Mövzu: 1 İnformatika fənninin predmeti




Yüklə 1.23 Mb.
səhifə11/14
tarix22.02.2016
ölçüsü1.23 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Obyektlərin animasiyası (hərəkətə gətirilməsi)


Təqdimatın nümayişini daha da baxımlı etmək üçün slayda daxil edilmiş obyektləri hərəkətə gətirmək olar. 

Misal. Slaydlardan hər hansı birinə Bakı Biznes və Kooperasiya Kolleci Yazırıq.Sonra menyusundan əmrini seçirikş.Bu zaman pəncərənin sağ tərəfində paneli açılır. 1. Bakı sözünü seçirik ,sonra - - əmrlərini ardıcıl seçib - düyməsini sıxırıq.

2. Biznes sözünü seçirik ,sonra - - - əmrlərini ardıcıl seçib - düyməsini sıxırıq.

3. və sözünü seçirik ,sonra - - - əmrlərini ardıcıl seçib - düyməsini sıxırıq.

4. Kooperasiya sözünü seçirik ,sonra - - - əmrlərini ardıcıl seçib - düyməsini sıxırıq.

5. Kolleci sözünü seçirik ,sonra - - - əmrlərini seçdikdə pəncərə açılır.



Pəncərədən variantını seçib - düyməsini sıxırıq. Sonda düyməsini sıxırıq.



Mövzu: 16 Microsoft Publisher proqramı.

Publisher proqramı çap məhsullarının – bülletenlərin, broşürlərin, elanların, sertifikatların, vizit kartlarının hazırlanması üçün nəzərdə tutulub. İngilis dilində Publisher nəşr edən, naşir, çap edən anlamını verir.Burada çox saylı hazır professional maketlərdən istifadə olunur.

Proqramı yükləmək üçün Пуск – Все программы – MS Officce Microsoft Publisher əmrlərini ardıcıl seçirik. Ekrana proqram pəncərəsi açılır.

Pəncərənin sol tərəfində tapşırıqlar paneli yerləşir.

Publisher proqramında hazırlanan nəşr məhsullarının bütün elementləri bir – birlərindən asılı deyil. İstənilən elementin yerini , ölçülərini , formasını və xarici görünüşünü dəyişmək olar.

1.Yeni informasiya bülleteninin yaradılmsı.

İnformasiya bülleteni – ictimai dəyəri olan hadisə , məsələ, iş haqqında rəsmi məlumatdır.

Proqram pəncərəsinin tapşırıqlar panelindən əmrini seçirik.

Ekrana pəncərə açılır. Pəncərənin sağ hissəsində informasiya bülletenlərinin şablonları əks olunur.





Tapşırıqlar panelindən əmrini seçirik.

Açılan pəncərədən lazım olan bülleteni seçirik.



Sonra əmrini seçirik.



Buradan sütunların sayını seçirik.

əmri ilə açılan pəncərədən öz rəng sxemimizi yarada bilərik.

Açılan şrift sxemləri variantlarından lazım olanı seçə bilərik. bilərik.



Publisher proqramında xüsusi çərçivələrdən istifadə olunur.



Bülletendə olan çərçivələrin hər hansı birini seçməklə başlığı,mətni dəyişdirə bilərik.

2.Mövcud mətn çərçivələri ilə iş.

Bülletenin görüntüsünü dəyişmək üçün standart alətlər panelindən



Masştab düyməsini seçmək lazımdır.

Çərçivədə verilmiş tövsiyyə xarakterli mətni silib,onun yerinə istədiyimiz mətni daxil edə bilərik.

Mətn çərçivələrinin ölçülərini dəyişdirmək üçün kursoru mətn sahəsinin üzərinə qoyub mışkanın sol düyməsini bir dəfə vururuq.Bu zaman çərçivə formasını dəyişir.Yenidən kursoru dairənin üzərinə qoyub (bu zaman kursor ox formasını alır) istədiyimiz istiqamətə çəkirik.



Bülletenin səhifələrini dəyişmək üçün səhifənin aşağısında yerləşmiş düymələrdən istifadə edirik.

Mətn çərçivəyə yerləşmədikdə avtomatik olaraq ona bitişik olan çərçivəyə keçir.

3.Mətn çərçivələrinin birləşdirilməsi və ayrılması

Yazdığımız məqalənin mətni bir neçə çərçivəyə yerləşmişsə, onu sedikdə sahənin sol yuxarı , sağ aşağı küncndə



düymələri görünür.



Bir biri iə bağlı olan iki mətn çərçivəsini ayırmaq üçün birinci çərçivəni sonra isə alətlər panelindən



Düyməsini sıxırıq. Bu zaman mətn çərçivəsinin aşağı hissəsində simgə əmələ gəlir ki,bu da mətnin bir hissəsinin gizlədilmiş olduğunu göstərir.Gizlədilmiş mətni göstərmək üçün ya çərçivəni böyüdürük , ya da başqa çərçivəyə yerləşdirmək üçün əvvəlcə əsas mətnin olduğu çərçivəni , sonra alətlər zolağındakı



Düyməni sıxırıq. Bu zaman mışın göstəricisi içərisində mətn olan dolça şəklini alacaq.Həmin dolçanı boş sahəyə qoyub mışın sol düyməsini sıxırıq.

4.Yeni mətn çərçivəsinin yaradılması.

Bunun üçün alətlər panelindəki düyməsini sıxırıq.

Mışın göstəricisini bülletenin lazım olan yerinə aparıb, sol düyməni basılı saxlayaraq yeni çərçivə çəkirik.

Lazım olarsa formatlama alətlər panelindən istifadə edərək ,mətnin üslubunu dəyişə bilərik.



5.Mətn çərçivələrinin uzaqlaşdırılması.

Hər hansı mətn çərçivəsini uzaqlaşdırmaq istəsək , mışın göstəricisini onun üzərinə qoyub sağ düyməni sıxırıq.Açılan menyudan

əmrini seçirik.



6.İnformasiya bukletinin yaradılması.

Bukletlər populyar olan kiçik poliqrafiya formalarından biridir. Buklet fransızca ( bouclett ) sözündən olub, halqacıq kimi tərcümə olur.O paralel qatlamaları olan vərəqdir və sırma kimi bükülür.Bu cur forma bukletə yığcamlıq verir və onu quruluşca informasiya bloklarına ayırır. Bukletlər sərgilər,təqdimatlar,reklam kampaniyaları aparılan yerlərdə insanları məlumatlandırmaq üçün ideal vasitədir. Bukletin dizaynını hazırlamaq üçün aşağıdakı elementlərdən istifadə olunur. Loqotip, əlaqə saxlamaq üçün məlumatlar,qrafik materiallar(slaydlar,fotolar,klipartlar) və mətnlər.

Ekranın solunda əks olunan əmrini seçirik.oradan isə əmrini seçirik.

Bu zaman pəncərənin sağ hissəsində informasiya bukletlərinin müxtəlif şablonları əks olunacaq.Lazım olan şablonu seçirik.



Əgər bukleti poçtla göndərmək istsəniz, onda



Tapşırıqlar panelinin

Bölməsindən variantını seçirsiniz.

Bukletə hər hansı bir forma əlavə etmək lazımdırsa, onda bölmə

sindəki variantlardan birini seçmək lazımdır.



Sifariş forması

Cavab forması

İmza forması



7.Vizit kartın yaradılması.

Hər hansı bir insan və təşkilatla əlaqə saxlamaq üçün məlumatlardan ibarət olan vizit kartlar kağızdan, kartondan yaxud da plastikdən hazırlanır.

Vizit kartların ölçüləri kişilər üçün 5*9 sm, qadınlar üçün isə 4*8 sm olur.

Vizit kartında onun sahibinin soyadı , adı, atasının adı, iş yeri və əlaqə saxlamaq üçün məlumatları (ünvanı, telefon nömrələri ,elektron poçt ünvanı ) olur.

Vizit kartları şərti olaraq üç yerə ayırmaq olar.

Şəxsi vizit kartı fərdi olur və cox zaman qeyri – formal ünsiyyət zamanı istifadə olunur.Şəxsi vizit kartı onun sahibinin arzusu əsasında fərdi maket üzrə hazırlanır.

Rəsmi vizit kart işgüzar münasibətlərdə olan tərəfdaşların , yaxud potensial müştərilərin əlaqə yarada bilməsi üçün lazımdır.Belə kartlarda soyad , ad ,ata adı , iş yeri ,vəzifə və əlaqə saxlamaq üçün məlumatlar göstərilir.Rəsmi vizit kartlarında loqotip və şirkətin simasını müəyyənləşdirən digər elementlər də ola bilər.

Korporativ vizit kartında fərd haqqında məlumat olmur.Bu növ kartda şirkətin fəaliyyəti və onunla əlaqə haqqında yetərli məlumat , eləcədə reklam xarakterli informasiya olur.



Bir üzlü vizit kartı yaratmaq üçün tapşırıqlar panelindən əmrini seçirik.

Nümunələrdən birini seçək.



Bölməsindən variantlardan birini seçirik.

Vizit kartına loqotip yerləşdirmək istəmirsinizsə

bölməsindən variantını seçin.

Bir vərəqdə vizit kartının bir neçə nüsxəsini çap etmək üçün

bölümündə variantını seçin. Bu halda proqram bir vərəqdə 10 nüsxə çap edəcək.



İki üzlü vizit kartının yaradılması. Bu zaman vizit kartının arxa tərəfinə bşqa faydalı məlumatlar , məsələn iş yerinə gəlmək üçün sxem əlavə etmək olar.Çox zaman arxa tərəfdə üz tərəfdə olan məlumatların başqa dildə tərcüməsi verilir.

İki üzlü vizit kart yaratmaq üçün



Menyusundan əmrini seçirik.

Buradan variantını və digər başqa parametrləri seçirik.Əgər vizit kartının arxa tərəfində şirkətin devizi veriləcəksə



parametrini seçirik.

Arxa tərəfdə üz tərəfdəki məlumatların başqa dildə tərcüməsi veriləcəksə variantını seçmək olar.Bu zaman üz tərəfdəki məlumatlar arxa tərəfə köçrüləcək.

8.Microsoft Publişer proqramında veb – saytların yaradılması.

İşə başlamazdan əvvəl gələcək saytın məzmununu və strukturunu müəyyənləşdirmək lazımdır.



Ekranın solunda əks olunan tapşırıqlar panelin

dən nəşr növıəri siyahısından növünü ,sonr isə növünü seçin. Bu zaman pəncərənin sağ hissəsində veb - saytların müxtəlif şablonları əks olunacaq.



Lazım olan şablon seçildikdən sonra ekrana

Pəncərəsi açılır. Burada () müəyyən təyinatlı sahələrin siyahısı verilib ki,onlardan istədiyinizi veb sayta qoşmaq olar.Bunun üçün hər bir adın önündəki yoxlama bloksunu qeyd edib - Ok düyməsini sıxırıq.

Proqramın baş pəncərəsinin sol hissəsində





tapşırıqlar paneli veb – saytın yaradılması üçün nəzərdə tutulub.

Naviqasiya sahəsi saytın başqa səhifələrinə hiperistinadı təmin edir.Əgər naviqasiya sahəsini solda ,əlaqəli səhifələrin başlıqlarını isə hər səhifənin aşağısında yerləşdirmək lazımdırsa , onda bölümündə variantını seçin. Sol tərəfdə əks olunmasını istəyirsinizsə variantını seçin. seçdikdə naviqasiya zolağı yalnız səhifənin aşağısında olacaq.Naviqasiya sahələrinin olmasını istəmirsinizsə variantını seçin.



əmrini seçdikdə panel açılır.

Buradan movcud rəng sxemlərindən birini seçə bilərsiniz.Özünüz üçün yaratmaq istəsəniz əmrini seçirsiniz.Açılan pəncərədən öz rəng sxeminizi yarada bilərsiniz.



9.Fon görüntüsünün və fon səsinin əlavə olunması.

Yazıb saxladığımız veb – sayt faylını açırıq.Sonra Format menyusundan Fon əmrini seçirik. Bu zaman fon tapşırıqlar paneli açılır.Rəng nümunəsini və yaxud da bölməsindən seçirik.Fon üçün əlavə naxışlardan istifadə etmək istəsək,

Tapşırıqlar sahəsinin aşağı hissəsindən variantını seçirik.





Ekrana pəncərəsi açılır.Lazım olan dəyişikliyi qeyd edib – OK düyməsini sıxırıq.



variantını seçsək veb – sayta musiqi , yaxud səs effekti əlavə edə bilərik.

Mövzu: 17 Kompüter şəbəkələri

Yeni dərsin planı:

1.Ümumi məlumat

2.Lokal kompüter şəbəkələri

3. Lokal kompüter şəbəkələrinin idarə olunması

4.Olobal şəbəkələr

1.Ümumi məlumat

1.Şəbəkə dedikdə verilənlərin ötürülmə vasitələri ilə öz aralarında birləşmiş kompüterlər toplusu başa düşülür. Verilənlərin ötürülmə vasitələri aşağıdakı elementlərdən ibarət ola bilər: bir-birilə kabellə əlaqələndirilən kompüterlər, peyk, telefon, lifli-optik, radio və s. ötürücülər əsasında qurulmuş çeviricilərinin müxtəlif tipləri, həmçinin digər element və qurğular.

Kompüter şəbəkəsinin arxitekturası şəbəkə elementlərinin aparat və proqram təminatının işləmə və qurulma prinsiplərini təyin edir.

Müasir şəbəkələri bir sıra əlamətlərə görə təsnifata bölmək olar: kompüterlər arasında olan məsafəyə; topologiyaya, təyinata; göstərdiyi xidmətlər sayına; mərkəzləşdirilmiş və ya qeyri-mərkəzləşdirilmiş idarə prinsiplərinə; kommutasiyasız, telefon kommutasiyalı, dövrələr kommutasiyası, məlumatların, paketlərin və deytaqramların kommutasiya üsullarına; ötürmə mühitinin növlərinə görə və s.

Kompüterlər arasındakı məsafəyə görə şəbəkələr iki sinfə bölünürlər: lokal və qlobal şəbəkələr.

İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin ona ayrıca qoşulan və uzaq məsafədə yerləşən kompüterlər və ya ayrıca qoşulan giriş-çıxış qurğuları qoşula bilərlər.

Qlobal şəbəkələr əsasən 4 cür olurlar: şəhər, regional, milli və trans milli. Giriş-çıxış qurğuları kimi bir- birindən müəyyən məsafələrdə yerləşən çap və ya surət çıxaran qurğulardan, kassalar və bank aparatlarından, displeylərdən və fakslardan istifadə oluna bilər.

Lokal kompüter şəbəkələrində (LKŞ) kompüterlər arasındakı məsafə bir neçə kilometrə qədər ola bilər və onlar bir – birilə adətən mübadilə sürəti 1-dən 10-a və daha çox Mbit/s olan sürətli rabitə xətləri ilə əlaqələndirirlər. Əksər hallarda LKŞ bir təşkilat (korporasiya, müəssisə) daxilində fəaliyyət göstərdiyinə görə, belə şəbəkələr çox vaxt korporativ sistemlər və ya şəbəklər adlanırlar. Belə olan halda kompüterlər bir qayda olaraq, bir otaq, bina və ya qonşu binalar daxilində yerləşirlər.

Hər hansı bir kompüterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq, həmin kompüterdə qoyulmuş proqram təminatının funksiyasını iki qrupa bölmək olar: kompüterin öz resurslarını idarə edən və digər kompüterlərlə mübadiləni idarə edən.

Adətən kompüterin öz resurslarını əməliyyat sistemi idarə edir. Şəbəkənin resurslarını isə şəbəkə proqram təminatrı idarə edir ki, bu da ya şəbəkə proqramı şəklində ayrıça paket, ya da şəbəkə əməliyyat sistei vasitəsilə həyata keçirilir.

Şəbəkə proqram təminatında iyerarxik yanaşmadan istifadə edilir. Burada sərbəst səviyyələr və onlar arasındakı interfyslər əvvəlcədən təyin olunmalıdır. Bunun sayəsində digər səviyyələrə əl dəyməmək şərtilə, ixtiyari səviyyənin proqramını təkmilləşdirmək mümkün olur. Ümumi halda hər hansı bir səviyyənin funksiyasını sadələşdirmək və lazım olan halda onu tamailə aradan götürmək də olar.

Şəbəkə proqram təminatının işləməsini qaydaya salmaq və istənilən kompüter sistemlərinin qarşılıqlı əlaqəsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İnternational standart Organization - İSO) açıq sistemlərin qarşılıqlı əlaqəsini təmin edən Etalon model (Open System İnterconnection - OSİ) təklif etmişdir.

OSİ etalon modeli aşağıdakı yeddi səviyyəni təyin edir:

Fiziki səviyyə (physical layer);

Şəbəkə səviyyəsi (network layer);

Nəqliyyat səviyyəsi (transport layer);

Seans səviyyəsi (session layer);

Nümayiş səviyyəsi (presentation layer);

Tətbiq səviyyəsi (application layer);

Fiziki səviyyə şəbəkə kompüteri ilə ötürülən mühit arasında diskret

siqnalarının interfeysini təşkil edir. Bu səviyyədə informasiya vahidi olan “bit”lər ardıcıllığı abonent kanalları ilə ötürülür. Fiziki kanalın idarəsində özündə ötürülən verilənləri saxlayan kadrın əvvəli və sonu qeyd edilir, həmçinin müəyyən fiziki təbiətli siqnalın formalaşdırılması və qəbulu təşkil edilir.

Fiziki səviyyənin standartları ya X.21, ya da X.21 bis təlimatları ilə təyin

edilir. Bu təlimatların köməyilə mexaniki, elektrik, funksioanl və prosedur xarakteriskaları təyin olunur ki, bunlar vasitəsilə fiziki birləşmələrin aktivləşdirilməsi, dəstəklənməsi və deduktivləşdirilməsi həyata keçirilir.

Kanal səviyyəsinin funksiyası rabitə kanalnda giriş-çıxış informasiyasının

idarəsindən ibarətdir. Ötürmənin doğruluq ehtimalını artırmaq üçün kanal səviyyəsinin prosedurunda izafi kodların daxil edilməsi, verilənlərin təkrarən ötürülməsi və digər üsullar tətbiq oluna bilər. Bu üsulla formalaşan verilənlər kadrlar şəklində qruplaşdırılır. Kanal səviyyəsinin obyektləri arasında verilənlər mübadiləsi aşağıdakı 3 üsuldan biri ilə aparıla bilər: dupleks (eyni zamanda hər iki istiqamətdə), yarımdupleks (müxtəlif vaxtlarda hər iki istiqamətdə) və ya simpleks (yalnız bir istiqamətdə).

Şəbəkə səviyyəsi şəbəkə bloklarının (paketlərinin) şəbəkənin qovşaqları arasında ötürülməsini təmin edir. Burada mümkün olan marşurutlardan birinin seçilməsi (şəbəkənin yükü, konfiqurasiyası dəyişdiyi hallarda), giriş verilənlərinin idarə olunması, paketlərin buferlərdə yerləşdirilməsi və s. məsələlər həll edilir. Şəbəkə protokolunun əsas funksiyası – hər bir fiziki kanalda 4096-ya qədər məntiqi kanalın qurulmasıdır ki, bu da fiziki kanalın resurslarından səmərəli istifadə olunmasını təmin edir.

Nəqliyyat səviyyəsinin əsas funksiyası şəbəkə paketlərindən ibarət olan məlumatların (nəqliyyat bloklarının) lazımi yerə çatdırılmasıdır. Bu məqsədlə şəbəkə proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin paketlərdən məlumatı çıxardır. Bundan əlavə, nəqliyyat səviyyəsi uyğun şlüzlar (prinsip etibarilə müxtəlif olan şəbəkə obyektlərinin uyğunlaşdırılması) və körpülər (eyni tipli şəbəkə obyektlərinin uyğunlaşdırılması) vasitəsilə müxtəlif şəbəkə uyğunlaşdırır.

Bütün göndərilən paketlərin qəbul olunmasının və onlarda səhvin olmamasını təmin etmək üçün qəbzlərin göndərilmə üsulu – kvitləşdirmə tətbiq edilir. Qəbulu təsdiq edən qəbzlərin qəbuledici tərəfindən bir və ya bir neçə paket (adətən 8-ə qədər) qəbul edildikdən sonra verilə bilər. Buna “pəncərə” mexanizmi deyilir. Rabitə zamanı bu mexanizmin tətbiq edilməsi xidməti informasiya göndərildikdə kommunikasiya şəbəkəsinə düşən yükü azaltmağa imkan verir.

Hal- hazırda nəqliyyat protokolu tərəfindən dəstəklənən 5 (0,1,...,4) servis sinfi mövcuddur. Bu siniflər məlumatların üstünlük səviyyəsinə görə göndərilməsinə, səhvlərdən mühafizə, həmçinin şifrləmək, verilənləri məxfi saxlamaq xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər.

Seans səviyyəsi daha yüksək səviyyədə duran obyektlər arasında əlaqə seansı yaradır. Rabitə seansı təşkil olunduqda digər obyektə daxil olmaq üçün aşağı səviyyəli obyektin səlahiyyəti yoxlanılır. Bu səviyyə də nəqliyyat səviyyəsi kimi bir neçə xidmət siniflərinə (A, B, C və D) malikdir.

Nümayiş səviyyəsi tətbiqi səviyyədə olan obyektlərə (istifadəçi və proqramlar) ötürülən informasiyanın çevrilmə (sifrləmək, sıxmaq, şifri açmaq) üsullarını göstərir.

Tətbiqi səviyyə istifadəçinin tətbiqi proqram təminatına cavabdeh olur. Bu səviyyədə aşağıdakı 3 əsas funksiya həyata keçirilir: faylın ötürülməsi və idarəsi, tapşırıqların ötürülməsi və emalı, virtual terminal xidməti.

Göstərilən bu yeddi səviyyəli model müxtəlif məsafələrdə yerləşən kompüterlər arasında verilənlər mübadiləsinin prinsipini göstərir. Proqram və aparat elementlərinin qarşılıqlı əlaqəsini göstərmək üçün isə protokollar və interfeyslərdən istifadə edilir.

Protokol dedikdə eyni adlı səviyyədə olan obyektlərin qarşılıqlı əlaqə qaydaları və obyektləri arasında ötürülən blok verilənlərinin formatı başa düşülür. Buna misal olaraq İSO tərəfindən qəbul edilmiş HDLC (Higherlevel Data Link Control) və İBM firması tərəfindən verilmiş SDLC (Sychrnous Data Link Control) protokollarını göstərmək olar.

İnterfeyslər qonşu səviyyələrin qarşılıqlı əlaqə prosedurunu və bu obyektlər arasında ötürülən informasiyanın formatını təsvir edirlər. Bu cür interfeysə misal olaraq X.25 interfeysini göstərmək olar. Bu interfeys vasitəsilə istifadəçi ümumi istifadədə olan verilənlərin ötürülmə şəbəkəsinə qoşulur. Bu interfeys uyğun təlimatlarda (X.25) təsvir edilmişdir. Burada verilənlər emalının son avadanlığı ilə (DTE-Data Terminal Equipment) verilənlərin ötürülməsinin son avadanlığının (DCE – Data Circuit-terminating Equipment) qarşılıqlı əlaqə ardıcıllığı va qaydaları göstərilir. DTE rolunda ötürülən verilənləri şəbəkəyə qoşmaq üçün modem və ya rəqəmli qurğu ola bilər. DCE rolunda isə uzaq məsafədə yerləşən terminallara, digər şəbəkəyə qoşulmaq istəyən interfeys kompüterinə xidmət edən xost-maşın (Host), kontroller və ya konsentratorlar iştirak edə bilərlər.

Kompüterlər arasında informasiya mübadiləsini təşkil edən və İSO tərəfindən işlənmiş bir sıra təlimatlar qlobal və ya lokal şəbəkələrin təşkil olunma nəzəriyyəsində böyük əhəmiyyət kəsb etmişlər. Lakin qeyd etmək lazımdır ki, beynəlxalq standartların qəbul edilməsi mövcud real şəbəkələrin müxtəlif arxitekturaya malik olmasını heç də istisna etmir.

Şəbəkələri bir- birindən fərqləndirən cəhətlərə istifadə olunan aparat və proqram təminatının xüsusiyyətləri, təklif olunan təlimatların müxtəlif cür başa düşülməsi, həll olunan məsafə tərəfindən sistemə müxtəlif cür yanaşma və s. aid etmək olar. Lokal şəbəkələrin proqram təminatında həyata keçirilən səviyyələrin sayının OSI etalon modelinin səviyyələrinə nəzərən az olması buna misal ola bilər.

Daha intensiv informasiya mübadiləsi qlobal şəbəkələrə nisbətən lokal şəbəkələrdə baş verir. Belə ki, mahiyyət etibarilə LKŞ-ə daxil olan kompüterlərin aparat-proqram resurslarının idarə olunması təşkil olunmuşdur. Bu funksiyaları şəbəkə proqram təminatı həyata keçirir. Qlobal şəbəkələrdə isə müstəqil kompüterlər arasında qarşılıqlı əlaqə növü kimi yalnız məlumatlar mübadiləsi həyata keçirilir.

2.Lokal kompüter şəbəkələri

Lokal kompüter şəbəkələri (LKŞ)-nin əsas aparat komponentləri kimi aşağıdakılardan istifadə edilir:

İşçi stansiyalar;

Serverlər;

İnterfeys plataları;

Kabellər.

İşçi stansiyalar (İST) – şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan

fərdi kompüterlərdir. İST – nin tərkibinə olan tələbat şəbəkədə həll olunan məsələlərin xarakteriskaları, hesablama proseslərinin təşkil olunma prinsipi, istifadə olunan ƏS və bir sıra digər amillərlə təyin olunur. Məsələn, əgər şəbəkədə MS Windows for Workgroup ƏS – dən istifadə edilirsə, o zaman İST – nin prosessoru kimi Pentium tipli prosessorlardan istifadə etmək lazımdır.

Bəzi hallarda İST birbaşa şəbəkə kabelinə qoşulmuş olursa, bu halda

maqnit disklərində yaddaşa ehtiyac qalmır.Bu cür İST disksiz İST adlanırlar. Lakin bu halda fayl – serverdən İST -ə ƏS yükləndikdə, şəbəkə adapterində uzaq məsafədən yükləməyə imkan verən uyğun mikrosxem olmalıdır. Bu mikrosxem girş – çıxış baza sisteminin (BİOS) genişlənməsi kimi istifadə olunur. Bu mikrosxemdə İST – nin əməli yaddaşına ƏS – nin yüklənməsi proqramı yazılır. Bu cür disksiz İST-in əsas üstün cəhəti onların ucuz olması və burada istifadəçinin proqramına icazə verilmədən daxil olmanın mümkünsüzlüyü və kompüter viruslarının daxil ola bilməməsidir. Mənfi cəhəti isə onun avtonom rejimdə işləyə bilməməsi (serverə qoşulmamaq şərtilə), həmçinin özünün verilənlər və proqram arxivinin olmamasıdır.

LKŞ – də serverlər – şəbəkə resurslarını paylamaq funksiyasını yerinə yetirirlər. Adətən server funksiyasını kifayət qədər güclü olan fərdi kompüter, meynfreym və ya xüsusi kompüter həyata keçirə bilər. Hər bir server həm ayrıca, həm də İST tərkibində ola bilər. Axırıncı halda serverin tam deyil, yalnız resurslarının bir hissəsi ümumi istifadədə ola bilər.

LKŞ – də bir neçə server olarsa, o zaman hər bir server ona qoşulan İST -ə xidmət göstərir. Serverin kompüterlər toplusuna və onlara qoşulmuş İST-ə domen dyilir. Bəzi hallarda bir domendə bir neçə server olur. Bu serverlərdən biri baş server, qalanları isə ehtiyat serveri və ya əsas serverin məntiqi genişlənməsi rolunu oynayırlar.

Kompüter server tipini seçdikdə əsas parametr kimi prosessorun tipi, əməli yaddaşın tutumu, sərt diskin tipi və tutumu, disk kontrollerinin tipi nəzərə alınmalıdır. Bu xarakteriskaların qiymətləri həll olunacaq məsələdən, şəbəkədə hesablamaların təşkil olunmasından, şəbəkənin yüklənmə dərəcəsindən, istifadə olunan ƏS-dən və digər amillərdən asılıdır.

Serverdə əməli yaddaş nəinki öz proqramını yerinə yetirmək məqsədini güdür, həmçinin disk giriş – çıxışının buferlərini yerləşdirmək məqsədi üçün də istifadə edilir. Buferlərin optimal sayını təyin etməklə, giriş-çıxış əməllərinin yerinə yetirilmə sürətini artırmaq olar.

Əməli yaddaşı seçdikdə nəzərə almaq lazımdır ki, orada lazımi proqram təminatı, həmçinin şərikli istifadə olunan fayllar və verilənlər bazaları yerləşməlidir.

İST və serverlər şəbəkənin yerləşdiyi yerlərdə öz aralarında kabel şəklində olan verilənlərin ötürülmə xətti ilə birləşirlər. Kompüterlər kabelə interfeys palatası – şəbəkə adapteri vasitəsilə birləşdirilir. Son zamanlar verilənlərin ötürülmə mühiti kimi istifadə olunan xətsiz şəbəkələr – radiokanallar meydana gəlmişdir.

Bəzi hallarda kompüterlər bir neçə qonşu otaqlarda yerləşdirilir.

İstifadə olunan şəbəkə adapteri 3 əsas xarakteriskaya malikdirlər: kompüterin qoşulduğu şinin tipi (İSA, EISA, Micro Channel və s.) mərtəbələr şəbəkəsinin sayı (32,64) və yaradılan şəbəkənin topologiyası (Ethernet, Arcnet, Token - Ring). Məs. Ethernet topologiyalı və Novell Net Ware və ya MS Windowsfor Workgropus ƏS-ə malik şəbəkələr üçün Novell firmasının NE3200 (32 bitli) şəbəkə adapterindən istifadə etmək daha məqsədə uyğun sayılır.

Şəbəkə kabelinin seçilməsi onun spesifikasiyası ilə əlaqədar olub, şəbəkə adapterinin sənədlərində göstərilir.

LKŞ-ın əlavə avadanlıqlarına fasiləsiz qida mənbələri, modemlər, transirverlər, repiterlər və müxtəlif kontaktlar sistemi kimi istifadə olunan konnektorlar və terminatporlar daxildirlər.

Fasiləsiz qida mənbələri (UPS-Unit Power System) – elektrik şəbəkəsinin dayanıqlı işləməsini artırır və elektrik şəbəkəsi açıldıqda serverdə olan verilənlərin itməməsini təmin edir. Dövrədə kompüteri qidalandıran gərginlik açılarsa, o zaman kompüter öz işinə UPS sayəsində davam edəcək, kompüterin əməli yaddaşına yüklənmiş proqram və verilənlər itməyəcək. UPS-i seçdikdə fikir vermək lazımdır ki, onun gücü serverlərin gücündən az olmasın.

Transiver – İST –ni yoğun koaksil kabelinə qoşan qurğudur.

Repiter – isə şəbəkə seqmentlərini birləşdirən qurğudur.

Konnektorlar (birləşdiricilər) kompüterlərin şəbəkə adapterlərini nazik kabellə birləşdirmək üçündür.

Terminatorlar – açıq kabellərə şəbəkənin qoşulması üçün, həmçinin torpaqlama məqsədilə də istifadə oluna bilər.

Modem – telefon xətti vasitəsilə LKŞ və ya ayrıca kompüteri qlobal şəbəkəyə qoşan qurğudur.

Elementlərin şəbəkəyə qoşulma konfiqurasiyalarına topologiya deyilir. Topologiya şəbəkənin bir sıra vacib xarakteriskalarını,o cümlədən etibarlı işləməsini, məhsuldarlığını, dəyərini, mühafizə olunmasını təyin edir.

LKŞ topologiyasının təsnifatına yanaşmalardan biri topologiyanı 2 əsas sinfə bölməkdir: genişyayılmış və ardıcıl tipli.

Genişyayılmış topologiya konfiqurasiyasında hər bir kompüterin ötürdüyü siqnal yerdə qalan kompüterlər tərəfindən qəbul olunur. Bu cür konfiqurasiyaya “ümumşin”, “ağacabənzər”, “passiv mərkəzli ulduz” topologiyalarını aid etmək olar.

Ardıcıl konfiqurasiyalı topologiyada isə hər bir fiziki alt-səviyyə informasiyanı yalnız bir fərdi kompüterə verə bilir. Buna misal olaraq ixtiyari (kompüterlər bir – birilə ixtiyari şəkildə birləşirlər), “iyerarxik”, “halqavari”, “zəncirvari”, “intellektul mərkəzli ulduz”, “qar dənələri şəklində” və s.

topologiyalarını göstərmək olar.

LKŞ topologiyasının geniş yayılmış 3 növünü nəzərdən keçirək:

“Ulduz” topologiyasında hər bir kompüter xüsusi şəbəkə adapteri vasitəsilə ayrıca kabellə mərkəzi qovşağa qoşulur

.......


Mərkəzi qovşaq kimi, passiv birləşdirici və ya aktiv təkrarlayıcıdan istifadə edilə bilər. Bu topologiyanın mənfi cəhəti onun etbarlılığının az olmasıdır, çünki mərkəzi qovşaq işdən çıxan kimi, bütün şəbəkə öz işini dayandırır və həmçinin burada çox böyük uzunluqlu kabeldən istifadə edilir. Bəzi hallarda işləmə etibarlılığını artırmaq üçün mərkəzi qovşaqda xüsusi rele qoyulur ki, bunun vasitəsilə sıradan çıxmış kabellər dövrədən açılır.

“Ümumişin” topologiyasında bütün kompüterlər bir kabelə qoşulurlar. Burada informasiya kompüterlərə növbə ardıcıllığı ilə verilir.



.....


Bu halda uzunluğu kiçik olan kabeldən istifadə edilir, “ulduz” topologiyasına nəzərən daha etibarlı işləyir, çünki ayrı-ayrı kompüterlərin işdən çıxması, şəbəkənin ümumi işinə xələl gətirmir. Mənfi cəhəti ondan ibarətdir ki, əsas kabel zədələndikdə bütün şəbəkə öz işçi funksiyasını itirir; həmçinin burada bir kompüterdən digərinə göndərilən informasiya başqa kompüterlər tərəfindən də qəbul oluna bildiyi üçün fiziki səviyyədə informasiya zəif mühafizə olunur.

“Halqavari” topologiyada bir kompüterdən digərinə verilənlər “estafet” də olduğu kimi ötürülür

Əgər hər hansı bir kompüter ona aid olmayan verilənləri qəbul edibsə, o zaman həmin kompüter o verilənlərin halqavari istiqamətdə o biri kompüterlərə ötürəcəkdir.

Bu topologiyanın üstün cəhəti, kabel sıradan çıxan zaman sistemin iş qabiliyyətinin saxlanmasıdır. Çünki, bu halda hər bir kompüterə daxil olmanın iki yolu olur. Mənfi cəhəti isə kabelin müəyyən qədər uzun olması, “ulduz” – a nisbətən sürəti kiçik olması, həmçinin “ümumi şin” topologiyasında olduğu kimi, informasiyanın zəif mühafizə olunmasıdır.



. . .


Real LKŞ – nin topologiyası yuxarı da göstərilən topologiyalardan və ya onların kombinasiyalarından birinin əsasında qurula bilər. Ümumi halda şəbəkənin strukturu aşağıdakı amillərlə təyin olunur: birləşdirilən kompüterlərin sayı, informasiyanın ötürülməsinin operativliyi və etibarlılığı, iqtisadi amillər və s.

3. Lokal kompüter şəbəkələrinin idarə olunması

Lokal şəbəkələrdə mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kimi 2 əsas idarə prinsipi mövcuddur.

Mərkəzləşdirilmiş idarəetmədə verilənlər mübadiləsinin idarəsi fayl – serstansiyaları tərəfindən istifadə edilə bilərlər. Bir işçi stansiyasının faylına digər işçi stansiya müraciət edə bilməz. Əsas daxil olma yolundan istifadə etməməklə, “Net Link” proqramı vasitəsilə işçi stansiyalar arasında fayllar mübadiəsini təşkil etmək olar. Bu proqramın icrası ilə NC proqramında faylı köçürdüyümüz kimi, iki kompüter arasında faylları bir – birinə ötürmək olar.

Mərkəzləşdirilmiş idarəli şəbəkənin üstün cəhəti şəbəkə resurslarının onlara icazəsiz daxil olmaların yüksək dərəcədə mühafizəsi, daha böyük saylı qovşaqlara malik şəbəkələrin qurulmasının mümkünlüyüdür. Mənfi cəhəti isə, fayl-server öz iş qabiliyyətini itirdikdə, sistemə icazəsiz daxil olmanın mümkünlüyü, həmçinin server resurslarına daha yüksək tələblərin olmasıdır.

Mərkəzləşdirilməmiş (bir səviyyəli) şəbəkələrdə xüsusi ayrılmış serverlər olmur. Şəbəkənin idarəetmə funksiyası növbə ilə bir İST – dən digər İST – yə ötürülür. Bir İST-nin resurslarından (disklər, printerlər və digər qurğular) digər İST istifadə edə bilər. Bu cür şəbəkələrdə Windows ƏS-dən istifadə etmək olar.

Çox da böyük olmayan İST üçün bu cür şəbəkə daha səmərəlidir və real paylanmış hesablama mühitinin qurulmasına imkan verir. Mərkəzləşdirilmiş şəbəkələrə nəzərən burada proqram təminatı daha sadə olur. Burada fayl-serverdən istifadə edilməsi lazım olmur, bu da sistemin daha ucuz yaranmasına səbəb olur. Lakin bu şəbəkədə informasiyanın mühafizəsi və inzibati idarə məsələləri bir qədər zəif alınır.

Kompüterlər arasında informasiya mübadiləsini təşkil etmək məqsədilə LKŞ-də Elektrotexnika və Radiotexnika sahəsində Beynəlxalq İnstitut (İEEE – İnstute of Electrical and Electroncal Engineers) tərəfindən hazılanmış standart protokollardan istifadə olunur.

İEEE802.3 və İEEE802.4 standartlarında təsvir edilən və lokal şəbəkələrdə (Ethernet, Arcnet və Token Ring) istifadə olunan mübadilə protokollarına qısa nəzər salaq. Bu protokollar vasitəsilə şəbəkə kanal verilənlərinə daxil olma üsulları götərilir. Bunlar OSI modelinin kanal səviyyəsini hayata keçirirlər.

“Ethernet” üsulu. Bu Xerox firması tərəfindən təklif edilmiş və burada “ümum şin” topologiyasından istifadə edilmişdir. Ümumi şin ilə ötürülən məlumatların sərlövhəsində ötürülən və qəbul edən mənbələrin ünvanları göstərilir.

Bu üsul aparıcı tezliyi araşdırmaq və ziddiyitləri yox etməklə, çoxşahəli mübadilə üsuludur (CSMA/CD – Caries Sense Multiple Access with Collision Delection). Bu üsulun mahiyyəti ondan ibarətdir ki, İST yalnız o vaxt məlumatı ötürməyə başlayır ki, kanal boş olsun, əks təqdirdə məlumatın ötürülməsi müəyyən zaman anı üçün gecikdirilmiş olacaq. Eyni zamanda verilənlərin ötürülmə imkanı avtomatik olaraq aparat üsulu ilə həyata keçirilir.

80-100 İST eyni vaxtda işlədikdə şəbəkənin işləmə sürəti azlır. Bu, kanalda əmələ gələn münaqişələrlə əlaqədardır.

“Arenet” üsulu – Datapoint Corp. Firması tərəfindən təklif edilmiş və burada “ulduz” topologiyasından istifadə olunmuşdur. Bu halda bir İST –dən digər iST -ə məlumatların ötürülməsi İST-in birində təşkil edilən markerlər vasitəsilə həyata keçirilir. Məlumat ötürmək istəyən İST markerin ona gəlməsini gözləyir, göndərənin və qəbuledilənin ünvanları yazılmış sərlövhəyə malik məlumatı buna birləşdirir. Əgər İST qəbulu gözləyirsə , yenə də markerin gəlməsini gözləməlidir. Marker gəldikdən sonra məlumatlarla birlikdə gələn sərlövhə anaıiz olunmalıdır. Əgər alınan məlumatlar bu İST-ə aid olarsa,o zaman İST onu markerdən ayırır.

“Arcnet” şəbəkəsinin avadanlıqları “Ethernet” və “Token Ring” şəbəkələrinə nəzərən daha ucuz olurlar, lakin həmin avadanlıqların etibarlılığı və məhsuldarlılığı nisbətən aşağı olur.

“Token Ring” üsulu – “halqavari” topologiyaya malik olub İBM firması tərəfindən təklif edilmişdir. Bu firmadan başqa, bu cür şəbəkələrin avadanlıqlarını Proteon, 3 Com və Undermann – Bass firmaları, şəbəkə proqram təminatını isə 3COM, Novell və Univation firmaları istehsal edirlər. Bu üsul “Arcnet” üsuluna oxşayır. Əsas fərq ondan ibarətdir ki, burada üstünlük mexanizmi vardır. Bunun sayəsində bəzi İST digərlərinə nəzərən daha tez markeri əldə edə bilirlər və onu bir qədər özündə saxlamaq imkanına mail olurlar.

LKŞ –də tipik proqramlardan istifadə etmək məqsədilə şəbəkədə məlumatların mübadiləsi üçün hansı protokoldan istifadə olunmasını bilmək lazımdır. Belə protokollardan bir neçəsi mövcuddur. Ən geniş yayılmış protokollar bunlardır.

İPX, SPX və NETBİOS.

İPX (İnternetwork Packet Exchange) – protokolu OSI modelinin nəqliyyat səviyyəsinin protokoludur. O, şəbəkənin aşağı səviyyələri ilə interfeysə malikdir.

SPX (Sequenced Packet Exchange) - daha yüksək səviyyə olan seans səviyyəsinin protokoludur. O, İPX, NETBİOS (Network Basic İnput/ Output System – şəbəkə giriş-çıxış baza sistemi) protokolları əsasında yaradılmışdır. Bunun vasitəsilə OSI modelinin şəbəkə, nəqliyyat və seans səviyyələrinin funksiyaları həyata keçirilir.

4.Olobal şəbəkələr

Qlobal şəbəkələr lokal şəbəkələrin fəaliyyət dairəsini genişləndirəcək, müxtəlif binalarda, şəhərlərdə, rayonlarda və ölkələrdə yerləşdirilən şəbəkələri özündə birləşdirir. Adətən, qlobal şəbəkələr regional kompaniyanın təqdim etdiyi xidmətlər hüdudu ilə öz təsir dairələrini məhdudlaşdırırlar. Bu kompaniyalara Bell, Pacific Bell, AT&T, Sprint, MCI və s. misal göstərmək olar.

Qlobal şəbəkəlr ardıcıl xətlərlə birləşdirilirlər ki, bu xətlərdə də verilənlərin ötürülmə sürəti lokal şəbəkələrə nisbətən az olur. Adətən qlobal şəbəkələrə aşağıdakı qurğular daxil olurlar:

Marşrutlaşdırmalar. Bunlar lokal şəbəkələr arasında əlaqəni təmin edir

və interfeys vasitəsilə qlobal şəbəkəni idarə edir.

ATM kommutatorları. Lokal və qlobal şəbəkələr arasındakı xanaların

yüksək sürətli kommutasiyası üçün istifadə edilir.

X.25 kommutatorları və Frame Relay. Rəqəm siqnallarının göndərildiyi

şəxsi və ictimai verilənlərin ötürülmə kanallarını bir – birilə əlaqələndirir.

Modemlər. Analoq siqnallarının göndərildiyi şəxsi və ictimai verilənlərin

ötürülmə kanallarını bir – biri ilə əlaqələndirir.

Kanallara, verilənlərə xidmət modulları (CSU,DSU – Channel Service

Unit,Data Service Unit). Kliyentin ərazisində yerləşən avadanlıq olub (CPE – Customer Processing Equipment), kliyent tərəfindən rəqəm kanalının son avadanlıqları kimi istifadə olunur. Bu qurğular mərkəzi telefon qovşağı (CO – Central Office) ilə, yəni telefon kompanbiyasının kliyentə ən yaxın olan kommutasiya qovşağı ilə birləşdirilir.

Kommutasiya serverləri. Bu adətən zəng edən serverlər (dual in,out

server) olub, uzaq məsafədə yerləşən istifadəçilərə imkan verir ki, lazımi kliyentlə əlaqə saxlaya bilsin və onun lokal şəbəkəsinə qoşulsun. Buna misal olaraq, AS5200 Cisco seriyalı rabitə serverini göstərmək olar.

Multipleksorlar. Bir fiziki kanal vasitəsilə eyni zamanda bir neçə

siqnallar göndərməyə imkan verir.

Orta və böyük kompüter (Main frame) bazasında hesablama proseslərinin mərkəzləşdirilmiş idarəetmə sxemi son zamanlar “kliyent-server” texnologiyası ilə əvəz edilmişdir.

Mərkəzləşdirilmiş idarəetmə sxemində bütün hesablama resursları, verilənlər və onların emal proqramları bir kompüterdə cəmləşdirilir. İstifadəçilər terminalların (displeylərin) vasitəsilə maşınların resurslarına daxil olurlar. Terminallar kompüterə ya interfeys vasitəsilə, ya da telefon xətləri (terminallar uzaq məsafədə yerləşdirilmişsə) vasitəsilə qoşulurlar. Terminalın əsas funksiyası istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Belə sxemin müsbət cəhəti idarəetmənin asan olması, proqram təminatının təkmilləşdirilməsinin mümkün olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı etibarlılığa malik oması (kompüterin sıradan çıxması bütün hesablama prosesinin dağılması deməkdir), aparat və proqram təminatının artırılmasının çətin olması və bir qayda olaraq, şəbəkənin istifadəçilərinin sayı artdıqda operativliyin aşağı düşməsi və s.-dir.

“Kliyent - server” arxitekturasında terminalı – kliyentə məxsus olan fərdi , meynfreymi isə- informasiya emalının ümumi məsələlərini həll etmək məqsədilə ayrılan – bir və ya bir neçə güclü kompüterlər (kompüter-server) əvəz edirlər. Belə modelin müsbət cəhəti onun daha canlı olması və hesablama sisteminin etibarlılığı, istifadəçinin bir neçə tətbiqi proqramla eyni zamanda işləyə bilməsi, informasiya emalının yüksək operativliyi, istifadəçinin yüksək keyfiyyətli interfeys ilə təmin olunması və s.

Qeyd etmək lazımdır ki, bu cür daha perspektivli və öz imkanları tam bitməmiş texnologiya özünün sonrakı inkişafını əldə etmişdir. Son zamanlar “İnternet” şəbəkə ideyasını korporativ sistemlər mühitinə keçirən “İntranet” texnologiyası yaranmışdır. “Kliyent -server” texnologiyasıəndan fərqli olaraq, bu texnologiya verilənlərə yox, istifadəçi üçün hazırlanmış informasiyaya yönəldilmişdir. İntranet texnologiyası yuxarıdakı hər iki sistemin müsbət xüsusiyyətlərini özündə cəmləşdirir. Bu texnologiya əsasında qurulmuş hesablama sistemlərinin tərkibində mərkəzi informasiya serverləri və son istifadəçiyə informasiyanı çatdıran paylanmış komponentlər (proqram – naviqatorlar və ya brauzerlər) olurlar.

Qısa olaraq “kliyent-server” texnologiyası ilə əlaqədar olan bəzi anlayışlarla tanış olaq.

Şəbəkə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf iştirak edir: müəyyən resurs (servis, xidmet) imkanlaını ayıran tərəf və bu resurslardan istifadə edən tərəf. Resurslardan istifadə edən adətən kliyent, resursları təmin edən tərəf isə server adlanır.

Resurs kimi aparat komponenti (disk, printer, modem, skaner və s.), proqram, fayl, verilənlər bazası, hətta, kompüter də ola bilər. Buradan da bir sıra terminlə meydana gəlmişdir: fayl-server və ya disk-server, printer-server və ya çap serveri, verilənlər bazası serveri, SQL-server (SQL dilində verilənlər bazasında sorğuların emal proqramları), kompüter-server və s. Aydındır ki, bütün bu serverlərin öz kliyentləri vardır.

Proqram təminatı nöqteyi – nəzərindən, “kliyent-server” texnologiyası kliyentlərin və serverlərin ayrı-ayrılıqda öz proqramlarının olmasını təmin edir. Kliyent proqramları kimi mətn və cədvəl prosessorlarından, server proqramı kimi isə verilənlər bazasının idarəetmə proqramından istifadə oluna bilər. “Kliyent-server” proqram cütlüyü kimi veriulənlər bazasından götürülmüş informasiyalı cədvələ malik sənədi emal edən mətn prosessorunun proqramını misal göstərmək olar.

Şəbəkədə yerinə yetirilən hər hansı bir proqram bir halda kliyent, digər halda isə server rolunda çıxış edə bilər. Ondan əlavə, müəyyən zaman intervalında bir proqramda kliyent və server rolları dəyişə bilər.

Daha mürəkkəb kliyent-server modeli kimi üçbəndli modeldən –AS modelindən (Application Server) istifadə edilir.Bu model verilənlər bazasından istifadə edən şəbəkələrin iş prosesini təsvir edir. AS modelinə əsasən verilənlərin idarə olunması, emalı və son istifadəçiyə informasiyanın çatdırılması kimi 3 funksiyadan hər birisi ayrı – ayrı kompüterlər tərəfindən yerinə yetirilir.

Dərsin möhkəmləndirilməsi üçün suallar:

1.Şəbəkə nəyə deyilir?

2.Kompüterlər şəbəkəsinin arxitekturası hansı prinsipləri təyin edir?

3.Hər hansı bir kompüterin hansı şəbəkədə işləməsindən asılı olmayaraq, həmin kompüterdə qoyulmuş proqram təminatının funksiyasını neçə qrupa bölmək olar?

4. Şəbəkə resurslarını idarə edən proqram təminatı necə adlanır?

5.Şəbəkə proqram təminatının işləməsini qaydaya salmaq və istənilən kompüter sistemlərinin qarşılıqlı əlaqəsini təşkil etmək məqsədilə Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İnternational standart Organization - İSO) açıq sistemlərin qarşılıqlı əlaqəsini təmin edən Etalon model (Open System İnterconnection - OSİ) təklif etmişdir.OSİ etalon modelinin təyin etdiyi səviyyələr hansılardır?

6.Şəbəkə blokları ılə şəbəkənin qovşaqları arasında ötürülməni təmin edən səviyyə necə adlanır?

7.Nümayiş səviyyəsi hansı funksiyanı yerinə yetirir?

8.Şəbəkə kompüteri ilə ötürülən mühit arasında diskret siqnalarının interfeysini təşkil edən səviyyə hansıdır?

9.Tətbiqi səviyyə istifadəçinin tətbiqi proqram təminatına cavabdeh olur. Bu səviyyə neçə əsas funksiyanı həyata keçirir?

10.Fiziki səviyyənin standartları hansı təlimatlarla təyin edilir?

11.Seans səviyyəsi hansı səviyyədə duran obyektlər arasında əlaqə seansı

yaradır?

12.Nəqliyyat səviyyəsinin əsas funksiyası nədir?

13. Şəbəkələri bir- birindən fərqləndirən əsas cəhətlər hansılardır?

14.Kompüterlər arasındakı məsafəyə görə şəbəkələr neçə sinfə bölünürlər?

15.Protokol nədir?

16.Lokal kompüter şəbəkələri (LKŞ)-nin əsas aparat komponentləri hansılardır?

17.Şəbəkə istifadəçisinin iş yeri kimi istifadə olunan fərdi kompüterlər necə

adlanır?


18.Fasiləsiz qida mənbələri (UPS-Unit Power System) –nin əsas funksiyası

nədir?


19.Topologiya nəyə deyilir?

20.Topologiyanı neçə sinfə bölmək olar?

21. Lokal şəbəkələrdə neçə əsas idarə prinsipi mövcuddur?

22.Verilənlərin hansı ötürmə üsullarını tanıyırsınız?

23.Qlobal şəbəkələrin lokal şəbəkələrdən fərqi nədir?

24. Qlobal şəbəkələrə daxil olan qruplar hansılardır?

25.Kliyent-server texnologiyası hansı funksiyanı yerinə yetirir?

Ədəbiyyat:

Kərimov Sabit Qəhrəman oğlu, Həbibullayev Səlahəddin Bəxtiyar oğlu, İbrahimzadə Tofiq İbrahim oğlu “İnformatika”

Dərslik: Səhifə 381- 392


1   ...   6   7   8   9   10   11   12   13   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə