MÜNDƏRİcat xülasə



Yüklə 0.68 Mb.
səhifə8/9
tarix27.02.2016
ölçüsü0.68 Mb.
1   2   3   4   5   6   7   8   9

Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası


  1. Kazımov Arif Nazir oğlu


Saxlanma tarixi: 10 dekabr 1996-cı il

İttiham: 1960-cı il CM-nin 57 (vətənə xəyanət); 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 70 (dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə silahlı bandalar təşkil etmə, habelə belə bandalarda və onların etdikləri basqınlarda iştirak etmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə); 70-2-ci maddənin 3-cü hissəsi (adamların həlak olmasına və ya başqa ağır nəticələrə səbəb olan qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların tərkibində dövlət və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə); 71 (qaçaqmalçılıq, yəni malların və ya sair qiymətli şeylərin xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə şəxs tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi ləvazimatın qaçaqmalçılığı); 145-ci maddənin 2-ci hissəsinin 1,2,5 və 6-cı bəndləri (qabaqcadan əlbir olan bir dəstə şəxs tərəfindən, silah və ya silah kimi istifadə olunan digər predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai əmlaka və ya vətəndaşların şəxsi əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud banditizm etmiş şəxs tərəfindən edilən, zərər çəkənə külli miqdarda zərər vuran quldurluq, yəni vətəndaşların şəxsi əmlakına sahib olma məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya səhhəti üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın); 146 (hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin və ya onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə vətəndaşların şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı hərəkətlər etməsini tələb etmə); 207-ci maddənin 2-ci hissəsi (qərəzli xuliqanlıq, yəni öz məzmununa görə müstəsna dərəcədə həyasızlıq və ya xüsusi azğınlıqla fərqlənən, yaxud hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq vəzifəsini yerinə yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq hərəkətlərini dəf edən başqa vətəndaşlara müqavimət göstərməklə əlaqədar olan, habelə əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş şəxs tərəfindən edilən hərəkətlər); 220-ci maddəsinin 1-ci hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma); 220-ci maddəsinin 2-ci hissəsi (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, fin bıçağı və sair soyuq silahı müvafiq icazə olmadan gəzdirmə, hazırlama və ya satma); 220-1-ci maddəsinin 3-cü hissəsi (odlu silahın (yivsiz lüləli ov silahından başqa), döyüş sursatının və ya partlayıcı maddələrin quldurcasına basqın yolu ilə, yaxud xüsusi təhlükəli residivist tərəfindən oğurlanması)

Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası


  1. Poladov Səfa Alim oğlu


Saxlanma tarixi: 10 dekabr 1996

İttiham: 1960-cı il CM-nin 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə); 71 (qaçaqmalçılıq, yəni malların və ya sair qiymətli şeylərin xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə şəxs tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi ləvazimatın qaçaqmalçılığı); 220-ci maddəsinin 1-ci hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma); 120-ci maddənin 2-ci hissəsi (zərər çəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab verməklə azadlıqdan məhrumetmə);
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası

G. Digər işlər



  1. İsmayıllı etirazlarına görə həbs edilənlərin işi

2013-cü il yanvarın 23-ü axşam saatlarında İsmayıllıda yerləşən keçmiş Əmək və Əhalinin Müdafiə naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus olan “Çıraq” otelinin (bunu həmin hadisələrə görə həbs edilən İlqar Məmmədov rəsmi sənədlər yayaraq sübut etmişdi) inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov içkili vəziyyətdə yerli taksi sürücüsünün maşınını vurduqdan sonra taksi sürücüsünün özünə də zərbələr endiriblər. Hər iki şəxs hadisə yerinə yığışan çoxsaylı İsmayıllı sakinlərini təhqir etmişlər. Bu, hadisə yerində olan və sonradan gələn İsmayıllı sakinlərinin etirazına səbəb olmuş, qəzəblənmiş kütlə “Çıraq” otelinə daşlar atmağa başlamış və otel yandırılmışdır. Etiraz edənlər nazir Füzuli Ələkbərovun qardaşı olan yerli icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun da istefasını tələb etmişlər və onun evinə tərəf gedərək etirazlarını burada davam etdirmiş, evi və həyətdə olan avtomobilləri yandırmışlar. Etirazlara görə Bakıdan və qonşu rayonlarından çoxsaylı polis qüvvələri və Daxili Qoşun əsgərləri İsmayıllı rayonuna yeridilmiş və həbslər aparılmışdır. Hadisələrə görə cinayət işi açılmış və yanvarın 23-də Emil Şəmdinov və Elməddin Məmmədovdan başqa 8 İsmayıllı sakini barədə həbs qətimkan tədbiri seçilmiş, 23 nəfər inzibati qaydada müxtəlif müddətlərə həbs edilmişlər. Yanvarın 24-də həbs edilənlərin azadlığa buraxılması və icra başçısının istefaya göndərilməsi çağırışları ilə aksiyalar davam etdirilmiş, etirazları yatırmaq üçün polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmişdir.

Cinayət işi çərçivəsində hadisələrə görə ümumilikdə 18 nəfər həbs edilmişdir ki, onların 16-ı İsmayıllı sakini, 2 nəfər isə hadisələri yerində öyrənmək üçün İsmayıllıya səfər etmiş Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədov və jurnalist Tofiq Yaqubludur (hər ikisinin işi ilə müvafiq olaraq “Siyasətçilər”, “Jurnalistlər və bloggerlər” bölməsindən tanış ola bilərsiniz).

Barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərə ilkin olaraq polisə müqavimət və ictimai qaydanı kobud surətdə pozmaq ittihamları irəli sürülsə də, sonradan ictimai qaydanı pozma daha ağır ittihamla - kütləvi iğtişaşlar törətmə və ya bu iğtişaşlarda iştirak etmə ilə əvəz edilmişdir.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun 17 mart 2014-cü il qərarı ilə həbs edilmiş şəxslərdən 10 nəfər 4 ildən 8 ilə qədər müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, 8 nəfərə şərti cəza kəsilərək onlar məhkəmə zalından azadlığa buraxılmışlar.

Təqsirləndirilən şəxslərin bir neçəsi özlərini qismən təqsirli bilsələr də, onların arasında saxta və sifarişli ittihamlarla həbs edilən şəxslər də var. Başqa sözlə, İlqar Məmmədov və Tofiq Yaqublu ilə yanaşı, İsmayıllı sakinlərindən də açıq siyasi motivlərlə həbslər edilənlər olmuşdur. Bu şəxslərin cinayət əməllərində iştirakı məhkəmədə sübuta yetirilməmişdir, hətta şahid kimi ifadə verən çoxsaylı polislər yanğın törədən və daş atan şəxslərin üzlərini görmədiklərini, çoxsaylı ümumi etirazların getdiyini vurğulayıblar. Otelin sahibləri və oteldə qalanlar zərərçəkmiş kimi tanınsalar da, onlar təqsirləndirilənlərə qarşı heç bir iddialarının olmadığını məhkəmə proseslərində qeyd ediblər.





  1. İbrahimov Vasif Ədalət oğlu


Saxlanma tarixi: 25 fevral 2013-cü il

İttiham: CM-nin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri

Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi

İş üzrə qısa arayış: Cənab İbrahimov İsmayıllı rayonunda baş verən haqsızlıqlara qarşı cıxış edən və bu haqsızlıqlara görə tənqidlər səsləndirən sakinlərdən biri olub. Heç bir müxalifət partiyasının üzvü olmasa da, ölkədə, xüsusən yaşadığı İsmayıllı rayonunda yerli icra strukturlarına müxalif olub. Cənab İbrahimov sahibkarlara qarşı təzyiqlər, onların günlərlə işıqsız qalması, sahibkarlara məxsus mağazaların qapadılması, o cümlədən müxtəlif sosial problemləri ANS telekanalı və çap mətbuatı vasitəsilə ictimailəşdirmiş, İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllıya rayonun müxtəlif yerlərində olan qanunsuzluqlar və sosial problemlər barədə məlumatlar ötürmüş, bunların nəticəsində cənab İbrahimov yerli icra strukturlarının hədəfinə çevrilmişdir.

Cənab İbrahimov İsmayıllı etirazlarının başlandığı gün, yəni yanvarın 23-də əraziyə gəlmiş jurnalistlərə müsahibə vermiş və müsahibəsində “Çıraq” otelinin tikintisini qanunsuz adlandırmış, otelin olduğu tikilidə 35 aztəminatlı ailənin məskunlaşmasına baxmayaraq onların oradan məcburi çıxarıldığını, bu işdə yerli strukturlarının iştirak etdiyini bildirərək yerli icra qurumlarını tənqid etmişdir33. Müsahibəsinin efirə verilməyən hissəsində o icra başçısı və sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin oğlunun bu hadisələrdə günahkar olduğunu bildirmişdir.

Cənab İbrahimov etirazlar və qarşıdurmalarda birbaşa iştirak etməmiş və o, ilk günlər deyil, hadisədən 1 ay sonra yerli icra strukturlarının təkidi ilə həbs edilmiş və ona qarşı ittihamlar irəli sürülmüşdür.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.





  1. Keçmiş dövlət məmurları



  1. İnsanov Əli Binnət oğlu


Saxlanma tarixi: 20 oktyabr 2005

İttiham: CM-nin 179.3.2 (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə), 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə vəzifəli şəxs tərəfindən təkrar törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab İnsanov hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri hesab edilir, o, 1993-cü ildən həbs edilənə qədər Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.

2005-ci ilin noyabrında keçirilmiş parlament seçkilərindən əvvəl və seçkilər ərəfəsində cənab İnsanov YAP-ın İdarə Heyətinin iclaslarında kəskin tənqidi çıxışlar etmiş, hakimiyyətdə cinayətkarların təmsil olunduğunu, aparılan siyasətin yanlışlığını və dəyişdirilməli olduğunu, əks halda xalqı aldatmış olacaqlarını bildirmişdir. YAP-ın qurultayından əvvəl keçirilən idarə heyətinin iclasında tənqidi fikirlərini davam etdirərək, partiyaya dəvət etdiyi və ona görə partiyaya qoşulan şəxslərdən buraxılan səhvlərə və yanlış siyasətə görə üzr istəmək dərəcəsinə çatdırıldığını vurğulayıb. Cənab İnsanov həbsindən 7 ay əvvəl, yəni 2005-ci ilin mart ayında həm YAP-dan, həm də səhiyyə naziri vəzifəsindən istefa vermək üçün ərizə ilə Prezident İlham Əliyevə müraciət etsə də, onun istefası qəbul edilməmişdir. Həbsindən iki ay əvvəl cənab İnsanov izləndiyini, hətta Bakıdan çıxdıqdan sonra da bu izləmənin davam etdiyini və bununla da bağlı prezidentə müraciət etdiyini bəyan etmişdir. Müraciətdə elə hakimiyyətdə təmsil olunan qruplar tərəfindən izləndiyini vurğulamışdır.

Parlament seçkilərinə 16 gün qalmış cənab İnsanov həbs edilərkən ona qarşı ilkin olaraq dövlət çevrilişi etməyə hazırlıq ittihamı sürülsə də (dövlət mediası da bu barədə məlumatlar yayırdı), sonradan bu ittiham sırf iqtisadi cinayətlər üzrə ittihamlara çevrildi. Onun həbsi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilib və barəsində dərhal həbs qətimkan tədbiri seçilib.

Keçmiş nazir həbs edilərkən işgəncəyə məruz qaldığını, işgəncələrin Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində davam etdiyini bildirmişdir.

2007-ci ildə cənab İnsanovun cinayət işi üzrə istintaq yekunlaşıb, ancaq onun vəkillərinə iş materialları ilə tanış olmaq və surətlər götürməyə imkan verilməyib. O, 20 aprel 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsi, 16 yanvar 2008-ci ildə isə Ali Məhkəmə bu qərardan verilən şikayətləri təmin etməyib.

Cinayət işinin materiallarında mənimsənildiyi iddia edilən məbləğlə həbs zamanı Baş Prokurorluğun məlumatlarında açıqlanan məbləğlər arasında ciddi fərqlər olub. Cənab İnsanov bütün vergiləri ödədiyini və təkcə 2005-ci ildə 85000 manat vergi ödədiyini sübut edən qəbzləri məhkəməyə təqdim edib. Qanunsuz özəlləşdirmə həyata keçirməkdə ittiham edilən cənab İnsanov bu prosesin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev tərəfindən həyata keçirildiyini bildirib və onların şahid kimi məhkəməyə gətirilməsi ilə bağlı vəsatət versə də, bu, təmin edilməyib. Cənab İnsanovun həbs edildiyi gün verdiyi ifadənin böyük bir hissəsi itirilmiş, nəticə etibarilə cinayət işinin materiallarına əlavə edilməmişdir.



Keçmiş nazirin İnsan Hüquq və Əsas Azadlıqları haqqında Avropa Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) və 6-cı (ədalətli məhkəmə hüququ) maddəsində nəzərdə tutulmuş hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsinə şikayət verilmişdir. 2013-cü ilin martın 14-də Avropa Məhkəməsi keçmiş nazirin hər iki hüququnun pozuntusunu tanıyıb34. Məhkəmə keçmiş nazirin müdafiə hüququ və digər prosessual qaydaların pozulduğunu, əlavə araşdırma aparılmasına ehtiyac olduğunu və Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməli olduğunu qət edib. 2013-cü il noyabrın 15-də Ali Məhkəmə Avropa Məhkəməsinin qərarına əsasən işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərib. Apellyasiya məhkəməsində işə baxılarkən cənab İnsanov hakimiyyət, konkret prezident İlham Əliyev barədə kəskin tənqidi fikirlər səsləndirib. Növbəti məhkəmə zamanı Əli İnsanov şüşə qəfəsə salınıb və hakim onun danışmasına icazə verməyib (keçmiş nazir tənqidi fikirlər səsləndirərkən hakim səsin eşidilməsini təmin edən mikrofonu söndürüb). 25 fevral 2014-cü ildə Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılan 11 illik azadlıqdan məhrum edilmə barədə hökmü qüvvədə saxlayıb. AŞ PA-nın 2007-ci ildə qəbul etdiyi 1545 saylı qətnaməsində Əli İnsanov barəsində ədalətli məhkəmə keçirilməsi tövsiyə  olunmuşdur35. AŞ PA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçiləri cənab Andres Herkel və xanım Jivkovanın apardıqları monitorinqin nəticələrinə dair 2008-ci il mart ayında yayılmış hesabatda və AŞ PA-nın 2008-ci il 24 iyul tarixli qətnaməsində də cənab İnsanovla bağlı narahatlıq əks olunmuşdur.

  1. Quliyev Nicat Əmir oğlu


Saxlanma tarixi: 07 avqust 2013-cü il

İttiham: CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi

Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək orada prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. N.Quliyev 2005-ci il oktyabrın 19-da parlament seçkilərindən əvvəl həbs edilmiş, ona qarşı dövlət çevrilişinə cəhddə iştirak ittihamı irəli sürülsə də, az sonra azadlığa buraxılıb. O, 2013-cü il prezident seçkilərinə 2 ay qalmış 2005-ci ildə olduğu kimi yenidən MTN əməkdaşları tərəfindən Abşeronda yerləşən bağ evində həbs edilib. Həbsindən əvvəl prezident seçkiləri üçün müxalifətin ilkin vahid namizəd seçilmiş tanınmış kinorejissor Rüstəm İbrahimbəyovla telefonla danışmış və təzyiqlərlə üzləşən İbrahimbəyova dəstəyini ifadə etmişdir. Cənab İbrahimbəyov da öz müsahibələrində cənab Quliyevlə çoxdan tanış olduğunu və Quliyevin ona zəng edərək hal-əhval tutduğunu və məhz buna görə də həbs edildiyini bildirmişdir.

Nicat Quliyevin evində axtarış aparılıb, həyat yoldaşı bağa girənlərin hərəkətlərinə nəzarət etmək iqtidarında olmayıb. Ailə üzvlərinin mobil telefonları əllərindən alınıb, onlara evdən çıxmaq qadağan edilib. Nə axtardıqlarını izah etməyən MTN əməkdaşları Nicat Quliyevin sənədlərini, evdəki kompüterləri, foto və video materialları, dəmir seyfi müsadirə ediblər. O cümlədən bağın həyətində olan yardımçı tikilidən və cənab Quliyevə məxsus avtomobildən silahın tapıldığı iddia edilib.

Nicat Quliyev saxlandıqdan dərhal sonra öz vəkili ilə təmin edilmək və evə zəng etmək hüququndan məhrum edilib. Avtomobilə baxış zamanı cənab Quliyevin iştirakı təmin edilməyib. saxlandıqdan sonra avtomobili onun nəzarətindən kənarda - MTN əməkdaşlarının sərəncamında olub. Cənab Quliyev ittihamın saxta hesab edərək, ifadə verməkdən imtina edib. Abşeron rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qərarı ilə cənab Quliyev 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.


  1. Lətifov Asif Aydın oğlu


Saxlanma tarixi: 29 avqust 2012-ci il

İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələri

Saxlandığı yer: 9 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Lətifov Dövlət Xüsusi Mühafizə Xidmətinin (DXMX) zabiti, prezidentin mühafizəçisi olub, 17 il Xüsusi Təyinatlı "Beta" dəstəsində xidmət edib. Bu müddət ərzində dəfələrlə mükafatlara layiq görülüb. 2011-ci il martın 5-də cənab Lətifovun həmin gün hava limanında birgə xidmət etdiyi həmkarı Emin Ələkbərov tabeçiliyində olan patronu itirib, cənab Lətifov isə patronu tapıb. Ziddiyyətdə olduğu üçün patronu “Beta” dəstəsinin komandirinə yox, DXMX Müfəttiş Təşkilat İdarəsinə təhvil verib, bu hadisədən 4 gün sonra, o, Mülki Məcəllənin 156-cı (xidməti uyğunsuzluq) maddəsi əsas gətirilərək işdən azad edilib. “Beta” dəstəsinin komandiri Fikrət Rzayevlə cənab Lətifov arasında ziddiyyət sonuncunun XDMX-də baş verən qanunsuzluqlara, xüsusən “Beta” dəstəsinin komandiri Fikrət Rzayevin qanunsuz əməllərinə etiraz etməsi nəticəsində yaranıb. Fikrət Rzayev hər ay “Beta” dəstəsinin üzvlərindən 30 manat tələb etmiş, cənab Lətifov buna etiraz edərək XDMX-nin Müfəttiş Təşkilat İdarəsinə şikayət etmişdir. İşdən çıxarılmağı ilə barışmayan cənab Lətifov həm bu, həm də üzləşdiyi digər qanunsuzluqları ictimailəşdirməyə başlamış, müxalifət və müstəqil qəzetlərdə müsahibələr və yazılarla çıxış etmiş, bir neçə dəfə ictimaiyyət üçün mətbuat konfransları keçirmişdir. O, XDMX-nin rəhbərliyini məhkəməyə vermişdir.

Bir neçə dəfə xəbərdarlıq alan cənab Lətifov tənqidlərindən və ictimailəşdirmə fəaliyyətindən vaz keçmədiyi üçün, üstündən 1 il 3 ay ötməsinə baxmayaraq, patronun itməsi və sonradan cənab Lətifov tərəfindən tapılması hadisəsi onun əleyhinə yönəldilmiş, o, patronun qəsdən oğurlanmasında və vəzifələrini aşmaqda ittiham edilərək, barəsində Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılmışdır.

Cənab Lətifov 2013-cü il yanvarın 28-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun 17 iyul 2013-cü il tarixli qərarı ilə bu hökm dəyişdirilmədən qüvvədə saxlasa da, Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun 27 mart 2014-cü il qərarı ilə cənab Lətifovun cəzası 4 il 6 aya endirilmişdir.

Məhkəmə prosesində dindirilən şahidlərin heç biri faktiki olaraq patronun cənab Lətifov tərəfindən oğurlandığını sübut edən ifadələr işlətməmişlər, onlar patronun itməsinə deyil, onu cənab Lətifov tərəfindən oğurlanmasına inandıqlarını, başqa heç bir halda patronun itməsinin mümkün olmadığını bildirmişlər. Ümumilikdə oğurlanma faktını sübut edəcək heç bir dəlil nə istintaqda, nə də məhkəmədə araşdırılmayıb, hökm üçün cənab Lətifovun həbsində maraqlı olan və XDMX-də iş yerini itirmək istəməyən şəxslərin şahid ifadələri əsas götürülmüşdür.



  1. Muradverdiyev Akif Şəmsəddin oğlu


Saxlanma tarixi: 20 iyun 2013-cü il

İttiham: CM-nin 206.1-ci (qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə ... malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddəsi

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Muradverdiyev Prezident Aparatının İşlər İdarəsinin keçmiş müdiri olub. 1995-ci ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2013-cü il iyunun 20-i səhər saatlarında cənab Muradverdiyev Moskvaya yola düşməyə hazırlaşırmış. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib, təyyarəyə miniyə gəldikdə isə mülki geyimli bir nəfər ona yaxınlaşıb, nəzakətlə “bir işlə bağlı” yubanmağı və onunla gəlməyi xahiş edib. Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla söhbət etməyə başlayıblar. Sonra Muradverdiyevin çantasını otağa gətiriblər və içərisində nə olduğunu soruşublar. O, təxminən 1400 dollar, 900 manat pul, bank kartı və geyim əşyaları olduğunu deyib. Çantanı açıblar və içərisində qızıl sikkələr olan torba aşkar etdiklərini bildiriblər. Cənab Muradverdiyev qaçaqmalçılıqda ittiham edilərək təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyatın MTN tərəfindən aparıldığı sonradan məlum olub.

Keçmiş dövlət məmuru prezident seçkiləri üçün Moskvada yaşayan müxalifətin ilkin vahid namizədi Rüstəm İbrahimbəyovun yanına getməsi ehtimalına görə həbs edildiyini etiraf etsə də, bunu cəfəngiyat adlandırıb, İbrahimbəyovla heç bir ciddi əlaqəsinin olmadığını bəyan edib.

Cənab Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il tarixli qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsi 12 fevral 2014-cü il tarixdə bu qərarı qüvvədə saxlamışdır.

Məhkəmə araşdırması zamanı cənab Muradverdiyevin çantasında qadağan edilmiş qızıl külçələrinin mənbəyi, onun haradan əldə edilməsi və çantada olub-olmaması araşdırılmayıb. Cənab Muradverdiyev həmin çanta ilə aeroporta daxil olarkən yoxlamadan keçib, sonradan gömrük və təhlükəsizlik əməkdaşları tərəfindən diqqətli yoxlamaya məruz qalıb və onun çantasında heç bir qadağan edilən əşya aşkarlanmayıb, lakin təyyarəyə mindikdə saxlanılandan sonra bu külçələr çantada aşkarlanıb. Məhkəmə bu məsələni də araşdırmaqdan faktiki imtina edib. Axtarışı aparan və külçələrin tapıldığını bildirən MTN əməkdaşlarının ifadələri azadlıqdan məhrumetmə cəzası verilməsi üçün kifayət edib.

Cənab Muradverdiyev 2005-ci ilin oktyabrında parlament seçkilərindən əvvəl hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmiş, sonradan bu ittihamlar dövlət vəsaitlərini mənimsəmək və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əvəzlənmiş, nəticədə o, 6 il müddətinə azadlıqdan məhrum edilmiş, yuxarı instansiya məhkəməsi bu müddəti 5 ilə endirmiş, 2008-ci il yanvarın 15-də isə səhhətində olan ciddi problemlərlə əlaqədar cəzası şərti hesab edilərək azadlığa buraxılmışdı. Cənab Muradverdiyev həmin dövrdəki həbsi ilə bağlı Avropa Məhkəməsinə müraciət etmiş, Strasburq Məhkəməsi onun azadlıq və ədalətli məhkəmə hüquqlarının pozuntusunu müəyyən etmişdir36.

Cənab Muradverdiyevin səhhətindəki problemlər yenidən kəskinləşdiyindən, o, hazırda Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılır, hətta səhhəti imkan vermədiyi üçün apellyasiya şikayət üzrə keçirilmiş prosesdə iştirak edə bilməyib. Onun onurğasında iki yırtıq əmələ gəlib və mədəaltı vəzində yara mövcuddur.


  1. Pənahlı Nemət Əhəd oğlu


Saxlanma tarixi: 8 yanvar 2011-ci il

İttiham: CM-nin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi

Saxlandığı yer: Qobustan Həbsxanası

İş üzrə qısa arayış: Milli Dövlətçilik Partiyasının sədri olan cənab Pənahlı həbsindən bir müddət əvvəl “Nota P.S” qəzetində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevi və onun oğlu, hazırkı prezident İlham Əliyevi kəskin tənqid edən materiallarla çıxış edirdi. O, 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkilərində namizəd olmuş, seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan etmişdi.

Cənab Pənahlı maşın satdığı şəxs Eldəniz Rzayevin şikayəti əsasında həbs edilib. Şikayətçi aldığı maşında nasazlıqla bağlı bildirdiyi irada görə cənab Pənahlı və dostu Ceyhun Fərzullayev tərəfindən döyüldüyünü, ona dəmir əşya ilə xəsarət yetirildiyini iddia edib. Həbsindən sonra cənab Pənahlının evində soyuq silahın olması ehtimalı ilə axtarış aparılıb, bununla belə evdən soyuq silah əvəzinə, cənab Pənahlıya məxsus bütün arxivi, sənədləri, diskləri, kompüterləri və fləş-kartları götürülərək aparılıb.

Nəsimi rayon Məhkəməsi 17 iyun 2011-ci ildə Nemət Pənahlının 6 il, dostu Ceyhun Fərzullayevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bu qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən 14 noyabr 2011-ci il, Ali Məhkəmə tərəfindən isə 20 iyun 2012-ci il tarixlərində dəyişdirilmədən qüvvədə saxlanılıb. Ceyhun Fərzullayev 26 dekabr 2012-ci ildə verilmiş əfv fərmanı ilə azadlığa buraxılıb.

Məhkəmə istintaqı zamanı şikayətçinin istintaqda və məhkəmədə verdiyi ifadələr arasında ciddi ziddiyyətlər və anlaşılmayan məqamlar ortaya çıxıb. Hadisənin baş verdiyi iddia edilən ərazidə işləyən şəxslərdən 8 nəfər prosesə şahid kimi cəlb edilmiş, onlardan 7-i heç bir dava və ya kiməsə xəsarətin yetirildiyini görməyiblər, yalnız bir nəfər ifadəsində bildirib ki, cənab Pənahlı Eldəniz Rzayevin saçından tutaraq onu yerə çırpıb və yerdə vurub, halbuki döyüldüyü iddia edilən şəxs keçəldir.



Cənab Pənahlı 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra digər məhbuslara kömək etdiyi, əsasən də onların şikayətlərini qaldırdığı üçün təzyiqlərə məruz qalıb, dəfələrlə “kars”a salınıb, bir neçə dəfə etiraz əlaməti olaraq aclıq aksiyası keçirib. Bunun nəticəsində 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev (hazırda o bu vəzifədən azad edilib) cənab Pənahlının daha ağır saxlanma şərtləri olan Qobustan Qapalı Həbsxanasına köçürülməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət edib. Təqdimatda cənab Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunsa da, bununla bağlı ciddi sübutlar təqdimata əlavə edilməyib. Xəzər rayon Məhkəməsi bu təqdimat əsasında 2013-cü il fevralın 25-də cənab Pənahlının Qobustandakı həbsxanaya köçürülməsi barədə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi bu qərarı 14 iyun 2013-cü ildə qüvvədə saxladıqdan sonra köçürülmə həyata keçirilib.


  1. Siyasi girovlar




  1. Seyidov Elnur Rafiq oğlu


Saxlanma tarixi: 27 mart 2012-ci il

İttiham: CM-nin 178.3.1 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2 (mənimsəmə və israf etmə külli miqdarda törədildikə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313.1 (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) və 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankdan bilərəkdən istifadə etmə) maddələri

Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Seyidov müxalif və Azərbaycan hakimiyyətinin sərt tənqidçilərindən olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynıdır,Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini vəzifəsində çalışıb. Cənab Seyidov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib, ona əvvəl yalnız dələduzluq ittihamı irəli sürülmüş, sonradan ittiham ağırlaşdırılmışdır. Cənab Seyidovun həbsindən 9 ay keçənədək heç bir istintaq hərəkəti aparılmamış, həbs müddəti isə əsassız olaraq uzadılmışdı, halbuki bu cinayətlərə görə uzadılma müstəsna hallarda baş verə bilər.
Cinayət Prosessual Məcəllənin tələblərinə görə, dələduzluq ittiham üzrə istintaq hərəkətləri aparmaq DİN-in səlahiyyətindədir, amma cənab Seyidova münasibətdə qanunun bu tələbi kobud şəkildə pozulub, o, MTN tərəfindən həbs olunub, MTN təcridxanasında saxlanılıb və istintaqı da MTN aparıb.

Cənab Seyidov “Texnikabank”ın İdarə Heyətinin sədri Etibar Əliyev və digərlərinin cinayət işi üzrə onlardan 20 gün sonra həbs edilmişdir. Rəsmi ittihama görə, cənab Seyidov bank rəhbərliyinin göstərişi ilə və onların mənafeyi üçün qanunları pozmaqda günahlandırılır. E.Əliyev, eləcə də bankın bu iş üzrə həbs edilmiş digər əməkdaşları azadlığa çıxsalar da, cənab Seyidov hələ də həbsdə saxlanılır.

Cənab Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir, bu barədə müstəqil və özəl tibb müəssisələrinin rəyi var. Dağınıq skleroz xəstələrinin təcridxana kimi qapalı mühitdə saxlanması yolverilməzdir və bu xəstəlikdən əziyyət çəkənlərə dövlət qayğısı haqqında Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanunu da var. Qanunda belə xəstələrə qayğı və onların müdafiəsi üzrə bir sıra tədbirlər, o cümlədən azadlıqdan məhrum edilmiş belə xəstələrin azad edilməsi nəzərdə tutulur. Lakin bu xəstəlikdən əziyyət çəkən cənab Seyidov həbsdə saxlanılır. Cənab Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli qərarı ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 03 aprel 2014-cü il tarixində bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Məhkəmə zamanı şahidlərin verdiyi ifadələr ziddiyyətli olub, bəzi şahidlər isə cənab Seyidovun təqsiri olmadığını bildiriblər. Ancaq məhkəmə bunları nəzərə almayıb.

Cənab Seyidovu ilkin həbsi və ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib. Cənab Seyidovun işi ABŞ Dövlət Departamentinin Azərbaycanda 2013-cü ildə insan haqları üzrə hesabatında müxalif qüvvələrin ailə üzlərinə edilən təzyiq nümunəsi kimi göstərilib37.


  1. Kərimli Sirac Raqif oğlu



Saxlanma tarixi: 17 iyul 2014-cü il

İttiham: CM-nin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik əldə etmə, saxlama və ya satma)

Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Sirac Kərimli ixtisasca mühasibdir, siyasi fəaliyyətlə məşğul deyil. Lakin onun atası və qardaşı Müsavat Partiyasının fəallarıdırlar. Atası Raqif Kərimli 1980-ci illərin sonundan siyasi proseslərin iştirakçısıdır və Müsavat Partiyasının Laçın rayon şöbəsinin təsisçilərindən olub. Qardaşı Fərəc Kərimov Müsavat partiyasının internet səhifəsinin admini, bağlanana qədər 350 min nəfərə qədər üzvü olmuş “İstefa!” Facebook qrupunun yaradıcısı və idarəçisi, həbsinə qədər “Basta” Facebook qrupunun admini olub. Sirac Kərimli iş yerinin yaxınlığındakı çayxanada qəfil, maskalı şəxslər tərəfindən həbs olunub. Onu Narkotiklərlə Mübarizə İdarəsinə aparıblar. Həmin idarəyə gedən atasına evdə axtarış aparılmasının zəruri olduğunu bildirib, bu barədə razılıq ərizəsi imzaladıblar. Evdə axtarış aparılan zaman kompüteri götürüblər və evdəki kitabların – “Demokratiya uğrunda mübarizənin taktikası və strategiyası” və “Halkla ilişkilər” kitablarının şəkillərini çəkiblər. Yenidən idarəyə gedən atası Raqif Kərimova oğlunun cibindən narkotik tapıldığı və evdən müsadirə olunan kompüterdən də narkotik tapıldığı bildirilib. Ertəsi gün Sirac Kərimli haqqında üç ay həbs qətimkan tədbiri seçilib. Sirac Kərimlinin həbsinin siyasi məqsədi onun qardaşına təzyiq göstərmək olub. Belə ki, qardaşı Fərəc Kərimli iyulun 23-də Siracın həbsindən sarsıntı keçirən anasını xəstəxanaya apararkən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstəsi tərəfindən həbs olunub. Fərəc Kərimlinin vəkilinə söylədiklərinə görə, onu ailə üzvləri, o cümlədən, qardaşının işgəncə olunacağı ilə hədələyərək, cibindən narkotik tapılması barədə protokola imza atmağa sövq ediblər. Hüquq müdafiə təşkilatlarının yekdil rəyinə görə, Sirac Kərimov Fərəc Kərimlini zərərsizləşdirmək üçün girov götürülüb.

2015-ci ilin mart ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Sirac Kərimliyə hökm oxunub. Məhkəmə onun 6 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.



  1. Adilov Murad Güləhməd oğlu.


Saxlanma tarixi: 11 avqust 2014.

İttiham: CM-nin 234.4.3-cü (külli miqdarda narkotik əldə etmə, saxlama və ya satma) maddəsi.

Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Azərbaycan Xalq Cəhbhəsi Partiyanın (AXCP) fəal üzvi, AXCP-nin mətbuat katibinin Natiq Adilovun qardaşıdır.
Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də

Azərbaycan Daxili İşlər Nazirliynin Baş Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. M.Ədilov məhkəmədə çıxışı zamanı Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakığa məruz qaldığını bildirib, narkotika saxlamqla bağlı ittihamları qəbul etməyib.

Hüquq mühafizə orqanlarının məlumatına görə, Murad Ədilovdan 114,2 qram həşiş, 7,4 qram marixuana götürüb. M.Ədilovun evinə baxış zamanı isə 685 qram marixuana götürülüb. İşçi Qrupu apardığı araşdırmalara uyğun olaraq hesab edir ki, Ədilova qarşı irəli sürülən ittihamlar əsassızdır.

2014-cü ilin avqust ayının 13-də Bakı şəhər Nərimanov rayon Məhkəməsi Murad Ədilov barəsində narkotik maddə saxlamaq ittihamı ilə 3 aylıq həbs qərarı çıxarıb.

14 may 2015-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Murad Ədilova hökm oxunub. 

AXCP-nin mətbuat katibi Natiq Ədilovun qardaşı olan Murad Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib.



  1. Abdullayev Mübariz Əslan oğlun


Saxlanma tarixi: 21 avqust 2013- cü ildə

İttiham: CM-in 182.3.2- ci (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə)

Saxlandığı yer: 12 saylı Cəzaçəkmə Müəssiəsi.

İş üzrə qısa arayış: Abdullayev Mübariz  Əslan oğlu 25  oktyabr  1967-ci  ildə  Kürdəmir rayonunun  Şahsevən  kəndində  anadan  olub. Cinayət Məcəlləsinin 182.3.2- ci maddəsi ilə təqsirli bilinərək haqqında 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Məhkəmə hökmü 21 avqust 2013- cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsində (hakimlər Cəlilov Oruc Yusif oğlu-sədr, Quliyev Nizami Fərzi oğlu və Hüseynov Rəşid İnqilab oğlu) çıxarılıb.

Məhkəmə Abdullayev Mübariz Əslan oğlunu külli miqdarda əmlak əldə etmək məqsədi ilə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Abdullayev Elşad İslam oğlunun 13 oktyabr 2003- cü ildə naməlum şəkildə oğurlanmış qardaşı, MTN mayoru Abdullayev Mahir İslam oğlunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə birincinin əmlakını hədə- qorxu ilə tələb etməkdə təqsirli bilib. Mübariz Abdullayev ABU- nun sabiq rektoru Elşad Abdullayevin qardaşı oğludur. Maraqlıdır ki, onun həbsi Mahir Abdullayevin oğurlanmasından- cinayət hadisəsindən 10 il sonra əmisi Elşad Abdullayevin yaydığı mandat alveri və digər qalmaqallı videolardan sonra həyata keçirilib.

Mübariz Abdullayevlə bağlı cinayət işində zərərçəkmiş şəxs kimi tanınan Elşad  Abdullayev istintaqın bu qərarına etiraz edib. O, Respublika Prokurorluğuna və digər aidiyyatı qurumlara yazdığı müraciətində bildirib ki, qardaşı Mahir Abdullayevin oğurlanması və geri qaytralmasında ondan pul, əmlak və s. tələb edənlər arasında qohumu Mübariz Abdullayev olmayıb və ola da bilməz. Əksinə qardaşının oğurlanması və geri qaytarılması müqabilində ondan pul tələb edilməsi hakimiyyətin yuxarı eşalonunda himayə olunan mütəşəkkil adam oğurluğu şəbəkəsi tərəfindən həyata keçirilib. O, qardaşı oğlunun həbsini zərərçəkənləri susdurmaq üçün atılmış adekvat iyrənc addım kimi qiymətləndirib.

Elşad Abdullayevin və Mübariz Abdullayevin ailə üzvlərinin verdiyi məlumata görə ona qarşı elan olunan ittihamı qəbul etməsi üçün sonuncu şəxs öncə aldadılıb, sonra ailə üzvləri ilə təhdid olunub, daha sonra isə ağır işgəncələrə məruz qalıb. Polis şöbəsində onu ölümcül vəziyyətdə döyərək bütün dişlərini qırıblar.

Mübariz Abdullayevin işi ilə bağlı Azərbaycanda bütün məhkəmə prosesləri keçirilib və Avropa İnsan haqları Məhkəməsinə müraciət olunub. 


  1. Həsənli Günel Cəmil qızı

 



Saxlanma tarixi: 23 fevral 2015-ci ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Günel Həsənli 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib. 19 noyabr 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsi bu hökm qüvvədə saxlanılıb.

İttiham: Cinayət məcəlləsinin 263.1 maddəsi -  Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması

 

İş üzrə arayış: Günel Həsənli müxalif mövqeli Demokratik qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızıdır. Cəmil Həsənli 2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədi olub və prezident İlham Əliyevə, hakim siyasi qüvvəyə qarşı çox sərt tənqidləri ilə yadda qalıb. Hazırda eyni mövqeni davam etdirir.

Məhkəmə Günel Həsənovanı 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib. Adilə Səlimova məhkəmə prosesində bildirib ki, polislər onu şikayət etməyə məcbur edib. Onun heç bir xəsarəti yoxdur. Maşın çox aşağı sürət hərəkət edərkən, o özü yandan maşına toxunub və sürücü Günel Həsənova onu xəstəxanaya aparıb, müayinə elətdirib. Onda heç bir xəsarət aşkarlanmayıb. Adilə İsmayılova dəfələrlə video-müsahibə verərək, Günel Həsənovanın günahsız olduğunu, ona heç bir ziyan və xəsarət dəymədiyini söyləyib. Məhkəmədə Günel Həsənovanın təqsirli olmadığını söyləyib.

Onun vəkil Adil İsmayılov bildirib ki, ibtidai istintaq ədalətsiz və qərəzli aparılıb, məhkəmə isə qanunların pozulması ilə keçib: “Tibbi ekspertizalar aparılarkən qanunvericilik ciddi pozulub. Eyni şəxs iki dəfə tibbi ekspertiza təyin edib. Ekspertizanın məcburi və ya könüllü keçirilməsi ilə bağlı iş materiallarında sənəd yoxdur. Ekspert rəyini təsdiq edən tibbi sənədlər rəyə əlavə edilməyib. Ekspert rəyi reallığı əks etdirmir, sənədlərə söykənmir və qərəzlidir”.

23 fevral 2015-ci ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Günel Həsənli 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib. 19 noyabr 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsi bu hökm qüvvədə saxlanılıb.

Cəmil Həsənli qızının onun siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən İşçi Qrupu 2 uşaq anası Günel Həsənovaya qarşı çıxarılmış məhkəmə hökmünü siyasi motivli hesab edir.





  1. Zahidov Rüfət Fərasət oğlu


Saxlanma tarixi: 20 iyul 2015-ci il
İttiham: Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi.

Saxlandığı yer: Bak (Kürdəxanı) İstintaq Təcridxanası.

İş üzrə qısa arayış: Hazırda Fransada yaşayan müxalif “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidova iyul ayının 20-də Bakının Yasamal rayonunda işlədiyi şirkətdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis onun cibindən və avtomobilindən 5 qram heroin götürüldüyünü iddia edib, ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə ittiham irəli sürülüb və barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Oğlunun günahsız olduğunu və heç bir cinayət törətmədiyini deyən Fərasət Quliyev bildirib ki, oğlunun həbsindən öncə onların evləri naməlum şəxslər tərəfindən izlənilib.

Qənimət Zahidin qohumlarına qarşı təqiblər onun Azərbaycan hakimiyyətini sərt tənqid edən televiziya verilişindən sonraya təsadüf edir. Qənimət Zahid Azadlıq Radiosuna açıqlamasında baş verənlərin “Azərbaycan saatı” ilə bağlı olduğundan əminliyini bildirib: “Şübhə etmirəm ki, bu həbs və təqiblər “Azərbaycan saatı” ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, “Azərbaycan saatı” getdikcə populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”.



  1. Zahidov Rövşən

Saxlanma tarixi: 20 iyul 2015-ci il

İttiham: Cinayət Məcəlləsinin 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi.

Saxlandığı yer: Bakı (Kürdəxanı) İstintaq Təcridxanası.

İş üzrə qısa arayış: İyulun 24-də Fransada yaşayan, müxalif “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin Şamaxı rayonunun Meysəri kəndində (Bakıdan 120 kilometr qərb) yaşayan anası Xədicə xanımın, qardaşı Nemət Zahidovun oğlu Xəqani Zahidovun və Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan əmisi oğlu Rövşən Zahidovun evlərində axtarış aparılıb.

Rövşən Zahidov axtarışdan bir neçə gün öncə - iyulun 20-də polis tərəfindən saxlanılaraq 25 sutka inzibati həbs edilmişdi.

Axtarışın konkret hansı hüquq mühafizə orqanı tərəfindən aparılması məlum olmayıb.

Ailə üzvləri “Amerikanın Səsi” radiosuna bildirib ki, Zahidovların anası Xədicə xanımın evindən ailə üzvləri ilə əlaqə saxlamaq üçün istifadə etdiyi komputer götürülüb. Xəqani Zahidovun isə evindən heç nə tapılmayıb.

Rövşən Zahidovun evində axtarış zamanı narkotik tapıldığı bildirilib.

Rövşən Zahidovun qardaşı Ağasadıq Zahidov “Amerikanın Səsi”nə bildirib ki, axtarışda 15-dək çox mülki və polis forması geyimində olan şəxslər iştirak edib. “Qardaşımın evinə heç kimi buraxmadılar. Evdə yalnız Rövşənin həyat yoldaşı Leyla xanım vardı. O dedi ki, gözümün qabağında Rövşənin iş pencəyinin cibinə kağıza bükülü nə isə qoydular, sonra isə dedilər burada narkotik var”, o qeyd edib.

Ağasadıq Zahidovun dediyinə görə, qardaşı Rövşən ümumiyyətlə siqaret belə çəkmir. “Qardaşımın evində axtarış aparıb, guya narkotik tapmaqla onun barəsində cinayət işi qaldırmaq istəyirlər. Amma, hamı bilir ki, qardaşıma və qohumlarıma qarşı bu təqiblər Qənimət Zahidin jurnalist fəaliyyəti ilə bağlıdır”, o qeyd edib.

Qənimət Zahidin qohumlarına qarşı təqiblər onun Azərbaycan hakimiyyətini sərt tənqid edən televiziya verilişindən sonraya təsadüf edir. Qənimət Zahid Azadlıq Radiosuna açıqlamasında baş verənlərin “Azərbaycan saatı” ilə bağlı olduğundan əminliyini bildirib: “Şübhə etmirəm ki, bu həbs və təqiblər “Azərbaycan saatı” ilə bağlıdır. Başqa heç bir səbəb yoxdur. Hər kəs bilir ki, “Azərbaycan saatı” getdikcə populyarlaşır və əsl həqiqətləri ölkə əhalisinə çatdırır. Buna görə də, hökumət qohumlarıma qarşı təqiblərlə mənə təsir etmək istəyir”.





  1. Ağabəyov Nazim Mais oğlu



Saxlanma tarixi: 23 iyul 2015-ci il

Kataloq: attachment
attachment -> Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli
attachment -> Guide to Ancient Egypt By Stuart Wier First appeared as
attachment -> Azərbaycan və Türkiyə Silahlı Qüvvələri eyni sistemdən və eyni silahlardan istifadə etməlidir”
attachment -> 45. koncert zdravnikov ob 45. Memorialnem sestanku profesorja janeza plečnika
attachment -> Azərbaycan Respublikasının
attachment -> Ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı Fəsil 1 Giriş
attachment -> List of funeral directors in Azerbaijan
attachment -> Yui-overlay yui-panel-container{visibility: hidden;position: absolute;z-index: 2;}. yui-panel-container form{margin: 0;}. mask{z-index: 1;display: none;position: absolute;top: 0;left: 0;right: 0;bottom: 0;}. mask
attachment -> 9,00 – 15,00. ­­­­­­­­­­­Cena 250
attachment -> Education in the Falkland Islands

Yüklə 0.68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin