Mərhəmətli, Rəhimli Allahın adı ilə. Cümə namazı




Yüklə 80.45 Kb.
tarix20.04.2016
ölçüsü80.45 Kb.
Mərhəmətli, Rəhimli Allahın adı ilə.
Cümə namazı
Müsəlmanlar müxtəlif vaxtlarda bir sıra ibadətləri yerinə yetirmək üçün bir yerə toplaşırlar. Bu iba­dət­lərə gün ərzində qılınan beş vaxt namaz, həftədə bir dəfə qılınan cümə namazı, ildə iki dəfə qılınan bay­ram namazları, həcc və s. misal gətir­mək olar. Bu ki­tabçamızda camaatla birgə həyata keçirilən və əhə­miyyətinə görə ibadətlər arasında xüsusi yeri olan cümə namazından bəhs edəcəyik. Cümə: hicri təqvi­mində həftənin yeddinci gününə, miladi təqvimində isə həftənin beşinci gününə deyilir. Həmçinin, cümə günü camaatın məsciddə toplaşıb birgə qıldıqları namaz da cümə namazı adlanır. İlk cümə namazı Pey­ğəm­bərin  məscidində, on­dan sonra isə Bəh­reyndəki Əbdülqeys məscidin­də qılın­mış­dır.1

Uca Allah cümə namazını müsəlmanlara cümə gü­nü qılmağı əmr etmişdir. Bu, Allahın bizə bəxş etdi­yi böyük bir nemətdir. Məhz bu gündə mü­səlmanlar bir yerə toplaşır, Allah və Rəsulunun  kəlamını eşitdik­dən sonra namaz qılaraq oradan ay­rılırlar. Ayların ən xeyirlisi Ramazan, gecələrin ən xeyirlisi qədr, günlə­rin ən xeyirlisi isə cümə günüdür.



Cümə gününün fəziləti
Cümə günü günlərin ən yaxşısı2, həftənin bayra­mı­dır3. Adəmin  yaradılması, Cənnətə daxil ol­ma­sı, oradan çıxarılması, yerə enməsi, tövbə et­məsi və öl­məsi cümə gününə təsadüf edir. Həmçi­nin, qi­yamə­t də cümə günü qopacaqdır. Elə buna görə də, cü­mə günü heyvanlar gün çıxandan gün batana qədər qorxu içində olurlar. Məhz bu gündə müəy­yən bir vaxt var ki,4 o vaxtda dua edənin duası qə­bul olu­nar.5 Allah mübarək cümə günündə bi­zim ümmətə hidayət ver­mişdir.6 İki cümə arası kiçik gü­nahların bağışlanması və bunlardan başqa bir sıra fəzilətlərə malikdir. Cümə günü günlərin ən hörmətlisidir.7

Cümə namazının hökmü
Cümə namazı zöhr namazı kimi olmayan, müs­tə­qil qılınan bir namazdır. Cümə namazı ilə zöhr na­ma­zı­nın vaxtı eyni olsa da, uca səslə qılınması, rü­kət­­ləri­nin sayı, xütbənin oxunması və başqa şərt­lə­ri­nə görə bir-birindən fərqlənirlər. Bu namazın hök­mü vacib­dir. Onun vacibliyinə Quran, sünnə və alimlərin itti­faqı dəlalət edir. Uca Allah bu­yu­rur: “Ey iman gəti­rənlər! Cümə günü namaza ça­ğı­rı­lan zaman Allahı zikr etmə­yə tələsin və alış-ve­ri­şi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xe­yir­lidir”.8 Allahın bu ayədə “tələsin” deyə əmr etməsi ilə yanaşı “alış-verişi” də buraxmağı əmr etməsi bu namazın vacibliyinə və əhəmiyyətinə işarədir. Əgər bu namaz vacib olma­say­dı onda Allah “alış-verişi” qadağan etməzdi. Pey­ğəmbər  buyur­muşdur: “Cümə namazı həddi bulu­ğa çatmış (hər bir müsəlman kişiyə) vacibdir”.9 Başqa bir hədisdə buyur­muşdur: ”Üç dəfə səbəb olmadan cüməni tərk edənin Allah qəlbini möhürləyər”.10 Ab­dullah ibn Məsud (r.a) cümə namazını tərk edənlər barədə Pey­ğəmbərin  belə dediyini eşitmişdir: “Ca­nım Əlində olana and ol­sun ki, istərdim odun yığ­sınlar, sonra namaz üçün azan versinlər və kiməsə imam olmağı həvalə edib cü­mə namazına gəlməyən kişilərin evlərini yan­dırım”.11

Müsəlmanlar cümə namazının vacib olmasında it­tifaq etmişlər. Bu barədə İbn Munzir “əl-İcma” kita­bın­da buyurmuşdur: “Cümə namazının azad insan­lara, həddi buluğa çatmış və səfərdə olmayan üzrsüz hər bir kişiyə vacib olmasında alimlər yekdil rəyə gəl­mişlər”.12

Yeddi şərt vardır ki, bunlar hansı bir müsəlmanda tamamlansa, cümə namazı ona vacib olur:

1 – Müsəlman olmaq.

2 – Həddi buluğa çatmaq.

3 – Ağlı başında olmaq.

4 – Kişi olmaq. Qadına və kişiliyi ilə qadınlığı bilin­məyən insana cümə vacib deyildir.

5 – Azad insan olmaq. Qula cümə namazı vacib deyildir. Yalnız ağası icazə verərsə o zaman qul ola­na da cümə namazına getmək vacibdir.

6 – Yaşadığı yerin sakini olmaq. Müsafirə cümə vacib deyildir.

7 – Xəstəlik və s. kimi üzrlü səbəblərin olmamağı.



Cümə namazının fəziləti
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər  dedi: “Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban vermiş13 kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər”.14

Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər  dedi: “Hər kəs beş namaz, cümə ilə cümə, ramazanla ramazan arası böyük günahlardan çəkinərsə kiçik günahları bağışlanar”.15



Cümə qüslünün hökmü
Cümə namazının qüslünə dair alim­lər ixtilaf etmiş­lər. Bəzi alimlərin rəyinə görə bu qüslün hökmü va­cib, bəzilərinə görə isə tərk olunmayan sünnədir. Üzr­süz səbəbdən qüsl almayan şəxs alimlərin yekdil rəyi­nə görə günah qazanır. Abdullah ibn Ömər (r.a) rəva­yət edir ki, Peyğəmbər  dedi: “Sizdən biriniz cümə namazına gəldikdə qüsl alsın”.16 İbn Ömər (r.a) rəva­yət edir ki, Ömər (r.a) xütbə verdiyi zaman mühacir­lərdən olan bir nəfərin qüsl almadığını gör­dükdə onu çağıraraq ondan bu günün hansı gün ol­duğunu soruş­du. O: “Məşğul olduğum üçün evə ge­də bilmədim və azanı eşitdikdən sonra dəstəmaz al­dım”-dedi. Ömər (r.a) ona məgər Peyğəmbərdən (s.a.s) “Sizlərdən biri­niz cüməyə getdiyi zaman qüsl alsın kəlməsini eşit­mə­misənmi?! -deyə xatırlatdı”.17

İbn Ömər (r.a) demişdir: “Cümə namazı vacib olan şəxsə qüsl də vacibdir”.18

Onu da qeyd edək ki, üzrlü səbəbdən cümə namazı­na gələ bilmə­yən şəxs üçün cümə qüslü də vacib deyildir. Qüsl etdikdən sonra dəstəmazı pozulan şəx­sə isə yalnız dəstəmaz almaq kifayətdir və bu qüslün hökmünə heç bir təsir göstərmir. Cümə günü cunub olan şəxsə iki niyyətlə bir qüsl almaq kifayətdir.

Qüsl almadan cümə namazı qılan şəxsin namazı səhihdir. Lakin cümə namazının qüslü kimi vacib əməli tərk etdiyinə görə günah qazanır. Həmçinin qüsl cümə namazından öncə alınmalıdır.


Cümə namazının ədəbləri
- cümə namazına gəlmədən öncə qüsl almaq.

- cümə namazı üçün ətirlənmək.

- insanlara əziyyət verən pis iylərdən çəkinmək.

- sivakla dişləri təmizləmək.

- ən gözəl paltarı geyinmək.

- imam xütbə verdiyi zaman ona tərəf baxmaq. İbn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər  minbərə çıxdığı zaman üzümüzü ona tərəf çevi­rər­dik.19

- bu gündə Peyğəmbərə  salavat deməyi çoxaltmaq.

- məscidə erkən getmək üçün tələsmək.

- piyada olaraq məscidə getmək bəyənilir.

- cümə günü sübh namazının birinci rükətində “əs-Səcdə” ikinci rükətində isə “əl-İnsan” surələrini oxu­maq. Abdullah ibn Abbas (r.a) rəvayət edir ki, Pey­ğəmbər  cümə günü sübh namazının birinci rükətin­də “əs-Səcdə”, ikinci rükətində isə “əl-İnsan” surələ­ri­ni, cümə namazının birinci rükətində “əl-Cumua”, ikinci rükətində isə “əl-Münafiqun” surələrini oxuyar­dı.20 Bəzi qardaşlarımız səcdə ayəsi olan bir surə oxuyurlar. Sünnə isə “əs-Səcdə” surəsinin özünü tam oxumaqdır. Lakin hərdən fərqli surələr də oxumaq lazımdır ki, cahil müsəlmanlar bu surələrin oxunması­nın vacib olduğu qənaətinə gəlməsinlər. İki qrup imam bu sünnəyə xəta ilə yanaşırlar. Birinci qrup camaata əziyyət olmasın deyə tamamilə bu sünnəni tərk edir. Halbuki, bunu birdəfəlik tərk etmək də xəta­dır. İmam vaxtaşırı bu surələri oxumaqla camaata bu­nun sünnə olduğunu xatırlatmalıdır. İkinci qrup imam­lar isə bu sünnəni davamlı olaraq edirlər.

- cümə namazının birinci rükətində “əl-Cumua” ikinci rükətində isə “əl-Münafi­­qun” surələrini oxumaq və yaxud birinci rükətdə “əl-Alə” ikinci rükətdə isə “əl-Ğaşiyə” surələrini oxumaq sünnədir.

- bu gün duaların ən çox qəbul olunan vaxtı olduğu üçün duanı çoxaltmaq.

- səfləri aralayıb irəli doğru keçməmək. İnsanları aralayaraq irəli keçmək haramdır.21 İmamın insanları aralayaraq irəli keçməsi isə bu hökmə aid deyildir.

- kimisə qaldıraraq onun yerində oturmamaq. Bu əməl haramdır.

- məscidi salamlama namazını qılmayınca oturma­maq.

- imam xütbə verərkən ona qulaq asmaq və danışma­maq.

- cümə namazından qabaq halqa şəklində oturmamaq. Abdullah ibn Amr (r.a) dedi: “Peyğəmbər  cümə na­mazından öncə halqa qurmağı qadağan etdi”.22

- mürgülədikdə yeri dəyişmək. Peyğəmbər  buyur­du: “Siz­lərdən biriniz cümə günü mürgü­lədikdə yeri­ni dəyişdir­sin”.23

- camaata əziyyət vermədən imama tərəf yaxınlaş­maq.

- cümə günü “əl-Kəhf” surəsini oxumaq24. Səhər oxu­maq daha əfzəldir.

- cümə namazından sonra məsciddə dörd və yaxud evdə iki rükət sünnə namazı qılmaq. Abdullah ibn Ömər (r.a) sünnə namazlarını sayarkən dedi: “Cümə­dən sonra evində iki rükət qılmaq”.25 Əbu Hüreyrənin rəvayət elədiyi hədisdə Peyğəmbər  dedi: “Sizdən biriniz cümə namazı qıldıqdan sonra dörd rükət də qılsın”.26 İbn Qeyyim qeyd edir ki, İbn Teymiyyə de­mişdir: “Bu sünnə namazı məsciddə dörd, evdə qılındıqda isə iki rükət qılınır”27 Abdullah ibn Ömərdən (r.a): “Məsciddə dörd, evində qıldıqda isə iki rükət qılardı”28- şəklində rəvayət edilmişdir.

- sütunlar arasında namaz qılmamaq. Yer olmadıqda isə sütunlar arasında qılmaq caizdir.

- daima bir yeri seçib namazı həmişə orada qılma­maq.

- namaz qılan şəxsin qabağından keçməmək.

- Quran oxuduğu zaman səsini qaldırmaqla başqala­rına əziyyət verməmək.

- məscidə getdikdə yol ədəblərinə riayət vermək.

- cümə namazı qıldığı yerdə danışmayıncaya qədər ayrı namaz qılmamaq.29

- bu günü oruc tutmaqla xüsusiləşdirməmək.

- sıxlıq üzündən səcdə edə bilməsə qabağındakının qalxmasını gözləyərək sonra səcdə etmək. Səid ibn Əli əl-Qahtani İbn Bazın belə dediyini eşitmişdir: “İnsan Məscidul-Haramda güclü basırığa düşüb, səcdə edə bilmədikdə insanların qalxmasını gözləyib, sonra səcdə etməlidir”.30 Muhəmməd ibn Saleh əl-Useymin demişdir: “Səcdə etməyə yer olmadıqda “imə” edil­məlidir. Yəni səcdə etmək üçün bir az əyilmək. Çünki zərurət olduqda bu cür səcdə etmək sünnədə varid olmuşdur. İnsanın belinə və ya ayaqlarına səcdə et­mək rəyi isə zəif rəydir”.31 İmam Malik buyurmuşdur: “Kiminsə belinə səcdə etmək namazı batil edir”.32

- imamın göründüyü və ya səsi daha yaxşı gələn yerdə oturmaq. Bu, xütbənin daha yaxşı başa düşül­məsinə və ondan daha çox fayda götürülməsinə kö­mək edir.

- imam xütbə verən zaman məscidə girdikdə salam verməmək.

- asqırdıqda sakitcə “əlhəmdu-lilləh” demək.

- xütbəni başa düşməyən uşaqları cümə namazına gə­tirməmək. Bu başqa namaz qılan qardaşların xütbəni başa düşməsinə mane olur.

- imam minbərə qalxanadək rükətlərinin sayını əvvəl­dən təyin etməmək şərti ilə istənilən sayda iki rükətli sünnə namazları qılmaq.


Cümə namazının qəbul olma şərtləri.
1. Vaxt. Cümə namazı vaxtında qılınmadıqda qəbul olmur.

2. Camaat. Camaat olmadıqda cümə namazı qılmaq olmaz. Cümə namazının qılınması üçün ən azı üç nəfər olmalıdır. Həmçinin bu üç nəfərin hər birinə cümə namazı qılmaq vacib olmalıdır. Bu rəyi İbn Teymiyyə, Əhməd, İbn Baz və başqa alimlər dəstəklə­yirlər.

3. Köçəri xalq olmamalıdır. Qışda bir yerdə yayda başqa yerdə yaşayan xalqlara cümə namazı vacib deyildir. Peyğəmbərin  dövründə səhrada məskən salmış köçəri ərəblər cümə namazını qılmırdılar. Peyğəmbər  də onlara bunu əmr etmədi.

Bir dəstə müsəlman səfərə çıxdıqda onlar cümə na­mazı deyil, zöhr namazını qılırlar. Peyğəmbər  çoxlu səfər etməsinə baxmayaraq bir dəfə də olsun səfərdə cümə namazı qılmayıb. Əgər bu caiz olsaydı Pey­ğəm­bər  bir dəfə də olsun cümə namazını qılardı. Lakin hər hansı bir müsəlman səfərdə olarkən olduğu şəhə­rin sakinləri cümə namazı qılırlarsa o adama da yerli sakinlər kimi cümə namazı qılmaq vacib olur. Mu­həmməd ibn Saleh əl-Useymin dedi: “Elə bir səhabə tanımıram ki, cümə namazına qədər hər hansı bir yerdə qalıb və cümə namazını tərk edib. Əksinə onlar Peyğəmbərin  yanına gəldikdə onunla birlikdə cümə namazını qılırdılar”.33

4. Namazdan qabaq xütbə vermək.
Xütbə verməyin ədəbləri
Cümədən öncə imam mütləq xütbə verməlidir. Bunu tərk etdiyi halda cümə namazı da batil sayılır. Çünki Peyğəmbər  bir dəfə də olsun xütbəsiz cümə namazı qılmamışdır. Əgər bu caiz olsaydı Peyğəmbər  bunu bizə bildirərdi. Xütbənin kamil olması üçün ədəblər vardır ki, bu ədəblərdən bəzilərinin hökmü vacib, bəziləri isə sünnə­dir.

1. Minbərə qalxdıqda oturmazdan əvvəl salam ver­mək.

2. Xütbəni minbərdən və yaxud hündür yerdən ver­mək. Minbərin imamın namaz qıldırdığı yerin sağ tə­rəfində və üç pilləkandan ibarət olması sünnədir.

3. Salam verdikdən sonra azan qurtarana qədər otur­maq.

4. Xütbəni ayaq üstə vermək. Otura-otura xütbə ver­mək caiz deyil­dir.

5. İki xütbə arası əyləşmək.

6. Əsaya söykənmək.

7. Xütbəni qısa vermək. Ammar (r.a) rəvayət edir ki, Peyğəmbər  dedi: “Namazı uzatmaq, xütbəni qısa etmək xətibin (xütbə verənin) fəqih olmasının (şəriət elmlərini başa düşməsinin) əlamətlərindəndir!”.34

8. Səsini bacardığı qədər qaldırmaq. Cabir ibn Abdulluh (r.a) rəvayət edir ki, Peyğəmbər  xütbə verərkən qoşuna öyüd-nəsihət verən sərkərdə kimi gözləri qızarar, səsini qaldırar və qəzəblənərdi.”35

9 . Dua elədiyi zaman əlləri qaldırmamaq.

10. Düz baxmaq. Muhəmməd ibn saleh əl-Useymin buyurmuş­dur: “ Düzünə baxmalı, sağ və sol tərəfə dönməməlidir.”36İmam Nəvəvi buyurmuşdur: “Sağ və sol tərəfə çevrilməməlidir”. İbn Həcər “Bu əməl bidətdir”-deyə buyur­muşdur.37

11. Müsəlmanlar üçün dua etmək.

12. Xütbə verdiyi zaman əlləri tərpətməmək.

13. Səcdə ayəsi oxuduğu zaman minbərdən düşərək səcdə etmək. Xütbəyə başladıqda ilk olaraq Allaha həmd, sonra Onun təkliyinə və Muhəmmədin onun elçisi olmasına şəhadət etmək, Peyğəmbərə  salavat demək, qurandan bəzi ayələr oxumaq, Allahdan qorx­mağı tövsiyə etmək lazımdır. Xütbəni “xütbətül-hacə” ilə başlamaq sünnədir.



  • İmam xütbədə haram söz, söyüş, kiməsə lənət və buna bənzər sözlər işlədərsə o zaman xütbə batil olur. Çünki xütbədə məq­səd insanları ha­ramdan çəkindirməkdir.38

  • Xütbə insanların başa düşdükləri dildə veril­mə­lidir. Ayələri zikr etdikdə isə ərəbcə demək, son­ra isə mənasını insanlara çatdırmaq lazımdır.


İmamın insanlara nəsihəti


  • İmam camaatın vəziyyətindən xəbərdar olmalı, onların ehtiyacı olduğu mövzunu seçməlidir. Çünki müsəlmanlar bir bədən kimidirlər.

  • Yaxın zamanda baş vermiş pis və yaxşı hadisələr barədə danışmalı. İslamın həmin hadisə barədə rəyini bildirməli və ondan ibrətlər çıxartmaqla camaata fayda verməli.

  • Verilən xütbəni yaxın bir müddət içində yenidən verməməli.

  • Başqalarının xatırlatdığı tövsiyələrdən nəticə çıxartmalı.

  • Xütbəni çox uzatmamalı.

  • Yağış yağması üçün dua etdikdə əlləri qaldır­malı. Bundan başqa yerdə qaldırmaq varid ol­mayıb.

  • Başqalarının təcrübəsindən istifadə etməli.

  • Camaatın ehtiyacı olduğu xütbələri kaset və ya başqa vasitələrlə camaata yaymalı.


Cümə namazının qılınması.
Cümə namazı iki xütbə və iki rükət namazdan iba­rətdir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Pey­ğəmbər  iki xütbə verər və xütbələr arasında oturar­dı.39

Cümə xütbəsini bir adam, cümə namazını isə ayrı adam qıldıra bilər. Cümə namazı­ səslə qılınan namaz­dır. İmam bu namazı səssiz qıldırsa belə namaz səhihdir, çünki səslə oxumaq sünnədir. Bu namazın ikinci rükətinin rükusuna çatan kəs cümə namazına çatmış sayılır. İkinci rükətin rükusundan sonra yeti­şən şəxs isə zöhr namazını niyyət edərək onlara qoşul­malıdır. Cümə namazından sonra məsciddə dörd rükət, evdə isə iki rükət sünnə namazı qılmaq olar.



Cümə namazını üzrlü səbəbdən tərk edən kəs zöhr namazını cümə qılınan vaxta qədər gecikdirməsi daha əfzəldir.

Cümə günü edilən xətalar


  • Müsəlmanlar cümə namazına tez getməyin fəzi­lətini bildiklərinə bax­ma­yaraq qəsdən cümə namazına üzrsüz səbəbdən gecikirlər. Bununla onlar böyük savabdan məhrum olurlar. Bunu bildiyi halda tənbəllikdən və yaxud qəsdən gecikərsə insan böyük bir səhv etmiş olur.

  • Gec gəldiyi halda camaatı aralayaraq irəliyə doğru keçmək. Peyğəmbər  bunu qadağan et­mişdir. Peyğəmbər  xütbə verərkən bir nəfər camaatı aralayaraq irəliyə doğru keçir, Peyğəm­bər  də ona: “Camaata əziyyət verdin otur”-de­yə müraciət edir.40 İmam Nəvəvi, ibn Teymiy­yə, Muhəmməd Saleh əl Useymin və başqa alimlər bu əməlin haram olduğunu bəyan etmişlər.

  • Yer tutaraq məsciddən çıxmaq. Bəzi müsəlman qardaşlar məscidə gələrək yerə bir şey sərməklə yeri tutub məsciddən gedirlər. Xütbənin başla­masına az qalmış gəlib həmin yerdə otururlar. Bəzi alimlər bu əməlin haram olmasını qeyd et­mişlər. İbn Teymiyyə bu barədə buyurmuşdur: “Müsəlmanın özü gəlib oturması sünnədir, səc­cadə və yaxud başqa bir şeylə yer tutan kəs za­lımdır. Ona bunu qadağan etmək lazımdır. Qo­yulan səccadələr isə qaldırılmalıdır ki, insanlar o yerlərdə otursunlar”.41

  • Bəzi müsəlman qardaşlar məscidə gəldikdən sonra ibadətlə məşğul olmaq əvəzinə dünya söhbətləri edirlər. Məsciddən savab əvəzinə gü­nah götürərək ayrılırlar. Müsəlmanlar bu xətaya ciddi fikir verməlidirlər. Məscidə gəldikdən son­ra dünya söhbətlərini tərk edib ibadətlə məşğul olmaq lazımdır. Bəzi səhabə­lər məscidə gəldik­dən sonra Quran oxuyar və yaxud nafilə na­maz­ları qılardılar. İbn Teymiyyə bəzi səhabələrin on bəzilərinin on iki rükət qılmasını bəyan edir. Sən də müsəl­man qardaşım imam minbərə çıxana qədər istədiyin ibadətlə məşğul ol. Quran oxu­maq, zikr eləmək, namaz qılmaq və s.

  • Məsciddə olarkən uca səslə Quran oxuyaraq və yaxud zikr etməklə başqa müsəlman qar­daş­lara əziyyət verməmək. Peyğəmbər s.a.s dedi:

  • “Sizlərdən biriniz Quran oxuduğu zaman səsini başqalarının üzərində qaldırmasınlar ” hədisi Əbu Davud rəvayət etmişdir.

  • Xütbə verildiyi zaman danışmaq və yaxud da­nışanlara sus demək. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər  dedi: "Cümə günü imam xütbə verdiyi zaman yanında oturana "Danış­ma!" deyən (cümənin) sava­bını qazanmaz".42


QEYD: Əlinizdəki kitab insan əməyinin bəhrəsidir və ona görə də orada xətaların olması labüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və ya mövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa, ramil.soltanov@gmail.com elekt­ron ünvanına yazmanızı xahiş edirik.


1 əl-Buxari 892, 4371

2 Əbu Davud 1047, Nəsəi 1373, İbn Məcah 1085

3 Tabarani 4879, Albani bu hədisi səhihləşdirmişdir.

4 Alimlər bu vaxtın nə zaman olduğu barədə ixtilaf etmişlər. Əksər alimlərin rəyinə görə bu vaxt əsirdən sonra olan vaxtdır.

5 Əbu Davud 1046, Tirmizi 491, Nəsəi 1429. Albani bu hədisi səhihləşdirmişdir.

6 Buxari, 876, və Müslim 855

7 İbn Məcah 1084, Albani bu hədisi həsənləşdirmişdir.

8 Cümə surəsi, ayə 9

9 Nəsəi 1370, Albani bu hədisi səhihləşdirmişdir.

10 Əbu Davud1052, Nəsəi 1370 , İbn Məcah 1125.

11 Müslim 652

12 əl-İcma, 44

13 Sədəqə vermiş.

14 Buxari 881, Müslim 1961

15 Müslim 233

16 Buxari 877, Müslim 844

17 Buxari 878

18 Buxari 894

19 Tirmizi 509, Albani bu hədisi səhihləşdirmişdir.

20 Müslim 2028

21 Zadul-Mustaqna 5/125

22 Əbu Davud 1079, Tirmizi 322, Nəsəi714, Albani bu hədisi həsənləşdirmişdir.

23 Əbu Davud1119, Tirmizi 526

24 Hakim 2/368, Beyhəqi 3/249, Albani səhihləşdirmişdir.

25 Buxari 1/87

26 Müslim 881

27 Zədul-Miad 1/ 440

28 Ədu Davud 1130

29 Müslim 710

30 Salatul-Mumin 2/790

31 Zədul Mustəqna 5/64

32 Şərhul-Kəbir 5/ 442-443

33 Zadul-Mustaqna 5/15

34 Müslim 2006

35 Müslim 867

36 Zadul- mustaqna 5/85

37 Haşiyəti İbnul- Qasim alər-rovdatul murbi 2/456

38 Zadul-Mustaqna 5/78

39 Buxari 920, Müslim 1992

40 Əbu Davud 1118, Nəsəi 3/103, Əhməd 4/188

41 Fətava İbn Teymiyyə 24/216

42 Buxari 934, Müslim 1962





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə