Mərhəmətli və Rəhmli Allahın adı ilə! Rəyçi: «Kövsər Bank» asc-nin




Yüklə 1.43 Mb.
səhifə14/22
tarix23.02.2016
ölçüsü1.43 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Təəsüflər ki, cədvəldən göründüyü kimi ölkəmizin İİB-dan aldığı kreditlərin məbləği axırıncı yeri tutur. Qeyd edək ki, İslam İnkişaf Bankı 2007-ci ilin sonuna qədər Azərbaycanda 250 milyon dollarlıq 26 layihəni maliyyələşdirib. İndiyədək bank layihələri İqtisadi İnkişaf və Maliyyə nazirlikləri vasitəsilə həyata keçirib. Qeyd edək ki, Azərbaycan üzrə İİB-nin büdcəsi 150 milyon dollar miqdarındadır.



Fəsil 5

Müsəlman və qeyri-müsəlman ölkələrində faizsiz bankçılıq

1. Azərbaycanda mövcud faizsiz bankçılıq

və onun tətbiqi problemləri
Sahəsi: 86,6 min km2

Əhalisi: 8 238 281 nəfər

Dini: 93,4% müsəlman, 6,6 % digər
Azərbaycanda müsəlman ölkəsi olduğundan və İKT ilə mühüm əlaqələrə malik olduğundan ölkəmizdə də faizsiz bankların qurulması istiqamətində tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin İİB-nın ölkəmizin infrakstruktur sahələrinə kreditlərin ayrılması mühüm əhəmiyyət həsb edir. Ölkəmizdə faizsiz bankçılıq demək olar ki, yox səviyyəsindədir. Lakin buna baxmayaraq ölkəmizdə İslam maliyyəsinin bir neçə elementi var.


  • Kövsər Bankın fəaliyyəti.

  • İslam İnkişaf Bankı ilə yerli bankların əməkdaşlığı.

  • Beynəlxalq Xəzər İnvestisiya Şirkəti

Kövsər Bank. Kövsər Bank Azərbaycandakı ilk kommersiya banklarından biridir. "Kövsər Bank" ASC 1988-ci ildən etibarən Azərbaycan bank sektorunda fəaliyyət göstərir. Bankın əvvəlki adı "Universal Bank" olmuşdur. Bankın yeni Nizamnaməsi 10 mart 2001-ci ildə səhmdarların ümumi yığıncağında təsdiq olunmuş və 24 sentyabr 2001-ci ildə "Kövsər Bank" adı altında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 21 oktyabr 2002-ci ildə Milli Bank bütün növ bank fəaliyyəti üçün "Kövsər Bank"a yeni lisenziya vermişdir. Bankın lisenziyası ona dünya bankçılıq təcrübəsində tətbiq olunan bütün növ bank xidmətləri göstərməyə imkan verir. Bundan sonra o, öz fəaliyyətində İslam Bankçılıq metodlarını tətbiq etməyə başlamışdır. Bu, İslam Bankçılıq sisteminə əsasən fəaliyyət göstərən Azərbaycanda ilk , MDB ölkələrində isə ilk banklardandır. Bankın nizamnamə kapitalı 10.02 milyon manatdır, səhmlər 50100 ədəd olaraq adi və imtiyazlı səhmlərdən ibarətdir. Bankın nizamnamə kapitalının strukturu aşağıdakı kimidir.

  • dövlət müəssisələrinin payı-0,04%

  • qeyri-dövlət müəssisələrinin payı-0,084%

  • rezident fiziki şəxslərin payı-93,01%

  • xarici kapitalın payı-6,87%

Bankda dövlət müəssisələrinə, özəl sektorda çalışan hüquqi və fiziki şəxslərə xidmət göstərilir . Bank həmçinin , bank xidməti növlərinin artırılması və onların keyfiyyətinin yaxşılışdırılması üzərində işləyir. Bankın müştərilərinin sayı 390-dan çox hüquqi və fiziki şəxslərdir. Bankın Almaniya, Avstriya , Türkiyə, Ukrayna , Rusiya və s. kimi ölkələrin tanınmış bankları ilə müxbir əlaqələri vardır və Yaponiya, Səudiyə Ərəbistanı, İngiltərə və s. ölkələrin iş adamları ilə sıx əlaqələrə malikdir. Bankın iki filialı var.Onlardan biri Bərdə şəhərində , digəri isə Bakıdadır. Azərbaycanda şəriət qaydaları əsasında fəaliyyət göstərən yeganə bank təşkilatı olan «Kövsər Bank» 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən, İslam Bankları və Maliyyə İnstitutlarının Audit və Mühasibat Təşkilatının üzvüdür. Bank iki əsas yol ilə fiziki şəxslərlə əməliyyatlar aparır:



    1. mudaraba və müşərəkə

    2. sukuk ilə bağlı əməliyyatlar

İslam İnkişaf Bankı ilə yerli bankların əməkdaşlığı.

Banklar açılmış kredit limitləri çərçivəsində korporativ (ümumi) layihələri maliyyələşdirir. Bu sahədə İİB yerli banklarla əməkdaşlıq edir. Bu sahədə birinci bank bir neçə İslam bank əməliyyatını yerinə yetirmək üçün Azərbaycan Beynəlxalq Bankı olmuşdur. İslam İnkişaf Bankı islam müasibətləri prinsipi çərçivəsində Azərbaycan kommersiya banklarına öz dəstəyini davam etdirir. Hal-hazırda Azərbaycanın 7 bankı (Turanbank, Azərbaycan Beynəlxalq Bankı, Rabitəbank, Unibank, Bank Standart, Kövsərbank, Əmrahbank) bu siyahıya daxildir. 2008-ci ilin məlumatıa əsasən bu banklardan təkcə 5-i İİB-in 20 mln. maliyyə xəttindən istifadə edir. Azərbaycan üzrə İİB-in büdcəsi 150 mln dollara yaxınlaşır. Amma 4 ilə kredit hesabına 200 mln dollaradək yüksələcəyi gözlənilir. Xatırladaq ki, İslam maliyyə vəsaitlərinin tutumu qlobal maliyyə insititutlarında 1,3 trln dollar, islam maliyyə bazarının tutumu isə 400 mlrd dollar dəyərində qiymətləndirilir. İllik artım tempi isə 12-15% təşkil edir. Onu da qeyd etmək lazımdır ki, dünyada 1,5 mlrd müsəlman yaşayır. Hansı ki, dünya əhalisinin 24%-ni təşkil edir. Son 20 il ərzində şəriət prinsiplərinə uyğun olaraq iş sistemi quran bankların aktivləri və hesabları uyğun olaraq 300 və 400 mlrd dollara çatıb. Mövcud olan qanunvericiliyə müvafiq dəyişiklik etməklə klassik banklar da "İslam pəncərələrini" aça bilər və bank xidmətlərini və məhsulları verə bilər.



Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (XBİŞ)

Qeyd edək ki, belə bir maliyyə institutunun yarıdılması ilə bağlı təklif İslam İnkişaf bankı tərəfindən irəli sürülüb. Dövlət İnvestisiya Şirkəti (DİŞ) ilə İslam İnkişaf Bankı (İİB) arasında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək müştərək investisiya şirkətinin yaradılması ilə bağlı qərar 2007-ci ilin noyabr ayında DİŞ-nin Müşahidə Şurasının iclasında qəbul olunub. Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (XBİŞ) 2008-ci ilin mart ayında Azərbaycan İnvestisiya Şirkəti və Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyası tərəfindən təsis edilmişdir. Hazırda, XBİŞ-in nizamnamə kapitalı 2.954.200 manat təşkil edir. Nizamnamə kapitalının 75 faizini təşkil edən səhmlər Özəl Sektorun İnkişafı Üzrə İslam Korporasiyasına, 25 faizini təşkil edən səhmlər isə Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Müşahidə Şurası həmin layihədə iştirakı və müştərək investisiya şirkətinin nizamnamə kapitalına iki il ərzində yeni şirkətin səhmlərinin 25 faizi müqabilində 14 milyon dollar investisiya qoyuluşu barəsində qərar qəbul edib. Xəzər Beynəlxalq İnvestisiya Şirkətini maliyyələşdirən iki qurum var.



  • İslam İnkişaf Korporasiyası (İslam İnkişaf Bankının struktur vahidi)

  • Dövlət İnvestisiya Şirkəti (DİŞ)

Müştərək investisiya şirkəti multiplikativ effekt yaradacaq və Azərbaycana xarici investorların cəlb edilməsinə təkan verəcək. Şirkət şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr, habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətləri göstərən bank və sığorta təşkilatları istisna olmaqla, ölkə iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya yatırmaq hüququna malik olacaq. Burada əsas məqsəd qeyri-neft sektoruna sərmayə qoymaqdır. Şirkət aşağıdakı şərtlər əsasında əsasında fəaliyyət göstərəcək.

  1. Şəriət qaydaları əsasında fəaliyyət göstərmək

  2. Fəaliyyəti şəriət prinsiplərinə zidd olan qurumlar, istər bank və sığorta şirkətləri olsun, istərsə də kredit agentlikləri, onların təklifinə müsbət cavab verilməyəcək.

  3. Yeni maliyyə qurumunun strategiyasına əsasən, spirtli içkilər, donuz əti və bu tipli kolbasa məhsulları istehsalı üçün emal müəssisəsi tikmək istəyən əcnəbilərin təkliflərinə rədd cavabı veriləcək.

  4. Xristian, yaxud digər dinin nümayəndələri hansısa layihədə iştirak etmək istəyirlərsə, İslam ənənələrinə mühafizəkarlıqla əməl etməyə borcludurlar.

Bütün məhdudiyyətlərə baxmayaraq, avropalılara layihədə birbaşa iştirak etməsə də, potensial investor kimi öz vəsaitlərini kapital fonduna yönəltməsinə imkan yaradılacaq. Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin yaradılmasının əsas prinsiplərindən biri də İran və Yaxın Şərq körfəzi regionu ölkələrindən sərmayələri Azərbaycana cəlb etməkdən ibarətdir. Şirkətin nizamnamə kapitalının 90 faizi də məhz bu region dövlətlərinin səhmdarlarının payı əsasında formalaşacaq. Lakin sonradan şirkətdə maliyyə iştirakının təqribən 90 faizi İslam aləmindən olan özəl qurumlara veriləcək. Buna baxmayaraq, nizamnamə kapitalının artırılması ilə bağlı məhdudiyyət qoyulmayacaq və istənilən potensial investor öz vəsaiti ilə bu layihədə iştirak edə bilər. Faizsiz bankların inkişafına nəzər saldıqda müasir faizsiz bankçılıq əməliyyatları həyata keçirən bankların əsasən 70-ci illərdə İran körfəzi ölkələrində meydana gəlməyə başladığını qeyd etmişdik. Bu inkişafda 70-ci illərdə neftin qiymətinin kəskin surətdə artmasının böyük rol oynadığı məlumdur. Şirkətin investisiya obyektlərinin seçilməsi meyarları aşağıdakılardır.

  • Layihənin kommersiya səmərəliliyi

  • İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı və əsasən ixracyönümlü və ya idxalı əvəz edən olması

  • Mühasibatliğın Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparılması və ya aparmaq vəzifəsinin öhdəsinə götürməsi

  • Maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması

İnvestisiya proseduru isə aşağıdakıları əhatə edir.

  • İnvestisiya qoyuluşu barədə təklifin Şirkətə təqdim edilməsi və ya Şirkətin təşəbbüsü 

  • İnvestisiya qoyuluşunun qiymətləndirilməsi 

  • İnvestisiya komitəsi tərəfindən investisiya qoyuluşu haqqında qərarın qəbul edilməsi 

  • İnvestisiya qoyuluşu haqqında müqavilənin imzalanması və onunla XBİŞ-in hər hansı bir investisiya obyektinin kapitalında səhm əldə etməklə payçı olması

  • İnvestisiya obyektinin fəaliyyətində Şirkətin iştirakı və monitorinq

  • Şirkət nümayəndələrinin investisiya obyektinin idarəetmə orqanlarında, Təftiş Komissiyasında iştirakı 

  • Maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatların və sorğu əsasında əldə edilmiş məlumatların təhlili

  • Şirkətin hər hansı bir investisiya obyektinin kapitalında iştirak payı 1 milyon ABŞ dollarından 15 milyon ABŞ dollarına qədərdir

Azərbaycan da eyni ilə həmin yolda olduğunu söyləmək olar. Söhbət ölkədə:

  1. Müsəlmanların çoxluğu

  2. Neftin mövcudluğu və hal-hazırda onun qiymətinin sürətli artımın olması

  3. Sənayeləşmənin sürətlə getməsi və xarici iqtisadi münasibətlərin genişlənməs və s.

mövcudluğundan gedir. Deməli həmin ölklərin 70-ci ildə getdiyi yolu biz də gedə bilərik. Çünki bunu üçün ölkəmizdə hər bir şərait var. Yeganə lazım olan qanunvericilikdə bu məsləyə yer ayrılmasıdır. Əgər tarixi ciddi araşdırsaq məsələn, Türkiyədə faizsiz bankların yaradılması məhz konkret qanunlarla həyata keçirilmiş və tənzimlənmişdir. Ölkəmizdə faizsiz bankların qurulmasına və fəaliyyət göstərməsinə əngəl törədən səbəblər aşağıdakılardır.

  1. Keçid dövrünün çətinlikləri və bu haqqda elmi biliklərin zəifliyi və ya olmaması

  2. Dini biliklərin zəifliyi, həmçinin bu mövzuda ədəbiyyatın məhdudluğu

  3. Hüquqi və qanunvericilik bazasının olmaması

  4. Ölkəmizin əhalisinin bu haqqda geniş məlumat bazasına malik olmaması

  5. Ölkə əhalisinin lazım olan kifayət qədər yığım ehtiyyatlarına malik olmaması

  6. Bu sahədə ictimai maarifləndirmənin zəif olması

İctimaiyyətin maarifləndirilməsi sahəsində universitetlərdə bu mövzuda dərslərin keçilməsi, seminarların təşkil edilməsi bu sahədə müəyyən irəliləyiş olardı. Hətta ölkədə nadir universitet tapılar ki, bir və ya iki mühazirə bu mövzuya həsr olunsun. (əgər o da tapılsa). Ölkəmizdə İslam iqtisadiyyatı prinsiplərinə gəlincə ölkəmizdə aparılan sorğular nəticəsində digər regionlardan fərqli olaraq, Bakı iş adamlarının böyük bir hissəsi (61%) müsbət münasibət göstərmişdir. Bu prinsiplər haqqında ən xəbərsiz olanlar isə Lənkəran iş adamları olmuşdur (64%). Belə ki, Gəncədə 76%, Bakıda 65%, Lənkəranda isə 28% bu suala müsbət cavab vermişdir. Lənkəranda alınmış belə nəticələri bu sahədən biliksizliklə əlaqələndirmək olar, çünki lənkəranlı iş adamlarının 68%-i “bilmirəm” cavabını seçmişdir, bu da başqa regionlardan qat-qat çoxdur. Bakıda və Gəncədə əksəriyyət bu praktika və prinsiplərin tətbiqinin tərəfdarı olsa da, onun real olduğuna inanmır ( 51% - Bakıda, 40% Gəncədə ). Ekspertlərin əksəriyyətinin qənaətinə görə iqtisadiyyatda və biznesdə İslam prinsiplərinin və praktikasının tətbiqinə ehtiyac duyulur, ən azı ona görə ki, bu yeni imkanların və seçimin artırılmasına və əhalinin məlumatlandırılmasına gətirib çıxardacaqdır. Amma bu prinsiplərin və praktikanın tətbiqinin reallaşdırılması böyük və çox güman ki, dövlət səviyyəli cəhdləri nəzərdə tutur, çünki bunların çoxu bizim üçün yaddır, ya da tamamilə başqa məna daşıyır. Burada güclü məlumatlandırma, təşviqat və təbliğat işləri görülməlidir. Hazırkı vəziyyəti dəyişmək üçün isə Türkiyə və Malayziya təcrübəsindən istifadə oluna bilər. Belə ki, İslam milli maraqlara uyğun təbliğ olunur və dövlətin siyasəti üçün ideolojı zəmini təşkil edir. Bu, müxtəlif kitabların və digər məlumatların tərcüməsini və yazılmasını, yayılmasını, əxlaqı və mənəviyyatı təbliğ edən çap materiallarının, televiziya və radio verilişlərinin hazırlanması, bədii filmlərin çəkilməsi lazımdır. İş adamları və dövlət məmurları üçün xüsusi məlumat vərəqələrinin və kitabçaların hazırlanması (məsələn: “Quran və iqtisadiyyat”, “Müsəlmansayağı biznes”, “Ədalətli biznesin prinsipləri”, “Sahibkarın missiyası”, “Dövlət məmurunun məsuliyyəti”, “Məhəmməd Peyğəmbərin (s.a.v) və yaxud Həzrəti Ömərin və Əlinin (radiallahu anhum) dövlət işi haqqında fikirləri” və s.) və orada müqəddəs kitabda və hədislərdə, İslamın böyük alimlərinin fikirlərində səslənən biznesə və iqtisadiyyatın tənzimlənməsinə aid mülahizələr də öz əksini tapmalıdır.

Bu işi həm dövlət qurumları və həmdə qeyri-hökumət təşkilatları birgə görməlidir. Həmçinin ölkəmizə neft gəlirlərinin axaınından dövlət istifadə etməlidir və sahibkarlara faizsiz kreditlər ayırmalı, fondlar təsisi etməli həmiçinin dövlət tərəfindən faizsiz banklar yaradılmalıdır. Hökumət həm də dövlət banklarının tərkibində faizsiz fəaliyyət göstərən şöbələr açmalıdır. Azərbaycan Respublikasında İslam bank işi üçün Mərkəzi Bank (MB) “düşmən” bank siyasəti yürüdür. Bu haqqda qanunun olmaması buna bir nümunədir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ölkəmizdə minimum səviyyədə aşağıdakılar tətbiq olunmalıdır.



  1. Qanunvericilkdə müvafiq dəyişklik edilməsi. Məsələn, faizsiz bankların əsas gəlir mənbəyi olan murabaha əməliyyatının tətbiqinə ölkəmizin qanunvericiliyi icazə vermir. Çünki murabaha ticarət əməliyyatı olduğundan, ölkəmizin qanunvericiliyi bankların ticarət əməliyyatı aparmasını qadağan edir.

  2. Yerli banklar tərəfindən “İslam pəncərələrinin” açılması (yəni şəriətə uyğun bank xidmətlərinin göstərilməsi)

Ümumiyyətlə xarici ölkə təcrübələrini nəzərə alaraq isə ölkəmizin bank sisteminin gələcəkdə İslam qanunlarına görə fəaliyyət göstərməsi üçün aşağıdakılar mərəhələli surətdə tətbiq edilməlidir.

    • qanunvericilik sistemində dəyişiklik

    • klassik banklara “İslam pəncərələri” açması üçün razılıq verilməsi

    • klassik və faizsiz banklar arasında rəqabəti artırmaq üçün “faizsiz şöbələrin” açılmasını təmin etmək

    • özəl, dövlət və qarışıq faizsiz bankların yaradılması

    • dövlət qiymətli kağızlarının müəyyən bir hissəsinin faizsiz əsasa görə buraxılması

    • mərkəzi bankın faizsiz banklar üçün yenidən maliyyələşdirmə dərəcələri siyasətindən imtina edib, əvəzində qard al-həsən maliyyələşdirmə üsulundan istifadə etməsi

    • mərkəzi bankın tərkibində faizsiz banklara nəzarət edən departamentin yaradılması



  1. Türkiyənin bank sistemində faizsiz bankların yeri və rolu

Sahəsi: 781,36 min km2

Əhalisi: 70 mln nəfər

Dini: 99,8% müsəlman, 02% digər (əksəriyyəti yəhudilər və xristianlar)

Türkiyə 1975-ci ildən İslam İnkişaf Bankının (İİB) üzvüdür. Türkiyə 57 İslam ölkəsi arasında iqtisadi işbirliyi proqramlarının reallaşdırılmasında, xarici ticarətin artımında, özəl sektorun təşviq edilməsində və müxtəlif layihələrinin reallaşdırılmasında böyük rol oynayan, görülən iş həcmi 1996-cı ildə 18 milyard dollara çatan və dünyanın irəlidə gələn maliyyə qurumlarından biri olan İİB təşkilatında mühüm tərəfdaş imkanı əldə etmişdir. Bununla yanaşı təsərrüfatların faizsiz sistemə uyğun olaraq qiymətləndirmək istəyən vətəndaşlara, kiçik və orta sahibkarlığa kömək etmək məqsədi ilə 1975-ci ildə qurulan və bu istiqamətdə fəaliyyətini 1978-ci ilə qədər davam edən Dövlət Sənaye İşçi İnvestisiya Bankının ölkəyə lazımlı təcrübələr qazandırdığını deyə bilərik. Beləliklə dövlət və dövlətlərarası istiqamətdə iqtisadi və siyasi razılşmaların, yəni bir sıra elmi fəaliyyətlərə paralel olaraq Türkiyədə Faizsiz Bankçılıq Sisteminə yer verəcək olan ön addımlar addımlar atılmağa başlanmışdır. Turqut Özal ABŞ-da Dünya Bankında çalışarkən faizsiz bankçılıq sistemini duyub öyrənmişdi. O, həmçinin İİB-nın Türkiyə üzrə təmsiliçisi vəzifəsində də işləmişdir. 1974-ci ildə Türkiyəyə gəldiyində ölkənin iqtisadi inkişafı üşün yeni maliyyə mənbələrinin tapılması məqsədilə faizsiz sistemin Türkiyədə də tətbiq olunması üçün əməli fəaliyyətə başladı. Turqut Özal 1983-ci ildə iqtidar olduğunda ilk etdiyi şey İslami bankçılıq qurumlarının Türkiyədə imtiyazlı bir şəkildə çalışmalarını saxlayacaq sərəncamı imzalamaq oldu. 16.12.1983 tarixdə 83/7506 qərarnamə ilə Xüsusi Maliyyə Qurumları adı ilə tanınan faizsiz bankların təməlini qoyulmuşdur. Kenan Evrenin vaxtında baş nazir olmuş Bülent Ulusu’nun hazırladığı və Turqut Özalın ilk baş nazirlik dövründə qəbul edib həyata keçirdiyi bu yeni bankçılıq anlayışının əsas məqsədi, iqtisadiyyata qatılmayan dəyərlərini “yastıq” altından çıxararaq xarici sərmayə ilə birlikdə iqtisadiyyatın inkişafına istiqamətləndirməkdir.

25 fevral 1984-cü il tarixdə Xəzinə və Xarici Ticarət Birliyinin, 21 mart 1984-cü il tarixdə Mərkəzi Bank tərəfindən qanuna düzəlişlər edilmişdir. Daha sonra çıxarılan müxtəlif məsləhət və tənzimləmələrin sonunda bu sistemin təməli tamamlanmışdır. Türk milləti tərəfindən qısa bir müddətdə mənimsənilən faizsiz bankların topladıkları fondlar, fəaliyyətvə layihə həcmləri istiqamətindən sürətli bir inkişaf həyata keçirilmişdir. Həmin banklara nümunə olaraq aşağıdakıları göstərmək olar.



  • Albaraka Türk Xüsusi Maliyyə Qurumu. 1985-ci ildə

  • Family Maliyyə Qurumu. 1985-ci ildə

  • Faisal Maliyyə Qurumu. 1985-ci ildə

  • Kuvayt Türk Evkaf Maliyyə Qurumu. 1989-cu ildə

  • Anadolu Maliyyə Qurumu. 1991-ci ildə

  • İhlas Maliyyə Qurumu. 1995-ci ildə. 2001-ci ildə İhlas Maliyyə Qurumu öz fəaliyyətini dayandırdı.

  • Asiya Finans Kurumu. 1996-cı lidə

Bunlardan 3-ü xarici sərmayə ilə, digərləri isə yerli sərmayə əsasında fəaliyyətə başlamışlar.

Türkiyədəki faizsiz banklar iki hədəfi gerçəkləşdirmək üzrə qurulmuşdur.



  1. Neft istehsalçısı olan İslam ölkələrində yığılmış fonldarın Türkiyəyə yönəldilməsi üçün uyğun şəraiti hazırlamaq.

  2. Faizə qarşı davamlı olan sistemi gerçəkləşdirmək.

Bankların hüquqi bazasını gücləndirmək məqsədilə 17.12.1999 tarixli və 4491 saylı Banklar Qanununda dəyişiklik edilmiş 19 dekabr 1999-cu il tarixdən qüvvəyə minmişdir.

  1. Bankların fəaliyyətini koordinasiya etmək məqsədilə 1997-ci ildə Faizsiz Banklar Birliyi (və ya Xüsusi Maliyyə Qurumları Birliyi) quruldu. Birliyin məqsədi aşağıdakılardan ibarətdir.

    • Faizsiz bankçılığın inkişafını və genişləndirilməsini təmin etmək.

    • Faizsiz Banklar Birliyini və məsləhət-məşvərət işlərini təmin etmək.

    • Banklar arasında haksız rəqabətin qarşısısnı almaq və bankların bir-biri ilə əlaqələrini inkişaf etdirmək.

    • Faizsiz Banklar işçilərinin təhsilinin təşkili və yüksəldilməsi istiqamətində fəaliyyətə kömək göstərmək.

    • Bankların sosial və mədəni sahədə zamanın şərtlərinə uyğun ölçüdə fəaliyyət göstərmələrini təmin etmək.

    • Bankların inkişafına paralel olaraq qanuni tənzimləmələri təşviq etmək, qanun layihələri hazırlamaq və bununla əlaqəli ictimai sahədə lazımlı fəaliyyətdə fəal iştirak etmək.

    • Faizsiz Banklar üçün yeni maliyyələşdirmə alətləri və istiqamətlərininin inkişafını saxlamaq.

  2. Təminat Fondu quruldu

  3. Yığım Əmanəti Sığorta Fondu ( və ya İştirak və Cari Hesablar Sığorta Fondu) yaradıldı

19 oktyabr 2005-ci tarixində qəbul edilib 01 noyabr 2005-ci il tarixində rəsmi qəzetlərdə dərc edilən 5411 saylı Banklar Qanununun həyata keçməsi ilə iyirmi ilə yaxın vaxtda Türkiyədə “Xüsusi Maliyyə Qurumu” adı ilə fəaliyyətlərini davam etdirən qurumlar, “İştirak Bankları”, “Xüsusi Maliyyə Qurumları Birliyi” isə “Türkiyə İştirak Bankları Birliyi” olaraq ad dəyişikliyinə məruz qalmışdır. Xatırladaq ki, Xüsusi Maliyyə Qurumu ifadəsi 80-ci illərdə Turqut Özal tərəfindən ortaya atılmışdır. İslam İnkişaf Bankının 2-3 oktyabr 1999-ci il tarixlərində Ciddədəki toplantısında İslam Özəl Sektorun İnkişafı Qurumunun (İÖSİQ) qurulmasına qərar verildi. Hüquqi şəxslərə xidmət göstərəcək bu qurum, İslam ölkələrindəki özəl sektor maliyyə dəstəyi verəcəkdir. İÖSİQ 8 iyul 2000-ci il tarixdə fəaliyətə başladı.
Murabaha prinsipindən istifadə edən Türk şirkətləri

Qurumun adı

İstifadə edilən miqdar

İstifadənin məqsədi

Zorlu

32 milyon dollarla

İxracatın maliyyələşdirməsi

Vestel

30 milyon dollarla

İstehsal vasitələri

Turkcell

100 milyon dollarla

GSM xidməti

Tepe-Akfen Vie

60 milyon dollarla

Atatürk Hava Limanının həcminin artırılması

POAŞ

92,5 milyon dollarla

Neft məhsullarının idxalatı

CƏMİ

315 milyon dollarla



1   ...   10   11   12   13   14   15   16   17   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə