Mərhəmətli və Rəhmli Allahın adı ilə! Rəyçi: «Kövsər Bank» asc-nin




Yüklə 1.43 Mb.
səhifə13/22
tarix23.02.2016
ölçüsü1.43 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

  • Neft-qaz sənayesi sahəsində.

  • Humanitar yardım sahəsində. Bank indiyədək qaçqınlara humanitar yardım ‎göstərilməsinə 500 min dollar və onlar üçün iş yerləri yaradılması məqsədi ilə 1 milyon dollar, ölkənin sosial-inkişaf layihələrinin texniki-iqtisadi ‎əsaslandırılmasının hazırlanması üçün təmənnasız olaraq 1 milyon 424 min dollar ayırıb.

    İİB-in ‎respublikamıza təqdim etdiyi güzəştli kreditin ümumi məbləği 74 milyon dollardan artıqdır. İqtisadi İnkişaf Nazirliyinin “Beyin Mərkəzi” olan İqtisadi İslahatlar Mərkəzi mütəmadi olaraq beynəlxalq əlaqələrin qurulması istiqamətində yeni-yeni addımlar atır. Buna misal olaraq, 21 oktyabr 2006-cı il tarixində İqtisadi İslahatlar Mərkəzi və İslam İnkişaf Bankının üzvü olan İslam Tədqiqat və Təlim İnstitutu arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumun imzalanmasını göstərmək olar. Məlumat üçün bildiririk ki, İslam Tədqiqat və Təlim İnstitutu iqtisadi, maliyyə və bank fəaliyyətlərinin İslamın Şəriət prinsiplərinə uyğunlaşdırılması istiqamətində araşdırmalar aparır və İslam İnkişaf Bankına üzv olan ölkələrin iqtisadi inkişafı məqsədilə çalışan insanlar üçün təlim imkanlarını genişləndirir. İslam iqtisadiyyatı ilə bağlı tədqiqatların, elmi əsərlərin, həmçinin bu sahəyə artan marağın nəticəsi olaraq İqtisadi İslahatlar Mərkəzi və İslam Tədqiqat və Təlim İnstitutu arasında ikitərəfli danışıqlar aparılmışdır. Əldə olunmuş nəticəyə əsasən iki mərkəz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi razılığına gəlinib. Anlaşma Memorandumunun imzalanması hər iki tərəfdən ikitərəfli əlaqələrin qurulması istiqamətində birinci addım kimi dəyərləndirilmişdir. Memorandum aşağıdakı müddəalar üzrə əməkdaşlıq istiqamətlərini nəzərdə tutur:

    • Texniki seminarların

    • Təlimlərin təşkil edilməsi

    • İslam iqtisadiyyatı və maliyyəsi sahələrində tədqiqatların dəstəklənməsi.

    Tərəflər arasında imzalanmış Anlaşma Memorandumu müddətsiz vaxt çərçivəsi üçün nəzərdə tutulur.
    İİB-nın ölkəmizdəki gördüyü maliyyələşdirmə işləri (mln dollar)


    Layihələr

    Razılaşma tarixi

    Miqdarı

    Kreditor

    Xanlar kanalının ikinci mərhələsi

    11.06.2001

    9,432



    İSLAM

    İNKİŞAF BANKI

    Maliyyə Nazirliyi üçün avadanlıqla təmin edilmiş bina

    23.07.2001

    362

    Sosial infrakstruktur layihələri üçün

    06.05.2009

    9

    Ucar-Yevlax yolunun bərpası

    20.10.2003

    22

    Yevlax-Gəncə dəmiryolunun bərpası

    06.02.2005

    10,4

    Xaçmaz elektrik yarımstansiyası və ötürücü xətinin tikintisi

    21.06.2004

    13,503

    Samur-Abşeron suvarma sistemi (Vəlvələçay-Taxtakörpü kanalı)

    15.09.2004

    10

    Məcburi köçkünlər üçün sosial infrakstruktur layihələri

    20.06.2005

    10,272

    Modular elektrik stansiyası tikintisi

    06.08.2005

    99,398

    Mingəçevir su elektrik stansiyasının bərpası

    14.01.2007

    105




    mənbəə: Faizsiz bankçılıq.Röyal İmanlı. Bakı-2008.
    1994-2004 illərdə Azərbaycan respublikasınin beynəlxalq maliyyə kredit təşkilatlarından aldığı kreditlər (mln. dollar)

    Beynəlxalq Valyuta Fondu

    542,5

    Dünya Bankı

    640

    Beynəlxalq İktisadi Əməkdaşlıq Fondu

    340

    Türk Exim Bankı

    270

    Avropa Yenidənqurma və İnkişaf Fondu

    350

    İslam İnkişaf Bankı

    72,5

    Diğər kommersiya bankları

    74

    mənbəə: “Azərbaycan Statistik Göstəriciləri 2004”, Bakı-2004, s.8
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   22


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
    rəhbərliyinə müraciət

        Ana səhifə