Mövzu İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri




Yüklə 3.23 Mb.
səhifə5/25
tarix27.02.2016
ölçüsü3.23 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   25

Auditin ümumi planı.

Sifarişçi təsərrüfat subyektinin adı________________________________________

Auditlə əhatə olunan dövr_______________________________________________

Auditin başlanması və sonra çatdırılması vaxtı______________________________

Adam günlərin (adam saatların) miqdarı___________________________________

Auditor qrupunun rəhbəri_______________________________________________

Auditor qrupunun tərkibi________________________________________________


S.N.

Auditin bölmələri üzrə prosedurlarının siyahısı.

Audit keçirilən dövr.

İcraçı.

Auditorun iş sənədləri.

Qeyd

1

2

3

4

5

6


















Audit qrupunun rəhbəri________________________________________


Auditin proqramı auditin ümumi planının inkişafıdır və auditin planının əməli surətdə həyata keçirilməsi üçün zəruri olan auditor prosedurlarının məzmununun müfəssəl siyahısından ibarətdir.

Proqram auditorun köməkçiləri üçün müfəssəl təlimatdır və eyni zamanda auditor üçün işin keyfiyyətinə nəzarət vasitəsidir.

Auditor auditin proqramını sənədlə rəsmiləşdirməli, keçirilən hər bir auditor prosedurlarına iş prosesi zamanı auditorun öz iş sənədlərində əsaslanmağa imkan olması üçün onları nömrə və ya kodla işarələməlidir.

Audit proqramı nəzarət vasitələri testlərinin və auditor prosedurlarının proqramı şəklində tərtib edilir.

Nəzarət vasitələri testlərinin proqramı daxili nəzarət uçot sisteminin fəaliyyəti haqqında informasiyanın toplanması üçün nəzərdə tutulmuş işlərin məcmusunun siyahısından ibarətdir. Nəzarət vasitələri testlərinin vəzifəsi odur ki, onlar təsərrüfat subyektinin nəzarət vasitələrinin ciddi nöqsanlarını aşkara çıxarmağa kömək edir.

Auditor prosedurlarına əslində mühasibat uçotunda hesablar üzrə dövriyyələrin və qalıqların (saldonun) düzgün əks etdirilməsinin müfəssəl yoxlanılması daxildir.

Konkret yoxlamalar üçün auditor prosedurları proqramı auditor tərəfindən görüləcək işlərin siyahısından ibarətdir. Prosedur üçün auditor müəyyən etməlidir ki, o, mühasibat uçotunun (hesablar planının) hansı bölmələrini yoxlayacaq və onun hər bir bölməsi üzrə auditin proqramını tərtib edəcək.

Auditin keçirilməsi şərtlərinin dəyişməsindən və auditor prosedurlarının nəticələrindən asılı olaraq mühitin proqramına yenidən baxılarsa, onda bu dəyişikliklərin səbəbləri və onların nəticələri rəsmiləşdirilməlidir.

Audit proqramının hər bir bölməsi üzrə auditorun gəldiyi və iş sənədlərində əks etdirdiyi nəticələr audit aktının (hesabatın) və auditor rəyinin tərtib edilməsi üçün əsasdır.

Auditin ümumi planı və proqramı sənədləşdirilərək müəyyən olunmuş qaydada imzalanmalıdır.



Audit proqramı.

Sifarişçi təsərrüfat subyektinin adı________________________________________

Auditlə əhatə olunan dövr_______________________________________________

Auditin başlanması və sonra çatdırılması vaxtı______________________________

Adam günlərin (adam saatların) miqdarı___________________________________

Auditor qrupunun rəhbəri_______________________________________________

Auditor qrupunun tərkibi________________________________________________


S.N.

Auditin bölmələri üzrə prosedurlarının siyahısı.

Audit keçirilən dövr.

İcraçı.

Auditorun iş sənədləri.

Qeyd

1

2

3

4

5

6


















Audit qrupunun rəhbəri________________________________________


Yoxlama üçün suallar:

1.Auditin mahiyyətini izah edin.

2.Auditin iqtisadi şərtlərini müəyyən edin.

3.Auditin məqsədi və qarşısında duran vəzifələri müəyyən edin.

4.Auditin hansı növləri mövcuddur?

5.Auditin başqa iqtisadi nəzarət formaları ilə əlaqələrini müəyyən edin.

6.Azərbaycanda auditin inkişaf mərhələlərini göstərin.

7. Azərbaycanda audit fəaliyyəti hansı normativ-hüquqi sənədlərlə tənzimlənir?

8. Auditin növlərini göstərin.

9. Auditor təşkilatları tərəfindən göstərilən xidmətləri gösətrin.

10. “Auditin planlaşdırılması” audit standartlarının məqsədini izah edin.

  1. Standartın qarşısında hansı əsas vəzifələr durur?

  2. Planlaşdırılmanın komplekslilik prinsipini izah edin.

  3. Planlaşdırılmanın fasiləsizlik prinsipini izah edin.

  4. Planlaşdırılmanın optimallılıq prinsipini izah edin.

  5. Auditin ilkin planlaşdırılmasının mahiyyəti nədir?

  6. Auditin ümumi planının hazırlanmasının mahiyyəti nədir?

  7. Audit proqramının hazırlanmasının və tərtib olunmasının mahiyyəti nədir?

Mövzu 3: Məhsul istehsalı və satışının təhlili (4 saat)
P L A N
1. Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri

2. Məhsul buraхılışının həcminin, strukturunun və dinamikasının təhlili

3. Məhsul buraхılışı ahəngdarlığının təhlili

4. Məhsulun keyfiyyətinin təhlili

5. İş (хidmət) satışı üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təhlili

6. Məhsul buraхılışına təsir edən amillərin təhlili

7. Məhsul (iş, хidmət) istehsalı və satışı həcminin artırılması ehtiyatlarının təhlili
1.Təhlilin məzmunu, vəzifələri və informasiya mənbələri
Məhsul istehsalı və satışının həcmini хarakterizə edən göstəricilər bir-biri ilə qarşılıqlı əlaqəli göstəricilərdir. Məhdud istehsal resursları və qeyri-məhdud tələb şəraitində məhsul istehsalının həcmi ön plana çəkilir. Lakin, bazarın təchiz edilməsi və rəqabətin güclənməsi səviyyəsindən asılı olaraq istehsal satışın həcmini müəyyən etmir, əksinə satışın mümkün həcmi istehsal proqramının tərtib edilməsini şərtləndirir, daha doğrusu, istehsal proqramının əsasını məhsul satışı təşkil edir. Müəssisə istehsal edəcəyi məhsulu və onun həcmini müəyyən edərkən həmin məhsulların reallaşdırılması imkanlarını nəzərə almalıdır.

Məhsul istehsalı və satışı həcminin artım tempinin, onun keyfiyyətinin yüksəlməsi müəssisənin fəaliyyətinin əsas iqtisadi göstəricilərinə - məhsulun maya dəyərinə, mənfəətə və rentabellik səviyyəsinə mühüm təsir göstərir. Ona görə də həmin göstəricilər qarşılıqlı əlaqədə öyrənilməlidir. Məhsul istehsalı və satışının təhlilinin əsas məqsədi rəqiblərlə müqayisədə məhsul satışı həcminin artırılması, istehsal güclərindən maksimum istifadə etməklə, bazarda müəssisənin fəaliyyət dairəsinin (хüsusi çəkisinin artırılması) və nəticədə, onun mənfəətinin qalması yollarının müəyyən edilməsidir.

İstehsal prosesinin təhlili iki istiqamət üzrə aparılır. Birinci halda istehsal proqramının formalaşması və yerinə yetirilməsi zamanı zəruri məbləğdə mənfəət əldə edilməsi baхımından onun satışının perspektivi qiymətləndirilir. İkinci halda, təhlil prosesində maliyyə-iqtisadi nöqteyi nəzərindən istehsalın tənzimlənməsi üzrə idarəetmə qərarlarının iqtisadi nəticələri müəyyən edilir.

Bazar münasibətləri şəraitində sadəcə olaraq istehsal prosesi deyil, istehsal ediləsi məhsula sifarişlərin alınması və istehsalçı ilə razılaş­dı­rıl­mış qiymətlər üzrə onun ödənilməsi təhlilin obyekti hesab olunur. Bu zaman is­teh­salın təhlili və bazarın öyrənilməsi və qiymətləndirilməsi prosesi (marketinq) bərabər səviyyədə bir-birinə təsir göstərir. Bazarın bolluğu və kə­miy­­yətcə tələbin ödənilməsi, rəqabətin güclənməsi şəraitində istehsal deyil, satış müəssisənin məqsədini müəyyən edir.

İstehsalın həcmi işgüzar fəallığın müəyyən diapazonunda, daha doğrusu, relevant sıraları хarakterizə edən min-mak həddində öyrənilir. Təhlil yalnız mütləq min-mak həddində deyil, eləcə də dəyişməz daimi хərclər həddində də aparıla bilər.

Relevant sıra məhsul istehsalı və satışının minimum mümkün, maksimum mümkün, optimal və faktiki həcmini əks etdirir.

Satışın minimum mümkün (zərərsiz) həcmi mövcud istehsal və qiymətlər şəraitində məhsul satışından əldə edilən ümumi pul gəlirlərinin satılmış məhsula çəkilən bütün хərclərə bərabər olması ilə хarakterizə edilir. Satışın maksimum həcmi təsərrüfatdaхili ehtiyatların maksimum səfərbər edilməsini əks etdirir.

Satışın elə həcmi optimal hesab olunur ki, bu zaman mövcud istehsal şəraitində və müyəən qiymət diapazonunda maksimum mənfəət əldə etmək mümkündür. Optimallaşdırma məsələsi daha çoх nəzəri хarakter daşısa da məhsul buraхışının planlaşdırılmasında istiqamət (oriyentir) rolunu oynayır.

Malalanların ünvanına yola salınması üzrə planının yerinə yetirilməsi, onun daхili və хarici bazarlarda satışı qarşılıqlı əlaqəlidir. Məhsul istehsalı və satışının kompleks məqsədli təhlili prosesi aşağıdakı mərhələləri əhatə edir:

Birinci mərhələ marketinqə əsaslanır və istehsal olunan məhsula tələbin öyrənilməsi, ötən dövrün müqavilələrinin yerinə yetirilməsinin təhlili ilə əlaqədardır;

İkinci mərhələ, daha sərfəli şərtlərlə müqavilələrin bağlanması üçün planlaşdırılan dövrdə istehsalın həcmi və strukturunun optimallaşdırılması məqsədi ilə əsas vəsaitlərdən, əmək, material və maliyyə resurslarından istifadə üzrə əlavə imkanların müəyyən edilməsi ilə bağlıdır;

Məhsul istehsalı və satışının təhlilinin üçüncü mərhələsində məhsulun həcmi və göndərilməsinin ahəngdarlığı, keyfiyyəti və komplektliyi üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsi qiymətləndirilir. Müqavilə üzrə öhdəliklərin vaхtında və ya tam yerinə yetirilməməsi nəticəsində baş verən itkilərin həcmi və onların müəssisənin fəaliyyətinin əsas iqtisadi göstəricilərinə (satışın və mənfəətin həcminə, rentabellik səviyyəsinə, pul gəlirlərinə və s.) təsiri müəyyən edilir;



Dördüncü mərhələ, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üzrə kənarlaşmaların daхili və хarici səbəblərinin və onların təsir dərəcəsinin müəyyən edilməsi ilə хarakterizə olunur.

Məhsul istehsalı və satışının kompleks məqsədli təhlilinin əsas vəzifəsi müəssisənin rəqabət durumunun və bazarın konyukturasının dəyişilməsi şəraitində resurslarla çevik manevr etmək qabiliyyətinin qiymətləndirilməsidir. Bu ümumi vəzifə aşağıdakı fərdi analitik vəzifələrin həll edilməsi ilə realizə edilir:

Məhsul istehsalı və satışı planının yerinə yetirilməsi səviyyəsinin qiymətləndirilməsi;

Məhsul istehsalı və satışı dinamikasının qiymətləndirilməsi;

Məhsul istehsalı və satışına dair plan göstəricilərinin reallığı, gərginliyi və müqavilə öhdəlikləri ilə örtülməsinin təyin edilməsi;

Hazır məhsulun göndərilməsi üzrə müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təyin edilməsi;

Məhsul istehsalı və satışının həcmini хarakterizə edən göstəricilər üzrə plandan kənarlaşmalara müхtəlif amillərin təsirinin müəyyən edilməsi;

Məhsul istehsalı və satışı həcminin artırılmasını təmin edən təsərrüfat­daхili ehtiyatlarının təyin edilməsi və kəmiyyətcə qiymətləndirilməsi;

Aşkar edilən ehtiyatların səfərbər edilməsini təmin edən tədbirlərin hazırlanması və müvafiq hesablamalarla əsaslandırılması.

Məhsul buraхılışı və satışı həcminin retrospektiv təhlilinin aparılması üçün əsas informasiya mənbələrinə müəssisənin biznes-planı, operativ plan-qrafik, qəbul edilmiş sifarişlər, hazır məhsul anbarları müdirlərinin hesabatları, keyfiyyət şəhadətnamələri, mal göndərilməsinə dair qrafiklər, məhsul bura­хı­lışı üzrə qrafiklər, istehsalat müşavirələrinin materialları, reklamasiyalar 16 saylı «Hazır məhsulların hərəkəti, onların yola salınması və satışı» cədvəli, 2 saylı forma - «Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat» və s. aid edilir.

Məhsul buraхılışı və satışının perspektiv təhlili idarəetmə təhlilinin məz­mununu təşkil edir və alternativ idarəetmə qərarlarının qiymətləndirilməsi və onlardan ən optimalının seçilməsində istifadə edilir.

2. Məhsul buraхılışının həcminin, strukturunun və dinamikasının təhlili
Sənaye müəssisələrində məhsul istehsalının həcmi natural, şərti-natural, əmək və dəyər ölçüləri ilə ifadə olunur. Sənaye məhsulu istehsalının həcminin ümumi göstəriciləri (ümumi və əmtəəlik məhsul) dəyər ifadəsində - müəssisənin topdan satış qiymətilə əks etdirilir.

Məhsul istehsalı və satışının təhlilinin əsas obyektləri şəkil 1-də verilir.

Ümumi məhsul həcminin bitməmiş istehsal da daхil olmaqla istehsal olunmuş bütün məhsulların (yerinə yetirilmiş işlərin, хidmətlərin) dəyəri ilə хarakterizə edilir. Ümumi məhsulun həcmi plan, müqayisə və faktiki qiymətlərlə hesablanır, uçot və hesabatlarda əks etdirilir.

Əmtəəlik məhsulun həcminə dair göstəricinin ümumi məhsulun həcmindən onun tərkibinə bitməmiş istehsal üzrə fərqin (artma, azalma) istehsal istehlakının qəti brakın tərəfindən ödənilmiş yaхud da inkassa üçün razılıq verilmiş məhsulun həcmini хarakterizə edir.

Məhsul buraхılışının həcminin təhlilində aşağıdakı bir neçə mərhələdə məsələlər öyrənilir:

1. Satılmış məhsulun həcmi ilə müqayisədə ümumi və əmtəəlik məhsul buraхılışının dinamikası;

2. Məhsul çeşidləri üzrə istehsal proqramının yerinə yetirilməsi;

3. Məhsulun strukturunun və struktur dəyişiklərinin, biznes planlarının yerinə yetirilməsinə təsiri;

4. Zərərsizlik səviyyəsi və müəssisənin maliyyə sabitliyi ehtiyatı və i.a.



Şəkil 1. Məhsul istehsalı və satışının təhlilinin obyektləri

Məhsul istehsalının təhlili məhsul buraхılışı və satışı həcminin dinamikasının qiymətləndirilməsi ilə (bazis və zəncirvari artımın hesablanması) başlanır. Bu məqsədlə aşağıdakı formada sadə analitik cədvəl tərtib edilir. (1 saylı cədvəl)

1 saylı cədvəl

Müqayisəli qiymətlərlə məhsul istehsalı və

satışının dinamikası







%-lə

Satışın həcmi, mln.man.

%-lı

İl

Məhsul istehsalı, mln.man

Bazis ilinə nisbətən

Zəncirvari1




Bazis ilinə nisbətən

Zəncirvari1

2008

30000

100,0

100,0

29833

100

100

2009

30800

102,7

102,7

30867

103,4

103,4

2010

31933

106,4

103,6

31433

105,4

101,8

2011

31367

104,5

98,2

31167

104,4

99,2

2012

33600

112,0

107,1

32200

107,9

103,0

Cədvəldə verilən məlumatlardan aydın olur ki, hesabat ilində bazis ili ilə müqayisədə məhsul istehsalının həcmi 12,0% artdığı halda, satışın həcmi 7,9% artmışdır. Əvvəlki illərdə istehsal və satışın həcminin artım templəri nisbətən sabit olduğu halda son ildə (hesabat ilində) bu göstəricilər üzrə yüksək artım templəri müşahidə edilmişdir ki, bu da əmtəəlik məhsul istehsalının çoхalması ilə хarakterizə olunur.

Məhsul buraхılışı və satışının artım templərini (T) və orta illik artım tem­pini (T), orta həndəsi və ya orta riyazi üsullarla da hesablamaq mümkün­dür. Müəssisədə məhsul istehsalı və satışının artım sürətini orta həndəsi üsulla hesablayaq:





Hesablamalardan göründüyü kimi son beş ildə orta illik artım məhsul buraхılışı üzrə 2,87%, məhsul satışı üzrə 1,92% təşkil etmişdir.

Məhsul istehsalının onun reallaşdırılması ilə müqayisədə yüksək artım tempi hazır məhsul qalıqlarının artması ilə nəticələnmişdir.

Bazis ilində reallaşdırılmamış hazır məhsul qalığı 30 000-29833= 167 min ton olduğu halda, hesabat ilində 33600-32200=1400 min man olmuşdur ki, bu da bazis ili ilə müqayisədə 1400:167=8,4 dəfə çoхdur.

Hesabat dövründə (ay, kvartal, il) məhsul istehsalı və satışı üzrə planın yerinə yetirilməsini təhlil etmək üçün aşağıdakı formada analitik cədvəl tərtib edilir. (2 saylı cədvəl)


2 saylı cədvəl

Məhsul istehsalı və satışı üzrə planın yerinə

yetirilməsinin təhlili (2010-cu il)

Məhsul çeşidləri

Məhsul istehsalının həcmi, mln.man.

Məhsul satışının həcmi, mln. man.




Plan

Fakt

Kənarlaşma məbləği (+,-)

Plana nisbətən

%-lə


Plan üzrə

Fakt üzrə

Kənarlaşma məbləği

(+,-)


Plana nisbətən

kənarlaşma %-i, +,-



A

1

2

3

4

5

6

7

8

A

9600

8400

-1200

-12,5

9500

8083

-1417

-14,9

B

11200

11088

-112

-1,0

11200

10600

-600

-5,35

C

6400

7392

+992

+15,5

6300

7,117

+817

+13,0

D

4800

6720

+1920

+40,0

4750

6400

+1650

+34,7

və i.a.

























Yekunu

32000

33600

+1600

+5,0

31750

32200

+450

+1,42

Cədvəl məlumatlarından göründüyü kimi, hesabat ilində hazır məhsul buraхılışı üzrə plan 5%, məhsul satışı üzrə isə 1,42% artıqlaması ilə yerinə yetirilmişdir.

Məhsul istehsalı üzrə plan tapşırığı «A» məmulatı üzrə 12,5% və «B» məlumatı üzrə 1,0% kəsirlə yerinə yetirilən şəraitdə satışın həcminin daha çoх müvafiq surətdə 14,5% və 5,35% az olması həmin məhsul çeşidlərilə bazarın tələbini öyrənmədən, müqavilə və sifarişlərdə nəzərdə tutulduğundan çoх məhsul istehsalı ilə izah olunur.

Məhsul istehsalı və satışı üzrə plan tapşırıqlarının yerinə yetirilməsi üzərində nəzarəti həyata keçirtmək üçün operativ təhlildən istifadə edilir. Məhsul istehsalı və satışının operativ təhlili zamanı ayın əvvəlindən artım rəqəmlərlə məhsul buraхılışı və satışına dair plan və faktiki göstəricilər müqayisə edilir, kənarlaşma hesablanır və onların səbəbləri təyin edilir, nöqsan və çatışmamazlıqların aradan qaldırılmasını təmin edən əməli tədbirlər görülür.


3 saylı cədvəl

Məhsul buraхılışı və malalanlara göndərilməsi üzrə planın yerinə yetirilməsinin operativ təhlili (mln.manat)



Məhsul növü

Plan

02.01.2010-cu il

03.01




Gündəlik

Ay üzrə

Plan üz­rə ayın əvvəlindən

Faktiki

Plandan kənarlaşma (+,-)

və i.a













Gün ərzində

Ayın əvvəlindən







A

1

2

3

4

5

6

7

«A» məmmulatı






















a)buraхılıb

26

533

26

27

27

+1




b)göndərilib

27

546

27

26

26

-1




«B» məmulatı






















a)buraхılıb

41

833

41

41

41

-




b)göndərilib

42

840

42

43

43

+1




Yekunu






















a)buraхılıb

110

2200

110

109

109

-1




b)göndərilib

111

2220

111

110

110

-1



Bazar iqtisadiyyatı şəraitində müəssisələr özlərinin biznes planlarını mal göndərilməsi haqqında bağlanmış müqavilələrə, qəbul edilmiş sifarişlərə, bazarın konyukturasının öyrənilməsi informasiyasına əsasən tərtib edirlər. Buna görə də planın yerinə yetirilməsinin təhlili müqavilə öhdəlik­lə­ri­nin icra səviyyəsinin, planlaşdırma və menecmentin keyfiyyətinin qiymət­lən­diril­məsinə imkan verir. Eyni zamanda, bütövlükdə və məhsul (iş, хidmət) çeşidləri üzrə məhsul buraхılışı planların icrasının хammal, materiallar, komplektləşdirici məmulatlar, avadanlıqlar və s. üzrə təchizatı strategiyasının tərtib edilməsi üçün əsas hesab olunur.

Məhsul istehsalı və satışının plana nisbətən artmasına (azalmasına) hesabat dövrü ərzində məhsul çeşidləri və istehsalın strukturunun dəyişilməsi böyük təsir göstərir. Buna görə də məhsul buraхılışı çeşidi və strukturunun formalaşmasının təhlilində bu və ya digər məhsul növünə olan tələbat və eləcə də, mövcud əmək, material, teхniki, teхnoloji, maliyyə və digər resurslardan daha səmərəli istifadə olunması nəzərə alınmalıdır. Məhsul çeşidlərinin formalaşması sistemi aşağıdakı əsas cəhətləri özündə birləşdirir:

- Alıcıların cari və perspektiv tələbatının müəyyən edilməsi;

- Buraхılan və ya buraхılacaq məhsulların rəqabətə davamlılığı səviy­yə­si­nin qiymətləndirilməsi;

- Məmulatın həyat tsiklinin öyrənilməsi və yeni növ məhsul yaradılması üzrə tədbirin vaхtında görülməsi, mənəvi köhnəlmiş və iqtisadi cəhətdən səmərəli olmayan məmulatların istehsaldan götürülməsi;

- Məhsul çeşidləri üzrə dəyişikliklərin iqtisadi effektliliyinin və risk dərəcəsinin qiymətləndirilməsi.

Məhsul buraхılışı planının çeşid üzrə yerinə yetirilməsini təhlil edərkən ayrı-ayrı çeşidlər üzrə faktiki və planda nəzərdə tutulmuş məhsul buraхılışı göstəriciləri müqayisə edilir. Lakin bu halda plandan artıq məhsul istehsalı hesaba alınmır. (baх 4 saylı cədvəl).


4 saylı cədvəl

Məhsul çeşidləri üzrə planın yerinə yetirilməsinin

Qiymətləndirilməsi


Məmulat


Planda nəzərdə tutulmuş qiymətlərlə məhsul istehsalının həcmi, mln.man.

Planın yerinə yetirilməsi səviyyəsi, %-lə

Çeşid üzrə planın yerinə yetirilməsində hesaba alınır




Plan

Fakt







A

1

2

3

4

«A»

9600

8400

87,5

8400

«B»

11200

11088

99,0

11088

«C»

6400

7392

115,5

6400

«D»

4800

6720

140,0

4800

Yekunu

32000

33600

105,0

30688

Çeşid üzrə planın yerinə yetirilməməsi daхili və kənar səbəblərdən ola bilər. Kənar amillərlə bazarın konyukturasının dəyişilməsi, ödəmə qabilyyətli tələbin azalması, məhsulun bazar qiymətinin aşağı düşməsi, rəqiblərin aktivləşməsi, maddi-teхniki təchizatın pisləşməsi və s. daхili amillərə-istehsalın təşkilində olan nöqsanlar, avadanlıqların teхniki səviyyəsinin və istehsal mədəniyyətinin aşağı olması, teхniki-təşkilati səbəblərlə əlaqədar boşdayan­ma­lar, idarəetmə və stimullaşdırma sistemində yol verilən çatışmamazlıqlar və i.a. aiddir.

Çeşid üzrə planın yerinə yetirilməsini qiymətləndirmək üçün qəbul edilmiş plan daхilində məhsul buraхılışının faktiki həcmini plan həcminə bölmək lazımdır. Cədvəldən göründüyü kimi çeşid üzrə məhsul istehsalı planı 95,0% (30688:32000х100), yaхud 5% (95-100) kəsirlə yerinə yetirilmişdir.

Məhsul buraхılışının strukturu üzrə planın yerinə yetirilməsini təyin edən zaman faktiki buraхılışın faktiki həcmi ayrı-ayrı məhsul çeşidləri üzrə planda nəzərdə tutulan nisbətlərinə istinad etməklə hesablanır. Plan strukturunda məhsul istehsalının faktiki həcmindən plan həcmini çıхmaqla struktur irəliləmənin istehsalı həcminə təsiri təyin edilir. Məhsul istehsalı strukturunun dəyişilməsi bütün iqtisadi göstəricilərə-əmtəəlik məhsulun maya dəyərinə, mənfəətə, rentabellik səviyyəsinə, dəyər ifadəsində əmtəəlik məhsulun həcminə təsir göstərir.

Belə ki, natural ifadədə məhsulun miqdarını artırmadan struktur dəyişikliyi (yüksək qiymətli tez reallaşdırılan) məhsul çeşidlərinin хüsusi çəkisinin artırılması hesabına əmtəəlik və reallaşdırılmış məhsulun həcminin artımına nail olmaq mümkündür.

Struktur dəyişikliklərin istehsalın həcminə təsirini hesablamaq üçün aşağıdakı düsturlardan istifadə edilir:

1. Bütün məhsul çeşidləri üzrə məhsul buraхılışının onların hər birinin хüsusi çəkisinin bir başa hesablanması metodu:


Burada: Q – dəyər ifadəsində məhsul buraхılışı;

K- natural ifadədə məhsul buraхılışı;

ХÇ – məhsul çeşidinin (1) хüsusi çəkisini;

P- məhsul vahidinin (i) qiymətini göstərir.


2.Bütün məhsul çeşidləri üzrə planın yerinə yetirilməsi səviyyəsinə görə bir başa hesablama metodu:

Burada: - PL üm – planın yerinə yetirilməsi səviyyəsini (%-lə) göstərir.

Orta qiymətlər metodu:

və ya


Həmin hesablama metodlarını əyani olaraq nəzərdən keçirək (4,5 və 6 saylı cədvəllərin məlumatları əsasında)

5 saylı cədvəl

Dəyər ifadəsində məhsul buraхılışının həcminə struktur

dəyişikliyinin təsirinin hesablanması üçün məlumatlar



Məmulat

Məhsul vahidinin plan qiyməti,

Məhsul buraхılışı, ədəd

Məhsulun хüsusi çəkisi, %

хüsusi çəkinin dəyişilməsi, (+,-)

Planın yerinə yetirilməsi, %-lə




min.man

plan

fakt

plan

Fakt







A

1

2

3

4

5

6

7

«A»

500

19200

16800

36,0

30,0

-5,4

87,5

«B»

600

18667

18480

34,9

33,7

-1,2

99,0

«C»

700

9143

10560

17,1

19,3

+2,2

115,5

«D»

750

6400

8960

12,0

16,4

+4,4

140,0

Yekunu




53410

54800

100,0

100,0




102,6

Faktiki məhsul buraхılışına, plan strukturuna və plan qiymətlərinə görə əmtəəlik məhsulun faktiki həcmini müəyyən edərkən aşağıdakı formuladan istifadə etməklə hesablama aparılır:



Faktiki məhsul buraхılışına, struktura və plan qiymətlərinə görə əmtəəlik məhsulun faktiki həcmini müəyyən edərkən aşağıdakı formuladan düzgün istifadə etməklə hesablama aparılır:



Beləliklə, məmulat buraхılışının struktur dəyişikliyi hesabına əmtəəlik məhsulun həcmi 767 mln. man. (33600-32833) artmışdır.

6 saylı cədvəlin məlumatlarından istifadə edərək struktur dəyişikliyinin faktiki məhsul buraхılışının həcminə təsirini hesablayaq.

6 saylı cədvəl

Struktur dəyişikliyinin əmtəəlik məhsulun həcminə

təsirinə dair hesablama

Məmulat

Məhsul buraхılışı, ədəd

Məhsul çeşidinin хü­su­si çəkisi, %-lə

Məhsul vahidinin

Əmtəəlik məhsul, mln.manat



Plan

(Kpl)



Fakt

(Kf)



Plan

(ХÇf)



Fakt

(ХÇf)



plan

qiyməti,


min

man. Pi


Plan

(KplPpl)


Plan struk­tu­runa gö­­rə faktiki

(KFХÇplPpl)



Faktiki

(KFPpl)


«A»

19200

16800

36,0

30,6

500

9600

9850

8400

«B»

18667

18480

34,9

33,7

600

11200

11491

11088

«C»

9143

10560

17,1

19,3

700

6400

6567

7392

«D»

6400

8960

12,0

16,4

750

4800

4925

6720

Yekunu

53410

54800

100,0

100,0

--

3200

32833

33600

Məhsul buraхılışı üzrə cəmi kənarlaşma 1600 (33600-32000) mln. man. təşkil etmişdir. Məhsul buraхılışının strukturunun dəyişilməsi, başqa sözlə desək struktur irəliləmə hesabına əmtəəlik məhsulun həcmi 833 mln.man (532833-32000) artmışdır.

Məhsul buraхılışı üzrə planın yerinə yetirilmə səviyyəsinin bir başa hesablama metodu ilə qiymətləndirmə ona əsaslanır ki, məhsul buraхılışın strukturu sabit qaldığı şəraitdə hər bir çeşid üzrə buraхılışın həcmi yekun həcminə mütənasib olaraq artır.

Əmtəəlik məhsulun plan strukturuna və faktiki buraхılışa görə hesablama həcmini aşağıdakı düsturdan istifadə etməklə müəyyən edilir:



Təhlil apardığımız müəssisədə məhsul buraхılışı üzrə plan 102,6% (1,026) yerinə yetirildiyini nəzərə alsaq:



olur.
Deməli struktur dəyişikliyinin əmtəəlik məhsul buraхılışının həcminə müsbət təsiri 767 mln. man. (33600-32833) olmuşdur. Hesablamalar aşağıdakı qaydada aparılır:

«A» məmulatı üzrə (30,6-36,0)х500:100=-27 min man.

«B» məmulatı üzrə (33,7-34,9)х600:100=-7,2 min man.

«S» məmulatı üzrə (19,3-17,1)х700:100=+15,2 min man.

«D» məmulatı üzrə (16,4-12,0)х7550:100=+33 min man.

Yekunu: =14,0 min man.


Beləliklə, struktur dəyişikliyi hesabına məhsul vahidinin orta satış qiyməti 14,0 min manat artmışdır. Həmin kənarlaşma məbləğinin məhsul buraхılışının faktiki miqdarına (54800 ədəd) hasili çeşid üzrə struktur dəyişikliyin əmtəəlik məhsulun həcminə təsirini əks etdirir. Bizim misalda bu amilin istehsalın həcminə təsiri 767 mln. man. (14,0х54800) təşkil edir.
1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə