Mövzu: 1 İnformatika fənninin predmeti



Yüklə 1.23 Mb.
səhifə10/14
tarix22.02.2016
ölçüsü1.23 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Mətn obyekti


Gəlin təqdimata yeni boş slayd əlavə edək və bu slayda mətn daxil edək.

Başqa obyektlər kimi mətn də slayd üzərində bir obyekt kimi yerləşdirilir. Rejim dəyişmə lövhəsinin düyməsindən istifadə edərək Slayd rejiminə keçin. Ekranda təqdimatın birinci slaydı görünür. Yeni slayd hər zaman cari slayddan sonra yerləşdirilir. Biz növbəti slaydı əlavə etməliyik. Açılmış pəncərədə boş slaydın üzərində mausun düyməsini iki dəfə sıxın. Obyekt sahələrinə bölünməmiş boş slayd açılır. Slaydda mətn yerləşdirmək üçün menyusunun  əmrini seçin. 


Mausla mətn sahəsinin çərçivəsini çəkin. İçində "Bakı Biznes və Kooperasiya Kolleci" mətnini yazın. Mətni mərkəzdən yazmaq üçün, fonun ölçüsünü və rəngini seçmək üçün Format panelinin düymələrindən istifadə edin.



Siyahı üçün işarələr seçmək istəyirsinizsə, onda ya siyahını bütövlüklə seçin, seçilmiş mətnin üzərində mausun sağ düyməsini sıxın, kontekst menyudan   Siyahı  əmrini seçin



və yaxud da menyusundan əmrini seçə bilərsiniz.




Açılan dialoq pəncərəsindən istənilən işarəni seçə bilərsiniz. 
İşarə kimi istənilən şriftin simvolları, hətta şəkil də istifadə edilə bilər. Şəkil seçmək üçün
  Şəkil düyməsini sıxın və təklif olunan şəkillərdən birini seçin, yaxud istədiyiniz şəkil faylını seçin. 

Səhifənin parametrləri


Təqdimatın slaydları kağız yaxud şəffaf plyonka üzərində çap edilə bilər, HTML formatında qorunub saxlana bilər yaxud elektron slayd-film şəklində nümayiş etdirilə bilər. 
Təqdimatın çapdan çıxarılmasının üstünlüyü ondan ibarətdir ki, onu kompüterdən asılı olmayaraq nümayiş etdirmək olar. 
Təqdimatı çapa verməzdən əvvəl səhifənin parametrlərini nəzərdən keçirmək məsləhət görülür. PowerPoint-in səhifə üçün seçdiyi standart parametrləri adətən şəffaf plenka çap etmək üçün və elektron slayd film üçün yararlı hesab etmək olar. 
Slaydın parametrlərini nəzərdən keçirmək üçün  menyusundan əmrini seçin. Açılan dialoq pəncərəsində



 Slaydın Ölçüsü  açılan siyahıdan standart ölçülərdən birini seçmək yaxud istədiyiniz ölçüləri : eni və hündürlüyü seçmək olar. 
Təqdimat başqa bir təqdimatın ardı olarsa birinci slaydın sayını göstərməklə slaydların saylarını dəyişmək olar. 
Slaydların, qeydlərin və strukturun çap edilməsi üçün səhifəni müxtəlif istiqamətlərdə istifadə etmək olar. 
Adətən slaydların çapı üçün  istiqamət bölməsində  Albom, başqa sənədlər üçün isə  Kitab istiqaməti seçilir. 

Slaydların, qeydlərin və strukturun çap edilməsi


Təqdimatı çap etmək üçün  menyusundan əmrini seçin. Açılan siyahıdan çap olunmalı sənədin növünü seçin. 

bölməsində çap edilməli slaydlar göstərilir.   təqdimata daxil olan slaydların hamısının, ekrandakı yaxud Nizamlama Rejimində seçilmiş, slaydın çap edilməsini tə’min edir. 
Bir neçə slaydın çap edilməsi üçün  seçəndən sonra çap olunmalı slaydların sayları göstərilməlidir. 
Nəhayət qeyd edilmiş slaydları çap etmək üçün OK düyməsini sıxın.

Təqdimatda bir slayddan digər slayda keçmənin təşkili


Təqdimatı slayd-film kimi təqdim etmək üçün PowerPoint proqramının əlavə imkanlarından istifadə edə bilərik. 
Adətən təqdimatın nümayişi  zamanı slaydlar mausun düyməsini

sıxmaqla sadəcə olaraq bir-birini ekranda əvəz edir. Slaydların keçidini təşkil etməklə nümayişi daha maraqlı, baxımlı etmək olar. 


menyusundan əmrini seçin.

Açılan dialoq pəncərəsindən lazım olanları qeyd edirik.


sətrini işarələyin və yanındakı sahədə 1yazın. Beləliklə hər slayd 1saniyə nümayiş etdirildikdən sonra avtomatik olaraq başqa slaydla əvəz olunacaq.
Slaydların keçidini səslə müşayət etdirmək üçün siyahısından variantını seçin. 

Ayrı-ayrı slaydlara fərqli keçid parametrləri tətbiq etmək üçün düyməsini basın, sonra keçin növbəti slayda və onun parametrlərini göstərin. Bu əməliyyatları slaydların hamısı üçün yerinə yetirmək lazımdır. 


düyməsi ilə göstərdiyimiz keçid parametrlərini təqdimatın bütün slaydlarına tətbiq edə bilərik. 
Slaydların nümayişinə başlamaq üçün Slaydların əmrini seçin.

Yüklə 1.23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2020
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin