Mövzu: 1 İnformatika fənninin predmeti




Yüklə 1.23 Mb.
səhifə14/14
tarix22.02.2016
ölçüsü1.23 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

nizamsız yerləşdirilir. Onların yaradılmasında, toplanmasında və saxlanmasında qayda-qanun yoxdur. Odur ki, informasiya əsasən parçalanmış formada olur və bütün dünya üzrə səpələnmiş müxtəlif şəbəkə qovşaqlarında yerləşir.

Yeni informasiya resurslarının yaradılması və mövcud resursların dəyişdirilməsi asan olduğundan, istənilən istifadəçi öz saytını və ya səhifəsini yarada və oraya istənilən informasiyanı yerləşdirə bilər. Bu baxımdan İnternet-də informasiyanın yerləşdirilməsi və paylanması təsadüfü xarakter daşıyır. Ümumiyyətlə, şəbəkə qovşağının informasiya təminatı informasiya resurslarının, səhifələrinin və saytların sahibləri tərəfindən təşkil edilir, odur ki, onları sistemləşdirmək mümkün olmur.

  1. Natamamlıq, izafilik və ziddiyətlilik.

İnternet-də informasiya resursları avtonom, bir-birindən asılı olmadan, müxtəlif vaxtlarda və yerlərdə yaradıldığından, informasiyanın natamamlığı, bəzi hallarda isə əksinə-izafiliyi və ziddiyətliliyi özünü göstərir. Bütün bunları nəzərə almaq, aradan qaldırmaq mümkün deyil. Bu isə bəzən qeyri-peşəkar istifadəçilərə İnternet-ə inamsızlıq yaranmasına səbəb olur.

4)Dillərin və kodlaşdırmanın müxtəlifliyi.

İnternet-in informasiya resursları müxtəlif adamlar, müxtəlif şəhərlərdə və ölkələrdə, müxtəlif kompüterlərdə və sistemlərdə və müxtəlif məqsədlər üçün yaradıldığından, dil və kodlaşdırma müxtəlifliyi (ələlxüsus milli resursların) əlavə problemlər yaradılır.

5)Terminalogiyanın müxtəlifliyi.

Müxtəlif sənədlərdə müxtəlif müəlliflər tərəfindən istifadə edilən terminalogiya sənədin növündən və xarakterindən, təyinatından, yaranma mənbəyindən, tətbiq edilən elmi-metodik yanaşmadan, müəllifin fərdi bacarığından, biliyindən və təcrübəsindən asılı olaraq dəyişilir və müxtəlif olur. Bütün bunlar İnternet-də informasiya axtarışını və mövzu sahəsinə görə avtomatik təsnifat aparılmasını çətinləşdirir və əlavə vasitələrin (çoxdilli arayış lüğətlərinin, tezaurusların, assosiativ sözlər lüğətlərinin və s.) tətbiqini tələb edir.

6) İnformasiyanın əhəmiyyətliliyi və həyat dövrü.

Bir çox hallarda İnternet-də müəllifin özündən başqa digər istifadəçilər üçün müəyyən əhəmiyyət kəsb etsə də, vaxt keçdikcə o köhnəlir və əhəmiyyətini itirir (baxmayaraq ki, o uzun müddət İnternet-də saxlanır). Elə hallar da olur ki, informasiya İnternet-ə çıxarılan andan maraqsız və köhnəlmiş olur. Bəzi hallarda WEB – səhifələr, saytlar və serverlər ayrı-ayrı adamlar və təşkilatlar tərəfindən yaradılır, lakin sonradan onlara xidmət edilmir, yəni informasiya yerləşdirilmir və modifikasiya olunmur. Yəni onlar bir növ yiyəsiz “informasiya zibilinə” çevrilir. Bu isə informasiya-axtarış vaxtına və keyfiyyətinə mənfi təsir edir.

7) Hiperistinadlardan istifadə edilməsinin xüsusiyyətləri.

WEB və digər texnologiyalar sayəsində İnternet-də yerləşdirilən informasiya resurslarının həcminin sürətlə artması İnternet-i nəhəng informasiya anbarına çevirmişdir. Bu anbarda lazımi sənədləri axtarıb tapmaq ciddi problemlər yaradır.

Hipermətnlərə və hiperistinadlara əsaslanan texnologiya həmin informasiya anbarında lazımi informasiyanın toplanmasında istifadəçiyə xeyli kömək edir. Lakin hiperistinadlar bir çox hallarda istifadəçini lazımi yerə istiqamətləndirmirlər. İstifadəçi bəzən onun üçün maraqsız səhifələrə gəlib çıxır və ya gərəksiz sənədlər arasında hərəkət etməklə vaxt itirir.

Bunun əsas səbəbi ondan ibarətdir ki, hiperistinadlar sənədləri hazırlayan müəlliflərin və ya operatorların subyektiv fikirlərinə görə yaradılır. Həmin istinadlar bəzən heç kimə lazım olmayan, qiymətsiz, köhnəlmiş, bəzən isə silinmiş və ya dəyişdirilmiş sənədlərə istiqamətlənirlər.

Bununla yanaşı, digər sahələrdən və sistemlərdən fərqli olaraq, WEB xidməti düzgün olmayan istiqamətdə keçiddən addım-addım geri qaytarmaq imkanını nəzərə alır, yəni lazımi yerə qədər geri qayıdıb, istiqaməti dəyişmək olar.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

  1. İnternetin əsas xidmət sahələri hansılardır?

  2. WEB-nədir?

  3. WEB resursları necə təsvir olunur?

  4. WEB sənədlərini təsvir etmək və onların axtarışını asanlaşdırmaq üçün yaradılan dil hansıdır?

  5. HTML dili vasitəsilə hazırlanmış WEB səhifələr hansı proqramların köməyi ilə oxunur?

  6. “Keçidlər”səhifədə necə təsvir olunurlar?

  7. İnternet-də hər bir saytın (səhifənin) unikal ünvanı olur. Bu ünvan necə adlanır?

  8. İnformasiyanın ötürülməsi protokolu necə təsvir olunur?

  9. İnternetdə ünvanlar hansı sistem vasitəsilə təşkil olunur?

10.WEB-saytların (səhifələrin) HTML kodunda yığılması üçün hansı redaktorlardan (proqramlardan) istifadə etmək olar?

11.WEB- səhifə nədir?

12.Elektron poçt hansı funksiyanı yerinə yetirir?

13.Domen ünvanlaşdırma üslubunda qurulan elektron poçt ünvanı ümumi şəklidə necə yazılır?

14.FTP – File Transfer Protocol (Faylların ötürülməsi protokolu)-dan nə üçün istifadə edilir?

15.Hansı kompüterlərə FTP-serverlər deyilir?

16.Müxtəlif mövzulara aid yeni xəbərləri özündə toplayıb və onların yayılmasını təşkil edən xidmət necə adlanır?

17. İnteraktiv söhbət, audio – və videokonfrans xidməti hansı vəzifəni icra edir?

18.Terminalın emulyasiya protoklu olan “Telnet”-hansı funksiyanı yerinə yetirir?

19. “Gopher” informasiya-axtarış xidməti hansı vəzifəni icra edir?

20. İnternet-in informasiya fazası şəbəkənin üstünlükləri, çatışmazlıqları və xidmətləri ilə bağlı olan hansı xüsusiyyətlərə malikdir?



Ədəbiyyat:Kərimov Sabit Qəhrəman oğlu, Həbibullayev Səlahəddin Bəxtiyar oğlu, İbrahimzadə Tofiq İbrahim oğlu “İnformatika”

Dərslik: Səhifə 402- səhifə 411



Quliyeva Səlimə


1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə