MÜNDƏRİcat xülasə

Yüklə 0.68 Mb.
səhifə6/9
tarix27.02.2016
ölçüsü0.68 Mb.
1   2   3   4   5   6   7   8   9

Ağalı Rza Qorxmaz oğlu

Saxlanma tarixi: 9 sentyabr 2012-cü il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Ağayev Surac Valeh oğlu

Saxlanma tarixi: 15 sentyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi, 04 iyul 2014-cü il tarixində isə Ali Məhkəmə bu hökmü dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Əliyev Nicat Yasər oğlu

Saxlanma tarixi: 18 sentyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Kazımov Xalid Nofəl oğlu

Saxlanma tarixi: 14 sentyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Kişiyev Namiq Əlisa oğlu

Saxlanma tarixi: 18 sentyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. Tahirov Ziya İbrahim oğlu

Saxlanma tarixi: 9 sentyabr 2012

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri

Saxlandığı yer: 5 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: 05 aprel 2013-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 09 yanvar 2014-cü ildə Şirvan Apellyasiya Məhkəməsi bu qərarı dəyişdirmədən qüvvədə saxlamışdır.

  1. 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasına görə tutulan şəxslərin işi

2010-cu ilin payızında Azərbaycan Respublikasının Təhsil Nazirliyi hicablı məktəblilərin dərslərə buraxılmasına qadağa qoydu. Bu addım Azərbaycanda olan dindar kəsimin etirazına səbəb olmuş, buna qarşı müxtəlif kampaniyaların və etiraz aksiyalarının keçirilməsinə gətirib çıxarmışdır. Qadağanın tətbiqinə qarşı 2010-cu ilin dekabrında keçirilmiş kiçik etiraz aksiyasından sonra ilk kütləvi etiraz aksiyası 6 may 2011-ci ildə qadağanı tətbiq etmiş Təhsil Nazirliyinin qarşısında təşkil edilmişdi. Dinc xarakter daşıyan həmin aksiya polislərin və mülki geyimli hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsi ilə dağıdılmış, nəticədə çox sayda aksiya iştirakçısı saxlanılmış və onlardan 12 nəfər qanunsuz olaraq sübut edilməyən xuliqanlıq və ictimai qaydanın pozulması ittihamları ilə 1 il 6 aydan 3 ilə qədər müddətə azadlıqdan məhrum edilmişdilər. Bu aksiyaya görə saxlanılanların bir qismi azadlıqdan məhrum etmə müddətini başa vurduğundan, kiçik bir qismi də vaxtından əvvəl azadlığa buraxıldığından siyahıda adları yer almayıb. Bununla belə həmin şəxsləri keçmiş siyasi məhbuslar hesab edirik və maraqlanan şəxslərə əlavə zəruri məlumatları verməyə hazırdır.

İkinci kütləvi etiraz aksiyası 5 oktyabr 2012-ci il tarixində (Azərbaycanda Müəllimlər Günü kimi qeyd edilir və bu tarix mövcud olan problemə diqqəti daha da artırmaq üçün simvolik olaraq seçilmişdi) yenə də Təhsil Nazirliyinin qarşısında təşkil edilmişdir. Dinc şəkildə təşkil edilmiş aksiyanın polisin güc işlədərək dağıtması ciddi qarşıdurmaya səbəb olmuşdur, nəticədə 6 may 2011-ci il tarixində keçirilmiş aksiyadan fərqli olaraq daha çox iştirakçı saxlanılmış, həm aksiya iştirakçıları, həm də polis əməkdaşları fiziki xəsarətlər almışlar. Aksiyada iştiraka görə azadlıqdan məhrum edilmiş bütün şəxslər siyahıya daxil edilib.

Aksiyanın müşahidəsi, həmçinin sonradan aksiyadan olan foto və video çəkilişlərin analizi göstərir ki, aksiya dinc qaydada təşkil edilmiş, son ana qədər polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya gedilməmişdir. Yalnız polisin güc tətbiq edərək müdaxiləsi nəticəsində mitinq iştirakçılarından bir neçəsi özlərini müdafiə etmək məqsədilə polislə qarşıdurmada olmuşlar. Video və foto kadrlardan aydın şəkildə görünür ki, aksiya zamanı təxribatçılardan istifadə edilib ki, məhz onlar əllərinə aksiya iştirakçılarının şüarlarının qeyd edildiyi taxta parçalarını almaqla, polisə müqaviməti imitasiya etməklə sonradan aksiyanın tam olaraq qeyri-dinc olduğunu “əsaslandırmaq” üçün fəaliyyət göstəriblər. Kadrlara düşən bu şəxslərin heç biri saxlanılmayıb. Lakin kadrlara yalnız üzləri düşən, amma polisə müqaviməti göstərdikləri əks edilməyən, hətta aksiyaya gecikən şəxslər həbs ediliblər və məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər. Məhkəmə qərarları çıxarılarkən istinad edilən əsas sübut polis əməkdaşlarının ifadələri olub ki, aksiya zamanı qarşı tərəfin polis olduğunu nəzərə aldıqda bu ifadələrin mötəbərliyi şübhə doğurmaya bilmir. Polislərdən başqa şahid kimi dəvət edilmiş Təhsil Nazirliyi ətrafında fəaliyyət göstərən mağaza sahibləri və taksi sürücüləri isə təqsirləndirilən şəxsləri ümumiyyətlə görmədiklərini bildirmişlər. Polislə qarşıdurmada olmuş aksiya iştirakçılarına qeyri-adekvat cəza verilib.

Aksiyada iştiraka görə həbs edilən şəxslər barəsində uzun müddət ictimaiyyətə heç bir məlumat verilməmişdir, onları mühakiməsi qruplar şəklində həyata keçirilmişdir.

  1. Ağadadaşov Tərlan Faiq oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Allahverdiyev Rövşən Hüseyn oğlu

  1. Həsənov Nəsimi Yusif oğlu

Saxlanma tarixi: 6 oktyabr 2012-ci il

İttiham: CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Həsənov faktiki olaraq 5 oktyabr 2012-ci il tarixli “Hicaba azadlıq” aksiyasında iştirakına görə CM-nin digər maddələri ilə həbs edilən şəxsdir. Aksiyada iştirakdan sonra Bərdəyə qayıdan Həsənov barəsində aksiyadan bir neçə gün sonra axtarış verilməsi ilə bağlı məlumatlar yayılıb (halbuki polislər Həsənovun evinə belə getməyiblər), bu məlumatların yayılmasından sonra cənab Həsənov könüllü şəkildə Bərdə rayon Polis Şöbəsinə getmiş və Bərdədə olduğunu bildirmişdir. Polis şöbəsində 5 oktyabr aksiyasında iştirakı ilə bağlı dindirilərkən polislər onun atasından Həsənova məxsus maşının açarlarını almaq üçün onların evinə gediblər, atası Həsənovun özünə zəng vurduqdan sonra açarı polislərə verib. Axtarışdan sonra maşından silah, könüllü şəkildə polisə gəlmiş Həsənovun cibindən isə 24 bükülü narkotik maddə aşkarlandığı bildirilib. Məhkəmə prosesində şahidlər qismində yalnız polislər və hal şahidləri çıxış ediblər ki, onların ifadələrində xeyli sayda ziddiyyətli və ilkin ifadələrlə üst-üstə düşməyən məqam olub, məsələn, maşında axtarış zamanı hal şahidi olmuş şəxslərdən biri hakim Əhməd Sarıyevin “maşın nə rəngdə idi?” sualına şahid “yadımda deyil, ya ağ, ya qara idi” cavabını verib, polislərdən biri “Həsənov nə vaxt həbs edilib?” sualına “5 oktyabrda” cavabını verib, halbuki cənab Həsənov aksiyadan sonrakı tarixdə həbs edilib. Bununla belə, o, Bərdə rayon Məhkəməsinin 27 iyul 2013-cü il qərarı ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

1977-ci il iyulun 2-də anadan olan cənab Həsənov ailəlidir, 1 qız övladı var, qızı anadangəlmə iflicdir.

  1. Hətəmov İlham Bəhmən oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Kərimov David Tərlan oğlu

Saxlanma tarixi: 5 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

  1. Rzayev Elşad Fikrət oğlu

Saxlanma tarixi: 23 fevral 2013-cü il

İttiham: 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 3 iyun 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı 2013-cü ilin avqustunda qüvvədə saxlayıb.

  1. Şirəliyev Telman Şirəli oğlu

Saxlanma tarixi: 05 oktyabr 2012-ci il

İttiham: CM-nin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri

Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Nərimanov rayon Məhkəməsinin 22 aprel 2013-cü il qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2013-cü il dekabrın 19-da bu qərarı qüvvədə saxlayıb.

f. İlahiyyatçılar

  1. Süleymanov Abgül Neymət oğlu

Saxlanma tarixi: 12 avqust 2011-ci il

İttiham: CM-nin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) və 283.2.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri

Saxlandığı yer: 8 saylı Cəzaçəkmə Müəssisəsi

İş üzrə qısa arayış: Cənab Süleymanov Azərbaycanda inanclı fəal və nüfuzlu ruhani kimi tanınır. 2001-ci ildən səyyar şəkildə “Qurani-kərim” və İslam din üzrə dərslər deyən ruhani 2005-ci ildə “Milli-mənəvi dəyərlər” İctimai Birliyinin yaranmasında yaxından iştirak edib, elə həmin il Danimarkada Məhəmməd peyğəmbər barədə çəkilmiş karikaturalara etiraz əlaməti olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin qarşısında keçirilən aksiyanın fəallarından olub, 2006-2010-cu illər ərzində Beynəlxalq Qüds günü ilə bağlı İsrail səfirliyi qarşısında keçirilmiş dinc aksiyalarda iştirak edib, 2009-cu ildə Fatimeyi Zəhra məscidinin sökülməsi ilə bağlı İqtisad Məhkəməsinin çıxardığı qərardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin qarşısındakı dinc aksiya cənab Süleymanovun təşəbbüsü ilə keçirilib, 2009-2010-cu illərdə digər məscidlərin də sökülməsi ilə bağlı sərt tənqidi çıxışlar edib, 2010-cu ilin sonlarında Təhsil Nazirliyinin qərarı ilə orta məktəblərdə hicaba qoyulmuş qadağaya etiraz olaraq keçirilmiş hər iki aksiyada iştirak edib, mətbuatda bu qərarın qanunsuz olması ilə bağlı çıxışlar edib. 2011-ci ilin mayında keçirilmiş “Hicaba azadlıq” aksiyasından sonra təqiblərlə üzləşən cənab Süleymanov həmin ilin avqustunda həbs olunmuşdur.

Avqustun 12-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq cənab Süleymanovun onunla birgə həbs edilən jurnalist Bayramov Ramin Cahangir oğlu və Azərbaycan İslam Partiyasının üzvü Qəniyev Arif Gülsuvar oğlu ilə birlikdə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilindiklərini bəyan etmişlər. Bu məlumatda eyni zamanda bildirilmişdi ki, cənab Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan “Cəfəri” adlı radikal dini qrup yaradaraq ona rəhbərlik etmişdir. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparmış, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrı-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanılmasını təşkil etmişlər. “Cəfəri” adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə www.İslam-Azeri.az internet saytı yaradılmış və ona rəhbərlik Ramin Bayramova həvalə olunmuşdur.

Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və hər üç şəxs barəsində birgə istintaq aparılsa da, onların məhkəmələri avqustun 12-də yayılmış məlumata əksi olaraq ayrı-ayrılıqda keçirilmiş, rayon məhkəmələrinin qərarları ilə Ramin Bayramov və Arif Qəniyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişlər (Ramin Bayramov Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınmışdı, o da, Arif Qəniyev də azadlıqdadır), cənab Süleymanovun işinə isə Ağır Cinayətlər üzrə Məhkəmədə baxılmışdır. Məhkəmə prosesi 2012-ci ilin avqustunda başlanmışdır, cənab Süleymanovun barəsində həbs qətimkan tədbiri barədə sonuncu qərar Səbayel rayon Məhkəməsi tərəfindən 06 aprel 2012-ci ildə çıxarılıb və bu qərarda qeyd edilib ki, həbs müddəti 11 may 2012-ci ilə qədər artırılıb, bu faktdan aşkar şəkildə görünür ki, cənab Süleymanov 3 ay müddətində (2012-ci ilin mayından məhkəmənin başladığı 2012-ci ilin avqust ayına qədər) qanunsuz şəkildə, yəni məhkəmə qərarı olmadan həbsdə saxlanılıb.

Cənab Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2012-ci il tarixli qərarı ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun 23 yanvar 2013-cü il tarixli qərarı ilə bu hökm qüvvədə saxlanılmışdır.

Məhkəmə istintaqı zamanı cənab Süleymanovun üzərindən və evindən tapıldığı iddia edilən narkotik maddənin ona məxsusluğu, üzərindən tapılan narkotik maddənin satış məqsədi olmadan, lakin evindən tapılan narkotik maddənin satış məqsədilə saxlanması ilə bağlı gəlinən nəticənin səbəbləri aşkar olunmayıb. Bundan əlavə ekspert rəsmi şəkildə cənab Süleymanovun narkotik maddə istifadəçisi olmadığı və bundan əziyyət çəkmədiyi ilə bağlı rəy vermişdir. Məhkəmə yalnız Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının, həmçinin ziddiyyətli ifadələr vermiş və məsələnin mahiyyətindən xəbərsiz olan hal şahidlərinə inanmış, əlavə araşdırmalarda maraqlı olmamışdır. Cənab Süleymanova qarşı irəli sürülmüş ittihamlardan biri həbsindən 8 ay əvvəl, yəni 10 dekabr 2010-cu ildə Təhsil Nazirliyinin qarşısında dinc şəkildə keçirilmiş orta məktəblərdə hicab qadağasına qarşı aksiya ilə bağlıdır. Həmin aksiya nəticəsində polis onlarla inanclı şəxsi həbs etsə də, onların çoxu sonradan sərbəst buraxılmış, bir neçə nəfər isə inzibati qaydada həbs edilmişdir, başqa sözlə desək, heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bu aksiyaya görə cənab Süleymanovun ittiham edilməsi onun həm məhz fəallığına görə təqib edildiyini, həm də ona qarşı ittihamın saxta olduğunu sübut edir. Cənab Süleymanovun qarşı irəli sürülmüş zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə milli, sosial, dini nifrət və düşmənçilik salma ittihamı onun həbsindən 9 ay qabaq, yəni 2010-cu ilin noyabrında keçirilmiş dini məclisdəki çıxışı ilə bağlıdır. Cənab Süleymanov həmin çıxışında məscidlərin sökülməsini və orta məktəblərdə hicab qadağasını sərt tənqid etmiş, buna qarşı etiraz aksiyalarının keçirilməsinin zəruriliyini vurğulamışdır, bu çıxış məclisdə iştirak edən şəxslər tərəfindən videoya çəkilmiş və sonradan sosial şəbəkələrdə yayılmışdır. İstintaq aksiya etməyə çağırışı zor tətbiqinə çağırış kimi qiymətləndirmiş, dövlət qurumu tərəfindən verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.

MTN və Baş Prokurorluğun 12 avqust 2011-ci il tarixli birgə məlumatında qeyd edilən məsələlər, xüsusən cinayətkar qrupun yaradılması, bu qrupun İrandan təlimatlar alması, Ramin Bayramovun baş redaktoru olduğu saytın fəaliyyəti və s. kimi məsələlərə nə istintaq zamanı, nə də məhkəmədə toxunulmamışdır ki, bu fakt da cənab Süleymanovun siyasi sifarişlə tələsik həbs edildiyini göstərir (bu məlumat hazırda da MTN-nin rəsmi veb-səhifəsində qalıb26).

Cənab Süleymanov ilkin olaraq 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülsə də, o, dərhal “karser”ə salınmış və Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi cənab Süleymanovun burada daxili nizam-intizam qaydalarını pozması ilə bağlı təqdimatlar hazırlamışdır. Məhz bu təqdimatlar əsasında Qaradağ rayon Məhkəməsinin hakimi Fuad Həsənov 24 aprel 2013-cü il tarixdə (cənab Süleymanov cəzaçəkmə müəssisəsinə köçürüləndən 1 ay sonra) ruhaninin 6 ay müddətinə ağır saxlanma şəraiti olan Qobustan qapalı həbsxanasına köçürülməsi barədə qərar qəbul etmişdir. Qərardan verilən apellyasiya və kassasiya şikayətləri nəticəsində cənab Süleymanov Qobustana köçürülməsə də, o, 2014-cü ilin yanvarında cəzasının qalan hissəsini çəkmək üçün ciddi rejimli 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdür.

1   2   3   4   5   6   7   8   9

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə