Mövzu İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri




Yüklə 3.23 Mb.
səhifə4/25
tarix27.02.2016
ölçüsü3.23 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   25

3. Azərbaycan Respublikasında auditor xidməti qanunvericiliyə uyğun olaraq sərbəst auditorlar və auditorlar təşkilatları tərəfindən göstərilir.

Sərbəst auditorlar Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir.

Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:



  1. Azərbaycan Respublikasının vətəndaşı olmaq;

  2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi;

  3. mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları ali təhsilə və ixtisas üzrə azı 3 il iş stajına malik olmaq;

ç) sərbəst auditor imtahanlarını vermək.

Tamah məqsədi ilə cinayət törətmək üstündə məhkum olmuş və məhkumluğu qurtarmamış şəxslər auditor ola bilməz.



Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidmətini göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. Bu təşkilatın yaradılması üçün azı 3 sərbəst auditor olmalıdır.

Auditə dair qanunvericiliyə görə sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra sonra 5 il müddətinə verilən lisenziya əsasında fəaliyyət göstərirlər.

Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər:


  1. qanuna əsasən və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

  2. sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə tanış olmaq və yoxlama üçün onları almaq, pul məbləğlərinin, maddi sərvətlərin mövcudluğunu yoxlamaq və audit ücün lazım olan digər məlumatları almaq;

  3. sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

ç) səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq.

d) auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;

e) yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlər təqdim edilmədikdə audit yoxlanmasını keçirməkdən imtina etmək.

Qanunvericilikdə sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

a) auditin aparılmasında Azərbaycan Respublikası qanunlarına hökmən riayət etmək;

b) auditor yoxlamalarını və digər auditor xidmətləri keyfiyyətlə həyata keçirmək;

c) sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;

ç) sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamaq;

d) yoxlamanın gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;

e) təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditor rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək.

Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə AR qanunvericiliyində və sifarişçi ilə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb oluna bilərlər.

Auditora və auditor təşkilatlarına AR ərazisində auditor xidməti həyat keçirmək hüququ verən lisenziya Auditorlar Palatasının qərarı ilə geri alına bilər.

Auditorlar Palatası auditor təşkilatlarını maliyyə-təsərrüfat fəaliyyətinin qanunun müdəalarına uyğunluğunu yoxlayır və onların işinə nəzarət edir.

Auditor fəaliyyətinin tənzimlənməsi “Auditor xidməti haqqında” AR Qanunu ilə yanaşı, auditə dair digər qanunvericilik aktlarında, o cümlədən, “Xarici investisiyaların qorunması haqqında”, “Sığorta haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Prokurorluq haqqında”, “Məhdud məsuliyyətli müəssisələr haqqında”, “Ətraf mühitin mühavizəsi haqqında”, “İnvestisiya fondları haqqında” Qanunlarda, bank qanunvericiliyində və mülki, cinayət, vergi məcəllələrində öz əksini tapmışdır. Mülki məcəlləyə əsasən, auditor yoxlamasının naticələri haqqında yazılı hesabat tərtib etməlidir.

Auditor yoxlamaları nəticələrinin iqtisadi inkişafda mühüm rol oynadığını nəzərə alaraq, bir çox dövlətlərdə auditor xidməti qanunvericiliklə təşkil olunur və beynəlxalq standartlara uyğun tənzimlənir.

Beynəlxalq təcrübə və dünya praktikası göstərir ki, auditin dövlət tənzimlənməsini təşkil etmək, bu xidmətin inkişafını və təkmilləşdirilməsini təmin etmək, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini qorumaq, bu sahədə qanunvericilik və normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək məqsədi ilə auditorların ali qurumları yaradılır. Onlar palata, federasiya, assosiasiya, komitə və digər təşkilat kimi fəaliyyət göstərirlər.

Sahibkarlıq fəaliyyətinin bir növü olan audit bazar münasibətləri istiqamətində inkişaf edən ölkə iqtisadiyyatının yeni sturukturu kimi, əsasən iki formada həyata keçirilir:

Sərbəst auditorlar və auditor təşkilatlar.

Bunlar haqqında yuxarıda məlumat verilmişdir.

“Sahibkarlıq fəaliyyəti haqqında” və “Auditor xidməti haqqında” AR Qanunlarına, AR Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 saylı Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarliq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” AR Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 saylı Fərmanına və AR Nazirlər Komitəsinin 1998-ci il 13 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş “AR-nın ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”na müvafiq olaraq auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi Auditorlar Palatasına həvalə edilmişdir.

Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya almaq üçün ərizəçi Auditorlar Palatasına aşağıdakıları təqdim etməlidir:

a) lisenziya almaq üçün ərizə;

b) müəssisənin təsisi sənədlərinin surəti;

c) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

ç) lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

a) Nəzərdə tutlmuş sənədlər təqdim edilmədikdə;

b) ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;

c) auditor fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş zəruri şərtlər təmin olunmadıqda (ixtisas hazırlığı, təhsil, staj və s.)

ç) ərizəçi, əvvəllər auditor fəaliyyəti göstərmək üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

d) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Auditorlar Palatası həyata keçirir.

Auditorlar Palatası lisenziyanın fəaliyyəti dayandırıldığı haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi orqanlarına yazılı şəkildə məlumat verir. Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər.

Beynəlxalq təcrübədə auditorların peşə etikası məcəlləsi auditorların davranış normalarını və ümumi məqsədlərə nail olmaq üçün auditorlar tərəfindən riayət edilməli olan fundamental prinsipləri müəyyən edir.

Auditor peşəsinin məqsədi cəmiyyətin tələbatının ödənilməsinə yönəldilmiş əməyin maksimum səmərəliliyinin əldə edilməsi üçün yüksək peşə səviyyəsini təmin etməkdir. Bunun üçün aşağıdakı dörd əsas tələb yerinə yetirilməlidir: mötəbərlik, peşəkarlıq, xidmətlərin keyfiyyəti, etimad.

Auditor qarşısında duran məqsədlərə nail olmaq üçün o, auditor etikasının aşağıdakı prinsiplərini yerinə yetirməlidir: düzgünlük, obyektivlik, məxfilik, peşə davranışı, peşə normaları.

Auditorlar düzgünlük, obyektivlik və müsəqilliklə bir araya sığmayan hər hansı maraqdan uzaq olmalıdır.

Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətinin keyfiyyətinə nəzarətin mahiyyətini, növlərini, onun həyata keçirilməsinin əsas prinsiplərini və formalarını müəyyən edmək məqsədi ilə “Auditor xidməti haqqında”, AR Qanununa va “Auditin keyfiyyətinə nəzarət” beynəlxalq audit standartlarına uyğun olaraq “Auditin keyfiyyətinə nəzarət” milli audit standartı işləyib hazırlanmışdır.

Keyfiyyətə nəzarətin iki növü mövcuddur: daxili nəzarət; kənar nəzarət.

Auditin keyfiyyətinə daxili nəzarət auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar auditin planlaşdırılmasının, audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyin və audit standartlarının tələblərinə uyğunluğunu və onlara riayət olunmasına təmin etməkdən ibarətdir.

Daxili nəzarət iki formada həyata keçirilir: ümumi nəzarət, ayrı-ayrı audit prosedurları üzrə nəzarət.

Daxili nəzarət müvafiq auditor təşkilatının rəhbərliyi və sərbəst auditorların özləri tərəfindən həyata keçirilir.

Daxili nəzarət qaydaları auditor təşkilatı tərəfindən təsdiq edilir. Bu zaman aşağıdakılar nəzərə alınır: peşəkarlıq tələbləri, səriştəlilik, təyin etmə, səlahiyyətlər, məsləhətlər, sifarişçilər və onlarla əlaqə saxlanılması, yoxlama.

Auditin keyfiyyətinə kənar nəzarət auditor təşkilatı və sərbəst auditor tərəfindən göstərilən auditor xidmətlərinin keyfiyyətinin və daxili nəzarət sisteminin qiymətləndirilməsindən ibarətdir.

Kənar nəzarət AR Auditorlar Palatası tərəfindən həyata keçirilir. O, iki formada aparılır:

- auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi;

- auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət.

Kənar nəzarətin həyata keçirilməsinin metod və üsulları Auditorlar Palatası tərəfindən təsdiq edilmiş proqram və təlimatlar ilə tənzimlənir.

Azərbaycan Respublikasında auditor xidmətinin dövlət tənzinlənməsini təşkil etmək, bu sahədə olan və AR-da auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmişnormatıv aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlətin təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək, öz fəaliyyətində “Auditor xidməti haqqında” Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələbləri auditorlar (auditor təşkilatları) tərəfindən riayət olunmasına nəzarət etmək məqsədilə AR-nın Auditor Palatası yaradılmışdır. Auditor Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir.

“Azərbaycan Respublikasının Auditor Palatası haqqında” Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 saylı qərarı ilə təsdiq edilmişdir.

Auditor fəaliyyətinin əsas vəzifəsi, mülkiyyət formasından asılı olmayaraq, bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və düzgün aparılmasını təmin etmək məqsədi ilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

Palatanın sədrini və sədr müavininin AR-nın Milli Məclisi təyin edir. Cari işlərin aparılması və əməli xidməti funksiyaların yerinə yetirilməsi üçün Palatada idarəetmə orqanı – şura yaradılır.

Auditor apardığı auditə və onun nəticəsinə dair verdiyi rəyə görə məsuliyyət daşıyır.

Auditor fəaliyyəti ilə bağlı auditorun daşıdığı məsuliyyəti, onun növlərinin, dərəcəsini və yaranma şərtlərini müəyyənləşdirmək məqsədi ilə AR-nın Auditorlar Palatası tərəfindən “Auditorun məsuliyyəti” milli audit standartı hazırlanmışdır.

Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yernə yetirmədikdə qanunvericiliyə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər.

Auditorun məsuliyyətinə iki mövqedən baxıla bilər:

a) qəbul edilmiş hüquqi və normativ aktların tələblərinin pozulmasına görə;

b) audit standartlarına müvafiq olaraq audit aparılan zaman lazımi peşəkarlıq göstərilməməsinə görə.

Dövlət qarşısında məsuliyyət qanunvericiliklə müəyyən edilmiş cəza və cərimələrlə, sifarişçi qarşısında məsuliyyət isə müqavilənin şərtlərinə görə müəyyən edilir.

Auditorun məsuliyyətinin növləri aşağıdakılardır:

a) intizam məsuliyyəti; b) mülki məsuliyyət; c) cinayət məsuliyyəti.

Auditorun intizam məsuliyyəti Auditorlar Palatası tərəfindən, mülki və cinayət məsuliyyətləri isə məhkəmə orqanları tərəfindən AR-nın müvafiq qanunvericilik və normativ-hüquqi aktlarına əsasən müəyyən edilir.

Auditorun məsuliyyəti müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

a) sifarişçiyə zərər dəyib-dəyməməsi; b) auditorun öz vəzifə borcunu yerinə yetirərkən səriştəsizliyə, diqqətsizliyə, səhlənkarlığa yol verib-verməməsi.

Auditin aparılmasına dair müqavilənin “Tərəflərin məsuliyyəti” bölməsində hər birinin daşıdığı məsiliyyətin şərtləri əks etdirilir. Burada məsuliyyətin yaranmasına səbəb olan şərtlər, məsuliyyətin növü və həcmi nəzərdə tutlur.

Sifarişçilərin maliyyə vəziyyəti barəsində yalnış fikir nəticəsində vurulan zərərin ödənilməsi üçün yalnız onun mülkiyyətçisi deyil, həm də üçüncü şəxslər: yoxlanılan müəssisənin kreditorları, yoxlanılan müəssisə ilə işgüzar münasibətdə olan banklar, sığorta taşkilatları digər hüquqi və fiziki şəxslər auditora qarşı əmlak iddası qaldıra bilərlər. Mötəbər olmayan auditor rəyi illik mühasibat hesabatında olan informasiyanın istifadəçisi kimi üçüncü şəxsləri aldada və onların özlərinə mühüm zərər vura bilən iş görməyə sövq edə bilər.

Tərəflər bağlanmış müqavilənin mövcudluğunu, məzmunu və müqavilənin bağlanması üçün zəruri olan sənədləri məxfi saxlamaqla tərəf müqabilinin rəsmi razılığı olmadan üçüncü tərəfə heç bir məlulat vermirlər.

Məxfiliyə dair tələblər auditorun və auditor təşkilatlarının fəaliyyətinin “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə müvafiq olaraq yoxlanılması hallarına şamil edilmir.


4. Audit standartları – öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları normativ materialdır.

Audit standartları, audit aparılması şərtlərindən asılı olmayaraq, auditor peşəsinin bütün nümayəndələri tərəfindən metodoloji məsələlərə və baza prinsiplərinə riayət edilməklə, auditin aprılmasına ümumi yanaşmanı, auditor yoxlamasının həcmini, auditor hesabatının növlərini müəyyən edir.

Audit standartlarının məqsədi, auditə dair vahid baza tələblərini formalaşdırmaq və auditin keyfiyyətinə normativ tələbləri müəyyənləşdirməklə, auditin etibarlılığına təminat verməkdir.

Audit standartları işlənib hazırlanarkən aşağıdakı prinsiplərə riayət edilməlidir:



  1. Audit müvafiq peşəkar səriştəyə malik olan şəxslər tərəfindən aparılmalıdır.

  2. Auditor öz öz fikrini yürtməkdə müstəqil olmalıdır.

  3. Auditor audit yoxlamasını düzgün və peşəkarlıqla aparmalı və obyektiv auditor rəyi tərtib etməlidir.

  4. Auditor yoxlamasının aparılması üçün auditor plan və proqram tərtib etməlidir.

  5. Auditor öz xüsusi fəaliyyətini planlaşdırmaq məqsədilə sifarişçinin daxili nəzarət sistemi haqqında kifayət qədər məlumata malik olmalıdır.

  6. Auditor mühasibat (maliyyə) hesabatlarrının düzgünlüyü haqqında rəy vermək üçün auditor yoxlaması zamanı kifayət qədər auditor sübutları toplamalıdır.

  7. Auditor öz rəyində hesabatın uçot qaydalarına və normalarına uyğun olub–olmamasını göstərməlidir.

  8. Auditor rəyində əvvəlki hesabat dövrü ilə müqayisədə sifarişçinin uçot siyasətindəki dəyişikliyə səbəb olan şəraiti əks etdirməlidir.

  9. Auditor rəyində nöqsan göstərilmədikdə, mühasibat (maliyyə) hesabatın-dakı məlumatlar düzgün hesab edilir.

  10. Auditor öz rəyində mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünə dair qeydlər etməli və ya auditor rəyinin tərtib olunmama səbəbləri göstərilməlidir.

Audit standartları 3 qrupa bölünür:

I. Ümumi standartlar:

- yoxlama texniki hazırlığa və təcrübəyə malik olan auditor tərəfindən aparılmalıdır.

- Auditor tərəfindən yerinə yetirilən işlərə aid bütün məsələlər üzrə həmişə müstəqillik təmin edilməlidir.

- Hesabatların tərtibi və yoxlanılması zamanı bunlara diqqətlə, obyektiv və peşəkarlıqla yanaşılmalıdır.

II. Auditor yoxlamasının aparılması standartları:

- İşlər kifayət qədər yaxşı planlaşdırmalı və onların yerinə yetirilməsinə lazımi nəzarət edilməlidir.

- Mövcud daxili nəzarətin öyrənilməsi və qiymətləndirilməsi vacibdir, çünki, buna əsasən yoxlamanın həcmini müəyyən etmək olar və audit prosesi ola bilsin ki, məhdudlaşdırılsın.

- Sübutedici materialların, şifahi sorğuların, yoxlama materiallarının, riyazi materialların, təhlilin nəticələrini almaq lazımdır ki, maliyyə (mühasibat) hesabatlarına verilən rəyi əsaslandırmaq üçün kifayət qədər sübutlar toplanmış olsun.

III. Hesabatın (aktın) tərtib edilməsi standartları:

- Hesabatda (aktda) hansı maliyyə (mühasibat) hesabatlarının yoxlanıldığı və həmin hesabatların mühasibat uçotu qaydalarına müvafiq tərtib edilib-edilmədiyi göstərilməlidir.

- Hesabatda (aktda) əvvəlki dövrlə müqayisədə yoxlanılan bütün dövr ərzində həmin qaydaya riayət edilib-edilmədiyi göstərilməlidir.

- Maliyyə (mühasibat) hesabatlarındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir.

- Hesabatda (aktda) rəyin tərtib edilməməsi səbəbi göstərilməlidir.

Auditin standartları auditin keyfiyyətli aparıldığını məhkəmə sübut etmək və auditorların məsuliyyət dərəcəsini müəyyən etmək üçün əsasdır. Eyni zamanda audit standartları elə bir bazadır ki, onun əsasında auditorların hazırlanması, təkmil-ləşdirilməsi və peşə hazırlığı səviyyəsinin yüksəldilməsiüzrə tədris proqramları hazırlanır.
5. Audit üzrə peşəkarlıq norma və standartlarının işlənib hazırlanması ilə bir neçə təşkilat, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası, Audit Təcrübəsi üzrə Beynəlxalq Komitə və d. məşğul olur.

Audit Təcrübəsi üzrə Beynəlxalq Komitə iki məqsədə xidmət edir:

1. audit üzrə peşəkarlıq səviyyəsi ümumdünya səviyyəsindən aşağı olan ölkələrdə auditi inkişaf etdirmək;

2. imkan daxilində beynəlxalq səviyyədə auditə yanaşmağı öyrətmək.

Bir sıra ölkələrdə icazə verilib ki, beynəlxalq audit standartlarının bazasında öz milli standartlarını işləyib hazırlasınlar. Məsələn, Avstraliya, Kipr, Braziliyi, Hindistan, Hollandiya və s.

Bəzi ölkələrə öz milli standartlarının işlənib hazırlanmasına icazə verilməmişdir. Onlar yalnız beynəlxalq audit standartlarından öz standartları kimi istifadə edə bilərlər. Məsələn, Malaziya, Fici, Şri-Lanka, Nigeriya və s.

İnkişaf etmiş ölkələrdən Kanada, Böyük Britaniya, İrlandiya, ABŞ və Türkiyənin öz milli audit standartları vardır.

Audit standartının məqsədi daha yaxşı qiymətləndirmə və fərziyyəyə əsaslanan yoxlama prosedurları də daxil olmaqla, gələcək maliyyə məlumatları haqqında hesabatın tərtib edilməsi və yoxlanması ilə əlaqədar olan tapşırıqlara dair tövsiyyələrin verilməsi və standartın müəyyən edilməsindən ibarətdir.

Azərbaycanda milli audit standartlarının işlənib hazırlanmasının və tərtib olunmasının əsasını Beynəlxalq Mühasiblər Federasiyasının və Audit Təcrübəsi üzrə Beynəlxalq Komitə tərəfindən işlənib hazırlanmış beynəlxalq audit standartları təşkil edir.

AR-da bazar iqtisadiyyatının mühüm ünsürlərindən biri olan auditor xidməti təşəkkül tapdıqca və inkişaf etdikcə respublikanın səciyyəvi xüsusiyyətlərini və beynəlxalq standartları yaradılması zərurəti meydana çıxır.

Milli audit standartlarının layihələri AR Auditorlar Palatasının Standartlaşdırma Departamentində işlənib hazılanır və Xüsusi Komissiyada müzakirə olunur və təsdiq etmək üçün palatanın şurasına təqdim olunur.
Firmadaxili audit standartları firmalar, yəni auditor təşkilatları tərəfindən auditor yoxlaması aparılarkən vəhid tələbat təmin etməklə aşağıdakı elementləri özündə birləşdirir:

1. Razılaşmanın məqsədinin müəyyən edilməsi.

Hər bir auditor yoxlaması düzgünlüyünü təmin etmək üçün hərtərəfli planlaşdırılmalı, peşəkarlıqla və ixtisaslaşdırılmış formada aparılmalı, sifarişçilərə yüksək keyfiyyətli xidmət göstərilməli, auditorlardan optimal surətdə iştifadə olunaraq kommersiya xeyri əldə olunmalıdır.

2. Biznesin icmalı və ya xülasəsi.

Yoxlama sifarişçilərlə tənışlıq və onların fəaliyyətinin öyərnilməsi ilə başlanır. Firmada qanunvericilikdə, peşəkarlıq standartlarında və biznesdə auditor yoxlamasında və sifarişçilərə münasibəti əks etdirən dəyişikliklər daim izlənir.

3. Mümükün riskin qiymətləndirilməsi.

Sifarişçinin biliyindən istifadə olunaraq və riskin aşkar olunmasına hərtərəfli yanaşılaraq, səhvlər müəyyən edilir və onların əhəmiyyəti qiymətləndirilir.

4. Audit strategiyasının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi.

Yoxlamanın ilkin mərhələsində daxili nəzarət sistemi, yəni əvvəlcə rəhbərlik tərəfindən istifadə olunan təsərrüfat fəaliyyətinə nəzarət sistemi, sonra isə mühasibat uçotu və nəzarət sistemi qiymətləndirilir.

Bu mərhələdə yoxlama strategiyasının işlənib hazırlanması üçün yalnız informasiya qiymətləndirilir.

5. Auditor yoxlamasının strategiyasının müəyyən edilməsi.

Başlıca risklərin xüsusi qiymətləri ümumiləşdirilir və zəruri auditor əməliyyatları müəyyən edilir.

6. Müstəqil tədqiqat planı.

Planda hər bir müstəqil tədqiqat hallarında daha səmərəli tədqiqatlarının tədbiqi və davamlılığının mahiyyətinə baxılır. Müstəqil tədqiqat plana uyğun olaraq aparılır. Onun nəticələrinin qiymətləndirilməsindən asılı olaraq planda müvafiq düzəlişlər edilir.

7. Nəzarət sisteminin səmərəliliyinin qiymətləndirilməsi.

Auditor yoxlamasının sonunda nəzarət sisteminin ümumi qiymətləndirilməsi və yoxlama planının işlənib hazırlanması üçün daxili nəzarət sisteminin qiymətləndirilməsi həyata keçirilir.

8. Auditor yoxlamasının yekunlaşdırılması.

Ümumi hesabat (akt) tərtib edilir və yekun nəticələri çıxarılır. Daha əhəmiyyətli hallar sifarişçilərlə müzakirə edilir.

9. Rəyin təqdim edilməsi.

Auditor yoxlamasının nəticələrinə uyğun olaraq rəy tərtib edilir. Mühasibat (maliyyə) hesabatlarına dair rəydən əlavə, sifarişçiyə yoxlamanın nəticələri haqqında hesabat (akt) da təqdim olunur.


6. Auditor auditin keçirilməsi haqqında təsərrüfat subyekti ilə müqavilə bağladıqdan sonra audit planlaşdırır.

Planlaşdırma – auditin həcmi, planlaşdırılan işlərin növləri və onların icra müddəti göstərilməklə, auditin ümumi planını, habelə təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatı haqqında rəyin hazırlanması üçün zəruri olan auditor prosedurlarının həcmini, nöblərini və ardıcıllığını müəyyən edən audit proqramının işlənib hazırlanmasından ibarətdir.

Auditor auditin planlaşdırılmasını auditin ümumi prinsiplərinə, habelə aşağıdakı xüsusi prinsiplərə uyğun olaraq aparır:


    1. planlaşdırmanın kompleksliyi;

    2. planlaşdırmanın fasiləsizliyi;

    3. planlaşdırmanın optimallığı;

Auditin planlaşdırılmasının kompleksliyi prinsipi ilkin planlaşdırmadan tutmuş auditin ümumi planının və proqramının tərtibinə qədər planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı uyğunluğunun təmin olunmasının nəzərdə tutur.

Auditin planlaşdırılmasının fasiləsizlik prinsipi auditorlar qrupuna əlaqəli tapşırıqların verilməsində və planaşdırmanın mərhələlərinin müddətlər və təsərrüfat subyektləri üzrə əlaqələndirilməsində ifadə edilir.

Auditin dövrü planlaşdırılarkən həmin dövr ərzində auditor təsərrüfat subyektinin maliyyə - təsərrüfat fəaliyyətində dəyişiklikləri və aralıq auditor yoxlamalarının nəticələrini nəzərə almaqla, auditin keçirilməsi planında və proqramında vaxtında düzəliş etməlidir.

Auditin planlaşdırılmasında optimallıq prinsipi ondan ibarətdir ki, planlaşdırma prosesində auditor auditin emumi planının və proqramının optimal variantının auditprun özünün müəyyən etdiyi meyarlar əsasında seçilməsinin mümkün olması üçün planlşadırmanın variantlılığınıtəmin etməlidir.

Auditor auditin planlaşdırılmasını aşağıdakı əsas mərhələlərə ayırır;


  1. auditin ümumi planlaşdırılması;

  2. auditin ümumi planını hazırlanması və tərtib edilməsi;

  3. auditin proqramının hazırlanması və tərtib edilməsi;

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditor təşkilatları və ya sərbəst auditorlar tərəfindən təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatınınauditini planlaşdırılarkən tətbiq edilkən normalarının müəyytən olunması məqsədilə “Auditor xidməti haqqına” Azərbaycan Respublikasının Qanunundan, “Auditin planlaşdırılması” beynəlxalq və milli audit standartlarından istifadə edirlər.

“Auditin planlaşdırılması” milli audit standartı ilə auditin planlaşdırılmasının ilkin mərhələsi, auditin ümumi planının və proqramının hazırlanması prinsipləri və tərtib olunması qaydası müəyyən edilir.

Standartın tələbləri rəsmi auditor rəyinin hazırlanması nəzərdə tutulan auditin aparılmasında bütün auditorlar üçün məcburi, auditor rəyinin hazırlanması tələb olunmayan könüllü auditdə, habelə digər auditor xidmətlərinin göstəriliməsində isə tövsiyə xarakteri daşıyır. Konkret tapşırığın yerinə yetirilməsində bu standartın məcburi tələblərindən yayınma hallarında auditor bunu öz iş sənədlərində, habelə audit və ya digər auditor xidmətlərini sifariş edən təsərrüfat subyektinin rəhbərliyinə təqdim etdiyi rəsmi hesabatda məcburi qaydada qeyd etməlidir.

Auditor auditin planının və proqramının hazırlanmasına başlayarkən, təsərrüfat subyekti haqqında ilkin biliklərə, habelə keçirilmiş analitik prosedurların nəticələrinə əsaslanmalıdır.

Bu zaman auditor təsərrüfat subyektinin daxili nəzarət sisteminin səmərəliliyini və nəzarət riskini qiymətləndirməli və bu məqsədə kifayət qədər auditor sübutları toplamalıdır.

Auditor auditin planını və proqramını tərtib edərkən informasiyanın işlənməsi, auditor prosedurlarının həcmini və xarakterini dəqiq müəyyənləşdirməyə imkan verən metodları seçir.

Əgər auditor məqsədəuyğun hesab edərsə, auditin planının və proqramının ayrı-ayrı müddəalarını təsərrüfat subyektinin rəhbərliyi ilə razılaşdıra bilər. Bu zaman auditor auditin ümumi planında və proqramında əks olunan üsulların və metodların seçilməsində müstəqildir, lakin o, iş planına və proqrama uyğun olaraq öz işinin nəticələrinə görə tam məsuliyyət daşıyır.

İlkin planlaşdırma mərhələsində auditor təsərrüfat subyektinin maliyyə- təsərrüfat fəaliyyəti ilə tanış olmaqla aşağıdakılar haqqında informasiyaya malik olmalıdır:

1) təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən, bütövlükdə ölkədə (regionda) iqtisadi vəziyyəti və onun sahə xüsusiyyətlərini əks etdirən xarici amillər;

2) təsərrüfat subyektinin maliyyə - təsərrüfat fəaliyyətinə təsir göstərən, onun fərdi xüsusiyyətləri ilə əlaqədar olan daxili amillər.

Audit həmçinin aşağıdakılarla tanış olmalıdır:


  1. təsərrüfat subyektinin təşkilatı-hüquqi forması və idarəetmə strukturu ilə;

  2. istehsal fəaliyyətinin növləri və buraxılan məhsulun (göstərilən iş və xidmətin) çeşidi;

  3. kapitalın strukturu və səhmlərin məzənnəsi ilə (təsərrüfat subyektinin səhmlərinin qiyməti təyin edilməli olduğu halda)

  4. məhsul istehsalının texnoloji xüsusiyyətləri ilə;

  5. rentabelliyin səviyyəsi ilə;

  6. təsərrüfat subyektinin əsas alıcıları və mal göndərənləri ilə;

  7. müəssisənin sərəncamında qalan mənfəətin bölüşdürülməsi qaydası ilə;

  8. törəmə və tabeçilikdə müəssisələrin mövcudluğu ilə;

  9. təsərrüfat subyektinin təşkil etdiyi daxili nəzarət sistemi ilə;

  10. işçi heyətinin əməyinin ödənilməsinin formalaşdırılması prisipləri ilə;

Auditor üçün təsərrüfat subyekti haqqında informasiya mənbələri aşağıdakılardaır:

  1. təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında sənədləri;

  2. təsərrüfat subyektinin direktorlar şurasının iclaslarının, səhmdarlarıın, yaxud başqa müvafiq idarəetmə orqanlarının protokolları;

  3. təsərrüfat subyektini reqlamentləşdirən və onda dəyişikliklər edən sənədlər, ilkin uçot sənədləri və registrləri;

  4. mühasibat hesabatları və uçot siyasətini açıqlayan digər arayışlar;

  5. təsərrüfat subyektinin müqavilələri və sazişləri;

  6. statistik hesabatlar;

  7. təsərrüfat subyektinin fəaliyyətinin planlaşdırılması sənədləri (planlar, smetalar, layihələr, ştat cədvəlləri əmək haqqı sistemini formalaşdıran digər sənədlər);

  8. daxili auditorların və məsləhətçilərin hesabatları;

  9. müəssisədaxili təlimatlar;

  10. mühasibat uçotu üzrə normativ-hüquqi aktları;

  11. vergi və dirgər dövlət otqanlarının yoxlama materialları;

  12. məhkəmələrin qərarları;

  13. təsərrüfat subyektinin istehsal və təşkilat strukturunu reqlamentləşdirən sənədlər, onun filialları və törəmə müəssisələrinin siyahısı;

  14. təsərrüfat subyektinin rəhbərliyi və əməkdaşları ilə aparılmış sorğulardan alınan məlumatlar;

  15. təsərrüfat subyekti, onun əsas sahələri, anbarları nəzərdən keçirilərkən alınan informasiyalar;

Auditor ilkin planlaşdırma mərhələsində auditin keçirilməsi imkanını qiymətləndirir. Əgər auditor auditin keçirilməsini mümkün hesab edərsə, onda o, auditin keçirilməsi üçün qrupun tərkibini formalaşdırır və təsərrüfat subyekti ilə müqavilə bağlayır.

Auditor qrupuna daxil olan mütəxəssislərin tərkibi planlaşdırılarkən auditin hazırlıq, əsas və yekun mərhələlərinin hər biri üçün nəzərdə tutulan iş vaxtı, qrupun tərkibi, qrupun üzvlərinin vəzifələri qrupun üzvlərinin ixtisas səviyyəsi və başqa amillər nəzərə alınır.

Ümumi plan auditin proqramının həyata keçirilməsinə xidmət etməlidir.

Audit prosesində auditorda ümumi planın ayrı-ayrı müddəalarında yenidən nəzərdən keçirilməsi üçün əsas yarana bilər. Auditor planda edilən dəyişikliklərin səbəblərini müfəssəl sənədləşdirməlidir.

Ümumi planda auditor auditin keçirilməsi müddətini nəzərdə tutmalı və auditin keçirilməsi, hesabatın (təsərrüfat subyektinin rəhbərliyinə yazılı informasiya) və auditor rəyinin hazırlanması müəyyən etməlidir.

Vaxt məsrəflərinin planlaşdırılması prosesində auditor aşağıdakıları nəzərə almalıdır.



    1. real əmək məsrəflərini;

    2. əvvəlki dövrdə vaxt məsrəflərinin hazırlanmasını (təkrar auditin keçirildiyi halda) və onun cari dövrdə olan hesablanma ilə əlaqəsini;

    3. əhəmiyyətlilik səviyyəsini;

    4. audit risklərinin qitmətləndirilməsini.

Ümumi planda auditor ilkin təhlil, daxili nəzarət sisteminin etibarlılığını və auditor risklərinin qiymətləndirilməsi nəticələri əsasında audit keçirilməsinin üsullarını müəyyən edir.

Auditor seçmə yolu ilə auditin keçirilməsini qərara aldıqda, müvafiq audit standartlarına uyğun olaraq auditor seçməsini formalaşdırır.

Yerinə yetirilən auditin idarə olunmasının və onun keyfiyyətinə nəzarətin planlaşdırılması ümumi planın tərkib hissəsidir. Ümumi planda aşağıdakıların nəzərdə tutulması tövsiyyə edilir:


  1. auditor qrupunun formalaşdırılması, auditin keçirilməsinə cəlb edilən auditorların sayı və ixtisası;

  2. auditorların peşə keyfiyyətinə və vəzifələrinə uyğun olaraq auditin konkret sahələri üzrə onların bölüşdürülməsi;

  3. qrupun bütün üzvlərinin vəzifə borcları barədə təlimatlandırılması, təsərrüfat subyektinin maliyyə - təsərrüfat fəaliyyəti, habelə auditin ümumi planının müddəaları ilə tanış edilməsi;

ç) planın yerinə yetirilməsi və auditorun işinin keyfiyyətinə, iş sənədlərinin və auditin nəticələrinin müəyyən olunmuş qaydada rəsmiləşdirilməsinə auditor qrupu rəhbərinin nəzarəti;

d) auditor prosedurlarının həyata keçirilməsi praktikası ilə əlaqədar metodik məsələlərin rəhbərlik tərəfindən auditor tərəfindən auditor qrupuna izah edilməsi;

e) bu və ya digər faktın qiymətləndirilməsində auditor qrupunun rəhbəri ilə onun siravi üzvi arasında fikir ayrılığı yarandıqda auditor qrupu üzvünün (icraçının) xüsusi rəyinin sənədli rəsmiləşdirilməsi;

1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə