryadrəsənü nə bir imdad,

Nə heç kəsdən ona bir müinü yad, əfsus.

Məlayek əndi süfufilə jəng ədayə,

İjazə vermədi ol şahibavüqar, əfsus.

Nəzarə eylədi çün etdilər məqamını ərz,

Göründü çeşminə dünya çü xarzar, əfsus.

O qədər çeşmdən, aya, xilas mümkündür,

Şəhadətinə çəkərlərdi intizar, əfsus.

Zəmində ləşkər ədası xof janından,

Həvadə dəsteyi-huran məhğədar, əfsus.

Nəzərdə səf besəf amadə huryan nəheşt,

Jəvahir etməgə iqdamına nişar, əfsus.

Edirdi zümzümeyi-duryani çun məsmu,

Biya ki, aşiqi-zarəmü dağdar, əfsus.

Nəvayi-dilkəş ilə ərjəi ila rəbbikə,

Gəlirdi guşinə əz taqi-zərnigar, əfsus.

Edirdi məhv özün zövq istimaindən,

Çu verdi şövqdən arami-ixtiyar, əfsus.

Götürdü jümlə məlayik vüjudi-pakindən,

Təbərrəkən dəmi məsfuhi müşkvar, əfsus.

Nə ruzigardır, aya, nə əhli-bədkirdar,

Olundu ali-rəsulə bu növ kar, əfsus.

Kəsilsin ol kəfi-bazukə tiğü tir ilən,

Edirdi qəsd o şahan üçün zərar, əfsus.

Nə bəd zəman idi, ey dəhri-faniyi-qəddar,

Olundu səndə bu əfali-nabikar, əfsus.

Neçün yıxılmadı gərdun nə tərzi-kürreyi-xak,

Olunmadı dəxi sədparə tarü mar, əfsus.

Qalıb çu nas bu əfaldən pərişanhal,

Hüzuri-həzrəti-mövladə şərmsar, əfsus.

Edir bu matəm üçün Şuxiyi-şikəstəkönül,

Həzar bar fəğanü hezar bar əfsus.

Olaydı biş hüzurunda bu təni-zarim,

Fədayi-məqdəmi-pak o şəhsüvar, əfsus.



QƏSİDƏLƏR VƏ TƏMSİLLƏR

QƏSİDƏHAYE-TÜRKİ
Rövnəqi-bəxt ilə fəxr etmə, düşüb xam, ey dil,

Ya jəhan qeydinə jan vermə yaxıb kam, ey dil.

Jümlə famidür, ötər əhdü səbati olmaz,

Heç bir karə bu dəhr içrə sərənjam, ey dil.

Tikyeyi-iqbalə məbada edəsən səhv qılıb,

İxtilafati-jəhan ilə dəh övham, ey dil.

Hər çi xəllaqi-jəhan qismət edib nəfsin üçün,

Səndən əvvəl olunub hazırü-itmam, ey dil.

İstiqamətdə durub rah keçə qoyma qədəm,

Eylə öz karına aram ilə ənjam, ey dil.

Bəxti-iqbal həme nikbətü idbar keçər,

Nikü bəddən qalır anjaq sənə bir nam, ey dil.

Düşmə qeydinə fəna mülkün ujundan qurasan,

Bir kəsin xatiri-asayi şinə dam, ey dil.

Bir kəsə zülmü jəfa etməkə qədrül-imkan,

Hərsə təskin verib eyləmə iqdam, ey dil.

Xatirin qırmağa məxluqi-xudamın heyhat,

Etmə qəsdü əməlü sileyi-eyham, ey dil.

Bu həman mənzilü viranədir, axır bundan,

Padşahani-jəhan eyləyib efsam ey dil.

Gördüğün səhni-zəmin üzrə qübari-naçiz,

Rizeyi-jismü ləbü arizi-gülfam, ey dil.

Xəki-səhrayi-jəhan hər çe ki, mənzur edəsən,

Çeşmü ləli-ləbi-hurani-güləndam, ey dil.

Ənbərin zülfi-pərişani-hezaran Leyla,

Bəlkə səd çənd dili-Qeys pər vuran, ey dil.

Səri-Təhmurəs xaki-bədən Keykavus,

Saədü dəsti-şekarəfkəni-Bəhram ey dil.

Bağü dağ ürzə hər an sərvi-sərəfzar ki var,

Həm xuraman qədi-xubani-dilaram, ey dil.

Nə sifəthali-zəbanilə qılır sünbülü gül,

Zülfü ləli-ləbi-mehparədən elam, ey dil.

Gül sevdi edə ol naziş ilə şərhi-bəyan,

Taji-Keyxosrov darabədən əfham, ey dil.

Nərgisü nəstərən silsileyi-fərzənjuş,

Həme çeşmü rüxü geysuyi-siyəhfam, ey dil.

Rəm gülgüni-siyavəşdür ol laleyi-dəşt,

Xuni-nahəq səri-İrəj nakam, ey dil.

Kəfi-pil əfkəni-Rüstəm səri-Səhrabi-jəvan,

Gərdəni-sədr Fəramərzü təni-Sam, ey dil.

Təni-pürnazi-şəhanü arizi-simin bədnan,

Xak olub imdi həman ruh tək əjsam, ey dil.

Olub ol meh sifət arizi-məhrüxsarın,

Xaki-aludə neçə tirəvü ezlam, ey dil.

Çeşmi şahani-fələk mənzələti-dəryadil,

Ləbi-fərmandə xanani-pürehkam, ey dil.

Bağlama qəlb bu məkkareyi Zali-kühənə,

Qoyar avarə səni gərdişi-əyyam, ey dil.

Şurişi-dəhri-fəna ilə səbükbar olma,

Karın ənjamına tut dideyi-aram, ey dil.

Belə olmaqla vəfasızlıq edir səd heyfa,

Özünün millətinə zümreyi-islam, ey dil.

Yaxşıdır xəlq jəhandan çəkib bir yanə,

Heç bir kar bedeh etmək iqdam, ey dil.

Ömrdən tey qılır gərdişi-gərdəndə müdam,

Nə qədər ki dolanır sübhilə bu şam, ey dil.

Hər ümründə qıl əsrarını jümlə kəsdən,

Gərçi əxvani-mühbin ola əktam, ey dil.

Eyşi nuşü dəmi-dünya ilə məşğul olma,

Etməgə vəxtdir et bir dəxi əhjam, ey dil.

Kərəmi-namütənasinədir ümmidim,

Eyliyə əhv səni həzrəti əllam, ey dil.

Bəhri-lütfündə nəhənganına olmaz, heyhat,

Jümlə üsyani-jəhan jür`eyi-aşam, ey dil.

Namüvafiqliginə gərdişi-çərxi-kühənin,

Sən də vermə pozulub Şuxiyə aram ey dil.

Təb sərgəştliginə qoyma təmam et bəsdur,

Dərdi-sər xəlqə edib eyləmə ibram, ey dil.


QƏSİDƏ DƏR ŞƏRHE-ƏHVALE-QOZƏŞTEYE-MA VƏ DÜRUD BEYARANE-RƏFTEYE-MA XODA İŞANRA ƏFV FƏRMAYƏD
Ey səba, lütf eylə qıl məjmeyi-yarana derud,

Getdilər aləmi-ərvahə çu təqdimi-vürud.

Fövj-fövj eylədilər jümlə ədəm dərhini teyy,

Oldular vasili-dərgahi-xudavəndi-vüdud.

Bir zəman sayeyi-iltafi-bəzirqanımızın,

Ruzü şəb feyzi-hüzurundan olurduq xoşnud.

Sayeyi-lütflərində dilü jan tazəvü tər,

Jümlə dilxah bəravərdə mühəyyavü mövjud.

Çun fələk eylədi məhrum o neymətdən kim,

Məjlisi-meymənət ayın mübarək məsud.

Bəd bir bəzmi-mürəttəb səfi-yaranü ixvan,

Oldu arayişi-mehrilə müzəyyən movjud.

Müttəssil bəzmimiz arastə xoş söhbət ilə,

Dəmbədəm zövqi-səfa xəndə zəman eyşi-sürur.

Keçirirdik dəxi ovqatımızı işrət ilə,

Həme məqsudimiz amadəvü birənjü qiyud.

Jümlə əhvalımız ayin səfa dil safi,

Qəlbdə zərrə nə alayişi-məhsudü həsud.

Məjlisi-xanəgəhi işrəti-eyvanü çəmən,

Bağü dağ üzrə gəhi seyri-səfa, nəğmeyi-dürud.

Qülleyi-guhə çəkib ximeyi-işrətgahi,

Sayiri-dəşti-təmaşayi-şikveyi-ləbi-rud.

Gah ətrafi-dəhatə aparıb rəxti-səfər,

Dəşti-səhrahəmegi buqələmun sorxü kəbud.

Ziri-nakus dəfi-zümzümeyi-xoşxanan,

Vurulurdu fələkin tağına manəndi-əmud.

Şövqi-dildən elə bazar açılırdı anda,

Dadü bəstad qəmü lütfü səxa mayeyi-jud.

Qəlqəlü məzhəkeyi-söhbəti-şirinsüxənan,

Hiç bir sazü nəva etməz idi andə nəmud.

Hər məkan içrə olub jümleyi-yaran bənə,

Müttəfiq mehrü məhəbbət həme yekrəngi-vüjud.

Busəgah oldun rüfəqanıma dəstü dəhənim,

Damənim hübbi-xulusanələrindən məsjud.

Keçirib əksəri-ovqatı bu ayin üzrə.

Dəhri-fayında bu tərtib ilə daim dəmü dud,

Başladı dəhri-jəfabişə bizimilə axır.

Oldu bir düşməni-bibaki-qəvi pənjəvü ənud,

Götürüb yekbəyek əhbabı gər biyabanda,

Atdı çahi-ədəmə, eylədi tərki-nabud.

Qalmışız bir iki disuz qəribü tənha,

Müntəzir badili-qəmdideyi-həm dərdalud.

Yarəb, onların eylə ruhi-rəvanını qərıq,

Rəhmətin bəhrinə kim yoxdur ana həddi-hüdud.

Gündə səd bar irişə məxfərəti-yəzdani,

Xaki-rəhmətdə bulub rahəti-aram düqud.

Üz tutub jümlə rəvan aləm ərvah oldu,

Etməyib dəhri-fənadə həvəsi-meyli-qəud.

Oldular vasili-seyrangəhi-baği-rizvan,

Tapdılar sahəti-firdövsdə təmkin xülud.

Getməgə əmr buyurduqda qulun Şuxinin,

Göndər imanilə ya rahimi-heyyü məbud.


* * *
Açar ol mahru yüzdən niqab ahəstə-ahəstə,

Gedir ya mehr ənvər səhab ahəstə-ahəstə.

Gülübdür iltifatə ol güli-gülzari-zibayi,

Edir yarəb görüm bir iqtirab ahəstə-ahəstə.

Bu təsvir, bu naz kim, görərsə məhv edər huşin,

Əgər yüz olsa zi əqli-lübab ahəstə-ahəstə.

Təzərvasa xuraman olmaq istər lütfilə tutdum,

Götürdüm gərçi manəndi-üqab ahəstə-ahəstə.

Həyadan söyləməzdi ta alıb ağuşa etdirdim,

Həzaran səyilə rəfi-hijab ahəstə-ahəstə.

Ləbü rüxsari-gülfamın edib busə nə sordumsə,

Verir yüz nazi-nazişlə jəvab ahəstə-ahəstə.

Hesabi-mehrimi sordu, jəvabın verdim, ey məhru,

Yetir bir səddi-təkmili-nisab ahəstə-ahəstə.

Bilib əhab eşqim atəşin rüxsari şövqində,

Dili-suzanımı eylər kəbab ahəstə-ahəstə.

Fərari-rəhində dil saqi hijab bəzmi dövr eylə,

Götürür bir məjlisə dövri-şərab ahəstə-ahəstə.

Müğənni saz qıl bu növnihalı gətür şurə,

Nəvahayi-həzin çəngü rübab ahəstə-ahəstə.

Gəhi badə, gəhi ləbdən sorub zövqilə kamımda,

Olurdu şəhdvəş ləli-məzab ahəstə-ahəstə.

Alıbdır ixtiyarım nazişi-qəmmaz şəhlası,

Olubdur didəsi miyali-xab ahəstə-ahəstə.

Danışmaz ləblərin sormaqdan ümidim ilə azürdə,

Təkəllüm birlə eylərdi itab ahəstə-ahəstə.

Bəni-zülfüdən əxz eylərdi kamım zövq şövqilə,

Müqərrər rişheyi-meşkü gilab ahəstə-ahəstə.

Təbəssüm eylədikjə ləli-şəkkər xəndəsi eylər,

Müləllə guya dürri-xoşab ahəstə-ahəstə.

İşim sormaq olub şəhdi-ləbin ol gülbəni-nazın,

Rüxü nazbəxşi yəxbi misli-rübab ahəstə-ahəstə.

Açıl başımdan, ey vaiz, eşitmir guş idrakım,

Yetirmə sən də bir yandan əzab ahəstə-ahəstə.

Degildir ixtiyar əldə dolaşmış gərdənü janə,

Çəkər hər yanə ol mişkin tənab ahəstə-ahəstə.

Könül, gəl işrətü eyşi-fənadən əl götür bir dəm,

Olur çun rövnəqi-dövran xərab ahəstə-ahəstə.

Götürmüşsən jəhanın işrətin naqədr xiş, ey dil,

Edir ömri-fəna jəryan çu ab ahəstə-ahəstə.

Səbati-ömrün, ey qafil, oyan bəhri-zəmin üzrə,

Müəlləqdir, gedər misli hübab ahəstə-ahəstə.

Vəfasızdır, fanidir, kəmingahində hüşyar ol,

Edir jan mülkünə qəsdi-nihab ahəstə-ahəstə.

Gedir bu ləzzətü zövqi-jəhan bir bir vəfa etməz,

Keçər dövri-fənavü əhdi-şəbab ahəstə-ahəstə.

Bəhərlər əsbi-rahi-əzmini çun farisi-dövran,

Çəkər peyki-əjəl əldə rəkab ahəstə-ahəstə.

Keçirdin, Şuxiya, bihudə ömrün səyi-əmalə,

Dayanma, eylə ejhadi-şitab ahəstə-ahəstə.


* * *
Biyabankərd olub eşqində tərki-xaniman etdim,

Diriğa, səndən ayrı hər çe etdimsə, ziyan etdim.

Qəza üz vermədi dövri-fənadə məqsədə yetmək,

Odur kim, əşki-didəmdən hezaran ju rəvan etdim.

Kəsilməz illər ilə naleyi-dil geryeyi-çeşmim,

Əgərçi dərdini lövhi zəmirimdə nihan etdim.

Yetirdim gör neçə anda jəvahirhayi-ziqiymət,

O gündən qəlbi ijmai qümumə aşiyan etdim.

Süxənhaiki dər ruzi-fərağəm qofte yek yek,

Dü quşəm beşənəvəd halaki bər xatirnişan etdim.

Dolandım gərdişi-gərdunilə hər növ hal üzrə,

Beqeyr əz bivəfayi görmədim, səd imtəhan etdim.

Şərabi-dilgüşa olmadı bu xümxaneyi-qəmdə,

Dila, çəndan təkapuyyi rəhi-deyri-Muğam etdim.

Əjabihayi-aləmdən keçirdim bişi-didəmdən,

Hər əhvalın rumuzi-künhüni qəlbə bəyan etdim.

Gəhi gənji-xərabata girib pəşmin külahilə,

Gəhi mənzil gəhi qəsri-hüzuri huşan etdim.

Gəhi zövqi-sorurə dəst verdim paye-təxt içrə,

Gəhi viraneyi dehqani məvayi-məkan etdim.

Büsati-xosrovani ki, neşati-zövqi-ruhani,

Tamaşasın görüb seyri-şükuhi-sərvəran etdim.

Əsasi-xosrovanidə əjabihayi-dil peyma,

Negahi-şövkətü rüfət qüruri-zibü şan etdim.

Gəhi amir, gəhi məmur, gəhi dust, gəh düşmən,

Gəhi qəmlə keçirdim, gah qəlbi şadman etdim.

Jəhanın seyr qıldım qədri-mümkün gərmilə sərdin,

Sürurü eyşi-aləmdən dəmaği kamran etdim.

Gəhi çəngi-rübabü nəğmeyi-nayü nəva birlə,

Səmayi-söfti-xoşxanan negahi-gülrüxan etdim.

Zəminin bərrü bəhrindən təməttö şəmmə aldım,

Nəzər kuhi-biyaban üzrə hərazha dükan etdim.

Könül aramyab olmadı sənsiz baği-aləmdə,

Jəməngahi-jəhanda hərçi seyri-gülüstan etdim.

Jəhan gülzarının bir parəsin seyr eyləyib gördüm,

Nə söz andan ki, qəlbi yadi-rüxsarınla qan etdim.

Nəzər hər bir çəməndə sərvi-azad üzrə saldımsa,

Həzar əfsusilə yadi-qədi-sərvi-rəvan etdim.

Nə zülf buyinə sünbüldən imkani-niman etdim,

Nə güldən rəngi-ruyin ya ki, nəsrindən binaguşin.

Nigah etdimsə hər bir bağda ənvai-əzmarə,

Səni yad edərək qəlb içrə səd ahü fəğan etdim.

Jəhani-bivəfanın etibarın, Şuxiya, gördüm,

Görüb gənji-xərabat içrə irjai-ənan etdim.


QƏSİDƏ DƏR KEYFİYYƏTE-NAKESANE-VƏQT
Guşü huşilə səma` et, belə dastan olmaz,

Dərdi-dil ərz qılan heç ona payan olmaz.

Şərh edəm xəlqi-zəman halini bir agah ol,

Bundan əlasına əhval nümayan olmaz.

Bu negahında bizim xəlqə bir eylə nəzər,

Aləm içrə belə bir zümreyi-irfan olmaz.

Mühimmi düşə zən eylərsən bunları,

Qabil andan çəməni-dəhrdə insan olmaz.

Vay bir halına ol dəmdə ki, kar oldu təmam,

Səndən o nakişi ol vəqt gədayan olmaz.

Nə fəna vəqtə yetişdik bu zəman içrə görün,

Kimə izhar edəsən dərdini, dərman olmaz.

Nə ki, dərman edə, əhvalını bir halə qoyar,

Çox əlaj axtarasan, sali-firavan olmaz.

Gərdəni zadiyə səd bar edəsən lütfü əta,

Qiyməti-dustivü qədri-mühibban olmaz.

Eyləyə kəsb ilə əmvali-firavan nakəs,

Ki, kəramat səfabəxşi-nəjiban olmaz.

Bimükafat edəməz bəzlü səxa zövqü səfa,

Məzhər lütfünə hər nakəsi-nadan olmaz.

Mali xəlqə təmin artırır əlbəttə, vəli,

Qərqi-əmval edəsən tinəti pünhan olmaz.

Hər xəbis eyləsə də mətləbi var lütfü kərəm,

Təbi-valayi-xudadi-kəriman olmaz.

Süflənin başını gər eyliyə iqbal bülənd,

Himmətində əsəri-miknətü bünyan olmaz.

Bədəsl etsə sərapayi-zərəndud libas,

Jilü bəyan ilə zərar həm tazan olmaz.

Nüqtəsənjivü süxəngüluq edər çox kəslər,

Danişi-mərifəti-məjlisi-irfan olmaz.

Xoşnüma nazü nəzakətlə jəvanan bəsi,

Ki, səzavari-səfi-həlqeyi-rindan olmaz.

Bəzilər istəmir edə söhbəti-bişi-üməra,

Xahişi-məsəleyi-nükteyi-əyyan olmaz.

Dəhr bazarına besyar gəlür məhbuban,

Aləmarayi-jəhan məhi-Kənan olmaz.

Hər mübariz gələ meydanə xüruşan çün şir,

Heybəti-divkoş Rüstəmi-dəstan olmaz.

Şəjəri-xub sərəfraz ola hər baruyi,

Sərvi-dilju kimi sər səbri nümayan olmaz.

Surətən tair zibayi-müləvvən çox olur,

Nəğmeyi-pirayi-dəm mürği-səhərxan olmaz.

Fəsli payızda olur barişi-baran bihəd,

Rə`di-qürrəndə bir nəfi-baharan olmaz.

Yenə fikr oldu pərakəndə könül sədparə,

Şikveyi-dövri-fələkdən desəm üsyan olmaz.

Neçə bir əsrə düşüb karımız anda bir çərx,

Ziştü zibavü ya aqilü nadan olmaz.


Təmsil
İmperatorun edir qəsdini idbar vüjud,

Dövri-bər` əks neçun xakilə yeksan olmaz.

Təxti-Rusiyyəyə hərçənd ki, şahan çox olub,

Ki, Aleksandr sani kimi sultan olmaz.

Deyilir kim, bu məsəldir: gözəl olmaz bieyb,

Bir gözəldir ki, nə eyb onda, nə nöqsan olmaz.

Zati-şahanəsinə jürmi-tətəvvül edənin,

Jani-napaki jəhan içrə nümayan olmaz.

Bir çirağ edə gər qüdrəti-yəzham bərpa,

Lajərəm sərsəri-dövran ilə bijam olmaz.

Hər tərəf əmri-sipahına ola manevü mən`,

Kürreyi-ərzə nə bəhhü biyaban olmaz.

Öylə bir zati-jəhandara edən qəsdi-xəbis,

Heç bir nüsxədə namı onun insan olmaz.

Guşü huşilə alın pəndimi, ey xəlqi-jəhan,

Ta jəhan var, belə Xosrövi-dövran olmaz.

Şuxi, məxləsi-dərgahına hər sübhü məsa,

Xaliyi-xeyrü duasıyla ki, bir an olmaz.

Baxaram səthi-zəmin üzrə həme əqvamə,

Əhli-islam kimi bisərü saman olmaz.

Nə qədər fikir edirəm bayisi-ayanə olur,

Səyi-himmət edə bir əhli-müsəlman olmaz.

Edə gör dərdini, ey dil, qəmi-aləmdən keç,

Bu könüllər edərsən ona payan olmaz.

Çəkilib könlümə bu dərdü ələmdən səd dağ,

Dili-qəmdidə yüz əfsunilə xəndan olmaz.

Gülə yüz qaməti-mövzunilə xuban bəsi,

Rüxi-zibayi-qəmər tələti-janan olmaz.

Ola gər hüsnü məlahətdə sərəfrazi-zəman,

Ol pərirüx kimi simada bir insan olmaz.

Nəzərimdə nə qədər sərv geran dövr edələr,

Nazrəftar o tavusi-xuraman olmaz.

Sünbülüt təyyib degil səd güli-reyhan ola jəm,

Buyi-janbəxş həman zülfi-pərişan olmaz.

Baği-aləmdə hər an hüsni-dilara görəsən,

Qeyri-mümkündür o sərdəftəri-xuban olmaz.

Şuxiya, dəhrdə yox zövqi-səfa, əhli-vəfa,

Şərhi-dərdi-dilə bir munisi-yaran olmaz.



Qəsidə həm dər an məzmun
Biz bu gərdəndə zəman içrə ki, tədvim edəriz,

Qəlbdə nüktəvü əsrarını təfhim edəriz.

Kəft xun hər nə sifət badə verir nuş qılub,

Zövqini fəhm edərək didəni tənvim edəriz.

Yar jövrində nə əbram qılım kim, səd sal,

Saldı bir dərdə ki, tir tərtibi-mərahim edəriz.

Eşq avarə bizi qıldı vətəndən məhjur,

Şimdi gəl gör ki, bu viranəni tərmim edəriz.

Getdi ol ruzi-vüsal ol dəmi-məqsudü murad,

Yadi-janbəxşini lövhi-dilə tərsim edəriz.

Salma gözdən demək, ey sərvər dövran ki, bizi,

Jani-dildən həvəsi-xidmətü-təzim edəriz.

Baxma jəhhalə bu rindani-xərabat ilə ol,

Nə yerə pa qoyasan janilə təqdim edəriz.

Qəmi-hijran ilə biz gərdişi-dövran yetirir,

Bir səfihi götürib qabili-tənzim edəriz.

İbrət-ün-nas üçün dəhr çöküb meydanə,

Hər tərəf xəlqi-təmaşaya fərahim edəriz.

Sorma bədini hər yan atıban qövr qılır,

Gah olur kəlleyi-biməğzini təlvin edəriz.

Hər kəsin düşsə dəhanına nə üzvü qoparar,

Xəlqi-dövrandan iraq etməgə təvhim edəriz.

Həq verən neməti-amadəni asudə yemək,

Büküdür başını bilməz nə ki, təlim edəriz.

Xilqəti-zati-xəbisini ki, izhar eylər,

Nəzəri-feyzdən üftadəvü təhrim edəriz.

Səri-biduşini övj sanır kibrindən,

Çevirib xakdə aşuftə sərasim edəriz.

Zümreyi-rindi xərabatilərüz aləmi-beyn,

Səngi biz qüdrəti-mövla fən ilə sim edəriz.

Hiyleyi kibrdən əlçək olasan safzəmir,

Nəzəri-əkrəmi-rindanidə təkrim edəriz.

Bizə məkr etməgə iqdam qılan bədbəxti,

Babi-izzətdən bihudəni tərjim edəriz.

Satma nəxvət ki, müsavi görünür didəmizə,

İstəsək dürri-həjərü xaki dərahim edəriz.

Bizi pəşminə kolah içrə görüb sanma həqir,

Bir nəzərlə ani fil-fövrdə deyhim edəriz.

Olma qafil həmə, bir dərdə giriftarız kim,

Ki, əlajında Fəlatun ola təhnim edəriz.

Tiği-üryani-hesab ilə kəfi-dəhrə bizi,

Toxunursa bizə kim, jismin iki nim edəriz.

Payi ixlas ilə, ey qafili-nadan gələsən,

Səfi-sərhəlgeyi-rindanıdə tənzim edəriz.

Bizi pəcmürdə hesab etmə ki, janan qəmidir,

Bil sərməsti ki, rəmzdə tövsim edəriz.

Gərdişi-dəhri-zəman şərrinə vaqiflərdən,

Ədd qıl, sanma ki, biz qafili-yabim edəriz.

Jümləsin arif ikən əmr ğəzayə nigəran,

Durmuşuz fərqi-übudiyyəti-təslim edəriz.

Baxma bu gənji-xərabatda kim həsmətimiz,

Şuxiya, rayi-jəhananiyi-iqlim edəriz.



QƏSİDEYE-ZİŞT-ZİBAYE-ŞUXİ DƏR PETERBURQ QOFTE
Məşami-türreyi-jananilə ehya qılıb janı,

Yetir bir şəmə, ey badi-səba, bir həqqi yəzdanı.

Nəsim sübhdəm imdad etməzsə nolur halim,

Nə vəjhilə qılım dəfi-qəm şəmi-qəribanI.

Səba bədi-məsafət mənzilə məqsud napeyda,

İnayət vəqtidir göstər çəkib zənjiri-dövranı.

Pərişan haliye-dərdi-fəraqım göftqu ilə,

Gözüm yaşıyla bir namə yazım əhvali-hijranı.

Fəraqətdən Peterburqun dolanır şəhri başımdan,

Neva seylabi-əşkimdən alıb ağuşə dəryanı.

İsaqis kiyə varsam yadi-taqi-əbrunilə,

Aşardı dud dilimdən kəlləsi gərdun gərdani.

Manyovrdur sanıb lagekdə ahi-atəşimdən,

Sipəh darani-səf əndər səf çəkərlər rəsmi-dəvanı.

Edin məsmu naləmdən qərasını seldə peydərpey,

Trivoq zənn edib ləşkər tutarlar dəsti-pünhanı.

Dəmir yol alti yüz min put çəkər yövmiyə baridur,

Nədəndir bar dərdimdən edər fəryadü əfğanı.

Sarsqi Seldə may ayinda seyran eyləsəm bağı,

Dərunim naləsi məhv eyləyir əsvati-muzqanı.

Peterqov bağına getsəm o dəm əşk rəvanimdan,

Gəlür fəvvarələr juşə, edir dərya biyabanı.

Əsasi-tajdarinün şikveyi-xosrovanisin,

Degil təqrirə mümkün zibi-fərru izzi-sultanı.

Əgər şəhri-Peterburqun qılam ağazi-vəsfindən,

Süxən çox tul olur görməm özümdə ol təvananı.

Bu bəsdur dideyi-dövran məsalın görməmiş hərgiz,

Dolansa gərdişi-gərdun əgər yüz kərrə dünyanı.

Əgər dilbərləri vəsfin edən bişək odur zövqün,

Tutardı müstəme şövqilə rahi-bütpərəstanı.

Pəripeykərləri şəhrün qılır yəğma dili-dini,

Neçə fərmudeyi-xajə çu türkan xani-yəğmanı.

Nə mümkün qurtara dil dami-geysusindən anların,

İşaratlə bəhri-janib çəkərlər qəlbi-şeydanı.

Xuraman hər tərəf tavusi-firdövs misal anlar,

Gəlüblər aldadıb dünya təmaşasına rizvanı.

Nəzakət pərdeyi-ismətdən açmaq başını heyran,

Edirdi şiveyi-nazına onların təmaşanı.

Nigaristani-Çin istər təmaşaxanəyə əzm et,

Əgər görməklik istərsən jəhanda fovji-huranı.

Vəgər kim masqaratə seyr qılsın, andədir mövjud,

Təmaşayi-büsati-zövqi-jismani və ruhani.

Əgər görseydi Məjnun bu səfi-hurzani bilmərrə,

Nidamətlə fəramuş eylər idi nami-leylanı.

Vəya Fərhad görsəydi ləbi şirinlərin hərkiz,

Özün qətlə yetirməzdi vurub başına sindanı.

Peterqof bağının zövqin görənlər seyf fəslində,

Hüzursa badgah bəhrə jəm olduqda qılmanı.

Peterqof qətəsi dərya kənarında olub vaqi,

İmarət sər çəkib əflakə sürtər mehr tabanı.

Dəxi hər janibə seyr eyləsən ənvai-fəvvarə,

Təmaşahayi-abi-görməgə bisəddü payanı.

Mürəttəb bağlardur imarətdə nə ziba kim,

Məkani-dilküşalər göstərür zövği-firavanı.

Xoşa vəqtike bəhr içrə səbağətdə səfi-qılman,

Təmaşasına göz xirə qalır dil eylər əfqanı.

Əgər əğyar əlinə düşməsəydi, şərhin eylərdim,

Məjalislərdə hər bir yüz verən əhvali-nihanı.

Nə qəltani-göhəran möjud imiş bu bəhri-alidə,

Dəxi hasüfəvü taban salır ətrafa tabanı.

Xiridar olsa süftə etməsi ustadi dəstində,

Degil müşkül beləndə elmini, mümkündür asani.

Sarişqi bağını görmək səzadır mahi-mayisdə,

İmarət içrə gəldükdə şahənşahi-jəhananı.

Bəli zövqi-jəhani fəhm edirsən dərkəhinə nisbət,

İbarət əz səfayi-dil be aləm çist meydanı.

İmarət ya o baği-dilküşanın vəsfini bilməm,

Əlamətdir desəm firdövsdən, şək eyləmə ani.

Əsas behjət vüzuqi bu mənzilgahi-janbəxşin,

Yetirmək rişteyi-nəzmə bəsi müşküldür imkani.

Anınçun kim, mətalib qüftequya həddən əfzundur,

Ki, hər bir mətləbə du şeş olur bir bəhri-ümmani.

Bu vadidən güzər qıl, Şuxiya, qumdan artıqdır,

Şena ilə məgər mümkündü keçək böylə dəryanı.




TƏRJİBƏND
Sana yoxdur nəzir, ya həmta,

Hər çe var yoxdan eylədin peyda.

Ey şəhənşahi-əqdəsi-ə`la,

Nemətdir jəhanda layəhsa.

Xaliqi-ərşü kürşü ərzü səma,

Malik ül-mülk zir həsmi-bala.


Qeyri-səndən İlah yox əsla,

Sənsən illa ki, fərzi-bihəmta.


Vermisən kainata böylə sükun,

Müntəzirdir beəmri kün fəyəkün.

Jümlə məxluq qüdrətində zəbun,

Raziqi külli-aqilü Məjnun.

Nəmi-bihüdudunladır məmnun,

Ey xudavəndi-qadiri-piçun.


Qeyri səndən İlah yox əsla,

Sənsən illa ki, fərd bihəmta.

Badeyi-rəsmi-mülki-həm mələkut,

Tərhi-əndaz aləmi-jəbərut.

Kişvəristani-bihədd-lahut,

Qülğül əndazi-xitteyi-nasut.

Heybətindən jəhanian məbhut,

Ey tərazəndeyi-bu dari-sürut.


Qeyri səndən İlah yox əsla,

Sənsən İlla ki, fərdi-bihəmta.


Əmrin ilə əsasi-mövjudat,

Tapdı bu tərz ilə qərarü səbat.

Nə rəvaqi-məratibi-dərüjat,

Səd hezaran həziratü qəsəbat.

Qəsri-firdövs vadiyi-dərkat,

Ey nigarında tərhi-təkvinat.


Qeyri-səndən İlah yox əsla,

Sənsən illa ki, fərdi-bihəmta.


Bu sifət intisaqi-dünyaya,

Vermisən nəqşi-zibü birayə.

Taqi-zərin, nigari-minayə,

Fərşi-firuzə səhni-qəbrayə.

Səna yox səddi-şövkəti-payə,

Nemətin aləm içrə biqayə.


Qeyri səndən İlah yox əsla,

Sənsən illa ki, fərdi-bihəmta.


Sənadır xas fəthi-mənsuri,

Ərşi-övrəngü fərşi-seyfuri.

Ənvərin pərdəhayi-fəğfəvdəri,

Nemətimdən jəhanda məsruri.

Birdə yoxdur bədideyi-kuri,

Sənə layiq ədayi-məşkuri.


Qeyri səndən İlah yox əsla,

Sənsən illa ki, fərd bihəmta.


Əzəmətlə bu kainata nəsəq,

Vermisən runə ey, şəhi-mütləq.

Jümlə məxluq axirü rəsbəq,

Eyləyirlər derun niyazilə dəq.

Çağırırlar qəmu səni, ya həq,

Şuxini eylə ömrünə rufəq.


Qeyri səndən İlah yox əsla,

Sənsən illa ki, fərdi-bihəmta.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə