Mövzu: 1 İnformatika fənninin predmeti




Yüklə 1.23 Mb.
səhifə4/14
tarix22.02.2016
ölçüsü1.23 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   14

Mövzu:8 Xüsusi xidmət proqramları

Yeni dərsin planı:

1.Disklərin yoxlanılması

2.Disklərin defraqmentasiyası

3.Disklərin təmizlənməsi

4.Diskin formatlaşmasi

5.Arxivləşdirmə proqramı

6.Windows XP sisteminin bərpası

1.Disklərin yoxlanılması

Komputerin normal işlənməsi üçün ona mütəmadi olaraq müəyyən xidmətlər göstərmək lazımdır. Disklərdə korlanmış sektorların aşkar olunması və fayl sistemində ola biləcək səhvlərin üzə çıxarılması üçün disklərin yoxlanılması, faylların disklərdə optimal yerləşdirilməsi üçün disklərin defraqmentləşdirilməsi, mütamadi olaraq disklərin lazımsız fayllardan təmizlənməsi və mühüm proqram və faylların ehtiyat kopyalarının yaradılması belə xidmətlərdəndir.

Disklərdə korlanmış sektorların və fayl sistemində səhvlərin olması iş prosesində ciddi problemlər yaradır. Belə hallarda faylları nə açmaq, nə də saxlamaq mümkün olmur. Hətta böyük həcmli faylların korlanma ehtimalı artır. Belə hallar adətən komputerin yenidən yüklənməsinə səbəb olan elektrik sıçrayışları və ya komputerin düzgün söndürülməməsində baş verir.

Disk səhvlərini iki qrupa bölmək olar: Diskin səthinin fiziki qüsurları və disk sahəsinin bölüşdürülməsi ilə bağlı olan fayl sisteminin səhvləri.

Windows XP sistemi iş prosesində üzə çıxan səhvlərin əksəriyyətini xüsusi yoxlama proqramından utilitdən istifadə etməklə aradan qaldırmağa imkan verir. Bu diskləri yoxlamaq üçün nəzərdə tutulan chdsk.exe proqramıdır.

Diski yoxlayan proqramın funksiyası disklərin səthini tesdən keçirmək fayl və qovluqları yoxlamaq, həmçinin fayl sisteminin səhvlərini avtomatiq olaraq düzəltmək və diskdə korlanmış sektorları bərpa etməkdən ibarətdir. Bəzi hallarda bu proqram (məsələn, sistemlə iş prosesini normal başa çatdırmadan komputeri söndürərkən, komputeri məcburiyyət qarşısında qalaraq yenidən yükləyərkən) avtomatik icra olunur və diskdə yoxlama prosesi aparır. İstənilən vaxt diski yoxlamaq üçün chdsk.exe proqramı işə salmaq olar. Bunun üçün aşağıdakı əməliyyatlar yerinə yetirilir.

Мой компьютер-in və ya Windows Проводник-in pəncərəsində yoxlanan diskin kontekst menyusu açılır və oradan Свойства əmri seçilir. Bu zaman ekrana Свойства: Локальный диск (С:) pəncərəsi açılır.Buradan servis səhifəsinə keçirik və Выполнить проверку düyməsini sıxırıq. Ekrana Проверка диска - Локальный диск (С:) pəncərəsi açılır. Açılan pəncərədə iki parametr əks olunmuşdur.

1. Автоматические исправлять системные ошибки (Sistem

səhvlərini avtomatik düzəltmək) parametri seçildikdə fayl sistemindəki səhvlər avtomatik olaraq Windows tərəfindən aradan qaldırılır.

2. Проверять и восстанавливат поврежденные сектора ( Zədələnmiş

sektorları yoxlamaq və bərpa etmək) parametri seçildikdə isə diskdə ətraflı yoxlama aparılır, zədələnmiş sektorlar aşkar edilir və həmin yerdəki hələ tamam korlanmamış informasiya bərpa edilir. Bu parametrlər seçilir və Запуск düyməsi basılır. Proqramın iş prosesində fayl və qovluqların seçilmiş diskdə yerləşmə vəziyyəti həmçinin diskin səthinin fiziki vəziyyəti yoxlanılır. Bu əməliyyatdan sonra korlanmış klasterlərin axtarışı və bərpa olunma prosesi gedir. Diskin tamam yoxlanılması üçün kifayət qədər çox vaxt tələb olunur. Yoxlama prosesi zamanı komputerdə heç bir başqa əməliyyat aparmaq olmaz. Proqramın işini yarımçıq dayandırmaq üçün Отмена düyməsindən istifadə edilir. Yoxlama prosesi xüsusi dialoq pəncərəsinin ekrana çıxması ilə başa çatır.

2.Disklərin defraqmentasiyası

Məlumdurki, təzəcə formatlaşdırılmış diskə fayllar yazılarkən proses çox sürətlə gedir. Lakin zaman keçdikcə kompüterin sürətinin zəiflədiyi hiss olunur. Disk formatlaşdırı

larkən hər birinin həcmi 512 bayt olan sektorlara bölünür. Fayl sistemi disk sektorlarını müəyyən bloklarda birləşdirir. Bu bloklar klasterlər adlanır. Hər klaster yalnız bir fayla aiddir. Bir klasterə 2 fayl yazmaq olmaz.

Fayllar yeni formatlaşdırılmış bərk diskə yerləşdirilərkən Windows sistemi onlar üçün bir birinin ardınca nömrələnmiş klasterlər ardıcıllığı ayırır. Lakin vaxt keçdikcə bərk diskdə ayrılmış klasterlərin ardıcıllığı pozulur. Belə ki, diskdə mövcud olan fayla yeni verilənlər əlavə edildikdə həmin fayl üçün əlavə klaster ayrılır və bu yeni klaster tamamilə aralı (diskin başqa yerinə) düşür. Beləliklə, bir fayl yaddaşın ayrı-ayrı hissələrində fraqmentlər şəklində yerləşmiş olur. Digər tərəfdən fayllar ləğv olunduqca ardıcıl klasterlərdə boş hissələr qalır və sonralar diskə yeni fayllar yazılarkən həmin pərakəndə boş yerlərə hissə-hissə (framentlərlə) yazılıb saxlanılır. Eyni zamanda faylların ləğv olunması və yenilərin yaradılması prosesi davam etdikcə fayllar diskin müxtəlif boş yerlərində kiçik hissələrə (fraqmentlərə) bölünərək saxlanılır. Bu proses fraqmentləşdirmə adlanır. Odur ki, istifadəçi hər dəfə faylı açarkən və diskdə saxlayarkən xeyli gözləməli olur. Çünki vinçestrin maqnit başlığı diskin müxtəlif yerlərinə yerdəyişmələr edərək çoxlu sayda klasterlərə baxmalı olur.

Beləliklə, komputerdə uzun müddət işləyərkən ayrı-ayrı faylların (və deməli, onların fraqmentlərinin) ləğv olunması nəticəsinə diskin fraqment sahələri çoxalırki, bu da kompüterin işinin yavaşımasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu halda fayl korlanmasına da oxunma və yazılma əməliyyatlarının sürəti ciddi şəkildə azalır. Bu problemin həlli üçün sistemdə xüsusi vasitədən, disklərin defraqmentləşdirmə - defraqmentasiya əməliyyatından istifadə olunur. Bu əməliyyat prosesində ayrı- ayrı fraqmentlər elə birləşdirilir ki, nəticədə fayl hissə- hissə deyil, yenidən kəsilməz disk oblastında yerləşdirilir.

Beləliklə, proqramların icrasını sürətləndirmək üçün proqram fraqmentləri saxlanılan klasterləri “toplamaq” və imkan daxilində diskdə bir- birinə daha yaxın birləşdirmək lazımdır. Bu proses diskin defraqmentləş

dirilməsi- defraqmantasiya adlanır. Diskdə saxlanılan istənilən informasiya zaman keçdikcə fraqmentləşdiyi üçün ən azı bir neçə ayda bir dəfə defraqmentləşdirmə əməliyyatını aparmaq lazımdır.

Disklərin defraqmentləşdirilməsi üçün Windows XP sistemində xüsusi utilit – Дефрагментация proqramı nəzərdə tutulur. Bu proqram diskdə saxlanılan faylları elə nizamlayır ki, diskin müxtəlif hissələrinə səpələnmiş fayl hissələri bir yerdə toplanmaqla diskin yalnız bir hissəsində ardıcıl yerləşərək saxlanılır. Bundan əlavə defraqmentasiya əməliyyatı prosesindəki diskdəki boş yerlər birləşərək bütöv disk sahəsi (yaddaş oblastı) əmələ gətirir ki, bu da gələcək də yeni yazılan faylların diskdə müxtəlif hissələrlə (fraqmentlər şəklində) saxlanma ehtimalını azldır.

Defraqmentasiya proqramını işə salmaq üçün aşağıdakı addımlar icra olunur:



  1. Мой компьютер və ya Windows Explorer pəncərəsində istənilən

diskin kontekst menyusu açılır və bu menyunun Свойства əmri seçilir.

2. Bu halda açılan eyni adlı dialoq pəncərəsinin Сервис səhifəsində Выполнить дефрагментацию düyməsi basılır.

Defraqmentasiya proqramını həm də Baş menyudan icra etmək olar. Bunun üçün baş menyunun Пуск siyahısına daxil olan Программы alt menyusundakı Стандартные siyahısından Служебные- Дефрагментация диска əmrini seçmək lazımdır. Bu halda müvafiq dialoq pəncərəsi ekrana çıxır.

Adətən diskin defraqmentasiya prosesi kifayət qədər çox vaxt aparır. Xüsusilə müasir bərk disklərin həcmini nəzərə alsaq defraqmentasiya prosesi bir neçə saat çəkə bilər. Ona görədə fraqmentləşdirmə səviyyəsi çox yüksək olmayan disklər üçün bu proqramı icra etməyə ehtiyac yoxdur. Konkret diskin defraqmentləşdirmə əməliyyatına ehtiyac olduğunu müəyyən etmək üçün Дефрагментация диска pəncərəsinin yuxarı hissəsində əks olunan siyahıdan həmin diski seçmək və Анализ düyməsini basmaq lazımdır. Bu halda proqram həmin diski yoxlayaraq onun defraqmentləşdirmə prosesində ehtiyacı olması barədə öz təklifini verir. Buna baxmayaraq istənilən vaxt defraqmentləşdirmə əməliyyatını aparmaq olar. Bunun üçün baxılan pəncərədə Дефрагментация düyməsini basmaq kifayətdir. Həmin pəncərədəki Пауза,Остановка, düymələrindən istifadə etməklə prosesi istənilən vaxt dayandırmaq və ya yarımçıq kəsərək başa çatdırmaq olar.Вывести отчет düyməsi ilə diskin fraqmentləşmə səviyyəsi barədə ümumi məlumat əldə etmək olar.

3.Disklərin təmizlənməsi

Uzun müddət kompüterlə işləyərkən müxtəlif fayl obyektlərinin ardıcıl olaraq saxlanması nəticəsində diskin təmamilə doldurulması və bu diskdə boş yerin qalmaması təhlükəsi yarana bilər. Bu zaman əməliyyat sistemi məlumat verir ki, diskdə boş yer yoxdur. Belə hallarda sistemdə istifadə olunmayan lazımsız proqram və faylları əl ilə ləğv edərək diskdə müəyyən sahəni təmizləmək olar. Bununla yanaşı diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə xüsusi utilitdən istifadə edilir- Очистка диска

Diskdə boş yerin olmadığı barədə sistem məlumatı üzərində mausun sol

düyməsi basılarkən Очистка диска proqramı avtomatik icra olunur. Ümumiyyətlə isə bu proqram əl ilə icra etmək üçün Baş menyunun Программы alt menyusundakı Стандартные siyahısından Служебные bəndinə daxil olan Очистка диска əmrini seçmək lazımdır. Bu halda ekranda Очистка диска adlı dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsində təmizlənmək üçün nəzərdə tutulan disk seçilir və OK düyməsi basılır. Nəticədə proqram sistemi təhlil edərək növbəti dialoq pəncərəsində müəyyən həcmdə disk sahəsini boşalda biləcək faylların siyahısını əks etdirir.

Bu dialoq pəncərəsinin iki səhifəsi var. Очистка диска səhifəsində təqdim olunan siyahıdan ləğv olunası fayl obyektləri seçilir (məsələn, səbətdəki fayllar, müvəqqəti fayllar və s.) və OK düyməsi basılır. Nəticədə sistem göstərilən əməliyyatın yerinə yetirilməsini təsdiqləmək üçün ekrana xüsusi sorğu pəncərəsi çıxarır. Bu addımda həmin sorğuya müvafiq cavab verərək işi davam etdirmək lazımdır.

Baxılan pəncərənin Дополнительно səhifəsində diskin təmizlənəsi üçün istifadəçiyə bəzi əlavə imkanlar verir. Belə ki, həmin pəncərə əlavəsində əks olunan müvafiq parametrləri seçməklə Windows sisteminin istifadə olunmayan komponentlərini ləğv etmək proqramların quraşdırılması və ləğvi üçün nəzərdə tutulan dialoq pəncərəsini ekrana çıxarmaq və nəhayət, diskdə saxlanılan fayllarının ehtiyat kopiyalarını ləğv etmək olar.

4.Diskin formatlaşmasi

Diskin formatlaşması diskin yazı və oxuma üçün hazırlanması deməkdir. «Мои документы» qovluğu açılır, disk(disket) göstərilir → kontekst menyuda «Форматировать…» → «Формат Диск…» dialoq pəncərəsi açılır → Начать (Start).

Formatlaşma zamanı disketdəki bütün informasiyalar silinir, disk cığır və sektorlara ayrılır. Dialoq pəncərəsində formatlaşmanın bir-neçə üsulundan istifadə etmək mümkündür:

«Быстрое» – diskdə bütün informasiya silinir, yalnız bir dəfə format olunmuş disklər üçün nəzərdə tutulur;

«Использовать сжатие» – NTFS ilə dəstəklənir;

«Создание загрузочного диска» – MS-DOS sistemi diskdəki bütün informasiyanı silir və oraya sistem fayllarını əlavə edir.

5.Arxivləşdirmə proqramı

Komputerdə aparılan mühüm əməliyyatlardan biri də informasiyanın arxivləşdirilməsidir. Bu əməliyyat hər şeydən əvvəl mühüm faylların qorunması baxımından onların ehtiyat kopiyalarının saxlanılması üçün əhəmiyyətlidir. Belə ki, faylların hər hansı səbəbdən korlanması zamanı onları arxivdən bərpa etmək olar. Eyni zamanda bu əməliyyat bərk diskdə istifadə olunmayan faylların arxivləşdirilməsi hesabına diskin xeyli hissəsinin boşaldılmasına və boş yaddaş sahəsinin artırılmasına imkan verir. Arxivləşdirilmə əməlyyatının aparılması üçün sistemdə xüsusi utilitdən istifadə edilir: Архивация данных

Beləliklə, arxivləşdirilmə proqramı Архивация данных verilənlərin ehtiyat kopiyalarının yaradılması və onların arxivdən bərpa edilməsi üçün istifadə edilir. Bu proqram verilənlərin ehtiyat kopiyalarının maqnit lentlərdə (strimmerlərdə) və müxtəlif disklərdə yazılıb saxlanılmasına imkan verir.

Fayl və qovluqların arxivləşdirilməsi aşağıdakı addımlardan ibarətdir:

1.Arxivləşdirilən fayl və qovluqların seçilməsi;

2.Onların kopiyalarının yerləşdirilməsi üçün qurğuların seçilməsi;

3.Bilavasitə arxivləşmə prosesi.

Архивация данных proqramını icra etmək üçün Baş menyunun Программы siyahısındakı Стандартные – Служебные- Архивация данных əmrini seçmək lazımdır. Bu halda ekranda Мастер архивации и восстановления adlı pəncərə əks olunur. Həmin pəncərədə Далее düyməsi basılır və nəticədə eyni adlı ikinci pəncərə açılır. Bu pəncərədə iki rejim əks olunur. Belə ki, Архивация файлов и параметров rejimi fayl və qovluqların ehtiyat kopiyalarını yaratmaq üçün istifadə edilir. Eyni zamanda восстановление файлов и параметров rejimi isə arxivdə saxlanılan verilənləri bərpa etmək üçün nəzərdə tutulur. Odur ki, bu rejimlərdən biri seçilir Далее düyməsi basılır. Bundan sonra zəruri fayl obyektlərinin ehtiyat kopiyalarının yaradılmasını təyin etmək üçün ekranda müvafiq rejimlər əks olunur. Bu dialoq pəncərəsində arxivləşdirilməsi nəzərdə tutulan obyektlərə uyğun rejimlər seçilir.

I. Мой документы и параметры настройки (Mənim sənədlərim və parametrlər)rejimi seçildikdə-Мой документы və Избранное sistem qovluqları bütün məzmunu ilə və İş stolu arxivləşdirilir;

II.Документы и параметры и настройки всех пользователей данного компьютера (Bu kompüterdəki bütün istifadəçilərin sənədləri və parametrlər) rejimi seçildikdə bütün istifadəçilərin sənədləri Мой

документы və Избранное (Seçilmişlər) sistem qovluqları və İş stolu arxivləşdirilir;

III. Всю информацию на данном компьютера(Bu kompüterdəki bütün informasiyalar)rejimi seçildikdə bu komputerdə sistem fayllarından tutmuş bütün informasiyalar hamısı arxivləşdirilir;

IV.Предоставить возможность выбора обьектов для архивации (Arxivləşdirmək üçün obyektlərin seçilməsinə imkan vermək) rejimi seçildikdə açılan növbəti pəncərədən ehtiyat kopiyalarını yaratmaq üçün nəzərdə tutulan fayl obyektlərini seçmək olar.

Bu göstərilən rejimlərin axırıncısı seçilir və Далее düyməsi basılır. Nəticədə açılan növbəti dialoq pəncərəsində arxivləşdirilməsi nəzərdə tutulan bütün fayl, qovluq və disklərin işarələri qarşısında qeydiyyat işarəsi qoyulur. Qeyd edək ki, bu halda qovluqlar və həm də onlara daxil olan alt qovluqların arxivləşdirilməsi nəzərdə tutulursa, onda həmin qeydiyyat işarələri göy rənglə əks olunur. Qovluq və disklərin solunda əks olunan qeydiyyat işarəsinin boz rənglə verilməsi isı onu göstərirki, həmin obyekt daxilində olan fayl və qovluqların heç də hamısı arxivə yerləşdirilməyəcək.

Əgər arxivə yalnız qovluq daxilindəki bəzi faylları yerləşdirmək lazımdırsa, onda pəncərənin solunda həmin qovluq açılır və sağda əks olunan siyahıdakı zəruri fayl və qovluqların qarşısında qeydiyyat işarəsi qoyulur.

Beləliklə, arxivləşdirilməsi üçün nəzərdə tutulan obyektlər seçilir və yenə Далее düyməsi basılır.

Bu addımda ehtiyat kopiyanın yazılması üçün təklif olunan siyahıdan disk seçilir və yaradılan arxiv üçün müvafiq sətirdən ad daxil edilir və Далее düyməsi basılır.

Готово düyməsinin basılması ilə kopiyalanma əməlyyatı başlanır. Proses başa çatan kimi aparılan əməliyyat barədə ətraflı məlumat əks olunmuş xüsusi dialoq pəncərəsi ekrana çıxır.

Yaradılmış arxivin açılması və fayl obyektlərinin ehtiyat kopiyalarının bərpası (açılması) üçün Arxivləşdirmə və ya bərpaetmə ustası pəncərəsindən Fayllar və parametrlərin bərpa olunması rejimi seçilir və Далее düyməsi basılır. Bu halda son pəncərədə müxtəlif vaxtlarda yaradılmış ehtiyat fayl kopiyalarının siyahısı əks olunur. Bu siyahıdakı bəndlərin birini seçmək və sağ pəncərədə faylları bərpa etmək üçün disk təyin etmək olar. Bundan sonra Далее düyməsi ilə açılan pəncərədə готово düyməsi basılır və nəticədə arxivdə saxlanılan fayllar bərpa olunur.

FAYL VƏ QOVLUQLARIN ARXİVLƏŞDİRİLMƏSİ

Arxiv proqramları (Arxivatorlar) fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır:

1.İstifadə olunan arxivatordan.

2.Sıxma üsulundan.

3.Faylın tipindən.

Arxivləşdirmənin iki səbəbi var:

1.İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla)

2.Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə.

Arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv sürəti yaradılmış olur. Rezerv surət – faylın dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır.

Arxiv faylları: ARJ, CAB, GZ, LHA, RAR, TAR, TGZ, UU, ZIP.

Windows əməliyyat sistemlərində əsasən WinZİP və WinRAR arxivatorlardan istifadə edilir.

Proqramı işə salmaq üçün:

1.Start (Старт) → Proqrams (Программы) → WinRAR → [Bakcomp – WinRAR] pəncərəsi açılır → arxivləşdirilməsi lazım olan fayl və ya qovluq açılan pəncərədə göstərilir → [Добавить] düyməsi basılır.

2.Fayl və ya qovluğun üzərində kontekst menyu açılır → «Добавить в Архив…» əmri verilir → açılan [Имя и параметры архива] pəncərəsində arxiv faylın yerləşəcəyi qovluq göstərilir → OK.

Arxiv olunacaq fayl və ya qovluğa parol qoymaq üçün: [Имя и параметры архива] pəncərəsində [Дополнительный] hissəsinə keçilir → [Установить пароль] →[Архивация с паролем] pəncərəsində parol təyin edilir → OK.

6.Windows XP sisteminin bərpası

Təcrübə göstərir ki, kompüterdə işləyərkən bəzi hallarda, xüsusilə də yeni qurğuların və ya proqramların quraşdırılmasından sonra əməliyyat sisteminin işində müəyyən sapmalar baş verir, sistem həmişəki kimi saz işləmir həmişəkindən fərqli olaraq kompüterin sürəti aşağı düşür. Hətta elə hallar ola bilir ki, bu cür proqramları ləğv etməkdən sonra da vəziyyət düzəlmir. Odur ki, belə vəziyyət yarandıqda Windows XP sisteminin tərkibində olan xüsusi proqramdan istifadə edərək əməliyyat sisteminin əvvəllər stabil işlədiyi vəziyyətini bərpa etmək olur. Yəni, bu halda sistem fayllarının bərpa olunması üçün xüsusi mexnizmdən istifadə edilir. Bu mexanizmin mühüm xüsusiyyəti ondan ibarətdir ki, sistem bərpa olunarkən kompüterdə olan sənədlər korlanmır.

Bərpaolunma prosesi haqqında ümumi məlumat.

Windows XP sisteminin tərkibində olan mühüm bir vasitə -Sistemin bərpası proqramının köməyilə kompüterlə iş prosesində müəyyən problemlər baş verdikdə şəxsi faylları korlamadan kompüterin əvvəlki iş vəziyyətini bərpa etmək olur. Bərpaetmə proqramı sistemdə baş verən bütün dəyişiklikləri izləyir və avtomatik olaraq asan təyin oluna bilən bərpaolunma nöqtələri (qayıdış nöqtələri) yaradır. Həmin bərpaolunma nöqtələri sistemi bu nöqtələrlə təyin olunan tarixdəki vəziyyətinə qaytarmağa imkan verir. Onlar komputerin fasiləsiz istifadəsindən asılı olaraq hər gün və eləcə də ciddi sistem hadisələri (məsələn, proqramların və qurğuların quraşdırılması) baş verərkən yaradılır. Həmçinin istifadəçinin özü də istənilən vaxt bərpaolunma nöqtələri yarada bilər. Beləliklə, sistemin bərpası proqramının işi bərpaolunma (qayıdış) nöqtələrinin istifadəsinə əsaslanır. Belə ki, sistemin bərpaetmə proqramı müəyyən müddət ərzində aparılmış bütün dəyişiklikləri, eləcə də quraşdırılan bütün proqramları və yeni qurğuları avtomatik olaraq yazır. Bununla yanaşı sistemin bu dəyişikliklərə qədərki parametrlərinin yazılması üçün istifadəçi özü də şəxsi bərpaetmə nöqtələrini verə bilər. Yəni istifadəçi özü üçün zəruri proqramları quraşdırdıqdan və eləcə də kompüterin bütün qurğularının sazlanma prosesini özü istədiyi kimi apardıqdan sonra əmin olsa ki, Windows XP sistemi korrekt və stabil şəkildə işləyir, onda həmin tarix üçün sistemin bərpaolunma (qayıdış) nöqtəsini yarada bilər. Bu zaman sistemin bərpaetmə proqramı avtomatik olaraq Windows XP- nin həmin tarixdə ki, sistem reesterinin və eyni zamanda Windows – un işi üçün zəruri olan bütün sistem fayllarının ehtiyat kopiyalarını yaradır. Odur ki, sonralar kompüterdə işləyərkən quraşdırılmış proqramlardan və ya yeniləşdirilmiş drayverlərdən hər hansı birinin işində müəyyən sapmalar baş verərsə və ya təsadüfən sistem fayllarl ləğv olunarsa, yaxud zədələnərsə, onda kompüteri istənilən anda həmin faylların normal işlədiyi vaxtlardakı vəziyyətinə, qaytarmaq, yəni sistemin o vaxtlar yaradılmış bərpaolunma nöqtəsinə keçmək olar. Bunun üçün Sistemin bərpası proqramından istifadə edilir. Bu proqram müəyyən tarixdəki, konkret bərpaolunma nöqtəsini verən kimi diskdəki bütün bölmələri izləyərək bərpa edir və bununla da kompüter sisteminin hamin tarixdəki, işlək vəziyyətinə qayıtmış olur.

Sistemin bərpa olunması zamanı istifadəçilərin yaratdıqları sənəd faylları toxunulmaz qalır. Əməliyyat sisteminin daha stabil vəziyyətə qayıtması zamanı sənədlər, elektron poçt məlumatları və digər sənəd faylları saxlanılır. O cümlədən, Мой документы qovluğundakı istənilən genişlənməli bütün sənədlər saxlanılır.

Nəzərə almaq lazımdır ki, bərpaolunma nöqtəsi yaradılandan sonra quraşdırılmış bütün tətbiqi proqramlar sisteminin bərpası zamanı ləğv olunur. Lakin bu proqramları yenidən quraşdırmaq lazımdır.

Qeyd etmək lazımdır ki, sisteminin bərpaolunma əməliyyatı müəyyən tarix üçün təmamilə çevrilə biləndir. Bu o deməkdir ki, istifadəçi sistemi istənilən anda bir ay əvvəlki vəziyyətinə qaytarmaq və sonra isə həmin bərpaolunma nöqtəsindən imtina edərək yenidən sisteminin bir həftə əvvəlki vəziyyətini bərpa etmək imkanına malikdir.

Bərpaetmə proqramı icra olunarkən bərpaolunma nöqtəsini tapmağa kömək edən xüsusi təqvim ekrana çıxır. Əgər kompüter hər gün istifadə olunmursa, onda bir neçə gün ərzində yalnız bir bərpaolunma nöqtəsi hər gün istifadə olunduqda isə bərpaolunma nöqtəsi hər gün ərzində bir neçə bərpaolunma nöqtəsi də yarana bilər.

Qeyd edək ki, Windows XP sistemi quraşdırıldıqdan sonra kompüter elə

birinci dəfə istifadə olunarkən avtomatik olaraq ilk əməliyyat sisteminin bərpaolunma nöqtəsi yaradılır. Sonralar həmin bərpaolunma nöqtəsinin seçilməsilə kompüteri və proqramları ilkin vəziyyətinə qaytarmaq olar. Bu halda Мой документы qovluğunda saxlanılan bütün fayllar yuxarıda göstərildiyi kimi dəyişilməz qalır.

Kompüter fasiləsiz istifadə olunduqda sistemin bərpaetmə proqramı avtomatik olaraq cədvəl üzrə hər 10 saatdan bir və hər 20 saatdan bir, hətta sistemdə heç bir dəyişiklik edilmədikdə belə bərpaolunma nöqtəsini yaradır. Kompüter bir sutkadan artıq işləmirsə, onda növbəti dəfə bərpaolunma nöqtəsi kompüter işə salınan kimi yaradılır.

Sistemə yeni proqram quraşdırılarkən bərpaetmə proqramı yeni bərpaolunma nöqtəsi yaradır. Belə bərpaolunma nöqtələri sistemdə baş vermiş dəyişiklikləri yazmaq və ya kompüterin proqramlar quraşdırılmazdan əvvəlki vəziyyətini bərpa etmək üçün istifadə edilir.

Lazım gələrsə, bərpaolunma nöqtəsini əl ilə də yaratmaq olar. Belə bərpaolunma nöqtələri yarandıqda siyahıda onların adı və yaranma tarixi əks olunur.

Sistemin bərpası proqramının icrası üçün Baş menyudakı Программы – Стандартные-Служебные-Восстановление системы əmrlərini ardıcıl seçirik. Nəticədə Восстановление системы adlı dialoq pəncərəsi ekrana çıxır.

Zədələnmiş sistemin bərpası üçün bu dialoq pəncərəsində Восстановление более раннего состояния компьютера(Kompüterin daha əvvəlki vəziyyətinin bərpa olunması) rejimi seçilir və Далее düyməsi basılır. Nəticədə bərpaolunma nöqtəsini seçmək üçün nəzərdə tutulan xüsusi dialoq pəncərəsi ekrana çıxır.

Nəzərə almaq lazımdır ki, seçilən tarixdən sonra quraşdırılmış proqramların heç biri ondan sonra işləməyəcək.

Açılmış növbəti dialoq pəncərəsinin sol tərəfində xüsusi təqvim əks olunur. Bu təqvimdə bərpa olunma nöqtələrini göstərən tarixlər nisbətən qalın şriftlərlə verilir. Təqvimin sağındakı pəncərədə bərpaolunma nöqtələrinin yaradılma vaxtı və adları verilir. Qeyd edək ki, bir tarixə bir neçə bərpaolunma nöqtəsi uyğun gələ bilər. Odur ki, təklif olunan təqvimdən nəzərdə tutulan tarix və onun sağındaki pəncərədən isə bərpaolunma nöqtəsi seçilərək Далее düyməsi basılır.

Bu halda açılan dialoq pəncərəsində seçilmiş bərpaolunma nöqtəsinin təsdiq olunması təklif edilir. Ona görə də həmin seçimin təsdiqlənməsi üçün sadəcə olaraq Далее düyməsi basılır. Bundan sonra sisteminin bərpaolunma prosesi başlanır. Bərpaetmə prosesi başa çatan kimi kompüter avtomatik olaraq yenidən yüklənir və sondan bərpaolunma prosesinin başa çatması barədə məlumat ekrana çıxır.

Əgər sistemin bərpası prosesi istifadəçini qane etməsə, onda başqa bərpaetmə nöqtəsi seçməklə əməliyyatı yenidən aparmaq və ya sistemin sonuncu bərpaolunmuş variantından imtina etmək olar. Bunun üçün bərpaolunma əməliyyatından sonra Программы Программы – Стандартные-Служебные-Восстановление системы əmrlərini ardıcıl seçirik.Açılan dialoq pəncərəsində Sonuncu bərpanı təxirə salmaq rejimini seçmək lazımdır.

Bərpaolunma nöqtələrinin yaradılması.

Nəzərə almaq lazımdır ki, sisteminin bərpasından əvvəl bərpaolunma nöqtəsi yaradılmalıdır. Çünki, istifadəçi hər an sistemin bu günkü vəziyyətinə qayıtmaq məcburiyyətində qala bilər. Odur ki, istifadəçi istənilən vaxt bərpaolunma nöqtəsi yaratmaq və sonralar ehtiyac yarananda həmin nöqtəyə qayıtamq imkanına malikdir. Bu xüsusilə yeni proqram təminatı quraşdırakən və sistemin parametrləri ilə bağlı geniş miqyaslı dəyişikliklər apararkən əhəmiyyətlidir.

Bərpaolunma nöqtəsi yaradarkən yuxarıda verilmiş dialoq pəncərəsindən istifadə olunur. Belə ki, bunun üçün həmin dialoq pəncərənin yuxarısında verilən создать точку восстановления (Bərpaolunma nöqtəsi yaratmaq) rejimi aktivləşdirilir və (Далее) düyməsi basılır

Açılan diloq pəncərəsində Bərpaolunma nöqtəsinin təsviri sətrindən bərpaolunma nöqtəsi üçün ixtiyarı ad daxil edilir. və Yaratmaq düyməsi basılır və bununla da bərpaolunma nöqtəsi yaradılır.

Sistemin bərpası üçün zəruri olan bütün faylların hamısı kopiyalanır. Bu halda kompüter yenidən yüklənmir. Sonda Закрыть düyməsi basılır.

Yuxarıda qeyd edildiyi kimi Windows XP sistemi quraşdırıldıqdan sonra kompüter elə birinci dəfə istifadə olunarkən avtomatik olaraq əməliyyat sisteminin ilk bərpaolunma nöqtəsi yaradılır. Eyni zamanda kompüter fasiləsiz istifadə olunduqda sisteminin bərpaetmə proqramı avtomatik olaraq, hətta sistemdə heç bir dəyişiklik edilmədikdə belə cədvəl üzrə hər 10 və 24 sattdan bir, bərpaolunma nöqtəsini yaradır. Komputer bir sutkadan artıq işləmirsə, onda növbəti dəfə bərpaolunma nöqtəsi kompüter işə salınan kimi yaradılır. Lakin bərpaolunma nöqtələrinin sisteminin özü tərəfindən avtomatik olaraq (istifadəçinin müdaxiləsi olmadan) yaradılması üçün müvafiq sazlama əməliyyatı aparmalıdır. Bunun üçün Свойства система(Sistemin xüsusiyyətlər) dialoq pəncərəsindən istifadə edilir.

Свойства система dialoq pəncərəsinin açmaq üçün Baş menyudan Панел управления - Производительность и обслуживание-Система əmrlərini ardıcıl seçirik. Восстановление системы pəncərəsində Sistemin bərpaetmə finksiyası Отключить восстановление системы на всех дисках (Bütün disklərdə sistemin bərpasını kəsmək)rejiminin aktiv olub- olmaması ilə tənzimlənir. Yəni, bu rejim aktiv olmaqdıqda sistemin özü tərəfindən avtomatik olaraq bərpaetmə prosesi aparılır, əks halda isə heç bir diskdə sistemin bərpası prosesi getmir. Bu dialoq pəncərəsində ki, Параметр düyməsindən istifadə edərək hər bir disk üçün bərpaolunma (qayıdış) nöqtələrinin saxlanılmasında nəzərdə tutulan yaddaş həcmini də vermək olar. Adətən bu həcmin maksimum qiyməti ümumi disk həcminin 12 %- i qədər olur.

Dərsin möhkəmləndirilməsi üçün suallar :

1.Disk səhvlərini neçə qrupa bölmək olar?

2.Diski yoxlayan proqramın əsas funksiyası nədir?

3.Проверка диска – proqramını işə salmaq üçün hansı əməliyyatlar yerinə yetirilir?

4.Проверка диска - Локальный диск (С:) pəncərəsində neçə parametr əks olunmuşdur?

5.Fayl sistemindəki səhvlər avtomatik olaraq Windows tərəfindən aradan qaldıran parametr hansıdır?

6.Fraqmentləşdirmə nədir?

7.Defraqmentasiya əməliyyatından nə vaxt istifadə olunur?

8.Defraqmentasiya proqramını işə salmaq hansı əməliyyatlar yerinə yetirilir?

9.Diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə hansı utilitdən istifadə edilir?

10.Очистка диска dialoq pəncərəsi neçə səhifədən ibarətdir?

11.Arxivləşdirilmə proqramının əsas funksiyası nədir?

12.Fayl və qovluqların arxivləşdirilməsi hansı addımlardan ibarətdir?

13.Arxivləşdirilməsi nəzərdə tutulan obyektlərə uyğun rejimlər hansı dialoq pəncərədən seçilir?

14.Yaradılmış arxivin açılması və fayl obyektlərinin ehtiyat kopiyalarının bərpası (açılması) üçün Arxivləşdirmə və ya bərpaetmə ustası pəncərəsindən hansı rejimi seçilir?

15.Sistemin bərpası proqramı hansı funksiyanı yerinə yetirir?

Ədəbiyyat:

Fərman Məmmədov “Microsoft Üindoüs XP sistemi. II hissə. Səhifə 42- Səhifə 64

1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə