MÜNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu




Yüklə 352.01 Kb.
səhifə6/6
tarix23.02.2016
ölçüsü352.01 Kb.
1   2   3   4   5   6
Cədvəl 3.4. 5İqtisadiyyata kredit qoyuluşlarının kredit təşkilatları üzrə strukturu
Məhz kredit sisteminin əsas hissəsini təşkil edən özəl bankların 2009 –cu ilin birinci rübündə iqtisadiyyata (real sektora) qoyulmuş kredit üzrə strukruruna baxdıqda, burada da kommersiya sahəsinə qoyulmuş kreditlərin real sektora qoyulmuş kreditlər arasında üstünlük təşkil etdiyini görə bilərik:

Sxem 3.2. 6Özəl banklarda kredit yatırımlarının strukturu (cari ildə)

Ümumilikdə banklar tərəfindən ticarətə qoyulmuş kreditlərin apardığımız təhlil nəticəsidə ildən –ilə artdığını müşahidə etsək də, kommersiya sahəsində, 2008 –ci ilin IV rübünə əsasən müəssisə və təşkilatların maliyyələşməsinin 86.2% -i müəssisə və təşkilatların daxili imkanları və büdcə vəsaitlərinin payına düşür.

Qeyd edək ki, bundan əlavə 6,6% büdcədənkənar fondların, 3,2% əhalinin vəsaitləri və 0,1% digər mənbələr hesabına maliyyələşib.

Bu göstəricilər onu əks etdirir ki, Azərbaycanda real sektorun maliyyələşdirilməsi əsasən müəssisələrin öz vəsaitləri və büdcə vəsaitləri hesabına həyata keçirilir, kredit təşkilatlarının bu prosesdə iştirakı isə minimaldır.

Ümumilikdə kredit sisteminin əsas hissəsini təşkil edən banklar tərəfindən real sektora, xüsusilə ticarətə yönəldilən kreditlər əsas vəsaitlərin alınmasına deyil, dövriyyə vəsaitlərinin artırılması məqsədilə həyata keçirilir.

Banklar öz kredit siyasəti çərçivəsində aparılan əməliyyatları bir neçə amili nəzərə alaraq həyata keçirir. O cümlədən, likvidliyin idarəetmə prinsipləri ilə tarazlaşdırılmış bankların resurs bazası, kredit və bazar riskləri, iqtisadiyyatın müvafiq sahəsində rentabellik kimi amillər nəzərə alınır. Hazırda Azərbaycan iqtisadiyyatının real sektorunda yaranmış vəziyyət isə bu amillərə cavab vermir. Buna görə də real sektorda, əsasən də istehsal sahəsində fəaliyyət göstərən müəssisələr yalnız öz vəsaitləri hesabına maliyyələşir. Bu da müəssisələrin ilkin kapitallaşmasında özünü əks etdirir. Nəticədə, Azərbaycanda istehsalat sahəsində kiçik və orta sahibkarlıq təbəqəsi çox zəifdir, bu da iri şirkətləri inhisarçılığı inkişaf etdirməyə stimullaşdırır.



3.3 Xarici ölkələrin kredit sistemlərinin kommersiya fəaliyyətinə təsiri

Müasir dövrdə dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir. Xüsusilə II Dünya müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə qurumları, beynəlxalq kredit sistemi qurulmağa başlamışdır. Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım qurumları meydana çıxmışdır. İstər beynəlxalq, istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə qurumlarının ortaq məqsədləri aşağıdakılardır: Beynəlxalq mal alış –verişində ödəmə güclüklərini aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək; iqtisadi birləşmə, sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyinə stimul yaratmaqdır.

Beynəlxalq kredit təşkilatlarının maliyyə fəaliyyətlərindəki əməliyyatları bir –birindən fərqlənir. Bunun səbəbi də kreditlərin çeşidliyindədir. Qısa və orta müddətli valyuta kreditləri verən quruluşlar kredit verərkən iki başlıca mövzuya önəm verirlər. Bunlardan biri kredit tələbində olan üzv ölkələrin valyuta ehtiyatlarındakı çatışmazlıqlar, ikinci şərt isə kredit tələb edən ölkələrin geri ödəmə istəyini isbatlaması tələbidir. Uzunmüddətli investisiya kreditləri verən beynəlxalq kredit təşkilatlarının bəzi fərqli özəllikləri vardır. Bu özəllikləri beş nöqtədə açıqlaya bilərik: mənfəət məqsədləri yoxdur, yardım prinsipi vardır, hissəvi finansman əsası mövcuddur, layihə finansman əsası mövcuddur və beynəlxalq iştirak əsası vardır. İndi isə bunları açıqlayaq:

- Mənfəət məqsədləri. Avropa İnvestisiya Bankının sözləşməsinin 130 –cu maddəsində açıq bir şəkildə bankın maliyyə fəaliyyətinin məqsədi göstərilmiş və qeyd olunmuşdur ki, o, mənfəət əldə etmədən fəaliyyət göstərməlidir. Ancaq bankların maliyyə fəaliyyətlərində mənfəət məqsədi güdməməsi, onların mənfəət əldə etmələrinə mane olmur. Bu quruluşlar kredit verdikləri zaman faiz qoymaqla və təbii ki, mənfəət əldə etməkdədirlər. Ancaq əldə edilən mənfəət bölüşdürülmədiyindən bir ehtiyat fonduna yığılır.

- Yardım prinsipi. Uzunmüddətli investisiya krediti verən beynəlxalq kredit təşkilatlarının hamısının finansman fəaliyyətlərində yardım prinsipi vardır.

- Uzunmüddətli investisiya krediti verən beynəlxalq kredit təşkilatlarının böyük bir bölümü hissəvi finansman əsasında fəaliyyət göstərirlər. Yəni kredit tələbində olunaraq digər qaynaqlardan da kredit təmin edilməsini şərt qoyurlar.

- Uzunmüddətli investisiya krediti verən quruluşlar. Yüksəliş planları kimi geniş əhatəli investisiyanın həcmli bölmələrini təşkil edən layihələrin finanslarında yaxından iştirak edirlər.

- Beynəlxalq iştirak əsası. Beynəlxalq maliyyə quruluşları iri miqyaslı layihələrin maliyyələşdirilməsində iştirakçı kimi yer alır.

Beynəlxalq kredit sisteminin əsasını təşkil edən ən mühüm maliyyə təşkilatı Beynəlxalq Valyuta Fondudu (BVF). Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, ölkələr arasında ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq kommersiya münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

BVF anlaşmada müəyyən edilən qaydaları pozan və öhdəliklərini yerinə yetirməyən ölkələrə qarşı cəza tətbiq edə və bu ölkələrə verilən kreditləri kəsə, hətta üzvlükdən xaric edə bilər. BVF tərəfindən verilən kreditlər CDR (kreditlər) pul vahidi ilə verilir. Fond tərəfindən saxlanan kreditlər “Stand Bu Anlaşmaları” ilə “iqtisadi sabitlik proqramları” çərçivəsində verilir. “Stand Bu Anlaşmaları”nda bir niyyət məktubu hazırlanır. Niyyət məktubunda hökumətin iqtisadi və maliyyə siyasəti göstərilir.

Beynəlxalq kredit sisteminin daha bir mühüm təşkilatı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BYİB (İnternational Bank for Reconstruction and Devolopment, İBRD) 1946 –cı ildə beynəlxalq Bretton –Vuds maliyyə konfransının (1944 –cü ildə) qərarına əsasən digər kredit orqanlarından əvvəl yaradılmışdır. Üç filialı ilə birlikdə (Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq İnkişaf Assosiyasiyası və İnvestisiyaların Zəmanəti üzrə Beynəlxalq Agentlik) onu Dünya Bankı (World Bank group) adlandırdılar. Bu beynəlmiləl maliyyə İnstitutu beynəlxalq kredit münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır.

Ümumilikdə BYİB real sektora və burada xüsusilə ticərət bə xidmət sahəsinə böyük məbləğli kreditlər ayırmaqla digər kredit təşkilatlarından fərqlənir. Bu kreditlər iqtisadi və sosial inkişafın daha yüksək mərhələsinə qalxan İEOÖ -ə təqdim olunur. Borclar ancaq BVF –nin üzvlərini qane edici şərtlər çərçivəsində, özəl kapital onlar üçün əlçatmaz olduğu zaman təqdim olunur. Kreditlər adətən 5 illik gözəşt müddətinə malik olur və 15 ilə və ya daha qısa müddətə qaytarılmalı şərti ilə verilir.

BYİB –nin filialı olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) (İnternational Finance Corporation, İFC) 1950 –ci ildə ABŞ –ın təşəbbüsü ilə əsasən İEOÖ –də birbaşa investisiyaların vasitəsilə (bir sıra hallarda uzunmüddətli kreditlərin əlavəsi ilə) özəl sektorun inkişafına təsir etmək məqsədilə yaradılmışdır. BMK –nın maliyyə resursları iştirakçı ölkələrin üzvlük haqqlarından ibarətdir. Bu vəsait ölkələrin BYİB –dəki üzvlük haqqlarına müvafiqdir. BMK –nın idarə metodları BYİB –nin idarə metodlarına uyğundur. Kreditlər daha çox xüsusən kommersiya sahəsində rentabelli ticarət firmalarına 5 ildən 15 il müddətinə dövlət zəmanəti tələbi olmadan verilir.

BMK –nın əsas məqsədi özəl sektorun fəaliyyətini genişləndirmək, ölkənin iqtisadi inkişafına, ticarət münasibətlərinin genişləndirilməsinə yardım etməkdir. Bu aşağıdakılarda öz əksini tapır:

- özəl investorlarla və idarəetmə orqanları ilə birlikdə istehsalla məşğul olan özəl müəssisələrə uzunmüddətli kreditlərin verilməsi

- ehtiyat və zəmanətlərin köməri ilə yerli kapital bazarlarının inkişafının dəstəklənməsi

- özəl müəssisələrə maliyyə və texniki yardım göstərməklə beynəlxalq kapital axınının stimullaşdırılması.

Beynəlxalq İnkişaf Assosiyasiyası (BİA) (İnternational Development Asosciation, İDA), 1960 –cı ildə BYİB –nin filialı kimi ölkələrin (daha az inkişaf etmiş və İEOÖ) güzəştli şərtlərlə (uzun müddətə və güzəşt dövrü 10 il) kreditləşdirilməsi ilə yaradılmışdır. Adətən kreditin təqdim olunmasına görə BİA yalnız 0.75% həcmində adminstrativ xərclər üçün komission haqq alır. BİA istifadəyə başlandığı dövrün 11 –ci ilindən qaytarılmağa başlanması şərti ilə 50 il

müddətinə kredit faizsiz təqdim edir. Kreditin məqsədi İEÖ –dən, İEOÖ -ə kommersiya sahəsində məhsul ixracının stimullaşdırılmasıdır. BİA 3 ildən bir maliyyələşir (adətən İEÖ tərəfindən). BİA kreditləri yalnız adambaşına düşən ÜDM –nin orta səviyyəsi 480 dollar və daha aşağı olan kasıb ölkələrə təqdim edir.



Avropa Yenidənqurma və İnkişaf Bankı, AYİB (European Bank Reconstruction and Development, EBRD) - 1990 –cı ildə Şərqi və Mərkəzi Avropa ölkələrində, o cümlədən keçmiş SSRİ ərazisindəki ölkələrin iqtisadiyyatını maliyyələşdirmək məqsədilə yaradılmışdır. AYİB –nin 2 operativ departamenti var: “İşgüzar (kommersiya) bank və “İnkişaf bankı”. “İşgüzar bank” vasitəsilə kommersiya sahəsində özəl müəssisələrin layihələrinin maliyələşdirilməsi həyata keçirilir. “İnkişaf bankı” bazar iqtisadiyyatının infrastrukturunun inkişafı ilə bağlı layihələr, o cümlədən bank sektorundakı layihələri maliyyələşdirir. Hal –hazırda bankın üzvləri bütün Avropa və MDB ölkələridir. AYİB–nin kapitalının həcmi isə 20 mlrd dollardır. Xüsusilə ölkələrin ticarət sahəsinin maliyyələşdirilməsində AYİB –nin müstəsna əhəmiyəti vardır. Belə ki, 1999 –cu ildə AYİB Mərkəzi və Şərqi Avropa, o cümlədən MDB ölkələrinin yerli banklarının ticarət fəaliyətinə təsir göstərmək üçün yeni proqram hazırlamışdır. Proramın məqsədi –regionlarda daimi dəyişən iqtisadi mühitin və sosial şəraitin tələblərinə cavab verməkdir. AYİB –nin bank fəaliyyətinin sxemi elastik və operativ elementlərə malikdir. Yerli bankların ticarət fəaliyyətinə təsir göstərməyi nəzərdə tutan proqramın üstünlükləri aşağıdakılardır:

- AYİB akkreditivlərin ödənilməsinə və digər köçürmə və emitent bankların sadə vekselləri üzrə ödənişlərə zəmanət təqdim edir.



- Emitent –banklara təqdim olunan ticarətin bütün xəttlər üzrə maliyyələşdirilməsi daimi deyil. AYİB istənilən vaxt bunu dəyişdirə və ya tamamilə ləğv edə bilər. Bu isə o deməkdir ki, emitent banklardan öhdəlik üçün və birdəfəlik komissiya haqqları çıxılmır.

- AYİB –nin zəmanətinə görə komission qoyuluşları üzən valyuta ilə və AYİB –nin zəmanət verdiyi hər bir ticarət –maliyyə vasitəsi üçün müəyyən olunur.

- Balans kreditəşdirilməsi ilə yanaşı AYİB bir sıra yerli bankların yerli ticarət müəssisələrini kreditləşdirmək üçün qısamüddətli yeniləşən ixrac öncəsi kreditlər də təqdim edir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) 1997 –ci ildə mənzil qərargahı Yunanıstanda olmaqla yaradılmışdır. QDTİB –nın məqsədi regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrində layihələri maliyyələşdirilməsində və səhm kapitalında iştirakla bağlı layihələrin reallaşmasını həyata keçirməkdir. Üzv ölkələri əsasən Balkan və MDB ölkələrindən təşkil olunmuşdur. Respublikamızda da kredit qoyuluşlarında öz fəallığı ilə seçilən QDTİB 2002 –ci ildə nizamnamə kapitalı 6.85 milyon ABŞ dolları olan Azərbaycan Mikromaliyyələşdirmə Bankının yaradılmasında 1.25 milyon ABŞ dolları vəsaitlə iştirak etmişdir. 2006-cı ildə Bankın səhm kapitalı səhmdarların hesabına artırılaraq 11 mln AZN olmuşdur. Hazırda QDTİB Azərbaycan Mikromaliyyələşdirmə Bankının 20 % səhm kapitalına malikdir.

QDTİB ixrac-idxal əməliyyatlarının maliyyələşşdirilməsini həm vasitəçi maliyyə institutlarına (əsasən kommersiya banklarına) verilən kredit xətləri, həm də ixracatçı və idxalatçıların birbaşa kreditləşdirilməsi vasitəsilə həyata keçirir. Bu zaman Bank aşağıdakı alətlərdən istifadə edir:

- İxracdan əvvəl maliyyələşdirmə üçün bank kredit xətləri;

- İdxalın qısa və uzunmüddətli maliyyələşdirilməsi üçün bank kredit xətləri;

- Ayrı-ayrı ixracatçı və idxalatçıların ortamüddətli maliyyələşdirilməsi;

- Ticarət əməliyyatlarının maliyyələşdirilməsində iştirak.

Maliyyələşmə obyektinin növündən asılı olaraq kreditlərin müddəti 180 gündən 3-5 ilə qədər ola bilər. QDTİB ticarət kontraktının dəyərinin 100 faizə qədərini ödəyə bilər.

Avropa İnvestisiya Bankı, AİB (European İnvestment Bank, EİB) regional tələblərə xidmət edən hökümətlərarası institutlardan biridir. O, 1958 –ci ildə Avropa İqtisadi Birliyinin bazası əsasında yaradılmışdır. Respublikamız da 2001 –ci ildən bu təşkilatın üzvüdür. AİB Avropa Birliyi ölkələrinin regional kredit institutudur. Bankın vəzifəsi AB –nin nisbətən az inkişaf etmiş regionlarının və AB ilə əlaqəsi olan 70 digər ölkənin iqtisadi inkişafını sürətləndirmək üçün uzunmüddətli kreditlərin (7 ildən 20 ilədək) təqdim edilməsidir. Əsas məqsəd –istehsal müəssisələrindəki qeyri –bərabərliklə yanaşı, əsas güclərin paylaşdırılmasındakı qeyri bərabərliyi də azaltmaqdır. Öz statusuna uyğun olaraq AİB ancaq üzv ölkələrin hökumətlərinə, həmin ölkələrin dövlət və özəl müəssisələrinə, həmçinin AB ilə müxtəlif müqavilələrə əsasən əlaqəsi olan dövlətlərə borc verə bilər.

Yuxarıda qeyd etdiyimiz təşkilatlar beynəlxalq kredit sistemində mühüm rol oynamaqla, Respublikamızda da real sektorun maliyyələşməsinə əhəmiyyətli dərəcədə təsir göstərirlər. Lakin bununla yanaşı ayrı –ayrı ölkələrin müxtəlif kredit təşkilatları da Respublikamızda, xüsusilə ticarət sahəsinin maliyyələşməsində mühüm rol oynamaqdadırlar. Respublikaya yatırılan investisiya kreditlərinin həcminə görə ilk üç yer Türkiyə, ABŞ və Almaniya kredit təşkilatlarının payına düşür.



Türk Eximbank iqtisadiyyatın maliyyələşdirilməsində ümumilikdə Azərbaycan Beynəlxalq Bankına hökumət zəmanəti ilə verilmiş kredit xəttini 250 milyon dollara qədər artırmış və bu kreditin də 20% -dən çox hissəsi ticarətin maliyyələşdirilməsinə sərf olunmuşdur. Artıq bu kreditin 92 milyonu isə bu günə kimi ödənilmişdir.

ABŞ –ın USAID təşkilatının Azərbaycana sərf etdiyi yardım və kreditlər isə əsasən dörd sahədə cəmləşmişdi ki, burada da əsas yeri məhz kiçik və orta sahibkarlığın inkişafı, iqtisadi islatahlar, demokratiya və idarəçilik, habelə məcburi köçkünlər üçün humanitar yardımlar göstərilməsi təşkil edir.

Almaniya dövləti isə Kreditanstalt fur Wiederaufbau (KfW) vasitəsilə həyata keçirdiyi maliyyə əməkdaşlığı çərçivəsində Azərbaycana təqribən 72 milyon avro dəyərində investisiya krediti yatırmış və növbəti iki il ərzində bu məbləği 90 milyona çatdırmaq niyyətindədir. Bu məbləğin isə 20 milyona qədəri məhz kiçik və orta sahibkarlığın inkişafına sərf olunması planlaşdırılır.

Ümumilikdə Respublikaya xarici kredit təşkilatları tərəfindən yatırılan investisiya kreditlərinin həcmində artım müşahidə olunmaqdadır. Əgər 2008 –ci il ilə 2009 –cu ili müqayisə etsək kredit qoyuluşlarının həcmində xeyli artım müşahidə olunduğunu görə bilərik. İldən –ilə real sektora xarici kredit təşkilatları tərəfindən yatırılan investisiya kreditlərinin strukturunda məhz kommersiya sahəsinə yatırılmış kreditlər nəzərə çarpacaq dərəcədə üstünlük təşkil edir.



Cədvəl 3.5. 7Xarici investisiya balansı (mln. ABŞ dolları)

Ümumilikdə qeyd edək ki, istənilən ölkə öz daxili imkanları hesabına öz iqtisadiyyatını maliyyələşdirsə, həmin ölkənin inkişaf tempi tez bir zamanda sürətlə artacaqdır. Lakin İEOÖ –in iqtisadiyyatının maliyyələşdirilməsində daxili potensialın istənilən səviyyədə olmaması, yığım çatışmazlığının olması həmin ölkələri dəgər İEÖ –dən müəyyən dərəcədə asılı vəziyyətə salır desək yanılmarıq. Belə ki, istənilən İEOÖ iqtisadiyyatını inkişaf etdirmək üçün mütləq xarici kredit təşkilatları tərəfindən verilən uzun və qısa müddətli kreditlərə ehtiyac duyur.

Beynəlxalq, xarici ölkələrin kredit təşkilatları tərəfindən verilən kredit – klassik iqtisadçılara görə İEOÖ –in finans qaynaqlarına olan ehtiyacın qarşılanmasına deyilir. İEOÖ –də rast gəlinən problemlərdən biri yığım çatışmazlığıdır. Beynəlxalq kredit təşkilatları tərəfindən verilən kreditə olan ehtiyacın səbəblərini aşağıdakı formul vasitəsilə göstərə bilərik: S – I = XM, burada S –ölkə daxili yığımı, I –ölkə daxili investisiyaları, X –mal və xidmət ixracını, M –mal və xidmət idxalını göstərir. S < I –dən isə ölkə daxilində qoyulan investisiyaların miqdarının ölkə içindəki yığımlara nisbətən böyük olduğu başa düşülür.

Nəticə və təkliflər

Bazar iqtisadiyyatına keçid şəraitində yeni aktuallıq qazanmış maliyyə institutlarından biri də banklardır. Banklar tədavül sferasında fəaliyyət göstərir, mühüm vəzifələr yerinə yetirir və o xalq təsərrüfatının sahələrinin, bütövlükdə isə təkrar istehsal prosesin inkişafında əvəzedilməz rol oynayır. Bu mənada bankların rolunun bütövlükdə iqtisadiyyata, xüsusilə kommersiya sahəsinə təsirini təcrid olunmuş şəkildə təsəvvür etmək mümkün düyil, çünki, banklar öz məhsulunu təqdim etməklə iqtisadiyyatın sahələrinə kömək edərək onları inkişaf etdirir. Bankların rolunu təkcə makro və mikro səviyyədə təqdim olunan ödəmə vəsaitlərinin kütləsinin buraxılışı və idarə olunması mövqeyindən baxılsa, bu yanlış və problemli bir məsələ olardı.

Ölkə iqtisadiyyatının inkşafı getdikcə, sabitlik təmin olunması ilə əlaqədar, bank sistemində də köklü dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmiz yeni müstəqilliyə nail olduğu dövr ilə müqayisədə müasir dövrdə aktiv əməliyyatların çox vacib bir yeri tutan kredit əməliyyatlarının həyata keçirilməsində həm liberallaşma, həm də kütləvilik nəzərə çarpmaqdadır. Liberallaşma olara hiss olunur ki, kommersiya bankları zaman keçdikcə, həm faiz dərəclərini aşağı salır, həm də kreditin təminatlılığı sahəsində girovun faiz nisbətini orta hesabla minimumlaşdırırlar. Bu da bamk sektorundakı rəqabətlə əlaqədar olaraq, bankların müştəriləri cəlb etmək istəyi ilə başlıdır, həm də artıq yerli müəsisələrin beynəlxalq səviyyədə işlərin görülməsilə əlaqədardır.

Son dövrlərdə bankın vəasitlərinin formalaşması və yerləşdirilməsi sahəsində də bir sıra nəaliyyətlər əldə edilmişdir. Bu ilk öncə əhali arasında banklara qarşı itirilmiş etibarın qaytarılması, beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq, respublika banklarının kreditə olan tələbatını ödəmək məqsədilə kredit xətləri ayırması ilə əlaqədardır. Yəni artıq əhalinin kommerisya banklarında yerləşdirdikləri ərtımı nəzərə çarpacaq dərəcədə artmışdır və həmçinin beynəlxalq təşkilatların aşağı faizlə yerli kommerisya banklarına ayırdıqları kredit xətləri geniş vüsət almışdır. Kredit əməliyyatları ilə bərabər digər aktiv əməliyyatlarda da inkişaf nəzərə çarpır. Bu inkişafı istər hesablaşmalar (xüsusilə də beynəlxalq hesablaşmalar), istərsə də investisiya sahəsində özünü biruzə verir.



Müasir iqtisadiyyatda bank tərəfindən həyata keçirilən əməliyyatlarının inkişafı sahəsində aparılan təhlillərin nəticəsi olaraq, mövcud olan problemlərin aradan qaldırılması üçün aşağıdakıların həyata keçirilməsini təklif edirəm:

  1. Kredit bazarında faizlərin yüksək olması keçid dövründə fəaliyyət göstərən müəssisələr üçün böyük problemlər yaratdığından onlar kreditə çox maraq göstərmirlər. Bunun da nəticəsində həm bankların gəlirlərinin strukturunda kreditin xüsusi çəkisi çox olduğundan bankların gəlirləri artım səviyyəvi zəifləyir, həm də müəssislər çatışmayan vəsaitlərinin maliyyələşdirilməsi üçün kredit kimi mənbədən məhrum olurlar. Buna görə də kreditə görə faizlərin aşağı salınması məqsədə uyğundur. Buna depozitlərə görə verilən faizlərin aşağı salınması hesabına nail olunması vəsaitlərin cəlb olunması prosesini zəiflətdiyi üçün, bu üsulun səmərəsiz olduğunu hesab edirəm.

  2. Kreditləşmə prosesi zamanı kreditin təminatlılığı kimi müəssisələrdən tələb olunan girov yox, müəsissələrin maliyyə fəaliyyəti əsas göstərici kimi araşdırılmalıdır. Çünki, bəzən girov məbləğinin çox yüksək olması müştəriləri kredit götürməkdən uzaqlaşdırır. Kreditin təminatlılığının digər mənbəyi kimi, kommersiya banklarının verdikləri kreditləri sahəsində yaranan risklərin Milli Bank tərəfindən sığortalanması da ola bilər.

  3. Kommersiya bankları çox vaxt kiçik biznesə maraq göstərmir, presprktivdə daha böyük və sabir müştəri ilə işləməyə üstünlük verirlər. Lakin Azərbaycanda iri sərbəst kapitala malik olan bankların sayının azlığı və ölkə iqtisadiyyatının inkişafı üçün kiçik sahibkarlığın inkişafının zəruri olduğunu nəzərə alaraq, komerisya banklarının kiçik və orta biznesə maraq göstərməlidirlər.

  4. Kommersiya banklarının həyata keçirdiyi əməliyyatların çeşidi artırılmalıdır. Məsələn, Azərbaycan respublikasında trast, françayzinq, faktorinq kimi bank əmliyyatların həyata keçirilməsi çox zəifdir. əməliyyatından ki. Və ya bu əməliyyatların həyata keçirilməsi proseduru mürəkkəb olması və yetəri qədər reklam olunmaması ilə əlaqədar müştərilər bu əməliyyatlara maraq göstərmirlər.

İstifadə olunmuş ədəbiyyat siyahısı

Azərbaycanca ədəbiyyat:

  1. M.Q.Ağamalıyev –“Kommersiya fəaliyyətinin təşkili”, Bakı-2004

  2. Z.Məmmədov- “Pul, Kredit və banklar”(Dərslik), Bakı-2006

  3. M. Bağırov – “Banklar və bank əməliyyatları” , Bakı-2003

  4. R.Əsgərova -“Pul, Kredit və Banklar”, Bakı-2007

  5. Z.Məmmədov, Ə.Abbasov, R.Rzayev. Ş.Həmişəyevə.-“Bank işi və elektron bankçılıq”, Bakı-2003

  6. İlkin Orucov –“Pərakəndə bank xidmətləri”, Bakı-2008

  7. İ.Feyzullabəyli –“Ticarətin iqtisadiyyatı”, Bakı-2006

  8. M.M.Sadıqov, E.Ə.Balayeva, Ş.Ü.Həmişəyeva –“Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi”, Bakı-2003

  9. Tağıyev və başqaları-“Maliyyə, pul tədavülü və kredit”, Bakı-1999

  10. Saleh Məmmədov –“Bank işi”, Bakı-1997

  11. R.A.Bəşirov- “Bank işi”, Bakı-2007

  12. Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri”

Bakı-2008

Rusca ədəbiyyət:

  1. Максютов А.А. Основы банковского дела.-М.: Бератор – Пресс,2003

  2. О.И. ЛАВРУШИН – «Денги, Кредит, Банки» МОСКВА 1998

İnternet səhifələri:

1. www.nba.az 6. www.akademiya.net

2. www.ict.az 7. www.economy.gov.az

3. www.ifc.org/acgp 8. www.maliyye.gov.az

4. www.azstat.org 9. www.firststeps.az

5. www.azeriblog.com 10. www.elibrary.az



Qəzet və jurnallar:

1. “İqtisadiyya və həyat” - 2008, № 8

2. “Maliyyə və uçot” - 2008, № 5

3. “Xalq qəzeti” - 2008, 1 yanvar



4. “Respublika qəzeti” - 2008, 26 aprel


1 Максютов А.А. Основы банковского дела.-М.: Бератор – Пресс,2003


2 Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri” Bakı-2008


3 Azərbaycan Resapublikası Milli Bankı (www.nba.az)

4 Azərbaycan Resapublikası Milli Bankı (www.nba.az)

5 Azərbaycan Resapublikası Milli Bankı (www.nba.az)

6 Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri” Bakı-2003

7 Azərbaycan Resapublikası Milli Bankı (www.nba.az)



1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə