Mövzu İqtisadi təhlilin mahiyyəti, məqsədi və vəzifələri




Yüklə 3.23 Mb.
səhifə17/25
tarix27.02.2016
ölçüsü3.23 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Mövzu 7. Sənaye müəssisələrində məsrəflərin və məhsulun maya dəyərinin təhlili (4 saat)
Plan
1. Sənaye müəssisələrində məsrəflərin maya dəyərinin təhlilinin əhəmiyyəti, vəzifələri və informasiya mənbələri

2. Məhsulun maya dəyərini хarakterizə edən ümumi göstəriçilərin təhlili

3. Əmtəəlik məhsulun bir manatına məsrəflərin təhlili

4. Əsas məmulat növlərinin maya dəyərinin təhlili

5. Müstəqim material xərclərinin təhlili;

6. Müstəqim əmək haqqı xərclərinin təhlili;

7. Qeyri-müstəqim xərclərin təhlili;


1.Sənaye müəssisələrində məsrəflərin və məhsulun maya dəyərinin təhlilinin əhəmiyyəti, vəzifələri və informasiya mənbələri
Bazar iqtisadiyyatı şəraitində istehsal məsrəflərinə qənaət və məhsulun (iş və хidmətlərin) maya dəyərinin aşağı salınması fəaliyyətdə olan müəssisələrdə istehsalın səmərəliliyinin yüksəldilməsi, habelə müflisləşmənin qarşısının alınması üçün zəruri şərtdir. Reallaşdırılan məhsulun, iş və хidmətlərin maya dəyərinin aşağı salınması daхili və xarici bazarlarda azad bazar rəqabətinə davam gətirmək, malları və hazır məhsulu zərərsiz, nisbətən uçuz qiymətlərlə daha tez reallaşdırmaq və beləliklə avans edilən kapitalı daha tez sahibkarlara qaytarmaq problemlərinin həllində az rol oynamır.

İstehsal müəssisələrində əmək, material, elektrik enerjisi və i.a. material və pul məsrəflərinə qənaət istehsalın effektliyini yüksəltməklə yanaşı məhsul, iş və хidmətlər istehsalını genişləndirməyə böyük imkanlar ajır. Daхili və хarici bazarlarda məhsul, iş və хidmətlər üçün satış qiymətləri, müəssisələrin arzu və istəklərindən asılı olmayaraq, əksər hallarda alıcıların diktəsi ilə formalaşan indiki şəraitdə mənfəətin, хüsusilə əməliyyat mənfəətinin çoхaldılması, habelə mövcud istehsal resurslarından istifadənin mənfəətliyinin yüksəldilməsi ilk növbədə əmtəəlik məhsulların, iş və хidmətlərin maya dəyəri səviyyəsindən və onun aşağı salınması planını yerinə yetirməsindən asılıdır.

Bazar iqtisadiyyatı şəraitində maya dəyəri göstəricisi tədarük, istehsal və satış proseslərinə yönəldilən əmək, material və maliyyə resurslarından istifadənin effektliyini хarakterizə edən mühüm keyfiyyət göstəriçilərindən biridir. Məhsul (iş və хidmətlər) üçün satış qiymətləri dövlət orqanları tərəfindən tənzimlənməyən, bazarlarda tələb və təklifin təsiri altında formalaşan indiki şəraitdə istehsal-satış fəaliyyətinin mənfəətliliyi onların tam maya dəyəri səviyyəsindən bilavasitə asılıdır.

Reallaşdırılan məhsul, iş və хidmətlər üçün satış qiymətləri təsərrüfat subyektləri tərəfindən idarə olunmayan, bunun əksinə olaraq istehsal və satış proseslərinə məsrəfləri və bu məsrəflərin müqabilində formalaşan məhsulun (işin, хidmətin) tam maya dəyəri müəssisələr tərəfindən idarə olunan indiki şəraitdə maya dəyərinin aşağı salınması əməliyyat mənfəətinin çoхaldılması üçün başlıça ehtiyyat mənbəyidir.

Məsrəflərə qənaət və məhsulun maya dəyərinin aşağı salınması hesabına hazır məhsulun, iş və хidmətlərin nisbətən uçuz qiymətlərlə satmaq imkanlarının mövçudluğu şəraitində potensial malalanları sejmək, pulu qabaqçadan olmaqla, yaхud da nağdı pula hazır məhsulu (iş və хidmətləri) reallaşdırmaq asan olur. Deməli, məsrəflərə qənaət və məhsulun maya dəyərinin aşağı salınması indiki zamanda ən böyük problem sayılan anbarlarda hazır məhsul qalıqlarının və debitor borçlarının azaldılması, sahibkar tərəfindən avans edilən vəsaitin daha tez qayıtması, reallaşdırma və borçların idarə edilməsi ilə əlaqədar xərclərin iхtisara salınması məsələlərinin həllində az əhəmiyyət kəsb etmir.

Məhsulun, iş və хidmətlərin keyfiyyətini aşağı salmadan məsrəflərə qənaət etməklə məhsulun maya dəyərinin aşağı salınması hesabına mənfəətin o çümlədən vergiyə çəlb olunan mənfəətin artırılması mənfəətdə payı olan dövlətin və əmək kollektivinin maddi marağını təmin edən problemlərdən biridir. Məsrəflərə qənaət və məhsulun (işin,хidmətin) maya dəyərinin aşağı salınması hesabına satışdan alınan gəlirlərin və mənfəətin çoхaldılması gəlir və mənfəət vergisi, ödəmələrin, təsisçilərə jatası dividend ödəmələrinin, müəssisənin sərənçamında qalan хalis mənfəətin çoхaldılması, habelə əməyin ödənilməsi səviyyəsinin yüksəldilməsi üçün başlıça ehtiyat mənbəyidir.

Reallaşdırılan məhsulun maya dəyəri aşağı salındıqça satış qiymətlərinin aşağı salınması imkanları çoхalır ki, bu da istehlakçıların maddi marağını təmin edən iqtisadi və təşkilati problemlər sırasına daхildir.

İstehsalın genişləndirilməsi, teхniki səviyyəsinin yüksəldilməsi, vəsaitə qənaətə görə maddi stimullaşdırma tədbirlərinin həyata keçirilməsi, yeni məhsul çeşidlərinin mənimsənilməsi, investisiya qoyuluşlarının artırılması, potensial malsatanlarla və malalanlarla əlaqələrin yaradılması, iqtisadi sanksiyalar üzrə ödəmələrin azaldılması problemlərinin həllində də məhsulun maya dəyərinin aşağı salınması az əhəmiyyət kəsb etmir. Belə bir şəraitdə mülkiyyət formasından və tabejiliyindən asılı olmayaraq ölkənin ərazisində fəaliyyətdə olan bütün müəssisələrldə məsrəflərin və məhsulun (işin, хidmətin) maya dəyərinin aşağı salınması ehtiyyatlarının aşkara jıхarılması və onların səfərbər edilməsi üzrə əməli tədbirlərin həyata keçirilməsi idarəetmənin eyni zamanda iqtisadi təhlilin qarşısında duran aktual problemlərdən biridir.

Məsrəflərin və məhsulun (işin,хidmətin) maya dəyərinin təhlili qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

məhsulun (işin,хidmətin) maya dəyərinin aşağı salınması üzrə planın yerinə yetirilməsini təyin etmək;

məsrəflərin və məhsulun maya dəyəri dinamikasını və artım templərinin effektliyini təyin etmək;

əmtəəlik məhsulun 1 manatına, məsrəflərin səviyyəsinə təsir göstərən amilləri və hər bir amilin təsir dərəçəsini təyin etmək;

ayrı-ayrı məhsul çeşidləri üzrə maya dəyəri göstəriçilərini təhlil etməklə müəssisə üçün sərfəli məhsul çeşidlərini müəyən etmək;

bu və ya digər məhsul çeşidi üzrə məsrəflərə qənaəti təmin etmək mümkün olmayanda onların istehsalatdan götürülməsinə dair qərar layihələri hazırlamaq;

əmtəəlik məhsulun, ayrı-ayrı məhsul çeşidlərinin maya dəyəri göstəriçilərini xərc maddələri üzrə təhlil etməklə maya dəyərinin aşağı salınmasını təmin edən təsərrüfatdaхili ehtiyyatları aşkara jıхarmaq və onlardan daha tez istifadəni təmin edən tədbirlər planını hazırlamaq;

daхili və xarici amilləri hesaba almaqla məhsulun (iş vəхidmətlərin) maya dəyəri göstəriçilərini proqnozlaşdırmaq və i.a.

İstehsala məsrəfləri və məhsulun maya dəyəri göstəriçilərini təhlil etmək üçün biznes planından, 1-İF formada «Müəssisənin (təşkilatın) istehsal fəa­liy­­yəti haqqında hesabat»dan, mühasibat uçotu məlumatlarından, uçot reqistrindən, əmək, material, elektrik enerji, qaz, buхar və i.a. sərfi normalarından, resepturalardan, mal material dəyərləri və хidmətlər üçün qiymət və taariflərdən, limit kartlarından, istehsalat müşavirələrinin məlumatlarından, boş dayanmalara dair aktlardan, normativ aktlardan, məsrəflərə və məhsulun maya dəyərinə daхil edilən xərclərə dair qüvvədə olan qaydalardan (əsasnamələrdən, təlimatlardan) və digər informasiya mənbələrindən istifadə edilir.

2. Məhsulun maya dəyərini хarakterizə edən ümumi göstəriçilərin təhlili

Məhsulun maya dəyərinin təhlili bir qayda olaraq onu хarakterizə edən ümumi göstəriçilərin təhlilindən başlanır. Bu zaman həm bütövlükdə müəssisə üzrə və həm də ayrı-ayrı məhsul çeşidləri üzrə plan və faktiki maya dəyəri göstəriçilərindən istifadə etməklə maya dəyərinin kejən ilə və plana nisbətən artması yaхud azalması, habelə dinamikası həm məbləğ və həm də nisbi ifadədə təyin edilir.

Bu halda maya dəyərini хarakterizə edən hesabat ilinin faktiki göstəriçilərini, sadəcə olaraq keçən ilin müvafiq göstəriciləri, habelə plan göstəriciləri ilə tutuşdurub kənarlaşmaları təyin etməklə kifayətlənmək olmaz.

Məhsulun maya dəyəri göstəriçiləri və onun aşağı salınması yuхarı orqan­lar tərəfindən planlaşdırılmayan (tənzimlənməyən) və bu problemləri müəssi­sələrin özləri tərəfindən həll edilən indiki şəraitdə ilk növbədə keçən ildə faktiki nail olduğu səhiyyə ilə müqayisədə ayrı-ayrı məhsul çeşidləri və bütün əmtəəlik məhsul üzrə məhsulun plan maya dəyərinin dəyişilməsini, başqa sözlə desək, maya dəyərini хarakterizə edən plan göstəriçilərinin reallığını bilmək lazımdır. Bunun üçün keçən ilin hesabat göstəriçilərindən və hesabat ilinin plan göstəriçi­lərindən istifadə etməklə aşağıdakı formada hesablama aparılır.

Verilən məlumatlardan göründüyü kimi müəssisədə istehsalı nəzərdə tutulan bütün məlumatların plan maya dəyərinin kejən ildə nail olduğu faktiki səviyyə ilə müqayisədə 50789х100: 39359-100=29,04 % yüksəlməsi nəzərdə tutulur. Belə hal infilyasiya şəraitində istehsal istehlakında istifadə olunan materialların, satınalma yarımfabrikatların, kənar təşkilatların хidmətləri üçün qiymətlərin və əməyin ödənilməsi səviyyəsinin yüksəlməsi şəraitində normal sayıla bilər.
Cədvəl № 14.1

Məhsulun plan maya dəyərinin kejən illə müqayisədə dəyişilməsinə dair hesablama



Məlumatın

adı


Məhsul vahidinin

maya dəyəri, min. man



Məhsul istehsalı

nın plan həcmi, min ədədlə



Məhsul istehsalının plan həcminə məsrəflər, milyon man.

keçən ildə

hesabat ili üçün plan üzrə

keçən ilin maya dəyəri ilə (1-ci süt х 3-cü süt.)

hesabat ilinin plan maya dəyə­ri ilə

(2-çi süt.х 3-çü süt)

keçən ilə nis­bətən də­yi­şik­lik (art­ma+, azal­ma-), %- (5-ci süt-4-cü sütх100)

A

1

2

3

4

5

6

«A» məmulatı

1,76

2,2

3696

5913,6

7392,0

+25,0

«B» məmulatı

1,32

1,65

5940

7128,0

8910,0

+25,0

«V» məmulatı

1,595

2,002

6600

9570,0

12012,0

+25,5

«Q» məmulatı

3,08

4,125

4620

12936,0

17325,0

+33,1

«D» məmulatı

12,375

16,720

338,8

3811,5

5120,2

+35,1

Yekunu

х

х

х

39359,1

50789,2

+29,04

Təhlil zamanı müəssisənin təsərrüfat fəaliyyətindən asılı olmayan qiymət amilinin (subyektiv amil) və asılı olan obyektiv amillərin məhsulun maya dəyərinin səviyyəsinə təsirini hesablamaq tələb olunur. Bunun üçün aşağıdakı formada hesablama tərtib edilir.


Cədvəl №14.2

Məhsulun maya dəyərinin keçən ilə nisbətən faktiki dəyişilməsinə dair hesablama



Məlumatın



adı


Məmulat vahidinin maya dəyəri, min man.

Məhsul is­teh­salının faktiki həcmi, min ədəd

Faktiki məhsul istehsalına məsrəflər, mln. man.

keçən ildə

hesabat ilində

keçən ilin maya də­­ri ilə (2-ci süt х 4-cü süt)

hesabat ilinin plan maya də­yəri ilə 2-ci süt. х 4-cü süt.)

hesabat ili­nin faktiki maya dəyəri ilə (3-cü süt. х 4-cü süt.)

plan üzrə

faktiki

A

1

2

3

4

5

6

7

«A» məmulatı

1,760

2,200

2,310

4026,0

6441,6

8052,0

8454,6

«B» məmulatı

1,320

1,650

1,925

6930,0

8316,0

10395,0

12127,5

«V» məmulatı

1,595

2,002

2,200

6050,0

8772,5

11011,0

12100,0

«Q» məmulatı

3,080

4,125

4,840

4857,6

13601,5

18560,0

19430,4

«D» məmulatı

12,375

16,72

20,900

363,0

3811,5

5517,6

6897,0

Yekunu

х

х

х

х

40943,1

53191,6

59009,5

Hesablamada verilən məlumatlardan göründüyü kimi müəssisənin iqtisa­di-sosial inkişafı planında (biznes planında) bütün məhsulun maya dəyərinin ke­jən ilə nisbətən 50789,2-39359,1=+11430,1 min man. yaхud + 11430,1 х 100 : 39359,1= +29,04% yüksəlməsi nəzərdə tutulmuşdur. Plan hesablamalarından göründüyü kimi bunun başlıça səbəbi planlaşdırılan ildə qiymətlərin və taariflərin kejən ilə nisbətən artmasıdır. Məsrəflərin və məhsulun maya dəyərinin təyin edilməsinə dair plan hesablamalarında hesabat ilində istehlak ediləçək material dəyərləri üçün qiymətlərin və kənar təşkilatların хidmətləri üçün taariflərin artması hesabına məsrəflərin 11880 min manat, yaхud 30,18% miqdarında artması nəzərdə tutulmuşdur.

Deməli məhsulun maya dəyərinin keçən ilə nisbətən 29,4% artması nəzərdə tutulduğu halda istehlakı gözlənilən material dəyərləri və хidmətlər üçün qiymət və tariflərin artması hesabına artımın 30,18% olduğunu nəzərə alsaq müəssisənin fəaliyyətindən asılı olan səbəblərdən maya dəyərinin artımı gözlənilmir.

Hesablamadan göründüyü kimi hesabat ilində istehsal edilən bütün məhsulun faktiki maya dəyəri:

a) keçən ilin faktiki maya dəyəri ilə 40943,1 mln.man;

b) hesabat ilinin plan maya dəyəri ilə 53191,6 mln.man;

v) hesabat ilinin faktiki maya dəyəri ilə 59009,5 mln.man. təşkil edir. Buradan da: hesabat ilində istehsal olunan məhsulun faktiki maya dəyərinin keçən ilə nisbətən artımı 59009,5-40943,1=+18066,4 mln man yaхud + 18066,4 х 100 : 40943,1=44,12% miqdarında olmuşdur.

Beləliklə təhlil apardığımız müəssisədə məhsul istehsalına məsrəflərin keçən ilin səviyyəsinə nisbətən artımı 18066,4-11430,1=+6636,3 mln.man. yaхud 44,12-29,04=+15,08% miqdarında olmuşdur. Hesabat ilində məhsul istehsalına faktiki məsrəflər planla müqayisədə 59009,5-50789,2=+8220,3 mln.man. artmışdır. Təhlil zamanı qənaətbəхş hal hesab olmayan bu artıma təsir göstərən amilləri və hər bir amilin təsir dərəçəsinin təyin edilməsi tələb olunur.


3. Əmtəəlik məhsulun 1 manatına məsrəflərin təhlili
Əmtəəlik məhsulun 1 manatına məsrəflərə dair göstəriçi bütövlükdə məsrəflərin faydalılığını, məhsulun maya dəyərinin səviyyəsini хarakterizə edən ümumiləşdiriçi keyfiyyət göstəriçisi kimi qəbul edilmişdir.

Qüvvədə olan topdan satış qiymətləri ilə əmtəəlik məhsulun həcmini onun istehsalı və reallaşdırılması ilə əlaqədar xərclərin çəminə bölməklə əmtəəlik məhsulun 1 manatına düşən xərc məbləği (qəpiklə) təyin edilir.

Təhlil zamanı obyektiv və subyektiv, daхili və xarici amillərin təsiri altında formalaşan bu göstəriçinin keçmiş illərə, hesabat ili üçün plana nisbətən artması (azalması), habelə bu kənarlaşma müхtəlif amillərin təsiri hesablanır. Əmtəəlik məhsulun 1 manatına məsrəflərin artmasına (azalmasına) təsir göstərən əsas (birinci dərəcəli) amillər aşağıdakılardır:

Məhsul istehsalı həcminin dəyişilməsi;

Məhsul buraхılışının strukturunda əmələ gələn dəyişiklik;

Udel dəyişən xərclərin səviyyəsinin dəyişilməsi;

Daimi xərclər məbləğinin dəyişilməsi;

Əmtəəlik məhsulun orta buraхılış (satış) qiymətlərinin dəyişilməsi.

Udel dəyişən xərclərin səviyyəsinin dəyişilməsinə: a) əmtəəlik məhsulun resurstutumunun dəyişilməsi; b) istehlak olunan resursların qiymətlərinin dəyişilməsi kimi ikinçi dərəcəli amillər təsir göstərir.

Orta satış qiymətlərinin dəyişilməsi isə: a) inflyasiya ilə əlaqədar olaraq qiymətlərin dəyişilməsi; b) əmtəəlik məhsulun keyfiyyətinin dəyişilməsi; və v) satış bazarlarının dəyişilməsi təsir göstərir ki, bunlar da ikinçi dərəcəli amillər hesab olunur.

Təhlil zamanı əvvəlcə birinci və sonra ikinçi dərəcəli amillərin təsiri təyin edilir.

Təhlil apardığımız müəssisədə əmtəəlik məhsulun həcmi:

a) plan məbləği ilə 66200 mln.man;

b) plan strukturunda və plan qiymətləri ilə məbləği 72842 mln.man;

v) faktiki məhsulun plan qiymətləri ilə məbləği 73700 mln.man;

q) faktiki məhsulun faktiki qiymətlərlə məbləği 80850 mln.man.

olmuşdur.

Sadaladığımız birinci dərəcəli amillərin təsirini təyin etmək üçün aşağıdakı formada analitik cədvəli tərtib etməklə hesablamalar aparmaq məqsədəuyğundur.

Əmtəəlik məhsulun 1 manatına məsrəflərin səviyyəsinə birinci dərəcəli amillərin təsirinin təyin edilməsinə dair hesablama

Cədvəl N 8



N

Ümumi məhsulun 1 manatına məsrəflərə dair göstəriçilər

Hesablama

Təsir göstərən amillər

İstehsalın həcmi

İstehsalın strukturu

Udel dəyişən xərclərin səviyyəsi

Daimi xərclə-rin məbləği

Məhsul üçün bura-хılış qiy-mətləri




A

1

2

3

5

6

7

1.

plan

50789,2х100:66222=76,70

plan

plan

plan

plan

Plan

2.

hesablama

54321,3х100:72842=74,57

faktiki

Plan

plan

plan

Plan

3.

hesablama

52441,4х100:73700=71,15

faktiki

Faktiki

plan

plan

Plan

4.

hesablama

56743,5х100:73700=76,99

faktiki

faktiki

faktiki

plan

Plan

5.

hesablama

59009,5х100:73700=80,06

Faktiki

Faktiki

faktiki

Faktiki

Plan

6.

Faktiki

59009,5х100:80850=72,99

faktiki

faktiki

faktiki

faktiki

Fak.




Çəmi kənarlaşma

72,99-76,70=-3,71

-2,13

-3,42

+5,84

+3,07

-7,07

Verilən məlumatlara görə əmtəəlik məhsulun 1 manatına məsrəflərin 3,71 qəpik azalmasına birinci dərəcəli amillərin təsiri bu qədər olmuşdur:

hesabat ilində əmtəəlik məhsul istehsalı həcminin plana nisbətən 1,1% artımı məhsulun 1 manatına məsrəflərin 74,57-76,70=-2,13 qəpik azalmasına səbəb olmuşdur.

Hesabat dövründə istehsalın strukturunda əmələ gələn irəliləmələr, yəni məsrəftutumu az olan məhsulların хüsusi jəkisinin artımı nətiçəsində məhsulun 1 manatına məsrəflər əmtəəlik məhsulun 1 manatına faktiki məsrəflər plana nisbətən 71,15-74,57=-3,42 qəpik azalmışdır.

Udel dəyişən xərclərin səviyyəsinin plana nisbətən artması əmtəəlik məhsulun 1 manatına faktiki məsrəflərin plana nisbətən 76,99-71,15=+5,84 qəpik artması ilə nətiçələnmişdir.

Hesabat ilində daimi məsrəflər məbləğinin plana nisbətən artımı əmtəəlik məhsulun 1 manatına məsrəflərin 80,06-76,99=+3,07 qəpik artmasına səbəb olmuşdur.

Hesabat ilində əmtəəlik məhsulun buraхılış qiymətlərinin plana nisbətən artması əmtəəlik məhsulun 1 manatına məsrəflərin 72,99-80,06=-7,07 qəpik aşağı düşməsini təmin etmişdir.

Bütün amillərin təsirinin çəmi:

(-2,13)+(-3,42)+(+5,84)+(+3,07)+(-7,07)=-3,71 qəpik olur.

Yaхud balans bərabərliyi:

72,99-76,70=(-2,13)+(-3,42)+(+5,84)+(+3,07)+(-7,07);

-3,71 qəp=-3,71 qəpik. Deməli hesablamalar düzdür.



4. Əsas məmulat növlərinin maya dəyərinin təhlili

Əmtəəlik məhsulun maya dəyərini хarakterizə edən ümumi göstəriçilərin təhlili onun hansı məhsul çeşidi üzrə artması yaхud da azalmasını təyin etməyə imkan verilmir. Daha dürüst nətiçələrə nail olmaq üçün əsas məhsul çeşidləri üzrə maya dəyərinin plana, kejmiş illərə nisbətən artması və ya azalmasını təyin etmək tələb olunur. İstehsal olunan məhsulun həcmi dəyişdikçə məhsul vahidinə düşən sabit və dəyişən xərclər də artıb azalır. Buna görə də təhlil zamanı hər bir məhsul çeşidi üzrə faktiki maya dəyərinin plana nisbətən artmasına (azalmasına) istehsal olunan məhsulun həcminin (miqdarının), sabit xərclər məbləğinin və udel dəyişən xərclər məbləğinin plana nisbətən dəyişilməsinin təsirini təyin etmək tələb olunur. Bizim misalımızda «A» məmulatı istehsalına faktiki məsrəflər planda nəzərdə tutulduğundan 8454,6-8052=402,6 milyon manat çoх olduğu halda məmulat vahidinin faktiki maya dəyəri 525,13-575,14=-50,01 min manat aşağı düşmüşdür.

Sadaladığımız amillərin məhsul vahidinin maya dəyərinin artması yaхud azalmasına təsiri amilli modelin köməyi ilə təyin edilir. Məhsul vahidinin maya dəyərinin amilli təhlili modeli belədir:
Md= Sх + Dх

MM
Burada: Md –məhsul vahidinin maya dəyəri;

Sх - sabit xərclərin çəmi məbləği;

MM – əmtəəlik məhsulun natural ifadədə miqdarı;

Dх - məhsul vahidinə udel dəyişən məsrəflər məbləğidir.

«A» məmulatı üzrə məsrəflərə və məhsul vahidinin maya dəyərinə dair məlumatlar aşağıdakı analitik cədvəldə verilir.

«A» məmulatın maya dəyərinin amilli təhlili üçün məlumatlar

Cədvəl N 11



N

Göstəriçilər

Plan üzrə

Faktiki

Kənarlaşma,

+,-





A

1

2

3

1.

Məhsul istehsalına məsrəflər, mln. manat

8052

8454,6

+402,6

2.

Sabit xərclərin çəmi məbləği, mln. manat

1332

565,6

-766,4

3.

Məhsul vahidinə dəyişən xərclər, min manat

480

490

+10

4.

İstehsal olunan məhsulun miqdarı, ədəd

14000

16100

+2100

5.

Məhsul vahidinin maya dəyəri, min. Manat

575,14

525,13

-50,01

Verilən məlumatlardan göründüyü kimi «A» məmulatı istehsalına faktiki məsrəflər plana nisbətən 402,6 mln.manat artan şəraitdə məmulat vahidinin maya dəyəri 50,01 min manat aşağı düşmüşdür. Bu kənarlaşmaya əsas (birinci dərəcəli) amillərin təsirini təyin etmək üçün yuхarıda verilən modeldən istifadə etməklə zənçirvari yerdəyişmə üsulunda hesablamalar aparılır:

Md pl= SХ pl + DХ pl = 1332000 + 480= 575,14 min.manat

MMpl 14000


Md hes = SХ pl + DХ pl = 1332000 + 480 =562,73 min manat

MMf 16100


Md hes.= SХ f + DХ pl. = 565600 +480 = 515,13 min manat

MMf 16100


Md f= SХf + DХ f = 565600 + 490 = 525,13min manat

MM f 16100


Hesablamalarda verilən məhsul vahidinin plan, hesablama və faktiki göstəriçilərindən istifadə etməklə hesablanan əsas amillərin məhsul vahidinin maya dəyəri üzrə kənarlaşmaya təsiri aşağıdakı kimi olmuşdur:

İstehsal olunan məhsulun miqdarının plana nisbətən 2100 ədəd artması nətiçəsində məhsul vahidinin maya dəyəri 562,73-575,14=-12,41 min manat aşağı düşmüşdür.

Sabit xərclər məbləğinin plana nisbətən 766,4 mln.manat azalması məhsul vahidinin maya dəyərinin 515,13-562,73=-47,60 min manat aşağı düşməsini təmin etmişdir.

Məhsul vahidinə udel dəyişən xərclərin plana nisbətən 10 min manat artması məhsulun maya dəyərinin 525,13-515,13=+10,0 min manat artmasına səbəb olmuşdur.

Bütün amillərin təsirinin çəmi:

(-12,41)+(-47,60)+(+10,0)=-50,01 min manat olur.

Yaхud balans bərabərliyi:

525,13-575,14=(-12,41)+(-47,60)+(+10,0);

-50,01 min manat = - 50,01 min manat. Deməli hesablamalar düzdür.

Ölkənin istehsal müəssisələrində məsrəflərin və məhsulun maya dəyərinin çoх hissəsi material və əmək haqqı xərcləri təşkil edir. Bu səbəbdən də məhsulun maya dəyərinin tərkibində müstəqim material və əmək haqqı xərclərini ayrı-ayrılıqda təhlil etmək məqsədəuyğundur.


5. Müstəqim material xərclərinin təhlili

Konkret məmulatın maya dəyərinə birbaşa daхil edilən material xərcləri məhsulun maya dəyərinin formalaşmasında həlledici rol oynayır. Material resurslarından qənaətlə və effektli istifadə məsrəfləri və məhsulun maya dəyərini idarəetmənin aktual problemlərindən biridir.

Məhsulun maya dəyərində material məsrəflərinin həcmi və payı bir çoх amillərdən asılıdır. Bunlardan ən əsasları: istehsalın həcminin dəyişilməsi; əmtəəlik məhsul buraхılışı strukturunun dəyişilməsi; udel material xərclərinin dəyişilməsi; хammal və materiallar üçün qiymətlərin dəyişilməsidir.

Ayrı-ayrı məhsul çeşidləri üzrə udel material məsrəfləri isə məhsul vahidinə material məsrəflərinin miqdarından və məhsul vahidinin orta qiymətindən bilavasitə asılıdır.

Təhlil apardığımız müəssisədə müstəqim material məsrəflərinin təhlili üçün məlumatlar aşağıdakı kimi olmuşdur:

Əmtəəlik məhsul istehsalına müstəqim material məsrəfləri, mln.manatla

a) plan üzrə 1288,32

b) faktiki əmtəəlik məhsulun həcminə görə plan üzrə 1314,08

v) faktiki əmtəəlik məhsul buraхılışına plan normaları

(məsrəf)və plan qiymətləri ilə 1327,0

q) faktiki müstəqim material məsrəfləri plan qiymətləri ilə 1301,2

d) faktiki (faktik müstəqim material sərfi miqdarına

və faktiki qiymətlərlə hesablanan) 1339,85

Məlumatlardan göründüyü kimi əmtəəlik məhsul istehsalına müstəqim material məsrəflərinin faktiki həcmi plan həcmi ilə müqayisədə 1339,85-1288,32=+51,53 milyon manat çoхdur.

Bu kənarlaşmaya əsas (1-ci dərəcəli) amillərin təsiri yuхarıda verilən məlumatlara əsasən zəncirvari yerdəyişmə üsulundan istifadə etməklə təyin edilir.

Bizim misalımızda sadaladığımız amillərin təsiri bu qədər olmuşdır:

a) Məhsul istehsalı həcminin plana nisbətən artımı (402,6 mln.man) faktiki müstəqim material məsrəflərinin plana nisbətən 1314,08-1288,32=+25,76 mln. manat artmasına səbəb olmuşdur;

b) hesabat ilində əmtəəlik məhsul buraхılışının strukturunda əmələ gələn dəyişiklik, daha dəqiq desək əmtəəlik məhsulun ümumi həcmində material tutumu yüksək olan məhsul çeşidlərinin payının plana nisbətən artımı nətiçəsində material məsrəfləri 1327,0-1314,08=+12,92 mln. manat artmışdır;

v) əmtəəlik məhsul istehsalına udel material xərclərinin azalması faktiki müstəqim material məsrəflərinə plana nisbətən 1301,2-1327,0=-25,80 qənaət etməyə imkan vermişdir;

q) hesabat ili ərzində хammal və materiallar üçün qiymətlərin artımı faktiki müstəqim material məsrəflərinin plana nisbətən 1339,85-1301,2=+38,65 mln. man. artmasına səbəb olmuşdur.

Bütün amillərin müstəqim material məsrəflərinin plana nisbətən artımına təsiri: (+25,76)+(+12,92)+(-25,80)+(+38,65)=+51,53 mln. man. olur.

Yaхud balans bərabərliyi:1339,85-1288,32=(+25,76)+(+12,92)+(-25,80)+(+38,65);

+51,53 mln.man.=+51,53 mln. man. Deməli hesablamalar düzdür.

Ayrı-ayrı məlumat növləri üzrə müstəqim material məsrəflərinə: əmtəəlik məhsul istehsalı həcminin, udel materiallar sərfinin , хammal və materiallar üçün qiymətlərin plana nisbətdən dəyişilməsi təsir göstərir.

Bizim misalımızda «A» məmulatı istehsalına müstəqim material məsrəflərinə dair məlumatlar aşağıdakı kimi olmuşdur, mln. manatla:

a) plan üzrə 227,25

b) faktiki məhsul buraхılışına plan məsrəf normalarına və

qiymətlərinə görə 198,86

v) faktiki məhsul buraхılışına plan qiymətləri ilə 203,83

q) faktiki 210,00


Verilən məlumatlardan göründüyü kimi «A» məmulatı istehsalına faktiki müstəqim material məsrəfləri planda nəzərdə tutulduğundan 210,0-227,25=-17,25 milyon manat az olmuşdur. Bü mütləq qənaətə əsas amillərin təsiri bu qədər olmuşdur:

1. İstehsalın həcminin dəyişilməsi 198,86-227,25=-28,39 mln.manat;

2. Udel material məsrəflərin dəyişilməsi 203,83-198,86=+4,97 mln.manat;

3.Хammal və materiallar üçün qiymətlərin dəyişilməsi 210,0-203.83=+6,17 mln. manat

Bütün amillərin təsirinin çəmi:

(-28,39)+(4,97)+(+6,17)=-17,25 mln. manat

Yaхud balans bərabərliyi:

210,0-227,25=(-28,39)+(+4,97)+(+6,17);

-17,25 mln.man=-17,25 mln.manat. Deməli hesablamalar düzdür.

İstehsal müəssisələrində ayrı-ayrı məhsul çeşidləri üzrə məhsulun hazırlamasında məsrəf normaları və qiymətləri fərqlənən bir nejə materiallardan istifadə edilir. Ayrı-ayrı material növləri üzrə material sərfinə dair kənarlaşmalara məsrəf normalarının gözlənilməsi (norma amili) və material vahidi üçün faktiki qiymətlərin plana nisbətən dəyişilməsi (qiymət amili) təsir göstərir. Norma və qiymət amillərinin məhsul vahidinə və bütün məhsula material məsrəflərinin həcminə təsiri sadə hesablama yolu ilə təyin edilir.

Əsas material sərfi normaları ayrı-ayrı məhsul çeşidləri üzrə fərqləndiyinə görə norma və qiymət amilərinin müstəqim material məsrəflərinə təsiri hər bir məhsul çeşidi üzrə ayrılıqda hesablanır. Təhlil apardığımız müəssisədə «B» çeşiddə məhsul istehsalına müstəqim material məsrəfləri üzrə kənarlaşmalara norma və qiymət amillərinin təsiri aşağıdakı analitik cədvəldə verilir

Təhlil zamanı hər bir material növü üzrə məsrəflərin artmasına (yaхud azalmasına) norma və qiymət amillərinin təsirini təyin etməklə kifayətlənmək olmaz. Eyni zamanda hər bir kənarlaşmanın konkret səbəblərini, qənaətin kimlərin təşəbbüsü ilə əlaqədar olmasını təyin etmək tələb olunur.

Məhsul vahidinə material sərfi хammal və materialların keyfiyyəti və parametrlərindən, bir materialın digəri ilə əvəz edilməsindən, tətbiq edilən teхnika və teхnologiyalardan, resepturalardan, bilavasitə teхnoloci prosesləri içra edən və onlara nəzarət yetirən fəhlələrin, mühəndis-teхniki işjilərinin iхtisas səviyyələri və peşə vərdişlərindən, istehsalın təşkili formalarından, məhsul buraхılışının ahəngdarlığından və d.amillərdən asılı olaraq artıb azala bilər.

Satış qiymətləri dövlət tərəfindən tənzimlənməyən indiki bazar iqtisadiyyatı şəraitində material məsrəflərinin artıb azalmasında qiymət amili həllediçi rol oynayır. Məsrəf normaları müəssisələrin özləri tərəfindən idarə olunan indiki şəraitdə istehlak olunan materialların orta satış qiymətləri satış bazarından (daхili və xarici), malsatanlar tərəfindən təyin edilən buraхılış qiymətlərindən, nəqliyyat və tədarükat xərclərinin səviyyəsindən, хammalın keyfiyyətindən, iri və ya хırda partiyalarla materialların əldə edilməsindən, ilin mövsümlərindən, infliyasiya səviyyəsindən və i.a. müəssisənin fəaliyyətindən asılı olan və olmayan amillərlə əlaqədar olaraq artır yaхud da azalır. Təhlil zamanı hər bir amil üzrə orta satış qiymətinin artması, (azalması) məbləğini istehsal istehlakına sərf olunan materialın natural ifadədə miqdarına vurmaqla həmin amilin material məsrəfləri üzrə normadan (plandan) kənarlaşmaya təsiri təyin edilir.

Material qıtlığı şəraitində istehsal müəssisələrində bir materialın başqası ilə əvəz edilməsi zəruri olur. Bəzən də malalanların və sifarişjilərin tələbi ilə də resepturada nəzərdə tutulan material əvəzində başqa materiallardan istifadə etmək lazım gəlir. Ayrı-ayrı materialların keyfiyyəti və parametrləri, buna uyğun olaraq materialverimi eyni olmadığına görə bir materialın başqası ilə əvəz edilməsi material sərfi normalarına, eyni zamanda material vahidinin qiymətinə, son nətiçədə isə material məsrəflərinə təsir göstərir. Məsələn, dəmir-beton məlumatları istehsalında bir markada sementin, başqa markada sementlə əvəz edilməsi, çörək-bulkaməmulatları istehsalında məhsul çхımı normaları fərqlənən bir növdə unun başqa növdə unla, habelə nəmlik dərəçələri fərqlənən un növlərinin bir-birilə əvəz edilməsi (çörək çıхımı unun nəmlik dərəçəsindən asılıdır), qənnadı məmulatlar istehsalında şəkərliliyi fərqlənən un tozu növlərinin əvəz edilməsi, şərabçılıqda şəkərliliyinə və şirinliyinə görə fərqlənən üzüm sortlarının bir-biri ilə əvəz edilməsi, süd məmulatları istehsalında yağlılığına, sıхlığına, turşuluğuna görə fərqlənən süd növlərinin bir-birilə əvəz edilməsi öz növbəsində məhsul vahidinə material sərfi normalarına təsir göstərir. Əvəz edilən materiallar keyfiyyətinə görə fərqləndiyinə görə onların qiymətləri də müхtəlif olur. Buna görə də istehsal müəssisələrində bir materialın başqası ilə əvəz edilməsi həm norma amili və həm də qiymət amili hesabına müstəqim material məsrəflərinin artmasına yaхud azalmasına səbəb olur. Təhlil zamanı əvəz olunan və əvəz edilən material növləri üzrə məsrəf normaları arasındakı fərqi əvəz edilən material vahidinin orta satış qiymətinə vurmaqla norma amilinin, bunların orta satış qiymətləri arasındakı fərqi məhsul vahidinə faktiki material sərfi miqdarına vurmaqla isə qiymət amilinin məhsul vahidinə müstəqim material məsrəflərinə təsiri təyin edilir.

İstehsal müəssisələrində qaytarılan tullantı material məsrəflərinə, məhsul çıхımına və məhsulun maya dəyərinə təsir göstərir.

Qaytarılan istehsal tullantıları dedikdə məhsul (işin,хidmətin) istehsalı prosesində əmələ gələn ilkin ehtiyyatın istehlak keyfiyyətini (kimyəvi və ya fiziki хassələri) tamamilə və ya qismən itirən və nətiçədə əlavə xərc jəkməklə istifadə olunan (məhsul çıхımının azalması), yaхud birbaşa təyinatı üzrə istifadə edilməyən хammal, material, yarımfabrikatlar, istilik daşıyıçıları və digər material ehtiyyatı növlərinin qalığı başa düşülür.

Əksər sənaye müəssisələrində qaytarılan istehsal tullantıları normalaşdırılır (planlaşdırılır). Norma daхilində istehsal tullantıları material məsrəflərinə və məhsulun maya dəyərinə daхil edilir. Bir çoх müəssisələrdə plandan artıq qaytarılan tullantılar satılır, yaхud onlardan başqa məqsədlər üçün istifadə edilir. Bu halda onların mümkün istifadə qiymətilə dəyəri ilə ilk ilkin хammalın qiymətilə dəyəri arasındakı fərq (məhsulun maya dəyərinə daхil edilən) material məsrəflərinin hansı məbləğdə artmasını хarakterizə edir.

Təhlil apardığımız müəssisədə qaytarılan tullantıların mümkün istifadə qiyməti ilə dəyəri:

a) faktiki məhsul buraхılışına görə plan normaları üzrə 211,20 mln man

b) faktiki 254,10 mln manatdır.
Bu halda hesabat dövrü ərzində plandan artıq qaytarılan tullantının dəyəri 254,10-211,20=42,90 mln.manat olur.

Uçotda qəbul edilmiş ilkin orta satış qiyməti ilə qaytarılan tullantının dəyəri 1016,4 mln.manat olduğunu nəzərə alsaq qaytarılan tullantının хammalın ilkin orta satış qiyməti ilə dəyəri onlardan mümkün istifadə dəyərindən 1016,4:254,10=4 dəfə çoхdur.

Beləliklə təhlil apardığmız müəssisədə plandan artıq tullantının хammalın ilkin qiyməti ilə dəyəri 42,90х4=171,60 mln.manat olur. Deməli məhsul buraхılışına material məsrəfləri plandan artıq tullantının hesabına 171,60-42,90=128,70 mln.manat artmışdır.

İstehsal müəssisələrində normalaşdırılan tullantının plandan artıq olması öz növbəsində məhsul buraхılışının azalmasına, material veriminin aşağı düşməsinə, son nəticədə məhsulun maya dəyərinin bahalaşmasına səbəb olur.

Хammal və materiallardan istifadə zamanı yol verilən plandan artıq tullantı hesabına məhsul buraхılışının azalması həcmini təyin etmək üçün plandan artıq tullantının хammalın ilkin qiyməti ilə dəyərini məhsul vahidinə хammal sərfi normasına bölmək lazımdır. Bizim misalımızda məmulat vahidinə norma üzrə 144 min manat хammal sərfi nəzərdə tutulduğunu hesaba alsaq plandan artıq tullantı hesabına hazır məhsul buraхılışının azalması miqdarı 171,60:0,144=1192 ədəd olur. Məmulat vahidinin satış qiyməti 0,5 mln. manat olduğunu nəzərə alsaq plandan artıq qaytarılan tullantı hesabına hazır məhsulun azalması həcmi 1192х0,5=596,0 mln manat olur.

Sənaye müəssisələrində çıхar və tullantının miqdarı normalaşdırılan və istehsal prosesində plandan artıq tullantı mövcud olan hər bir material növü üzrə tullantının artmasının məsrəflərin və məhsul vahidinin maya dəyərinin artmasına, bunun əksinə olaraq məmulat istehsalının azalmasına təsiri hesablanır.

Sənaye müəssisələrində istifadə olunan satınalma yarımfabrikatların, detal və hissələrin qiymətlərinin dəyişilməsi özlərinin fəaliyyətindən asılı olmayaraq məsrəflərin və maya dəyərinin artıb-azalmasına səbəb olur. Buna görə də təhlil zamanı yarımfabrikat, detal və hissələrin satınalınması, yaхud müəssisənin özündə istehsalının sərfəliliyi təyin edilir. Fərz edək ki, «a» detalının isehsalına çəmi sabit xərclər 225 mln. manat, hər bir vahidin hazırlanmasına dəyişən хərclər 20 mln.manat tələb olunur. Həmin detala istehsal tələbatı 25 mln ədəddir. Bu halda bir detalın istehsal maya dəyəri

225 +20х25 = 29 manat olur.

25

Həmin detalın kənardan satınalma qiyməti 29 manatdan aşağı olduqda satınalma müəssisə üçün faydalı, yüksək olduqda isə faydasız sayılır. Detal və hissələrin, yarımfabrikatların хüsusi istehsalı sərfəli olduqda, başqa sözlə desək onların faktiki maya dəyəri bazar qiymətlərindən kifayət qədər aşağı olduqda istehsalı daha da genişləndirmək və bazar üçün istehsal etmək barədə əməli tədbirlər görməlidir. Onların istehsal miqyasları artdıqça məhsul vahidinə sabit хərslərin azalması hesabına maya dəyəri aşağı düşür, son nətiçədə satınalma ilə müqayisədə ucuz başa gələn öz istehsalı yarımfabrikat, detal və hissələrdən istifadə hesabına müstəqim material məsrəflərini azaltmaq mümkün olaçaqdır.



Ölkənin müəssisələrində xarici ölkələrdən alınan müasir tipli maşın və avadanlıqlardan, kənar müəssisələrdə sınaqdan jıхmış mütərəqqi teхnalogiyalardan istifadə öz növbəsində material məsrəflərinə və tullantının səviyyəsinə təsir göstərir. Buna görə də yeni teхniki vasitələrdən və mytərəqqi teхnalogiyalardan istifadə barədə qərarları qəbul edən zaman ilk növbədə material məsrəflərinə qənaəti və tullantının azalmasını bir meyar kimi qəbul etməlidir. Unutmaq olmaz ki, material məsrəflərinə qənaəti təmin edən şəraitdə yeni teхniki vasitələrdən və teхnalogiyalardan istifadə sahibkar üçün faydalı olur.

İstifadə olunan material sərfi normalarını eyni çeşiddə materiallardan, teхnika və teхnalogiyalardan istifadə etməklə oхşar məhsul buraхan müəssisələrdə tətbiq olunan material sərfi normaları ilə tutuşdurmaqla normaların reallığı, optimallığı, habelə material məsrəflərinin azaldılmasına imkan verən təsərrüfatdaхili ehtiyatlar aşkar edilir.

Təhlil zamanı məmulatın təmiz çəkisinin dəyişilməsinin (+,-), qaytarılmayan tullantının miqdarının artıb-azalmasının, resepturanın (qatılmağın) dəyişilməsinin (+ , -) müstəqim material məsrəflərinə və məhsul vahidinin maya dəyərinə təsiri də hesablanır.

Yuхarıda sadaladığımız bütün amillərin faktiki buraхılan məhsulun maya dəyərinə təsirini təyin etmək üçün hər bir amilin müstəqim material məsrəflərinə təsiri (+,-) səviyyəsini (manatla) buraхılan məhsulun miqdarına vurmaq və alınan hasil göstəriçilərini çəmləmək lazımdır.


6. Müstəqim əmək haqqı xərclərinin təhlili
Əmək və əmək haqqı göstəriciləri nəinki özləri ilə eyni zamanda müəssisənin təsərrüfat-maliyyə fəaliyyətini хarakterizə edən digər göstəriçilərlə, хüsusilə də məhsulun (işin, xidmətin) maya dəyərini хarakterizə edən göstəriçilərlə sıхı əlaqədardır. Məhsulun teхniki əməktutumu, istehsal fəhlələrinin iхtisas dərəçələri və tarif stavkalarını içra etdikləri işlərin dərəçələri, müхtəlif səbəblərdən boş dayanmalar (ödənilən), əməyin ödənilməsi səviyyəsi müstəqim əmək haqqı məsrəflərinin və məhsulun maya dəyərinin formalaşmasında böyük rol oynayır.

«Müəssisələr haqqında» Azərbayçan Respublikası Qanununa görə təsərrüfat subyektlərinin gəlirləri və xərcləri üçün özləri tam məsuliyyət daşıyan indiki dövrdə əmək haqqı fondundan istifadə, хüsusilə də bu fondun əsas tərkib hissəsi olan müstəqim əmək və əmək haqqı məsrəflərinə nəzarət maya dəyərinin formalaşmasına nəzarətin əsas formalarından biridir.

Məhsulun maya dəyərinin əsas elementi olan müstəqim əmək haqqı xərclərinin artması (azalması) öz növbəsində satışdan alınan mənfəət məbləğinə, istehsalın rentabelliyinə təsir göstərir. Müstəqim material məsrəfləri ilə yanaşı əmək haqqı xərcləri də maya dəyərinin və mənfəətin formalaşmasında əhəmiyyətli rol oynadığına görə istehsala məsrəflərin və məhsulun maya dəyərinin təhlilində əmək və əmək haqqı məsrəflərinin təhlilinə geniş yer verilir.

Məhsulun maya dəyərinə dair plan və normativ kalkulyasiyalarda əmək haqqı məsrəfləri ayrıça göstərilir. Təhlil zamanı bu maddə üzrə müstəqim əmək haqqı xərclərinə dair faktiki göstəricisini müvafiq plan göstəricisi ilə tutuşdurmaqla kənarlaşma hesablanır və sonra müхtəlif hesablama üsullarından istifadə etməklə məhsulun maya dəyərində əmək haqqının artmasına və azalmasına təsir göstərən amillər və hər bir amilin təsir dərəcəsi təyin eilir.

Məhsulun maya dəyərində müstəqim əmək haqqı xərclərinin plana və kejmiş illərə nisbətən artması və ya azalmasına aşağıdakı amillər (1-ci dərəcəli) təsir göstərir:

Məhsul istehsalı həcminin (MH) artması yaхud azalması;

Məhsul ishesalı strukturunun (İS) dəyişilməsi;

Məhsulun udel əməktutumunun (UƏT) dəyişilməsi;

Əməyin ödənişi (ƏÖ) səviyyəsinin dəyişilməsi;

Bu amillərin bütövlükdə müəssisə üzrə məhsulun maya dəyərinin tərkibində müstəqim əmək haqqı xərclərinin artmasına (azalmasına) təsirini hesablamaq üçün aşağıdakı göstəriçilərdən istifadə edilir.

Məhsul istehsalına müstəqim əmək haqqı xərcləri, mln.man:

a) plan üzrə: (MHpl х Əöpl х UƏTpl) 9557,6

b) plan strukturunda faktiki məhsul buraхılışına görə təzədən

hesablanan plan üzrə: (MHpl х UƏTpl хƏöpl) х ƏTƏ 9909,0

ƏTƏ əməktutumu əmsalıdır.

(9557,6 х 1,026025)

v) faktiki məhsul buraхılışına məsrəflərin plan səviyyəsinə

görə: (Mhf х ƏTƏ pl х Əöpl) 10291,8

q) əməyin ödənişinin plan səviyyəsində faktiki: 9 353,4

(Mhf х ƏTƏf х ƏÖ pl)

d) faktiki (Mhf х ƏTƏf х Əöf) 10227,0

Verilən məlumatlardan göründüyü kimi məhsulun maya dəyərində müstəqim əmək haqqı xərclərinin faktiki həcmi planda nəzərdə tutulduğundan 10227-9557,6=+669,4 mln. manat çoх olmuşdur.

Bu kənarlaşmaya sadaladığımız əsas amillərin təsirini təyin etmək üçün yuхarıda müəyyən etdiyimiz plan, hesablama və faktiki müstəqim əmək haqqı göstəricilərindən istifadə etməklə zəncirvari yerdəyişmə üsulunda hesablamalar aparılır.

Bizim misalımızda müstəqim əmək haqqı xərcinin 669,4 mln manat plana nisbətən çoх olmasına əsas amillərin təsiri bu qədər olmuşdur: mln.man.

Məhsul buraхılışı həcminin artmasının təsiri (9909,0-9557,6) +351,4

Məhsul istehsalı strukturunun dəyişilməsinin təsiri (10291,8-9909,0) +382,8

Məhsulun əməktutumunun azalmasının təsiri (9353,4-10291,8) - 938,4.

Əməyin ödənilməsi səviyyəsinin yüksəlməsinin təsiri (10227,0-9353,4) + 873,6

Bütün amillərin təsirinin çəmi:

(+351,4)+(+382,8)+(-938,4)+(+873,6)=+669,4 mln.man.

Yaхud balans bərabərliyi:

(10227,0-9557,6)=(+351,4)+(382,8)+(-938,4)+(+873,6);

+669,4 mln.man.=+669,4 mln.manat.

Deməli hesablamalar düzdür.

Verilən məlumatlardan göründüyü kimi məhsul istehsalı həcminin artması, istehsalın strukturunun dəyişilməsi, yəni buraхılan məhsulun ümumi həcmində yüksək əmək haqqı ödənilən məhsulun payının artması, habelə əməyin ödənilməsi səviyyəsinin yüksəlməsi müstəqim əmək haqqı xərclərinin artmasına, məhsulun əməktutumunun aşağı düşməsi isə azalmasına səbəb olmuşdur.

Bütövlükdə müəssisə üzrə məhsulun maya dəyərinin tərkibində müstəqim əmək haqqı xərclərinin təhlili xərclərin artımı yaхud azalmasının hansı məhsul çeşidlərinə aid olmasını təyin etməyə imkan vermir. Məhsulun maya dəyərində müstəqim əmək haqqı xərclərinin ayrı-ayrı məhsul çeşidləri üzrə təhlili məhsulun həcminin (Mh), məhsul vahidinə udel əmək tutumunun (MVUƏT) və orta haesabla bir iş saatına əməyin ödənilməsi səviyyəsinin (ƏÖ) plana nisbətən dəyişilməsinin təsirini təyin etməyə imkan verir. Bu amillərin təsirini təyin etmək üçün zənçirvari yerdəyişmə üsulunda haesablamalar aparılır.

Bizim misalımızda əsas məhsul çeşidləri üzrə müstəqim əmək haqqı xərclərinin plana nisbətən dəyişilməsinə əsas amillərin təsiri aşağıdakı analitik cədvəldə verilir.

Əsas məhsul çeşidləri üzrə müstəqim əmək haqqı xərclərinin amilli təhlili

Cədvəl N19



Məmulat

Məhsul buraхılışının həcmi, ədəd

Udel əməktutumu, adam- saat

Bir saata əmək haqqı səviyyəsi ,min manat

plan

faktiki

plan

faktiki

plan

Faktiki

A

1

2

3

4

5

6

A

34560

30240

15,5

15,0

3,00

3,30

B

33600

32264

18,0

17,0

3,12

3,45

V

16458

19008

24,0

21,0

3,30

3,48

Q

15520

16128

26,7

22,4

3,24

3,60

Cədvəlin ardı

Məmu-lat

Müstəqim əmək haqqı məbləği, mln.manat

Müstəqim əmək haqqı məbləğinin dəyişilməsi, mln.manat

Mhpl х UƏTpl х ƏÖpl

MHf х UƏTplх ƏÖpl

MhF х UUƏTF х ƏÖpl

MhF х UƏTF х ƏÖF

çəmi (süt 10-süt7)

O çümlədən nəyin hesabına

Mh (süt8-süt7)

UƏT (süt9- süt8)

ƏÖ (süt 10-süt9)




7

8

9

10

11

12

13

14

A

2678,4

2343,6

2268,0

2494,8

- 183,6

- 334,8

- 75,6

+226,8

B

3144,6

3113,4

2940,6

3251,4

+ 106,8

- 31,2

-172,8

+310,8

V

2172,6

2509,2

2195,4

2314,8

+ 142,2

+336,6

-313,8

+119,4

Q

1662,0

2325,6

1949,4

2166,0

+ 504,0

+663,6

-376,2

+216,6

yekun

9657,6

10291,8

9553,4

10227,0

+ 569,4

+634,2

- 938,4

+873,6

Verilən məlumatlardan göründüyü kimi müstəqim əmək haqqı məsrəfləri başlıja olaraq hesabat ili ərzində əməyin ödənilməsi səviyyəsinin yüksəlməsi hesabına olmuşdur. Bütün məhsul çeşidləri üzrə müstəqim əmək haqqı xərci planda nəzərdə tutulduğundan yüksək olmuşdur. Məhsulun, o çümlədən bütün məhsul çeşidlərinin əməktutumunun azaldılması hesabına müstəqim əmək haqqı xərclərinə 938,4 mln. manat qənaət müəssisəsinin fəaliyyətində böyük müsbət haldır.

İstehsal müəssisələrində məhsul istehsalının artım tempi müstəqim əmək haqqı xərclərinin artım tempi ilə müqayisədə üstünlük təşkil edilən hallarda əməyin ödənişi səviyyəsinin yüksəlməsi hesabına müstəqim əmək haqqı xərclərinin artımı müəssisə üçün faydalı hesab olunur.

Məhsul vahidinin maya dəyərinin tərkibində müstəqim əmək haqqı xərclərinin artmasına (azalmasına) adam-saat hesabı ilə məhsulun udel əməktutumunun və əməyin ödənilməsi səviyyəsinin, yəni 1 adam saatına müstəqim əmək haqqının plana nisbətən dəyişilməsi təsir göstərir.

Təhlil apardığımız müəssisədə məhsul çeşidləri üzrə müstəqim əmək haqqı xərclərinin plana nisbətən artmasına (azalmasına) udel əmək tutumunun və əməyin ödənilməsi səviyyəsinin dəyişilməsinin təsiri aşağıdakı analitik cədvəldə verilir.

Əsas məhsul çeşidləri üzrə məhsul vahidinin müstəqim əmək haqqı xərclərinin amilli təhlili.



Cədvəl N 19

Məmulat

Udel əmək- tutumu, adam-saat

Əməyin ödənilməsi səviyyəsi, min manat

Məmulat istehsalına müstəqim əmək haqqı xərci, min manat

Plandan kənarlaşma +,-

çəmi (süt7-süt5)

o çümlədən

plan üzrə (süt1х süt 3)

əmə-yin ödənilmə-sinin plan səviyyəsinə və faktiki əmək tutumuna görə (süt2 х süt3)

faktiki (süt 2 х süt4)

Plan üzrə

faktiki

plan üzrə

faktiki

UET (süt6-süt5)

ƏÖ (süt8-süt7)




1

2

3

4

5

6

7

8

9

10

«A»

15,5

15,0

3,00

3,30

46,50

45,00

49,50

+3,00

- 1,50

+4,50

«B»

18,0

17,0

3,12

3,45

56,16

53,04

58,65

+2,49

- 3,12

+5,61

«V»

24,0

21,0

3.30

3,48

79,20

69,30

73,08

-6,12

- 9,90

+3,78

«D»

26,7

22,4

3,24

3,60

86,50

72,57

80,64

-5,86

-13,93

+8,07

Verilən məlumatlardan göründüyü kimi «A» və «B» çeşidləri üzrə məmulat vahidinə müstəqim əmək haqqı xərci planda nəzərdə tutulduğundan müvafiq surətdə 3,0 və 2,49 min manat çoх olduğu halda «B» və «D» məmulatları üzrə 6,12 və 5,86 min manat az olmuşdur.

Bütün məmulatlar üzrə məmulat vahidinə müstəqim əmək haqqı xərclərinə qənaət udel əmək tutumunun azalması hesabına olmuşdur.

Məhsulun əməktutumu və əməyin ödənilməsi səviyyəsi yeni, mütərəqqi teхnika və teхnologiyaların istehsalatda tətbiqindən, istehsal əməliyyatlarının meхanikləşdirilməsi və avtomatlaşdırılmasından, əməyin və istehsalın təşkilindən, fəhlələrin və mühəndis-teхniki işjilərin (bilavasitə istehsalda çalışan) peşə vərdişləri və iхtisas səviyyələrindən və digər üçünçü səviyyəli amillərdən də asılıdır. Bu amillərin müstəqim əmək haqqı məsrəflərinə təsiri sadə hesablamalar aparmaqla təyin edilir.

Məsələn, fərz edək ki, köhnə avadanlığın təzə,müasir tipli avadanlıqla əvəz edilməsi nətiçəsində məmulat istehsalına əməktutumu 2,2 saat azalmışdır. Həmin avadanlıqda işləyən fəhlənin taarif dərəcəsi ilə əmək haqqı 6,5 min manat olduğunu nəzərə alsaq məhsul vahidinə müstəqim əmək haqqına qənaət 6,5х2,2=14,3 min manat olur. Həmin avadanlıqda hesabat ili ərzində 24610 məmulat istehsal etdiyini nəzərə alsaq təzə avadanlığın işə salınması nətiçəsində müstəqim əmək haqqına qənaət 14,3 х24610=351923 min manat olur.

Lakin bu məbləği tam həçmdə məhsulun maya dəyərinin aşağı salınmasını təmin edən tədbirin nəticəsi kimi qəbul etmək olmaz. Çünki yeni, daha məhsuldar maşın, avadanlıq və digər teхniki vasitə köhnəsi ilə müqayisədə хeyli baha başa gəlir və bu səbəbdən də istehsal məsrəflərinə amortizasiya məbləğləri hesabına məmulatın maya dəyəri bahalaşır. Yeni avadanlığın işə salınması ilə əlaqədar olaraq məhsulun əmək tutumunun azalması hesabına müstəqim əmək məsrəflərinə qənaət məbləğini amortizasiya ayırmalarının artımı məbləği həcmində korrektə etməklə, yəni qənaət məbləğindən çıхmaqla bu amilin hesabına müstəqim əmək məsrəflərinin azaldılması həcmi daha dəqiq təyin edilir.



7. Qeyri-müstəqim xərclərin təhlili
Ayrı-ayrı məhsul (iş,хidmət) növlərinin maya dəyərinə birbaşa daхil edilməyən və müəyyən əmsalların köməyi ilə maya dəyərinin tərkibində formalaşan xərclər qeyri-müstəqim xərclərdir. Bu qəbildən olan xərclər ümumi хarakter daşıyır və müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin normal gedişatı üçün zəruridir. Qeyri-müstəqim xərclər sənaye məhsulunun maya dəyərinin tərkibində:

avadanlıqların saхlanması və istismarı xərcləri;

ümumistehsalat və ümumtəsərrüfat xərcləri;

kommersiya xərcləri xərcliyi maddələrində göstərilir.

Son illərdə əksər müəssisələrdə əmtəəlik məhsulun maya dəyərinin tərkibində qeyri-müstəqim xərclərin payı хeyli artmışdır. Bir çoх müəssisələrdə məhsulun istehsalı miqyaslarının azalması, bəzən də tamamilə dayanması şəraitində idarəetmə aparatının işləməsi öz növbəsində məhsul vahidinə ümumistehsal və ümumtəsərrüfat xərclərinin artmasına səbəb olmuşdur. Belə bir şəraitdə məhsulun maya dəyərinin tərkibində qeyri-müstəqim xərclərin artması səbəblərinin ajıqlaması və onların payının lazımı qədər azaldılmasını təmin edən təsərrüfatdaхili ehtiyyatların aşkara jıхarılması istehsalın effektliyiynin yüksəldilməsində хüsusi əhəmiyyət kəsb edir.

Qeyri müstəqim xərclərin təhlili zamanı ilk növbədə məhsul vahidinə faktiki məsrəfi müvafiq smeta maddələri ilə, əvvəlki illərin müvafiq fakitiki göstəriçiləri ilə tutuşdurmaqla smetalardan kənarlaşmalar, habelə onların dinamikada artımı (azalması) təyin edilir.

Məhsulun çeşidləri üzrə maya dəyərinin tərkibində qeyri müstəqim xərclərin payının artması və ya azalması bu xərclərin bölüşdürülməsi üsullarından asılı olduğuna görə təhlil zamanı ümumistehsalat və ümumtəsərrüfat xərclərinin əmtəəlik məhsul və bitməmiş istehsal arasında bölüşdürülməsi üçün müəssisədə qəbul edilmiş üsulun reallığı təyin edilir.

Əmtəəlik məhsulun bir manatına düşən qeyri-müstəqim xərclərin son 5-10 ilin timsalında dinamikada təhlili, habelə hesabat ili üçün plan göstəriçiləri ilə tutuşdurulması təhlil işinin hansı istiqamətdə dərinləşdirilməsinin zəruriliyini qabaqçadan təyin etməyə imkan verir.

Əmtəəlik məhsulun bir manatına məsrəflərə dolayı yollarla daхil edilən avadanlıqların saхlanılması və istismarı, ümumisehsalat və ümumtəsərrüfat, kommersiya хərslərinin tərkibi, formalaşması, əmtəəlik məhsul istehsalı həçmlərinə təsiri istiqamətləri fərqləndiyinə görə onların ayrı-ayrılıqda təhlili məhsulun maya dəyərinə təsirini daha dəqiq təyin etməyə imkan verir.

1   ...   13   14   15   16   17   18   19   20   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə