Mövzu: 1 İnformatika fənninin predmeti




Yüklə 1.23 Mb.
səhifə13/14
tarix22.02.2016
ölçüsü1.23 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Mövzu: 19 İnternet xidmətləri

Yeni dərsin planı:

1.İnternetin əsas xidmət sahələri

2.İnternetdə informasiya axtarışı

3. İnternetdə informasiya axtarışının xüsusiyyətləri

1.İnternetin əsas xidmət sahələri

İNTERNET-in əsas xidmət sdahələrinə (servislərinə) aşağıdakılar aiddir:


  1. WWW-World Wide Web (Ümumdünya hörümçək toru). Bu xidmət

İNTERNET-in mühüm və geniş yayılmış xidmət növüdür. Qısaca WEB adlanan bu xidmət hipermətn texnologiyasına əsaslanır və adi mətnlərin hipermətnlərin, qrafik və mulimeia tipli informasiyanın, proqram kodlarının və s. şəbəkədə yrləşdirilməsini, axtarışını, ötürülməsini və baxılmasını təmin edir. WEB xidmətindən istifadə etmək çox asan və rahatdır.

WEB resursları WEB-saytlar və WEB səhifələr şəklində təsvir olunurlar. Bir saytdan və ya səhifədən digərlərinə, o cümlədən, qrafiklərə, şəklillərə, animasiyaya və s. keçmək üçün “keçid” (link) adlanan mexanizmdən istifadə edilir. WEB sənədlərini təsvir etmək və onların axtarışını asanlaşdırmaq üçün HTML (Hyper Text Markub Lanquage) adlı xüsusi dil yaradılmışdır. Bu dil nisbətən sadə olduğundan, kompüter savadı olmayanlar da onu öyrənib, WEB-səhifələr yarad bilərlər. HTML dili vasitəsilə hazırlanmış WEB səhifələr “WEB browser” (WEB –brauzer, yəni WEB-ə baxış) və ya “İnternet Explorer” (İNTERNET bələdçisi) adlanan proqramların köməyilə oxunurlar. Həmin proqramların ən geniş yayılmışları İNTERNET EXPLORER, NETSPACE COMMUNİCATOR, MOZİLLA FİREFOX, OPERA proqramlarıdır. Bu proqramlar WEB-səhifələrə HTTP (Hyper Text Transfer Protocol – Hipermətnlərin ötürülməsi protokolu) adlanan xüsusi protokol vasitəsilə əlaqə yaradılır. HTML dilinin köməyi ilə yaradılan səhifələr və onların tərkib hissələri olan “keçidlər” (linklər) İnternet-dəki bütöv informasiya toplusunu təşkil edir. “Keçidlər” səhifədə adətən başqa rənglə (məsələn, göy rənglə) seçilir və altından xətt çəklir. Keçid əməliyyatı “keçidin” üzərində mausun düyməsini bir dəfə basmaqla yerinə yetirilir.

İnternet-də hər bir saytın (səhifənin) unikal ünvanı olur. Bu ünvan ingiliscə URL – Uniform Resourse Locator (Resursun Vahid (unikal) Göstəricisi) adlanır. Başqa sözlə, bu ünvan WEB-saytın (səhifənin) yerləşdiyi kompüterin İnternet-dəki koordinatıdır. Məsələn, Azərbaycan Dövlət Neft Akademiyasının İnternet ünvanı belədir:

http:// www.adna.baku.az

burada “http” – informasiyanın ötürülməsi protokolunu, www. –İnternet xidmətinin adını, “adna.baku.az”- WEB – saytın (səhifənin) yerləşdiyi) kompüterin İnternet adını göstərir. (Xost dedikdə şəbəkəyə qoşulmuş və müxtəlif xidmətlər göstərən kompüter başa düşülür.)

İnternetdə ünvanlar domen ünvanlaşdırma sistemi vasitəsilə təşkil olunur. Domenləin adları iyerarxik ardıcıllıqla yazılır: soldan başlayaraq avvəlcə ən aşağı səviyyənin domeni, sonra isə yuxarı səviyyələrin domenləri. Ən yuxarı səviyyədəki (sağdan 1-ci) domendən solda yazılan domenlərə altdomenlər deyilir. Beləliklə, Xost kompüterin adının yazılış forması belə olur:



. [.< altdomen3>...] < domen>

Burada <, > - işarələrinin adın tərkib hissələrini ayırmaq üçün, istifadə edilmişdir.[,] mötərizələrindən isə onların içərisindəkilərinin vacib olmamasını göstərmək üçün istifadə edilmişdir.

İnternet- də ünvanlaşdırma inzibati və ya ərazi prinsipləri ilə aparılır. Hər iki halda yuxarı səviyyənin domeni standart qəbul olunmuş adla göstərilir. Məsələn, inzibati prinsiplə ünvanlaşdırılmada yuxarı səviyyənin domen adları belə ola bilər:

“com” – kommersiya təşkilatı,

“edu”- təhsil və ya elmi müəssisə,

“gov”-dövlət müəssisəsi,

“int”-beynəlxalq təşkilat,

“net”- İnternet–in şəbəkə qovşaqları və s.

Ərazi prinsipi ilə ünvanlaşdırmaqda isə yuxarı səviyyənin iki simvoldan ibarət standart domen adları belə ola bilər:

“az”-Azərbaycan Respublikası,

“bu” – Belarus Respublikası,

“yp”- Yaponiya,

“gb” – İngiltərə,

“ru” – Rusiya,

“tr”-Türkiyə,

“us” – ABŞ və s.

Domen ünvanlaşdırma sistemi (ingiliscə: Domain Name Sistem - DNS) İnternet ünvanları fazasının iyerarxik təşkili metodudur. İnternet adları DNS serveri vasitəsilə rəqəm formasında ifadə olunan həqiqi ünvanlara çevrilir. Həmin ünvanlara İP (İnternet Protocol) ünvanları deyilir. DNS serverləri əks çevirməni də yəni İP ünvanını domen adına çevirməni də aparır.

WEB-saytların (səhifələrin) HTML kodunda yığılması üçün aşağıdakı redaktorlardan (proqramlardan) istifadə etmək olar: DREAM WEAVER, NETSPACE COMPOSER, HOTDOG, MS FRONTPAGE və s.

WEB – sayt bir-biri ilə əlaqəli olan və eyni bir WEB – serverdə yerləşən bir və ya bir neçə WEB – səhifəsindən ibarət olur. WEB- səhifə WEB- saytın ayrıca bir hissəsi olub, “htm” və ya “html” genişlənməsi ilə təyin olunan mətn faylıdır. İnternet şəbəkəsinin bir qovşağı olan WEB-server bu faylların fiziki olaraq saxlanılması və istifadəçilərə çatdırılmasını həyata keçirir. Fayllarda mətni informasiya və bu informasiyanın WEB- brouzerin pəncərəsində necə təsvir olunması müəyyənləşdirilən HTML – kodlar saxlanılır. Digər tip – qrafiki, audio və video informasiya WEB- səhifəyə daxil olmur və ayrıca olaraq “.gif”, “.jpg”, “.mid”, “.mp3”, “.avi” genişlənmələri ilə təyin olunan fayllarda saxlanır. HTML – kodda yalnız bu fayllara aparan yol göstərilir.

2.Elektron poçt (E-mail)- İnternet istifadəçilərinin ən çox istifadə

etdiyi xidmətlərdən biridir. Elektron poçt vasitəsilə ani bir zamanda bütün dünya miqyasında istənilən şəxslə (kompüterlə) məktublaşmaq olar.

Bu xidmətdən istifadə etmək üçün hər bir şəxsin elektron poçt ünvanı olmalıdır. Həmin ünvanı kompüterin İnternet-lə əlaqəsini təşkil edən provayder təqdim edir. Bu xidmət tam pulsuzdur. İnternet-ə qoşulan hər bir şəxs bu xidmətdən istifadə etmək üçün özünə elektron poçt ünvanı götürə bilər.

Elektron poçt ünvanı əməliyyat mühitindən asılı olaraq DNS üslubunda (WINDOWS mühitində) və ya aşkar ünvanlaşdırma üslubunda (UNİX mühitində) tərtib edilə bilər. Domen ünvanlaşdırma üslubunda qurulan elektron poçt ünvanı ümumi şəklidə belə yazılır.

@

Burada - istifadəçinin identifikatoru, - şəbəkə qovşağının identifikatorudur. Bu iki identifikator arasında “@” (eta) işarəsini yazmaq vacibdir. Bu səbəbdən o “elektron poçt işarəsi” adını almışdır.

İstifadəçinin identifikatoru (userid) baxılan şəbəkə qovşağı çərçivəsində unikal olmalıdır. Qovşağın identifikatoru (nodeid) nöqtə işarəsi ilə ayrılmış domenlərin adlarından ibarət olan mətnli sətirdir. Qovşağın identifikatoru bütöv İnternet çərçivəsində unikal olmalıdır.

Elektron poçt ünvanlarının yazılışına aid misallar:



ilnurane@dcacs.ab.az

sabit@mail.ru

Elektron poçtu ilə işləmək üçün ən çox OUTLOOK EXPRESS və NETSCAPE proqramlarından istifadə edilir. Bu məqsədlə Rusiyada THE BAT adlı proqramda yaradılmışdır.

3.FTP – File Transfer Protocol (Faylların ötürülməsi protokolu). Bu

xidmət vasitəsilə bir şəbəkə kompüteri ilə digər arasında fayllar mübadiləsi aparıla bilər. FTP protokolu TCP/İP (Transmission Control Protocol over/ based on İnternet Protocol –İnternet Protokolu vasitəsilə informasiyanın ötürülməsini idarə edən Protokol) standart protokollar ailəsinin tətbiq səviyyəsinə aid protokollarından biridir. Nəqliyyat səviyyəsində TCP protokolu tətbiq edilir. FTP protokol/proqram istifadəçisi uzaq məsafəli kompüterin fayllar kataloquna baxa, bir kataloqdan digərinə keçə və faylları öz kompüterinə köçürə bilər.

FTP xidməti WEB-də yerləşdirilməsi əhəmiyyət kəsb etməyən informasiya resurslarını arxiv rolunu oynayan kompüterlərdə saxlamağa və onlardan istifadə etməyə imkan verir. Həmin kompüterlərə başqa sözlə FTP-serverlər deyilir.

FTP arxivinin resurslarının axtarışı üçün “Archive” adlanan və WEB də yerləşdirilən qlobal axtarış sistemi mövcuddur. Həmin sistemin saxlandılğı WEB serverlərindən birinin ünvanı belədir:



http://ftpsearch.ntnu.no.

FTP resuslarının axtarışı üçün regional axtarış sistemləri də mövcuddur.Məsələn, Rusiyada “Filesearch” adlı sistemdən həmin ölkənin FTP serverlərində saxlanan faylların axtarışında geniş istifadə edilir. Həmin sistemin İNTERNET ünvanı belədir:



http://filesearch.ru .

4.USENET xidməti müxtəlif mövzulara aid yeni xəbərləri özündə toplayır

və onların yayılmasını təşkil edir. Xəbərlər mövzuya uyğun qruplarla təşkil olunur. Qrupa, başqa sözlə konfrans da deyilir. Hər bir qrupa unikal ad verilir və həmin adla o axtarılır. Qrupun adı onun mövzusunu və mənşəini təyin etməlidir. Məsələn, “alt.binaries.sounds.midi” xəbərlər qruöu vasitəsilə “midi” formatlı musiqi faylları yayılır. Burada “alt” nəzarətdən və senzuradan azad olan “alternativ” xəbərlər qruplarını göstərir.

Xəbərlər qrupları müxtəlif severlərdə yerləşdirilir. Xəbərlərin alınması, baxılması və göndərilməsi üçün NNTP (Network News transfer Protocol – Şəbəkə Xəbərlərinin Göndərilməsi protokolu) protokolundan istifadə edilir. İNTERNET EXPLORER, NETSCAPE NAVİGATOR brauzerləri serverdən xəbərləri oxumaq və yazmaq üçün NNTP protokolunun kliyent hissəsini təmin edirlər. Proqram təminatının server hissəsi isə İNN (İnternet News) proqram paketi ilə reallaşdırılır.

USENET sistemində qeydiyyatdan keçmiş istənilən istifadəçi öz informasiyasını konkret mövzuya görə xəbərlər qurupunda yerləşdirə bilər və həmin informasiyanı baxılan qrupun bütün istifadəçiləri əldə edə bilərlər. Bu sistem dar sahəyə aid məlumatları, xüsusi və ya qeyri-rəsmi informasiyanı toplamaq və yaymaq üçün əlverişlidir. Hazırda dünya miqyasında 70 minə qədər müxtəlif xəbərlər qrupları mövcuddur.

Xəbərlər qrupları ilə işləmək OUTLOOK EXPRESS, FREE AGENT proqramlarında da nəzərə alınıb. Xəbərlər qruplarının serverləri haqqında informasiyanı əks etdirən kataloqlara bu ünvanlarda baxmaq olar: http://newsbot.com ,



http://talk.ru ,

http://groups.google.com ,

http://newsgate.ru .

5.İnteraktiv söhbət, audio – və videokonfrans. Bu xidmət iki və daha çox

istifadəçinin real vaxt (on-line) rejimində informasiya mübadiləsi aparmasını təmin edir. Bu xidmət İRC (İnternet Relay Chat-İnternet vasitəsilə Söhbət üçün Retranslyator) adlanan protokol və serverlərin köməyilə həyata keçirilir. Odur ki, bu xidmətə bəzən İRC və ya ÇAT (Çhat) deyilir. İRC – nin strukturu İRC – serverlər şəbəkəsindən ibarətdir. Hər bir İRC – server İRC – kliyentlərdən (proqramlardan) sorğuları qəbul edib, real vaxt rejimində yerinə yetirir.

İRC ilə işləmək üçün çoxlu İRC kliyent proqramları mövcuddur. Onlardan ən geniş yayılanları və geniş imkanlıara malik olanları bunlardır: İCQ (ünvanı: www.icq.com), Microsoft Chat (İnternet Explorer proqramının tərkibinə daxildir), MIRC (ünvanı: www.mirc.com) və s. Bunlardan başqa çoxlu regional Çat proqramları da mövcuddur.

İRC xidmətlərindən istifadə etmək istəyən istifadəçi bu kliyent proqramlarından birini öz kompüterinə yükləməli, sonra isə əlverişli bir serverə qoşulub, qeydiyyat prosedurunu keçməlidir. Qeydiyyatdan keçən hər bir istifadəçiyə unikal ad və ya identifikator verilir.

İnternet vasitəsilə səsli telefon əlaqəsi qurmağa, həmçinin görüntülü və səsli telefon bağlantısı qurmağa imkan verən vasitələr və proqramlar da mövcuddur. Səsli telefon əlaqəsi (Səsli çat) 3-cür yaradıla bilər “kompüter-kompüter”, “kompüter-telefon” və “telefon-telefon”. Hər üç halda səsli telefon əlaqəsi yaratmaq üçün yüksək sürətli kompüter, ötürmə sürəti 28800 boddan az olmayan modem və uyğun proqram təminatı olmalıdır. İnternet- ə qoşulan kompüterdə əlavə olaraq səs kartı, səs kolonkası və mikrofon olmalıdır. İnternet-ə qoşulan kompüterdə əlavə olaraq səs kartı, səs kolonkası və mikrofon olmalıdır. Aralarında səsli əlaqə yaradılan kompüterlərdə eyni proqram təminatından istifadə olunmalıdır. Bu məqsədlə, məsələn, “NetMeetinq” proqramından, tərkibinə “Net2phone” proqramı daxil edilmiş İCQ proqram paketindən, “Vocaltec İnternet Phone” proqram kompleksindən, “MediaRing” proqramından və s. istifadə edilə bilər.

Kompüterlər arasında real vaxt rejimində səsli əlaqənin yaradılması müxtəlif coğrafi nöqtələrdə yerləşmiş şəxslərin (elmi işçilərin, iş adamlarının və s.) iştirakı ilə audio –konfrans keçirməyə real imkan yaradır. Bu cür audio – konfransları reallaşdırmaq üçün yuxarıda göstərilən proqramlarla yanaşı, bu məqsəd üçün daha geniş yayılmış “Paltalk” proqramından istifadə etmək olar.

Müasir informasiya texnologiyasının metod və vasitələri İnternet vasitəsilə kompüterlər arasında real vaxt rejimində həm səsli, həm də görüntülü əlaqənin yaradılmasına imkan verirlər, yəni bir-birilə səsli əlaqə quran şəxslər, həm də bir-birini görə bilirlər. Görüntülü əlaqənin yaradılması üçün istifadə edilən kompüterlərdən və modemlərdən səsli əlaqəyə nisbətən daha yüksək sürət tələb olunur. Görüntülü əlaqə yaratmaq üçün səsli əlaqədə tətbiq edilən texniki avadanlığa əlavə olaraq WEB kamera da daxil edilməlidir.

İnternet vasitəsilə kompüterlər arasında real vaxt rejimində səsli və görüntülü əlaqənin qurulması imkanı videokonfranslar keçirməyə real şərait yaradır. Videokonfrans yuxarıda baxılan “Səs Çatı”nın analoqudur, lakin burada səslə bərabər videotəsvirlər də ötürülür və qəbul edilir.

Kompüterlər arasında səsli və görüntülü əlaqənin yaradılması üçün şəbəkədə səsin və təsvirin sıxılıb ötürülməsini və qəbul edilib açılmasını təmin edən xüsusi proqram təminatı tətbiq edilir. Bu proqramlardan ən tanınmışları yuxarıda adı çəkilən “NetMeeting” və xüsusilə videokonfrans keçirmək üçün nəzərdə tutulan “CU-Seeme” proqramlarıdır.

6.Elektron elanlar lövhələri. Bu xidmət növü elektron poçtundan, müxtəlif

Informasiya xidmətlərindən, interaktiv səsli və görüntülü əlaqələrdən və konfranslardan birgə istifadə edilməklə reallaşdırılır. ABŞ-ın NPTN (National Publik Telecomputinq Network – Mili İctimai Kompüter Şəbəkəsi) kompüter şəbəkəsinin tərkibinə daxil olan bu sistem pulsuz telekommunikasiya və şəbəkə xidmətləri təqdim edir.

Elektron lövhələr onlarda yerləşdirilmiş elanların mövzularına görə xüsusiləşdirilmiş və ümumi xarakterli ola bilərlər. 1- ci halda elektron lövhədə yerləşdirilmiş elanlar müəyyən mövzuya görə qruplaşdırılır, məsələn, daşınmaz əmlak satışı, avtomobil satışı və s., 2-ci halda isə lövhədə bütün mövzulara aid elanlar yerləşdirilir. Elektron elanlar adi qəzet və ya divar elanlarından fərqli olaraq, daha çox müddətdə fəaliyyət göstərir və onları daha çox sayda istifadəçi oxuyur. Qəzetlərdəki elanların elektron variantlarını da İnternet-də yerləşdirmək mümkündür.

İnternet vasitəsilə alqı-satqı əməliyyatlarının aparılması da çox səmərəlidir. İnternet -in bu xidməti obyektlərinə İnternet- mağazalar deyilir. İnternet mağazalarda satılan mallar haqqında ətraflı məlumat verilir və qrafik vasitələrin köməyilə əks etdirilir. Alıcı ona lazım olan malı seçdikdən sonra satıcı ilə “on-line” və ya “of-line” rejimində əlaqə saxlaya və onunla sövdələşə bilər. Ən geniş yayılmış İnternet -mağaza proqramlarına misal olaraq “Copernic Shopper” (ünvanı: www.copernic.com), “Half” (ünvanı: www.half.com), “Shooping” (ünvanı: www.shooping.ru) və s. göstərmək olar.

Elektron elanlar lövhələrinin bir növü də İnternetvə ya şəbəkə auksionlardır. İnternet– auksion istənilən mal növləri üzrə və istənilən istifadəçiyə görə təşkil edilə bilər. Məsələn, Rusiyada bu məqsədlə iri miqyaslı “Molotok” (ünvanı: www.molotok.ru) auksionu təşkil edilmişdir. Auksionda axtarış aparmaq üçün xüsusi axtarış sistemləri də hazırlanmışdır (məsələn, “Auctions portal” sistemi: www.auctions-portal.com).

Elektron mağazalarda və auksionlarda axtarış aparmaq üçüm yuxarıda adları çəkilən proqramlardan başqa digər proqramlar da mövcuddur. Təəsüflər ki, buna digər növ elektron elanlar lövhələri haqqında demək olmaz. Bu cür proqramların sayı azdır. Sayı çox da olmayan bu proqramların kataloqlarına “http://arsma.centro.ru/kataloqbbs/index.html”, http://vdonsk.ru/csi/cataloq.htmbaxmaq olar.



2.İnternetdə informasiya axtarışı

1. İnternet vasitəsilə şəkillərin, insanların və təşkilatların axtarışı.

Bu xidmət növləri İnternet - brauzerlərin son versiyalarında reallaşdırılan funksiyaların kömyilə və digər proqramlar vasitəsilə yerinə yetirilir.

Şəkil axtarışı üçün İnternet Explorer -də “Search” (Axtarış) düyməsini basmaq və sol tərəfdə açılan pəncərədə “find a picture” (şəklin axtarışı) menyusunu seçərək şəklin adını ifadə edən lazımi sözü qeyd etmək lazımdır. Şəkil axtarmaq məqsədilə digər proqramlardan da istifadə edilə bilər. Məsələn, www.ditto.com və ya www.ipix.yahoo.com serverləri vasitəsilə axtarılan şəkli ifadə edən bir sözü verməklə həmin sözə uyğun şəkillərə baxmaq olar. “Google” sistemində də şəkil axtarışı imkanı lazımi səviyyədə nəzərə alınmışdır (ünvan: www.google.com)

İnternet– də insanların da axtarışını həyata keçirmək olar. Bu məqsəd üçün müxtəlif proqramlar mövcuddur. Bu proqramlardan bəzilərini əməliyyat sistemlərindən çağırıb işlətmək olar. Məsələn, “Windows XP” əməliyyat sistemində “Start” düyməsini basaraq “Search” menyusunun “For People” bəndini seçməklə bu cür axtarışı aparmaq olar. Bu zaman istifadəçi axtarışın hansı proqramla aparılmasını təyin etməlidir. Bunun üçün təqdim edilən “İnternet Biqfoot”, “İnternet verisign” və “İnternet WhoWhere” axtarış proqramlarından birini seçmək lazımdır. Təqdim edilən formada axtarılan şəxsi təyin edən məlumatlardan (ad, email, ünvan telefon və s.) ən azı birini yazmaq lazımdır. Yazı latın qrafikasında aparılır və bu zaman diqqətli olmaq lazımdır ki, səhv olmasın. Əks halda axtarış ya nəticəsiz qurtarır, ya da nəticə düzgün olmur.

Insanların axtarışını (Outlook Express) proqramı vasitəsilə də aparmaq olar. Bunun üçün həmin proqramın “Edit” menyusunda “Find” bəndini və bu bəndin “People...” altbəndini seçdikdən sonra “Look in” sətrinin qarşısında yuxarıda adları göstərilən axtarış proqramlarından birini seçmək və axtarılan şəxsi təyinedən məlumatları daxil etmək lazımdır. Bütün bunlardan sonra “Find now” düyməsini basmaq lazımdır.

“Copernic” axtarış sistemi vasitəilə elektron poçt ünvanına görə insanların axtarışını aparmaq çox əlverişlidir. Bu məqsədlə həmin sistemdə onlarla müxtəlif axtarış proqramlarından istifadə etmək mümkündür, məsələn:

WhoWhere (ünvanı: www.WhoWhere.com);

İnternet Address Finder (ünvanı: www.iaf.net);

Mirabilis (ünvanı: www.mirabilis.com/emaildir.html);

NBCIPeopleFinder (ünvanı: http://home.nbci.com/search/people);

Switch Board (ünvanı: www.switchboard.com);

Yahoo People (ünvanı: http://people.yahoo.com )

Bu proqramlardan “Copernic” sistemi olmadan da sərbəst istifadə etmək

olar. “Copernic” sistemi axtarış zamanı bir çox serverlərin verilənlər bazaları ilə yanaşı, İCQ proqramının verilənlər bazasına da baxır. İnternet-i rus seqmentində insanların axtarışı üçün “E-ross” sistemindən (ünvanı: www.dubna.ru/eros) istifadə etmək olar.

İnternetvasitəsilə təşkilatların da axtarışı mümkündür. Bu cür axtarışı təşkilatın adına, elektron poçt ünvanına, URL və ya İP – ünvanına görə aparmaq olar. Bu məqsədlə yuxarıda adalrı çəkilən və digər axtarış proqramlarından istifadə etmək olar. Prinsip etibarilə təşkilatların axtarışı insanların axtarışı kimi aparılır.

2.“Telnet” xidməti

Terminalın emulyasiya protoklu olan “Telnet” uzaq məsafəli terminalın İnternet-ə qoşulmasını təmin edir. Telnet istifadəçiyə uzaq məsafəli qovşağın əməliyyat sistemi və ya verilənlər bazası ilə əlaqə yaratmağa imkan verir. Uzaq məsafəli kompüterdə (qovşaqda) yerləşən proqramları çağırıb istifadə etmək də olar. Uzaq məsafəli kompüterlə əlaqə İnternetvasitəsilə yaradılır. Bunun üçün həmin kompüterdə “uçot resursu” (account) olamlıdır. Bəzi qovşaqlar istifadəçiləri əlverişli servislə təmin edirlər. Məsələn, ABŞ konqressinin kitabxanasının “locis.loc.gov” qiovşağına Telnet protokolu ilə müraciət etmək üçün uçot resursları tələb edilmir. Bu halda sistemə giriş zamanı istifadəçi identifikasiya üçün “qonaq” koduna daxil etməlidir. Telnet protokolu İnternet-in STD8 (İnternetOfficial Protocol Standarts- İnternet– in Rəsmi Protokollarının Standartları) və RFC 854 (Request For Comments) sənədlərində təyin edilmişdir. RFC – nin bir çox sənədləri Telnet protokolunun müxtəlif genişləndirilmiş imkanlarını təklif edirlər.

“Telnet” xidmətlərindən əsas etibarilə WEB - ə daxil olmayan, Lakin qiymətli və faydalı məlumatların (məsələn, elektron kataloqları, müxtəlif mövzu sahələri üzrə verilənlər bazaları və s.) və proqramların əldə edilməsi üçün istifadə edilir.

3.“Gopher” informasiya-axtarış xidməti. “Gopher” adlı xüsusi protokolla

yerinə yetirilən bu xidmət bütöv İnternet şəbəkəsində verilənlər bazalarına (əsasən mətn tipli informasiyaya) mürəciət təmin edir və bir növ İnternet resurslarına bələdçi rolunu oynayır. Güclü axtarış imkanlarına malik olan bu sistem uzaq məsafəli digər axtarış sistemlərinə avtomatik qoşula bilər. “Gopher” istənilən serverlərdən informasiyanı asanlıqla əldə etmək üçün sadə və əlverişli istifadəçi interfeysinə malikdir və istifadəçiyə ayrıca Gopher informasiya fazası təqdim edir. İnformasiya müxtəlif Gopher – serverlərdən alınan iç-içə menyular sistemi şəklində təsvir olunur. Menyunun lazımi bəndinin seçilməsi çox vaxt apara bilər. Bu problemin həlli üçün “Veronica” adlı axtarış sistemi yaradılmışdır. “Gopher” sistemi ABŞ-ın Minnesota ştatının universitetində hazırlanmışdır. Demək olar ki, hazırda “Gopher” sisteminin bütün resursları WEB-ə köçürülmüşdür. İnternetşəbəkəsində əksər “Gopher” resurslarını özündə toplayan əsas server “qopher://qopher2.tc.umn.edu” ünvanlı serverdir.

3.İnternetdə informasiya axtarışı xüsusiyyətləri

İstənilən tip informasiyanın toplanması, saxlanması və ötürülməsi üçün İnternet şəbəkəsinin informasiya xidmətləri çox cəlbedici və əlverişlidir. Lakin informasiya resurslarının sayının idən-ilə çoxalması, informasiya massivlərinin həcminin və verilənlər bazalarının ölçülərinin böyüməsi nəticəsində tələb olunan informasiyanın axtarılıb tapılması get – gedə mürəkkəbləşir və problem xarakteri alır.

Lazımi informasiyanın əldə edilməsi üçün istifadəçilər hər dəfə çoxlu vaxt, şəbəkə və material resursları sərf etməklə müxtəlif informasiya serverləri ilə əlaqə yaratmalı, bir informasiya mənbəyindən digərinə keçməli və bəzi halda bütün şəbəkəni gözdən keçirməlidir. Bu məqsədlə istifadə edilən instrumental vasitələr lazımi informasiyanın axtarışına və seçilməsinə xeyli kömək edə bilərlər.

İnternet-in informasiya fazası öz təbiətinə görə paylanmış informasiya sistemidir. Lakin bütün resursları avtonom VB – də lokal və ya korporativ VB-də yerləşən və VB – nin və ya şəbəkənin administratorunun nəzarəti altında olan ənənəvi İS-dən fərqli olaraq, İNTERNET-in informasiya fazası şəbəkənin üstünlükləri, çatışmazlıqları və xidmətləri ilə bağlı olan aşağıdakı xüsusiyyətlərə malikdir:

  1. İnformasiya fəzasının ölçüsü.

İnternet – in minlərlə qovşağında yerləşdirilmiş informasiyanın həcmi çox böyükdür. Odur ki, axtarış serverləri informasiya fazasının bütün resurslarını əhatə edə bilməzlər. İnformasiya resursları çox vaxt paylanmış şəkildə yerləşdirilir, onların bir hissəsi bir serverdə, digər hissələri isə başqa serverlərdə saxlanır.

  1. Nizamsızlıq və sistemsizlik.

İnternet-də informasiya resursları
1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə