Mövzu: 1 İnformatika fənninin predmeti




Yüklə 1.23 Mb.
səhifə7/14
tarix22.02.2016
ölçüsü1.23 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   14

Mövzu: 12 Windows XP Əməliyyat sistemi

Yeni dərsin planı:

1.Ümumi məlumat

2.Windows XP Əməliyyat sisteminin idarə edilməsi

4.Windows XP Əməliyyat sisteminin əsas interfeys elementləri.

1.Ümumi məlumat

Əməliyyat sistemi (ƏS) – kompüterin işləməsi üçün zəruri sistem proqramlar paketi olub, kompüterin ayrı- ayrı qurğularının, proqramlarının iş prinsipini və istifadəçi ilə qarşılıqlı əlaqəsini təmin edir. Qeyd edək ki, ilk kompüterlər Əməliyyat sisteminə malik olmamışlar. Onlar yalnız hesablama üçün nəzərdə tutularaq, kompüter işə düşərkən avtomatik daimi yaddaş qurğusundan (BİOS) yüklənən sadə Basic translyatoruna malik olmuşlar.

İBM PC tipli kompüterlər üçün 1981-ci ildən 1995- ci ilə qədər əsas Əməliyyat sistemi MS – DOS olmuşdur. Bu 15 ildə o, MS – DOS 1.0 versiyasından MS – DOS 6.22 – yə qədər böyük inkişaf yolu keçmişdir.

MS –DOS Əməliyyat sistemi kompüterin istifadəçi ilə qarşılıqlı əlaqəsini, klaviaturadan daxil olunan əmrlər vasitəsi ilə təmin edirdi.Bu isə istifadəçilərdən bu əmrləri yadda saxlamaq yaddaşda saxlamaq və düzgün daxil etmək qabiliyyəti tələb edirdi ki, ilk vaxtlar müəyyən çətinliklər törədirdi.Sonralar əməliyyat sistemi ilə işləməyi asanlaşdırmaq və avtomatlaşdırmaq məqsədi ilə proqram örtüklər yaradıldı. Norton Commander-in işləmə mahiyyəti ondan ibarətdir ki,klaviaturanın müəyyən düymələrini sıxmaqla bu və ya digər əmri yerinə yetirmək mümkündür.

Əməliyyat sistemlərinə aşağıdakı altsistemlər daxildir:

Qurğuların idarəedilməsi

Faylların idarəedilməsi

Kompüterin yaddaşının idarəedilməsi

Proqramların idarəedilməsi

Microsoft firması (Bill Qeyts)1980-ci illərin ortalarında əvvəlki əməliyyat sistemlərindən fərqli olaraq tamamilə yeni qrafik Windows Əməliyyat sistemini istifadəçilərə təqdim etdi. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. Məsələn, Windows üçün Microsoft Word, Excel, Aldus PageMaker və s. Bu proqramların yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu. 1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompüterlər üçün standarta çevrildi.Windows – müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.Windows-un hər bir proqramı heç olmasa bir pəncərəyə malikdir. Bu pəncərə istifadəçini həmin proqram ilə işləməyə şərait yaradır. Windows sistemində manitorun ekranı «işçi masa» kimi təqdim olunur ki, bu masada (Рабочий стол) həmin anda işləyən proqramların pənсərələri yerləşmiş olurlar. Proqram kiçik təsvir (düymə) şəklində də göstərilə bilər ki, bu təsvir çox zaman «ikonka» adlanır. Təbii ki, hər hansı proqram (pəncərə) kiçik təsvir şəklində yığıla və yenidən normal vəziyyətə gətirilə bilər. Bu imkan Windows sistemində işləyərkən ekranın informasiya həcminin artmasına səbəb olur. Manipulyatordan istifadə isə Windows-da işləyən istifadəçilərin işini xeyli asanlaşdırır. İnteqrasiya mühütü üçün xarakterik olan mətn və qrafik redaktorlar, verilənlər bazası və s. kimi proqramlara malik olmaqla yanaşı Windows sistemi öz şəxsi proqramlarını yaratmağa imkan verən geniş proqram interfeysini dəstəkləyir.

MS-DOS, OS, BeOS, UNIX, LINUX, FreeBSD, VMS, Windows 95, Windows 98, Windows 2000, Windows NT, Windows XP və s. əməliyyat sistemləri vardır.

Windows XP Əməliyyat sistemi 25 oktyabr 2001-ci ildə rəsmi olaraq ilk dəfə dünya ictimayətinə təqdim olunmuş paket tətbiqi proqramlardır.Bu sistemdə XP-EXPeriense ingilis sözlərinin bir hissəsidir və bilik,həyatı təcrübə mənasını verir.

Windows XP Əməliyyat sisteminin işləməsi üçün kompüterdə minimum 233 meqahers prosessor ,64 Mbayt operativ yaddaş (RAM),bərk diskdə isə (HDD)1.5 Qbayt boş yaddaş olmalıdır.

Microsoft korprosiyası Windows XP Əməliyyat sisteminin fərdi kompüter istifadəçilərinin bütün tələblərinə cavab verən üç versiyasını təqdim edir.

Windows XP Professional-versiyası korporotiv istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Windows XP Home Edition –rəqəmsal multimediya materialları ,oyunlarla işləmək üçün ən rahat platformadır.

Windows XP 64-Bit Edition-xüsusi texniki hazırlığı olan yüksək səviyyəli istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Windows əməliyyat sistemlərinin üstün cəhətləri:

Yüksək etibarlılığı və asan idarə olunması.

Aparat vasitələrinin yoxlanması.

İnternetə böyük daxili inteqrasiya.

İstifadənin yüngüllüyü və rahatlığı.

Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü.

Bir mətndə bir-neçə şrifdən istifadə mümkünlüyü və s.

Bir proqram başqa proqram vasitəsilə təşkil olunmuş verilənlərə müraciət edə bilər (DDB-Dinamic Data Exchange).

Multimediya prinsipini saxlayır. Windows vasitəsilə musiqi səsləndirmək, videokameraya baxmaq, animasiyalara baxmaq olar.

2.Windows-un idarə edilməsi

Windows ilk növbədə Siçanın göstəricisi ilə idarə olunmağa hesablanıb; idarə olunmanın alternativ üsulu klaviatura vasitəsilədir. Siçanın göstəricisi adətən ekranda sola yönəlmiş ox ilə işarə olunur. Bu göstərici siçanın yerini dəyişdikcə eyni istiqamətdə hərəkət edir.

Siçanın göstəricisi vasitəsilə əsasən aşağıdakı əməliyyatlar yerinə yetirilir.

Düymənin basılması – Siçanın göstəricisi sol düyməsinin qısa müddətə basılması (adətən sol düymə nəzərdə tutulur);

Düymənin iki dəfə basılması – düymənin qısa müddətli fasilə ilə iki dəfə basılması;

Daşınma – sol düymə basılı olaraq siçanın hərəkət edilməsi.

Hər hansı bir əməliyyat sisteminə daxil olmaq üçün sistemə istifadəçi adı və bəzən parol daxil etmək lazımdır.Windows XP əməliyyat sistemində bu giriş iki müxtəlif variantlarda ola bilər.

Birinci variant “açılış səhifəsi” (splash screen) ilə bağlıdır. Bu səhifə sistemdə mövcud olan bütün istifadəçi adlarının siyahısından ibarətdir. Öz adınızı seçib, parolunuzu daxil edərək işə başlaya bilərsiniz.

İkinci variant digər əməliyyat sistemlərinə bənzəyir. Bu şəbəkədə olan sistemlərdə tətbiq olunan “giriş pəncərəsi” (login Window) variantıdır.

Bu variantla istifadəçi adını və parolu xüsusi sahələrə klaviaturadan daxil etmək, domen və ya lokal kompüterə girişi isə xüsusi siyahıdan seçmək lazım gəlir.

Bu Əməliyyatların hər hansı biri yerinə yetirildikdən sonra Windows XP ƏS - ninə sas pəncərəsi “işçi stol” ekranda əks olunur.

Windows XP Əməliyyat sistemi yükləndikdən sonra ilk olaraq ekranda üzərində sənədin, qovluqların, proqramların, Windows əlavələrinin qrafiki təsviri – nişanlar və yarlıqlar olan İşçi stol (Рабочий стол, Desktop) görünür. Məlumdur ki, intellektual fəaliyyətlə məşğul olan hər bir şəxs gündəlik istifadə etdiyi sənədləri, qovluqlar, kitabları və əşyaları yazı masasının üzərində saxlayır. İşçi stol kompüter istifadəçisinin işçi yeri hesab olunur və eyni qayda ilə istifadəçi, gündəlik istifadə etdiyi sənədlərin, qovluqların, proqram və Windows əlavələrinin nişanını və yarlığını stolun üzərində yerləşdirir.

Bu həmin obyeklərlə işləməyi asanlaşdırır və vaxt itkisini azaltmağa imkan verir. Təbii ki, stolun üzərindəki nişanlar, onların sayı, ümumiyyətlə, işçi stolun tərtibatı istifadəçinın zövqündən və tələbatında asılısır. Adətən standart olaraq işçi stolun üzərində aşağıdakı nişanlar yerləşir.



  1. Mənim kompüterim (Мой компьютер, My computer)

  2. Zibil qutusu (Корзина, Recycle Bin)

  3. Şəbəkə göstəricisi (Сетевое окружение, Network Neigh Borhood)

  4. Mənim sənədlərim (Мои документы, My documents)

  5. İnternet Explorer və s.

İşçi stol 2 idarəedici elementə: Başla (Пуск, Start) düyməsinə və Məsələlər

panelinə (Панель задач, Taskbar) malikdir. Başla (Пуск, Start) düyməsi adətən ekranın sol aşağı küncündə yerləşir.

Bu düyməni sıxdıqda Əməliyyat sisteminin Baş menyusuna (Главное меню) daxil ola bilərik. Baş menyu Əməliyyat sisteminin bütün imkanlarından istifadə etməyə imkan verən əmrlər siyahısından ibarətdir aşağıdakı cədvəldə baş menyunun əmrlərinin siyahısı və funksiyaları öz əksini tapmışdır.


Əmrlər

Funksiyaları

Proqramlar (Программы, Programs)

Proqramlar siyahısından bu və ya digər proqramı yükləyə bilərik.

Sənədlər (Документы ,documents)

İstifadə edilmiş axırıncı 15 sənədin siyahısından bu və ya digər sənədi aça bilər.

Axtarış (Поиск, Find)

Qovluğu, faylı, elektron poçt məlumatını, şəbəkəyə qoşulmuş kompüteri axtarıb tapmağa imkan verir.

Sazlama (Настройка, Settings)

Kompüteri öz zövqümüzə və tələbatımıza görə sazlamaq imkanı yaradır.

Arayış (Справка, help)

Windows Əməliyyat sisteminin iş prinsipi haqqında məlumat almağa imkan verir.

Yerinə yetirmək (Выполнить, Run)

Adı ilə proqramı yükləmək, sənədi və ya qovluğu açmağa imkan verir.

İşi bitirmək (Завершение работы, Shut down)

Kompüteri söndürmək və ya yenidən yükləməyə imkan verir.


İstifadəçinin tələbatından asılı olaraq menyudakı əmrlər bu və ya digər şəkildə fərqlənə bilər. Məsələlər panelində üzərində İnternet proqramlarının nişanları olan sürətlə yükləmə paneli açılmış pəncərələrə uyğun düymələr yerləşir. Bu düymələrin bu və ya digərini sıxmaqla asanlıqla bir pəncərədən digər pəncərəyə keçə bilərik. Məsələlər panelinin sağ küncündə indiksiya paneli yerləşir. İndikasya panelində sistem saatının indikatoru, klaviatura göstəricisi, səs tənzimləyicisi və s. indikatorlar yerləşə bilər.

İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır. Müsbət cavab verdikdə obyektlər Zibil qutusuna atılır.

Zibil qutusu – xüsusi qovluq olub, lazımsız olan faylları müvəqqəti saxlamaq üçün nəzərdə tutulmuşdur. Zibil qutusunun tutumu, adətən bərk diskin tutumunun 10% - i qədəridir. Ümumiyyətlə isə Zibil qutusu nişanının xassə pəncərəsində, Zibil qutusu qovluğunun (sürgünü hərəkət etdirməklə), informasiya ləğv olunarkən xəbərdarlıq edilib – edilməməsi kimi parametrləri tənzimləmək olar. Zibil qutusu dolan kimi buradakı informasiyalar avtomatik ləğv olunur – Zibil qutusu boşaldılır. Zibil qutusuna atılmış informasiyanı bərpa etmək mümkündür. Bunun üçün kursoru Zibil qutusu nişanı üzərinə qoyub, 2 dəfə siçanın sol düyməsini sıxmaq lazımdır. Açılmış pəncərədə qutudakı ləğv olunmalı informasiyanın siyahısı görünəcək. Bu və ya digər lazımi informasiyanı seçib, fayl menyusundan Bərpa etmək (Востановить, Restore) əmrini yerinə yetirmək lazımdır. Eyni qayda ilə, Zibil qutusunun dolmasını gözləmədən ayrı- ayrı faylları və bütünlüklə Zibil qutusundakı informasiyasını ləğv etmək olar. Bunun üçün uyğun olaraq fayl menyusunda Ləğv etmək (Удалить, delete), Təmizləmək (Очистить корзину, Empty recycle Bin) əmrlərini yerinə yetirmək lazımdır.

3.Windows XP Əməliyyat sisteminin əsas interfeys elementləri.

Windows tərcümədə “pəncərə” deməkdir. Pəncərə düzbucaqlı çərçivə olub Windows Əməliyyat sisteminin əsas işçi elementidir. Bütün pəncərələr oxşar struktur və tərkibə malikidr. Məhz buna görə də Əməliyyat sistemi ilə tanışlıq onunla başlanmalıdır.

Pəncərə aşağıdakı elementlərdən ibarətdir:

1.Başlıq sətri – pəncərənin ən yuxarı hissəsi, burada adətən pəncərənin və

ya proqramın adı yerləşir;

2.Pəncərənin gizlədilməsi üçün düymə;

3.Pəncərənin bərpası üçün düymə (görünüşü pəncərənin vəziyyətindən

asılıdır);

4.Pəncərənin bağlanması üçün düymə;

5.Sistem menyusunun düyməsi – pəncərəyə aid sistem əməliyyatlarından

ibarət menyunu açır;

6.Menyu sətri – pəncərəni idarə edən əməliyyatlar siyahısından ibarətdir;

7.Alətlər lövhəsi – tez – tez istifadə olunan əməliyyatlar icra edən

düymələrdən ibarət olur;

8.Skroll (lift) zoloqları – pəncərənin tərkibinə baxmaq üçün istifadə olunur;

9.İş sahəsi – obyektlərin (mətn, şəkil və s.) yerləşdiyi və üzərində iş

aparıldığı yer;

10.Status (vəziyyət) lövhəsi – vəziyyət indikatorlarının yerləşdiyi lövhə;

11.Pəncərənin çərçivəsi.

Pəncərə üç müxtəlif vəziyyətdə ola bilər:

1.Tam ekran – pəncərə ekranının tam boyuna bərabərdir;

2.Normal – pəncərə ekranınım bir hissəsini tutur;

3.Gizlədilmiş – pəncərə görünməzdir.

Pəncərənin 4 növü vardır.



  1. Qovluq pəncərəsi

Qovluq pəncərəsində qovluqlar və fayllar əks olunur. Qovluqlar sarı rəngli nişanlara, fayllar isə tipinə müvafiq nişanlara malik olur.

  1. Proqram pəncərəsi

Proqram pəncərəsi öz görünüşünə görə qovluq pəncərəsindən az fərqlənir. Hər iki pəncərə sərlövhə sətrinə, standart menyu sətrinə, alətlər panelinə və cari vəziyyət sətrinə malik olurlar. Pəncərənin ümumi görünüşü Görünüş (Вид, View) menyusu ilə tənzimlənir. Sərlövhə sətrinin sol hissəsində pəncərənin adı (Qovluğun və ya proqramın adı), sağ küncündə isə idarəedici düymələr:

X – pəncərəni bağlayan;



  • pəncərənin ölçüsünü böyüdüb kiçildin;

_ - pəncərənin müvəqqəti qapayan düymələr yerləşir.

  1. Dialoq pəncərəsi

Dialoq pəncərəsi Əməliyyat sisteminin bu və ya

digər parametrlərinin dəyişdirilməsini və ya əlavə edilməsini, istifadəçi ilə dialoqu, xəbərdarlıq funksiyalarını yerinə yetirir. Dialoq pəncərədə yerləşən müxtəlif düymələrin, mətn sətrlərinin köməyilə həyata keçirilir.

4.Məlumat pəncərəsi

Məlumat pəncərəsi yardımçı məlumatlar almağa xidmət edir. O bir neçə bölmədən ibarət ola bilər. Bu və ya digər məlumatı kursoru məlumatın adının üzərinə qoyub iki dəfə siçanın sol düyməsini sıxmaqla almaq olar. Məlumatı həmçinin Axtarış (Поиск, Shearch) və ya Predmet göstəricisi (Указатель, İndex) başlıq düyməsini sıxıb açılmış bölmənin mətn sətrində axtarış gəstəricisini (predmet göstəricisi və ya söz) qeyd etməklə almaq olar.

Windows XP – də çoxsaylı məsələ rejimi eyni vaxtda bir neçə pəncərə ilə

işləməyi təmin edir. Pəncərənin yerini dəyişməyə kursoru pəncərənin sərlövhə sətrinə qoyub siçanın sol düyməsini sıxıb buraxmamaq şərtilə hərəkət etdirməklə nail olmaq olar. Poəncərənin ölçülərini dəyişmək üçün isə kursoru pəncərənin sərhədinə qoyub siçanın sol düyməsini sıxıb hərəkət etdirmək lazımdır.

Pəncərənin bağlanması: hər hansı bir proqramla işi başa çatdırmaq üçün

onun pəncərəsini bağlamaq kifayətdir. Aktiv pəncərəni aşağıdakı üsullar ilə

bağlamaq olar:

Pəncərənin başlığında olan Close (X) düyməsi ilə;

Klaviaturadakı ALT+F4 düymələr cütü ilə;

File menyusundan Exit sətrini seçməklə;

Pəncərənin sistem menyusu siyahısından Close seçməklə.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.Əməliyyat sistemi nəyə deyilir?

2.İBM PC tipli kompüterlərdə 1981-ci ildən 1995- ci ilə qədər hansı Əməliyyat sistemindən istifadə olunmuşdur?

3.MS –DOS Əməliyyat sistemi kompüterin istifadəçi ilə qarşılıqlı əlaqəsini necə həyata keçirirdi?

4.Əməliyyat sistemlərinə hansı altsistemlər daxildir?

5.Microsoft firması neçənci ildə əməliyyat sistemlərindən fərqli olaraq tamamilə yeni qrafik Windows Əməliyyat sistemini istifadəçilərə təqdim etdi?

6.Windows əməliyyat sistemlərinin üstün cəhətləri hansılardır?

7.Siçanın göstəricisi vasitəsilə hansı əməliyyatlar yerinə yetirilir?

8.İşçi stolu hansı funksiyanı yerinə yetirir?

9.Standart olaraq işçi stolun üzərində yerləşən nişanlar hansılardır?

10.İşçi stolu neçə idarəedici elementə malikdir?

11.Baş menyunun əmrləri hansı funksiyaları yerinə yetirir?

12.Windows XP Əməliyyat sisteminin əsas interfeys elementləri hansılardır?

13.Pəncərə hansı elementlərdən ibarətdir?

14.Pəncərə neçə vəziyyətdə ola bilər?

15.Pəncərənin neçə növü vardır?

Ədəbiyyat:

Mübariz Sevdimalı oğlu Xəlilov “İnformatika” Dərslik Səhifə74- Səhifə85

Mövzu:13 Fayl və qovluqlar üzərində əməliyyatlar

(Windows Explorer)

Yeni dərsin planı:

1.Fayl sistemi

2.Windows Explorer ilə kompüterdə gəzişmək

3.Qovluqları görməyin müxtəlif yolları

4.Yeni qovluq yaratmaq,adını dəyişdirmək və silmək

1.Fayl sistemi

Fayl – informasiyanın diskdə tutduğu yerdir. İki cür fayllar olur:

1.Sistem faylları – dəyişməyən fayllar, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (.sys).

2.İnformasiya faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:

mətn redaktorlarında yaradılan fayllar (.doc, .txt),

verilənlər bazasının faylları (.mdb),

elektron cədvəllərinin faylları (*.xls),

mediya-fayllar (səs faylları: wav, mp3, midi, au, video-fayllar: avi, mov),

qrafik fayllar (.jpg, .gif, .bmp, .tif, .png),

prezentasiyalar (.ppt, .pps), Windows Explorerb-fayllar (.htm, .html),

konfiqurasiya faylları (sistem reestr, DHCP, WINS, DNS və Active Directory verilənləri).

Göründüyü kimi hər bir fayl yarandığı proqramdan asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir.Hər bir fayl bir-birindən nöqtə ilə ayrılan iki hissəli ada malikdir.Xüsusi ad və genişləndirmə.Xüsusi ad 1-dən 255-ə qədər,genişləndirmə isə 1-dən 3-ə qədər simvollardan ibarət ola bilər.

Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Adətən eyni məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə bu və ya digər faylı tez axtarıb-tapmağa imkan verir. Demək olar ki, bütün əməliyyat sistemləri faylların axtarışı ilə məşğul olan xüsusi proqrama malikdir. Disketlər, bərk və kompakt disklər cığırlara və sektorlara bölünmüşdür. Ən birinci cığır və ya 0-cı cığır – yükləmə sektoru (Boot Record) sistem xarakterli olub, onda diskin formatı haqqında əməliyyat informasiya yerləşir. Ondan sonra fayılların yerləşmə cədvəli (FAT-cədvəli) yerləşir. Bu cədvəldə diskdəki faylların ünvanları yerləşir. Əgər diskdən hər hansı fayl istifadə üçün çağırılsa, bu zaman bu cədvəldən həmin faylın yerləşdiyi cığır və sektor müəyyən olunur. Bundan sonra maqnit başlıq həmin yerdən faylı oxuyur, prosessor isə onu operativ yaddaşa göndərir.

Fayl strukturu üzərində aparılan əməliyyatlar bunlardır.

1.Fayl strukturu ilə naviqasiyalar

2.Proqramın işə qoşulması və sənədlərin açılması

3.Qovluğun yaradılması

4.Faylların və qovluqların surətinin alınması

5. Faylların və qovluqların yerdəyişməsi

6. Faylların və qovluqların ləğv edilməsi

7. Faylların və qovluqların adının dəyişdirilməsi

8.Yarlıqların yaradılması

Fayl və qovluqlar üzərində əməliyyatları Windowsda bir neçə müxtəlif üsullarla aparmaq olar.Hərə özünə əlverişli üsulu seçir.

Qovluq (Folders) – Ekranda qovluq şəklində işarə ilə göstərilən, istifadəçinin qrafik interfeysində proqram və fayllar üçün konteynerdir. Qovluq diskdəki proqram və sənədləri qaydaya salmaq üçün istifadə olunur və ona fayllar və digər qovluqlar daxil edilir.

İşçi masada (Рабочий стол) yerləşən əsas qovluqlar aşağıdakılardır.

«Мой компьютер» qovluğu – kompüterin istənilən xarici yaddaş qurğusunda (ROM, floppi-diskovod, CD-dickovod, DVD-dickovod) yerləşən bütün proqram və qovluqlara baxmaq olar. Qovluğun üzərində mousun sağ düyməsini basdıqda açılan kontekst menyudakı siyahıdan [Свойство] seçilməklə kompüterin xüsusiyyətinə (hansı ƏS yüklənib, ƏYQ-nun (RAM) həcmi, prosessorun sürəti və s. haqqında məlumat) baxmaq olar.

«Мои документы» qovluğu – içərisində sənədlərin, şəkillərin və tez müraciət tələb olunan faylların saxlanması rahat olan qovluqdur. Ofis proqramları, WordPad və ya Paint kimi proqramlar, öz fayllarını avtomatik olaraq «Мои документы» qovluğunda saxlayırlar.

«Корзина» – Windows ƏS-də silinmiş faylların saxlandığı xüsusi qovluqdur. Səbətdən istifadə etməklə silinmiş faylları bərpa etmək və ya diskin içindəkiləri silməklə orada “boş yaddaş” yaratmaq mümkündür.

Son istifadə edilən faylarin siyahisina baxmaq və silmək üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.

Пуск (Start) → Документы → Açılan siyahıda hər hansı adın üzərində kontekst menyu açılır → Удалить. Siyahının tamam silinməsi üçün: Əsas panelin üzərində kontekst menyu açılır → Свойства → Меню «Пуск» → Настроить → Очистить.

Informasiyanin kompüterdə axtarmaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır.

Пуск (Start) → Найти → Файлы и папки… → açılan «Резултаты поиска» pəncərəsində «Файлы и папки» bəndi seçilibsə, boş sahədə faylın/qovluğun tam adı və ya adın bir hissəsi (ad a hərfi ilə başlayırsa a*) daxil edilir → Найти. Faylları formatlarına (tiplərinə) görə də tapmaq mümkündür: *.doc, *.txt, *.xls, *.jpg, *.gif, *.bmp, *.ppt, *.html və s.

2.Windows Explorer ilə kompüterdə gəzişmək

Windows Explorer (Windows bələdçisi, Проводник) xidməti proqram olub, fayl dispetçerləri kateqoriyasına aiddir. WINDOWS EXPLORER kompüterin fayl strukturu üzrə naviqasiyası (naviqasiyanın məqsədi lazımi qovluğa və onun içindəkilərə müraciəti təmin etməkdir.Fayl strukturu ilə naviqasiya bələdcinin sol panelində aparılır.) və xidməti üçün, yəni fayl və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş xüsusi xidmətediсi proqramdır.

Fayl və qovluqlarla işlərin təşkili dedikdə onların yaradılması, faylların və qovluqların disketə, işçi masaya və başqa kataloqlara göndərilməsi, surətinin köçürülməsi, yerinin və adının dəyişdirilməsi, silinməsi, fayl və qovluq haqqında məlumatların ekrana çıxarılması və s. başa düşülür. Bu işlərin səmərəli təşkili birinci növbədə bu məqsədlə yaradılmış texnologiyadan asılıdır. Belə texnologiyalara nümunə kimi Windows Explorer proqramını göstərmək olar.

Windows Explorer proqramını yükləmək üçün:

1.Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows Explorer).

2.Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).

3.Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer).

4.İstənilən qovluq açılır → Alətlər panelində «Папки» düyməsi basılır.

Windows Explorer proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə iki paneldən: sol (qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir. Sol paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə “-“ işarəsi olur. “+” işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə bu qovluğun açıq olmasını göstərir.

Windows Explorer pəncərəsinin sol panelindəki qovluqlarından yalnız biri açıq ola bilər. Qovluğu açmaq üçün mausun sol düyməsini onun adının üzərində sıxmaq lazımdır. Pəncərənin sağ hissəsindəki panelində açıq olan qovluqdakı elementlərin - fayl və qovluqların siyahısı verilir.

3.Qovluqları görməyin müxtəlif yolları

Əksər Windows pəncərələrində olduğu kimi pəncərənin ümumi görünüşü menyu sətrinin Вид menyusu ilə tənzimlənir. Вид menyusu aşağıdakı əmrlərdən ibarətdir.

Панель инструментов-Bu əmr alətlər panelini pəncərədən götürür və ya əks etdirir.

Строка состояния- Bu əmr cari vəziyyət sətrini pəncərədən götürür və ya əks etdirir.

В виде Wеб-страница- Bu əmr qovluğun tərkibini Wеб-səhifə şəklində əks etdirir.

Крупные значки- Bu əmr qovluqların böyük ölçüdə görünüşünü təmin edir.

Мелкие значки- Bu əmr qovluqların və faylların nişanlarının kiçik ölçüdə görünüşünü təmin edir.

Список- Fayl və qovluqların adları adi əlifba siyahısı ilə göstərilir.Belə ki əvvəlcə qovluqlar,sonra isə fayllar əks olunur.

Таблица- Qovluq və faylların adı ilə yanaşı tipi,ölçüsü ,yaranma və dəyişiklik tarixi sağ hissədə əks olunur.

Упорядочить значки- - Bu əmr nişanların adına,tipinə,ölçüsünə ,yaranma tarixinə görə nizamlı görünüşünü təmin edir.


Свойства папки- İşçi stolun klassik , Wеб-səhifə şəklində görünüşünü tənzimləməyə ,sistem fayllarını görünməz etməyə ,faylların tipini və nişanını dəyişməyə imkan verir.

Выстроить значки-əmr nizamsız şəkildə yerləşən nişanları ardıcıl sıra şəklində düzür.Proqram disklə,qovluqlarla və fayllarla işi təmin edir.Belə ki ,qovluğu işçi stolun üzərində,bərk diskdə və şəbəkə diskində yaratmaq mümkündür.

4.Yeni qovluq yaratmaq,adını dəyişdirmək və silmək

Yeni qovluğu yaratmaq üçün ilk növbədə onun yerləşəcəyi diski və ya qovluğu açırıq.Sonra Fayl menyusunun Создать-bölməsinin əmrlər siyahısından Папкa və ya yaradılacaq faylın tipinə müvafiq əmri yerinə yetiririk və yaxud da İstənilən qovluğun içərisində, boş sahədə → Kontekst menyu → Создать → Папку əmrini seçirik. Sağ paneldə yeni yaradılmış qovluğa ad verir və klaviaturanın Enter düyməsini sıxırıq.Lazımsız qovluğu ləğv etmək üçün onu qeyd edib, klaviaturanın Delete düyməsini sıxmaq lazımdır.Bu zaman əgər qovluq bərk diskdə yerləşərsə ,qeyd olunmuş qovluğun Zibil qutusuna atılması haqqında,qovluq işçi diskdə yerləşirsə ,onun diskdən pozulması haqqında sorğu-dialoq pəncərəsi açılır.Sorğuya müsbət cavab verildikdə -Да düyməsi sıxıldıqda həmin əməliyyatlar həyata keçrilir.

Qovluğun adını dəyişmək üçün onu qeyd edib Файл –Переименовать və yxudda Kontekst menyu → Переименовать → yeni ad yazılarkən köhnə avtomatik silinir. Fayl və ya qovluğun yaradılması və onda edilmiş dəyişikliklərin tarixi ,tipi, ölçüsü atributları haqqında məlumat əldə etmək üçün Файл menyusunun Свойства əmrini yerinə yetirmək kifayətdir.Açılmış pəncərədə bu məlumatlar öz əksini tapacaqdır.

Qovluğu qeyd etdikdən sonra siçanın sağ düyməsini sıxıb,açılmış kontekst menyunun Отправить bölməsinin - Мои документы, Portfel, Disk 3.5(A) ,Ünvan və Microsoft Outlook əmrlərindən birini yerinə yetirməklə uyğun olaraq qovluğu Мои документы-qovluğuna , Portfel qovluğuna,.disketə və elektron poçt ilə uzaq məsafədə yerləşən istifadəçiyə göndərmək olar.

Qovluğun işçi stolda yarlığını yaratmaq istəyiriksə ,onu qeyd edib Kontekst menyudan - Отправить bölməsinin-Ярлык на рабочий стол əmrini yerinə yetirməliyik. Yarlığın işarəsinin dəyişdirilməsi üçün:Yarlığın üzərində kontekst menyu → Свойства → «Свойства:» pəncərəsində «Ярлык» hissəsi seçilir → «Сменить значок...» düyməsi basılır → «Смена значка» pəncərəsində istənilən düymə seçilir → OK→ OK (Digər fayllardan seçmək lazım gəldikdə → «Обзор»).

Qovluğun surətini digər qovluqda və ya diskdə saxlamaq üçün onu qeyd edib Правка menyusunun – Копировать əmrini yerinə yetirməli və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.Sonra surətin yerləşəcəyi diski və ya qovluğu tapıb Правка menyusunun-Вставить əmrini yerinə yetirməli və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.Eyni qayda ilə qovluğu bir qovluqdan digər qovluğa köçürmək olar.Fərq ondadır ki, Правка menyusunun – Копировать əmrinin yerinə Правка menyusunun-Вырезать əmrini və yaxud da alətlər panelinin eyni adlı düyməsini sıxmaq lazımdır.

Disk haqqında informasiya əldə etmək üçün əvvəlcə sol paneldə Мой компьютер qovluğunu açıb ,sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və siçanın sağ düyməsini sıxırlar.Açılmış menyu pəncərəsində Свойства əmrini yerinə yetirirlər.Ekrana açılan pəncərədə diaqram şəklində diskin ümumi tutumu və onun nə qədər informasiya ilə dolu olduğu əks olunur.

Diski formatlaşdırmaq tələb olunursa Мой компьютер qovluğunu açıb ,sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və Файл menyusunun –Format komandasını yerinə yetirib,açılmış pəncərədə formatlaşmanın növünü göstərmək lazımdır.

Kompüterin diskinin,qovluğunun və ya fayllarının şəbəkədə ümumi istifadəsini təmin etmək üçün onları qeyd edib,proqramın Мой компьютер qovluğunun- Файл menyusunun Доступ-əmrini yerinə yetirmək lazımdır.Açılmış pəncərədə Общий ресурс-variantı seçilir.Şəbəkə adı (Сетевое имя) və qeyd (Заметки) mətn sahələrində müvafiq olaraq ümumi istifadəçi üçün nəzərdə tutulan diskə ,qovluğa və ya fayla şəbəkə adı və əlavə izahedici şərh verilir.Sonra-Тип доступа –çərçivəsində Польный,Только для чтения,Определяется паролем sahələrinə variantlarından birini seçib,Пароли-çərçivəsində Для чтения və ya Для польного доступа sahələrinə müvafiq parolları daxil edib-OK. Bu zaman qovluğun və ya diskin nişanında əl işarəsi meydana gəlir.

Tələb olunduqda Servis menyusunun -Отключить сетевой диск əmrini yerinə yetirməklə şəbəkə diskindən imtina etmək olar.Servis menyusunun Axtarış əmri ilə diskdəki fayl və qovluqları ,şəbəkədə kompüterləri ,ünvan kitabı vasitəsi ilə ayrı-ayrı şəxsləri tapmaq olar.


Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.Fayl nədir?

Fayl – informasiyanın diskdə tutduğu sahədir

2.Neçə cür fayl olur?

Fayllar İki cür olur

3.Sistem faylları nədir?

Dəyişməyən fayllardır, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (.sys).

4.Dəyişilməyə məruz qalan fayllar hansılardır?

Dəyişilməyə məruz qalan fayllar informasiya fayllarıdır

5.İşçi masada (Рабочий стол) yerləşən əsas qovluqlar hansılardır?

«Мой компьютер»,«Мои документы»,«Корзина»

6.Son istifadə edilən faylarin siyahisina baxmaq və silmək üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?

Пуск (Start) → Документы → Açılan siyahıda hər hansı adın üzərində kontekst menyu açılır → Удалить. Siyahının tamam silinməsi üçün: Əsas panelin üzərində kontekst menyu açılır → Свойства → Меню «Пуск» → Настроить → Очистить.


8.Informasiyanin kompüterdə axtarmaq üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?

Пуск (Start) → Найти → Файлы и папки… → açılan «Резултаты поиска» pəncərəsində «Файлы и папки» bəndi seçilibsə, boş sahədə faylın/qovluğun tam adı və ya adın bir hissəsi (ad a hərfi ilə başlayırsa a*) daxil edilir → Найти. Faylları formatlarına (tiplərinə) görə də tapmaq mümkündür: *.doc, *.txt, *.xls, *.jpg, *.gif, *.bmp, *.ppt, *.html və s.

9.Windows Explorer proqramının əsas funksiyası nədir?

Fayl və qovluqlarla işləmək üçün nəzərdə tutulmuş xüsusi xidmətediсi proqramdır

10.Windows Explorer proqramını yükləmək üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?

1.Пуск (Start) → Программы (Programs) → Стандартные → Проводник (Windows Explorer).

2.Пуск (Start) → Kontekst menyu → Проводник (Windows Explorer).

3.Мой компьютер → Kontekst menyu → Проводник (Windows Explorer)

11.WINDOWS EXPLORER proqramı yükləndikdə ekrana onun eyni adlı pəncərəsi çıxır. Bu pəncərə neçə paneldən ibarətdir?

Bu pəncərə iki paneldən: sol (qovluqlar paneli) və sağ (qovluğun tərkibini göstərən panel) panellərdən ibarətdir. Sol paneldə qovluqların adları yerləşir. Həmin adların qarşısında bəzən “+”, bəzən isə “-“ işarəsi olur. “+” işarəsi bu qovluğun içərisində digər alt qovluqların olmasını, “-“ işarəsi isə bu qovluğun açıq olmasını göstərir.

14.Pəncərənin ümumi görünüşü menyu sətrinin hansı menyusu ilə tənzimlənir?

Pəncərənin ümumi görünüşü menyu sətrinin Вид menyusu ilə tənzimlənir

15.Вид menyusu hansı əmrlərdən ibarətdir?

Панель инструментов,Строка состояния,В виде Wеб-страница,Крупные значки,Мелкие значки,Список,Таблица,Упорядочить значки,Свойства папки,Выстроить значки

16.Yeni qovluğu yaratmaq üçün hansı əməliyyatları yerinə yetirmək lazımdır?

Yeni qovluğu yaratmaq üçün ilk növbədə onun yerləşəcəyi diski və ya qovluğu açırıq.Sonra Fayl menyusunun Создать-bölməsinin əmrlər siyahısından Папкa və ya yaradılacaq faylın tipinə müvafiq əmri yerinə yetiririk və yaxud da İstənilən qovluğun içərisində, boş sahədə → Kontekst menyu → Создать → Папку əmrini seçirik

17.Qovluğun adını dəyişmək üçün hansı menyu əmrindən istifadə edilir?

Qovluğun adını dəyişmək üçün onu qeyd edib Файл –Переименовать və yxudda Kontekst menyu → Переименовать → yeni ad yazılarkən köhnə avtomatik silinir

18.Qovluğun işçi stolda yarlığını yaratmaq mümkündürmü?

Qovluğun işçi stolda yarlığını yaratmaq istəyiriksə ,onu qeyd edib Kontekst menyudan - Отправить bölməsinin-Ярлык на рабочий стол əmrini yerinə yetirməliyik

19.Yarlığın işarəsini necə dəyişdirilmək olar?

Yarlığın işarəsinin dəyişdirilməsi üçün:Yarlığın üzərində kontekst menyu → Свойства → «Свойства:» pəncərəsində «Ярлык» hissəsi seçilir → «Сменить значок...» düyməsi basılır → «Смена значка» pəncərəsində istənilən düymə seçilir → OK→ OK (Digər fayllardan seçmək lazım gəldikdə → «Обзор»).

20.Disk haqqında informasiyanı hansı qovluq vasitəsilə əldə edə bilərik?

Disk haqqında informasiya əldə etmək üçün əvvəlcə sol paneldə Мой компьютер qovluğunu açıb ,sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və siçanın sağ düyməsini sıxırlar.Açılmış menyu pəncərəsində Свойства əmrini yerinə yetirirlər.Ekrana açılan pəncərədə diaqram şəklində diskin ümumi tutumu və onun nə qədər informasiya ilə dolu olduğu əks olunur

21.Diskin formatlaşdırılması hansı qayda əsasında aparılır?

Diski formatlaşdırmaq tələb olunursa Мой компьютер qovluğunu açıb ,sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və Файл menyusunun –Format komandasını yerinə yetirib,açılmış pəncərədə formatlaşmanın növünü göstərmək lazımdır.

22.Kompüterin diskinin,qovluğunun və ya fayllarının şəbəkədə ümumi istifadəsini necə təmin etmək olar?

Kompüterin diskinin,qovluğunun və ya fayllarının şəbəkədə ümumi istifadəsini təmin etmək üçün onları qeyd edib,proqramın Мой компьютер qovluğunun- Файл menyusunun Доступ-əmrini yerinə yetirmək lazımdır


Ədəbiyyat:

1.M.S.Xəlilov “İnformatika” Dərslik.Bakı-2009 Səhifə 92- Səhifə 98

2.Əli Abbasov, Mətləb Əlizadə,Etibar Seyidzadə,Mahilə Salmanova “İnformatika və kompüterləşmənin əsasları”

Dərslik.Bakı-2005 Səhifə 252- Səhifə 260

3.Ə.M.Rüstəmov ”İnformatika” Dərslik.Bakı-2010 Səhifə 125- Səhifə 130



Mövzu:14 Standart proqramlar

Yeni dərsin planı:

1.Word pad və Bloknot

2.Paint rəsm redaktoru

3.Kalkulyator
1.Word pad və Bloknot

Word pad və Bloknot sadə mətn redaktoru olub,mətn tipli informasiyanın yaradılması və redaktə edilməsi üçün nəzərdə tutulmuşdur.

2.Paint rəsm redaktoru

Sadə rəsm redaktoru olub, rastr tipli şəkillərin çəkilməsi və redaktəsi üçün nəzərdə tutulmuşdur. Proqramın pəncərəsi aşağıdakı elementlərə malikdir: sərlövhə sətri, menyu sətri, alətlər paneli, rənglər paneli, rəsm sahəsi, vəziyyət sətri.

Alətlər qutusu aşağıdakı işləri görməyə imkan verir.

1-Düz xəttin çəkilməsi.Bu məqsədlə qutudakı düz xətt (Линия) alətini seçib,alətlər qutusundan aşağıdakı sahədə xəttin qalınlığını müəyyən edirik.Kursoru rəsm sahəsinə gətirərək ,sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində düz xətt çəkiləcəkdir.

2-Əyri xəttin çəkilməsi. Bu məqsədlə qutudakı əyri xətt (Кривая) alətini seçib,alətlər qutusundan aşağıdakı sahədə xəttin qalınlığını müəyyən edirik.Kursoru rəsm sahəsinə gətirərək ,sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində düz xətt çəkiləcəkdir.Kursoru düz xəttin istənilən nöqtəsinə qoyub,mışkanın sol düyməsini sıxmaqla kursoru hərəkət etdirdikcə hərəkət istiqamətində düz xətt qövsvari əyiləcək.

3-Düzbucaqlı(kvadrat),ellipsis(çevrə) və ovalkünclü düzbucaqlı(kvadrat) fiqurların çəkilməsi.Bu məqsədlə lazım olan alətləri(Прямоугольник, Эллипс, Скругленный прямоугольник) alətlər panelindən seçirik. Alətlər qutusundan aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub- olmamasını müəyyən edirik.Sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində müvafiq fiqur çəkiləcəkdir.

Nəzərə almaq lazımdır ki, kvadrat ,çevrə, ovalkünclü kvadrat çəkmək üçün yuxarıda qeyd edilən əməliyyatları Shift düyməsini sıxmaqla yerinə yetirmək lazımdır.

4- Çoxbucaqlının çəkilməsi.Lazım olan aləti(Многоугольник) seçirik. Alətlər qutusundan aşağıdakı sahədə çəkiləcək fiqurun rəngli fonla olub- olmamasını müəyyən edirik.Sol düyməni sıxmaqla mışkanı hərəkət etdiririk.Nəticədə hərəkət istiqamətində çoxbucaqlının tərəflərindən biri çəkiləcəkdir, digər tərəfi çəkmək üçün sol düymənin sıxılmasını bir an dayandırıb yenidən sıxmaqla kursoru hərəkət etdirmək lazımdır.Bu əməliyyatı bütün tərəflər çəkilənə qədər davam etdirmək lazımdır.

5- İxtiyari xəttin çəkilməsi .Aləti (Карандаш) seçib və mışkanın sol düyməsini sıxmaqla kursoru hərəkət etdirmək kifayətdir.

6- Şəklin rənglənməsi.Bu məqsədlə ilk növbədə istədiyimiz rəngi seçirik.Buna kursoru rənglər qutusunun müvafiq rənginin üzərinə qoyub və ya Выбор цветов alətini seçib, kursoru rəsmin bu və ya digər rənginin üzərinə qoyub mışkanın sol düyməsini bir dəfə sıxıb buraxmaqla nail olmaq olar.Bundan sonra aşağıdakı alətlərdən birini seçmək lazımdır.

Заливка – seçilmiş qapalı oblastı rəngləyir

Распылитель – kursorun durduğu mövqeyə rəng çiləyir

Кисть- aləti adi fırça funksiyasını daşıyır

7- Rəsmin müəyyən hissəsinin silinməsi.Bu funksiyanı pozan(Ластик) aləti yerinə yetirir.

8- Rəsmin müəyyən hissəsini qeyd etmək

Выделение – aləti düzbucaqlı sahəni

Выделение произвольной области – ixtiyari sahəni qeyd etməyə imkan verir

9- Масштаб aləti səhifənin ölçüsünü böyüdür

10- Надпись alətindən mətn yazmaq üçün istifadə olunur

Çəkilmiş şəkli yadda saxlamaq üçün:

Fayl (Файл) → Save (Сохранить) → [Save az] pəncərəsində faylın adı, tipi, saxlanacağı yer təyin edilir → Save (Сохранить).

3.Kalkulyator

Kalkulyator –adından məlum olduğu kimi elektron kalkulyatorun gördüyü funksiyaları yerinə yetirir və -10 303-dən 10 303 qədər ədədlər üzərində əməliyyatlar aparmağa qadirdir.O, iki rejimdə: Adi və Mühəndis iş rejimlərində işləyir.Bir rejimdən digər rejimə keçid proqramın Вид menyusunun müvafiq Обычный və ya Инженерный əmrlərini süçməklə təyin olunur.

Hesablamanın nəticəsi və kalkulyatorun yaddaşında olan ədəd bir rejimdən digər rejimə keçid zamanı saxlanılır.Ədədlər,əməl işarələri,funksiyalar,əsasən kursoru proqram pəncərəsindəki müvafiq düymələrin üzərinə qoyub,mışkanın sol düyməsini sıxmaqla və ya digər Windows əlavəsindən daxil olunur.Hesablamanın nəticəsi kalkulyatorun “=” və ya klaviaturanın “Enter” düyməsini sıxdıqdan sonra kalkulyatorun indikator panelində görünür.Nəticəni Правка menyusunun Копировать əmrini yerinə yetirib,operativ yaddaşın mübadilə buferində saxlamaqla ,digər Windows əlavəsində yaradılmış sənədlərə daxil etmək olar.Həmçinin, digər proqram vasitəsilə mübadilə buferində saxlanılan ədədi Правка menyusunun Вставить əmrini yerinə yetiməklə indikatorda almaq olar.

Kalkulyator bir registr yaddaşa malikdir və yaddaşında bir aralıq hesablamanın nəticəsini və ya ədədi saxlaya bilər.

Yaddaş ilə iş



  • MC – yaddaşda saxlanılan ədəd silir;

  • MR – yaddaşda saxlanılan ədədi göstərir;

  • MS – göstərilən ədədi yaddaşa daxil edir;

  • M+ – göstərilən ədədi yaddaşa daxil edilmiş ədədlə toplayır;

  • Backspace – göstərilən ədədin son rəqəmini silir;

  • CE – göstərilən ədədi silir;

  • C – yeni ifadəni hesablamağa başlayır;

  • Hex – ədədi 16-lıq say sistemində təsvir edir;

  • Dec – ədədi 10-luq say sistemində təsvir edir;

  • Oct – ədədi 8-lik say sistemində təsvir edir;

  • Bin – ədədi 2-lik say sistemində təsvir edir.

Kalkulyator adi iş rejimində dörd hesabi əməl (vurma, toplama, çıxma, bölmə),kökalma,ədədin tərs qiymətini,faizini təyietmə və işarəsini dəyişmə(müsbət və ya mənfi) əməliyyatlarını yerinə yetirməyə qadirdir

Ədəbiyyat:

Fərman Məmmədov “Windows XP sistemi”

II hissə : Dərslik-2008, Səhifə323-səhifə351



Mövzu: 15 Power Point proqramı ilə tanışlıq

Power Point təqdimat yaratmaq üçün istifadə olunan ofis proqramıdır.Təqdimat slaydlar ardıcıllığından ibarətdir.Hər slayda mühazirənin mətnindən əlavə müxtəlif qrafiklər , hərəkət effektləri vasitəsilə hərəkətə gətrilən şəkillər daxil edilə bilər.

Power Point proqramını işə salmaq üçün Пуск menyusundan

- - əmrini seçirik.Bu zaman ekrana proqramın pəncərəsi açılır.

Pəncərə başlığında proqramın adı və təqdimatın adı yazılır.

Başlığın altında 9 bənddən ibarət olan menyu sətri yerləşir .

Menyunun altında standart və formatlama alətlər paneli yerləşir.



Standart adlanan alətlər panelinin köməyi ilə təqdimatın açılması və bağlanması, obyektlərin və slaydların əlavə edilməsi, obyektlərin surətinin çıxarılması və göstərilən yerdə yerləşdirilməsi kimi əməliyyatlar yerinə yetirilir. 



Bu panelin altında Formatlaşdırma paneli yerləşir. Formatlaşdırma panelinin düymələri ilə seçilmiş mətnin şrifti və istiqaməti dəyişdirilir, hərəkət effektləri tətbiq edilir.



Pəncərənin aşağısında Rəsm paneli yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər

PowerPoint-in dialoq pəncərəsində menyusundan



əmrini seçdikdən sonra sağ tərəfdə açılan paneldən əmrini seçirik .Ekrana pəncərəsi açılır.



D üyməsini sıxırıq.



Avtoməzmun Ustası kifayət qədər təqdimat maketi təklif edir. Buradakı siyahıdan aşağıdakı mövzularda təqdimatlar seçmək olar.



Ümumi məsələlər üzrə mühazirələr 
Xidməti məsələlər üzrə mühazirələr 
Layihələr 
Ticarət hesabatları 
Təklif olunan təqdimatların hamısının siyahısını Hamısı  düməsini sıxmaqla görmək olar .Bu siyahıdan istədiyiniz maketi seçin.

Misal üçün,   bölməsindən seçin.    düyməsini sıxın. Açılan növbəti pəncərədə təqdimatın üslubunu seçin.


Burada 5 variant var:



ekranda təqdimat 

İnternetdə təqdimat 

ağ-qara təqdimat 

rəngli təqdimat 

35 mm slaydlar

Variantını seçib düyməsini sıxırıq.

Təqdimatın parametrləri pəncərəsində   sahəsinə Satış planı mətnini yazın .

sahəsində Perspektiv mətnini yazın . Bu mətn hər slaydın aşağısında yazılacaq. Son Dəyişmə Tarixi  və Slaydın Sayı sətirlərinin nişanlarını dəyişməyin ki, təqdimatın hər bir slaydında tarix və slaydın sayı yazılsın. düyməsini sıxın.







  • düyməsini sıxın. Nəticədə ekranda strukturu göstərilən yeni təqdimat görünəcək.

Avtoməzmun Ustası tərəfindən yaradılmış struktur əsasında öz mühazirənizi qura bilərsiniz. Bunun üçün sadəcə olaraq başlıqları dəyişib, təqdimatın sahələrini dəqiq informasiya ilə əvəz etmək lazımdır. Yeri gəldikdə yeni şəkil və diaqramlar da əlavə etmək olar. Pəncərəni bağlayın.


1   2   3   4   5   6   7   8   9   10   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə