MÜNDƏRİcat xülasə




Yüklə 0.68 Mb.
səhifə7/9
tarix27.02.2016
ölçüsü0.68 Mb.
1   2   3   4   5   6   7   8   9

g. “Nurçular”ın işi

 

1086 saylı cinayət işi Azərbaycan Respublikası  Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb. İş üzrə  təqsirləndirilən şəxs qismində cəlb olunmuş Məmmədov İsmayıl İsax oğlu və Hacıyev Eldəniz Balamət oğlu  2014-cü ilin 12 aprel tarixində həbs edilmiş və 14 aprel tarixində onlar barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Digər təqsirləndirilən  şəxs Səbzəliyev Rəvan Həkim oğlu barəsində isə 23 may tarixində  2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.  Sonradan hər 3 təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 2 ay uzadılmışdır.



İşin materiallarında göstərilir ki, Bakı şəhəri Yasamal rayonunun bir neçə sakini polisə müraciət edərək, qonşuluqdakı həyət evində müxtəlif vaxtlarda yığışan dini qurumun üzvlərinin onların sakit yaşayışına, normal gediş-gəlişinə və rahatlığına mane olan hərəkətlər etməsindən şikayət etmişlər. Elə həmin günü, yəni 2 aprel 2014-cü ildə Azərbaycan Respublikası  Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi həmin ünvanda birgə əməliyyat keçirmiş, orada ibadət etmək və kitab oxumaqla məşğul olan 40-dan çox şəxsi saxlamışdır. İttihama görə, bununla həmin  3 şəxs dini ayinlərin icrası adı altında digər şəxslərin hüquqlarını pozmuş və bu hərəkətlərinə 2 nəfər yetkinlik yaşına çatmayan şəxsi də cəlb etmişlər. Qonşuların məzmunca eyni olan şiakyətinin eyni gündə yazılması, şikayətə iki nazirliyin operativ və sərt reaksiya verməsi bu hadisənin hüquq-mühafizə orqanları tərəfindən qabaqcadan hazırlanması və nəyin bahasına olursa olsun dindar şəxslərin həbsinə yönəlmiş əməliyyat olmasını nümayiş etdirir. Halbuki bu qrupun əsas qayəsi heç bir siyasi məqsəd güdmədən  dinc surətdə islam dininin sünni məzhəbindən olan islam alimi Səid Nursinin kitablarına əsaslanan, “Nurçu” adlandırılan cərəyanının təbliğatı olub. Təbliğatın dinc xarakterli olmasına, ittiham olunan şəxslərin hər hansı zorakı əməl həyata keçirməsi və Azərbaycan Respublikası qanunlarına zidd hərəkətlər etməsi ilə bağlı nəinki sübutların, hətta ehtimalların belə mövcud olmadığına  baxmayaraq, bu iş üzrə təqsirləndirilən şəxslər haqqında ilk gündən həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslərə  istinad olunan AR  CM –nin 168.2-ci maddəsində cərimə və ya ən ağır cəza kimi 3 ilədək azadlıqdan məhrumetmə sanksiyaları nəzərdə tutulduğu halda,  təqsirləndirilən şəxslərin dərhal həbs edilməsi, cinayət işinin materiallarında təqsirləndirilənlərin təqsirləndirilməsi üçün kifayət qədər əsasların olmamasına məhkəmənin heç bir məhəl qoymaması bu iş üzrə adı keçən şəxslərin dini inanclarına görə məsuliyyətə cəlb olunduğunu deməyə əsas verir. Bu şəxslərdən tapılmış islam alimi Səid Nursinin külliyyatının - ədəbiyyatın rəsmi dini ekspertizası bu iş üzrə təqsirləndirilən şəxslərin oxuduğu və yaydığı kitabların qanuna zidd məzmunda olmadığını müəyyən etmişdir.

Sonradan 2014-cü ilin sentyabr ayında hər üç təqsirləndirilən şəxs barəsəində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.

Eyni vaxtada 2014-cü ilin aprel ayında Göyçay rayonunda da Səid Nursi tərəfdarlarına cinayət təqibi başlanmış, onların Göyçay şəhəridə yığışdığı məznildə baxış və götürmə istintaq hərəkəti keçirlmiş, 2 nəfər şəxs Şahin Həsənov və Məmmədov Zəkəriyyə İsax oğlu təqsirləndirlən şəxs qismində cəlb edilmiş, ancaq onların barəsində həbs qətimkan tədbiri seçilməmiş, polisin nəzarəti altına verilmişlər.

Bakının Yasamal rayon Məhkəməsində 2014-cü ilin aprelində saxlanılmış ilahiyyatçı Səid Nursinin ardıcıllarının (nurçuların) işi üzrə məhkəmə prosesi 2014-cü ilin oktybar ayının sonlarında başlanmış, bu il oktyabrın 7-də isə başa çatmışdır (Hakim Aqşin Əfəndiyev).

Eldəniz Hacıyev, İsmayıl Məmmədov, Şahin Həsənov və Zəkəriyyə Məmmədovə qarşı AR Cinayət Məcəlləsinin 167-2.2.1 (Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymaqabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 168.1 (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) və 168.2-ci (yetkinlik yaşına çatmamış şəxslərin cəlb edilməsi ilə  Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələri ilə, Rəvan Səbzəliyev isə yalnız AR CM-nin 168.2-ci maddəsi ilə təqsirli bilinmişdir.

Sentyabrın 23-də prokuror İ.Məmmədovu 7, E.Hacıyev, Ş.Həsənov və Z.Məmmədovu 6,5, R.Səbzəliyevi 4 il müddətinə azadlıqdan məhrum etməyi təklif edib.

Vəkil Yalçın İmanovun sözlərinə görə, oktyabrın 7-də Yasamal rayon Məhkəməsi ittiham olunanları tam günahkar sayıb. Onların hamısı məhkəmə zalında azadlıqdan məhrum edilib. Vəkil bildirib ki, həbs edilənlərin hər hansı təqsiri sübuta yetirilməyib. “Onlar sadəcə evə yığışıb “Risaleyi Nur” kitabını oxuyub, müzakirələr aparıb. Onlar hən hansı dini ayin belə icra etməyiblər, hər hansı şəxsin hüquqlarına qəsd etməyiblər, məhkəmə baxışısında onlara irəli sürülmüş ittihamlar öz təsdiqni tapmayıb”.

Vəkil hesab edir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı), 48-ci (vicdan azadlığı), 49-cu (toplaşmaq azadlığı) maddələrində zəmanət verilmiş hüquqları pozulub.“Təqsirləndirilən şəxslər siyasi konyunkturanın qurbanlarıdır. Həbs edilənlər kllassik nurçuluğun ardıcıllarıdır. Amma Türkiyə və Azərbaycanda tərəfdarları təqibə məruz qoyulan Fətullah Gülənlə heç bir əlaqələri yoxdur”.


 

  1. Məmmədov İsmayıl İsax oğlu

 

Saxlanma tarixi: həbs qətimkan tədbiri  14 aprel 2014-cü ildə seçilib

İttiham: CM-nin 167-2.2.1, 168.1 və 168.2-ci maddələri.

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası.

İş üzrə qısa arayış: Cinayət işinin materiallarından Məmmədov İsmayıl İsax oğlunun sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda günahlandırıldığı və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməkdə günahlandırıldığı görünür. Onun və  bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb.

Bununla belə Məmmədov İsmayıl İsax oğlu və digərləri azadlıqdan məhrum edilib. İsmayıl Məmmədov vərəmdən əziyyət çəkir. Vəkili onun sağlamlığı üçün uyğun şəraitdə saxlanmadığını deyir.

İsmayıl Məmmədov 7 oktyabr 2015-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 


  1. Səbzəliyev Rəvan Hakim oğlu

 

Saxlanma tarixi: həbs qətimkan tədbiri  23 may 2014-cü ildə seçilib

İttiham: CM-nin 168.2-ci maddəsi.

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası

İş üzrə qısa arayış: Cinayət işinin materiallarından Səbzəliyev Rəvan Həkim oğlunun yektinlik yaşına çatmayanları cəlb etməklə dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etdiyi deyilir. İş üzrə 4 nəfər zərəçəkmiş şəxs Rəvan Səbzəliyevi tanımadığını məhkəmə baxışında verdikləri ifadələrində bildiriblər.

7 oktyabr 2015-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə Rəvan Səbzəliyev 1 il 1 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

 


  1. Hacıyev Eldəniz Balamət oğlu

Saxlanma tarixi: həbs qətimkan tədbiri  14 aprel 2014-cü ildə seçilib

İttiham: CM-nin 167-2.2.1, və 168.2-ci maddələri.

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası

İş üzrə qısa arayış: Eldəniz Hacıyev Səid Nursinin kitablarının tədris olunduğu dərsxananı təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından Hacıyev Eldəniz Balamət oğlunun sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda günahlandırıldığı və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməkdə günahlandırıldığı görünür. Onun və  bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. İş üzrə zərəçəkmiş şəxslər Eldəniz hacıyevin onların hər hansı hüquqlarını pozmadığını bildiriblər.

Bununla belə Eldəniz Hacıyev həbsdə saxlanmaqda davam edir.

 O, 7 oktyabr 2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.



  1.  Həsənov Şahin Muxtar oğlu

Saxlanma tarixi: istintaq dövründə həbs olunmayıb, polisin nəzarətinə verilib.

İttiham: CM-nin 167-2.2.1, 168.1-ci maddələri.

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası.

İş üzrə qısa arayış: Həsənov Şahin Səid Nursinin kitablarının tədris olunduğu dərsxananı təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından  Həsənov Şahin Muxtar oğlunun sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda günahlandırıldığı və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməkdə günahlandırıldığı görünür. Onun və  bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. Eyni zamanda zərəçəkmiş 2 şəxs Şahin Həsənovun onların hər hansı hüquqlarına qəsd etmədiyini məhkəmədə verdiklərini ifadələrində göstəriblər.

Bununla belə Həsənov Şahin həbsdə saxlanmaqda davam edir.

O, 7 oktyabr 2015-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.




  1. Məmmədov Zəkəriyya İsax oğlu

 

Saxlanma tarixi: istintaq dövrümdə həbs olunmayıb, polisin nəzarətinə verilib.

İttiham: CM-nin 167-2.2.1, 168.1-ci maddələri.

Saxlandığı yer: Bakı İstintaq Təcridxanası

İş üzrə qısa arayış: Məmmədov Zəkəriyya İsax oğlu Səid Nursinin kitablarının tədris olunduğu dərsxananı təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından.  Məmmədov Zəkəriyyə İsax oğlunun sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməkdə günahlandırıldığı görünür. Onun və  bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb. Eyni zamanda məhkəmədə verdikləri ifadələrində 2 zərərçəkmiş şəxs Z.Məmmədovun onların hər hansı hüquqlarına qəsd etmədiyini bildiriblər.

Bununla belə Məmmədov Zəkəriyya həbsdə saxlanmaqda davam edir.

O,  7 oktyabr 2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.



F. Ömürlüklər


    1. Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) üzvlərinin işi

Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) 1987-ci ildə Rövşən Cavadov və qardaşı Mahir Cavadov tərəfindən yaradılan Təkamül partiyasının əsasında qurulub. 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlanan separatçı hadisələr və nəticədə 90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması nəticəsində müstəqillik qazanmış Azərbaycan və Ermənistan arasında başlayan müharibəyə görə Rövşən Cavadov Təkamül Partiyasının hərbi birləşməyə çevrilməsi barədə təlimat vermişdir. Münaqişə zamanı ilkin döyüşlərdən sonra cənab Cavadov polkovnik rütbəsi almış və onun rəhbərlik etdiyi hərbi birləşmə XTPD adını almışdır. 1991-ci ildə müharibədə göstərdikləri qəhrəmanlığa görə bir sıra XTPD-çilər Milli Qəhrəman adı almışlar. Cənab Cavadov 1993-cü ildə hakimiyyətə gəlməsində misilsiz rol oynamış keçmiş prezident Heydər Əliyev (hazırkı Prezident İlham Əliyevin atası) tərəfindən daxili işlər nazirinin müavini təyin edilmiş, XTPD isə nazirliyin tərkibində saxlanılmışdır. Siyahıda adı olan Elçin Əmiraslanov XTPD-nin Qazax bölməsinin komandiri təyin edilib. Bununla belə, bir müddətdən sonra cənab Cavadovla cənab Heydər Əliyev arasında ciddi fikir ayrılıqları yaranmış və bu getdikcə dərinləşməyə başlamışdır. 1995-ci ilin yanvarında Elçin Əmiraslanov və Qazax XTPD-çiləri rayonun Şıxlı kəndindən Ermənistan ərazisinə neft keçirilməsinin qarşısını almış, 22 sisterni Qazax rayon Polis Şöbəsinə təhvil vermiş və bununla bağlı cənab Əmiraslanov dövlət televiziyasında çıxış edərək neft keçirmək istəyən şəxslərin tutulmamasına görə tənqidi fikirlər səsləndirmişdir. Məhz bundan sonra XTPD-çilərlə Heydər Əliyev arasında ziddiyyətlər açıq mübarizə xəttinə keçmişdir, 1995-ci il matın 13-də XTPD-nin Qazax bölməsinə hücum olmuş və qanlı döyüş baş vermişdir. Martın 14-də daxili işlər naziri Ramil Usubov (hazırda da bu vəzifəni daşıyır) XTPD-nin buraxılması və 3 gün ərzində silahların təhvil verilməsi barədə əmr imzalamışdır. Bununla belə martın 16-dan 17-ə keçən gecə XTPD-nin Bakıdakı qərargahı ətrafında XTPD-çilərlə daxili qoşunlar arasında silahlı toqquşma baş vermiş, nəticədə XTPD-nin rəisi cənab Cavadov aldığı yaralar nəticəsində Daxili İşlər Nazirliyinin hospitalında dünyasını dəyişmişdir.

Bundan sonra ölkə boyu XTPD üzvlərinin həbsi həyata keçirilmişdir. Həbs edilən və sonradan azadlıqdan məhrum edilən çoxsaylı XTPD-çilərə qarşı qiyam ittihamı ilə yanaşı müxtəlif illərdə törədilmiş səs-küylü qətllərin törədilməsi ittihamları da irəli sürülmüşdür. Azadlıqdan məhrum edilmiş XTPD-çilər ya həbsxanalarda dünyalarını dəyişmiş, ya da sonrakı illərdə siyasi və ya ehtimal edilən siyasi məhbuslar qismində bir qayda olaraq əfv vasitəsilə azadlığa buraxılmışlar. Sonuncu dəfə əfv fərmanı ilə XTPD üzvü olmuş Şəmsi Abdullayev 2012-ci ilin dekabrında azadlığa buraxılmışdır. Bununla belə, bir neçə XTPD-çi hələ də həbsdə saxlanılırlar.
Məhbusların üzərinə qoyulmuş əsas ittihama əsasən, Elçin Əmiraslanovun tapşırığı ilə Səfa Poladov və Arif Kazımov Qazax rayonunda yerləşən “Akasiya” restoranında Qazax rayon Polis Şöbəsinin rəisini və Qazax-Ağstafa rayonları üzrə MTN idarəsinin rəisini öldürmüşlər. Hər 3 məhbus vətənə xəyanət maddəsi ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilsələr də, bu ittihamın mahiyyəti nə istintaq tərəfindən, nə də məhkəmə tərəfindən sübut edilməmişdir. Daha sonra cənab Əmiraslanov Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun və Milli Məclisin sədr müavini Afiyəddin Cəlilovun qətlində iştirakçılıqda da ittiham edilmişdir.

Məhkəmə iclaslarında Qazax rayonunda baş vermiş hadisə ilə bağlı ittiham sübuta yetməmiş, vəfat etmiş şəxslərin yaxınları həbs edilənlərə qarşı heç bir şikayət və tələblərinin olmadığını və bu şəxslərin onların yaxın qohumlarını öldürmədiklərini, vəfat etmiş şəxslərin Ermənistana neft keçirilməsi ilə bağlı istintaqla əlaqədar öldürüldüklərini bildirmişlər.

Bununla belə, cənab Əmiraslanov, cənab Kazımov və cənab Poladov Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 noyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsinə əsasən ölüm cəzasına məhkum edildilər. Ərizəçilər məhkum edilən vaxt onların hökmündən apellyasiya şikayətinin verilməsi qanunla nəzərdə tutulmurdu. Bundan əlavə, cənab Əmiraslanov Ali Məhkəmənin 22 sentyabr 2000-ci il tarixli qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş, bununla belə həmin qərara əsasən onun əvvəlki ömürlük azadlıqdan məhrumetmə cəzası (ölüm cəzası bu cəza ilə əvəz edilmişdi) saxlanılmışdır.

Fransada yaşayan və siyasi sığınacaq alan MTN-nin keçmiş əməkdaşı Ramin Nağıyev 2010-2011-ci illərdə mətbuata verdiyi açıqlamalarında və yazılarında, XTPD-çilərin ittiham edildiyi qətllərin onlar tərəfindən deyil, 2005-ci ildə həbs edilmiş DİN-nin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsi tərəfindən törədildiyini bəyan etmişdir. Cənab Nağıyev Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun qətli ilə bağlı istintaq qrupunun üzvlərindən biri olub və 1995-ci ildə heç bir səbəb göstərilmədən istintaqdan kənarlaşdırılmışdı27. Cənab Nağıyevin bəyanatları rəsmi şəkildə təkzib edilməmişdir.



Ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilməzdi
10.02.1998-ci il tarixdə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında Milli Məclis tərəfindən Qanun qəbul edilmişdir. Bu Qanunun 4-cü bəndində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Faktiki olaraq ölüm cəzası həmin dövr üçün heç bir qanunvericilik aktında mövcud olmayan cəza növü ilə əvəz edildi.
1995-ci ilin noyabr ayının 12-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. XTPD-çilərin məhkum olunduqları Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən ölüm cəzası bağışlama qaydasında azadlıqdan məhrumetmə ilə əvəz edildikdə, azadlıqdan məhrumetmə 15 ildən çox müddətə, lakin 20 ildən çox olmayaraq təyin edilə bilərdi.

Göründüyü kimi, ölüm cəzasının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi XTPD-çilərin məhkum olunduğu Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş alternativ cəzalara nisbətdə onların hüquqi vəziyyətlərini ağırlaşdırır. Belə ki, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində ölüm cəzası hər-hansı bir formada ləğv edildikdə (bağışlandıqda, əfv edildikdə) həmin cəza 15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan məhrumetmə cəzası ilə əvəz oluna bilərdi. Deməli, Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində ölüm cəzasının alternativi cəza 15 ildən çox, lakin 20 ildən çox olmayan azadlıqdan məhrumetmə cəzası olmuşdur. Yəni 1998-ci ildə ölüm cəzası maksimum 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilməli idi.

Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, Milli Məclis 10 fevral 1998-ci il tarixli qanunla ölüm cəzasına məhkum olunan şəxslərin cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edə bilməzdi. Çünki 10 fevral 1998-ci il tarixli qanun XTPD-çilərin məhkum olunduqları Azərbaycan SSR-nin 08 dekabr 1960-cı il tarixli qanunu ilə təsdiq edilmiş Cinayət Məcəlləsində nəzərdə tutulanlara əsasən məhbusların hüquqi vəziyyətlərini ağırlaşdırıb.

Bundan başqa XTPD-çilərin ölüm cəzasını ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edən 10 fevral 1998-ci il tarixli qanun yeni Cinayət Məcəlləsinin qüvvəyə minməsi ilə 01 sentyabr 2000-ci ildən qüvvədən düşüb. Hazırda XTPD-çilərin ölüm cəzalarının ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması barədə qanun qüvvədən düşdüyündən onların ömürlük azadlıqdan məhrumetmə cəzalarının çəkməyə məcbur edilməsi qanunsuzdur. Çünki 10 fevral 1998-ci il tarixli qanununun özü artıq qüvvədən düşmüşdür.


Avropa Şurası bu 3 şəxsi artıq siyasi məhbus hesab edir
Azərbaycan və Ermənistan 2001-ci il yanvarın 25-də Avropa Şurasının (AŞ) üzvü olduqdan bir neçə gün sonra, yəni yanvarın 31-də AŞ Nazirlər Komitəsinin Baş Katib Valter Şvimmerin Azərbaycanda siyasi məhbus olduğu ehtimal edilən 716 nəfərlik siyahının araşdırılması üçün 3 müstəqil ekspertin təyin etməsi ilə bağlı təşəbbüsünü təsdiqlədi və 2001-ci ilin fevralında Baş Katib bu ekspertləri təyin etdi. Ekspertlər 2001-ci ilin iyulunda Azərbaycan və Ermənistanda ehtimal edilən siyasi məhbuslarla bağlı araşdırmalarının nəticələrini əks etdirən hesabat hazırlayaraq yaydılar. Bu hesabatın 19-cu bəndində ekspertlər qrupunun siyasi məhbus hesab etdiyi və etmədiyi 23 şəxsin siyahısı (vaxt məhdudiyyəti və zəruri informasiyalar olmadığından yalnız bu qədər iş araşdırılmışdı) verilmişdir ki, cənab Əmiraslanov və cənab Kazımov burada yer almış və onlar siyasi məhbus hesab edilmişlər28. Avropa Şurasının Parlament Assambleyası 2002-ci il yanvarın 24-də “Azərbaycanda siyasi məhbuslar” adlanan 1272 saylı Qətnamə qəbul edib və həmin Qətnamənin 10-cu bəndində AŞ PA Azərbaycan hakimiyyətini digər siyasi məhbuslar kimi cənab Əmiraslanov və cənab Kazımovu azad etməyə çağırmışdır29.

Yeni mandatı üzrə fəaliyyətini davam etdirən müstəqil ekspertlər 12 may 2003-cü ildə hazırladıqları rəydə cənab Poladovun da siyasi məhbus olduğu qənaətinə gəlmişlər30. AŞ PA 27 yanvar 2004-cü ildə “Azərbaycanda siyasi məhbuslar” adlanan 1359 saylı Qətnamə qəbul etmiş və bu sənəddə müstəqil ekspertlər tərəfindən siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmasına çağırış yer almışdır31. AŞ PA 31 may 2005-ci ildə 1359 saylı Qətnamənin davamı olaraq hesabat qəbul etmişdir və bu sənədin 26-cı bəndində müstəqil ekspertlərin müəyyən etdiyi 3 siyasi məhbus – cənab Əmiraslanov, cənab Kazımov və cənab Poladovun hələ də həbsdə qaldığı vurğulanmış və bundan narahatlıq ifadə edilmişdir32. AŞ PA-nın sonrakı illərdəki sənədlərində də hər 3 şəxsin siyasi məhbus olduğu vurğulanmışdır.

Müstəqil ekspertlər qrupu tərəfindən siyasi məhbus hesab edilməyən şəxslərin böyük hissəsi müxtəlif illərdə azadlığa buraxılmış, ömürlük azadlıqdan məhrum edilmiş digər XTPD-çi Dəyanət Kərimovun və keçmiş Baş nazir Sürət Hüseynovun dayısı oğlu Kəramət Kərimovun bu cəzaları əfv fərmanı ilə 25 il müddətinə azadlıqdan məhrum edilmə ilə əvəzlənsə də, bu münasibət cənab Əmiraslanova, cənab Kazımova və cənab Poladova göstərilməyib.

Hər üç məhbus Avropa Məhkəməsinə müraciət ediblər, səhhətlərində ciddi problemləri var, cənab Əmiraslanov epilepsiya xəstəliyindən əziyyət çəkir, bir dəfə əməliyyat olunub, cənab Kazımov və Poladov da müvafiq olaraq baş və bel nahiyələrindən əməliyyat olunublar.



  1. Əmiraslanov Elçin Səməd oğlu


Saxlanma tarixi: 10 dekabr 1996-cı il

İttiham: 1960-cı il CM-nin 57 (vətənə xəyanət); 57-1-ci maddənin 2-ci hissəsi (Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və ya konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə, ağır nəticələrə səbəb olduqda); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 17 (iştirakçılıq), 59-cu maddəsinin 1-ci hissəsi (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 17 (iştirakçılıq), 59 (dövlət xadimini və ya ictimai xadimini yaxud hakimiyyət nümayəndəsini siyasi niyyətlərlə öldürmə); 70 (dövlət müəssisələrinə, idarələrinə, təşkilatlarına və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə silahlı bandalar təşkil etmə, habelə belə bandalarda və onların etdikləri basqınlarda iştirak etmə); 70-2-ci maddənin 1-ci hissəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə); 70-2-ci maddənin 3-cü hissəsi (adamların həlak olmasına və ya başqa ağır nəticələrə səbəb olan qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların tərkibində dövlət və ya ictimai müəssisələrə, idarələrə, təşkilatlara, yaxud ayrı-ayrı şəxslərə basqın etmə); 71 (qaçaqmalçılıq, yəni malların və ya sair qiymətli şeylərin xüsusi saxlanc yerlərində gizlədilməsilə, yaxud gömrükxana sənədlərindən və başqa sənədlərdən aldatma yolu ilə istifadə etməklə, ya külli miqdarda, ya da kontrabanda ilə məşğul olmaq üçün təşkil olunmuş bir dəstə şəxs tərəfindən, ya qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi, habelə partlayıcı, bihuşedici, güclü təsir edən və zəhərləyici maddələrin, silah və döyüş sursatı, hərbi ləvazimatın qaçaqmalçılığı); 15 (cinayətə hazırlıq və cinayətə sui-qəsd), 17 (iştirakçılıq), 94-cü maddənin 3-cü bəndi (zərər çəkmiş şəxsi öz qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə); 95 (Bu Məcəllənin 94-cü maddəsində göstərilən ağırlaşdırıcı əlamətlər (tamah, xuliqanlıq, zərər çəkmiş şəxsi öz qulluq və ya ictimai vəzifəsini yerinə yetirməsilə əlaqədar öldürmə, iki və ya bir neçə şəxsi öldürmə, müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə, xüsusi amansızlıqla və ya bir çox şəxsin həyatı üçün təhlükəli olan üsulla adamöldürmə, başqa cinayəti gizlətmə və ya onun edilməsini yüngülləşdirmə məqsədilə, habelə zorlamaqla əlaqədar adamöldürmə, xüsusi təhlükəli residivist tərəfindən, yaxud əvvəllər qəsdən adam öldürmüş olan şəxs tərəfindən adamöldürmə) olmadan qəsdən adamöldürmə); 120-ci maddənin 2-ci hissəsi (zərər çəkən şəxsin həyatı və ya səhhəti üçün təhlükəli üsulla və ya ona fiziki iztirab verməklə azadlıqdan məhrumetmə); 145-ci maddənin 2-ci hissəsinin 1, 2, 5 və 6-cı bəndləri (qabaqcadan əlbir olan bir dəstə şəxs tərəfindən, silah və ya silah kimi istifadə olunan digər predmetlər işlətməklə, dövlət əmlakına və ya ictimai əmlaka və ya vətəndaşların şəxsi əmlakına sahib olmaq məqsədilə əvvəllər quldurluq etmiş, yaxud banditizm etmiş şəxs tərəfindən edilən, zərər çəkənə külli miqdarda zərər vuran quldurluq, yəni vətəndaşların şəxsi əmlakına sahib olma məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya səhhəti üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın); 146 (hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkən şəxsin və ya onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə vətəndaşların şəxsi əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı hərəkətlər etməsini tələb etmə); 194-cü maddənin 1-ci hissəsi (hüquq verən və ya vəzifələrdən azad edən rəsmi sənədləri hazırlama, saxtalaşdırma, satma və ya saxtalaşdırılmış sənədlərdən bilə-bilə istifadə etmə, habelə saxta sənədlər tərtib etmə məqsədilə dövlət müəssisələrinin, idarələrinin, təşkilatlarının və ya ictimai müəssisələrin, idarələrin, təşkilatların saxta ştamplarını, möhürlərini və ya blanklarını hazırlama, satma və ya əldə etmə), 207-ci maddənin 2-ci hissəsi (qərəzli xuliqanlıq, yəni öz məzmununa görə müstəsna dərəcədə həyasızlıq və ya xüsusi azğınlıqla fərqlənən, yaxud hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq vəzifəsini yerinə yetirən ictimaiyyət nümayəndəsinə, yaxud da xuliqanlıq hərəkətlərini dəf edən başqa vətəndaşlara müqavimət göstərməklə əlaqədar olan, habelə əvvəllər xuliqanlıq üstündə məhkum olunmuş şəxs tərəfindən edilən hərəkətlər); 207-ci maddənin 3-cü hissəsi (odlu silah, yaxud bıçaq, beşbarmaq və ya digər soyuq silah, habelə bədənə xəsarət yetirmək üçün xüsusi düzəldilmiş başqa şeylər işlətmə və ya işlətməyə cəhd göstərmə ilə törədilən xuliqanlıq); 220-ci maddəsinin 1-ci hissəsi (müvafiq icazə olmadan odlu silah (yivsiz lüləli ov tüfəngindən başqa), döyüş sursatı və ya partlayıcı maddələr gəzdirmə, saxlama, əldə etmə, hazırlama və ya satma); 220-ci maddəsinin 2-ci hissəsi (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, fin bıçağı və sair soyuq silahı müvafiq icazə olmadan gəzdirmə, hazırlama və ya satma); 220-1-ci maddəsinin 3-cü hissəsi (odlu silahın (yivsiz lüləli ov silahından başqa), döyüş sursatının və ya partlayıcı maddələrin quldurcasına basqın yolu ilə, yaxud xüsusi təhlükəli residivist tərəfindən oğurlanması)
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə