MÜNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu




Yüklə 352.01 Kb.
səhifə4/6
tarix23.02.2016
ölçüsü352.01 Kb.
1   2   3   4   5   6
2.3 Bank xidmətləri bazarı və bank məhsulu

Banklar milli iqtisadiyyatda maliyyə vasitəçiləri kimi böyük rol oynayır. Onlar sərbəst qalan pulları dövriyyəyə cəlb edir və onları məhz ehtiyacı olan şəxslərə və ya müəssisələrə kredit şəklində verirlər. Bununla da onlar çox vacib bir vəzifəni icra edir, həmçinin müştərilər arasında hesablaşmaları yerinə yetirir və bunula da vasitəçi kimi xidmət göstərirlər. Ümumilikdə təsərrüfat fəaliyyəti prosesində hesablaşmalar nağd və nağdsız formada həyata keçirilir. Nağd pul dövriyyəsi nağd pulla aparılan dövriyyəni əks etdirir. Nağdsız hesablaşmalar isə nağd vəsaitin iştirakı olmadan pul vəsaitlərinin bir hesabdan digər hesaba köçürülməsi vasitəsilə yerinə yetirilir.

Ümumiyyətlə banklarının fəaliyyət dairəsi çox genişdir və bu, inkişaf etmiş ölkələrdə getdikcə artır. Hər bir bank rəqabətə tab gətirmək üçün öz müştərilərinə daha çox və daha yüksək keyfiyyətli xidmət göstərmək istəyir. Bankların fəaliyyət predmeti məhz bank məhsulundan və onunla bağlı olan xidmətlərdən asılıdır. Bank məhsulu maddi şəkildə rəsmiləşdirilmiş xidmətlərdən ibarətdir. Hazırda bankların müştərilərə göstərdiyi xidmətləri bir neçə qrup üzrə təsnifləşdirmək olar. Ənənəvi bank xidmətlərinə nəzər saldıqda:

- əmanətlərin (depozitlərin) cəlb edilməsi, borcalanların razılaşma əsasında kreditlərin verilməsi xidməti;

- müştərilərin və müxbir –bankların hesablarının aparılması;

- müştərilərə və müxbir banklara kassa xidməti;

- bankların öz vəsaitləri hesabına müştərilərin tapşırığına əsasən maliyyələşmənin aparılması;

- investisiya vasitələrinin sahiblərinin və sərəncamçılarının tapşırığına əsasən kapital qoyuluşlarının maliyyələşməsi xidməti;

- ödəmə sənədlərinin və başqa qiymətli kağızların (çeklərin, akkreditivlərin, veksellərin, səhmlərin, istiqrazların) buraxılışı;

- xarici valyutanın təşkilatlardan və vətəndaşlardan alınması və onlara satılması xidməti;

- qiymətli metalların, qiymətli təbii daşların, həmçinin onlardan hazırlanmış əşyaların alqı –satqısı;

- beynəlxalq bank praktikasına uyğun olaraq qiymətli metalların hesablara və əmanətlərə cəlb edilməsi, yerləşdirilməsi və digər xidmətlərin göstərilməsi;

- bank və müəssisələrin fəaliyyəti ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi;

- öz ölkəsinin bank qanunlarının və lisenziya ilə icazə verdiyi digər xidmətlərin yerinə yetirilməsi.

Bankların həyata keçirdiyi qeyri -ənənəvi bank xidmətlərinə isə aiddir:

- trast (etibar –inam ) xidməti;

- lizinq xidməti;

- faktorinq xidməti;

- forfatinq xidməti.

Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların həyata keçirdiyi bu xidmətlər “Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında” Qanunun 27 –ci maddəsində öz əksini tapmışdır.

Qeyd olunanlarla yanaşı kommersiya bankları Mərkəzi bankların göstərişi əsasında ölkə bücəsinin icrasını da yerinə yetirirlər. Nəzərə almaq lazımdır ki, müştərilərlə bank arasında münasibətlər müqavilə əsasında həyata keçirilir. Hal –hazırda bütün müştərilər xidmət olunmaq üçün bankları müstəqil olaraq seçirlər, həmçinin onlar eyni zamanda bir neçə bankın xidmətindən istifadə edə bilərlər.

Kommersiya bankları müqavilə əsasında biri digərindən depozitlər, kreditlər şəklində vəsaitlər cəlb edə bilər, yerləşdirər və həmçinin nizamnamədə nəzərdə tutulan digər qarşılıqlı əməliyyatları apara bilərlər. Müştərilərə kredit vermək üçün onların tələbatlarına uyğun olaraq vəsait çatışmadıqda, həmçinin digər öhdəlikləri icra etmək üçün kommersiya bankları Mərkəzi banklardan kredit almaq hüququna malikdirlər.

Kommersiya bankları öz vəsaitlərini saxlamaq və müəyyən xidmətləri həyata keçirmək üçün müxbir hesab açdığı bankı da müstəqil olaraq seçir. Belə hesab açılarkən müxbir münasibətlərini əks etdirən müqavilə bağanır, qanunvericilik əsasında sənədləşmə aparılır.

Son zamanlar, xüsusilə, XX əsrin sonlarından başlayaraq ETT –nin sürətli inkişafı bank sektorunda da özünü büruzə verməyə başlamışdır. Belə ki, banklar artıq müştərilərlə olan münasibətləri on –line sistemində təşkil etməyə başlamışdılar ki, on –line bank xidmətlərinin də özünün kifayət qədər üstün cəhətləri vardır:

- əməliyyatların sürətinin artması;

- müştərilərə daha yaxşı xidmətin göstərilməsi;

- xərclərin azalması;

- bazar paylarının artırılması;

- digər banklarla beynəlxalq bankçılıq sahəsində rəqabət şərtlərinə uyğunlaşma.

Ümumilikdə konkret olaraq on –line bank xidmətlərinə home –bankinq xidmətləri, distansiyalı bank xidmətləri modeli, bankomatlarla xidmət, plastik kartlarla əməliyyatlar aid edilir.

XX əsrin 80 –ci illərinin əvvəlləri müştərilərə göstərilən bank xidmətlərinin yeni istiqamətinin inkişafının başlanğıcı hesab edilir. Bu, kompyuter sisteminin formalaşması ilə bank əməliyyatlarının bilavasitə müştərilərin evlərinə və ya ofislərinə çatdırılması idi. Təqdim edilən bank xidmətlərinin spektri müştərilərə göstərilən ənənəvi bank xidmətlərinin siyahısını genişləndirdi. O, adi hesablaşma əməliyyatları ilə yanaşı, məlumat xidmətlərini də əks etdirir.

Home –bankinq (ev –bank sistemi) xidmətinin inkişafının üç mərhələsi vardır:

- birinci mərhələ - PS bankinq

- ikinci mərhələ - İnternet –bankinq

- üçüncü mərhələ - telefon –bankinq



PS bankinq sistemi. Bu cür əməliyyatların başlanğıcı 1983 –cü il hesab edilir. Çünki bu ildə Nottingam Building Society tikinti cəmiyyəti, British Telecom Britaniya telefonkompaniyası və Bank of Scotland Homelink sistemindən istifadə etməyə başladılar. Bu sistem vasitəsilə bankın müştəriləri evdən və ya ofisdən müxtəlif növlü əməliyyatlar (hesabların idarə edilməsi, hesab haqqında məlumatların əldə edilməsi, ödənişlərin həyata keçirilməsi və s.) həyata keçirə bilərlər.

İnternet –bankinq bank xidmətlərinin İnternet vasitəsilə əldə edilməsi sistemidir. İnternet vasitəsilə ilk bank xidməti XX əsrin 90 –cı illərinin ortalarında ABŞ –da həyata keçirilsə də, maliyyə biznesinin aləti kimi İnternetə maraq bütün dünyada sürətlə artmaqdadır. Statistikaya əsasən İnternet vasitəsilə bir müştəriyə xidmət filial istifadəçilərinin xidmətindən 14% ucuz başa gəlir. İnternet vasitəsilə bank xidmətlərindən istifadə edən hər bir müştəri ildə orta hesabla bankın xərclərini 565, 3 ABŞ dolları məbləğində azaltmış olur.

İnternet –bankinq aşağıdakı imkanları özündə əks etdirir:

pul köçürmələrinin həyata keçirilməsi; xarici valyutanın alqı –satqısı; müxtəlif növlü hesabların açılması; real vaxt rejimində daxil olmuş ödənişlər barədə informasiyanın əldə edilməsi; digər əlavə xidmətlər və s.



Wap bankinq mobil telefonlar vasitəsilə bank xidmətlərinin əldə edilməsi sistemidir. Telebank sisteminin tətbiqinin maksimal səmərəsinə onun plastik kartlarla inteqrasiyası sahəsində nail olunur. Müştəri məsafədən bilavasitə kart hesabından əməliyyatlar həyata keçirə bilər. Bu zaman kart vasitəsilə bankomatlardan nağd pulun çıxarılması, əllə ödəniş qəbzinin doldurulması, vaxt təyin etmək və banka gəlmək və s. bu kimi problemlərdən Telebank sistemindən istifadə etməklə qaçmaq olar.

Distansiyalı bank xidmətləri modeli dedikdə, müasir şəraitdə inkişaf etmiş əksər ölkələrdə klassik filial modelindən distansiyalı (məsafəli) bank xidmətləri modelinə keçid müşahidə olunur və müştərilər banka baş çəkmədən getdikcə daha çox əməliyyatlar həyata keçirirlər. Distansiyalı bank xidmətləri anlayışı ilə virtual bank anlayışı bir –birinə sıx bağlıdır. Əgər distansiyalı xidmətləri istənilən banklar həyata keçirə bilirsə, virtual banklar tikintiyə pul xərcləməmək üzrə ixtisaslaşır. Virtual banklar öz müştəriləri üçün adi universal bankların həyata keçirdiyi kompleks xidmətlər göstərir. Bu bankların həyata keçirmədiyi xidmət növü kassa xidmətidir. Müştərilərinə nağd pul vəsaitlərinin verilməsi üçün virtual banklar digər bankların bankomatlarından və terminallarından istifadə edir.

Virtual banklar müştərinin nağdsız pul vəsaitləri ilə maliyyə əməliyyatlarına xidmət üzrə yüksək ixtisaslaşmış kompyuter proqramı sistemini özündə əks etdirir. Real banklar kimi virtual banklar da pul vəsaitlərinin hesabdan hesaba köçürülməsi, idxal –ixrac ödənişləri, vəsaitləri cəlb etmək, konvertasiya və s. xidmətləri həyata keçirir.



Bankomatlarla xidmətin mahiyyəti oldan ibarətdir ki, bankomatlar nağd pulla əməliyyat aparmaq üçün plastik kartlarla idarə edilən çoxfunksiyalı avtomatdır. İlk bankomatlar (ATM –Automated Teller Machine) XX əsrin 60 –cı illərinin sonlarında meydana gəlmişdir. Bu maşınların ixtirası Don Vetselin adı ilə bağlıdır.

Bazar münasibətlərinin müasir şəraitində iqtisadi subyektlərin bank xidmətlərinə çıxış imkanlarının təmin edilməsi və artırılması məqsədilə yerli şəraitin spesifikliyinə adekvat olan beynəlxalq təcrübənin üstünlüklərinin öyrənilməsi və tətbiqi mühüm əhəmiyət kəsb edir. Nağd pul vəsaitlərini depozit və əmanətə qəbul edən bankomatlar (cash –in funksiyalı ATM) bu kateqoriyaya daxildir. Çoxfunksiyalı bankomat hesab olunan cash –in bankomatları müştərilərin bank xidmətlərinə çıxış imkanlarını genişləndirməklə yanaşı, bankların müştərilərlə işinin səmərəliliyinin artırılmasına əlverişli imkan yaradır. Onların tətbiqi ilə bankların filial və şöbələrinə tələbatı azalır və bank xərcləri optimallaşır.

Beynəlxalq statistikaya əsasən bu gün dünyada bank xidmətlərinin 34% -i müştərilə məhz ATM vasitəsilə çatdırılır. Təkcə bir faktı qeyd edək ki, hazırda ABŞ –da müasir ATM –lərin son nəsli müştərilər üçün 125 növə yaxın xidmət göstərir.

Plastik kartlarla əməliyyatların əhəmiyyəti ondan ibarətdir ki, nağd pul vəsaitlərinin tədavülü probleminin mümkün və ən perspektivli üsullarından biri plastik kartlar əsasında səmərəli avtomatlaşdırılmış nağdsız hesablaşmalar sisteminin təşkilidir. Bu, texnologiya sisteminin bütün iştirakçıları üçün rahat mühitin yaradılmasını təmin edir.

Bank plastik kartları bank hesablarının idarə edilməsi və kartın istifadəçisinin əmtəə və xidmətlər üzrə ödənişlərinin həyata keçirilməsinə, nağd vəsaitlərin əldə edilməsinə, digər xidmət və üstünlüklərin istifadəsinə imkan verən universal ödəniş sistemidir.

Müasir şəraitdə dünyanın 200 –dən çox ölkəsi plastik kartlardan istifadə edir. Bu da plastik kartların bank sistemində texnoloji inqilabının mühüm elementi sayılmasına əsas verir. Plastik kartlar əksər hallarda elektron bank sisteminin əsas elementi kimi çıxış edir. Dünya bank təcrübəsində plastik kartlardan istifadə mühüm gəlir mənbəyi sayılır. ABŞ –da bəzi qiymətləndirilmələrə əsasən kartlarla verilən kreditlər cəmi 6% təşkil edir. Bununla belə, kredit kartları üzrə əldə olunan gəlirlər bankların ümumi gəlirinin 10% -i həcmindədir.

Bank kartları əsasən 3 növdə olur: maqnit zolağı olan, mikroprosessor ilə kart (smart –kart), adi bank kartları.

Ümumilikdə deyilənlərlərdən əlavə qeyd etmək lazımdır ki, plastik kartlarla yanaşı bank məhsulu hesab edilən elektron çeklər, rəqəmli pullar və elektron pullardan da geniş istifadə olunur.

Elektron çeklər (kommersiya qiymətli kağızının növü) elə bir sənəddir ki, burada ödəyici öz bankına pulların köçürülməsi haqqında göstəriş verir. Elektron hesablaşma çeki adi hesablaşma çekinin xüsusiyyətlərinə malikdir. Elektron çek alıcı tərəfindən elektron poçtla pul ödənişinin alanı olan satıcıya ötürülür. Satıcı bank çeki təqdim edir və onunla pulunu alır. Bundan sonra çek alıcıya qaytarılır və ödəniş faktını sübut edən sənəd olur. Satıcı malı alıcının evinə çatdırır.

Rəqəmli pullar (digital cash) kağız nağd pulların analoqudur. Onlar pul işarələrinə malikdirlər. Rəqəmli pullar özlüyündə komplekt, yəni kuponların dəsti kimidir. Kuponlar –pulun müəyyən miqdarını əks etdirən rəqəmlər zəncirindən ibarətdir. Bunları emissiya edən bank hər bir kuponu rəqəmli imza ilə təsdiq edir. Rəqəmli imza –elektron məktubun göndəricisinin şəxsi açarı ilə şifrələnməsi ilə aparılan xüsusi imza deməkdir. Rəqəmli pullar bank tərəfindən təsdiq olunmuş kuponlar formasında olmaqla bank tərəfindən buraxılır.

Elektron pullar pul vəsaitlərinin hesabdan hesaba köçürülməsinin, əmanətlər üzrə faizlərin hesablanmasının və digərlərin kağız daşıyıcılarının iştirakı olmadan elektrik siqnallarının ötürülməsi yolu ilə həyata keçirilməsidir. Banklararası pul köçürmələri adi bank şəbəkələrindən istifadə olunmaqla baş verir.

Ənənəvi bank xidmətlərinin göstərilməsində bank istehsalı olan, bank məhsulu olan qiymətli kağızların da mühüm əhəmiyyəti vardır. Məlum olduğu kimi, kommersiya bankları pul bazarında xüsusi borc öhdəlikləri sataraq vəsaitlər cəlb edirlər. Bankların cəlb olunmuş vəsaitlərinin bir hissəsini təşkil edən bu borc öhdəlikləri qiymətli kağızlar şəklində emissiya edilir. Depozitlərdən fərqli olaraq bu vəsaitlər bazarda satış yolu ilə əldə olunur. Onların cəlb olunması təşəbbüsü banklara məxsusdur və adətən belə əməliyyatları iri banklar aparırlar. Kommersiya bankları öz passivlərini formalaşdırmaq üçün səhm, istiqraz, veksel, çek kimi qiymətli kağızların emissiyasından istifadə edir. Bu qiymətli kağızların hər bir növünü buraxmaqla kommersiya bankları əlavə kapital cəlb edir, sonrakı fəaliyyətini təmin etmək üçün mənbə yaradır .



Səhm səhmdar banklar tərəfindən buraxılan qiymətli kağızdır. Səhm emissiyası nəticəsində banklar ilkin olaraq öz səhmdar kapitalını formalaşdırır, sonra isə bu yolla onun həcmini artırır. Səhm onun sahibinin sahmdar kapitala öz payını verdiyini təsdiq edir və sahibinə aşağıdakı hüquqları verir:

  1. Mülkiyyət hüququ;

  2. Səhmdar bankın idarə edilməsində iştirak etmək;

  3. Mənfəətin bir hissəsini divident şəklində almaq;

  4. Bazarda qiymətli kağızları satmaq.

İstiqraz qiymətli kağızların geniş yayılmış formalarından biridir. O, emitent borc öhdəliyidir. İstiqraz səhmdən fərqli olaraq ödənilmə müddətinə malikdir. İstiqrazlar üzrə faizlər dividendlərin hesablanması və ödənilməsinə qədər verilir. Emitent iflasa uğradıqda onun əmlakı ilə növbədə emissiya olunmuş istiqrazlar üzrə borcların ödənilməsinə yönəldilir. İstiqrazların pul vəsaitlərinin cəlb edilməsi məqsədilə buraxılması emitentlərin istiqrazları alan müştərilər tərəfindən kreditləşdirilməsi imkanı yaradır.

Veksel müəyyən qaydada yazılı şəkildə tərtib olunan borc öhdəliyi formasıdır. Veksel, verildiyi şəxsə onun üzərində güstərilmiş vaxtda müəyyənləşmiş şərtlər daxilində borcları geri almaq hüququnu verir.

Vekselin bir çox formaları mövcuddur: adi veksel, köçürmə vekseli, saxta veksel, təyinatlı veksel, xəzinə vekseli, təqdimatlı veksel, müddətli veksel və s. Lakin ən əvvəl veksellər öz xarakterinə görə əmtəə və maliyyə veksellərinə ayrılırlar. Əmtəə vekseli əmtəələrin hərəkəti ilə, maliyyə vekseli isə pul vəsaitlərinin hərəkəti ilə bağlıdır. Banklar ancaq maliyyə vekselinin emissiyası ilə məşğul olurlar.



Çek müəyyən edilmiş formada istifadə edilən qiymətli kağızların geniş yayılmış formasıdır. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 1049 –cu maddəsində göstərilir ki, çek orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çekverənin banka verdiyi və heç nə ilə şərtləndirilməyən yazılı sərəncamından ibarətdir.

Hal –hazırda təcrübədə çeklərin iki formasından istifadə olunur: a) nağd pulların alınması üçün istifadə olunan pul çekləri, b) nağdsız hesablaşmaların aparılması üçün istifadə olunan hesablaşma çekləri.

Banklar tərəfindən buraxılan ən geniş yayılmış çek forması nağdsız hesablaşmalarda istifadə olunan yol çekləridir. Bütün dünyada nağd pul vəsaitlərinin analoqu kimi geniş istifadə olunan yol çeklərinin bir çox üstünlükləri vardır. Məhz hal –hazırda ən geniş yayılmış yol çeki forması “Amex”dir. Hazırda bütün dünya üzrə bu çeklər nağd pul vəsaitləri ilə bərabər səviyyədə yüz minlərlə restoran, mehmanxana, avtomobil kirayəsi, xidmət məntəqələri, həmçinin mağaza və supermarketlərdə ödəniş vasitələri kimi qəbul olunur. Bununla yanaşı, xüsusilə qərb ölkələri və Rusiyada ”Amex” çekləri insanların evində nağd pulların “yerini tədricən tutmaqdadır” və bu tendensiya getdikcə daha geniş miqyas alır.

Son zamanlar bankların həyata keçirdiyi xidmətlər sırasında qeyri -ənənəvi xidmətlərin də xüsusi çəkisi artmaqdadır. Bankların həyata keçirdiyi qeyri -ənənəvi bank xidmətlərinə yuxarıda qeyd etdiyimiz kimi lizinq, trast əməliyyatları, faktorinq, forfatinq aid edilir.



Lizinq haqqında birinci fəsildə müəyyən qədər məlumat verməyə çalışmışdıq. Lizinq xidməti öz iqtisadi mahiyyətinə görə aktiv xidmət növü sayılsa da, təşkilati formasına görə bankın vasitəçilik xidmətləri siyahısına aid edilə bilər. Lizinq lizinq verənin müəyyən əşyanı müqavilə ilə şərtləndirilmiş müddətə lizinq alanın istifadəsinə verməsidir. Lizinq alan müəyyənləşdirilmiş dövrilikdə muzd ödəməyə borcludur (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Maddə 747.1).

Lizinq həyata keçirilmə müddətinə görə digər icarə növlərindən fərqlənir:

- rentinq (qısamüddətli) –müddəti 1 gündən 1 ilə kimi;

- xayrinq (ortamüddətli) –müddəti 1 ildən 3 ilə kimi;

- lizinq (uzunmüddətli) –müddəti 3 ildən 20 ilə kimi.

Lizinqin icarəyə oxşarlığı olsa da, fərqli cəhətləri də mövcuddur. Lizinqin icarənin digər formalarından əsas fərqi istifadəyə icarədar tərəfindən istismar olunan avadanlıqların deyil, yeni maddi qiymətlilərin verilməsidir. Digər bir fərqli cəhət ondan ibarətdir ki, müvafiq münasibətlər çərçivəsində lizinq verən və lizinq götürənlə yanaşı, lizinq predmetini göndərən də iştirak edir. Lizinq əməliyyatı uzunmüddətli kreditləşmənin alternativi sayılır, uzunmüddətli kreditlərdən fərqli olaraq yalnız natura formasında olur.

Bankın həyata keçirdiyi qeyri -ənənəvi xidmətlərdən biri onun trast xidmətidir. Müasir şəraitdə inkişaf etmiş ölkələrdə əhalinin vəsaitlərinin cəlb edilməsində trast xidmətinin həyata keçirilməsi iqtisadiyyatın çiçəklənən seqmentinə çecvrilməkdədir.

Trast ingiliscə trust sözündən götürülmüşdür, mənası inam , etibar deməkdir. Trast xidməti dedikdə müştərinin tapşırığı ilə onun xeyrinə etibarlı şəxsin hüquqları əsasında əmlakının idarə olunması və digər xidmətlərin göstərilməsi sahəsində bankların və ya digər maliyyə təşkilatlarının xidmətləri başa düşülür. Yəni banklar müqavilə əsasında müştərilərin tapşırığı ilə onların vəsaitlərinin (əmlak, qiymətli kağızlar və s.) idarə edilməsini həyata keçirirlər. Bank bu əmlakı saxlamaq və vəsiyyətnamə əsasında idarə etməklə müştəri üçün trast xidmətini yerinə yetirir. Trast xidməti vasitəçilik xarakteri daşıyır.

Kommersiya banklarının müasir şəraitdə ən geniş yayılmış vasitəçilik xidmətlərindən biri faktorinqdir. Faktorinq (Factor sözü ingilis dilindən götürülüb, tərcüməsi agent, vasitəçi deməkdir) ticarət –komisyon xidmətinin növlərindən biri olmaqla müştərilərin dövriyyə kapitalının kreditləşdirilməsinə xidmət edir. Faktorinq xidməti zamanı bank malgöndərənin tələblərini təmin edərək ondan malalana qarşı yönəldilən ödəniş tələbnaməsi hüququnu əldə edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655 –ci maddəsinə uyğun olaraq faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirməkdir. Faktorinq müqaviləsinə görə, bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.



Forfatinq, faktorinqdə olduğu kimi, alacaq hüquqlarının üçüncü şəxsə dövr edilməsidir. Forfatinq metodu ilə ixracatın 80% vəya 90% -ə kimi hissəsi finansə edilir. Çünki forfatinq əməliyyatlarında mal dəyərinin 10% -i və ya 20% -ə qədər hissəsi nağd olaraq ödənilir.

Hazırda dünya miqyasında 300 -ə qədər bank müştəriləri üçün məhz forfatinq xidməti göstərirlər. Forfatinq əməliyyatlarında yer alan tərəflərə 1) ixracatçı şirkət (forfaitist), 2) idxalatçı firma, 3) Forfait, 4) Qarantlı bank aiddir.

Forfatinq əməliyyatlarının I mərhələsində ixracatçı ilə alıcı arasında satış sözləşməsi bağlanılır.

II mərhələdə, forfaiter ixracatçıdan dəyərləndirmə ala bilmək üçün bəzi məlumat və sənədlər istəyir: tələb edilən kreditin həcmi, müddəti, valyuta cinsi, idxalatçının adı, ünvanı, yerləşdiyi ölkə, təminatı verəcək olan bankın adı, sənədlərin məbləği, ixrac edilən malların miqdarı və lazım olan digər sənədlər.

Forfatinq əməliyyatında idxalatçının ödəmədə istifadə etdiyi bank istehsalı, məhsulu olan ticari sənədlər bono və poliçilərdir Bono və poliçilərə idxalatçının bankı tərəfindən aval verilir. İdxalatçının tanınmaması halında, forfaiter aval verilmiş bono və poliçilərə üstünlük verir. Forfatinq əməliyyatlarında ən çox istifadə edilən pullar ABŞ dolları, Avro və İsveçrə Frankıdır.

FƏSİL III. Kommersiya fəaliyyətinə bank nəzarətinin təşkili


    1. Müasir kredit sistemləri və onların tətbiqi prinsipləri

Bazar iqtisadiyyatı şəraitində kredit sistemini öyrənərkən nəzərə almaq lazımdır ki, bu sistem uzun tarixi inkişaf yolu keçmiş çox çətin iqtisadi münasibətlərin reallaşdığı baza əsasında formalaşmışdır.

Azərbaycanda kredit sisteminin formalaşması 1860 –cı ildə Çar Rusiyasında Dövlət Bankının təsis olunduğu dövrə təsadüf edir. Təhkimçilik hüququ və iltizam sisteminin ləğvindən sonra Rusiyanın bütün əyalətlərində olduğu kimi Azərbaycanda da əmtəə -pul münasibətləri sürətlə inkişaf etməyə başlamış və yenicə təşəkkül tapan sənayenin kreditə olan tələbatını ödəmək məqsədilə, kredit müəssisələri şəbəkəsinin yaradılması qarşıda duran vacib vəzifələrdən biri olmuşdur.

O
zamanlar Azərbaycanın kredit sistemi iki istiqamətdə inkişaf edirdi. Kredit şəbəkəsi səhmdar (kommersiya banklarının şöbələri, agentlikləri, qarşılıqlı kredit cəmiyyətləri, lombardlar) və dövlət (Dövlət Bankının şöbəsi, xəzinədarlıq, əmanət kassaları, kiçik kredit müəssisələri) kredit müəssisələrindən ibarət olmuşdur.

Ümumiyyətlə 1917 –ci ilin məlumatlarına görə, Azərbaycanın kredit sisteminə

28 kommersiya bankı, 7 ipoteka krediti bankı, 5 bankir kontoru, 13 xəzinədarlıq, 135 kiçik kredit müəssisəsi və s. daxil idi.

Bankir kontoru Xəzinədarlıq Kiçik kredit müəssisəsi

İpoteka krediti bankı Kommersiya bankı

Sxem 3.1. Azərbaycan kredit sisteminin quruluşu (1917 –ci il)

O zamanlar Azərbaycan kredit sistemi bütün Zaqafqaziyada ən geniş şəbəkəli kredit sistemi hesab olunurdu. Lakin buna baxmayaraq , kredit sistemində aparılan islahatlar davam etdirilirdi. Belə ki, Maliyyə Nazirliyinin kredit şöbəsi Dövlət Bankının nizamnaməsini hazırlayıb, baxılmaq üçün onu parlamentin müzakirəsinə təqdim etmişdi. Dövlət bankının nizamnaməsi 1919 –cu ilin sentyabrında parlament tərəfindən təsdiqlənir və bir neçə gündən sonra bankın açılışı olur.

Dövlət bankının yaradılması pul –kredit sisteminin tənzimlənməsində xüsusi rol oynamışdır. 1918 –ci ilin dekabr ayında bankın balansının ümumi dövriyyəsi 653 mln. manatı ötüb küçmişdir. 1920 –ci ilin vəziyətinə isə balansın valyutası (aktiv –passivlərin yekunu) artıq 1.354 mln. manata bərabər idi.

Lakin sonradan Azərbaycanın SSRİ –nin apardığı işğalçı siyasətin qurbanına çevrilməsi və 1991 –ci ilə qədər işğal altında qalması kredit sistemində də müəyyən durğunluğun olmasına gətirib çıxarmışdır. 1991 –ci ildə artıq müstəqillik qazanıldıqdan sonra isə 1992 –ci ilin avqust ayının 7 –də Azərbaycan Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqında” ilk milli qanunlar qəbul edilmişdir. Qanunlar qüvvəyə mindikdən sonra artıq Azərbaycanda kredit sistemi xeyli genişlənmişdir.



1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə