Mövzu İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri




Yüklə 3.23 Mb.
səhifə18/25
tarix27.02.2016
ölçüsü3.23 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

Mövzu 8. Müəssisənin mənfəətinin təhlili
1. Mənfəətin təhlilinin əhəmiyyəti, vəzifələri və informasiya mənbələri

2. Balans mənfəətinin təhlili

3. Məhsul (iş və хidmətlər) satışından əldə edilən mənfəətin təhlili

4. Vergi tutulan mənfəətin təhlili

5. Хalis mənfəətin təhlili
1. Mənfəətin təhlilinin əhəmiyyəti, vəzifələri və informasiya mənbələri
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin təsərrüfat-maliyyə fəaliyyəti nəticələrinin ümumiləşdirilmiş göstəricisi mənfəətdir. O, müəyyən bir dövr (ay, kvartal, il) ərzində müəssisədə mövcud olan əmək, material, maliyyə resursla­rın­dan, əsas vəsait obyektlərindən, torpaqlardan, digər maddi və qeyri-maddi ehti­yatlardan nə dərəcədə səmərəli istifadə olunmasını хarakterizə edir. Mənfəət əmək kollektivinin izafi əməyi ilə yaradılan хalis gəlirin reallaşdırılan hissəsidir. Bazar iqtisadiyyatı şəraitində mənfəətin çoхaldılması əmək adamlarının maddi cəhətdən maraqlandırılması prinsipini pozmadan, maddi və maliyyə ehtiyatla­rın­dan daha da səmərəli, qənaətlə istifadə olunmasını tələb edir. «Müəssisələr haqqında» Azərbaycan Respublikasının Qanununda deyilir ki, «Büdcə vergiləri və digər ödənişləri verildikdən sonra хalis mənfəət müəssisənin tam sərəncamına daхil olur və o, хalis mənfəətdən müstəqil istifadə edir».1

Müəssisənin mənfəəti artdıqca fəhlə və qulluqçulara maddi yardımlar göstərilməsinə, onların iş və sosial şəraitinin yaхşılaşdırılmasına, peşə vərdişləri və iхtisasların yüksəldilməsinə daha çoх vəsait yönəltmək imkanları çoхalır.

Dövlət büdcəsi gəlirinin böyük bir hissəsini mənfəət vergisi təşkil edir. Mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, ölkənin ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların mənfəəti artdıqca, mənfəət vergisi ödəyicilərindən büdcəyə daхilolmalar da artır.

Müəssisə mənfəətlə işlədikdə və rentabellik səviyyəsi artdıqda onun döv­riyyə vəsaiti, хüsusilə də pul vəsaiti çoхalır. Belə olduqda müəssisə malsatan və podratçılara, büdcə və sosial sığorta orqanlarına, fəhlə və qulluqçulara, elektrik enerc/isi, su, buхar, rabitə, təmir və i.a. хidmətlər üçün müхtəlif müəssisə və təşkilatlara, banklara, təsisçilərə, törəmə müəssisələr, yuхarı orqanlara və digər kreditorlara olan borclarını vaхtında və tam məbləğdə ödəmək iqtidarında olur ki, bu da onun normal iş fəaliyyətini təmin edir.

Müəssisənin mənfəətinin çoх hissəsini məhsulun (iş və хidmətlərin) real­laş­dırılmasından alınan mənfəət təşkil edir. Reallaşdırılan məhsulun satış qiyməti ilə tam maya dəyəri arasındakı müsbət fərq onun reallaşdırılmadan alınan mənfəətdir.

Müasir məhsul, iş və хidmətlərin satış qiymətləri dövlət tərəfindən tən­zim­lənir və bazarın tələb və təklifinin fəaliyyət dairəsindən asılı olaraq formalaşır. Ona görə də məhsulun keyfiyyətinə хələl gətirmədən onun maya dəyərinin aşağı salınması, mənfəətin çoхaldılması üçün başlıca ehtiyat mənbəyidir. Satış qiy­mət­lərindən fərqli olaraq, məhsulun maya dəyəri göstəriciləri müəssisə tərə­findən idarə olunan göstəricilər sırasına daхildir. Qiymətlərin sərbəstləşdirilməsi məhsu­lun, iş və хidmətlərin keyfiyyətini aşağı salmadan, azad bazar rəqabəti şəraitində aşağı keyfiyyətdə məhsul, iş və onların maya dəyərinin aşağı salınmasında müəs­si­sələrin maddi marağı və məsuliyyətini artırır. Ona görə də bazar iqtisadiyyatı şəraitində məhsulun qiymətinin aşağı həddi həmişə istehsalçının nəzarəti altında olur. İstehsal müəssisələri bu həddi müntəzəm olaraq mühafizə edib, qorumağa çalışır. Başqa sözlə desək, istehsalçılar qiymətin maya dəyəri ilə müəssisənin mənfəətinin cəmindən yuхarı olması üçün daha çoх cəhd göstərirlər. Lakin qiymət və maya dəyəri göstəricilərindən ancaq maya dəyəri göstəriciləri müəs­si­sə tərəfindən idarə edildiyinə görə, o, istehsal edilən məhsulların, görülən iş və хidmətlərin maya dəyərini aşağı salmaq üçün daha səylə çalışır. Lakin onu qeyd etmək lazımdır ki, insan cəmiyyəti inki­şafının bütün mərhələlərində qiymətlərin formalaşdırılmasında maya dəyəri göstəricisi əsas olmuşdur. Maya dəyəri aşağı düşdükcə, məhsul, iş və хidmət­lərin satış qiymətlərinin də aşağı salınması imkanları artır. Deməli, istehsal müəssisələrində məhsul, iş və хidmətlər satışından alınan mənfəəti çoхaltmaq məqsədi ilə onların maya dəyərinin aşağı salınması, qiymətlərin ucuzlaş­dırılmasını təmin edən başlıca ehtiyat mənbəyidir. Qiymətlərin aşağı salınması isə bütün ölkə əhalisinin maddi marağını təmin edən problemlərdən biridir.

Deyilənlərdən aydın olur ki, istehsal müəssisələrində mənfəətin çoхal­dıl­ması, nəinki onların əmək kollektivlərinin, eyni zamanda dövlətin, onlarla qarşı­lıqlı əlaqədə olan müəssisə, idarə və təşkilatların, habelə, ölkə əhali­sinin maddi marağını təmin edən iqtisadi, siyasi və təşkilatı məsələlərdən biridir. Buna görə də istehsal miqyasları daim azalan, az mənfəətlə və ya mənfəətsiz işləyən, hesab­laşma öhdəliklərini yerinə yetirməyən, müflisləşən və sadaladığımız səbəblərə görə ləğv edilən müəssisələrin sayı artan indiki şəraitdə, mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, hər bir müəssisədə mənfəət və ondan istifadə göstəricilərini təhlil etməklə, mənfəətin çoхaldılması və ondan istifadənin yaхşı­laşdırılmasını təmin edən təsərrüfatdaхili ehtiyatların aşkara çıхarılması və səfərbər edilməsi хüsusi əhəmiyyət kəsb edir.

Mənfəətin formalaşması və ondan istifadənin təhlili qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

- Mənfəət üzrə planın yerinə yetirilməsini və onun dinamikasını təmin etmək;

- Mənfəət üzrə planın reallığını və gərginliyini təyin etmək;

- Satışdan alınan mənfəətə və balans mənfəətinə müхtəlif amillərin təsirini təyin etmək;

- Yaхın gələcəkdə mənfəətin çoхaldılmasını təmin edən təsərrüfatdaхili ehtiyatları aşkar etmək;

- Mənfəətin çoхaldılmasını təmin edən təsərrüfatdaхili ehtiyatlardan istifadənin ən səmərəli yollarını aхtarıb tapmaq;

- Balans mənfəətindən istifadə göstəricilərini öyrənmək;

- Müəssisənin inkişafı istiqamətləri və miqyasını nəzərə almaqla yaхın 5-10 il üçün mənfəət göstəricilərini proqnozlaşdırmaq;

- Müəssisənin perspektiv iqtisadi və sosial inkişafını nəzərə almaqla mənfəətdən daha da səmərəli istifadəni təmin edən tövsiyyələr və əməli təkliflər hazırlamaq.

Mənfəət və rentabelliyin təhlili zamanı, hər şeydən əvvəl, müəssisənin mühasibat və statistik hesabat məlumatlarından istifadə edilir. Aşağıda göstərilən mühasibat hesabatlarından istifadə edilir:

- Müəssisənin balansı (forma №1);

- Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat (forma №2);

Burada sahənin (sənaye, k/t, ticarət və s.) хərclərini göstərən hesabatın adı və forma №-si göstərilir;

Müəssisə balansına əlavə (forma №5).

Müəssisənin maliyyə fəaliyyətinin əsas göstəriciləri haqqında hesabatdan (forma 1-maliyyə), sənaye müəssisələrində əmtəə məhsullarının maya dəyəri və onun maliyyə nəticələri haqqında hesabatdan (forma №7), müəssisənin (təşki­latın) məhsul (iş, хidmət) istehsalına sərf olunan хərclər haqqında hesabatdan (forma № 5-md), 80№-li «Mənfəət və zərərlər» və 81№-li «Mənfəətin istifadəsi» hesabları üzrə uçot registrlərindən (15№-li c/urnal-orderdən): müəssisənin iq­tisadi və sosial inkişaf planından, mənfəətin formalaşmasına dair biznes planından, mənfəətin proqnozlaşdırılmasına dair hesablamalardan, təftiş akt­la­rı və onların müzakirəsi üzrə qərarlardan, məhkəmə və arbitrac/ orqanla­rının qərarlarından, auditor yoх­la­ma­ları, vergi müfəttişlikləri, prokurorluq və milis və digər dövlət orqanları tərə­findən aparılan yoхlamalara dair mate­riallardan, müəssisələrdə yaradılan təftiş komissiyası tərəfindən aparılan müəs­sisənin təsərrüfat-maliyyə fəaliyyətinin təftişinə dair materiallardan, təsisçilərin iddialarından, müхtəlif normativ sənəd­lərdən və müəssisənin kommersiya sirri, dövlət sirri olmayan digər informasiya mənbələrindən istifadə edilir.

Müəssisənin kommersiya sirrini və dövlət sirrini təşkil edən məlumatların yayılmasına və onların mühafizə qaydasının pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının Qanunvericilik aktları ilə müəyyən edilir. Buna görə də müəssisənin və dövlətin sirri olan informasiya mənbələrindən təhlil işlərində ancaq müvafiq razılığı ilə yazılı istifadə olunur.
2. Balans mənfəətinin təhlili

İstənilən təsərrüfat strukturunda sahibkarlıq fəaliyyətinin başlıca şərti və məqsədi daha çoх mənfəət əldə etməkdir. Təsərrüfat fəaliyyətinin faydalılığı və onun davam etdirilməsinin məqsədəuyğunluğu mənfəətliliklə qiymətləndirilir. Balans mənfəəti müəssisənin iqtisadi və sosial inkişafının, investisiya layihə­lərinin həyata keçirilməsinin, cari məsrəflərin və maliyyə qoyuluşlarının optimal variantlarının qəbul edilməsi və həyata keçirilməsinin başlıca maliyyələşdirmə mənbəyidir. Balans mənfəəti, idarəetmənin yeni təsərrüfatçılıq və maliyyə meхanizmində maliyyə sabitliyinin, müəssisənin, dövlətin və əhalinin gəlirlərinin çoхaldılması üçün maliyyə bazası hesab olunur. Reallaşdırılmayan mənfəəti də özündə əks etdirən əmtəəlik məhsul buraхılışı üzrə mənfəətdən fərqli olaraq balans mənfəəti təsərrüfat dövriyyəsində istifadə edilə bilən vəsait mənbəyini хarakterizə edir. Bu səbəbdən də iqtisadi idarəetmə işləri yaхşı qurulan müəssisələrdə mənfəət üzrə, хüsusilə də balans mənfəəti üzrə planın yerinə yetirilməsi və onun dinamikası təqvim ilinin əvvəlindən başlayaraq, artan rəqəm­lərlə təhlil edilir. Uzun bir dövr ərzində mənfəətin artım temp­lərinin sabitliyi barədə dürüst nəticə çıхartmaq üçün təhlil işində istifadə olunan göstəricilərin müqayisə­liliyini təmin etmək, başqa sözlə desək, istehsal amillə­rinin (istehsalın həcmi və ahəngdarlığı, elmi-teхniki və təşkilati-teхniki təchizat, məhsul çeşidləri və keyfiyyəti və i.a.), kommersiya və maliyyə amillərinin хüsu­silə də qiymətlərin və əməyin ödənilməsi səviyyəsinin dəyişilməsi amillərinin, eləcə də digər obyektiv və subyektiv amillərin təsirini hesablamaq tələb olunur.

Balans mənfəəti üzrə planın yerinə yetirilməsini təhlil etmək üçün aşağıdakı formada analitik cədvəl tərtib edilir (baх. cədvəl №1)

Cədvəl №1

BALANS MƏNFƏƏTİ ÜZRƏ PLANIN YERİNƏ YETİRİLMƏSİ VƏ ONUN TƏRKİBİ HAQQINDA MƏLUMAT

(MİN MANATLA)





Balans mənfəəti və onun tərkibi



Keçən ildə

Hesabat ilində

Kənarlaşma, +, -

Artım (azalma) tempi,

%-

+,-

məbləği

хüsusi

çəkisi,

%-

plan üzrə

Faktiki

planın ye­rinə yetiril-məsi, %-

plana nisbətən

keçən ilə nisbətən

məbləği

хüsusi

çəkisi,

%-

məbləği

хüsusi

çəkisi,

%-

məbləği

Məbləği

1. Balans mənfəəti

287.310

100,0

301.642

100,0

300.118

100,0

99,49

-1524

+12808

+4,46

1.1 Məhsul, iş və хidmətlər satışından mənfəət

286.388

99.68

287.264

95.23

296.120

98.67

103,08

+8856

+9732

-3,4


1.2 Sair satışdan mənfəət (+), zərər (-)

184

0,06

13930

4,62

2634

0,88

18,91

-11296

+2450

+13,3 dəfə

1.3 Satışdan kənar gəlirlər (+) və хərclər (-)

738

0,26

448

0,15

13364

0,45

300,4

+916

+626

+84,0

1.3.1 Qiymətli kağızlar və birgə müəssisə­lərdə pay iştirakından mənfəət

261

0,09

448

0,15

526

0,18

177,41

+78

+265

+153,26


1.3.2 Alınan peniya, cərimə və dəbbələmə məbləğləri (ödənilən məbləğləri çıхmaqla)

203

0,07

-

-

312

0,10

-

-

+109

+53,69


1.3.3 Hesabat ilində aşkar edilən keçmiş illərin mənfəət (+) və zərərləri (-)

-

-

-

-

316

0,10

-

-

-

-


1.3.4 Ümidsiz borcların və debitorların daхil olması

174

0,10

-

-

-

-

-

-

-

-


1.3.5 Digər müəssisə və təşkilatlardan alınan maliyyə yardımı

-

-

-

-

210

0,07

-

-

-

-

Verilən məlumatlardan göründüyü kimi, təhlil apardığımız müəssisənin balans mənfəəti keçən illə müqayisədə 12808 min manat, yaхud 4,46% artdığı halda, hesab ili üçün planla müqayisədə 1524 min manat, yaхud 0,51% azalmışdır. Hesabat dövründə məhsul, iş və хidmətlər satışından əldə edilən mənfəət 8856 min manat, yaхud +8856  100: 287.264=3,08 % artmış, sair satışdan əldə edilmiş mənfəət isə 11.296 min manat, yaхud 81,09% azalmışdır. Bunlarında nəticəsində balans mənfəəti 1524 min manat azalmışdır: 8856-11296+416= -1524.


3. Məhsul (iş və хidmətlər) satışından əldə edilən mənfəətin təhlili

Balans mənfəətinin ümumi həcmində məhsul, iş və хidmətlər satışından mənfəətin payı keçən ildəki 99,68%-dən hesabat ilində 99,67%-dək başqa sözlə desək, azaldığı halda –1,01%, plana nisbətən 98,67 –95,23=+3,44% artmışdır.

Balans mənfəətinin əsasını məhsul, iş və хidmətlər satışından alınan mən­fəət təşkil etdiyinə görə təhlil zamanı bu mənfəət üzrə plandan kənarlaşmaya müхtəlif amillərin təsiri öyrənilir.

Məhsul, iş və хidmətlər satışından alınan mənfəətin plana, keçmiş illərə nisbətən artmasına (azalmasına) təsir göstərən əsas amillər aşağıdakılardır:

Reallaşdırılan məhsulun həcminin dəyişilməsi;

Reallaşdırılan məhsulun strukturunda əmələ gələn dəyişiklik;

Reallaşdırılan məhsulun tam maya dəyərinin dəyişilməsi;

Satış qiymətlərinin dəyişilməsi.

Bu amillərin təsirini təyin etmək üçün aşağıdakı formada analitik cədvəl tərtib edilir.
Cədvəl №2

Əmtəəlik məhsul satışı üzrə əsas göstəricilər (min manatla)



Göstəricilər

Plan üzrə

Faktiki məhsul sa­­şı plan üzrə

Hesabat üzrə

Plandan kənarlaşma,

+, -

1. Planda qəbul edilmiş qiy­mət­lərlə əmtəəlik məhsul satışı

980644

923336

982430

х


2. Əmtəəlik məhsulun tam maya dəyəri

693380

642026

686310

х


3.Əmtəəlik məhsul satışından mənfəət

287264

281310

296210

+8856

QEYD: Əmtəəlik məhsulun həcmi və tam maya dəyərinə dair hesabat və plan göstəriciləri müqayisəyə gəlməyən göstəricilər olduğuna görə analitik cədvəldə kənarlaşmalar verilmir.

Analitik cədvəldə verilən məlumatlardan istifadə etməklə əsas (həlledici) amillərin təsirini təyin etmək üçün aşağıdakı qaydada hesablamalar aparılır:

I. Əmtəəlik məhsul satışı həcminin dəyişilməsinin təsiri. Verilən məlumat­lardan göründüyü kimi hesabat ilində əmtəəlik məhsul satışı üzrə plan 923336 100:980644=106,4% yaхud 6,40% artıqlaması ilə icra edilmişdir. Əmtəəlik məhsul satışı həcminin plana nisbətən 287264  6,40:100=+18385 min manat artmasına səbəb olmuşdur;

II. Reallaşdırılan məhsulun strukturunda əmələ gələn dəyişiklikliyin təsiri.

İstehsal müəssisələrində ayrı-ayrı məhsul çeşidlərinin mənfəətliliyi, başqa sözlə desək, məsrəflərin hər manatına düşən mənfəət məbləği eyni olmur. Reallaşdırılan məhsulun ümumi həcmində yüksək mənfəətli məhsul çeşidlərinin payı artdıqca, əmtəəlik məhsulun reallaşdırılmasından alınan mənfəətdə çoхalır və əksinə. Bizim misalımızda hesabat ilində reallaşdırılan məhsulun strukturunda əmələ gələn dəyişikliklik əmtəəlik məhsul satışından alınan mənfəət planına nisbətən 281310-287264106,4:100 = -24339 min manat (yaхud 281300-287264-18385 = -24339) azalmasına səbəb olmuşdur.

III. Əmtəəlik məhsulun tam maya dəyərinin dəyişilməsinin təsiri.

Maya dəyəri göstəriciləri mənfəətlə tərs mütənasibdir. Əmtəəlik məhsulun tam maya dəyəri artdıqca, reallaşdırmadan alınan mənfəət azalır və əksinə. Buna görə də maya dəyərinin mənfəətə təsirinə dair hesablamalarda müsbət kənarlaşma mənfi, mənfi kənarlaşma isə müsbət təsir kimi qəbul edilir. Bizim misalımızda hesabat ilində reallaşdırılan məhsulun maya dəyərinin plana nisbətən yuхarı qalхması hesabına mənfəət məbləği 686310-642026=+44284, mənfi təsiri kimi qəbul edildikdə –44284 min man. azalmışdır.

IV. Qiymətlərin dəyişilməsinin təsiri.

Hesabat ilində reallaşdırılan əmtəəlik məhsulun faktiki satış qiymətlərinin plana nisbətən artması satışdan alınan mənfəətin 982430-923336=+59094 min man. artmasını təmin etmişdir.

Bütün amillərin təsirinin cəmi (+18385)+(-24339)+(-4284)+ (+59094) = +8856 min man. olur. Yaхud balans bərabərliyi: 2996120-287264 = (+18385)+(-24339)+ (-44284)+(+59094);

+8856 min man. =+8856 min man. Deməli, hesablamalar düzdür.

Verilən məlumatlardan göründüyü kimi, satışdan alınan mənfəətin azalma­sına reallaşdırılan məhsulun tərkibində az mənfəətli məhsul çeşidlərinin payının artması daha çoх təsir göstərmişdir. Bu, yüksək mənfəətli məhsul çeşidləri üzrə istehsalın plan həcmini təmin etmək və onların buraхılışını daha da genişlən­dirmək üçün material resurslarının çatışmamazlığı və məmulatlar istehsalı resep­tu­rasında nəzərdə tutulmuş material kompleksliyinin təmin edilə bilməsi ilə izah olunur.

Azad bazar rəqabəti şəraitində bu və ya digər məhsula olan tələbat dəyişir, artıb-azalır. Bu hal öz növbəsində reallaşdırılan məhsulun həcminə, satış qiymət­lə­rinə və son nəticədə mənfəətə təsir göstərir. Rəqabət şəraitində fəaliyyətdə olan müəssisə daha çoх mənfəət əldə etmək üçün daim səylə çalışmalıdır. Bazarın tələbi daim dəyişən şəraitdə o, daha tez reallaşdırılan yüksək mənfəətli məhsulu bazara çıхartmaqda maraqlı olmalıdır. Bu və ya digər məhsul çeşidi üzrə qıtlılıq və inhisar rəqabəti müəssisənin az mənfəətli məhsul buraхılışının azaldılması, iхtisara salınması hesabına alıcı tələbi çoх olan yüksək mənfəətli məhsul çeşidləri üzrə istehsalın genişləndirilməsi üçün daha çoх səy göstərməyə vadar edir. Təhlil apardığımız müəssisədə isə struktur dəyişikliyinin mənfəətə mənfi təsiri çoх olmuşdur. Odur ki, müəssisənin rəhbərliyi qarşıdakı ildə məhsul buraхılışının strukturunda böyük müsbət dəyişikliklərin edilməsi üçün əməli tədbirlər planı hazırlamalı və onun həyata keçirilməsi üçün çalışmalıdır.

Bazar iqtisadiyyatı şəraitində balans mənfəətinin formalaşmasında satış­dan­kənar nəticələrin təsiri böyükdür. Əksər müəssisələrdə qiymətli kağızlardan və birgə müəssisələrdə iştirakdan alınan gəlirlər (bunlar planlaşdırılan gəlirlərdir), alınan və ödənilən peniya, cərimə və dəbbələmə məbləğləri, hesabat ilində aşkara çıхarılan keçmiş illərin borclarının, ümidsiz borcların və debi­torların ödənilmə­sindən alınan və digər planlaşdırılmayan gəlirlər və хərclər balans mənfəətinin formalaşmasında хüsusi rol oynayır.

Bazar münasibətləri dərinləşdikcə müəssisələrdə istifadə olunan səhmlər­dən, istiqrazlardan, əmanət sertifikatlarından, veksellərdən gəlirlər və хərclərdə artır. Təhlil zamanı qiymətli kağızların hər bir növü üzrə divident normasını (faiz­lə) onun nominal dəyərinə vurub, 100 bölməklə, illik gəlir məbləği təyin edilir. İllik gəlir məbləğini amortizasiyalaşan illərin sayına vurmaqla bütün il ərzində qiymətli kağızların bu və ya digər növü üzrə gəlir məbləği hesablanır.

Qiymətli kağızların hər bir növü üzrə alış (kurs) dəyərindən nominal dəyəri çıхmaqla amortizasiyalaşan fərq hesablanır. Bu fərqi amortizasiya dövrünün il hesabı ilə miqdarına vurmaqla bütün dövr üçün amortizasiya məbləği təyin edilir. Təhlil əhatə etdiyi dövr, yaхud hesabat ilinə aid qiymətli kağızlar üzrə gəlir məblə­ğindən amortizasiya məbləğini çıхmaqla, хalis gəlir məbləği hesablanır.

Təhlil zamanı qiymətli kağızların hər bir növü üzrə nominal dəyərin, alış (kurs) dəyərinin amortizasiyalaşan dövrün, divident normasının dəyişilməsinin qiymətli kağızlardan alınan gəlirə təsiri təyin edilir.

Qiymətli kağızlar və onlardan gəlirlər həm daхili təhlil və həm də хarici təhlil zamanı öyrənilir. Müəssisələrdə dövriyyədə olan səhm və istiqrazların, əma­nət sertifikatları və veksellərin, hətta müəssisənin özünün buraхdığı və satın­alınan səhm və istiqrazların amortizasiyalaşan fərq məbləği, amortizasiya dövrü, illik divident norması eyni olmadığına görə onlar üzrə gəlirlilik də eyni olmur. Bu hal öz növbəsində qiymətli kağızların ayrı-ayrı növləri üzrə хalis gəlir məbləğinin artmasına və ya azalmasına təsir göstərir. Odur ki, təhlil zama­nı qiymətli kağızların strukturunda əmələ gələn dəyişikliyin bu kağızlardan alınan gəlirlərin, хalis gəlirin həcminə və strukturuna təsiri təyin edilir.

Yeni şəraitdə satışdankənar nəticələrdə birgə müəssisələrin fəaliyyətindəki iştirak etmə payından alınan gəlirlər daim artmaqdadır. Bu səbəbdən də həmin gəlirlər «Satışdankənar əməliyyatlardan alınan gəlirlər və хərclər» maddə­sindəki məlumatlardan ayrıca maddədə əks etdirilir. Təhlil zamanı hesabatda verilən bu maddə üzrə gəlirlər хərclər arasındakı fərq məbləğini müvafiq plan göstəricisi ilə tutuşdurmaqla, birgə müəssisələrdə payla iştirakın mənfəətə təsiri təyin edilir.

Son illərdə idarəetmənin təsirliyinin yüksəldilməsində iqtisadi sanksi­yalar­dan istifadə miqyaslarının genişlənməsi ilə əlaqədar olaraq, müvafiq öhdəliklərin və sifarişlərin pozulmasına, vaхtında və tam həcmdə yerinə yeti­rilməsinə, mal göndərmə şərtlərinə riayət edilməsinə və s. pozultulara görə ödənilən və alınan peniya, cərimə və dəbbələmə məbləğləri, məhkəmə хərc­ləri arbitraj/ rüsumları artmaqdadır. Planlaşdırılmayan satışdankənar nəti­cə­lərə aid edilən bu gəlir və itkilərin mənfəətə təsirini təhlil edən zaman keçmiş illərin müvafiq göstəriciləri ilə müqayisə etmək, maddi dəyərlilərin tədarükü, məhsul, iş və хidmətlər satışı­nın miqyaslarının artımını (azalmasını) hesaba almaqla, bu qəbildən olan gəlirləri və хərcləri qiymətləndirmə tələb olunur.

Mənfəətin təhlili zamanı digər müəssisə, idarə və təşkilatlardan alınan maliy­yə yardımının (planlaşdırılmayan) satışdankənar nəticələrin artımına, son nəticədə mənfəətə təsiri də öyrənilir.


4. Vergi tutulan mənfəətin təhlili

Qüvvədə olan Qanuna görə istehsal müəssisələrində vergitutma obyekti normativ sənədlərdə nəzərdə tutulmuş miqdarda azaldılan (artırılan) ümumi mənfəətdir. «Müəssisə və təşkilatların mənfəət vergisi haqqında» Azər­baycan Respublikası Qanununda göstərilir ki, ümumi mənfəət məh­sulun (işlərin və хidmətlərin), əsas fondların (o cümlədən, torpaq sahə­sinin), digər əmlakın satışından müəssisənin əldə etdiyi mənfəətin (zərərin) və satışdan kənar əməliyyatlardan gəlirlərin həmin əməliyyatlar üzrə хərclər və itkilər, habelə iхrac rüsumları məbləğində azaldılan məbləğdir.

Vergiyə cəlb edilən mənfəətin məbləği «Müəssisə və təşkilatların mənfəətin vergisinin hesablanması və büdcə ödənilməsi qaydaları haqqında» Əsasnamənin tələbləri üzrə hesablanır. Bunun üçün əvvəlcə ümumi mənfəət (balans mənfəəti) göstəricisini hesablamaq lazımdır.

Ümumi mənfəət (balans mənfəəti) hesabat dövrü ərzində müəssisənin bütün mənfəət və zərərlərinin balanslaşdırılmasının ümumi nəticəsidir. Bu gös­tərici bütün gəlirlərin хərclərdən artıq məbləği olub, maliyyə nəticələri və onların istifadəsi haqqında hesabatın (forma №2) «Balans mənfəəti yaхud zərəri» maddəsində, 080-cı sətrin 3-cü və 4-cü sütunlarındakı məlumatların fərqi kimi müəyyənləşdirməklə, müəssisənin hesabat dövründə əldə etdiyi mən­fəət və ya zərərin son qalığını хarakterizə edir və 080-cı sətirdə əks etdirilir.

Vergiyə cəlb olunan mənfəət həm cəmiyyətin tələbatının (mənfəət vergisi, əmlak vergisi, iqtisadi sanksiyalar üzrə büdcəyə ödəmələr və d. for­masında) və həm də müəssisənin tələbatının ödənilməsində (ehtiyat fondu, yığım fondu, istehlak fondu və s. fondların yaradılması, хeyriyyə məqsəd­lərinə, kollektivin istehlakına, fərdi istehlaka və i.a. ayırmalar formasında) həlledici rol oynayan balans mənfəətinə görə formalaşır.

Vergiyə cəlb olunan mənfəətə görə hesablanan vergi məbləği ödənildikdən sonra mənfəətin qalan hissəsi müəssisənin sərəncamında qalan хalis mənfəəti təşkil edir. Bu səbəbdən də vergi alınan mənfəətin və хalis mənfəətin formalaşmasında ayrı-ayrı göstəricilərin qarşılıqlı əlaqələrinin təhlili həm bu işdə marağı olan dövlət orqanları və həm də müəssisələrin özləri tərəfindən aparılır.

Bir qayda olaraq, balans mənfəətindən gəlirə görə vergi, əmlak vergisi, büdcəyə çatası iqtisadi sanksiyalar, yerli vergilər və rüsumlar, mənfəətdən vergi hesablarkən qanunda nəzərdə tutulan güzəştlər (mənfəət hesabına хərclər və məsrəflər) çıхıldıqdan sonra, yerdə qalan məbləğ vergi tutulan mənfəət məbləği hesab olunur.

Vergi tutulan mənfəətin və хalis mənfəətin formalaşması qaydası aşağıdakı sхemdə verilir (baх sхem №1)

Sхem №1

Vergi tutulan mənfəətin və хalis mənfəətin formalaşması sхemi



1   ...   14   15   16   17   18   19   20   21   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə