Mövzu: 1 İnformatika fənninin predmeti




Yüklə 1.23 Mb.
səhifə9/14
tarix22.02.2016
ölçüsü1.23 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Slaydları nizamlama rejimi. Slaydın surətinin çıxarılması və yerinin dəyişdirilməsi.


Nizamlama rejimində slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq, bir neçə slaydla eyni zamanda işləmək olar. Bu rejimdə slaydların dizaynının eyni olub-olmadığını yoxlamaq, lazım gəldikdə slaydların fonunu, rəngini dəyişmək, slaydların yerlərini dəyişmək, slaydları bir təqdimatdan başqasına keçirmək və s. əməliyyatlar aparmaq olar.

Nizamlama rejiminə keçmək üçün menyusundan



Nizamlama rejiminə keçin. Bu zaman Formatlaşdırma alətlər lövhəsi yeni bir lövhə ilə əvəz olunur



Nizamlama rejimindən Slayd rejiminə keçmək üçün konkret slaydın üzərində mausun düyməsini iki dəfə sıxmaq lazımdır.
İstənilən slaydı bir yerdən başqa yerə aparmaq üçün mausdan, menyunun əmrlərindən yaxud alətlər lövhəsinin düymələrindən istifadə olunur. 
Bu təqdimatda slaydların ardıcıllığını dəyişək.
İkinci slaydın yerini dəyişdirmək üçün mausun oxunu onun üzərinə gətirin. Mausun sol düyməsini sıxın və buraxmadan yer göstərən şaquli xətti 1-cü slaydların əvvəlinə keçirin. Mausun düyməsini buraxın. Beləliklə slayd yerini dəyişdi. Eyni zamanda slaydların sıra sayları dəyişir.

Masun vasitəsilə slaydın yerini dəyişdiyiniz zaman Ctrl düyməsini sıxılmış vəziyyətdə saxlasanız 1-cü slaydın arasında 2-ci slaydın surəti yerləşdirilir. Slaydların sıra sayları yenə dəyişir. 


Bir neçə slaydın surətini çıxarmaq və ya yerini dəyişdirmək üçün bu slaydları seçmək lazımdır. Bir neçə ardıcıl yerləşən , məsələn, 3,4 və 5-ci slaydları seçmək üçün , 3-ci slaydın solunda mausun düyməsini sıxın və buraxmadan mausun oxunu 4-cı və 5-ci slaydların üstundən keçirib düyməni buraxın. 
Bu əməliyyatı başqa yolla da yerinə yetirmək olar. 
Mausun düyməsini hər hansı bir slaydın üzərində sıxaraq slaydların seçilməsini ləğv edin. 
3-ci slaydın üzərində mausun düyməsini bir dəfə sıxın. Shift düyməsini sıxın və onu buraxmadan 5-ci slaydın üzərində mausun düyməsini sıxın. 
Seçilmiş qrupa ayrı yerləşən 1-ci slaydı əlavə etmək üçün Ctrl düyməsini sıxın və onu buraxmadan 1-ci slaydın üzərində mausun düyməsini sıxın. 
Seçilmiş slaydların sürətini alətlər panelinin  Surət düyməsini sıxmaqla çıxarın. 
Gəlin seçilmiş və surəti çıxarılmış slayd qrupunu ikinci slaydın ardınca yerləşdirək. 
İkinci slaydı seçin. Alətlər panelinin   Yerləşdirmək düyməsini sıxaraq seçilən - 1,3,4 və 5-ci slaydların surətini ikinci slaydla üçüncü slaydın arasında yerləşdirin. Slaydlar hər dəyişiklikdən sonra yenidən sıralanır.

Slaydın əlavə edilməsi və ləğv edilməsi.


Təqdimata yeni slaydlar əlavə etmək, gərək olmayanları isə ləğv etmək olar. Bunları Nizamlama rejimində yerinə yetirmək məsləhətdir, çünki bu rejimdə edilən dəyişikliklərin təqdimatın ümumi görünüşünə nə kimi təsir göstərəcəyi daha aydın görünür. 
5-ci slaydı seçin. Alətlər panelindəki Kəsmək düyməsi ilə onu ləğv edin.


1-ci slaydı seçin. Shift düyməsini sıxın və onu buraxmadan 3-cü slaydın üzərində mausun düyməsini sıxın. 1,2 və 3-cü slaylar seçilir. Klaviaturanın Delete düyməsi ilə onları ləğv edin. Yerdə qalan slaydlar yenidən sıralanır.


Təqdimata yeni slayd daxil edin. 1-ci slaydı seçin.  menyusundan Yeni Slayd düyməsini sıxın.  dialoq pəncərəsində Mətn və Şəkil sxemini seçin (sağ tərəfdən). OK düyməsini sıxın. 1-ci slaydın sağında yeni slayd yaranır. Bu slaydda Adi rejimdə, Slayd rejimində yaxud da Struktur rejimində yeni obyektlər yerləşdirmək olar. 

Tərtibat şablonları və rənglərin seçilməsi.


Təqdimatın xarici görünüşünu dəyişmək üçün ən asan yol şablonu dəyişdirməkdir. Şablonun dəyişdirilməsi rəng sxemini - yəni təqdimatın elementlərinin və fonunun rəngini, bundan əlavə təqdimatın formasını; mətnin susmaya görə parametrlərini və sairi dəyişdirir. 
menyusundan əmrini seçin.

Sağ tərəfdə açılan menyuda müxtəlif şablonlar təklif olunur. Onlara işarələrinin üzərində mausun düyməsini sıxmaqla bir-bir baxmaq olar. bölümündən şablonlardan birini seçin. 



Gördüyünüz kimi təqdimatın görünüşü dəyişdi.

Nizamlama rejiminə keçin. 4-cü və 5-ci slaydları seçin. Bu slaydların rəngini dəyişək. 

menyusundan əmrini seçin.  pəncərəsi açılır .

Rəng sxemlərindən birini seçin.  Baxış düyməsini sıxın və yeni sxemin tətbiqinin seçilmiş slaydlara necə təsir etdiyinə baxın. Seçdiyiniz rəng sxemini bəyənirsinizsə  Tətbiq düyməsilə onu seçilmiş slaydlara tətbiq edin. Rəng sxemini təqdimatdakı slaydların hamısına tətbiq etmək üçün  Hamısına Tətbiq düyməsini sıxın.


1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə