Mövzu: 1 İnformatika fənninin predmeti




Yüklə 1.23 Mb.
səhifə8/14
tarix22.02.2016
ölçüsü1.23 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Hazır tərtibat şablonlarından istifadə


Mühazirənin mətni əvvəlcədən müəyyən edilib hazırlanıbsa təqdimatın yaradılması üçün PowerPoint-in təklif etdiyi tərtibat şablonlarından istifadə etmək olar.
menyusundan əmrini seçin.


Pəncərənin sağ tərəfində paneli açılır.

Oradan əmrini seçin.Bu zaman ekrana təqdimat pəncərəsi açılır.

Siz birinci, sərlövhə slaydını görürsünüz. Slaydın başlığı  sahəsində mausun düyməsini sıxın və təqdimatın başlığını , məsələn: "İnformasiya Texnogiyalarının Təhsildə Tətbiqi" mətnini yazın. 


Başlığa izahat yazmaq üçün ikinci sahənin üzərində mausun düyməsini sıxın və "Yeni informasiya texnologiyaları" mətnini yazın. 
Standart alətlər panelinin  Yadda saxlamaq  düyməsini sıxın. Təqdimatın yadda saxlanması pəncərəsi açılır.

Siz birinci, sərlövhə slaydını görürsünüz. Slaydın başlığı  sahəsində



mausun düyməsini sıxın və təqdimatın başlığını , məsələn: "İnformasiya Texnogiyalarının Təhsildə Tətbiqi" mətnini yazın. 
Başlığa izahat yazmaq üçün ikinci sahənin üzərində mausun düyməsini sıxın və "Yeni informasiya texnologiyaları" mətnini yazın. 
Standart alətlər panelinin  Yadda saxlamaq  düyməsini sıxın. Təqdimatın yadda saxlanması pəncərəsi açılır.

Bu pəncərədə sətrindən istədiyiniz qovluğu seçə bilərsiniz.Hal-hazırda Mənim sənədlərim  qovluğu açılmışdır və sizin təqdimat məhz bu qovluqda saxlanacaq. Faylın adı sətrində yazılır.Sonra düyməsini sıxın. Təqdimat bir neçə slayddan ibarət olarsa, yadda saxlanarkən təqdimatın tərkibində olan slaydların hamısı vahid bir fayl kimi bir ad altında saxlanır.


Yeni slaydların əlavə edilməsi.


Ekranda "İnformasiya Texnogiyalarının Təhsildə Tətbiqi" adlı təqdimatın sərlövhə slaydını görürsünüz.

Sərlövhəyə yeni slayd əlavə etmək üçün menyusundan



əmrini seçirik.
Bu dəfə də yeni sənəd yaratdığımız kimi sağ ərəfdə dialoq pəncərəsi çıxacaq. Buradan istədiyimiz bir görünüş tipini seçirik. və sonda OK düyməsini sıxırıq.Slayd sxemində çərçivəyə alınmış bir neçə obyekt sahəsi görürsünüz. Çərçivənin içindəki mətn verilənləri daxil etməyi təklif edir. Slaydın Başlığı obyekt sahəsinin üzərində mausun düyməsini basın. Sahədəki mətn silinir və siz istədiyiniz mətni burada yaza bilərsiniz.

Slaydlara baxılma rejimi. Adi rejim


PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq mümkündür.Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə başlamaq üçün təqdimat pəncərəsinin aşağısında yerləşən düymədən birini sıxmaq lazımdır. 

Slayd rejimi ayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.

Struktur rejimi slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub.

Slaydları nizamlama rejimi  bu rejimdə slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq olar.

Adi rejim  slayd, struktur və qeyd rejimlərini özündə cəmləşdirir.

Slaydların nümayişi  hazır təqdimatın nümayişi üçün nəzərdə tutulmuşdur. 

Rejimi dəyişmək üçün menyunun  əmrlərindən də istifadə etmək olar .


Slayd və struktur rejimləri


Slayd rejimində  təqdimatın pəncərəsini bir slayd tutur. Bu rejimdə obyektləri dəyişdirmək, slayda mətn və şəkil daxil etmək olar.
Bu rejimdə bir slayddan başqa slayda keçmək üçün şaquli sürüşdürmə zolağından. Növbəti slayd və Əvvəlki slayd düymələrindən, yaxud klaviaturada yerləşən Page Down və Page Up düymələrindən istifadə etmək olar.

1   ...   4   5   6   7   8   9   10   11   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə