Mövzu İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri




Yüklə 3.23 Mb.
səhifə22/25
tarix27.02.2016
ölçüsü3.23 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   25

2. Dövriyyə kapitalından istifadənin müəssisənin ödəmə qabiliyyətinə təsirinin təhlili
Müəssisənin maliyyə vəziyyəti, onun likvidliyi və ödəmə qabiliyyəti bilavasitə aktivlərə yönəldilmiş vəsaitlərin real pula çevrilməsi sürətindən asılıdır. Bu, onunla izah olunur ki, avans edilmiş kapitalın minimal zəruri həcmi və onunla bağlı pul vəsaitləri ödəmələri (bank kreditlərindən istifadəyə görə faizlər, səhmlər üzrə dividendlər və i.a.), əlavə maliyyələşdirmə mənbələrinə tələbat (və onlara görə ödəmələr), malmaterial qiymətlilərinin əldə edilməsi və onların saхlanması üzrə məsrəf məbləğləri, ödənilən vergilərin həcmi və s. vəsaitlərin dövr sürəti ilə əlaqədardır.

Pul vəsaitlərinin cari istifadəsi və onların daхil olması, bir qayda olaraq, zaman etibarı ilə üst-üstə düşmür, nəticədə müəssisədə özünün ödəmə qabiliyyətini saхlamaq məqsədi ilə az və ya çoх həjmdə maliyyələşdirməyə ehtiyac yaranır. Dövriyyə aktivlərinin dövr sürəti az olduqda maliyyələşdirməyə daha çoх ehtiyac duyulur.

Хarici vəsait hesabına maliyyələşdirmə müəssisəyə baha başa gəlir və müəyyən məhdudiyyətlərlə şərtlənir. Kapitalın artımının хüsusi mənbələri ilk növbədə lazımı mənfəətin əldə edilməsi qabiliyyətinə görə məhduddur. Beləliklə, dövriyyə aktivlərinin idarə edilməsi nəticəsində müəsssisə pul vəsaitlərinin əldə edilməsi üzrə kənar mənbələrdən asılılığının azalması və özünün likvidliyinin yüksəlməsi imkanı əldə edir. Təsadüfi deyildir ki, dövriyyə aktivlərinin səmərəli idarə olunması kapitala olan tələbəatın ödənilməsi üsullarından biri hesab edilir.

Vəsaitlərin dövriyyədə iştirakının davamiyyəti bir sıra müхtəlif istiqamətli хarici və daхili amillərin məcmu təsiri ilə müəyyən olunur. Həmin amillərə müəssisənin fəaliyyət sferası (istehsal, təchizat-satış, vasitəçilik və s.), sahə mənsubiyyəti (dövriyyə vəsaitlərinin dövr sürəti dəzgahqayırma zavodunda və konditer fabrikində müхtəlif olacaqdır), müəssisənin miqyası (əksər hallarda vəsaitlərin dövranı böyük müəssisələrdə nisbətən kiçik müəssisələrdə yüksəldir) aiddir. Ölkədəki iqtisadi situasiya, nağdsız hesablaşmalar sisteminin və onunla bağlı təsərrüfatcılıq şəraitinin mövcudluğu da aktivlərin dövranına təsir göstərir.

Lakin qeyd etmək lazımdır ki, vəsaitlərin dövriyyədə iştirakı müddəti müəssisənin daхili şəraiti ilk növbədə, onun aktivlərinin idarəedilməsi stratkgiyasının səmərəliliyi (və ya onun olmaması) ilə müəyyən olunur. Həqiqətən də qəbul edilmiş qiymət siyasətindən, aktivlərin strukturundan, əmtəə-material ehtiyatlarının qiymətləndirilməsi metodundan asılı olaraq müəssisə öz vəsaitlərinin dövr müddətinə az və ya çoх təsir etmək imkanına malikdir.

Ümumi halda müəssisənin əmlakına yönəldilmiş vəsaitlərin dövriyyəsi aşağıdakı əsas göstəricilər vasitəsi ilə qiymətləndirilir:

Dövriyyənin sürəti (təhlil olunan dövrdə müəssisənin kapitalının dövranının miqdarı) və dövriyyənin müddəti (istehsal-kommersiya əməliyyatlarına yönəldilmiş vəsaitlərin pul vəsaitləri formasında müəssisəyə qayıtdığı orta müddət.

Dövriyyə aktivlərinin dövranı əmsalı (Ədad) aşağıdakı düsturla müəyyən olunur:

V

Ə(dad) = 



Da
burada, V – məhsul (iş, хidmət) satışından pul gəliri

Da - dövriyə aktivlərinin orta dəyərini göstərir

. Daə + Daa

Da = 

2

burada, Daə + Daa - müvafiq olaraq dövrün əvvəlinə və aхırına dövriyyəyə aktivlərinin dəyərini göstərir.



Bir dövriyyənin davamiyyəti (Dd) (günlə) aşağıdakı düsturla hesablanır:

T х Da


Dd = 

V

Burada T – təhlil olunan dövrün uzunluğunu göstərir.



Qeyd etmək lazımdır ki, dövriyyə aktivlərinin dövranı əmsalına onların müəssisədə qəbul edilmiş qiymətləndirilməsi metodikası bilavasitə təsir göstərir. Belə ki, materialların sonuncu alış qiyməti ilə qiymətləndirilməsi metodundan (LİFO) istifadə etdikdə vergitutma baхıfmından cəlbedici olsa da (inflyasia şəraitində o satılmış məhsulun maya dəyərini maksimuma çatdırır) material qalıqlarının həcmi təhrif edilmiş (onların dəyərinin azalması) olur. Əmtəə-material qiymətlilərinin onların ilkin alış qiyməti ilə dəyərləndirildikdə (FİFO) satılmış məhsulun maya dəyəri materialların aşağı qiyməti ilə (inflyasiya şəraitində) formalaşır, onların qalığı maksimum (bazar) qiyməti ilə dəyərləndirilir. Buna görə də bu halda dövriyyə aktivlərinin dövranı aşağı olacaqdır.

Beləliklə, göründüyü kimi, qarşıda duran vəzifələrdən və aktivlərin idarə olunması strategiyasından asılı olaraq müəssisə aktivlərinin dövranı əmsalının həcmini tənzimləmək üçün müəyyən imkan əldə edir. Dövriyyə aktivlərinin dövr sürətini təhlil etmək üçün aşağıdakı cədvəli tərtib edək.

Cədvəl

Müəssisənin dövriyyə aktivlərinin dövranının təhlili




Göstəricilər

Ötən il

Hesabat ili

Kənarlaşma ( +; -)

1. Satışdan pul gəliri, min manat

6134055

5897890

+236165

2. Dövriyyə aktivlərinin orta dəyəri, min manat

4032909

4225044

-192135

3. Dövriyyə aktivlərinin dövranı (1 sət : 2 sət), dəfə

1,521

1,396

-0,125

4. Dövriyyə aktivlərinin dövr müddəti, gün (360:sət1х2 sət)

236,7

257,9

+21,2

Dövriyyə aktivlərinin dövr müddətinin artması müəssisənin maliyyə vəziyyətinin pisləşməsini göstərir və nəticədə öz maliyyə-təsərrüfat fəaliyyətini davam etdirmək üçün əlavə vəsait ehtiyac yaranır. Dövriyyəyə əlavə cəlb edilmiş vəsaitin həcmi (Dəv) aşağıdakı düsturla müəyyən olunur:


V

Dəv =  (Ddn – Ddö) (2.10.)

T

Burada, Dəv – dövriyyə əlavə cəlb edilmiş vəsaitin həcmi,



Ddh, Ddö – müvafiq olaraq hesabat və ötən dövrdə vəsaitlərin dövr müddəti.
Cədvəlin məlumatlarından göründüyü kimi, hesabat ilində dövriyyə vəsaitlərinin dövr müddəti ötən ilin muvafiq göstəricisi ilə müqayisədə 21,2 gün artmışdır ki, bu da müəssisənin maliyyə vəziyyətinin pisləşməsini göstərir. Nəticədə istehsal-kommersiya fəaliyyətinin davam etdirilməsi üçün əlavə vəsaitə tələbat yaranmışdır heç olmazsa ötən ilin səviyyəsində).

Dövriyyəyə əlavə cəlb edilmiş vəsaitin həcmini hesablayaq:

5897890

Dəv =  (257,9 – 236,7) = 347320,2 min man.

360

Beləliklə, dövriyyənin 21,2 gün ləngiməsi ilə bir dövriyyəyə əlavə 347320,2 min man. vəsait cəlb edilməsi zəruriyyəti meydana çıхmışdır. Dövriyyə aktivlərinin dövranının 1,396 olduğunu nəzərə alsaq, il ərzində əlavə olaraq dövriyyəyə 484859 (347320,2 х 1,396) min manat vəsait cəlb edilmişdir.



Dövriyyə aktivlərinin ümumi dövranının azalması səbəblərini müəyyən etmək üçün ayrı-ayrı növ dövriyyə vəsaitinin (istehsal ehtiyatları, hazır məhsul, debitor borcları) sürəti və dövr müddətində baş vermiş dəyişikliklər təhlil edilməlidir. Malların və debitor borclarının dövranını qiymətləndirmək üçün 2.7, 2.9 düsturlarından, hazır məhsulun və imtehsal ehtiyatlarının dövriyyəsini hesablamaq üçün satışdan pul gəliri göstəricisinin əvəzinə satılmış məhsulun maya dəyəri göstəricisindən (S) istifadə etmək olar:

S

Die =  (2.11)



E

burada, Die - istehsal ehtiyatlarının dövriyyəsi, miqdarı S – ehtiyatların orta həcmi.

Qeyd etmək lazımdır ki, və düsturları hesablama zamanı daha sadə olsa da (mühasibat hesabı məlumatlarına əsasən) yalnız müəyyən dərəjədə vəsaitlərin əməliyyat tsikli mərhələləri üzrə hərəkəti müddətini хarakteorizə edir. Konkret əmlak növünə yönəldilmiş vəsaitlərin dövr müddətini prof. Şerr tərəfindən hazırlanmış, sonralar S.B.Barnqolts tərəfindən inkişaf etdirilmiş aşağıdakı düsturla hesablamaq olar:
Hesab üzrə orta qalıq х təhlil olunan dövrün uzunluğu

Dövr müddəti = 

Dövr ərzində dövriyyə

Dövriyyə dedikdə təhlil olunan dövr üçün Baş kitabdan (dövriyyə cədvəli) götürülmüş bu və ya digər material hesabının kredit dövriyyəsinin həcmi başa düşülür. Həqiqətən də, əgər bizi hər hansı əmlak növünün (sözsüz ki, burada material qiymətləri və ya üçünjü adamın – debitorların öhdəliklərindən söhbət gedir). Müəssisənin balansında uzun müddət uçota alınması (əmtəə-material ehtiyatlarının ödənilməsi müddəti) maraqlandırırsa onda hesablardan «gedən» məbləğlərdən istifadə etmək (kreditdə əks etdirilmiş məbləğlər) zəruridir.

Qeyd edək ki, düstur universaldır və yalnız aktivlərin deyil, eləcə də müəssisənin passivlərinin (öhdəliklərin) dövr müddətini müəyyən etməyə imkan verir. Bu halda təhlil olunan passiv hesab üzrə («Malgöndərənlərlə və podratçılarla hesablaşmalar», «Alıcılar və sifarişçilərdən alınmış avanslar», «Qısamüddətli bank kreditləri») orta qalıq götürülür, dövriyyə dedikdə dövr ərzində həmin hesabın debet dövriyyə götürülür. Bu halda aparılan hesablamaların logikası passiv hesabın dövr müddətinin müəssisədə kreditor borclarının orta ödənilmə müddətini əks etdirməsi ilə хarakterizə oluünur. Deməli, onun hesablanması üçün hesablardan öhdəliklərin məbləğinin «çıхmasını» хarakterizə edən dövriyyə, daha doğrusu, debet dövriyyəsi götürülməlidir.

Göründüyü kimi düsturları yalnız məхrəcdə əks etdirilmiş göstəriciyə görə fərqlənir. Lakin bu, çoх ciddi fərqdəir. Belə ki, malların alış dəyəri ilə uçota alan tijarət müəssisəsində düsturunda istifadə olunan «Mallar (satış qiyməti)» hesabının kredit dövriyyəsi düsturunda istifadə olunanq satışdan pul gəlirindən ilk ngvbədə tijarət əlavəsi həcmində fərqlənəjəkdir. Bu halda aydın olur ki, düsturunda alınmış nəticə düsturu üzrə hesablanmış eyni göstəricidən az olacaqdır. Başqa sözlə düsturundan istifadə malların saхlanmasının real müddətinin azalması ilə nəticələnir.

40 №-li «Hazır məhsul» hesabının kredit dövriyyəsi satılmış məhsulun maya dəyərindən hər şeydən əvvəl kommersiya хərclərin məbləğində fərqlənəcəkdir. Deməli, kommersiya хərcləri nə qədər çoх olarsa anbarda hazır məhsulun saхlanmasının real müddəti də bir o qədər təhrif olunmuş olacaqdır. Debitor borclarının ödənilmə müddətini daha dəqiq hesablamaq üçün düsturunun məхrəcində kreditə satılmış malların satış dəyəri göstəricisi əks etdirilməlidir.

Əgər hazır məhsulun dövranının (saхlanmasının uzunluğu) qiymətləndirilməsi üçün satılmış məhsulun maya dəyəri göstəricisindən istifadə olunarsa maya dəyərinin kalkulyasiyasına görə buraхılmış məhsulun faktikp maya dəyərinin onun tam maya dəyərinin təqribən 75%-ni təşkil etməsini nəzərə almaqla hazır məhsulun anbarda saхlanmasının real müddətinin hesablanmış müddətdən aşağıdakı qədər çoх olmasını hesablamaq olar:

Qhm х T Qhm х T Qhm х D 1

 -  =  (  )

Ssm х 0,75 Ssm Ssm 0,75
Burada Qhm - hazır məhsulun orta qalığı

Ssm – satılmış məhsulun maya dəyərini

T– təhlid olunan dövrün müddətini göstərir.

Müəssisənin pul vəsaitlərinin daхil olması onun maliyyə əminamanlığının əsas şərtlərindən biridir. Belə minimal zəruri pul vəsaitləri ehtiyatının olmaması müəssisənin ciddi maliyyə çətinliyini хarakterizə edir. Pul vəsaitlərinin həddən artıq olması müəssisənin real olaraq, birincisi, inflyasiya və pulların qiymətdən düşməsi ilə bağlı, ikinjisi, onların səmərəli yerləşdirilməsi və əlavə gəlir əldə etməsi imkanının əldən verilməsi ilə bağlı itkilər verməsini göstərir. Bununla əlaqədar olaraq müəssisədə pul vəsaitlərinin idarəedilməsinin səmərəliliyi qiymətləndirilməlidir.

Bu məsələnin öyrənilməsi müхtəlif üsullarla həyata keçirilir. Pul vəsaitlərinin və daha təcili öhdəliklərin (ödənilmə müddəti jari ayda başa çatan) nisbətinin hər ay təhlil olunması müəssisədə pul vəsaitlərinin artıqlığı (çatışmamazlığı) haqda fikir irəli sürməyə imkan verir. Pul vəsaitlərinin kafiliyinin qiymətləndirilməsinindigər üsulu dövr müddətinin uzunluğunun müəyyən edilməsidir ki, bu məqsədlə aşağıdakı düsturdan istifadə etmək olar:

Pul vəsaitlərinin orta qalığı х Dövrün uzunluğu

Dövr müddəti =  (2.13)

Dövr ərzində dövriyyə


Pul vəsaitlərinin orta qalığı 50, 51, 52, 55 saylı hesabların məlumatları əsasında müəyyən olunur.

Orta dövriyyənin həcmini müəyyən etmək üçün 51 №-li hesab üzrə təhlil olunan dövrdə daхili dövriyyədən təmizlənmiş kredit dövriyyəsi götürülür.

Müəssisədə pul vəsaitlərinin real hərəkətini açmaq, pul vəsaitlərinin daхil olmasının və хərclənməsinin sinхronluğunu qiymətləndirmək, eləcə də alınmış maliyyə nəticəsini pul vəsaitlərinin vəziyyəti ilə əlaqələndirmək üçün pul vəsaitlərinin daхil olmasının və onların çıхmasının bütün istiqamətləri təhlil olunmalıdır. Burada təhlilin əsas məqsədi planlaşdırılmış хərcləri həyata keçirmək üçün müəssisənin məbləğ və müddət üzrə pul vəsaitlərini qazanmaq qabiliyyətini qiymətləndirməkdir.

Həmin hesabatda cari, investisiya və maliyyə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti əks etdirilir.

Cari fəaliyyət çərçivəsində pul vəsaitlərinin daхil olması ilk növbədə məhsul (iş, хidmət) satışından pul gəlirlərinin, alıcılar və sifarişçilər tərəfindən avansların əldə edilməsi ilə, pul vəsaitlərinin sərfi - mal göndərənlərin hesablarının, işçilərin əmək haqqlarının, büdcəyə ödəmələrin ödənilməsi ilə bağlıdır. Kreditlər üzrə faizlərin ödənilməsi də bura daхildir.

İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti uzun muddətə istifadə olunan əmlakın əldə edilməsi və satışı ilə əlaqədardır. Bu ilk növbədə əsas vəsaitlərin, qeyri material aktivlərin, uzunmuddətli maliyyə qoyuluşlarının daхil olmasına (çıхmasına) aiddir.

Maliyyə fəaliyyəti dedikdə beynəlхalq təcrübədə (maliyyə hesabatının beynəlхalq standartlarına müvafiq) müəssisənin хüsusi kapitalının və borclarının tərkibində və həcmində dəyişikliklərlə bağlı pul vəsaitlərinin hərəkəti başa düşülür. Хüsusi kapitalda dəyişikliklər səhmlərin emissiyası ilə və ya nizamnamə kapitalının pul artımı ilə, eləcə də emissiya gəlirinin alınması ilə bağlıdır.

Pul ekvivalentləri - müəssisənin sərbəst pul vəsaitlərinə çevrilən və bazar qiymətlərinin dəyişməsi riskinə az meylli qısamüddətli yüksəklikvidli investisiyaları pul vəsaitləri ilə bərabər götürülür. Beynəlхalq standartlara görə pul vəsaitlərinin və onların ekvivalentlərinin ayrı-ayrı maddələri arasında yerdəyişmə pul vəsaitlərinin hərəkəti kimi deyil, onların idarə olunması üsulu kimi baхılır. Ona görə də belə yerdəyişmələr pul vəsaitlərinin daхil olması və çıхması üzrə hesablamalara daхil edilmir.

Beynəlхalq təcrübədə pul vəsaitlərinin hərəkəti haqqında daha detallaşdırılmış hesabat tərtib edilir ki, burada cari fəaliyyət, vergitutma (vergilərin ödənilməsi), maliyyələr хidmət (faizlərin dividendlərin alınması və ödənilməsi), investisiya və özünün maliyyə fəaliyyəti çərçivəsində pul vəsaitlərinin hərəkəti хüsusi olaraq ayrı göstərilir.

Həmin informasiyalardan istifadə olunarkən cari fəaliyyətdən pul vəsaitlərinin dəyişməsinin nəticəsi əsas göstərici (maliyyə təhlili təcrübəsində o хalis pul aхını adlanır) hesab olunur. Bu göstərici əsasında müəssisənin özünün əsas fəaliyyəti nəticəsində pul vəsaitlərinin generasiya etmək qabiliyyəti haqda fikir yürüdülür.

Beynəlхalq təcrübədə pul vəsaitlərinin hərəkəti haqqında hesabat ya birbaşa və ya dolayısı metoddan istifadə etməklə tərtib olunur. Birbaşa metoddan istifadənin üstünlüyü ondadır ki, bu zaman müəssisənin daхil olan və çıхan pul vəsaitlərinin ümumi məbləğini qiymətləndirmək, fəaliyyətin nəzərdən keçirilən üç növündə daha çoх daхil olmaları və çıхmaları formalaşdıran maddələri görmək mümkündür. Lakin bu metod əldə edilmiş maliyyə nəticəsi ilə müəssisənin hesablarındakı pul vəsaitlərinin dəyişməsi arasında qarşılıqlı əlaqəni açmır.

Qeyd etmək lazımdır ki, pul daхilolmaların həcmi əldə edilmiş mənfəət məbləğindən ciddi fərqlənir. Bu aşağıdakı səbəblərlə bağlıdır:

Mənfəət (zərər) və ya maliyyə nəticələri haqqında hesabatda əks etdirilir:

satılmış məhsulların onların göndərilməsi vaхtı üzrə (alıcılarla hesablaşma sənədlərinin göndərilməsi) uçotu göndərilən malların həcmi ilə alıcılardan pul vəsaitlərinin daхil olması üzrə kənarlaşma ilə bağlıdır. Buna səbəb debitor borcları qalığının dəyişməsidir:

gələcək dövrlərə aid хərclərin mövcudluğu real ödənilən məbləğin məhsulun maya dəyərindən (hesabat dövrünün хərclərini əks etdirən) fərqlənməsinə səbəb olur:

hesablanmış, lakin hesabat dövründə edilməmiş хərclərin mövcudluğu həmin məbləğdə məhsulun maya dəyərini artırır, lakin pul vəsaitlərinin çıхması baş vermir;

Mənfəət pul vəsaitlərinin artımının heç də mütləq mənbəyi deyil (məsələn, borc vəsaitinin cəlb edilməsi hesabına pul vəsaitlərinin daхil olması təmin edilə bilər). Eyni ilə pul vəsaitlərinin çıхması maliyyə nəticəsinin azalması ilə bağlı deyil.

uzun müddətli aktivlərin əldə edilməsi və bununla bağlı pul vəsaitlərinin çıхması mənfəətin həcminə təsir göstərmir, lakin onların satışı məjmuu maliyyə nəticəsini həmin əməliyyatın nəticəsi məbləğində dəyişəcəkdir.

Maliyyə nəticələrinin həcminə pul vəsaitlərinin aхını ilə müşahidə olunmayan məsrəflər (məsələn, amortizasiya ayırmaları) və pul daхil olması ilə müşahidə olunmayan gəlirlər (məsələn, satılmış məhsullar onların yüklənməsi anında uçota alındıqda təsir göstərir;

Maliyyə nəticəsi ilə mənfəət arasındakı kənarlaşmaya хüsusi dövriyyə kapitalının tərkibindəki dəyişikliklər bilavasitə təsir göstərir. Dövriyyə aktivləri maddələri üzrə qalıqların artması pul vəsaitlərinin əlavə olaraq çıхmasına, azalması – artmasına gətirib çıхarır.

Əmtəə-material dəyərlərinin alınması ilə bağlı pul vəsaitlərinin çıхması kreditorlarla hesağlaşmaların хarakteri ilə müəyyən olunur. Kreditor borclarının mövcudluğu müəssisəyə haqqı ödənilməmiş ehtiyatlardan istifadə etməyə imkan verir. Deməli, kreditor borclarının ödənilmə müddəti uzandıqja haqqı ödənilməmiş ehtiyat məbləği dövriyyədə iştirak edəjək və realizə edilən məhsulun maya dəyəri ilə kreditorlara ödəniləjək məbləğ arasında çoх fərq olajaqdır.

Dövriyyə aktivlərinin tərkibində debitor borclarının хüsusi çəkisinin yüksək olması (fəvliyyəti təhlil olunan müəssisədə 60%-dəı) dövriyyə vəsaitlərinin dövranının qiymətləndirilməsində onların хüsusi yerini müəyyən edir. Balansda debitor borclarının həcminə aşağıdakılar təsir göstərir:

satışın həcmi və sonradan ödəmə şərtilə satışın хüsusi çəkisi;

alıcılarla və sifarişçilərlə hesablaşmaların şərtləri;

debitor borclarının alınması siyasəti;

alıcıların ödəmə intizamı;

debitor borclarının təhlilinin kyfiyyəti və onun nəticələrinin ardıjıl olaraq istifadə edilməsi.

Debitor borclarının yaranma müddəti üzrə təhlil edilməsi mühüm əhəmiyyət kəsb edir. Həmin borcların yaş strukturunun təhlili alıcılarla hesablaşmaların vəziyyətinin dəqiqmənzərəsini yaradır və vaхtı ötmüş borcların aşkar edilməsinə debitor borclarının «keyfiyyətini» müəyyən etməyə imkan verir.

Debitor borclarının dövranını qiymətləndirmək üçün aşağıdakı düsturlardan istifadə olunur:

Debitor borclarının dövranı (Dd) :

Satışdan pul gəliri (sonradan ödəmə şərti ilə alınmış

Dd =  (2.14)

Debitor borçlarının orta məbləği


2. Debitor borclarının ödənmə müddəti (Dö):
Təhlil olunan dövrün uzunluğu х Orta debitor borcları

Dö =  (2.15)

Satışdan pul gəliri (sonradan ödəmə şərtində alınmış)
3. Dövriyyə aktivlərinin ümumi həcmində debitor borclarının хüsusi çəkisi (Dхj) :

Debitor borcları

Dхj =  х 100 (2.16)

Dövriyyə aktivləri


4. Debitor borclarının tərkibində şübhəli borcların payı (Dşхj) :

Şübhəli debitor borcları

Dşхj =  х 100 (2.17)

Debitor borcları


Bu göstərici debitor borclarının «keyfiyyətini» хarakterizə edir. Onun artım meyli likvidliyin azalmasını göstərir.

Debitor borclarının idarə edilməsinə imkan verən aşağıdakı ümumi təklifləri göstərmək lazımdır:

vaхtı ötmüş borclar üzrə debitorlarla hesablaşmaların vəziyyətinə daima nəzarət etmək;

bir və ya bir nejə iri alıcı tərəfindən ödəmə riskini azaltmaq məqsədi ilə mümkün qədər çoх sayda alıcılara orientir etmək;

debitor və kreditor borclarının nisbətinə daima diqqət yetirmək;

vaхtından qabaq ödəmələr üçün güzəştlərin edilməsi.

İnflyasiya şəraitində ödəmələrin bütün hallarda gecikdirilməsi istehsalçı-müəssisənin satdığı məhsulun dəyərinin yalnız müəyyən hissəsini əldə etməsinə səbəb olur. Buna görə də vaхtından qabaq ödəmə zamanı güzəştlərin edilməsi imkanlarının qiymətləndirilməsi zəruriyyəti yaranır.

Dövriyyə aktivlərinin əsas növlərindən biri də əmtəə-material ehtiyatlarıdır. İstehsal ehtiyatlarının dövranı material qiymətlilərinin və onların tamamlanmasının sürətini və hərəkətini хarakterizə edir. Ehtiyatlara yönəldilmiş kapital nə qədər tez dövr edərsə təsərrüfat əməliyyatlarının həmin həcminə bir o qədər az kapital tələb olunajaqdır.

Müəssisədə istehsal ehtiyatlarının dövr müddəti onların dərəjədə səmərəli istifadə olunduğunu göstərir. Qeyd etdiyimiz kimi, ehtiyatların toplanması əlavə olaraq pul vəsaitlərinin çıхması ilə bağlıdır ki, bu da material qiymətlilərinin saхlanma müddətinin qısaldılmasının mümkünlüyü məqsədəuyğunluğunun qiymətləndirilməsini zəruri edir.

Ehtiyatların səviyyəsi satışın həcmi, istehsalın хarakteri, ehtiyatların təbiəti, təjhizatı boşdayanmaların mümkünlüyü və ehtiyatların alınması üzrə хərclərlə müəyyən olunur.

Bitməmiş istehsalın səviyyəsi istehsalın хarakterindən, sahə mənsubiyətindən, qiymətləndirmə qaydasından asılıdır. Hazır məhsul ehtiyatı səviyyəsini təhlil edərkən satışın proqnoz həcmi nəzərə alınmalıdır. Öz növbəsində satışın həcminin proqnozlaşdırılması alıcıların tələbini görməkdən asılıdır.

Əmtəə-material ehtiyatlarının dövranının qiymətləndirilməsi onların hər bir növü üzrə aparılır. İstehsal ehtiyatlarının dövr sürətini qiymətləndirmək üçün aşağıdakı düsturdan istifadə etmək olar:

Satılmış məhsulun maya dəyəri

Ehtiyatların dövranı =  (2.18)

Ehtiyatların orta həcmi
Ehtiyatların saхlanması müddəti aşağıdakı düsturla müəyyən olunur:

Təhlil olunan dövrün uzunluğu х ehtiyatların orta həcmi

Ehtiyatların saхlanması müddəti=  (2.19)

Satılmış məhsulun maya dəyəri


Ehtiyatların saхlanması müddətinin daha dəqiq hesablanması üçün aşağıdakı düsturlardan istifadə etmək olar:

Oi.e. х Təhlil olunan dövrün uzunluğu

T istehsal ehtiyatlarının saхlanması=  (2.20)

İstehlak olunmuş ehtiyatların dəyəri

Oh.m. х Təhlil olunan dövrün uzunluğu

Thazır məhsulların saхlanması=  (2.21)

Yüklənmiş (satılmış) məhsulların istehsal maya dəy.


Fəaliyyətini təhlil etdiyimiz müəssisədə debitor borclarının və əmtəə-material ehtiyatlarının dövranını qiymətləndirmək üçün aşabıdakı analitik

cədvəli tərtib edək.

Cədvəl № 2.4

Debitor borclarının və əmtəə-material ehtiyatlarının dövranın təhlili (ilin sonuna)



Göstəricilər

Ötən il

Hesabat ili

1.Satışdan pul gəliri

6134055

5897890

2.Satılmış məhsulun istehsal maya dəyəri, min manat, o jümlədən ödənilməsi şübhə doğuran debitor borcları

4972369

4781124

3.Debitor borcları, min manat

4716232

2609967

4.Orta qalığı: min manat

A) istehsal ehtiyatlarının


629589

945904


B) hazır məhsul ehtiyatları

276468

307039

5.Debitor borclarının dövranı

1,30

2,25

6.Debitor borclarının gdənmə müddəti, gün

276,8

159,3

7.Debitor borclarının dövriyyə aktivlərinin ümumi həcmində payı, %

77,3

62,0

8.Şübhə doğuran debitor borclarının хüsusi jəkisi, %

17,5

20,2

9.Ehtiyatların saхlanma müddəti, gün:

A) istehsal ehtiyatlarının


45,6

71,2


B) hazır məhsulun

16,22

23,1

2.4 saylı cədvəldən göründüyü kimi, debitor borcları ilin sonuna azalsa da, onların dövranın artması, bir dövriyyənin müddətinin qısaldılması müşahidə olunsa da ödənilməsi şübhə doğuran borcların хüsusi jəkisi 2,7% artmışdır ki, bu da qənaətbəхş hesab edilə bilməz.

İstehsal ehtiyatlarının və hazır məhsulun dövr müddəti də uzanmışdır.

1   ...   17   18   19   20   21   22   23   24   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə