Musa yaqubun




Yüklə 1.62 Mb.
səhifə10/13
tarix22.02.2016
ölçüsü1.62 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   13

De­kart: "Mə­nə vaxt və hə­rə­kət ve­rin, dün­ya­nı ya­ra­dım".

Max: "Mə­nə xət­keş və sa­at ve­rin, hər şe­yi öl­çüm".

Lap­las: "Dün­ya­nın his­sə­cik­lə­ri­nin bu­gün­kü hə­rə­kət­lə­ri­ni mü­əy­yən edin, mən si­zə bə­şə­riy­yə­tin gə­lə­cə­yi­ni qa­baq­ca­dan söy­lə­yim".

Mu­sa Ya­qub: bir la­ko­nik şe­i­rin­də fi­lo­sof-alim­lə­rə öz ca­va­bı­nı ve­rir:
Dü­şün be­lə, söz be­lə,

Ay be­lə, kos­mos be­lə...

Ya­xın gö­yə ba­xan­da

Ov­cu­mu­zun için­də

Ya­ğış­la­nır bu­lud­lar.

Bəs son­suz ka­i­natda

Dər­ko­lun­maz hü­dud­lar,

Hə­lə bi­zə işı­ğı

Çat­ma­yan səy­ya­rə­lər,

Ge­dir Tan­rı­ya qə­dər -

Da­ha nə­lər və nə­lər.

Bu mö­cü­zə nə­lər­dən

Bil­gi­miz yox bir gi­lə.

De­mə­li, bu dün­ya­da

Heç nə kəşf olun­ma­yıb,

Heç nə bil­mi­rik hə­lə.
Bu iq­ti­bas­la­rı gə­tir­mək­lə şa­i­rin po­e­tik və el­mi dün­ya­gö­rü­şü­nün zən­gin­li­yi­ni, xə­ya­la əsas­la­nan ro­man­tiz­mi­ni xa­tır­lat­maq is­tə­yi­rəm, po­e­zi­ya­nın fəl­sə­fi yö­nü­mü­nə inan­ma­ğa ça­ğı­rı­ram. Po­e­zi­ya re­a­list cə­rə­ya­nı qə­bul et­mir, çün, onun zir­və­sin­də po­zi­ti­vizm da­yan­mış­dır, la­kin "ger­çək­lik" an­la­yı­şı ilə ey­ni­ləş­dir­mə­yək. Və XIX əsrdə Çarlz Dik­kensdə iro­nik də ol­sa "ger­çək­lik" iş­lən­miş­dir ki, bu da əs­rin ar­zu­suy­du, ide­ya­lıy­dı. Bə­dii ya­ra­dı­cı­lı­ğa gəl­dik­də, konkret Mu­sa Ya­qu­bun po­e­zi­ya­sın­da "ger­çək­lik" po­e­tik fan­ta­zi­ya­nın ilk qi­da­lan­dı­ğı bə­dii hə­qi­qət­dir. Hen­rix Böll haq­lı­dır və fik­ri­ni be­lə əsas­lan­dı­rır: Ger­çək­lik bi­zə ya­zıl­mış mək­tub ki­mi­dir, am­ma biz hə­lə onun mö­hü­rü­nü qo­par­ma­mı­şıq, bu­nu ona gö­rə edi­rik ki, mək­tub bi­zə se­vinc gə­tir­mə­yə­cək. Son­ra ya­zı­çı əla­və edir: ger­çək­lik hökmdür, əv­vəl-axır o, bi­zə çat­ma­lı­dır, biz o buy­ru­ğu ye­ri­nə ye­tir­mə­li­yik. M.Ya­qu­bun bö­yük bəs­tə­ka­rı­mız Sol­tan Ha­cı­bə­yo­vun "Kar­van" məş­hur sim­fo­ni­ya­sın­dan al­dı­ğı ro­man­tik-his­si tə­əs­sü­ra­tın əsa­sın­da bə­dii hə­qi­qət - ger­çək­lik du­rur. Nə­dir bu? O şey­dir - şa­ir özü­nü tərk edir, ila­hi­yə qo­vuş­maq is­tə­yir - niy­yə­ti­di bu.
Kar­van, gö­tür mə­ni apar özün­lə,

Bir son­suz səh­ra­nın ay­dınlı­ğın­da,
Ge­dim bir əbə­di, ma­vi axın­da...

Aya­ğım al­tın­da xır­çıl­da­sın qum.

Zın­qı­rov səs­lə­ri ya­yıl­sın aram,

Cə­hən­nəm, qoy də­və ye­ri­şi ol­sun.

Bi­lim ki, ge­di­rəm, ad­dım­la­yı­ram.

Kar­van, gö­tür mə­ni özün­lə apar,

Baş­qa bir is­tə­yə can at­ma­ğım yox.

Bi­lim, tə­ləs­di­yim mən­zil ba­şı var.

Am­ma bu mən­zi­lə heç çat­ma­ğım yox.
Bu mis­ra­lar mu­si­qi­dən do­ğan ger­çək­li­yin tə­sir gü­cü­nü əks et­di­rir, po­e­tik pa­fo­su qi­da­lan­dı­rır.

Bə­dii ya­ra­dı­cı­lı­ğın mən­bə­yi ger­çək­lik­dir, po­e­zi­ya da həm­çi­nin. İvan Qoll (1891-1950) ya­zır ki, bə­dii ya­ra­dı­cı­lıq ger­çək­lik­dən yu­xa­rı­da da­ya­nan ger­çək­li­yi ya­rat­ma­lı­dır; yal­nız bu, po­e­zi­ya­dır.

Be­lə çı­xır, ger­çək­lik bə­dii nü­mu­nə­nin mə­həg da­şı­dır, ona gö­rə ki, hə­ya­tı əks et­di­rir. Biz bu hə­qi­qət­dən Ye­ri və Gö­yü də ayır­mı­rıq. Mə­sə­lən, Ku­bistlər ya­ra­dı­cı­lı­ğa baş­la­yan­da ən sa­də, xır­da əş­ya­la­ra səc­də qı­lır­dı­lar. Son­da iş o ye­rə çıx­mış­dı, rənglən­miş ka­ğız par­ça­la­rı­nı, oyun kartla­rı­nı, kib­rit qu­tu­la­rı­nın eti­ke­ti­ni də­yiş­dir­mə­dən kə­tan üzə­rin­də ya­pış­dı­rır­dı­lar. Bu üsul son­ra­dan sür­re­a­liz­min ya­ran­ma­sı­na sə­bəb ol­du. Bir kon­sep­si­ya ki­mi sür­re­a­lizm Qi­yom Apol­li­ner tə­rə­fin­dən hə­ya­ta ke­çi­ril­miş­dir. Bu şəxs bir də­fə kü­çə­də cə­mi bir söz eşit­miş və bu sö­zə ar­xa­la­nıb bir şe­ir yaz­mış­dı. Be­lə gö­rü­nür, söz po­e­tik ob­raz ya­ra­dır; bu isə po­e­zi­ya­nın sı­naq da­şı­dır. İvan Qol­lun ma­raq­lı tə­əs­sü­rat­la­rı­nı xa­tır­la­maq pis ol­maz­dı: Dün­ya­nın ilk şa­i­ri mü­əy­yən­ləş­dir­miş ki, "Sə­ma ma­vi­dir". Son­ra baş­qa bir şa­ir kəşf et­miş ki, "Sə­nin göz­lə­rin sə­ma ki­mi ma­vi­dir". Nə­ha­yət, şa­ir da­ha ifa­də­li pı­çıl­da­mış ki, "Sə­ma sə­nin göz­lə­rin­də­dir"... Mu­sa Ya­qub sev­gi­dən ya­zan­da ger­çək­li­yi po­e­tik mə­qam­la­ra yük­səl­dir və inan­dı­rır. Şa­ir var - bu hə­qi­qə­ti elə ri­to­rik söy­lə­yir, uğur­suz­lu­ğu­na ah-na­lə çi­lə­yir. Şa­ir var - sev­gi­si lap ya­nın­da­dı: çi­çək­də, ocaq­da, bu­laq­da - am­ma qis­mə­ti­nə düş­mə­yib:
Tərs ki­mi bir çi­çək bi­tib ya­nım­da,

Onu qox­la­ma­ğım, ox­şa­ma­ğım yox...
***

Bir sev­gi oca­ğı ya­nım­da ya­nar,

İs­ti­si öz­gə­nin, tüs­tü­sü mə­nim...
***

Bir sev­gi bu­la­ğı ya­nım­da çağ­lar,

Tə­pər dil-do­da­ğım içə bil­mə­rəm.

Vü­sal­la ara­mız bir ad­dım olar,

Am­ma bu ad­dı­mı ke­çə bil­mə­rəm...
Ya­xud:
Ba­har hə­və­sin­dən gə­lib hey­rə­tə,

Elə qur­şa­nıb ki, ilk mə­həb­bə­tə.

Bu gü­lün xə­zan­dan xə­bə­ri yox­dur,

Ta­le­də tər­si­nə qə­ləm tu­tan­dan,

Ay­rı­lıq ya­zan­dan xə­bə­ri yox­dur.
Bu cür ob­raz­lar ger­çək­lik ele­mentlə­ri­nin bir-bi­ri­nə ca­la­ğı­dır, qo­vuş­du­rul­ma­sı­dır. Ya­nıl­ma­ğa ha­cət qal­mır ki, çağ­daş po­e­zi­ya­da ob­raz - çə­ki­si olan at­ri­but­lar - XX əs­rin əv­vəl­lə­ri­nə­cən qu­laq yad­da­şı - şe­i­rin key­fiy­yə­ti­ni mü­əy­yən­ləş­dir­mək­də əsas amil sa­yı­lır­dı: ritm, in­to­na­si­ya, öl­çü və s. qu­laq üçün idi. Hə­min əs­rin 20-ci il­lə­rin­dən baş­la­ya­raq göz yad­da­şı qu­laq yad­da­şı­nı üs­tə­lə­di. Eti­raf edək ki, fik­ri­mi­zi vi­zu­al işa­rə­lər­lə da­ha çox açıq­la­ma­ğa me­yil­li­yik...

Re­al­lıq - ger­çək­lik ümu­miy­yət­lə nəs­rə də aid­dir, di­gər sə­nət növ­lə­ri­nə də. Məş­hur İta­li­ya ya­zı­çı­sı və mü­tə­fək­ki­ri Um­ber­to Eko­nun yax­şı eti­ra­fı var; müx­bi­rin ai­diy­ya­tı su­a­lı­na ca­va­bın­da de­yir: "Bə­li, man­yak­lar ki­mi. Tu­taq ki, "qa­tar Pu­at­ye vağ­za­lın­da beş də­qi­qə­lik da­yan­dı və o, qə­zet al­maq üçün va­qon­dan çıx­dı" ya­zı­ram­sa, on­da müt­ləq bu­nun müm­kün olub-ol­ma­dı­ğı­nı yox­la­maq üçün ora ge­di­rəm".

Möv­zu şa­ir üçün "ha­zır" olan­da, şa­ir onun bü­tün at­ri­but­la­rı­nı, əla­mət­lə­ri­ni ta­pan­da İde­ya ger­çək­li­yi əks et­di­rir. Və ide­ya­nın ha­si­lə gəl­mə­si - tə­şək­kül pro­se­si bə­dii tə­fək­kü­rün ya­ra­dı­cı xa­rak­te­rin­dən ası­lı olur. İde­ya şa­ir İd­ra­kın­da em­pi­rik bi­li­yə çev­ril­mir, pred­met­lə­rin və ha­di­sə­lə­rin sin­te­zi­ni el­mi cə­hət­dən əla­qə­lən­dir­mə­di­yi üçün nə­zə­riy­yə­dən uzaq olur. İde­ya şa­i­rin po­e­tik ama­lı­nı özün­də eh­ti­va et­di­yin­dən, el­mi mə­lu­mat­lar bə­dii in­for­ma­si­ya­lar şək­lin­də mis­ra­la­ra sə­pə­lə­nir. Şa­ir üçün be­lə his­si mə­qam­la­rın­da ahəngdar­lı­ğa sı­ğı­nır, ide­ya­nı so­yuq­la­mış uşaq tə­kin si­nə­si­nə sı­xır və əmiz­dir­mək is­tə­yir.

Pa­yız dur­nam uçub get­din,

Bir də dö­nüb gə­lər­sən­mi?

Sən dö­nən­də mən ol­ma­sam,

Ru­hum ilə gü­lər­sən­mi?
Bu dur­na ay­rı­lıq, qə­rib­lik ob­ra­zı­dır və in­san­lar­ın məkanından qat-qat tə­miz­dir, ye­ri ma­vi­lik­dir.
Ey biz­lər­dən tə­miz vü­cud,

Kön­lü­mü ar­dın­ca uçurt.

Ye­rin xə­zəl, gö­yün bu­lud -

Mən­zil-mən­zil bö­lər­sən­mi?
Şa­ir bu tə­miz­lik üçün dur­na qar­şı­sın­da öz hisslə­ri­ni giz­lət­mir: o, azad quş­dur, qa­nad­lı quş­dur: Bu az­mı­dır? Axı, şa­ir ro­man­tik olur:
Ey hər göl­dən şə­kər da­dan,

Bu­lu­da baş qo­yub ya­tan,

Mən qa­nad­sız pi­ya­da­dan

Du­rub di­lək di­lər­sən­mi?
Dur­na ar­tıq sim­vol­la­şır­sa, şa­ir onu özü­nə ya­xın he­sab edir, niy­yə­ti­ni giz­lət­mir:
Heç qo­şa­lar uç­mur qo­şa,

Tən­ha uçan tək sən­sən­mi? -

pı­çıl­da­yır və sev­gi­li­sin­dən sə­da, söz eşit­mək is­tə­yir; klas­si­ka­da: Va­qif­də, Vi­da­di­də, Za­kir­də ol­du­ğu ki­mi:


O, is­tə­yir dö­nə mən­dən,

Ge­dib ki, giz­lə­nə mən­dən.

O adı giz­li­nə mən­dən

Bir çın­qı söz söy­lər­sən­mi?

Gə­lin eti­raf edək ki, şa­i­rin bir mis­si­ya­sı da var: hər­fi mə­na­da ruh­lan­dır­maq, ruh ver­mək. Am­ma so­ruş­ma­yın ki, nə­lər hə­qi­qət­dir, nə­lər ya­lan. Çün­ki "po­e­tik hə­qi­qət" ifa­də­si­nin mə­na­sı da­nı­şan ada­mın özün­dən ası­lı olur. Po­e­zi­ya bə­dii hə­qi­qə­ti özün­də eh­ti­va edən­də sev­di­rir...



Po­e­tik təs­vir, şa­ir ov­qa­tı. Tə­bi­ət har­mo­nik səs­lər an­samblı­dı elə bil. Bun­la­rı şa­ir ayı­rır, se­çir və bir­gə­ləş­di­rir, bü­töv­ləş­di­rir. Oxu­cu faktlar­dan do­ğan ide­ya­nı əya­ni gör­mür və bu­na eh­ti­yac duy­mur. Sa­də­cə, "ide­ya" oxu­cu­da yük­sək əh­val oyat­maq, öz hisslə­rin­dən gə­lən ar­zu­su­nu, niy­yə­ti­ni xə­ya­ın­da can­lan­dır­maq­dan iba­rət­dir. Rus şa­i­ri A.A.Blok de­miş­dir ki, şa­ir ahən­gin öv­la­dı­dır və dün­ya mə­də­niy­yə­tin­də la­zı­mi ye­ri­ni tu­tur. Ona üç şey hə­va­lə olu­nub: doğ­ma, əbə­di tə­bi­ət­dən la­zı­mi səs­lə­ri ayır­maq, bu səs­lə­ri mü­əy­yən ahən­gə gə­tir­mək və mü­əy­yən qə­li­bə - for­ma­ya sal­maq; bu ahən­gi təq­dim et­mək: "Tə­bi­ət ya­tır", "Qaf­qaz", "O yer­də", "Bir qış mən­zə­rə­si" və di­gər şe­ir­lə­rin­də şa­i­rin po­e­tik və­zi­fə­si is­ti bo­ya­lar­la, rənglər­lə tə­rən­nüm edil­miş­dir: Bir gö­rü­nüş:
De­yə­sən bu yel­lər uzaq­dan gə­lir,

Bir gö­zəl dan üzü bu­laq­dan gə­lir,

Kök­sü­nə sığ­ma­yır ürək se­vin­ci,

Dü­şür saç­la­rı­na qar in­ci-in­ci.

Elə bil ba­şı­na ör­tüb ağ cu­na,

Bir to­pa qar sı­xıb qo­yur ov­cu­na,

Son­ra da əlin­də tu­tub oy­na­dır,

Tə­bi­ət ya­tır...
So­yu­ğun öz sə­si, ahən­gi var, mis­ra­la­ra ho­pan­da - qış­dır­sa - buz bağ­la­yır; bu təs­vi­rin ma­te­ri­a­lı­dır. La­kin po­e­tik ide­ya­ya çev­ri­lən­də in­san ov­qa­tı­nı bü­ru­zə ve­rir. Axı, qar ya­ğır tor­pa­ğa, tor­paq­dan əv­vəl isə in­sa­nın sa­çı­na, üzü­nə, nə­ha­yət, si­nir­lə­ri­nə: Bir gö­rü­nüş:
Ya­ğır aram-aram so­yu­ğa hə­ris

Bu tor­paq nə vaxtdan gü­nəş­dən do­yub?

Köh­nə ocaq ye­ri dik­si­nir qə­fil,

Kön­lüm­də bir qə­rib ümid so­yu­yub

Qar onun üs­tü­nə ya­ğır elə bil.

Bu qar ya­man tut­du so­yuq vax­tı­mı...

Ya­ğır aram-aram, hey bi­rəm-bi­rəm,

Bir çox duy­ğu­lar­dan yox­du gə­rə­yim.

İlk də­fə... bil­mi­rəm...

Nə­sə bil­mi­rəm,

Bu gün so­yuq­luq­dan qorxdu ürə­yim.
Gö­rün­dü­yü ki­mi, bu so­nun­cu­la­rı fərqlən­di­rən əla­mət­lər - cə­hət­lər şe­i­rin (konkret) bə­di­i­li­yi­dir, ha­va­nın bir oba­ya, bir me­şə­yə, bir da­ğa, ağa­ca və ila­xı­ra ay­rı-ay­rı düş­mə­si yox, bü­töv­lük­də iq­li­min ey­ni tərzdə özü­nü gös­tər­mə­si­dir. Bi­lir­sən ki, qış­dır - ha­va so­yuq, yağ­mur­lu; yaz­dır - ha­va ba­har­lı­dı, ya­şıl­lıq­dı və s. Po­e­zi­ya bü­töv­lük­də şe­ir­lə­rin məc­mu­u­dur - bir şa­i­rin ya­ra­dı­cı­lı­ğın­da. Şe­ir mis­ra­la­rın və bəndlə­rin yı­ğı­mı­dı. Ola bil­sin, şe­i­rin bir mis­ra­sı, ya­xud bey­ti, bir bən­di bə­dii ba­xı­mın­dan yük­sək­dir, am­ma bü­töv­lük­də ək­si­nə­dir, sö­nük mis­ra­lar­dan, beytlər­dən və bəndlər­dən iba­rət­dir. Biz də o şe­i­ri yük­sək bə­dii zövqlə qə­bul edi­rik - tə­ləb­lə­rə ca­vab ve­rir. Bə­di­i­lik özü­nü­i­fa­də­li, təs­vi­ri ob­raz­lar­da, kə­lam­larda ta­pır. Hər bir sö­zün, ob­ra­zın cöv­hə­ri onun emo­si­o­nal tə­si­rin­də­dir, şe­riy­yə­tin­də­dir; bu­ra­da­kı qa­nun­lar əsəb uc­la­rı ilə dərk edi­lir, - de­yən nə qə­dər haq­lı­dır. Bə­di­i­lik yox­dur­sa, ob­raz da yox­dur və bun­lar bir-bi­ri­ni ta­mam­la­yır. N.Q.Çer­nı­şevski bu cə­hə­ti ay­rı­ca qiy­mət­lən­dir­miş­dir: "Bə­di­i­lik for­ma­nın ide­ya­ya uy­ğun ol­ma­sın­dan iba­rət­dir; əgər ide­ya qəlpdir­sə, o za­man bə­di­i­lik­dən da­nış­maq əbəs­dir; çün­ki for­ma­ da qəlb ola­caq­dır". Bə­di­i­lik o şey­di, şa­ir hə­yat­da­kı pred­met­lə­rin şe­i­rə - sə­nə­tə po­e­tik ya­naş­ma­sı­nı, da­xi­li-emo­si­o­nal struk­tu­ru­nu ifa­də elə­yir, emo­si­o­nal ça­lar­la­ra bə­lə­yir. Mən­zə­rə əya­ni qav­ra­nı­lır: Nə­ti­cə­də ob­raz­lı­lıq fər­di üs­lu­bu şərtlən­di­rir. Mər­hum ədə­biy­yat­şü­nas, dil­çi X.M.Cab­­ba­rov yaz­mış­dır: "Ob­raz­lı­lıq xa­lis üs­lu­bi-po­e­tik ka­te­qo­ri­ya­dır və ob­raz­lı fik­rin ya­ran­ma­sın­da fit­ri is­te­dad, sə­nət­ka­rın söz düz­mək mə­ha­rə­ti, fər­di üs­lub ka­mil­li­yi apa­rı­cı rol oy­na­yır".40
Bir pa­yı­zın bir ba­la­ca ayaq­la­rı ağır­dır

Ya­şıl­lı­ğın be­li sı­nıb, sa­rı lə­pir­lə­rində.

Bu pa­yı­zın bir ba­la­ca yar­paq­la­rı ağır­dır,

Xə­zəl­lə­ri daş ki­mi­di, dü­şüb qa­lır ye­rin­də.
***

Nəğ­mə­sin­dən yor­ğun dü­şən bir nə­fəs ki­mi,

Gül ağa­cın­dan ası­lı bir qə­fəs ki­mi.
***

Gül­lə­ri­miz qar al­tın­da üşü­yür,

Lə­çək­lə­ri xır­da-xır­da töv­şü­yür.
***

Kön­lü­mü il­ham­da, qəd­di­mi şux­da,

Gö­zü­mü işıq­da sax­la­ya­nım var.

***


Öm­rü­müz hə­yə­can, tə­laş için­də,

Kön­lüm bir şü­şə­dir bu daş için­də.
***

Aya­ğım qı­rov­da, ba­şım alov­da,

Sev­gim at be­lin­də, ağ­lım ci­lov­da.
***

San­ki çad­ra­sı­nı il­dı­rım cı­rıb,

Pam­bı­ğı çı­xıb­dır daş yar­ğa­nı­nın.
Çay­lar qa­ran­lıq­da - bə­yaz kü­çə­lər,

Dağ­lar çox qə­ri­bə olur ge­cə­lər.
Bə­di­i­lik­də bir əş­ya, şey di­gə­ri­nə bən­zə­di­lir, da­xi­li o ça­lar­lar üst-üs­tə dü­şür və bir ele­ment ki­mi şe­riy­yə­tə xid­mət gös­tə­rir. Çün­ki bən­zət­mə­dən uzaq pred­met bə­di­i­li­yi­ni iti­rir. Şa­ir də bu­na xü­su­si diq­qət ye­tir­mə­li­dir. Yu­xa­rı­da­kı nü­mu­nə­lə­ri də bu qə­na­ə­tə aid edər­dik...
Pa­yız va­di­sin­dən ke­çən­də gör­düm

Xə­zan yola sə­rib ayrı­lıq­la­rı.

Bir pa­yız öm­rü­mün için­də gör­düm

Ən ya­zıq, ən qə­rib ay­rı­lıq­la­rı.

...Yar­paq­lar dü­zü­lər baş­qa dü­züm­də,

Pa­lıd­lar du­ra­caq baş­qa dö­züm­də.

Baş­qa cür açı­lar o so­lan çi­çək,

Ağac­lar uşaq­lıq köy­nə­yim ki­mi

Heç vaxt bu li­ba­sı ge­yin­mə­yə­cək.
Bə­di­i­lik tək­cə emo­si­o­nal­lıq­la, təs­vi­rin gü­cü ilə öl­çül­mür və şüb­hə­siz, bun­suz ötüş­mək qey­ri-müm­kün; bə­di­i­lik həm də yığ­cam­lıq­dı, sö­zə qə­na­ət­di. V.Q.Be­linski­nin fik­ri be­lə­di: "Bə­di­i­lik bun­dan iba­rət­dir ki, hər bir söz nə­in­ki öz ye­rin­də iş­lən­sin, ha­be­lə sö­zün iş­lə­dil­mə­si zə­ru­ri ol­sun və müm­kün qə­dər az iş­lən­sin, yığ­cam­lıq ol­ma­sa, bə­di­i­lik də ol­maz... Beş-on sə­hi­fə­də bir şəx­sin su­rə­ti­ni təs­vir et­mə­yi və onun bü­tün əla­mətidir, si­fət­lə­ri­ni ver­mə­yi ən zə­if na­sir də ba­ca­rar. Yox, siz yal­nız o za­man sə­nət­kar­sı­nız ki, pred­met haq­qın­da oxu­cu­nun xə­ya­lın­da be­lə bir dol­ğun tə­səv­vür ya­rat­maq üçün si­zə cə­mi beş sə­tir la­zım­dır".
Gah açar yo­lu­mu

ya­şıl bir hə­vəs.

Gah qı­zıl ba­lı­ğım

dər­ya­da itər.

Tor­pa­ğa ək­di­yim

sev­gim gö­yər­məz.

Daş­da öz­ba­şı­na­

həs­rə­tim bi­tər.
Bə­dii de­tal bə­dii ob­ra­zı işıq­lan­dı­rır, ger­çək­li­yin tə­si­rin­də ən zə­ru­ri­dir, tə­sir da­i­rə­si əha­tə­li­dir. Şa­ir tə­rən­nüm et­di­yi ha­di­sə­nin, əş­ya­nın elə bir nöq­tə­si­ni de­tal­laş­dı­rır; uzun vaxt yad­dan çıx­mır. Bə­dii de­tal ya­rat­maq küll ha­lın­da de­tal­laş­dır­ma ad­la­nır. Qadın pro­fes­sor Gül­rux Əli­bə­yo­va­nın tə­bi­rin­cə de­sək, "de­tal­laş­dır­ma - hə­yat ha­di­sə­lə­ri­nin ob­raz­lı ini­ka­sı­nı va­si­tə­lə­rin­dən yal­nız bi­ri­ni təş­kil edir. Çün­ki in­cə­sə­nət ger­çək­li­yin da­qer­ro­ti­pi yox, ya­ra­dı­cı ini­ka­sı ol­du­ğun­dan, ya­zı­çı onun can­lan­dı­rıl­ma­sı üçün ən mü­na­sib və par­laq ob­raz­lar tap­ma­ğa ça­lı­şır". Sö­zün iş­lən­mə­si adi hal ola bi­lər, an­caq sö­zün mə­qa­mın­da ta­pıl­ma­sı çə­tin­dir, vəh­li­dir:
Za­man çox yar­pa­ğı bu­daq­dan sa­lıb,

Söz­dür, xa­ti­rə­dir ke­çən­dən qa­lıb.

Hər ba­tan gü­nü­mü üfüq­dən alıb,

Bir qı­zıl at­lıy­dı çap­dı apar­dı.

Ca­van­san, öm­rü­nün ya­zı­na uy­ma,

Şi­rin­dir dün­ya­nın nə­şə­si, doy­ma.

Sən elə bil gü­lü üz­mə­yə qıy­ma,

Pa­yız vur­du, yıx­dı, çap­dı apar­dı.
Bə­dii de­tal ha­di­sə­ni də əha­tə edir və bu vaxt şa­i­rin təs­vi­ri ob­raz­la­rın sə­ciy­yə­si­nin açıl­ma­sın­dan təc­rid olun­mur, ək­si­nə, ona xid­mət gös­tə­rir və his­si tə­sir oya­dır, oxu­cu­nu ro­man­tik­ləş­di­rir.

Mu­sa Ya­qu­bun "Qa­yıt­mı­şam, gəl­mi­şəm" qoş­ma­sın­da ol­du­ğu ki­mi: İlk bən­di:


Mən yat­ma­dım o öl­çü­yə, o sa­pa,

Əri­mi­şəm ha kəh­rə­ba-kəh­rə­ba...

Ay göy ça­dır, mər­mər sü­tun, daş, oba,

Mən si­zin­lə ya­şa­ma­ğa gəl­mi­şəm.
Şa­ir ün­siy­yət­də bir so­yuq­luq duy­sa da, ya­şa­maq üçün gəl­di­yi­ni bə­yan ey­lə­yir; əy­ri ça­yam, bu əy­ri­yə qa­i­ləm, - de­yir və ya­nı­nız­da bir si­fət ol­du­ğu­nu da bil­di­rir. Be­lə­cə in­sa­nın bir-bi­ri­nə ya­xın­laş­ma­sı və bu qo­vuş­ma­da özü­nün də tə­miz­lən­mə­si po­e­tik ob­raz­dır, bu ob­ra­zın için­dən çı­xan de­tal­dır:
Bu­laq-bu­laq du­rul­ma­ğım keç­sə də,

Pöh­rə-pöh­rə gö­yər­mə­yim geç­sə də,

Ya­nı­nız­da qa­lan öm­rüm heç­sə də,

Mən si­zin­lə ya­şa­ma­ğa gəl­mi­şəm.

Qo­ca qa­ya çox çə­kib­dir acı­lar,

Ya­şıl ma­mır saq­qa­lın­dan dam­cı­lar.

Qar­daş pa­lıd, a ya­sə­mən ba­cı­lar.

Mən si­zin­lə ya­şa­ma­ğa gəl­mi­şəm.
Mu­sa Ya­qu­bun po­e­zi­ya­sın­da ri­to­rik su­al­lar, ri­to­rik ni­da­lar və xi­tab­lar xü­su­si yer tu­tur, ob­raz­lı­lı­ğın əya­ni­ləş­mə­si­ni işıq­lan­dı­rır. La­kin ötə­ri ol­sa da qeyd et­mə­li­yik ki, ri­to­ri­ka şe­ir­də əsa­sən qə­bul olun­mur və da­i­ma mü­ba­hi­sə do­ğur­muş­dur. 80-ci il­lər­də rus ədə­biy­yat­şü­nas­lı­ğın­da Qa­li­na Se­dı­xın, Andrey Kar­po­vi­çin, Vya­çes­lav Kup­ri­ya­no­vun, Ser­gey Ave­rintse­vin bu an­la­yış haq­qın­da po­le­mik səp­gi­li mə­qa­lə­lə­ri­ni xa­tır­la­yı­ram. Tə­bii ki, zövqlər çe­şid­li­di və hər bir şa­i­rin öz "vur­ğun­lu tən­qid­çi­si" olur. Ri­to­ri­ka gö­zəl da­nı­şı­ğı və na­tiq­li­yi əks et­di­rir­sə, la­kin bu gö­zəl tə­rən­nü­mün mis­ra­la­rı al­tın­da yox­sul məz­mun, hay-küy­lü, da­yaz məz­mun çır­pı­nır­sa qə­bul et­mə­mək­də elə bir gü­nah gör­mü­rəm. Mə­sə­lə­nin po­e­zi­ya­da­kı ye­ri­nə, də­qiq­lik əla­mət­lə­rin­dən bi­ri­nə gəl­dik­də ri­to­rik su­al­lar, mü­ra­ci­ət­lər və s. şe­i­rin pa­rıl­tı­la­rı­dı, ob­raz­la­rın üzü­nə sü­zü­lən şə­fəq­ləri­di. Aris­to­tel "ri­to­ri­ka" de­yən­də: ona (ri­to­ri­ka­ya) in­cə­sə­nə­tin di­a­lek­ti­ka­sı ki­mi ya­na­şır­dı. Ərəb müd­ri­ki Əl-Fa­ra­bi ri­to­ri­ka­nı in­cə­sə­nə­tin sil­lo­giz­mi he­sab edir­di.

Mu­sa Ya­qub­da ri­to­ri­ka bir li­rizm, bə­dii fi­qu­ru oy­nat­maq, de­ta­lı can­lan­dır­maq üçün­dür. Bir də Tə­bi­ət gö­zəl­li­yi və əzə­mə­tiy­lə şe­i­rə gə­lir­sə, sırf ri­to­ri­ka­ya yer qal­mır, ri­to­rik su­al­lar or­ta­ya çı­xır. Mə­sə­lən:



"Pa­yız­dan ya­za yol var­mı?

Mə­nim yo­lum yox­dur am­ma."
***

"Kön­lü­mü doğ­ma­ya ver­dim, ya­da­mı?

Ya­şa­maq qey­rə­ti in­di ne­cə­di?"
***

"Sən kim­sən qa­lır­san be­lə yan­ğı­lı?

Mən ni­yə ya­zı­ram be­lə gi­ley­li?"
***

O qa­ra mər­mər­ də si­nə da­şım­dır -

Da­ha Qa­ra­ba­ğın nə­yi bi­zim­dir?"
***

Doğ­ra­yır içi­mi əzab, nə de­yim?

Kön­lüm xə­ca­lət­də ka­bab, nə de­yim?
Mu­sa Ya­qubda ri­to­rik su­al­lar, ni­da­lar, li­rik şe­ir­lə­rin­də şa­i­rin için­də hə­lə ölə­zi­mə­yən lə­tif duy­ğu­lar­dan, hisslər­dən do­ğur. Be­lə an­la­rın­da o, ül­vi­lə­şir oxu­cu­suy­la. Hət­ta özü­nə su­al ve­rir ki! "Ha­ra ge­dir bu kar­va­nım?", "Sən var­san bəs meh­rin ha­nı?", "Üzün tan­rı üzüy­dü­mü?" şe­ir­lə­rin­də şa­i­rin po­e­tik fik­ri­ni aç­ma­ğa xid­mət gös­tə­rir. Və in­san ta­le­yi­ni "açan" su­al­lar do­ğu­lur. Yə­qin edər­dim ki, ri­to­rik-bə­dii su­al­lar tə­bii hissdən ya­ra­nır. Şa­ir əgər: ha­ra ge­dir bu kar­va­nım? - su­a­lı­nı ve­rir­sə, ca­va­bı fəl­sə­fi ol­ma­lı­dır. Za­man-Ömür-Mə­kan "üç­lü­yü"nə gə­lib çı­xır:
Yu­xu­lar­da kar­van sü­rüb ge­di­rəm,

Ha­ra ge­dir bu kar­va­nım, nə de­yim?

Nə du­ru­ram, nə mən­zi­lə ye­ti­rəm.

Bu­ra­dı­mı son mə­ka­nım, nə de­yim?
Son­da ca­vab "müt­ləq hə­qi­qə­tə" gə­lib çı­xır:
Üfüq mə­nəm, də­niz mə­nəm, kür­rə mən,

Dün­ya keç­dim bu kar­va­na gö­rə mən.

Gə­lib çıx­dım ye­nə hə­min ye­rə mən,

O bu ya­nım, bu o ya­nım, nə de­yim?
***

Tam fəl­sə­fi tə­rəd­dü­dün hə­qi­qə­ti. Məş­hur rus ədə­biy­yat­şü­na­sı P.İ.Ti­mo­fe­ye­vin fik­rin­cə, şe­ir­də elə mə­caz­lar iş­lə­nir, on­lar şa­i­rin üs­lu­bi tər­zi­ni fər­di­ləş­di­rir, ide­ya-bə­dii is­ti­qa­mə­ti­ni mü­əy­yən­ləş­di­rir: "Ya­zı­çı­nın po­e­ti­ka­sı­nı öy­rən­mək onun ide­ya-bə­dii mo­tiv və konkret bə­dii funksi­ya sə­viy­yə­si­nə qalxmış bə­dii va­si­tə­lər komplek­si­ni dərk et­mək de­mək­dir".41

Mu­sa Ya­qubda Ba­har və Pa­yız in­san ta­le­yin­dən ke­çən an­la­yış­lar­dı və fə­sil­lə­rin in­san psi­xi­ka­sı­na tə­si­ri­ni po­e­tik­ləş­di­rir. Be­lə bə­dii nü­mu­nə­lər­də şa­ir da­xi­lən köv­rə­lir ki, bə­li, bu ba­har da, bu pa­yız da, bu qış da... gəl­di­lər və... bəs ge­diş­lə­ri han­sı ümi­di, nis­gi­li qoy­du? On­la­ra ümid bağ­la­ma­ğa də­yər­mi? Yox, şa­ir mə­na­lan­dı­rır, heç ol­maz­sa bə­zi "sir­lər"dən agah olur: "Pa­yız duy­ğu­la­rı", "Gü­nə­şin son şü­a­sı", "Bu ya­zı da gör­dük", "Bu gə­lən ba­har­dan", "Bə­növ­şə su­a­lı" şe­ir­lə­rin­də hər iki fəs­lin Do­ğum və Ölüm hə­qi­qət­lə­ri köv­rək his­sin təs­vi­riy­lə bə­ra­bər, şa­i­rin əza­bı və in­ti­za­rı oxu­cu­nu tə­sir da­i­rə­si­nə alır. Mu­sa Ya­qub şe­ir­lə­rin­də tə­bi­ə­tin di­li­ni in­san di­li­nə çe­vir­mə­yin qey­ri-müm­kün­lü­yü­nə na­il olur!
...Al­dı ver­di­yi­ni ge­ri­yə tor­paq,

Qa­zan­cı nə ol­du ba­ğın-bağ­ça­nın.

Bir yar­paq bo­y at­dı kör­pə bir uşaq,

Öm­rün­dən bir yar­paq düş­dü qo­ca­nın.
***

Bir yar­paq da düş­dü Bəzz qa­la­sı­na,

Di­var­lar bir yar­paq çök­dü aşa­ğı.

İgid Ba­bək­lə­rin, Ko­roğ­lu­la­rın

Bir yar­paq uzaq­dan gəl­di so­ra­ğı...
Mu­sa Ya­qub po­e­ti­ka­sın­da (bu­nun özü ay­rı bir möv­zu­dur; mən epi­zo­dik şə­kil­də bəhs edə­cə­yəm) bə­dii tə­xəy­yül pred­me­tin ma­hiy­yə­ti­nə can atır və şa­i­rin "Mən"in­də bir­lə­şir. Şa­i­rin ide­ya­sı - qa­yə­si, ha­be­lə müd­də­a­sı po­e­tik sə­viy­yə­yə ça­tır, ma­raq­lı­dır ki, in­tu­i­ti­vin yar­dı­mı ol­ma­dan. Əsas isə dol­ğun mü­şa­hi­də həs­sas­lı­ğı, tə­xəy­yül ob­raz­la­rı­nın tə­bi­i­li­yi və s. "Eti­raf", "Qal­mı­şam be­lə", "Ah, ürə­yim", "Hə­lə mən ya­ran­ma­mı­şam" şe­ir­lə­ri xa­rak­te­rik­dir.

"Eti­raf" so­si­al-mə­nə­vi yü­kü­nü çə­kir; bax­ma­ya­raq şa­ir "pam­bıq­la baş kə­sən­lə­rin", "hə­rə­nin çal­dı­ğı bir yad ha­va" oy­na­ma­yan­la­rın ara­sın­da da­ha ila­hi tə­miz­li­yə qa­yıt­maq is­tə­yir. Be­lə xa­os­luq, əx­la­qın kor­şal­ma­sı möv­cud­dur. Axı, in­san bü­tün şey­lə­rin öl­çü­sü ol­ma­lı­dır, in­san dün­ya­nın fəl­sə­fi mər­kə­zi­dir. Şa­ir əx­la­qi və so­si­al ta­raz­lı­ğı ya­rat­maq üçün mə­ca­zi mə­na­da de­yər­dim, özün­dən baş­la­yır. "De­yə­sən quş­la­ra cə­rə qu­ru­ram", "cü­yü­rə tə­lə qu­ru­ram" - de­yir, am­ma bir "de­yə­sən" sö­zü­nü əla­və edir. Yə­ni özü­nə şüb­hə­si ya­ra­nır. Və ila­hi­dən rəhm di­lə­yir. Cə­miy­yət­də mə­nə­vi-əx­la­qi də­yər­lər səm­ti­ni də­yi­şir­sə, Mu­sa Ya­qub ön­cə tə­rəd­düd edir - özü­nün ina­mı­nı müs­bət emo­si­ya­ya yö­nəl­dir:


Qa­yı­dım özü­mə -

Yə­ni mən bu­yam?

Bu nə qa­yı­dış­dır, bu nə dö­nüm­dür?

Ha­nı ba­za­rım­da bos­ta­nım, ba­rım,

Elə ha­la­lım da ha­ram ki­mi­dir.

Pas atıb ye­yi­lib çə­ki daş­la­rım

Bu nə tə­rə­zi­dir, bu nə çə­ki­dir?

Yel tu­tur, tə­zə­dən yel atır mə­ni,

Ço­ba­nal­da­dan quş sü­rü yo­lun­da

Bir kək­lik do­nun­da al­da­dır mə­ni.
Eti­ra­fın sə­bə­bi ay­dın­la­şır. Bu, tə­sa­dü­fi al­da­nış de­yil, cə­miy­yə­tin ya­rat­dı­ğı ek­siz­ten­si­ya­dır - qa­baq­ca­dan ve­ri­lən, so­si­al mü­əy­yən­lik­dən ası­lı ol­ma­ya­raq möv­cud olan dav­ra­nış­dır.
Ya­man çal­xa­lan­dım bu çax­naş­ma­da,

Ba­la­ğım bu­la­şır bu ax­naş­ma­da,

Yo­ru­lub it­mi­şəm bu tıx­naş­ma­da...

...De­yə­sən qa­rı­şıq gö­rüb ara­nı

Kür­sü da­va­sı­na cu­mur hə­və­sim.
Qay­da­dır, cə­miy­yət­də ara qa­rı­şan­da, so­si­al əda­lət po­zu­lan­da və­zi­fə, ti­tul üçün hə­vəs hət­ta eh­ti­ra­sa çev­ri­lir, in­san­da be­lə bir inam ya­ra­nır ki: bu dün­ya­da la­zım ola­nı itir­di­yi­nə bax­ma­ya­raq, xə­ya­li ol­du­ğu hal­da is­tə­yi­ni re­al­laş­dı­ra bi­lə­cək­dir. Və şa­ir əx­la­qi bu is­tək­də yük­sək nü­mu­nə gös­tə­rir, hət­ta möv­cud mən­fi emo­si­ya­nın hə­qi­qi­li­yi fak­tı­nı «mə­n»in­də so­si­al sər­vət­dən uzaq­laş­dır­maq is­tə­yir.
De­yə­sən mən da­ha o mən de­yi­ləm,

Şeh­də tə­zə­lən­miş çə­mən de­yi­ləm.

İla­hi, sən mə­ni qay­tar yo­lu­ma,

De ki, rəhm edi­rəm ça­şan qu­lu­ma.
Şa­ir re­al əx­la­qı (mən­fi mə­na­da) hə­qi­qi olma­yan var­lı­ğın məh­su­lu he­sab edir...

Rus psi­xo­lo­qu A.Pet­rovski ya­zır ki, tə­xəy­yül ob­raz­la­rı­nın ya­ran­ma­sı üçün də ha­zır­lıq gör­mək, da­ha doğ­ru­su, han­sı­sa keç­miş ob­raz­la­rı xır­da his­sə­lə­rə par­ça­la­maq, sin­tez et­mək la­zım gə­lir. Şa­ir mü­şa­hi­də və bi­li­yi­nin gü­cüy­lə hə­yat­dan bə­dii in­for­ma­si­ya alır, sah­man­la­yır (fik­rən) və bə­dii fak­ta çe­vi­rir; nə­ti­cə eti­ba­ri­lə po­e­tik fi­kir, bə­dii ob­raz (su­rət mə­na­sın­da yox) ya­ra­nır və po­e­tik­ləş­di­ri­lir. Xü­su­sən, cə­miy­yət­də mi­zan-tə­rə­zi, əda­lət öl­çü­sü itən­də şa­ir so­si­al fak­tı "çe­vi­rir"; bu si­ya­sət­də də ba­riz nə­zə­rə çar­pır. M.Ya­qu­bun öz fik­rin­dən çı­xış edi­rəm və özü­nün gə­tir­di­yi şe­i­ri xa­tır­la­yı­ram.


Sən mə­nə­mi qır­maq atır­san, ba­la.

Ya­xa­ma ili­şən ne­çə qı­ra var.

Lap elə gül ki­mi si­ya­sət ola

On­da da bir hiy­lə, bir if­ti­ra var.
M.Ya­qu­bda in­tel­lek­tu­al və his­si fə­al­lıq vəh­dət­də olur və il­bə­il, şe­ir­bə­şe­ir hə­rə­kət­də­dir, tə­zə­lən­mək­də­dir. Po­e­tik fik­ri adi faktlar sə­viy­yə­si­nə en­dir­mir, sa­də­cə tə­rən­nüm et­mir; sü­bu­tu­nu əya­ni­ləş­di­rir. Mən de­mək is­tə­mi­rəm şa­ir el­mi po­ten­si­al­la şe­ir ya­zır və in­tel­lek­tu­al­lıq­dan ay­rıl­mır. Xeyr; in­tel­lek­tu­al zövq po­e­tik il­ham­la, pa­fos­la və s. bir­lə­şən­də po­e­zi­ya­nın har­mo­ni­ya­sı ya­ra­nır. Nə isə: "Da­hi Qa­li­ley məhz gös­tə­rə bil­di ki, Yer Gü­nəş ət­ra­fın­da ne­cə fır­la­nır. O, flo­ren­si­ya­lı fi­lo­sof­lar­dan tə­vəq­qe et­di ki, Yu­pi­te­rin peyklə­ri­nə op­tik ci­haz­la bax­sın­lar. Qa­li­ley ax­ta­rır­dı ki, bu fi­zi­ki hə­qi­qə­ti ey­ni sə­viy­yə­də ne­cə dərk et­mə­li. Əgər o, in­san dü­şün­cə­si­ni oyat­ma­sa idi, da­ha də­qiq de­sək, bu­nu ba­car­ma­sa idi - hə­qi­qə­ti izah et­mək­də aciz­lik gös­tə­rə­di".42

Mü­şa­hi­də olu­nan hər han­sı bir ob­yekt po­e­tik tə­sir oyat­ma­ya bi­lər öz-öz­lü­yün­də. Şa­i­rin po­e­tik ov­qa­tı və zöv­qü, da­xi­li is­tə­yi və ya­şan­tı­sı ye­tə­rin­cə­dir­sə - fakt və ya ha­di­sə po­e­tik­lə­şir, ob­raz­lı­lıq tə­min olu­nur. Mu­sa em­pi­rik faktlar­dan, təc­rü­bə­lər­dən uzaq gə­zir, ək­si­nə, in­tel­lek­tu­al zövq, es­te­tik ide­al his­siy­lə ya­na­şır.

Xalq şa­i­ri Məm­məd Ara­za həsr et­di­yi şe­i­rin­də be­lə bir epiq­raf ve­rir: "Ürə­yim­siz kəl­mə ya­zan de­yi­ləm. Nə qə­dər ki, öz əlim­dir ya­za­nım" - mo­ti­vi üzə­rin­də qu­rul­muş­dur. Fi­kir bir ya­na, Mu­sa Ya­qub öz üs­lu­bu­na məx­sus po­e­tik ov­qa­tı­nın ahən­gi­ni ödə­yir. İlk mis­ra­la­rın­da oxu­cu ina­nır.
Bir eş­qi­mə hic­ran möh­rü ba­sıl­mış,

Heç bil­mi­rəm ne­cə yaz­mış ya­za­nım?

Səh­vim var ki, bəx­ti­mə də ya­zıl­mış,

Da­ha onu po­za bil­məz po­za­nım.
Çox-çox il­lər əv­vəl qə­lə­mə alın­mış bu şe­i­ri oxu­yan­da bu gün - iki şa­i­ri­mi­zin da­xi­lən zən­gin­li­yi­nə, po­e­zi­ya­la­rı­nın in­to­na­si­ya pa­ra­lel­li­yi­nə... hey­ran qal­dım. Məm­məd Ara­za yal­nız be­lə ila­hi­ləş­miş şe­ir həsr et­mək gə­rək. İs­tə­dim büs­bü­tün ve­rim şe­i­ri, is­tə­mə­dim. Son mis­ra­lar şah beytlər qə­dər po­e­tik­dir:
Mə­nim kön­lüm yad səs­lə­rə sa­tıl­maz,

Şöh­rət üçün hər məc­li­sə atıl­maz.

İl­ha­mı­ma yad nə­fə­si qa­tıl­maz,

Tə­bi­ət­dir ilk us­ta­dım, aza­nım...
Po­e­zi­ya­da - yu­xa­rı­da ötə­ri vur­ğu­la­mış­dıq; şe­ir har­mo­ni­ya­ya əsas­la­nır və onu bu­ra­ya əla­və edər­dim: gö­zəl­lik ax­ta­rı­şı ilə! Şa­ir sa­də və bö­yük faktlar ax­ta­rı­şın­da our və bu po­e­tik cəhd-ca­nat­ma ona im­puls ve­rir. Ona gö­rə ki, sa­də­lik də, nə­hənglik də şa­ir tə­xəy­yü­lün­də gö­zəl­dir. Çün­ki on­da­kı şa­ir fan­ta­zi­ya­sı po­e­tik il­ham­la ba­həm in­tel­lek­tu­al zöv­qü tə­min edir və gö­zəl­lik önün­də baş əyir. La­kin bu, adi mis­ra­la­rın mü­şa­yi­ə­tiy­lə de­yil, ob­raz­lar­la; mə­caz­lar­la, bə­dii su­al­lar­la, ni­da­lar­la, de­tal­lar­la - üs­lu­bi ça­lar­la ta­mam­la­nır.

Mu­sa Ya­qu­bun şe­ir­lə­rin­də məz­mun - struk­tur - for­ma üç­lü­yü ori­ji­nal­dır və klas­sik po­e­zi­ya­mız­dan qay­naq­la­nır. Bi­rin­ci­də bə­di­i­lik, bə­dii məq­səd (qa­yə), pa­fos şa­ir "Mən"inin mü­şa­yi­ə­tiy­lə ta­mam­la­nır. Və biz bu haq­da az-çox da­nış­mı­şıq. İlk şe­i­rin­dən tut­muş son şe­i­ri­nə­dək o, bu po­e­tik - bə­dii ama­lı­na sa­diq­dir. İkin­ci­də şa­ir şe­i­rin janr xü­su­siy­yət­lə­ri­ni, vəz­ni­ni, bəh­ri­ni göz­lə­miş­dir; xü­su­si­lə, li­rik jan­rın es­te­tik im­kan­la­rı­nı nə­zə­rə al­mış­dır. O, he­ca vəz­nin­də sö­zü­nü de­miş­dir, la­kin sər­bəstdə də onun­ku alı­nır. Bəl­li­dir ki, sər­bəstdə P.Ne­ru­da, Nez­val, Ma­ya­kovski, Na­zim Hik­mət və Rə­sul Rza bö­yük mək­təb ya­rat­mış­lar. Xü­su­si­lə, mü­a­sir şe­i­ri­miz­də R.Rza­nın ar­dı­cıl­la­rı 60-cı il­lər­dən öz­lə­ri­ni təs­diq et­miş­lər. Mən İ.İs­ma­yıl­za­də­nin, Ə.Sa­lah­za­də­nin, To­fiq Ab­di­nin, Çin­giz Əli­oğ­lu­nun, R.Rövşənin ad­la­rı­nı çə­kər­dim. M.Ya­qub xey­li "kə­nar­da" da­yan­sa da ara­bir sər­bəs­tə də əl at­mış­dır!..



Ədə­biy­yat­şü­nas Ək­rəm Cə­fər Azər­bay­can po­e­zi­ya­sın­da sər­bəst şe­i­ri dörd qis­mə ayı­rır: 1) Vəz­ni, rit­mi, qa­fi­yə­si olan əsil sər­bəst; 2) Əs­lin­də he­ca vəz­ni olub, mis­ra­lan­ma­sı ilə əmə­lə gə­lən sər­bəst; 3) Əruz vəz­nin­də ya­zı­lan sər­bəst; 4) Bir də qa­fi­yə­siz, vəzn­siz, ritmsiz sər­bəst.43 M.Ya­qub qa­fi­yə sər­bəstli­yi­nə im­kan ver­miş­dir. Be­lə tip­li qa­fi­yə sər­bəstli­ şe­ir­lə­ri pro­fes­sor Tər­lan Qu­li­ye­vin fik­rin­cə, bu­nun sə­bə­bi onun əsl sər­bəstə nis­bə­tən da­ha asan ya­zıl­ma­sı­dır: "Əsil sər­bəstdə şe­ir­də ya­zıb-ya­ra­da bil­mə­yən şa­ir­lər adə­tən, ta­ma­mi­lə vəznsiz, qa­fi­yə­siz sər­bəs­tə də mü­ra­ci­ət et­mək is­tə­mir və tə­bii ola­raq öz is­te­dad­la­rı­nın də­rə­cə­lə­ri sə­viy­yə­sin­də sər­bəst şe­i­rin bu nö­vün­də bə­zən uğur­lu, bə­zən isə uğur­suz əsər­lər qə­lə­mə alır­lar".44
Sər­bəst şe­ir­də ol­du­ğu ki­mi; onun ele­mentlə­ri (vəzn, böl­gü, ritm, in­to­na­si­ya, qa­fi­yə və s.) li­rik şe­ir­də də özü­nü bü­ru­zə ve­rir. Su­al mey­da­na çı­xır: Şa­ir nə üçün sər­bəstdə "pe­şə­kar­lıq" gös­tər­mir? Əv­və­la, şa­ir şe­ir yaz­maq­da azad­dır, ikin­ci­si, onun şe­ir­lə­ri baş­dan-ba­şa po­e­zi­ya­dır, "struk­tur oyun­la­rın­dan" uzaq­dır. Əl­bət­tə, o şa­ir­lər sər­bəs­tə ke­çir, il­ha­mı ka­sad­dır, pa­fos yox­sul­dur, es­te­tik ide­a­lı şi­kəstdir, ar­xa­yın olur epik fik­rə və son­da onun­la şe­i­ri­ni ta­mam­la­yır. Şe­i­rin za­hi­ri struk­tu­ru ye­tə­rin­cə ol­ma­lı­dır, da­xi­li emo­si­o­nal mən­bə­yi nik­bin kon­teksti ta­mam­la­ma­lı­dır. Hal­bu­ki, ümu­miy­yət­lə şe­i­rin qay­da-qa­nu­nu­nu nə­zə­rə al­maq, po­e­tik ele­mentlər­dən ye­rin­də is­ti­fa­də et­mək gö­zəl­lik­dir, har­mo­ni­ya­dır. Bə­zən şa­ir­lər fik­rə (mə­na­ya) söy­kə­nib, şe­ir­lə nəs­ri qa­rı­şıq sa­lır­lar, fi­lo­sof­luq id­di­a­sı­na dü­şür­lər. Mu­sa Ya­qu­bun li­ri­ka­sın­da qa­fi­yə­lə­rə "hör­mət" güc­lü­dür. Ay­rı-ay­rı şe­ir­lə­ri fərqlən­dir­mək is­tə­məz­dim, onun həm in­to­na­si­ya - ritm, həm də sö­zün əsil­li­yi­ ba­xı­mın­dan qa­fi­yə ya­rat­ma­sı diq­qə­tə­la­yiq­dir. Qa­fi­yə söz­lə­rin kö­kün­də­dir.
Mə­za­rım yer üzü, qə­mim yer üzü,

Gə­mi­çim yer üzü, gə­mim yer üzü -

Çıx get, mən sə­nin­lə ge­də bil­mə­rəm

Ve­rib qə­lə­mi­mi tan­rı sö­zü­nə.

Göy­lər­çin ya­zı­ram in­di şe­ri­mi,

Yox­dur eti­ba­rım bu yer üzü­nə...
Ya­xud:
Aran­da bür­kü­dən yor­ğun bir quş­dum,

Fik­rin qa­na­dın­da uç­dum, ha uç­dum.

Gə­lib bir bu­la­ğlı da­şı­nı quc­dum,

Ol­dum tor­pa­ğı­nın qur­ba­nı, dağ­lar!
Qa­fi­yə şe­i­rin ay­rıl­maz tər­kib ele­mentlə­rin­dən bi­ri­dir. T.Qu­li­yev "qa­fi­yə" an­la­yı­şı­nı el­mi cə­hət­dən əsas­lan­dı­ra­raq, çox-çox irə­li­yə - or­ta əsrlə­rə ge­dib çıx­mış­dır. Qa­fi­yə­nin elə sa­də ol­ma­dı­ğı­nı vur­ğu­la­mış­dır: "...Ərəb, fars, türk dil­lə­ri­nin fo­ne­tik, qram­ma­tik xü­su­siy­yət­lə­rin­dən ası­lı ola­raq, bu xalqla­rı­nın hər bi­ri­nin şe­i­rin­də müx­tə­lif şə­kil­də mey­da­na çıx­sa da, nə­zə­riy­yə­nin əsas müd­də­a­la­rı bu xalqla­rın hər üçü­nün qa­fi­yə sis­te­min­də ey­ni ola­raq qa­lır".
Ət­raf ot qo­xu­lu, çi­çək qo­xu­lu,

Qa­ran­lıq gi­rincdir zül­mət əlin­də.

Bir gö­züm yu­xu­suz, bi­ri yu­xu­lu,

Yu­yu­lur ça­dı­rım ya­ğış se­lin­də.
Beytlə­ra­ra­sı qa­fi­yə­lər kök­dən "qo­şa­laş­mış­dır". Am­ma qu­laq - səs qa­fi­yə­lə­ri də dəb­də­dir, adə­tən bi­rin­ciy­lə üçün­cü mis­ra­lar­da nə­zə­rə çar­pır.
Zən­gi­lan­da bir çi­nar­lı va­di var,

Ötən dur­na sə­ma­sın­dan yol ey­lər.

Bə­sit ça­yı nəğ­mə­si­ni oxu­yar,

Qar­şı dağ­lar du­ma­nı­nı bol ey­lər. -
mu­si­qi ahən­gi­ni ve­rir - xa­tır­la­dır.

M.Ya­qu­bun şe­ir­lə­rin­də di­lin es­te­tik ça­lar­la­rı­na qar­şı həs­sas mü­na­si­bə­ti şək­siz­dir və bu mə­ziy­yə­ti di­gər qə­ləm sa­hib­lə­ri ki­mi o da qo­ru­muş­dur. Pro­fes­sor Ağa­mu­sa Axun­do­vun bir mü­la­hi­zə­si­ni xa­tır­la­maq ye­ri­nə dü­şür: "Bə­dii əsər­lə­rin di­li ədə­bi di­li­mi­zin ən mü­hüm qo­lu ki­mi, hə­mi­şə ya­zı­çı və fi­lo­loq­la­rı­mı­zın, ha­be­lə oxu­cu­la­rı­mı­zın diq­qət mər­kə­zin­də du­ran bir mə­sə­lə ol­muş­dur. Bu, onun­la izah edi­lir ki, bə­dii əsər­lə­rin di­li öz əha­tə da­i­rə­si eti­ba­ri­lə çox ge­niş olub, ədə­bi di­lin və­ziy­yə­ti­ni və onun ümu­mi mən­zə­rə­si­ni əks et­di­rir".45

Po­e­zi­ya­da po­e­tik ça­lar­lar sı­ra­sın­da bə­dii in­to­na­si­ya­nın ay­rı­ca çə­ki­si var. Pro­fes­sor A.Axun­dov ya­zır: "Ədə­bi di­lin baş­qa üs­lub­la­rın­dan fərqli ola­raq, bə­dii dil­də in­to­na­si­ya­nın əhə­miy­yə­ti bö­yük­dür. Heç ol­maz­sa, ona gö­rə ki, yu­xa­rı­da de­di­yi­miz ki­mi, in­to­na­si­ya da­nı­şa­nın, bə­dii dil­də isə ya­zı­çı­nın haq­qın­da da­nış­dı­ğı ha­di­sə­lə­rə mü­na­si­bə­ti­ni çox qa­ba­rıq bir su­rət­də əks et­di­rir". Musa Yaqubun «Kömür ömrü» şeirindən son misralar:
Bir torpaq qatında, daş arasında

Əsirəm mən Azıx mağarasında.

Haracan uzanır küsöv qollarım,

Nə vaxt közərəcək köz tonqallarım?!

Hələ damarımda alov qanım var,

Hələ yanğılarım, üsyanlarım var

Verin atəşimi yanıb qurtarsın

Yarımçıq ömürdən canım qurtarsın. –

Mən kömür ömrüyəm,

Mən küsöv ömrü.
Lən­gər­li po­e­tik in­to­na­si­ya hər mis­ra­da, sözdə san­ki gah enir, gah qal­xır, gah da dal­ğa­la­nır və son beytdə səs az­ca tox­da­yır, he­yifslən­mək his­si oya­dır. İn­to­na­si­ya şe­i­rin mə­na yü­kü­nü özüy­lə çə­kib apa­rır.
Kök­sün su­da ­yan­maz daş qa­ya­lar­sa,

Də­rən­də du­man­dan kar­van­lar gə­zər.

Ba­şın­da yü­zil­lik bir cu­na var­sa,

Ətə­yin qır­çın­lı al do­na bən­zər.

Sular qə­zə­bin­dən səs­lər ki, bur­da

Yu­sun dağ-da­şı.

Bu­lud­lar o qə­dər ağ­lar ki, bur­da

Əs­kil­məz gül­lə­rin ya­naq­la­rın­dan

İncdi göz ya­şı.

Kü­lək­lər ət­ri­ni yayar hər ya­na,

Hüs­nü­nə tay ol­maz bir bağ­ça, bir bağ,

Mən elə bi­li­rəm Azər­bay­ca­na

Ət­ri sən ver­mi­sən, vü­qa­rı Şah­dağ.
Bə­dii in­to­na­si­ya şe­i­rin qa­yə­sin­dən do­ğur və in­sa­nın gö­zü qar­şı­sın­da id­dil­lik mən­zə­rə­ni ya­ra­dır: Üfü­qün ar­xa­sın­da şə­la­lə gö­rü­nür və də­niz elə ora­dan axır, çal­xa­la­nır. Ara­bir ağap­paq qa­yıq­lar atı­lıb-dü­şür və nə­ha­yət, üfüq­dən o ya­na ul­duz­lar kəh­kə­şa­nı. Lap is­tə­sən bir daş da atar­san və ovu­lan ul­duz­la­rı gö­rər­sən.

Musa Yaqub in­to­na­si­ya­nı ça­ğı­rıb gə­tir­mir; be­lə ol­say­dı sü­ni tə­si­ri oya­dar­dı. Şe­ir for­ma­la­şan­da, ta­mam­la­şan­da mis­ra-mis­ra do­daq­da ça­ba­la­yan­da ona məx­su­si in­to­na­si­ya gə­lir. De­mə­li, al­da­dı­cı in­to­na­si­ya da ola bi­lir. Şüb­hə­siz, bu key­fiy­yət 50-60-cı il­lə­rin po­e­zi­ya­sı­na xas­dı; S.Vur­ğun­da, S.Rüs­təm­də, M.Ra­him­də, N.Xəz­ri­də, Hü­seyn Arif­də ax­tar­maq müm­kün iş­di. La­kin be­lə tip­li şe­ir­lər­də yük­sək po­e­tik fi­kir ol­ma­dıq­da be­lə: "Şe­ir oxu­cu­la­rı­nı hey­ran edir, bi­zə be­lə gə­lir, bu­nun sir­ri, hər şey­dən əv­vəl, hə­min par­ça­nın mü­vəf­fə­qiy­yət­li in­to­na­si­ya­sı ilə bağ­lı­dır", - de­yən A.Axun­dov haq­lı­dır.


Nə qə­ri­b alo­va bü­rü­nüb o dik,

Qay­maq çi­çək­lə­ri ya­nır zər ki­mi.

İla­hi, biz ne­cə bəx­tə­vər­mi­şik!

Bu dağ­lar, də­rə­lər bi­zim­ki­dimi?

Yə­ni biz də va­rıq,

Dün­ya da var­mı?

Bu ba­xan göz­lər də bi­zim­ki­di­mi?

İla­hi, biz ne­cə bəx­tə­vər­mi­şik!
Bə­dii in­to­na­si­ya üçün stan­dart re­sept ax­tar­ma­ğa dəy­məz. Şe­i­rin struk­tur - ele­mentlə­ri po­e­tik məz­mu­na qo­şu­lub "qo­şa relslə­ri dö­yəc­lə­yə-dö­yəc­lə­yə ge­dir­sə və ru­ha qi­da gə­ti­rən bir se­vinc əh­va­lı­dır­sa, bir xa­ti­rə­dir­sə" in­to­na­si­ya tə­bii for­ma­da şe­i­rə gəl­miş­dir. Və nə­zə­riy­yə­çi­lə­rin diq­qə­ti­ni cəlb et­miş­dir. Ona gö­rə ki, po­e­zi­ya­da - "bə­dii sin­tez" adı al­tın­da lo­kal an­la­yış­la­rı ob­raz­lı ifa­də­li­li­yi qüv­vət­lən­dir­mək üçün sə­nət növ­lə­ri­ni bir­ləş­dir­mək la­zım gə­lir. Bu, me­xa­ni­ki bir­ləş­dir­mə­ni nə­zər­də tut­mur, da­ha doğ­ru­su, bə­dii fik­rə, qa­yə­yə söy­kə­nir. Mə­sə­lən, uni­ver­sal ma­hiy­yət da­şı­yan xü­su­siy­yət­lə­ri əla­qə­lən­di­rən dil kom­po­nentlə­ri ma­raq do­ğu­rur. İn­to­na­si­ya tək­cə mu­si­qi de­yil, bə­dii ədə­biy­ya­ta da aid­dir. Be­lə ki, bə­dii fik­rin mü­hüm ifa­də for­ma­sı­dır. B.Asaf­yev qeyd edir ki, in­to­na­si­ya in­san üçün hə­mi­şə mu­si­qi­li səs­lər­də və da­nı­şıq­da onun ide­ya alə­mi­nin mü­əy­yən olun­ma­sı ami­li­dir; sə­nət­ka­rın ya­ra­dı­cı­lıq fi­kir­lə­ri ic­ti­mai şü­ur üçün in­to­na­si­ya­nın da­nı­şıq­da ifa­də edil­mə­si nə­ti­cə­sin­də hə­qi­qə­tə çev­ri­lə bi­lir. Po­e­zi­ya­da şa­ir in­to­na­si­ya va­si­tə­siy­lə bə­dii fik­ri açır; mü­əy­yən mə­na­da şe­ir­də in­to­na­si­ya­lı­lıq bə­dii tə­fək­kü­rün ümu­mi key­fiy­yə­ti­dir. Fi­kir key­fiy­yət eti­ba­ri­lə də­yi­şir, ye­ni ça­lar kəsb edir və bu­nun açıl­ma­sı ob­raz­lar­la dü­şün­mə­yin ümu­mi xü­su­siy­yə­ti­dir. Bə­dii şü­u­run bu key­fiy­yə­ti şa­ir fik­ri­nin tə­bii ifa­də for­ma­sı olan da­nı­şıq­da tə­miz­lə­nir, saf­la­şır, be­lə­lik­lə, bə­dii dil im­kan­la­rı­nı ar­tı­rır, bə­dii üs­lub­la­rın ya­ran­ma­sı­nı şərtlən­di­rir.
Bu ge­cə göy­lər­də dur­na so­ra­ğı,

Sə­ma zo­laq-zo­laq zər için­də­dir.

Ey­van­da bir ki­sə dib­çək tor­pa­ğı

Gör­düm ki, buğ­la­nır, tər için­də­dir. -
Ka­i­nat­dan gə­lən İla­hi hə­nir­ti­dir, bir dib­çək­də­ki tor­pa­ğa da la­qeyd qal­mır. Hər şey - tə­bi­ə­tin qis­mə­ti­nə dü­şən­lər - oya­nır, cü­cə­rir, ri­şə­lə­nir.
Bil­dim ki, bu ge­cə tor­paq da yat­maz,

Sığ­maz qa­bı­ğı­na tum­lar bu ge­cə.

Çay­lar da pər­vaz­dır, daş­lar da pər­vaz,

Bəl­kə ri­şə­lə­nir qum­lar bu ge­cə.
İfa­də va­si­tə­lə­ri­nin bu zən­gin­li­yi po­e­zi­ya­da "in­to­na­si­ya əsə­bi­li­yi"ndə, vəznsiz şe­i­rə meyldə və po­e­tik ret­ro­rit­min klas­sik ən­da­zə­lə­ri­nin po­zul­ma­sın­da ək­si­ni ta­pır. B.Asaf­ye­və gö­rə, in­to­na­si­ya­nın di­na­mik­li­yi­nin artma­sı səs mə­ka­nı­nın ge­niş­lən­mə­si­nə sə­bəb olur və fik­ri­ni Brams və Flo­ber­lə mü­qa­yi­sə­də əsas­lan­dı­rır: Flo­ber özü üçün yaz­dı­ğı­nı eşi­də­rək gör­mək is­tə­yir­di; be­lə ki, o, ya­ra­dı­cı­lı­ğın ge­di­şin­də da­nı­şır, əsə­ri­ni avaz­la oxu­yur və qəh­rə­ma­nı­nın sə­si­ni eşi­dir­di.

Po­e­zi­ya­ya mu­si­qi­li­lik an­la­yı­şı­nın tət­bi­qi tə­bii hal­dır; po­e­tik da­nı­şıq­da (ya­zı­lı nitqdə də) bə­zən ahəngli­lik o də­rə­cə aş­kar ifa­də olu­nur, söz­lə­rin dü­zü­mü səs­lə­ri ta­mam­la­yır. Bu cür po­e­tik nü­mu­nə­lər­də, şe­ir­də in­to­na­si­ya­nın bə­zi ün­sür­lə­ri çər­çi­və­yə düş­dük­də mu­si­qi­li­li­yi­ni sax­la­yır. Mu­sa Ya­qu­bun po­e­zi­ya­sın­da bu, is­tis­na de­yil. Ma­raq­lı­dır, A.S.Puş­kin bu cə­hə­ti "per­so­na­jın xa­rak­te­ri" ki­mi qə­bul et­miş­di: bu­nu da­nı­şıq səs­lə­ri­nin, bən­din rit­mik təş­ki­li­nin, qa­fi­yə­lə­rin ar­dı­cıl­lı­ğı­nın, mis­ra­nın sin­tak­sis böl­gü­sü­nün se­çil­mə­si və əla­qə­lən­di­ril­mə­sin­dən hə­min "xa­rak­ter­li­yi" mü­əy­yən­ləş­di­rən ar­xi­tex­to­ni­ka bü­töv­lü­yü­nə qə­dər mü­hüm bir amil­lə, yə­ni əsə­rin ru­hu­na uy­ğun olan əh­val-ru­hiy­yə mü­hi­ti­nə gə­ti­rib çı­xa­ran əsas to­nal­lıq­la əla­qə­lən­dir­miş­dir:


Lə­lə, sə­nin ko­man ha­nı,

Üzü da­ğa qar­şı olar.

Çı­xım gə­lim bu qov­ğa­dan

Sə­nin ko­man yax­şı olar.

Bu yo­xu­şun aya­ğın­da,

Bir ta­la­nın qı­ra­ğın­da,

Şeh­li çə­mən çı­ra­ğın­da

Qəl­bə ya­xın, göz­dən uzaq,

Sə­nin ko­man yax­şı olar -

Qa­la­ça­dan çı­xım gə­lim,

Bir quş olub uçum gə­lim.
Mən­cə, bu nü­mu­nə­də mə­sə­lə əya­ni­li­yi­ni ta­pır. Ümu­miy­yət­lə, po­e­zi­ya­da da in­to­na­si­ya­lı­lı­ğın fərqli for­ma­la­rı möv­cud­dur. Bi­rin­ci­si, da­nı­şıq sa­hə­sin­də­ki in­to­na­si­ya­lı­lıq dar mə­na­da for­ma təş­ki­le­di­ci da­nı­şıq ün­sü­rü mə­na­sın­da­dır, ikin­ci­si, ge­niş mə­na­da ifa­də olu­nan bü­töv­lük sə­viy­yə­sin­də olan in­to­na­si­ya­lıq­dır (A.Zis). Mu­sa Ya­qub­da bə­dii in­to­na­si­ya çox­ça­lar­lı­lıq kəsb edir və şe­i­rin ru­hu­nu oya­dır. M.Ya­qu­bun hə­lə ta­mam­la­ma­dı­ğı "Dün­ya­nın lə­pə dər­di" po­e­ma­sı bü­töv­lük­lə hə­zin, köv­rək, lən­gər­li in­to­na­si­ya­lı­dır. Şa­i­rin seç­di­yi oy­naq vəzn də bu­na im­kan ya­ra­dır.
Üs­tün­də­ki du­man ha­nı,

Lə­lə, sə­nin ko­man ha­nı?..

Bu a­zar­dan çı­xım gə­lim.

Hər şey al­qı-sat­qı­da­dı

Bu ba­zar­dan çı­xım gə­lim.
...Lə­lə mə­nəm, lə­lə mən,

Yük al­tın­da hə­lə mən.

Dərddən, qəm­dən, hic­ran­dan

Bağ­la­mı­şam şə­lə mən.
Söz – şa­i­rin əlin­də si­lah və zə­rif gül lə­çə­yidir. Söz – alov­du – alış­­dı­rır bir ürə­yi, yan­dı­rır si­qa­re­ti­ni. Lev Tolstoy Sö­zə da­hi­ya­nə qiy­­mət ve­rir: "Söz bö­yük qüd­rət­dir; ona gö­rə bö­yük­dür ki, sö­zün kö­mə­yi­lə in­san­la­rı bir­ləş­dir­mək olar, söz­dən is­ti­fa­də et­mək olar, söz­dən is­ti­fa­də ilə in­san­la­rı ayır­maq olar, söz­lə mə­həb­bə­tə xid­mət gös­tər­mək olar, sö­zün va­si­tə­si­lə düş­mən­çi­li­yə və nif­rə­tə də qul­luq gös­tər­mək olar. İn­san­la­rı bir-bi­rin­dən ayı­ran söz­dən iraq ol, eh­ti­yat et!" Söz in­san hə­ya­tı ilə ey­niy­yət­də­dir, onun nə­fə­siy­lə şə­rik­dir. Sö­zün çox­mə­na­lı funksi­ya­sın­dan da­nış­maq is­tə­mi­rəm, sa­də­cə, Mu­sa Ya­qu­bun po­e­zi­ya­sın­da sö­zün lek­sik im­kan­la­rın­dan is­ti­fa­də mə­sə­lə­si­nə to­xun­maq eh­ti­ya­cı duy­dum. Söz də ila­hi­dən gə­lir və bə­da­hə­tən öz ye­ri­ni ta­pır. Zəng içə­ri - sin­fə vu­ru­lan­da hər bir şa­gird öz skam­ya­sın­da ya sa­ğın­da, ya da so­lun­da əy­lə­şir. Şe­i­rdə sözün - kə­la­mın be­lə bir instinktiv dav­ra­nı­şı olur. Bu mə­na­da şa­ir ori­ji­nal söz bir­ləş­mə­lə­ri ta­pır, bəl­kə də ça­ğı­rıb gə­ti­rir.
Gə­lib bu cı­ğır­dan pa­yız ke­çib­di,

Nə əcəb pa­yı­zın izi gö­yə­rir.

Bir çü­rük al­ma­nın to­xu­mu ruh­dur,

Bə­də­ni əri­yir, özü gö­yə­rir.
Bu qı­zıl atəş­də bə­də­nim ya­nar,

Da­ha bu pa­yı­za çə­tin da­ya­nar.

Bil­mi­rəm, har­da­sa ru­hum oya­nar,

De­yə­sən kön­lü­mün kö­zü gö­yə­rir.
Bu mis­ra­lar "Gö­yə­rir" şe­i­rin­dən­dir. Pa­yı­zın in­san ru­hu­na tə­si­ri­nin oyat­dı­ğı hə­zin­lik - pes­si­mizm de­yil. Özüy­lə pa­yız ara­sın­da­kı ox­şar­lıq­da be­lə, Mu­sa Ya­qub tə­bi­ə­tin pa­yız­laş­ma­sı­na he­yifslə­nir. Ey­ni za­man­da fəs­lin ya­şam tə­za­dı onu ruh­lan­dı­rır, - de­sək pis çıx­maz­dı. La­kin tə­bii qa­nu­na­uy­ğun­luq prin­sip­lə­ri möv­cud­dur: yax­şı ge­dir, pi­si gə­lir və ya ək­si­nə.
Kov­ğuş ağac­la­rın pa­yız kə­pə­yi,

Bu­nun şa­lı ge­dib. Onun ör­pə­yi.

Bir gül bu­da­ğın­da so­lur ipə­yi,

Bir pam­bıq ko­lun­da be­zi gö­yə­rir.
Qu­rub na­xı­şın­dan dur­na­lar ya­tar,

Dur­na­nın ahı­lı qa­ta­rı dar­tar.

Mən öl­səm bir ovuc tor­pa­ğım ar­tar,

Ko­roğ­lu ölən­də Hə­zi gö­yə­rir.
Mu­sa Ya­qub söz­lə­rə lek­sik cə­hət­dən ob­raz­lı mə­na ver­miş­dir. Han­sı ki, "iy­nə­nin ucu", ya­xud, "qə­şəng ma­ral".

Bu mə­sə­lə­yə ay­dın­lıq gə­ti­rən Ağa­mu­sa Axun­dov ya­zır: "Bə­zi hal­larda şa­ir öz güc­lü qə­lə­mi­lə sö­zü özü­nə ta­be et­mə­yi ba­ca­rır. La­kin bu, hə­mi­şə be­lə ol­mur. Şa­ir ax­tar­ma­lı olur, di­li­mi­zin zən­gin lü­ğə­ti­ni, hət­ta ge­niş oxu­cu küt­lə­si­nə mə­lum ol­ma­yan söz­lə­ri nə­zər­dən ke­çi­rir, la­zım ola­nı tap­dıq­dan son­ra ra­hat ola bi­lir".46

Mu­sa təs­vir ob­yek­ti­nin sə­ciy­yə­si­ni və psi­xo­lo­gi­ya­sı­nı ay­dın­lı­ğı ilə: ya kə­dər­li, ya da se­vincli ol­sun sö­zün si­fə­ti - mə­na­sı­nı "də­yiş­di­rir" - məna çı­xa­rır. Bu, ona sü­but­dur ki, onun şe­ir­lə­ri baş­dan-aya­ğa fi­kir - mə­na ça­lar­lı­dır, ob­raz­lı­dır:
Əli­min abı­rı, tu­ma­rı ge­dir

Ov­cum bö­yü­dük­cə bor­cum bö­yü­yür.

Yo­lu­mun ra­ha­tı, ha­ma­rı ge­dir

Ye­tim cı­ğır­lar­da otum bö­yü­yür.
İb­rət­li mə­na var­dır, əx­la­qi yo­zu­mu po­zi­tiv də ola bi­lər. Mən şe­ir ba­rə­də baş­qa - yax­şı mə­na­da xoş söz­lər de­yər­dim, la­kin ədə­biy­yat­şü­nas Va­qif Yu­sif­li­nin fik­ri­lə sö­zə nöq­tə qo­yu­ram. V.Yu­sifli ya­zır ki: "Üzün ab­rı­nın, tu­ma­rı­nın get­mə­si mə­lum və­ziy­yət­dən do­ğan adi key­fiy­yət­dir­sə, xə­ca­lət­dən, töh­mət­dən, min­nət­dən və ya­xud hə­ya-is­mət nu­ru­nun sön­mə­sin­dən tö­rə­yən ha­lət əlin ab­rı­nın, tu­ma­rı­nın it­mə­si ta­le­yin və rüz­ga­rın zər­bə­lə­ri­nə tuş gəl­miş in­sa­nın mə­nə­vi fa­ci­ə­sin­dən xə­bər ve­rir. Li­rik "mən" sə­də­qə di­lə­dik­cə ha­ma­rı, tu­ma­rı get­miş ov­cu san­ki bö­yü­yür, ovuc bö­yü­dük­cə bor­c da bö­yü­yür. Hər gün kü­çə­lə­rə çıx­maq­dan yol­la­rın da ra­ha­tı, ha­ma­rı ge­dir, kim­sə­siz və tən­ha qal­dı­ğın­dan bir kim­sə­yə gə­rək ol­mur, onun oca­ğı­na - oba­sı­na yol­la­nan­la­rın da ayaq­la­rı kə­si­lir və nə­ti­cə­də mən­zil ba­şı­na uza­nan cı­ğır­lar da kim­sə­siz­lə­şir və ye­tim­lə­şən iz­lər­də, çəh­lim­lər­də ot bö­yü­mə­yə baş­la­yır".

Mu­sa Ya­qu­bun po­e­zi­ya­sın­da di­lin lek­sik im­kan­la­rın­dan is­ti­fa­də bə­dii üs­lu­bi ça­lar­la­ra xid­mət edən amil­dir. Fik­rin, ob­ra­zın ay­dın­lı­ğı ilə can­lan­dır­ma­sın­da ye­ri gə­lən­də aktsek­to­lo­gi­ya­dan yax­şı mə­na­da is­ti­fa­də güc­lü­dür­sə, qro­teks ele­mentlər­dən qaç­ma, de­vizm və sa­ir mə­caz­lar sis­te­mi "kə­nar xal­lar­la" mü­şa­yi­ət olun­mur. Şe­ir­də fi­kir, qa­yə şah da­mar­dı­rsa, ət­ra­fın­da­kı üzvlə­rin komplek­si ol­ma­dan or­qa­nizm hə­rə­kə­tə gə­lə bil­məz. Po­e­tik "kər­pic­lər" for­ma­sı­na və bi­çi­mi­nə gö­rə şe­i­rin rit­mi­nə, ahən­gi­nə - bü­töv­də har­mo­ni­ya­sı­na, ne­cə de­yər­lər, ca­vab­deh­lik da­şı­ma­lı­dı. Şe­ir­də böl­gü­lə­rin tə­na­sü­bü - pra­so­dik­li­yi şa­ir qəl­bi­nə - psi­xe­ya­ya yar­dım­çı ol­ma­lı­dır. Əl­bət­tə, po­e­zi­ya elə ça­lar­la­rı özü­nə çə­kir ki, o cür qə­na­ət ya­ran­mır - baş­qa­la­rı­nın mətnlə­rin­dən, ifa­də­lə­rin­dən qa­çıl­ma­lı­dır. Ye­ri gə­lən­də öz bə­dii nit­qin­də, han­sı ki, bə­dii ifa­də üs­lu­bu­nun tər­kib his­sə­si­dir, pa­ra­fa­rik zöv­qü­nü pe­ri­pe­tik ba­ca­rıq­la uy­ğun­laş­dı­rıl­ma­sı­dır. Şa­ir söz im­kan­la­rı­nın əl-qo­lu­na məh­du­diy­yət qoy­ma­sa be­lə, xalq di­li­nin, onun ifa­də tər­zi­nin da­hi­ya­nə ça­lar­la­rı­na söy­kə­nir. Lev Tolstoy de­yir­di ki, o ya­zı­çı­la­rın əsər­lə­ri xalq üçün fay­da­lı olur, on­la­rın öz­lə­ri xal­qı ta­nı­yır­lar və onun­la bir­lik­də ya­şa­yır­lar.

Mu­sa Ya­qub po­e­zi­ya­sı baş­dan-aya­ğa di­lin par­laq zər-zi­ba­sı­na bü­rün­müş­dür, işıq har­dan dü­şür­sə... bərq vu­rur, çün­ki ob­raz­la­rın dil ma­te­ri­al­la­rı­nın ini­ka­sı­dır; dil zən­gin­li­yi­sə şa­i­rin fər­di-möv­qe im­kan­la­rı­nı şərtlən­di­rir. Pro­fes­sor El­məd­din Əli­bəy­za­də ya­zır ki, hər şey­dən əv­vəl, sə­nət­ka­rın özü­nə­məx­sus fər­di dil key­fiy­yə­ti, baş­qa söz­lə, ya­zı ma­ne­ra­sı dəs­ti-xət­ti ol­ma­lı­dır.47

Mən Mu­sa­nın şe­ir­lə­rin­də dil zən­gin­li­yi­lə bağ­lı yu­xa­rı­da söy­lə­di­yim kon­tekstdən çı­xış et­mək­lə xalqda de­yim­lər, ədə­bi dil­də iş­lə­di­lən­lər, nə­ha­yət, po­e­tik ifa­də və şə­kil­lər­də for­ma­la­şan ob­raz­la­rı, mi­ni fi­kir­lə­rin la­ko­nik "açı­lı­şı", bə­zən yal­nız vəhydən gə­lən söz­lə­rin, bir­ləş­mə­lə­rin zərif dü­zü­mü­nü tut­dum. Mü­ba­li­ğə­siz ob­raz­lar, ifa­də ça­lar­la­rı və ila­xır­la röv­nəq­lə­nən sər­gi! Baş­qa bir ad tap­maq da ar­zu­sun­da ol­ma­dım. Əsa­sı əya­ni­lik­dir, qa­lan ya­naq­ma oxu­cu­nun­dur.

"Xə­zəl­lər, da­nı­şın" şe­i­rin­də şa­i­rin mü­ra­ci­ə­ti öm­rü­nü ba­şa vur­muş - xə­zəl­lən­miş yar­paq­lar­dır. Şa­ir bir su­a­lı­ ilə ya­şa­maq eş­qi ma­ra­ğıy­la so­ru­şur: "Pa­yız­dan ya­za yol var­mı" – Özü də ca­va­bı­nı bi­lir, la­kin so­yuq, için­də is­ti ov­qat­la so­ru­şur.
Ar­xa­da xə­zəl­lər, da­nı­şın,

Ey hə­şəm gül­lər, da­nı­şın. -

Ca­vab ve­rin siz ada­ma

Payız­dan ya­za yol var­mı?
Şe­ir­də əh­val fik­rin lek­sik yo­zu­mu­nu can­lan­dı­rır...

For­ma və Məz­mun bir-bi­ri­ni ta­mam­la­yan əla­mət­lər­dir, şe­i­rin uçuş qa­nad­la­rı­dır və bu pər­lər kə­si­lər­sə – olar "ev qu­şu". Bə­dii for­ma isə vəzndə, qa­fi­yə­də, şə­kil­də, ob­raz­da, mə­caz­da, təş­beh­də və sa­ir­də tə­za­hür edir. Bun­lar şe­i­rin pal­ta­rı­dır - ge­yi­mi­dir, ifa­də əla­mə­ti­dir, bər-bə­zə­yi­dir, yax­şı mə­na­da or­ta­ya çı­xan tən­tə­nə for­ma­sı­dır; bun­suz o "tən­tə­nə" sü­ku­ta, lal-din­məz­li­yə çev­ri­lər. Oxu­cu şe­ir­də bun­la­rı duy­mur­sa, fik­rin­də as­so­si­a­si­ya­lar sis­te­mi ya­rat­mır­sa, şe­ir bir ya­na atı­lır və unu­du­lur. Bu sa­da­la­nan for­ma ele­mentlə­ri, at­ri­but­la­rı hər bir şe­i­rin məz­mu­nu­nu ta­mam­la­ma­lı­dır, şa­ir ov­qa­tı­nın, ya­xud ob­ra­zın əh­va­li-ru­hiy­yə­si­ni əks et­dir­mə­li­dir; di­li­mi­zin bü­tün əl­van­lı­ğı­nı, ça­lar­lı­ğı­nı bü­ru­zə ver­mə­li­dir. Fü­zu­li­yə gö­rə, məz­mun əgər kö­nül ka­mı­dır­sa, for­ma göz se­vin­ci­dir; for­ma çi­çək­dir, məz­mun­sa mey­və­dir.

Məz­mun və For­ma vəh­də­ti ədə­biy­yat nə­zə­riy­yə­si ba­xı­mın­dan məq­bul qa­nun­dur, prin­sip­dir. La­kin xü­su­si­lə, şe­ir ob­raz­lı dü­şün­cə­nin, şa­ir hisslə­ri­nin məh­su­lu ol­du­ğun­dan, oxu­cu tə­rə­fin­dən stan­dart öl­çü­lər­də qar­şı­lan­mır. Elə­si var, onun üçün əsas məz­mun­dur, ide­ya - qa­yə­nin ona təl­qin edə­cə­yi (etdyi) nə­ti­cə­dir, di­gə­ri­nə şe­i­rin vəz­ni, qa­fi­yə­si, rə­di­fi, ob­raz­lar - mə­caz­lar top­lu­su və ila­xır va­cib­dir. Hər iki­si­ni haq­lı sa­yı­ram: Məz­mun tə­rəf­dar­la­rı şe­i­rin ide­ya ama­lı, aşı­la­dı­ğı fi­kir, hət­ta el­mi­li­yi; for­ma­ya me­yil­li­lə­ri po­e­tik təs­vir qüd­rə­ti ma­raq­lan­dı­rır­lar; gə­lin hər iki fak­to­ru ayı­raq: Məz­mun­suz şe­ir is­ti ha­va­da bir yar­pa­ğın üzümüzə çi­lə­di­yi sə­rin­lik­di, for­ma­sız şe­ir xoş­la­ma­dı­ğımız kön­töy sə­sin eşi­dil­mə­si­dir.

Şe­ir­də po­e­tik ifa­də məz­mu­nun açıl­ma­sın­da, an­la­nıl­ma­sın­da açar gü­cü­nə ma­lik­dir. Ən zə­rif, də­ru­ni mə­na açı­lar və qa­pa­nar. Be­lə ya­na­şan­da məz­mun­la for­ma bir-bi­ri­ni ta­mam­la­yan kom­po­nentlər də­yə­rin­də gö­tü­rül­mə­li­dir. Pro­fes­sor, bö­yük Fü­zu­li­şü­nas, mərhum Sa­bir Əli­yev de­miş­kən: "Sə­nət­də bə­dii for­ma məz­mu­nun aşı­lan­ma­sı üçün si­ya­sət­dir, la­kin məq­bul və fay­da­lı si­ya­sət­dir".48

Lek­si­ka­sı­nı da mü­kəm­məl mə­nim­sə­miş ol. Musa Yaqub tə­bii ki, şe­ir­lə­ri­nin di­li üzə­rin­də dü­şü­nür, ax­ta­rır, əvəz­lə­yir. Əl­yaz­ma­la­rın­dan bə­zi­si­nə ba­xan­da bu mən­zə­rə gö­rü­nür. Mən bu ha­lı gö­rən­də, şa­ir di­li­nin ecaz­kar­lı­ğı­nı du­yan­da Sə­məd Vur­ğu­nun söz­lə­ri­ni ya­dım­da can­landırdım: "Mən şe­ir­lə­ri­min di­li üzə­rin­də çox ça­lı­şı­ram. Hər kə­sin an­la­ya­ca­ğı sa­də kəl­mə­lər iş­lət­mək­lə, ge­niş küt­lə da­xi­lin­də­ki ifa­də for­ma­la­rın­dan da is­ti­fa­də edi­rəm".49 Bu qiy­mət­li eti­raf­dan de­səm ki, 75 il­dən ar­tıq Za­man kə­si­yi ke­çir, tə­əc­cüb­lən­mə­mək da­ha yax­şı­dı. Mü­hit, ab-ha­va, po­e­tik üs­lub­lar, ye­ni şa­ir nəs­li­nin id­di­a­la­rı, oxu­cu emo­si­o­nal­lı­ğı­nın iti­li­yi və in­tel­lek­tu­al­lı­ğı... di­lin ba­şı­na - ye­rin üzə­ri­nə Ay­la Gü­nə­şin do­lan­dı­ğı yo­rul­maz­lı­ğı ilə tə­səl­li ta­pır. Kök, ge­ne­tik an­lam va­ris­li­yi­ni qo­ru­muş və ci­la­la­na-ci­la­la­na ge­də­cək­dir.

Be­lə­lik­lə, şa­ir­lik id­di­a­sı for­mal sə­ciy­yə­li - yal­nız kə­miy­yət se­vin­ciy­lə öl­çül­mür və mən be­lə bir me­ya­rı qə­bul et­mi­rəm. Şa­ir po­e­zi­ya­nın bü­tün at­ri­but­la­rı­na - ele­mentlə­ri­nə - his­sə­cik­lə­ri­nə - me­xa­niz­mi­nə ca­vab­deh­lik da­şı­yır və şe­i­rin hü­quq­la­rı­nı qo­ru­ma­ğa borclu­dur. Tək­cə for­ma və məz­mun­la "irə­li get­mək" (so­si­al an­la­yış mə­na­sın­da de­məz­dim) az­dır, məhz bu iki an­la­yı­şı ətə-qa­na-ca­na gə­ti­rən po­e­tik mö­cü­zə­lə­rə də bel bağ­la­maq gə­rək­dir. Am­ma ye­nə bö­yük hərflə Məz­mun və For­ma qo­şa qa­nad­dır (Al­lah Xu­du Məm­mə­do­va rəh­mət elə­sin) və Po­e­zi­ya­dır ki, əsil Şa­i­rə sa­diq qa­lır...



1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə