MÜNDƏRİcat giriş FƏSİl I bazar iqtisadiyyatı və kommersiya strukturu




Yüklə 352.01 Kb.
səhifə2/6
tarix23.02.2016
ölçüsü352.01 Kb.
1   2   3   4   5   6
Topdan ticarət. Xalq istehlakı mallarının topdan ticarəti mal tədavülü prosesinin tərkib hissəsini təşkil edir. O, istehsal ilə pərakəndə ticarət arasında aralıq halqa olub, ölkədə səmərəli mal yeridilişinin təmin edilməsinə xidmət edir. Topdan ticarət istehsal ilə istehlak arasında əlaqə yaradılması və möhkəmləndirilməsində mühüm rol oynayır.

Əmtəələrin topdan satışı pərakəndə satışdan fərqli olaraq əmtəələrin topdan alıcılara reallaşdırılmasını nəzərdə tutur ( müəssisələrə və ya fərdi şəxslərə sonradan yenə satmaq üçün ). Belə satışın nəticəsi topdan mal dövriyyəsinin müəyyən məbləğində öz əksini tapır. Topdan maldövriyyəsi isə topdan müəssisənin fəaliyyətinin əsas göstəricilərindən biridir.

Əmtəənin topdan satışı iki formada həyata keçirilə bilər: tranzit formada, bu zaman topdan müəssisə əmtəələri öz anbarına daxil etmədən onların satışını aparır və ya əmtəələrin satışını öz anbarlarından həyata keçirir.

Ümumi şəkildə əmtəələrin topdan satışı üzrə kommersiya fəaliyyətinin mahiyyəti aşağıdakı əsas əməliyyatların yerinə yetirilməsindən ibarətdir:

- əmtəələrin topdan alıcılarının tapılması (satış bazarının müəyyənləşdirilməsi );

- əmtəə alıcıları ilə təsərrüfat əlaqələrinin yaradılması;

- əmtəələrin topdan satış formalarının və metodlarının seçilməsi;

- topdan müəssisələr tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili;

- əmtəə alıcıları müqavilələrin yerinə yetirilməsi uçotunun təşkili;

- topdan müəssisələrin reklam - informasiya fəaliyyəti.

Bazar münasibətləri şəraitində topdan firmalar öz xüsusi mağazaları ( palatkaları ), anbarları vasitəsilə və ya avtomağazalardan istifadə etməklə əmtəələrin əhaliyə pərakəndə satışını da həyata keçirirlər. Bu hallarda topdan müəssisələr faktiki olaraq topdan – pərakəndə firmalara və ya ticarət evlərinə çevrilir.

Ümumiyyətlə kommersiya fəaliyyətinin inkişaf etdirilməsində topdan və pərakəndə ticarətin və onların tərkib elementlərinin nəzərdən keçirilməsi bazar iqtisadiyyatı dövründə mənfəətin artırılması və təkmilləşmək baxımdan məqsədəuyğundur.



Birja ticarəti: Birja- əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın və qiymətli kağızların alışında və satışında azad bazar münasibətləri formalaşdırılır.

“ Birja “ termini latın sözü olub ( bursa ) “ çanta “ mənasını daşıyır. XV əsrdə Niderlandın iri ticarət mərkəzi Brugge məhşur dəllal və pul dəyişən Van der Bursanın evinin qarşısındakı meydanda xarici veksellər əldə etmək və ticarət məlumatlarının mübadiləsi məqsədilə dünyanın müxtəlif ölkələrindən tacirlər yığılırdı. Beləliklə XV- XVI - əsrlərdə birjalar Hollandiya , İtaliya, İngiltərədə yaranmışdır.

Birjalar üçün standartlar üzrə ( müəyyən edilmiş sortlar ) və ya standart nümunələr üzrə ( taxıl, qənd, yun, pambıq, kauçuk, metallar) əmtəələrin alqı-satqısı xarakterikdir.

Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə birja ticarəti taxıl və digər kənd təsərrüfatı məhsulları, tikinti materialları, əlvan və qara metallar və digər əmtəə bazarlarının vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Birjaların müasir dövrdə satdığı əmtəələr və etdiyi sövdələşmələrdən asılı olaraq 3 növü mövcuddur :

- Faktorinq

- Əmtəə


- Fond birjaları

Hərraclarda , müsabiqələrdə ticarət. Torqlar hərrac, yaxud da müsabiqə yolu ilə keçirilir. Hərracda udanlar torqlar ən yüksək qiymət təklif edənlər kimi, müsabiqədə qalib gələnlər isə ən yaxşı şərtlər təklif edənlər kimi tanınır.

Hərraclar və müsabiqələr açıq və qapalı ( bağlı ) formalarda aparıla bilər. Açıq hərraclarda və ya müsabiqələrdə yalnız dəvət olunan adamlar iştrak edə bilər. Hərrac ( latın sözü olub mənası kütləvi ticarət formasıdır ) əvvəlcədən yeri və vaxtı müəyyən edilmiş xüsusi və kütləvi xassəyə malik olan malların satış üsuludur.

Hərrac ticarətin satışdan maksimum gəlir əldə etmək məqsədilə istifadə edilən pərakəndə satış ticarət növüdür. Bu zaman satıcı malın ilkin qiymətlərindən asılı olaraq sonralar həmin qiyməti yüksək həddə çatdırırlar.

Sifariş edilən malların göndərilməsi ( verilməsi ) və müəyyən podrat işlərin yerinə yetirilməsi üçün aparılan metodlardan ( üsullardan ) biri müsabiqələrin və ya tenderlərin ( beynəlxalq təşkilat ) keçirilməsidir.

Müsabiqə ( tender ) – malların göndərilməsi üçün sifarişlərin və ya podrat ( öhdəliyə götürülmüş ) işlərin yerinə yetirilməsi üçün qənaətli kommersiya əməliyyatları yerinə yetirmək məqsədilə təşkilatların həyata keçirdikləri formadır.

Müsabiqə yolu ilə satışı aşağıdakı formada xarakterizə etmək olar : alıcı ( sifarişçi ) satıcılar ( malgöndərənlər ) üçün müsabiqə elan edir. Bu zaman podratçılar və sifarişçilər üçün ən əlverişli şərait təklif edilir.



Lizinq: Lizinq termini ( ingilis dilindən tərcüməsi ( lease ) ) – icarəyə götürmək, icarə vermək deməkdir. XIX əsrin ikinci yarısından sonra, 1877 ci ildə “Bell” telefon kompaniyası öz telefon aparatlarını satmayaraq onları icarəyə vermək haqqında qərar qəbul etikdən sonra istifadəyə daxil olmuşdur.

Lizinq - əmlakın əldə edilməsi və onun lizing müqaviləsi əsasında müəyyən ödəniş əsasında, müəyyən müddətə və müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizinq alanın əmlakı olmaq hüququ əsasında fiziki və hüquqi şəxslərə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür.

Lizinqin əsas formaları daxili və beynəlxalq lizinqdir.

Daxili lizinq həyata keçirilərkən lizinqalan da lizinqverən də və satıcı da ( malgöndərən ) Azərbaycan Respublikasının rezidenti olur.

Beynəlxalq lizinq həyata keçirilərkən lizinqverən və ya lizinqalan qeyri-rezident olur.

Lizinqin aşağıdakı növləri mövcuddur :

- operativ

- maliyyə

- qaytarılan

Maliyyə lizinqi lizinqin elə bir növüdür ki, bu zaman lizinqverən müəyyən satıcıdan lizinqalanın qeyd etdiyi əmlakı öz mülkiyyətinə almağı və həmin əmlakı lizinq predmeti qismində müəyyən haqq ilə müəəyən müddətə və müəəyən şərtlərlə lizinqalanın müvəqqəti ixtiyarına və istifadəsinə verməyi öhdəsinə götürür.

Qaytarılan lizinq – maliyyə lizinqinin bir növüdür ki, bu zaman lizinq predmetinin satıcısı ( malgöndərən ) eyni zamanda lizinqalan qismindədə iştrak edir.

Operativ lizinq- lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq ilə, müəyyən müddət və müəyyən şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verilir.



Yarmarka ticarəti: əmtəələrin satışı-alışı topdan ticarətin ən köhnə formalarından biridir. Respublikamızda topdan tarmarkalar hələ inqilabdan əvvəlki dövrlərdə keçirilirdi.

Bazar iqtisadiyyatına keçidin ilk mərhələsində kommersiya məqsədlərinə daha çox ticarət-vasitəçi strukturlar- daim fəaliyyətdə olan əmtəə birjaları uyğun gəlirdi. Lakin sonralar yarmarkalar öz əvvəlki əhəmiyyətini bərpa etməyə və rolunu artırmağa müvəffəq oldular. Yarmarka ticarətinin əsas məqsədi- əmtəələrin topdan satışı və alışı, satıcılarla alıcılar arasında birbaşa müqavilələrin bağlanmasıdır.Yarmarkalar ticarət təşkilatlarının çeşid və keyfiyyətə görə əmtəə istehsalına təsirini gücləndirir, müqavilələrin bağlanması prosesini sürətləndirir, belə ki, malgöndərənlər və alıcılar birbaşa kontaktda olurlar.

Bazar iqtisadiyyatında beynəlxalq və ümumdövlət miqyaslı, həmçinin regional əhəmiyyətli topdan yarmarkalar geniş yayılmışdır.Ərazi əlaməti ilə yanaşı, yarmarkalar, həmçinin əmtəə və sahə əlamətlərinə görə də təsnifatlaşdırırlar. Bu əlamətə görə yarmarkalar ixtisaslaşdırılmış və universal ola bilər.

Sahə əlamətinə görə yarmarkalar sahələr və sahələrarası, müxtəlif istehsal sahələrinin ( maşınqayırma, yüngül, yeyinti və digər sahələrin ) məmulatlarını əhatə edən yarmarkalara bölünürlər.

Müasir dövrdə yarmarkaların keçirilməsi üçün xüsusi, daim fəaliyyət göstərən təşkilati strukturlar yaradılır, məsələn, Ticarət Palatası, Respublika Sərgi – satış Kompleksi və s.

Sərgilər, əsasən, üç kateqoriyadan birinə aid olur: onlar bir təşkilatın fərdi fəaliyyətinə həsr edilə, bir neçə təşkilatın və ya assosiasiyanın müştərək təqdimat mərasimi kimi keçirilə, yaxud da iştirakçıların öz məhsullarını nümayiş etdirmək üçün təşkil etdikləri kommersiya tədbiri rolunu oynaya bilərlər.

Yarmarka adlanan kommersiya sərgiləri çox vaxt korporativ qaydada keçirilir. Adi sərgilərdən fərqli olaraq, yarmarkalarda məhsulların satışı da təşkil olunur. Lakin adi satışdan fərqli olaraq, yarmarkalar adətən promouşn və digər marketinq tədbirləri ilə (kiçik hədiyyələrin, lotereyaların paylanması və s.) müşaiyət olunur.

Ümumi şəkildə isə sərgilərin keçirilməsində iki məqsəd güdülə bilər: əmtəələrin satışını təşkil etmək və ya onların nümayişini həyata keçirmək.



1.3 Kommersiya banklarının idarəetmə prinsipləri

Müasir dövrümüzdə banklar iqtisadiyyatımızın ayrılmaz hissəsini təşkil edirlər. Belə ki, 2 –ci sualda qeyd etdiyimiz kimi malların istər pərakəndə satışı zamanı, istər topdan ticarətdən satışı zamanı, lizinq əməliyyatlarının göstərilməsində və s. bu kimi ticarət proseslərində banklar xüsusi çəkiyə malik olmaqla, kommersiya müəssisələrinin maliyyələşdirilməsini, əhaliyə maliyyə xidmətlərinin göstərilməsini və ödəniş sistemlərinə çıxışı təmin etməkdə müstəsna əhəmiyyətə malikdirlər.

Banklar hüquqi və fiziki şəxslərdən depozitlər cəlb edir, bu vəsaitlər hesabına kreditlər verir, vasitəçilik funksiyalarını həyata keçirmək məqsədilə nağdsız ödənişlər aparır və qismən müştərilərin likvidliyinin təmin olunmasını həyata keçirirlər. Bu baxımdan banklarda idarəetmənin bazar iştirakçıları üçün nə dərəcədə vacib və şəffaf olması aydın görünür.

Ümumiyyətlə, kommersiya banklarının idarəçilik prinsipləri ilə digər müəssisələrin idarəçilik prinsipləri arasında oxşaqlıqlar var. Yəni bunların hər ikisində ümumi yığıncaq, idarə heyəti, nəzarət bölməsi və s. var. Lakin bununla bərabər bütün kommersiya banklarının idarəçilik prinsiplərinin spesifik xüsusiyyətləri var.

Azərbaycan Respublikasının kommersiya banklarının və ümumiyyətlə, bütün kredit təşkilatlarının idarəetmə prinsipləri Azərbaycan Respublikasının banklar və bank fəaliyyəti haqqında qanunu ilə müəyyən olunmuşdur.

Bankların ali idarəetmə orqanı payçıların ümumi yığıncağıdır. Bu orqan bankın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir, onun nizamnaməsini qəbul edir və dəyişdirir, müşahidə şurasının maliyyə təftiş komissiyasının və idarə heyətinin tərkibini müəyyən edir, illik hesabatları təsdiq edir, mənfəətin bölüşdürülməsi və zərərin ödənilməsi qaydalarını müəyyənləşdirir və digər vəzifələri yerinə yetirir. Payçıların yığıncağı səslərin 75% -dən çoxuna malik payçılar iştirak etdikdə səlahiyyətli sayılır. Ən mühüm məsələlər 75% səs çoxluğu, qalan məsələlər isə adi səs çoxluğu ilə qəbul olunur.

Bununla bərabər, hər bir bank onun siyasətinin hazırlanması və fəaliyyətinə nəzarət edilməsi üçün müşahidə şurası, maliyyə təftiş komissiyası və icra orqanı olan idarə heyətini formalaşdırır. Müşahidə şurası bankın fəaliyyəti üzərində ümumi nəzarəti həyata keçirən və icra səlahiyyətlərinə malik olmayan orqandır. Müşahidə şurasının tərkibi üç nəfərdən az olmamalıdır. Şura üzvləri ümumi yığıncaq tərəfindən 4 il müddətinə payçılar sırasından müəyyən olunur. Şuraya yığıncaqda seçilmiş sədr başçılıq edir. Müşahidə şurasının qərarları adi səs çoxluğu ilə qəbul olunur.

Müşahidə şurası faiz siyasətinin müəyyənləşdirilməsində, təminatsız kredit verilməsində, kredit təşkilatlarının digər hüquqi şəxslərin təşkilatında iştirakının təsdiq edilməsində və bir sıra digər məsələlərin həllində əhəmiyyəli rol oynayır.

Maliyyə təftiş komissiyası yığıncaq tərəfindən 4 il müddətinə seçilir, tərkibi 3 nəfərdən az olmamalıdır. Komissiyanın qərarları adi səs çoxluğu ilə qəbul olunur. Maliyyə təftiş komissiyası bank qanunvericiliyinin icrasına, eyni zamanda bankın maliyyə -mühasibat işinə nəzarət edir.

İdarə heyəti kredit təşkilatının icra orqanıdır, o, bankı idarə edir və onun fəaliyyəti üçün məsuliyyət daşıyır. İdarə heyəti də azı 3 nəfərdən ibarət olmalıdır. Üzvlər ümumi yığıncaq tərəfindən 4 il müddətinə seçilir. Sədri ümumi yığıncaq seçir.

Ümumilikdə kommersiya bankları tərəfindən idarəetmə prosesini yüksək səviyyədə həyata keçirmək və bankın uğurlu fəaliyyətini təmin etmək məqsədilə bir sıra prinsiplərə əməl olunması vacib şərtlərdən hesab olunur:

Kollegiallıq prinsipi – bankın müxtəlif səviyyəli rəhbərlərinin rəy və mülahizələri əsasında kollektiv qərar hazırlanmasını nəzərdə tutur. Belə qərarlar ümumi yığıncaqlarda səs çoxluğu ilə qəbul olunur. Bu halda rəhbərliyin vəzifəsi qərar layihələrinin hazırlanması və əsaslandırılmasından ibarət olur.

Kollegiallıq qəbul edilən qərarları daha obyektiv edir və onların müvəffəqiyyətlə həyata keçirilməsinə əsas yaradır. Kollegial qərar qəbul edilməsinin fərdi qərar qəbul edilməsinə nisbətən çatışmayan cəhəti ondan ibarətdir ki, belə qərarlar ləng qəbul edilir və bu da məsələnin bütövlükdə həllinin operativliyinə mənfi təsir gösatərir.



Məqsədli uyğunlaşma və cəmləşdirmə prinsipi – idarəetmənin bu prinsipinə əməl olunması bankın qarşısına qoyduğu ümumi məsələnin həllinə nail olması üçün məqsədəmüvafiq idarəetmə prinsipinin yaradılmasını nəzərdə tutur. İdarəetmə sisteminin həlqələri arasındakı elə qarşılıqlı əlaqə və əks əlaqə yaradılmalıdır ki, onlar vahid mexanizm şəklində fəaliyyət göstərsinlər. Belə ki, bankın şöbələri arasındakı iş elə təşkil olunmalıdır ki, nəzərdə tutulan zaman kəsiyində müştəri bank əməliyyatlarına kifayət qədər az vaxt sərf etsin və onu maksimum razı salmaq mümkün olsun.

İdarəetmənin səmərəliliyi prinsipi – məlumdur ki, eyni bir məqsədə nail olmaq üçün çoxlu sayda müxtəlif yollar mövcuddur. İdarəetmənin səmərəliliyi prinsipi nəzərdə tutur ki, kommersiya banklarında digər rəqib banklara nisbətən əhalidən əmanətləri yüksək faizlə qaytarılması şərti ilə qəbul etmək, verilən kreditlərdə isə rəqib banklara nisbətən mümkün qədər aşağı faiz tətbiq etməkdən ibarətdir. Bu proseslə bağlı qərar qəbul edilərkən eyni zamanda onun həyata keçirilməsinin iqtisadi, təşkilati, inzibati tədbirləri və bu tədbirlərin yerinə yetirilməsinə nəzarət mexanizmi hazırlanmalıdır. Əks təqdirdə qərarın nəzərdə tutulan vaxtda yerinə yetirilməsi ləngiyə bilər ki, bu da vaxt itkisinə və son nəticədə bankın gəlirliliyinin müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər.

Strateji planlaşdırma və dinamizm prinsipi – bu prinsip nəzərdə tutur ki, idarəetmə fəaliyyəti yalnız cari və operativ məsələlərin həllinə deyil, həm də bankın strateji inkişafının təmin olunmasına yönəlmiş olsun. Çünki bankın hazırki fəaliyyətini gələcək fəaliyyətlə yalnız planlaşdırmanın müxtəlif növləri vasitəsilə əlaqələndirmək mümkündür.

Maddi və mənəvi həvəsləndirmə prinsipi – idarəetmənin maddi və mənəvi həvəsləndirmə prinsipinin məqsədəmüvafiq şəkildə həyata keçirilməsi bank fəaliyyətində səmərəliliyin yüksəldilməsi üçün əlahiddə əhəmiyyətə malikdir.

Şəxsi maddi həvəsləndirmə müvəffəqiyyətlə işləməyin başlıca şərtlərindəndir. Heç bir vaxt şəxsi ruh yüksəkliyi ilə uzun müddətli inkişafa malik olmaq mümkün deyil. Yalnız şəxsi maraq, şəxsi həvəsləndirmə, təsərrüfat hesabı prinsiplərini geniş tətbiq etməklə bu ruh yüksəkliyinin köməkliyi ilə qarşıya qoyulan məqsədə nail olmaq mümkündür.



Mərkəzləşdirmə və qeyri –mərkəzləşdirmə arasında optimal münasibətin yaradılması prinsipi – idarəetmə fəaliyyətinin vacib prinsipləri idarəetmənin təşkilati formasının əsasını təşkil edən mərkəzləşdirmə və qeyri –mərkəzləşdirmə, onlar arasında optimal münasibətlərin yaradılmasıdır. Yəni idarəetmənin əsas prinsipi idarəetmədə mərkəzləşdirmə və qeyri –mərkəzləşdirmə arasında optimal əlaqənin təmin edilməsidir. Bu prinsip müxtəlif idarəetmə səviyyələrində müəyyən konkret idarəetmə qərarlarının qəbul edilməsində səlahiyyətlərin bölünməsi probleminin həllini nəzərdə tutur. Bu münasibətlərin həllində optimal variant ondan ibarətdir ki, bankın ümumi məqsəd və strategiyası bütövlükdə mərkəzləşdirilmiş qaydada, operativ idarəetmənin isə çox ciddi qaydaya salınması və əlaqələndirilməsi, onların tamamilə təsərrüfat müstəqilliyinə malik olması prinsipi ilə həyata keçirilsin.

Qeyri –mərkəzləşdirmə deyəndə, operativ təsərrüfat məsələlərinin həlli barədə qərar qəbul edilməsi səlahiyyətinin təsərrüfat müstəqilliyi hüququndan istifadə edən bankın filiallarına verilməsi nəzərdə tutulur. Bu prinsip idarəetmənin bütün səviyyələri arasındakı əlaqələrin yüksək dərəcədə koordinasiya olunmasına, idarəetmə strukturunun bütün filiallarının rəhbərlik etdikləri sahənin fəaliyyətinə daha dərindən məsuliyyət daşımasına və bununla da bankın vahid bir orqanizm kimi fəaliyyətinə hərtərəfli şərait yaradır.

Qeyd etmək yerinə düşərdi ki, son illərdə Respublikanın kommersiya banklarında korporativ idarəetmə prinsiplərinə xüsusilə diqqət yetirilməkdədir. Kommersiya bankları ictimai mövqeyinə görə daha geniş əhali kütləsinə xidmət göstərdiyindən və onların fəaliyyət növləri daha riskli olduğundan Beynəlxalq Hesablaşmalar Bankının Bank nəzarəti üzrə komitəsi ( Bazel Komitəsi ) beynəlxalq təcrübə standartı hesab olunan “Bank nəzarətinin əsas prinsipləri”ndən bir neçəsində banklarda korporativ idarəetmənin tətbiqini və bu sistemlərin fəaliyyətinə nəzarəti ön plana çəkmişdir.

Azərbaycanda korporativ idarəetmənin prinsiplərinin tətbiqi təşəbbüsləri bir neçə il bundan əvvəl başlanmışdır. Buna misal olaraq 2004 –cü ilin martında Mülki Məcəlləyə edilmiş əlavə və dəyişiklikləri, habelə Qiymətli Kağızlar bazarı iştirakçılarının fəaliyyətini tənzimləyən bir çox normativ sənədləri göstərmək olar. Bank sistemində korporativ idarəetmə prinsiplərinin tətbiqi hələ 2002 –ci ildə Milli Bank tərəfindən ən mühüm strateji hədəf elan edilmişdir. Əlahiddə qanunvericilik əsasında fəaliyyət göstərdiyindən və kompakt olduğundan bank sektorunda bu prinsiplərin tətbiqi bütövlükdə iqtisadiyyatla müqayisədə daha asan başa gələ bilər. Bunu əsas götürərək, korporativ idarəetmənin bank sektorunda tətbiqi üçün qanunvericilik bazası formalaşdırılmışdır. Bank sistemində korporativ idarəetmənin tətbiqinin əsasları 2004 –cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Bankı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunlarında səhmdarların hüquqlarının qorunması, maraqlı tərəflərin idarəetmə proseslərində iştirakı, şəffaflıq, daxili nəzarət sistemləri, auditlə bağlı tələblər və digər məsələlər məhz bu prinsiplərə əsasən müəyyən edilmişdir. Banklarda korporativ idarəetmənin tətbiqi Milli Bank tərəfindən prudensial tələb kimi müəyən edilmiş və bununla əlaqədar xüsusi metodoloji tövsiyyələr hazırlanmışdır.

Milli Bank banklarda korporativ idarəetməni –bankların strateji baxışı əsasında onların strateji vəzifələrinin müəyyən edilməsi, bütün idarəetmə səviyələrində dəqiq vəzifə bölgüsünün olması, bu vəzifələrin lazımınca icrası, idarəetmə orqanları üzvlərinin tutduğu vəzifələrinə uyğunluğu, risklərin səmərəli idarə edilməsi məqsədi ilə müfəssəl nəzarət sistemlərinin tətbiqi, habelə idarəetmənin şəffalığına nail olmaq üçün daxili və xarici auditdən istifadəni təmin edən prudensial idarəetmə üsulu kimi görür.

Qanunlardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Milli Bank 2004 –cü ilin sonunda “Banklarda korporativ idarəetmə standartlarının tətbiqi” qaydalarını, habelə banklarda tətbiq üçün tövsiyyə olunan “Strateji Planlaşdırma və Təşkilati Struktur”, “Maliyyə İdarəetməsi və Hesabatları”, “Risklərin İdarə Edilməsi”, “Daxili Audit”, “İnformasiya Texnologiyaları”, “İnsan Resursları və Riayət Olunma” standartlarını hazırlamış və banklara göndərmişdir.

“Banklarda korporativ idarəetmə standartlarının tətbiqi” qaydalarında bankda strateji planlaşdırma prosesinin təşkili, bankın idarə edilməsi, təşkilati strukturu və reqlamentinin tərtib olunması, Müşahidə Şurası, onun iclasları, inzibatçılarla münasibətlər, Audit və digər daxili komitələr, audit bölməsi, bankın icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri, maliyyə idarəedilməsi və hesabatlığı, maliyyə açıqlanması və şəffaflığı, inzibatçıların vəzifələrinin icrasına tələblər, əmək haqqı və mükafatlandırma sistemi, korporativ və etik dəyərlər, məsuliyyət kimi bölmələr daxil edilmişdir.

Strateji Planlaşdırma və Təşkilati Struktur” Standartının məqsədi mükəmməl prinsip və metodologiyaları əsas tutaraq hər bir banka aşağıdakılara nail olmaq üçün köməklik göstərməkdədir:

- Strateji baxışın müəyyən edilməsi və Missiya Hesabatının tərtib edilməsi;

- Bankın Strateji Baxışının həyata keçirilməsi üçün Strateji Planın hazırlanması;

- Strateji Planın tətbiqini dəstəkləyən təşkilati strukturun yaradılamsı və adekvat biznes fəaliyyətinin həyata keçirilməsi;

- Bankın fəaliyyət nəticələrinin Strateji Plana uyğun olub –olmamasına nəzarət edilməsi, bankın fəaliyyətinə və bazar şəraitinin inkişafına uyğun olaraq Strateji Planın yenidən qiymətləndirilməsi.

Maliyyə İdarəetməsi və Hesabatları” Standartının məqsədi banka maliyyə idarəetməsi və hesabatlar sahəsində prosedurların müəyyən edilməsində köməklik göstərməkdədir. Hər bir bank bu Standartı öz tələblərinə və vəziyyətinə uyğun olaraq tətbiq etməlidir.

Risklərin İdarə Edilməsi” Standartının məqsədi bankda risklərin idarə edilməsinin təşkilinə köməklik etmək və bu funksiya və prosedurları müəyyənləşdirməkdən ibarətdir. Hər bir bank bu Standartın müddəalarını fəaliyyəti nəticəsində üzləşdiyi risklərin növlərinə, xüsusiyyətlərinə və həcminə, həmçinin sağlam nəzarət mühitinə uyğun olaraq tətbiq etməlidir.

Daxili Audit” Standartının məqsədi hər bir banka qüvvədə olan qanun və normativ sənədlərə, həmçinin beynəlxalq praktikaya əsasən daxili auditin strukturunun yaradılmasına və prosedurların müəyyən edilməsinə köməklik göstərməkdir.

İnformasiya Texnologiyaları” Standartının məqsədi informasiya texnologiyalarının ( “İT” ) idarə edilməsi və nəzarəti , eləcə də İT ilə bağlı təhlükəsizlik sistemlərinin və prosedurların hazırlanmasında banka köməklik göstərməkdir. Bu Standart həmçinin banklara İT sistemlərinin texniki təsnifatı haqqında məlumat verir.

İnsan Resursları və Riayət Olunma” Standartının məqsədi Azərbaycan Respublikasının bütün bankları tərəfindən mövcud qanunlara və beynəlxalq təcrübəyə uyğun insan resurslarının idarə edilməsi prosedurlarını müəyyən etməkdə köməklik göstərməkdədir. Hər bir bank bu Standartı öz tələblərinə və vəziyyətinə uyğun olaraq tətbiq etməkdədir.

Qeyd etmək lazımdır ki, korporativ idarəetmə standartlarının tətbiqinə nəzarət hazırda daxili nəzarət çərçivəsində banklarda aparılan yoxlamaların tərkib hissəsinə çevrilmişdir. Milli Bank ölkənin bank sisteminin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə kommersiya banklarında korporativ idarəetmənin yaradılmasına xüsusi diqqət yetirilir və nəzarət prosedurları çərçivəsində bank səhmdarlarının və inzibatçılarının korporativ idarəetmə ilə bağlı qanunvericilikdə və Milli Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan müddəalara riayət edilməsini daim yoxlayır və qiymətləndirir. Milli Bank tərəfindən banklara verilən ümumi reytinq və xüsusən də “M” ( Menecment CAMEL ) kompanent reytinqi birbaşa banklarda korporativ idarəetmənin təşkilindən və keyfiyyətindən bilavasitə asılıdır.

FƏSİL II. Kommersiya fəaliyyətinin təşkilində bank strukturlarının

rolu və funksiyaları

2.1 Kommersiya sahəsində bankların rolu və vəzifələri

Banklar iqtisadiyyatın özünəməxsus subyektləri olmaq etibarilə mühüm vəzifələri yerinə yetirirlər. Onlar üzərinə düşən vəzifələri icra etməklə eyni zamanda iqtisadiyyatda , xüsusilə kommersiya fəaliyyəti sahəsində xüsusi əhəmiyyətə malik olan məsələlərin, problemlərin həllində vacib rol oynayırlar. Bir iqtisadi subyekt kimi bankların kommersiya fəaliyyətindəki rolu və onların yerinə yetirdiyi vəzifələr bankın mahiyyəti va funksiyaları ilə bilavasitə bağlıdır.

Qeyd etmək lazımdır ki, bankların yerinə yetirdiyi vəzifələrə dair müxtəlif fikirlərə görkəmli rus alimləri, iqtisad elmləri doktorları V. M. Usoskinin, V. İ. Kolesnikovun, İ. T. Balabanovun, E. F. Jukovun, Q. N. Beloqlazovanın, O. İ. Lavruşinin və başqalarının tədqiqatlarında rast gəlmək olar. 1Bu tədqiqatlar əsasən bankların kommersiya sahəsində yerinə yetirdiyi əsas vəzifələri nəzərdən keçirək. Fəaliyyət göstərdiyi ölkədən, ölkədə mövcud olan ictimai, siyasi, iqtisadi vəziyyətdən və bir çox digər amillərdən asılı olmayaraq bankların ümumi olan bir çox vəzifələri mövcuddur.

Bankların vəzifələri və əməliyyatları praktiki olaraq oxşardır, belə ki, vəzifə bir anlayış kimi bank fəaliyyətinin müəyyən növlərinin xarakteristikası kimi işlədilir, ifadə olunur. Bankların fəaliyyəti dedikdə, onlar tərəfindən yerinə yetirilən əməliyyatlar nəzərdə tutulur. Onda belə oxşarlığın səbəbi aydınlaşır. Bununla əlaqədar olaraq bankların kommersiya sahəsində yerinə yetirdiyi vəzifələri siyahısında aşağıdakılara rast gəlmək olar.

- müvəqqəti sərbəst pul vəsaitlərinin səfərbər edilməsi və onların kapitala çevrilməsi;

- dövlətin, müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların, hüquqi şəxslərin -

( firmalar, konsernlər, səhmdar cəmiyyətlər, kiçik müəssisələr, fermer təsərrüfatları və s. ) əhalinin – fiziki şəxslərin kreditləşdirilməsi;

- bilavasitə kommersiya əməliyyatları ilə bağlı məsləhətlər, iqtisadi və maliyyə məlumatlarının verilməsi;

- təsərrüfatda hesablaşmaların və ödəmələrin həyata keçirilməsi;

- müştərilərlə kassa –hesablaşma xidməti;

- emissiya təsisçilik və broker vəzifəsinin icrası;

- anderayter vəzifəsinin icrası.



1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə