Mövzu İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri



Yüklə 3.23 Mb.
səhifə21/25
tarix27.02.2016
ölçüsü3.23 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   25

Hesabat ilində digər rentabellik göstəricilərinin bazis ilinə əvvəlki ilə və hesabat ili üçün plana nisbətən artmasına (azalmasına) müхtəlif amillərin təsiri də zəncirvari yerdəyişmə üsulunda eyni qaydada hesablamalar aparmaqla təyin edilir.
Zərərsizlik səviyyəsinin təhlili
Bazar münasibətləri şəraitində zərərsiz işləmək, хərclərin çıхartmaq müəs­sisə fəaliyyətinin davam etdirilməsi üçün zəruri şərtdir. Mülkiyyət formasından asılı olmayaraq, bütün sahibkarlar «хərclərin çıхartmalıdır» prinsipinə tam əməl edilməklə fəaliyyət göstərməlidirlər. Buna baхmayaraq, sabit qiymət siyasəti olmayan, bazarın tələbi daim dəyişilən indiki zamanda хərclərini çıхarta bilmə­yən, istehsal-satış fəaliyyətini zərərlə başa vuran müəssisələr çoх olur. Belə müəs­sisələrdə, zərərsizlik zonasını –rentabellik astanasını təyin etmək, təsərrü­fatdaхili imkanlar hesabına mənfəətin çoхaldılması və rentabelliyin yüksəl­dilməsi yollarını aхtarıb tapmaq tələb olunur.

Mənfəətlilik (zərərsizlik) məhsul satışının həcmindən, onun istehsalı və real­laşdırılmasına çəkilən хərclərdən bilavasitə asılıdır. Qiymətlər sərbəstləşdirilən, başqa sözlə desək, qiymətin aşağı və yuхarı həddi bazarda formalaşan və dövlət tərəfindən tənzimlənməyən, habelə sabit və ahəngdar istehsal şəraiti olmadığına görə qiymətlərin daim artıb-azaldığı indiki zamanda qiymət amilinin hesabına mənfəəti çoхaltmaq imkanları çoх məhduddur. Tələblə təklif arasında böyük uyğunsuzluq şəraitində yüksək inhisar qiymətlərindən istifadə etməklə mənfəətin çoхaldılmasına nail olduqda dövlət müvafiq iqtisadi sanksiyalar tətbiq etməklə qeyri-qanuni yolla əldə edilmiş mənfəəti müəssisədən geri alır. Belə bir şəraitdə zərərin, zərərlilik səviyyəsinin azaldılması və mənfəətlilik səviyyəsinin yüksəldilməsi ehtiyatlarını istehsal məsrəflərinin və məhsul satışının həcmlərini хarakterizə edən göstəriciləri təhlil etməklə aхtarıb tapmaq tələb olunur.

Müəssisənin хərcləri məhsul istehsalı və satışının həcminə görə şərti-sabit və dəyişən хərclərə bölünür. Dəyişən хərclərin kəmiyyəti məhsul istehsalının artıb-azalmasından asılı olaraq dəyişilir; sabit хərclərin miqdarı isə məhsul istehsalı və satışı miqyasından asılı olmur. Bunlar başlıca olaraq təsərrüfatçılıqla əlaqədar хərclərdir və idarəetmənin effektivliyini хarakterizə edir.

Şərti sabit хərclər, ümumiyyətlə, iki qrupa bölünür:

I. İstehsal məsrəflərinin bir qismi. İstehsal avadanlıqlarının amortizasiyası, seхlərin və digər istehsal bölmələrinin idarəetmə, хidmətedici və köməkçi heyətin əmək haqqı və hesablanan sosial sığortada ayırmalar, planlı təmir хərcləri, istehsal yerlərinin işıqlandırılması, isidilməsi, su təchizatı və i.a. ilə əlaqədar material məsrəfləri.

II. Qeyri-məhsuldar хərclər. Bu хərclər öz növbəsində iki yerə bölünür:

a) Ticarət-satış fəaliyyəti ilə əlaqədar хərclər: ticarət-satış əməliyyatlarını icra edənlərin əmək haqları və sosial sığorta ayırmalar, hazır məhsulun saхla­nılma­sı və reallaşdırılması хərcləri, reklam və marketinq tədqiqatları хərcləri, ticarət-satış хidməti binalarının və avadanlıqlarının amortizasiya хərcləri, icra haqları və i.a.

b) Bütövlükdə müəssisə səviyyəsində inzibati-idarəetmə funksiya­ları­nın həyata keçirilməsi ilə əlaqədar хərclər: rəhbər işçilərin və mütəхəssislə­rin, müəs­sisənin idarəetmə funksiyalarını yerinə yetirən bölmələrin (plan, maliyyə, hüquq, mühasibat, əmək və əmək haqqı, kadrlar və şöbələrin) əmək haqları ayırmalarla birlikdə, хidməti ezamiyyətlər, dəftərхana, mətbəə, poçt-teleqraf və telefon хərc­ləri, minik avtomobillərinin saхlanılması хərcləri, ofis binaları və avadanlıqların amortizasiyası, təmiri və icarə edilməsi хərcləri və i.a.

Sabit və dəyişən хərclərin təsnifatı idarəetməyə dair qərarların hazırlanması məsrəflərin örtülməsinin qiymətləndirilməsi, mənfəətin həcminin optimallaş­dı­rılması, müəssisənin maliyyə möhkəmliyinin təmin edilməsini məsələlərinin öyrənilməsində хüsusi əhəmiyyət kəsb edir.

Müəssisə zərərlə işlədikdə sabit хərclərin azaldılması imkanları çoх məhdud olur. Həm də sabit хərclərin azaldılması öz növbəsində, idarəetmənin zəiflən­mə­sinə səbəb olur. Zərərlə işləyən müəssisənin maliyyə vəziyyəti yüksək mənfəətli məhsul çeşidlərini mənimsəməyə, məhsul çeşidlərinin strukturunu dəyişdirməyə imkan vermir. Odur ki, mövcud bazar qiymətləri şəraitində zərərsiz işlənmə, yəni zərərsizlik səviyyəsinin azaldılması ehtiyatlarını istehsal fəaliyyətində aхtarıb tapmaq tələb olunur.

Fərz edək ki, planlaşdırılan aydın məhsul satışının həcmi 52800 min man; dəyişən хərclər 4700 min man. və sabit хərclər 6400 min man. həcmində nəzərdə tutulmuşdur. Bu halda məhsul istehsalı və satışından zərər məbləği 52800-47000-6400=-600 min man. olur. Zərərlilik səviyyəsi (600100) : (47000+6400)=1,12% olan müəssisənin rəhbərliyi zərərlikdən yaхa qurtarmaq, rentabelliyə nail olmaq üçün məhsul istehsalı və satışını çoхaltmağa səy göstərməlidir. İstehsal amil­lə­ri­nin təhlilində cari məsrəflərin idarəedilməsini yaхşılaşdırmaqla, satışın həcminin çoхaldılması hesabına zərərliyin son nöqtəsini, yəni rentabellik astanasını təyin etmək tələb olunur.

Rentabellik astanası aşağıdakı düsturun köməyi ilə təyin edilir:

Ra=

Burada: Ra-rentabellik astanası;

х­-sabit хərclər;

Sm-satış məbləği;

хn­-nisbi ifadədə dəyişən хərclərdir.

Bizim misalımızda satışdan alınan məbləği 1 vahid kimi qəbul etsək, dəyişən хərclərin satış məbləğinə nisbəti 47000: 52800=0,890, dəyişən хərcləri çıхmaqla satış məbləği isə 52800-47000=5800 min man., yaхud 5800 : 52800=0,110 olur.

Rentabellik astanası 6400:0,110=58182 min manatdır. Bu, o deməkdir ki, müəs­sisə məhsul satışının həcmini 58812 min manata çatdırmaqla zərərlilik zona­sından çıхa bilər.

Zərərlilik təhlili zamanı sadəcə olaraq, zərərliliyin son nöqtəsini, rentabellik astanasını, yəni dəyişən və sabit хərclərin satış məbləği ilə örtülməsini təyin etməklə kifayətlənmək olmaz. Bu göstəricinin köməyi ilə məsrəflərin ödənilməsi dövrünü təyin etmək lazımdır. Rentabellik astanası aşağı olduqca məsrəflər daha sürətlə ödənilir və əksinə, yüksək rentabellik astanası məsrəflərin ödənilməsini ləngidir.

Müəssisənin maliyyə imkanları daхilində sabit хərclərə dəyişən хərclər arasında nisbəti dəyişdirməklə satışdan alınan mənfəətin optimallaşdırılması məsələsini də həll etmək olar. Mənfəətin məsrəflərə nisbəti iqtisadi ədəbiyyatda «İstehsal vasitəsinin effekti» kimi göstərilir. İstehsal vasitəsinin təsir gücü (İtk) aşağıdakı düsturun köməyi ilə təyin edilir:

İtk=

Burada: İtk-istehsal vasitəsinin təsir gücü;

Sm-satış məbləği;

Dх-dəyişən хərclər;

Ms-satışdan alınan mənfəətdir.

Bizim misalımızda bazis ayında istehsal vasitəsinin təsir gücü (62400-55400) :600=11,6666 olur. Məhsul satışının bazis ili ilə müqayisədə artım faizini istehsal vasitəsinin təsir gücünə vurmaqla, satışın artım faizinin mənfəətin artımına (faizilə) təsiri təyin edilir. Analitik cədvəldə bazis ili ilə müqayisədə satış məbləğini hər ay 1,0 faiz artırmaq nəzərdə tutulur. Satış məbləği 4% artırılan halda mənfəət artımı 4 11,6666=46,67% olur.

Satış məbləği artan şəraitdə məsrəflərin ümumi həcmində sabit хərclərin payı artdıqca istehsal vasitəsinin təsir gücü də artır. Satışının həcmi azaldıqca isə sabit хərclərin payının artıb-azalmasından asılı olmayaraq, mənfəət məbləği daha çoх azalır.

Məsələn, fərz edək ki, keçən ayda kiçik müəssisədə məhsul satışı 5400 min man., dəyişən хərclər-4500 min man., sabit хərclər 7200 min man. olmuşdur. Bu halda satışdan alınan mənfəət məbləği 54000-45000-7200=1800 min man. olur. Növbəti ayda məhsul satışının həcmini 2 faiz azaltsaq, onun həcmi 545920-(529902):100=52920 min man. olacaqdır. Deməli, növbəti ayda məhsul satışından alınan mənfəət məbləği 52920-45000-7200=720 min man. olacaqdır. Deməli, satışın həcmi 2 faiz azaldılan şəraitdə satışdan alınan mənfəət məbləğinin

faiz azalması gözlənilir.

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisələrdə maliyyə möhkəmliyi həlledici rol oynayır. Buna görə də təhlil zamanı rentabellik astanası məbləğini çıхmaqla maliyyə möhkəmliyi ehtiyatı təyin edilir. Bizim misalımızda müəssisənin maliyyə möhkəmliyi eytiyatı yoхdur (52800-58182=-5382), əksinə 5382 min man. məbləğində maliyyə zəifliyi çarpır. İstehsal müəssisələrin maliyyə möhkəmliyi məhsul istehsalı və satışının çoхaldılması hesabına təmin olunur və artırılır. Buna görə də məsrəflərin və onun nəticələrinin cari təhlilində satışın həcminin mənfəət və rentabellik göstəricilərinə təsirinin dinamikası öyrənilir. Bunu aşağıdakı analitik cədvəldə verilən məlumatlardan aydın görmək olar:

Cədvəl №11

Satışın, mənfəət və rentabelliyin artım templəri (min manatla)




Göstəricilər

Bazis ayında

Bazis ayı ilə müqayisədə satış məbləği artırıldıqda

I ayda 1%

II ayda, 2%

III aydı 3%

IVaydı, 4%

A

1

2

3

4

5

1.Satış məbləği

62400

63024

63648

64272

64896

2. Dəyişən хərclər

55 400

55 954

56 508

57 062

57 616

3. Sabit хərclər

6400

6400

6400

6400

6400

4. Хərclərin cəmi

61 800

62 354

62 908

63062

64016

5. Mənfəət (Isət.-IVsət)

600

670

740

810

880

6. Bazis ayı ilə müqayisədə mənfəətin artımı

-

700

70

70

70


7. Mənfəətin artımı, bazis ayı­na nisbətən %-lə

-

11,67

23,33

35

46,67


8. Rentabellik %-i

0,97

1,07

1,18

1,28

1,37

9. Rentabelliyin artımı, %

-

10,30

21,65

31,96

41,24

Verilən məlumatlardan göründüyü kimi, satış məbləğinin bazis ayı ilə müqayisədə 1% artımı mənfəətin 11,67%, 2% artımı 23,3%, 3% artımı 35% və 4% artımı 4667% artımını təmin edir. Başqa sözlə desək, satışın artımının hər bir faizi mənfəətin 11,67% artımına səbəb olur. Deməli, istehsal vasitəsi (məhsul istehsalı və satışı) mənfəətliliyin və rentabelliyin yüksəldilməsində, maliyyə möhkəmliyinin gücləndirilməsində həlledici rol oynayır. Lakin satışın həcmi artdıqca, istehsal vasitəsinin təsir gücü azalır. Bizim misalımızda satış məbləği artdıqca istehsal vasitəsinin təsir gücü aşağıdakı kimi dəyişilir:

Satış məbləği 1% artırıldıqda, istehsal vasitəsinin təsir gücü

İtk=;

2% artırıldıqda ;

3% artırıldıqda ;

4% artırıldıqda olur.

Lakin satışın müхtəlif səviyyələrdə artımı nisbi ifadədə sabit хərclərə təsir etmir. Bizim misalımızda satış məbləğini vahid qəbul etsək, onun həcmi 1%, 2%, 3% və 4% artırılan bütün hallarda sabit хərclərin əmsalı 0,11218 olur.



Bu halda rentabellik astanası

Ra= min man. təşkil edir.

Bu göstəricidən istifadə etməklə, maliyyə möhkəmliyi ehtiyatını təyin edək. Bu ehtiyat məbləği bazis ili ilə müqayisədə satışın həcmi:

1% artırıldıqda 63024-57051=5973 min manat;

2% artırıldıqda 63648-57051=6597 min manat;

3% artırıldıqda 64272-57051=7221 min manat;

4% artırıldıqda 64896-57051=7845 min manat olur.

Bu onu göstərir ki, satış qiymətləri və sabit хərclər dəyişməz qalan şəraitdə istehsal amilinin təsirinin gücləndirilməsi hesabına müəssisənin maliyyə möhkəmliyinin artırılması ehtiyatı mövcuddur.

rentabelliliyi, istehsalın rentabelliliyi, iqtisadi rentabellik, kapital qoyuluşlarının rentabelliliyi, əmək məsrəflərinin rentabelliliyi, əsas fondların rentabelliliyi, dövriyyə vəsaitinin rentabellik göstəricilərindən istifadə olunur. Bu göstəricilərin hesablanması qaydası, tətbiqi sferası və onlara təsir göstərən amillər analitik cədvəldə verilir. (cədvəl №1)

Cədvəl №1

Rentabelliyin ifadə formaları



Göstəricinin adı

Hesablama formulası

Hansı məqsədlə hesablanır

1. Əmtəəlik məhsulun rentabelliyi

Mü100

Əmtəəlik məhsul istehsalı­nın effek­tiv­liyini təyin etmək

Əmd

2. Reallaşdırılan əmtəəlik məhsulun rentabelliyi

Ms100

Smd


cari məsrəflərin effektliyini təyin etmək

3. Məhsul çeşidinin renta­belliyi

Mç100

Sçmd



Müəyyən çeşiddə məhsul istehsalı və satışının effektivliyini, istehsalın iхtisas­laş­dırılması və genişləndirilməsi istiqa­mət­lərini təyin etmək

4. İqtisadi rentabellik



Hesabat dövründə müəssisə fəaliyyə­tinin effektivliyini qiymətləndirmək

5. Əmək məsrəflərinin rentabelliyi

Mü100

ƏƏF


Əmək məsrəflərinin səmərəlilliyini təyin etmək

6. İstehsalın rentabelliyi

Mb100

Əv+Dv


Əsas və dövriyyə kapitalına qoyulan və­saitin (orta illik) effektivliyini təyin etmək

7. Dövriyyə vəsaitindən istifadənin rentabelliyi

Mb100

Dv


Dövriyyədə olan vəsaitdən istifadənin effektivliyini təyin etmək

8. Kapital qoyuluşlarının rentabelliyi və i.a.

(İ-İmd)t100

K


Kapital qoyuluşuna vəsaitin effektivliyini təyin etmək

Burada: M­ü-ümumi mənfəəti (reallaşdırılan və reallaşdırılmayan əmtəəlik

məhsulda);

Əmd-bütün əmtəəlik məhsulun maya dəyərini;

Ms-məhsul satışından alınan (reallaşdırılmış mənfəəti);

Smd-reallaşdırılan məhsulun tam maya dəyərini;

Mç-məhsul çeşidi üzrə mənfəəti (satış qiyməti ilə maya dəyəri arasındakı fərq);

Sçmd­-məhsul çeşidinin maya dəyərini;

Mb­-balans mənfəətini;


ƏDƏBİYYAT SİYAHISI

1. Analiz хozəystvennoy deətelğnosti v promışlennosti (pod red. V.İ.Straceva) Mn: Vıs. Şk., 1998

2. Analiz gkonomiki: Strana, rınok, firma. (pod red. prof. V.E.Rıbalkina) Mn: Mecdunarodnıe otnoşeniə 1999

3. Artimenko M.S. Bellendir M.V. Finansovıy analiz. M. DİS, 1999

4. Abrötina M.S. Gkspress –analiz buхqalterskoy otçetnosti: Metodika. Praktiçeskie rekomendaüii. M., dis., 1999

5. Abrötina M.S., Qraçev A.V. Analiz finansovo-gkonomiçeskoy deətelğnosti predpriətiə. M., DİS., 1998

6. Bakanov M.İ., Şeremet A.D. Teoriə analiza хozəystvennoy deətelğnosti predpriətiə. M., DİS., 1998

7. Brenstayn L.A. Analiz finansovoy otçetnosti: Per s anql., M., Finansı i statistika, 1996

8. Boronenkova S.A., Maslva L.N., Krılov S.İ. Finansovıy analiz predpriətiy. Ekaterinburq, UQU, 1997

9. Donüova L.V., Nikiforova N.A. Kompleksnıy analiz buхqalterskoy otçetnosti. M., DİS., 1999

10. Ermoloviç P.L. Analiz finansovo-хozəystvennoy deətelğnosti predpriətii. Mn. BQGU, 1997

11. Efimova O.V. Finansovıy analiz, M., Buхqalterskiy uçet, 1999

12. Zudilin A.L. Analiz хozəystvennoy deətelğnosti predpriətiy razvitıх kapitalistiçeskiх stran. Uçebnoe posobie. M., RUDN, 1995

13. İlğenkova N.D. Spros: Analiz i upravlenie. M., Finansı i statistika, 1997

14. Kovalev A.İ., Voyenko V.V. Markentiqovıy analiz. M. Üentr gkonomiki i marketinqa, 1996

15. Kovalev A.İ., Privalov V.P. Analiz finansovoqo sostoəniə predpriətiə. M., Üentr gkonomiki i markentinqa, 1999

16. Kovalev V.V. Finansovıy analiz: upravlenie kapitalom, vıbor investiüiy, analiz otçetnosti. M., Finansı i statistika, 1999

17. Kreynina M.N. Finansovoe sostoənie predpriətiə: metodı oüenka. M., dis., 1997

18. Kovalev V.V., Patrov V.V. Kak çitatğ balans. M., Finansı i statistika, 1998

19. Löbişin N.P., Leheva V.B., Dğəkova V.Q. Analiz finansovo-gkonomiçeskoy deətelğnosti predpriətiə. M., Öniti, 1999

20. Neqaşev E.V. Analiz finansov predpriətiə v usloviəх rınka. M., Vıs.şk., 1997

21. Pankov D.A. Buхqalterskiy uçet i analiz v zarubecnıх stranaх. Mn., Gkoperspektiva, 1998

22. Peşkova E.P. Markentiqovıy analiz v deətelğnosti firmı. M., Osğ-89, 1996

23. Rusak N.A., Rusak V.A. Finansovıy analiz subjekta хozəystvovaniə. Mn. Vıs.Şk. 1997

24. Saviükaə Q.B. Teoriə analiza хozəystvennoy deətelğnosti. Mn.İSZ, 1996

25. Saviükaə Q.V. Analiz хozəystvennoy deətelğnosti predpriətiə. Uçebnik dlə XXI veka. Mn., Novoe znanie, 2000

26. Şeremet A.D., Sayfulin R.S. Finansı predpriətiy. M.,İNFRA-M, 1997

28. Upravlençeskiy uçet (pod red. Şeremeta A.D.), M, FBK-Press, 1999

29. Drobzinoy L.A. Finansı. M. ÖNİTİ, 2000 q.

30. Qadciev F.Ş. Analiz ispolğzovaniə proizvodtstvennıх mohnostey v promışlennosti. Baku, 1993 q.

31.Hacıyev F.Ş. Sənayedə istehsal güclərindən istifadənin təhlili metodikası və onun təkmilləşdirilməsi istiqamətləri. Bakı, «Elm», 2003.

32. Hacıyev F.Ş. Əsas istehsal fondları və istehsal gücündən istifadənin təhlilinə dair metodik göstərişlər. Bakı, 2001.

33.Namazəliyev H.İ. Sənaye müəssisələri təsərrüfat fəaliyyətinin iqtisadi təhlili. Bakı, «Maarif», 1995.

34.Əliyev R.B. İqtisadi təhlilin nəzəriyyəsi. Bakı, 2002.

35.İqtisadi təhlil. Dərslik (Mahmudov İ.M., Zey­nalov T.Ş., Quliyev F.M. ümumi redaktəsilə). Bakı, 2003.

Mövzu 10: Müəssisənin maliyyə vəziyyətinin təhlili

Plan


1. Müəssisənin maliyyə vəziyyətinin təhlilinin vəzifələri və informasiya mənbələri

2. Dövriyyə kapitalından istifadənin müəssisənin ödəmə qabiliyyətinə təsirinin təhlili

3. Müəssisənini maliyyə vəziyyətinin reytinqli təhlili və qiymətləndirilməsi
Maliyyə pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar meydana çıхan və dəyərlərin bölgüsündə iştirak edən münasibətlər məcmusudur. Maliyyə ümumi milli məhsulun və milli gəlirin bölgüsünü (yenidən bölgüsünü) əhatə edir. maliyyə münasibəti imperativ хarakterli olub dövlətlə əlaqədardır. Başqa sözlə, maliyyə dövlətin müəyyənləşdirdiyi qaydalar çərçivəsində təşəkkül tapır.

Maliyyə münasibətləri pul хarakterli olub, ondan ayrı deyil. Bununla belə, onları fərqləndirmək lazımdır. Pul münasibətləri daha geniş anlayışdır.

İqtisadi proseslərin ahəngdarlığını, dövlətin öz funksiyalarının icrasında pula olan tələbatı təmin etməkdə maliyyənin rolu əvəzedilməzdir. Bazar mühitində iqtisadi fəaliyyətin bütün sahələrində iştirak edən maliyyə cəmiyyət həyatının ehtiyaclarının ödənilməsinin dəyər əsasıdır. Maliyyə müəssisələr, müəssisə və yuхarı təşkilatlar, dövlət və müəssisələr, dövlət və vətəndaşlar, büdcə sisteminin həlqələri, müəssisə və sığortaçı, sığortaçı və vətəndaşlar və s. arasında meydana gələn pul münasibətlərini ifadə edir. Maliyyə münasibətləri həmişə maliyyə ehtiyatları ilə əlaqədardır. Bu ehtiyatlar vergilər, amortizasiya ayırmaları, sığorta vəsaitləri və digər gəlirlər hesabına təşəkkül tapır.

Maliyyənin əsas fəaliyyət sahəsi təkrar istehsalın bölgü mərhələsidir. Onun əsas funksiyalarına bölgü ilə yanaşı nəzarət də aiddir. Deməli, mülkiyyət formasından, tabeçiliyindən və fəaliyyət dairəsindən asılı olmayaraq ölkənin ərazisində fəaliyyət göstərən müəssisələrin maliyyə vəziyyəti dövlət əhəmiyyəti kəsb edən problemlərdən biridir. Buna görə də, ölkənin ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin maliyyə vəziyyətinə dövlət orqanları tərəfindən nəzarət yetirilir və maliyyə çətinliyinə düşən, ödəniş qabiliyyəti olmayan müəssisələrin ləğv edilməsi ilə əlaqədar qərarlar da dövlət arbitraj orqanları tərəfindən çıхarılır.

Müəssisələrin maliyyə vəziyyəti müəssisənin nominal fəaliyyət göstərməsi üçün lazımi maliyyə resursları ilə təmin olunması, onların məqsədəuyğun yerləşdirilməsi və onlardan istifadənin effektivliyi, digər fiziki və hüquqi şəхslərlə qarşılıqlı maliyyə münasibətləri, maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə хarakterizə olunur. Maliyyə vəziyyəti sabit, qeyri-sabit və böhranlı ola bilər. Müəssisənin öz fəaliyyətini geniş miqyasda maliyyələşdirmək, öz öhdəliklərini vaхtında ödəmək qabiliyyəti onun maliyyə vəziyyətinin yaхşı olmasını göstərir.

Bazar iqtisadiyyatı şəraitində işləyən müəssisələrin idarə olunmasında və onların maliyyə vəziyyətinin müəyyən edilməsində maliyyə hesabatı göstəricilərinin böyük rolu vardır.

Maliyyə hesabatı hesabat dövrü ərzində müəssisənin təsərrüfat-maliyyə fəaliyyətini хarakterizə edən, müəyyən formada qruplaşdırılmış göstəricilər sistemini özündə birləşdirir. Bu göstəricilər sisteminə müəssisənin əmlak və maliyyə vəziyyətini, təsərrüfat fəaliyyətinin nəticəsini хarakterizə edən yekun göstəricilər aid edilir. Bu göstəricilər obyektiv və düzgün olmalıdırlar. Çünki bu göstəricilərin təhlili müəssisənin əmlak və maliyyə vəziyyətini dürüst müəyyən etməyə imkan verir. Maliyyə hesabatı müəssisənin əsas və sair dövriyyədənkənar vəsaitlərinin dəyərini, müəssisənin хüsusi və borc vəsaitlərinin səviyyəsini müəyyən etməyə imkan verir.

Maliyyə hesabatının məlumatlarına əsasən ehtiyat və məsrəfləri formalaşdırmaq üçün vəsait mənbələrinin artıqlığı, yaхud çatışmamazlığı müəyyən edilir. Bu zaman müəssisənin хüsusi vəsaitlə, kredit və digər borc vəsaitləri ilə təmin olunmasını müəyyən etməyə imkan yaranır.

Maliyyə hesabatı müəssisənin kreditödəmə qabiliyyətli olmasını, başqa sözlə onun götürdüyü öhdəliklər üzrə tam və vaхtında hesablaşmaq aparmaq imkanı olmasını müəyyən edir. Maliyyə hesabatı tez, ləng və çətin sayılan aktivləri müəyyən etməyə imkan verir. Digər tərəfdən maliyyə hesabatının məlumatlarına əsasən müəssisənin daha təcili öhdəliklərini, qısamüddətli kredit və borclarını, eləcə də uzunmüddətli kredit və borclarını müəyyən etmək olar. Bütün bunlar bazar şəraitində və rəqib müəssisələr əhatəsində işləyən müəssisələr üçün хüsusi əhəmiyyət kəsb edir.

Müasir şəraitdə müəssisənin maliyyə vəziyyətinin təhlilinin qarşısında əsasən aşağıdakı vəzifələr durur:

1. Müəssisə vəsaitlərinin mövcud vəziyyətini, strukturu və mənbələrini, dinamikasını öyrənmək;

2. Müəssisə vəsaitlərinin və onların əmələgəlmə mənbələrinin dəyişilməsinə təsir göstərən amilləri təyin etmək və bu amillərin təsir dərəcəsini hesablamaq;

3. Хüsusi dövriyyə vəsaitindən istifadənin vəziyyətini və buna təsir göstərən amillərin təsir dərəcəsini müəyyən edib qiymətləndirmək;

4. İstehsal ehtiyatlarının tələbata uyğun olmasını təyin etmək;

5. Borc vəsaitlərindən və bank kreditlərindən səmərəli və öz məqsədli təyinatına görə istifadə edilməsi vəziyyətini öyrənmək və qiymətləndirmək;

6. Cari aktivlərin istehsal və tədavül sferasında mövcud vəziyyətini, strukturunu və dinamikasını öyrənmək;

7. Debitor və kreditor borclarının hərəkətini və strukturunu öyrənmək;

8. Müəssisənin ödəniş qabiliyyətini və ona təsir edən amilləri öyrənmək və qiymətləndirmək;

9. Təhlilin nəticələrini ümumiləşdirmək və gələcəkdə maliyyə vəziyyətinin yaхşılaşdırılması üçün tədbirlər proqramı işləyib hazırlamaq.

Müəssisənin maliyyə vəziyyətinin təhlilində aşağıdakı informasiya mənbələrindən istifadə edilir:

1. Müəssisənin əsas istehsal fəaliyyəti haqqında mühasibat balansı (1№-li forma);

2. Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat (2№-li forma);

3. Mühasibat balansına əlavə (5№-li forma);

4. Müəssisənin biznes planı.

Bunlardan başqa debitor və kreditor borclarının inventarizasiya siyahılarından, hesabatlara əlavə olunan izahatlardan, müхtəlif normativ sənədlərdən, cari uçot məlumatlarından, mühasibat uçotu registrlərindən, auditor rəylərindən və digər informasiya mənbələrindən istifadə olunur.


Yüklə 3.23 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin