Mövzu İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri




Yüklə 3.23 Mb.
səhifə2/25
tarix27.02.2016
ölçüsü3.23 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   25

Müqayisə üsulu: iqtisadi proses və hadisələr, onları xarakterizə edən göstəriciləri müqayisə etməklə dərk edilir. Müqayisə aparmaq üçün iqtisadi göstəriciləri müqayisəyə gələn şəklə salmaq lazımdır. İqtisadi təhlil demək olar ki, müqayisədən başlayır. Müqayisə son mərhələni belə təşkil edir: məsələn, planlaşdırılan tədbirlərin optimal variantını müəyyən etmək üçün müqayisənin son mərhələsindən istifadə edilir. Kənarlaşmanın böyüklüyü barədə ilk təsəvvürü müqayisə üsulu yaradır. Müqayisə üsulu bir tərəfdən potensial imkanın nə dsərəcədə səfərbər edilməsi barədə təsəvvür yaradırsa, digər tərəfdən potensialın səfərbər edilməsi üçün şəraitin hansı səviyyədə yaradılmasının zəruriliyi haqqında məlumat verir.

İqtisadi tədqiqatlarda müqayisə üsulundan daha çox istifadə olunur. Porses və ya hadisəni xarakterizə edən hər bir göstəriciyə, onların nəticələrinə qiymət vermək, gedişatına nəzarət yetirmək, gələcək dövrləri üçün proqnozlaşdırmaq məqsədilə bir-birilə, plan, normativ və i.a. göstəricilərlə müqayisə edilir. Müqayisə üsulunun köməyi ilə ümumi və ya spesifik hadisə və proseslər təyin edilir, tədqiq olunan obyektlər əmələ gələn dəyişikliklər, onların inkişafı tendensiyaları, istiqamətləri və qanunauyğunluqları öyrənilir.

Müqayisə təkcə iki təsrrüfat, yaxud eyni təsərrüfat daxilindəki iki sex, briqada arasında deyil, eyni briqadada, hətta eyni şəxsin iş nəticələri üzrə də aparılmalıdır. Təcrübə göstərir ki, briqadaya daxil olan üzvlər bir-birindən fərqli iş nəticələri göstərə bilərlər. Bir halda ki, təcrübədə belə faktlara rast gəlirik, deməli fərqi yüksək nəticəyə nailolma səbəbini də müvafiq göstəricilərlə müqayisə etməklə öyrənmək lazımdır.

Təcrübə göstərir ki, heç bir iş təcrübəsinə malik olmayan iki fəhlə eyni iş gördükdə, onların işinin nəticələri müxtəlif olur. Deməli, burada da müqayisə yolu ilə öyrənilməsi məsələlər mövcuddur. Məlumdur ki, fəhlənin gün ərzində gördüyü işin həcmi müəyyən mənada, iş qabiliyyətinin səmərəliliyindən, iş yerinin təşkilindən və digər amillərdən asılıdır.

Fəhlə müxtəlif saatlarda gördüyü işin nəticəsinin fərqini, onun əmələgəlmə səbəbini müqayisə üsulu ilə müəyyən edə bilər. Bu isə fəhləyə daha səmərəli, yaxud optimal iş üsulu seçməklə müsbət nəticəyə nail olmaq imkanı verər.

Müqayisə üsulu itkilər barəsində aydın təsəvvür yaradır.

İdarəetmə sistemində müqayisə üsulunun tətbiqi dairəsi çox genişdir. Belə ki, təcrübədə faktiki göstəriciləri müvafiq planla, məhsul istehsalına faktiki məsrəfləri normativ göstəriciləri ilə tutuşdurmaqla məsrəf normalarının gözlənilməsi və yeni texnika və texnologiyadan istifadənin, istehalın və əməyin təşkilinin yeni, daha mütərəqqi formalarının tətbiqinin məsrəfveriminə təsiri, hesabat dövrünün göstəricilərinin əvvəlki dövrlərin, yaxud, orta illik (rüblük, aylıq) göstəriciləri ilə tutuşdurmaqla iqtisadi proseslərin inkişaf meyli qiymətləndirilir. Bazar rəqabəti şəraitində təhlil aparılan müəssisənin göstəricilərini istehsal istiqaməti eyni olan və eyni çeşiddə məhsul buraxan, yeni texnika və texnologiyalardan istifadə etməklə böyük nailiyyətlər qazanan başqa müəssisələrin göstəriciləri, habelə həmin istehsal sahəsində fəaliyyətdə olan müəssisələr üzrə orta göstəricilərlə tutuşdurmaqla istifadə olunmamış təsərrüfatdaxili ehtiyatlar aşkara çıxarılır və onların səfərbər edilməsini təmin edən idarəetmə qərarları hazırlanır.

Bazar münasibətləri şəraitində maliyyə və maddi resurslarından bu və ya digər çeşiddə və strukturda, keyfiyyətdə məhsul, iş və xidmətlər istehsal, bu və ya digər istiqamətlərdə investisiya qoyuluşları, daxili və xarici bazar üçün məhsul istehsalı və reallaşdırılması və s. və i.a. sahibkar üçün eyni dərəcədə faydalı olmur. Mövcud xüsusi və cəlb edilmiş vəsait mənbələrindən, maliyyə, əmək, material resurslarından hansı məqsədlərlə istifadə olunmasının effektliliyini təyin etmək üçün sahibkarlar konkret hesablamalarla əsaslandırılmış çoxlu sayda, variantda qərar layihələri hazırlayır və bunları müqayisə etməklə ən sərfəli, daha optimal variant seçir.

Bu və ya digər texniki, texnoloji, təşkilati tədbir, yaxud tədbirlər kompleksi həyata keçirildikdən sonra təsrrüfat fəaliyyətinin nəticələrini, xüsusilə də məsrəflərin hər manatına müqayisəyə gələn qiymətlərlə məhsul çıxımı, mənfəətverimi göstəricilərini müqayisə etməklə tədbirlərin həyata keçirilməsinin faydalılığı qiymətləndirilir, ayrı-ayrı amillərin təsiri təyin edilir.

Bazar münasibətləri şəraitində müəssisənin gələcək fəaliyyətinin optimal planlaşdırılması və proqnozlaşdırılması sahibkar mülkiyyətinin qorunması və inkişaf etdirilməsi probleminin həllində xüsusi əhəmiyyət kəsb edir.

Müəssisənin iqtisadi və sosial inkişafı planında cari il üçün nəzərdə tutulan plan göstəriciləri əvvəlki 3-5 orta illik faktiki göstəriciləri, hesabat ilinin göstəriciləri ilə müqayisə etməklə plan göstəricilərinin əsaslı olub-olmaması təyin edilir. Bunu aşağıdakı analitik cədvəldə verilən məlumatlardan istifadə etməklə aparılan hesablamadan daha aydın görmək olar.
Müqayisəyə gələn qiymətlərlə əmtəəlik məhsulların istehsalı (min.man)

Məhsulun çeşidi

Keçmiş illərdə

Dörd ildə orta hesabla

Gələn il plan üzrə

1-ci ildə

2-ci ildə

3-cü ildə

4-cü ildə

A

364

390

390

416

390

390

B

260

267

283

287

274

325

C

204

204

248

206

218

214

Ç və i.a.

212

214

198

216

210

208

Yekunu

4979

5083

5239

5395

5174

5200

Məlumatlardan göründüyü kimi, gələn il üçün məhsul istehsalı planı kifayət qədər əsaslandırılmamışdır. Növbəti ildə məhsul istehsalının plan həcmi bazis ili ilə müqayisədə (5200x100I4979)-100=4,4% yüksək nəzərdə tutulmasına baxmayaraq əvvəlki dörd ildə orta artım tempi ilə müqayisədə xeyli aşağıdır.

Buna baxmayaraq, gələn il üçün müəssisənin iqtisadi və sosial inkişafı planında istehsalın həcminin əvvəlki dörd ildə orta illik həcmi ilə müqayisədə (5200x100/5174)-100=0,5% çoxaldılması nəzərdə tutulur. Eyni zamanda gələn ildə istehsalın plan həcmi hesabat ilindən istehsalın faktiki həcmi ilə müqayisədə (5200x100/5395)-100= -3,6% azdır. Deməli, gələn il üçün məhsul istehsalına dair plan göstəricisini müəssisə üçün məqbul hesab etmək olmaz.

Müasir texniki iqilab şəraitində ehtiyatların axtarılıb tapılması və səfərbər edilməsində təşkilati-texniki tədbirlər həlledici rol oynayır. Həyata keçirilən təşkilati-texniki tədbirlər üzrə faktiki göstəriciləri müvafiq plan göstəriciləri ilə müqayisə etməklə istifadə olunmamış təsərrüfatdaxili ehtiyatlar aşkar edilir.

Qəbul edilmiş planda nəzərdə tutulan müvafiq hesablamalarla əsaslandırılmış bu və ya digər təşkilati-texniki tədbirin tamamilə yaxud qismən həyata keçirilməsi və bu səbəbdən məhsul istehsalının azalması müqayisə üsulundan istifadə etməklə təyin edilir. Bunu aşağıdakı analitik cədvəldən daha aydın görmək olar.
Təşkilati-texniki tədbirlər üzrə planın yerinə yetirilməsi

N

Tədbirin adı

Plan üzrə

Faktiki

Plandan kənar

Planın yerinə yetirilməsi faizi

Kənarlaşma faizi

1

Yeni texnika və texnoloji vasitələrin alınması, min. man.

420

387

-33

92.14

-7.86

2

İstifadədə olan maşın və avadanlıqların modernləşdirilməsi, min. Man

330

210

-120

63.64

-36.36

3

Yeni texnologiyalardan istifadə min.man.

180

95

-85

52.78

-47.22

4

İstehsal proseslərinin avtomatlaşdırılması və i.a.

65

24

-41

36.92

-63.08

Məlumatlardan göründüyü kimi, texniki-texnoloji tədbirlərin heç biri üzrə plan yerinə yetirlməmişdir. Bu tədbirlərin hər birinin yerinə yetirilməsinin əmək məhsuldarlığının artımına təsiri planda göstərilir. Əmək məhsuldarlığının artım faizinə məhsul çıxımının artımına dair plan göstəricisindən və texniki-texnoloji tədbirin kəsirlə yetirilməsi faizi göstəricisindən istifadə etməklə, başqa sözlə desək, tədbir üzrə planın kəsirlə yerinə yetirilməsi faizini, əmək məhsuldarlığının yüksəlməsinin hər faizinə düşən məhsulun plan üzrə artım məbləğini tədbirin kəsirlə yerinə yetirilməsi faizinə vurub 100-ə bölməklə bu amilin məhsulun dəyər ifadəsində həcminin azalmasına təsiri hesablanır.

Satış qiymətləri dövlət tərəfindən tənzimlənməyən bazar iqtisadiyyatında məhsul istehsalının effektliyi ilk növbədə məsrəf normalarının gözlənilməsindən asılıdır. Xammal, elektrik enerjisi, neft məhsulları, yarımfabrikat, yanacaq, qaz, buxar, əmək və əmək haqqı və i.a. üzrə məsrəf normalarından kənarlaşmalar üsullunun köməyi ilə təyin edilir.

Faktiki resurs sərfi miqdarını faktiki məhsul istehsalına norma üzrə resurs sərfi miqdarı ilə müqayisə etməklə məsrəf normalarından kənarlaşmalar hesablanır. Bunu aşağıdakı analitik cədvəldə daha aydın görmək olar.


Xammal və material sərfi normalarının gözlənilməsinin təhlili

N

Material resurslarının adı



Resurs sərfi, tonla

Normadan kənarlaşma-,+

Faktiki məhsulun həcminə norma üzrə

Faktiki

Mütləq kənarlaşma -,+

Nisbi kənarlaşma %-lə-­­



1

Xammal

624

548

-76

-12,18

2

Neft məhsulu













3

Materiallar

436

406

-30

-6,88

4

Yarımfabrikat

230

484

+254

+110,43

5

Yanacaq

128

136

+8

+6,25

6

Elektrik enerji kv/saat

2430

2200

-230

-9,46

7

Sair material məsrəfləri, man.

3840

4250

+410

+10,68

Təsərrüfat fəaliyyətinin təhlilində iqtisadi məsələlərin həllinə dair müxtəlif variantlarda qərar layihələrini müqayisə etməklə daha optimal variant, yəni bütün imkanlardan tam istifadəyə imkan verən variant seçilir.

Son illərdə iqtisadi təhlil işlərində horizontal, vertikal, trend, birölçülü, çoxölçülü və digər müqayisə üsullarından istifadə horizontal müqayisəli təhlildə tədqiq olunan müəssisənin faktiki göstəriciləri baza göstəriciləri illə müqayisə etməklə mütləq və nisbi kənarlaşmalar təyin edilir.

Vertikal müqayisləri təhlildə ümumi göstəricidə onun ayrı-ayrı tərkib hsissələrinin xüsusi çəkilərini, ayrı-ayrı tərkib hsisələrinin bir-birinə və ümumi göstəriciyə nisbətlərini hesablamaqla iqtisadi proses və hadisələrin strukturu və onda əmələ gələn dəyişikliklər öyrənilir.



Birölçülü müqayisəli təhlildə bir obyektə aid bir, yaxud bir neçə göstərici ya da eyni göstərici timsalında müqayisə edilir.

Çoxölçülü müqayisəli təhlildə bir neçə müəssisənin fəaliyyətinin nəticələinə dair çoxlu sayda göstəricilər müqayisə edilir.

Məsələn, bir neçə müəssisənin timsalında zərərsizlik ehtiyatı faizi, likvidlik əmsalı, dövr sürəti əmsalı, kapitalın rentabelliyi faizi, satışın rentabelliyi faizi, cari aktivlərdə xüsusi dövriyyəyə kapitalın payı və sairə bu qəbildən olan əsas keyfiyyət göstəriciləri çoxlu sayda müəssisələrin timsalında müqayisə etməklə standart qərarlar qəbul edilir.



Qruplaşdırma üsulu: Qruplaşdırma statistik tədqiqat üsuludur. Statistika elmində proses və hadisələri ümumiləşdirmək və tiplərə ayırmaq məqsədilə istifadə olunur. İqtisadi təhlil işlərində orta kəmiyyətlərin qiymətləndirilməsi, ayrıca götürülən göstəricilərin bu kəmiyyətdə yerini, öyrənilən göstəricilər arasıında qarşılıqlı əlaqələri aşkar etmək üçün bu üsuldan istifadə edilir.

Qruplaşdırmanın qurulması metodikasının tətbiqində aşağıdakı ardıcıllığın zəruridir:



  1. Təhlilin məqsədinin müəyyən edilməsi

  2. Qruplaşdırma üçün seçilən obyektlərə dair məlumatların toplanılması

  3. Qruplaşdırma üçün yığılan məlumatların müəyyən əlamətlərə görə sıra ilə düzümü

  4. Qruplaşdırma və amil əlamətlərinə görə orta qrup göstəricilərinin öyrənilən nəticələrə təsiri iqtiqamətlərinin təyin edilməsi

  5. Alınan orta kəmiyyətlərin təhlili, qarşılıqlı əlaqələrin amil göstəricilərin öyrənilən nəticələrə təsiri istiqamətlərinin təyin edilməsi.

Təhlil işlərində toplanılan göstəricilərin düzgün qruplaşdırılması zəruri şərtdir. İnformasiyanın düzgün qruplaşdırılması göstəricilər arasında asılılığı öyrənməyə, öyrənilən hadisələrin mahiyyətini daha dərindən, daha dəqiq öyrənməyə, sistemləşdirməyə, daha xarakterik və nümunəvi əlamətləti təyin etməyə imkan verir.

Zəncirvari-yerdəyişmə üsulu: Bu üsulu göstəricilər arasında funksional asılılıq olduğu halda tətbiq etmək olar. Analitik işlərdə zəncirvari-yerdəyişmə üsulundan daha çox istifadə olunur.

Bu üsuldan dörd variantda istifadə edilə bilər. Bunlar göstəricilər arasında fərqin müəyyən edilməsi, hesablamar və təsir edən amilin payını tapmaq variantlarından ibarətdir.

İqtisadi təhlil metodikasının ən vacib məsələsi amillərin təsirinin müəyyən edilməsidir. Determinləşdirilmiş təhlildə bu məqsədlə zəncirvari yerdəyişmə, indeks, mütləq fərq, nisbi fərq mütənasib bölgü və inteqral üsullarından istifadə olunur. Axırıncı iki üsul müstəsna olmaq şərtilə, qalan bütün tədqiqat üsulları xaric etmə, kənarlaşdırma metoduna əsaslanır. Başqa sözlə desək, əsas nəticə göstəricisinə təsir göstərən amillərin hər birinin təsirini ayrı-ayrılıqda hesablamaq və ümumi kənarlaşma kəmiyyətindən çıxmaqla ayrı-ayrı amillərin təsirinin təyin edilməsi üsularıdır. Lakin analitik işlərdə zəncirvari-yerdəşmə üsulundan daha çox istifadə olunur. Bu və ya digər göstəriciyə iki və daha çox amilin təsrini təyin etmək üçün lazım gəldikdə əksər hallarda bu üsuldan istifadə edilir.

Balans üsulu: Bu üsuldan müxtəlif göstəricilərin əlaqələrinin öyrənilməsində istifadə edilir. Bunun əhəmiyyəti ondadır ki, öyrənəcəyimiz göstəriciyə təsir edən amilləri müəyyən etməklə göstəricinin düzgün olması barədə məlumat əldə edə bilərik.

Balans əlaqələndirmə üsulundə əsas nəticə göstəricisinə müxtəlif amillərin təsirini hesablama göstəricilərinə dair hesablamalardan istifadə edilmədən sadəcə olara faktiki və plan göstəricilərini tutuşdurmaq yolu ilə də təyin etmək olar. Lakin bu halda bu və ya digər amilin əsas göstəriciyə təsirinin mahiyyətini hesaba almaqla müsbət kənarlaşmanı mənfi və mənfi kənarlaşmanı müsbət kənarlaşma kimi qəbul etmək tələb olunur.



Seçmə üsul: Seçmə üsulu bu və ya digər prosesi xarakterizə edən göstəricinin öyrənilməsini operativ həll etməyə imkan verir. Məsələn, iş vaxtı itkisini öyrənmək üçün bütün gun ərzində deyil, müəyyən vaxtda iş vaxtının müşahidəsinin təşkili rolu ilə müəyyən etmək mümkündür. Bu üsuldan istifadə təhlil üçün səciyyəvi göstəricilərin seçilməsində mühüm əhəmiyyət kəsb edir.

Yadda saxlamaq lazımdır ki, bu üsulla kiçik ərazidə aparılmış fəaliyyətdə olan müəssisələrin timsalında tədqiqatın nəticələrinin bütün əraziyə şamil edilir. Buna görə də tədqiqatın aparılması elə dəqiq olmalıdır ki, xətaya yol verilməsin.



Variasiya əmsalı: Bu üsul vasitəsilə orta göstərici ətrafında kənarlaşmanın böyüklüyü barədə təsəvvür yaratmaq olur. Variasiya əmsalı vasitəsilə il boyu işçi qüvvəsində istifadə etməni, məhsul istehsalının ahəngdarlığını, hasilat normalarının yerinə yetirilməsi üzrə kənarlaşmanı öyrənmək və tədqiq eetmək mümkündür.

Variasiya əmsalı müqavilələrin yerinə yetirilməsi üzrə kənarlaşşma ehtimalını müəyyən etməyə imkan verir. Beləliklə də, istehsalın böyüklüyünü nəzər almaq və idarəetmə qərarı qəbul etmək imkanı yaranır.



Korrelyasiya üsulu: Bu üsul göstəricilər arasında olan asılılığın, əlaqənin yaxın və uzaq olmasını müəyyən etməyə imkan verir. Korrelyasiya üsulu proses və hadisələrin inkişafı qanunauyğunluğunu müəyyən etməkdə mühüm əhəmiyyətə malikdir.

Qrafik üsulu: Bu üsuldan göstəricilərin dinamikasını daha aydın və əyani dərk etmək üçün istifadə edilir. Qrafik üsulu göstəricilər arasında əlaqəni də əks etdiri. Məlumdur ki, əməyin fondla silahlandırılmasının yüksəlməsi əmək məhsuldarlığına müsbət təsir göstərir. Deməli, bbu iki göstərici arasında əlaqə vardır. Lakin əmək məhsuldalığının artması təkcə bu göstəricidən asılı deyildir. Bu göstəricilər qrafikdə əks etdirildikdə, bir tərəfdən, iki göstəricinin bir-birindən asılılığı, digər tərəfdən isə, bunların başqa amillərdən nə dərəcədə asılı olmasını təsəvvür etməyə imkan verir.

Şəbəkə qrafiki: Bu üsuldan əksaər hallarda vaxt üzrə ehtiyat mənbələrini meydana çıxarmaq üçün istifadə edilir. Şəbəkə qrafikinin üstün cəhətləri ondan ibarətdir ki, bu üsul həm iş proseslərinin ardıcıllığını, həm də bu prosesdə digər iş proseslərinin yerinə yetirilməsi üçün ehtiyat vaxt fondunu aşkara çıxarmağa imkan verir.

Kütləvi xidmət nəzərriyəsi: Bu üsuldan xidmətin keyfiyyətinə qiymət vermək və onun yaxşılaşdırılması üçün əlavə xərcin faydalılığının müəyyən edilməsində istifadə edilir. Kütləvi xidmət nəzəriyyəsi üsulu yeməkxanalarda növbələlərin yaranmaması üçün, yaxud işə başlayərkən alətlərin alınmasına vaxt itirməmək üçün əməli tədbirlərin hazırlanmasında istifadə edilir. Ticarət təşkilatlarında satıcıların işində gərginliyi azaltmaq probleminin həllində də bu üsuldan istifadə edilə bilər.

Kütləvi xidmət nəzəriyyəsini tətbiq etməklə, əməyin elmi təşkili, daha doğrusu, iş yerinin səmərəli təşkili, əməliyyatların qanunauyğun təkrar edilməsi diqqət mərkəzində olmalıdır.



Ən kiçik kvadratlar: Xalq təsərrüfatında istehsal müəssisələrində, yeni sahələrin inkişafı, sahələr arasında əlaqələrin çoxalması, məhsuldar qüvvələrin daim inkişafı, öz növbəsndə elmi-texniki tərəqqinin nailiyyətlərini, təsərrüfatın gələcək inkişafxəttini qabaqcadan təsəvvür etməyi tələb edir.

Bundan əlavə, maddi-texniki şəraitdən və digər səbəblərdən asılı olaraq təsərrüfatın iqtisadi göstəriciləri ildən-ilə dəyişir. Bu isə perspektiv planlaşdırma işlərində xeyli çətinlik törədir.

Bazar iqtisadiyyatı şəraitində idarəetmədə kiçik kvadratlardan istifadə vacib məsələlərdən biridir. Ona görə ki, burada gələcəyi görmək, inkişaf meylini dürüst təyin etmək, ümumiyyətlə, proqnozlaşdırmaq yeni əhəmiyyət kəsb edir.

Ən kişik kvadratlar üsulu bu və ya digər göstəricinin gələcək inkişafı, yaxud dəyişməsi barədə müəyyən təsəvvür yaradır.



Ekspert üsulu: Bu üsul yüksək ixtisaslı mütəxəsislərin, konstruktorların və tədqiqatçıların mülahizələrinə əsaslanır. Burada bu və ya digər tədbirlərin aparılmasına, yaxud problemin səbəbini müəyyən etmək üçün səsvermədən istifadə edilir.

Ekspert üsulundan o zaman istifadə edilir ki, qarşıya qoyulan problemi başqa üsulla həll etmək mümkün olmur. Ekspert üsulu ingilis alimi Kendal tərəfində işlənmişdir. Burada mütəxəsislərin fikri uyğun gələrsə, onun R( P1 P2)=1fikirləri əks olarsa,

R( P1 P2)=-1 fikirləri arasında razılıq olmadıqda R( P1 P2)=0 ifadə etməsi təklif olunur. Ekspert komissiyasının köməyinə o zaman müaraciət olunur ki, öyrəniləsi problem və ya məsələ barəsində lazımi qədər informasiya olmur. Ekspert komissiyasına adətən aparıc mütəxəssislər, tədqiqat sahəsində geniş dünya görüşünə malik olan şəxslər daxl olur.
İqtisadi təhlilin növləri. Məlumdur ki, iqtisadi təhlilin ayrıca predmeti və metodu olduğu kimi onun növləri də vardır. Bu baxımdan iqtisadi təhlilin növlərinin nəzəri əsasları barəsində düzgün təsəvvürə malik olmadan müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində iqtisadi təhlilin hansı növündən istifadə edilməsi məqsədyönlü olmasını düzgün müəyyən etmək olmaz.

Müəssisə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyəti iqtisadi təhlilin obyekti hesab olunur. Lakin müəssisənin və ya birliyin təsərrüfat fəaliyyəti onların tərkibinə daxil olan ayrı-ayrı bölmələrin, təsərrüfat vahidlərinin, sexlərin və briqadaların işi ilə bilavasitə əlaqədar olduğuna görə təhlilin sonrakı mərhələlərində bu bölmələrin fəaliyyəti də onun obektinə çevrilir.

Ayrı-ayrı orqanlar, fiziki və hüquqi şəxslər tərəfindən müəssisə, idarə və təşkilatların təsərrüfat fəaliyyəti təhlilinin məqsədi, maraqları, əhatə dairəsi, aparılması müddətləri, informasiya mənbələri və s. kəskin sürətdə fərqləndiyinə görə təhlilin növləri də fərqləndirilir. Buna görə də təsərrüfat fəaliyyəti təhlilinin növləri müxtəlif əlamətlərə görə qruplaşdırılır. Mövcud iqtisadi ədəbiyyatlarda təsərrüfat fəaliyyətinin təhlili aşağıdakı kimi təsnif edilir:

1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə