Mehriban Əliyeva Səlahəddin Xəlilov




Yüklə 1.5 Mb.
səhifə6/11
tarix22.02.2016
ölçüsü1.5 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

Sivilizasiya və texniki-iqtisadi inkişaf
Şərqdə həyatın təkmilləşməsi üçün yalnız qəlbin həyatı və fəlsəfi idrakın dərinliyi bəs olmadığı kimi, mədəni nailiyyətlər və texniki tərəqqi də hələ insanın mənəvi və sosial dirçəlişi üçün kifayət deyil.

Aida İmanquliyeva
Çağdaş siyasətdə hər şey təkcə tarixi rakursda və gerçək ha­di­sələr baxımından deyil, eyni zamanda böyük dövlətlərin ma­raq dairələri və hətta "milli hey­siy­yatları" baxımından dəyərlən­di­ri­lir. Bö­yük dövlət­lərin geosiyasi planları çox vaxt kiçik dövlətlərin öz aralarındakı münasibətlərə və müna­qişələrə yön verir, həlledici tə­sir göstərir. Həm də belə təsirlər və təz­yiqlər müxtəlif beynəlxalq təş­kilatların (BMT, ATƏT və s.) adı ilə həyata keçirilir.

Təbii ki, böyük dövlətlərin öz aralarında da dün­yanın siyasi xə­ritəsini müəyyən etmək səlahiyyəti uğrunda mübarizə gedir. Bu za­man çox vaxt bey­nəlxalq hüquq normaları və ədalət prinsipləri ön plana çəkilir və böyüklər arasındakı rəqabətə, onların məna­fe­yi­­nə toxunmayan, geosiyasi mübarizə arealının kə­narında qalan öl­kələrə həqiqətən himayədarlıq edilir.

Lakin bu günlə yanaşı keçmiş də vardır və böyük dövlətlər, gö­rünür, tarixi də unutmur, birdən "su axan yerdən bir də axar" ehti­malını nəzərə alaraq böyük tarixi keçmişi olan xalqlara müna­si­bətdə ehti­yatla tərpənir və bəzən ədalət prinsiplərini də ''unu­durlar''.

Bəli, dünyada elə ölkələr vardır ki, onlar hələ yenicə müstə­qil­lik əldə edir, öz dövlətlərini qurmağa çalışır, böyük siviliza­si­ya­ya qovuşmağa çalışır. Belə ''təhlükəsiz'' dövlətlərə kömək etmək BMT-nin, Avro­pa Şurasının, ATƏT-in, YUNESKO-nun və s. bey­­nəl­xalq təşkilatların ümdə vəzifələridir. Hamısı sosializm dü­şər­­gəsindən və kommunist ideologiyasından təzəcə ayrıldığına bax­mayaraq Rusiyaya və Ukraynaya mü­na­sibət başqa, Şərqi Av­ro­pa ölkələrinə və Pribal­ti­kaya isə münasibət başqadır. Birincilər böyük nüvə silahı potensialına və təbii sərvətlərə malik olmaqla öz po­tensial imkanlarına və hərbi güclərinə görə Qərbi Avropa ölkə­lə­rindən xeyli üstündürlər. Ona görə də bu amili nəzərə almamaq mümkün deyil. Bəs nüvə silahına və böyük təbii sərvətlərə malik olmayan Türkiyədən nəyə görə ehtiyatlanırlar? Burada, bizcə milli maraqlardan daha çox "milli heysiyyat" ön plana keçir. Elə bil ki, keç­miş bu günə transformasiya olunur və türkün simasında öz­lə­ri­nə bir rəqib görür­lər. Qisasçılıq hissi qeyri-aşkar şəkildə, təhtəlşüur sə­viy­yəsində çağdaş siyasətə təsir edir. Bu hissiyat bəzən hətta aşkar şəkildə, «keçmişə görə cavab­deh­lik», mənəvi məsuliyyət və s. ad­lar altında gündəmə gətirilir. Beynəlxalq hüquq normaları da, əda­lət prin­sipi də yaddan çıxır və həmin normaların qəsdən təh­rif olunmuş variantları ilə manipulyasiya başlanır.

Kipr "problemi" də, Dağlıq Qarabağ "problemi" də tarixin sax­ta­laşdırılması və gerçək durumun təhrif olunması sayəsində prob­lemə çevrilib. Və elə bir il­lüziya yaradılıb ki, guya bu prob­lem­lərdə türkün mə­nafeyi beynəlxalq normaların diametral əks qütb­lərində dayanır, yəni onlardan birinin müdafiə olun­ması, di­gə­rində geri çəkilməyi tələb edir. Əslində isə ancaq zahirən bir-bi­ri­nə əks qoyulan maraqlar hər iki halda türkün ziyanına saxtalaş­dı­rıl­mışdır.

Dağlıq Qarabağ həm tarixən, həm də hüquqi baxımdan, bü­tün beynəlxalq normalar baxımından Azərbaycanın ayrılmaz tər­kib hissəsidir və burada cüzi bir erməni əhalisinin separatçılıq tə­şəb­büsü qon­şu Ermənistanın bilavasitə təcavüzü və Rusiyanın dəs­­tə­­yi sayəsində güc müstəvisində onların xeyrinə həll olun­muşdur. Bu­rada güc qarşısında beynəlxalq normalardan geri çəkil­mək siya­səti yürüdülür.

Kipr isə uzaq, mücərrəd tarix deyil, davamlı ta­rix müstəvi­sin­də həmişə Osmanlı imperiyasının tər­ki­bində olduğundan və yalnız I dünya müharibəsində imperiya dağıldıqdan sonra mübahisəli zo­naya çev­rildiyindən türkün mövqeyinə separatçılıq kimi bax­maq gülünc olardı. Neçə əsr ərzində türklər rumluları adadan sıxışdır­ma­­mış, türklər və rumluların dinc ya­naşı yaşamasına təminat ver­mişlər. İmperiya dağıl­dıqdan sonra isə burada türklər müntəzəm surətdə sı­xışdırılmış, onların haqları tapdanmışdır. 1963 və 1974-cü il hadisələri, Kiprin o vaxtkı rəhbərliyi tərə­findən açıq-aşkar dəs­təklənən etnik münaqişə və yerli Türk əhalisinə qarşı soyqırım si­yasəti və bütün bun­lara Avropanın soyuqqanlı münasibəti, bey­nəl­xalq hü­­quqa və insan haqlarına etinasızlıq Türkiyəni ağır se­­çim qar­şısında qoymuşdu. Avro­pa öz sözünü de­mədiyinə görə, Türkiyə təşəbbüsü öz üzərinə gö­tür­müş, Türk qoşun­ları soyqı­rı­mın qarşısını almaq məq­sədilə yerli türk­lərin köməyinə gəlmiş və heç də bü­tövlükdə Kipr ərazisində deyil, ancaq türklər yaşa­yan ərazidə öz döv­lətçiliyini bərpa etmək və rum­lulara da öz dövlət­lərini yaratmaq imkanı verməklə tam ədalətli və hətta humanist mövqe tutmuşlar.

Bunlar aydın həqiqətlərdir və təfərrüata getdik­cə, məsələ kon­kret­ləşdikcə daha da aydınlaşır. Lakin anlaşılmaz görünən bey­­nəlxalq "ictimai rəy", dünya birliyinin (əslində Qərb dövlət­lə­ri­nin) məsələyə mü­na­sibətidir. Bu aydın həqiqətləri saxtalaşdırdıqda han­sı arqumentlər əsas götürülür?

Bəli, bu gün türkə öz tarixi keçmişinə görə, öz döv­lətçilik ənə­nələrinə görə, böyük imperiyalar ya­ratmaq salnaməsinə görə, daha qədim və Qərb­də­kin­dən fərqli olan bir sivilizasiyanı davam et­dirmək əz­mi­nə görə qısqanclıqla yanaşılır. Tarixi saxtalaşdır­maq, türkün böyük keçmişinə qara yaxmaq, "erməni soyqırımı" kimi uydurma məsələləri vaxtaşırı gün­dəmə gətirmək və ona dəstək vermək – bütün bunlar göstərir ki, beynəlxalq təşkilatların və böyük döv­lət­lərin siyasətində ikili standartlar var və öz tarixi keç­mişlərindəki uğursuzluqların bir növ qisasını almaq tendensi­yası mövcuddur.

Bu gün böyük dövlətlərin silahı təkcə bey­nəl­xalq normalarla manipulyasiya etməkdən ibarət deyil. Həm də iqtisadiyyatın gü­cün­dən istifadə olunur: dün­ya bazarına sahib olanlar iqtisadi təz­yiq üsullarından da məharətlə istifadə edirlər.

Başqa ölkələrin böyük dövlətlər tərəfindən hər­bi müdaxilə yo­lu ilə ələ keçirilməsi – militarizm döv­rü artıq keçmişdə qalmış­dır. İndi, sər­hədlərin bey­nəl­xalq iqtisadi əlaqələr üçün açıldığı bir za­manda, əra­ziləri zəbt etmək deyil, bazarları zəbt etmək va­cibdir. Və bu sa­hə­də balans Qərb dövlətlərinin xeyrinədir. Nə vaxtsa lıder­liyi ələ keçir­miş olan inkişaf et­miş kapitalist ölkələri hal-hazır­da dünya bazarına nəza­rət edir.

XX əsrdə bir sıra ölkələrdə milli azadlıq hərəka­tının vüsət al­ma­sı və onların müstəmləkəçilikdən azad olması siyasi müstəqil­lıyə malik dövlətlərin sayını ar­tırmışdır. Lakin inqilabçıların, mil­lətçi təşkilatla­rın fanatikcəsinə bayraq etdikləri “müstəqillik” anlayışı əs­lində nisbi xarakter daşıyır. Əvvəla, heç bir sahədə tam, mütləq müstəqillik yoxdur və ola da bilməz. Hey­dər Əliyevin de­diyi kimi, “heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisa­diy­ya­tını la­zımi səviyyədə inkişaf etdirə bilməz”.27 Mütləq müs­təqillik id­diası əslində dünyaya meydan oxumaq deməkdir. Bütün sa­hə­lər­də – iqtisadi, siyasi, hüquqi, ideo­loji, mədəni-mənəvi və s. aspekt­lərin hər birində onu əhatə edən kapitalist dünyasından izolyasiya olun­­maq və yeni, özünəməxsus iqtisadi münasibətlər əsasında hər şeyi öz məxsusi ideologiyasına tabe et­dirməklə tam müstəqil bir dövlət yaratmaq təşəb­büsü – tarixdə misli görünməmiş belə bir cəhd XX əsrin birinci yarısında keçmiş SSRİ dövləti tərəfindən gös­tərilmişdi. Lakin, hətta sözün hər mənasında nə­həng olan SSRİ dövləti də bu cəh­din nə qədər real­lıqdan uzaq olduğunu dərk edə­rək özünə müttəfiqlər ax­tar­mağa, müəyyən sahələrdə öz ideoloji düşmənləri ilə də əməkdaşlıq etməyə, yeri gələndə kompromisə get­məyə məcbur oldu. Dünya sosializm sistemi ya­ran­dıqdan sonra da kapitalizm sistemi ilə qarşıdurma siyasəti özünü doğrultmadı və indi bu ölkələr kom­mu­nizm idealından əl çəkərək bazar iqtisa­diy­yatına üz tutur, dünya bazarına daha fəal surətdə daxil ol­ma­ğa, neçə onilliklər ərzində qərarlaşmış fərqləri ara­dan götürməyə çalı­şırlar.

Bəli, XX əsrin sonu, XXI əsrin əvvəllərində hadisələrin inkışafı vahid iqtisadi münasibətlərin, va­hid ümumdünya bazarının yaradılması istiqa­mə­tində gedir. Düzdür, inkişaf etmiş ölkələr öz üstün möv­qelərinə istinad edərək daxil olduqları ümumi iqtisadi məkanın (məsələn, Avropa Birliyi) qapılarını nisbətən aşağı səviy­yə­də olan ölkələr üçün açmır və bu da tə­biidir. Nə qədər ümum­bəşəri mənafedən, vahid so­sial ideallardan söhbət getsə də, hələ milli mənafelər saxlanılır və yalnız eyni səviyyəli ölkələrin inteqra­siyasından söhbət gedə bilər. Və bu inteqrasiyaya qoşulmaq üzün əv­vəlcə həmin ölkələrin keçmiş ol­duğu inkişaf mərhələlərini keç­mək, onların çıxdığı sı­naqlardan çıxmaq lazımdır.

Vahid dünya bazarının olması, azıq iqtisadi si­yasət ilk ba­xış­da daha çox geri qalmış ölkələr üçün faydalı görünsə də, əslində in­kişaf etmiş ölkələrin bu­na daha böyük ehtiyacı vardır. Daha doğ­rusu, ic­timai, elmi-texniki inkişaf prosesinin özünün buna eh­tiyacı vardır. Belə ki, külli miqdarda investisiya hesabına artıq kütləvi istehsalda qərarlaşmış texniki və texno­loji sistemlərin tez-tez dəyişdirilməsi baha başa gəl­diyindən kapital dünyası intensiv elmi-texniki tərəq­qi­nin, texnologiyaların tez-tez modernləşdiril­mə­si heç də ən optimal variant olmur. Nəticədə cari iqtisadi mə­­­na­fe ilə perspektiv texniki tərəqqi arasında zid­diy­yət yaranardı ki, bu da ümumən ictimai inkişaf üçün əngəl törədə bilərdi.

Lakin geri qalmış ölkələrin iqtisadiyyatının tex­no­loji tətbiq üçün açıq olması qabaqcıl ölkələrə nisbətən köhnəlmiş texnikanı həmin bazarlara trans­for­masiya edərək milli sənayedə ən müasir texnoloji sistemləri tətbiq etməyə imkan yaradır.

Buna görə də inkişaf etmiş ölkə heç vaxt bütün ölkələrin tex­niki inkişaf səviyyələrinin bərabərləşməsi tərəfdarı ola bilməz. Ən qabaqcıl ölkələrin özündən bir az geri qalan ölkələrə, onların da öz növbəsində daha çox geri qalan ölkələrə ehtiyacı vardır.

Daha yüksək elm tutumu olan müasir texnika icad olun­duq­dan sonra istifadədən çıxarılan texnika “mənəvi cəhətdən köhnəl­miş” (yəni özü təzə olsa da əsasında dayanan ideya köhnəlibdir) tex­­nika sayılır və onlar nisbətən aşağı səviyyəli ölkələrə ixrac olu­nur. Çox aşağı səviyyəli ölkə qabaqcıl ölkənin hətta artıq istifa­də­dən çıxardığı texnika üçün də yetişməmiş olur.

Bu iyerarxiya, ölkələrin çoxpilləli düzülüşü hər­bi texnika tim­­salında özünü daha qabarıq göstərir. Elmi-texniki potensial get­­dikcə məhz hərbi sənaye elmi-texniki inkişafın əsas tətbiq sa­hə­sinə çevrilir. Çox vaxt beynəlxalq siyasət də bu iqtisadi məna­fe­yə ta­be etdirilir. Böyük dövlətlərin (məs., ABŞ və Ru­siya) öz ara­la­rın­dakı rəqabət hərbi texnikanın daim təkmilləşdirilməsini tələb et­diyindən “mənəvi cəhət­dən köhnəlmiş” hərbi texnikanın satılması üçün ba­za­ra həmişə ehtiyac olur. Ona görə də qabaqcıl döv­lət­lərin və böyük hərbi sənaye şirkətlərinin mənafeyi nisbətən geri qalmış ölkələrdə müharibə və münaqişə şəraitinin olmasını tələb edir.

Böyük dövlətlər siyasi arenada aşkar şəkildə sülhün qarantı kimi çıxış etsələr də həmin dövlətlərin maliyyə oliqarxiyası və hərbi sənaye sahibkarları bir qayda olaraq başqa istiqamətdə fəaliyyət göstərirlər. Qərb dünyasına yaxşı bəlli olan bu məntiq bizim tərə­fimiz­dən bəzən çətin başa düşülür, çünki “sağlam fikrə” ziddir. Mə­sə­lən, Dağlıq Qarabağ konfliktinə münasibətdə ABŞ dövlətinin rəs­mi mövqeyi ilə ABŞ Konqresinin müəyyən dairələrinin mövqe­yinin köklü surətdə fərqlənməsi və birincinin ikinciyə güzəştə get­məsi təəccüblü görünür. Halbuki ABŞ-ın özündə buna çox vaxt təbii hal kimi baxılır.

İnkişaf etmiş ölkələrin iqtisadi cəhətdən nis­bə­tən geri qalan ölkələrə ixrac etdikləri məhsullar təkcə mənəvi cəhətdən köhnəlmiş texnologiya və hərbi tex­nikadan ibarət deyil. Həmin ölkələrin əha­lisinin tələ­ba­tına cavab verməyən, yenə də “mənəvi cəhətdən köhnəl­miş” və ya hətta ekoloji standartlara uyğun gəl­məyən isteh­lak şey­lərinin – məişət texnikası və ərzaq məhsullarının da kütləvi ix­ra­cı ölkələrarası iqtisadi əlaqələrdə mühüm yer tutur.

Bütün bunlara, əlbəttə, düzmək olar və düzül­məlidir. Çünki, Azərbaycandakı intellektual potensial onu ən qabaqcıl ölkələrlə mü­qayisə etməyə imkan ver­sə də, hələ bu potensialın iqtisa­diy­yat­da reallaşdı­rıl­ması üçün xeyli vaxt lazımdır (bir şərtlə ki, xammal sa­tıb istehlak şeylərinin hazır şəkildə alınması prak­tikası dayanaqlı vər­diş halına keçməyə, gələcəyə yö­nəl­miş quruculuq planlarını, elm tutumlu istehsalın təşkilini kənarlaşdırmaya).

Bəli, hazırkı məqamda Azərbaycanın sosial-iq­ti­sadi durumu elədir ki, biz xarici ölkələrdən istehlak texnikası, ərzaq məhsulları da alırıq, hətta humanitar yardıma da ehtiyacımız vardır. Lakin daha pers­pek­tivli əməkdaşlıq istiqaməti elmi-texniki əməkdaşlıq­dır, Azərbaycanın ən böyük sərvəti olan intellektual potensiala istinad edən əməkdaşlıqdır. Bəşəriyyətin keç­diyi tarixi yola nəzər salsaq görərik ki, bütün tarix boyu Şərq və Qərb sivilizasiyaları bir-birini müntə­zəm surətdə əvəz etmişdir.

Bilimin, mədəniyyətin, ilk insani dəyərlərin be­şiyi olmuş Qoca Şərq b.e.ə. I minilliyin birinci yarı­sın­da öz əvvəlki inkişaf tempini və öncül mövqeyini tədricən itirmiş, Qədim Yunanıstan elm və mədə­niy­yətin inkişafı sahəsində irəli çıxmışdır. Lakin antik sivilizasiya boş yerdə yaranmamış, Qədim Şərq si­vilizasiyasından bəhrələn­mişdir. Roma imperiya­sının süqutu ilə bəşər tarixində misilsiz rol oy­na­mış antik elm və mədəniyyət də süquta uğramışdır. Lakin impe­riya­lar dağılsa da, onlardan miras qalmış elm və mədəniyyət tamamilə silinməmiş və tarixin yaddaşına köçərək yenidən dirçəlmək üçün əlverişli məqam göz­ləmişdi.

Antik sivilizasiyadan sonra bəşər tarixində ən parlaq dövr, yeni elmi-mədəni yüksəliş erası VII əsrdən sonra İslamın yaran­ma­sı ilə başlanmışdır. Bilim və mədəniyyətin inkişaf mərkəzi yenidən Şərq dünyasına köçmüşdür. Bu dövrdə yaranan yeni islam siviliza­sıyası özündən əvvəlki elmi nailiyyətlərin, mə­dəni-mənəvi dəyər­lərin dağılmasına yol verməmiş, on­ların qoruyub saxlamış, inkişaf etdirmiş və Qərb dünyasının intibahı üçün şərait yaratmışdır.

XV-XVI əsrlərdə əvvəlcə Renessans və daha sonra yeni iqtisadi münasibətlərə – kapitalizm cəmiy­yətinə keçidin əsasının qoyulması ilə yenidən dirçələn Qərb sivilizasiyası öncül mövqeyə keçmişdir.

Lakin yeni dövr sivilizasiyası (və onun davamı olan müasir Qərb sivilizasiyası) da boş yerdə yaran­mamış, azıq şəkildə etiraf edilsə də, edilməsə də orta əsr Şərq mədəniyyətindən, İslam sivilizasiyasından çox şey götürmüşdür. Müasir Qərb sivilizasiyası əsa­sən elm və texnikanın tərəqqisinə istinad etmişdir. Lakin indi bir çox tədqiqatçılar artıq Qərb siviliza­siyasının da tənəzzülündən, süqutundan danışırlar.

Tarixin inkişaf məntiqindən çıxış edilərsə, indi növbə Şər­qin­dir. Lakin Şərq sükan arxasına keçməyə tələsmir. Bir tərəfdən yeni dövr sivilizasiyası hələ da­vam edir və ona alternativin olması az qala ağ­la­sığmazdır. Digər tərəfdən, ayrı-ayrı lokal alterna­tiv­lər ya­ra­nır. Məsələn, kiçik bir Yaponiyanın müasir tex­nologiyanın inkişafı sahəsində Qərbə meydan oxu­ması bir daha sübut edir ki, Şərq dünyasının po­ten­sialı heç də tükənməmişdir və o öz sözünü hələ de­yəcəkdir. Lakin sivilizasiyaların dəyişməsi, köhnə­nin estafeti yeniyə ötürməsi ilk baxışda göründüyü kimi sadə və asan olmayıb, çox mürəkkəb və ağrılı bir pro­sesdir. XX əsrin sonu, XXI əsrin əvvəllərində azıq-aşkar ortaya çıxan bu ağrılar yeni doğuşdan xəbər verir.

Keçmişdə hər hansı bir dövlət öz siyasi ira­də­sini başqa ərazilərdə də tətbiq etmək üçün mütləq mü­haribə yolu ilə həmin əraziləri işğal etməli idi. Tə­sadüfi deyildir ki, ənənəvi təsəvvürlərə görə dövlətin əsas atributlarından biri də suverenlik, sərhəd və ordu hesab olunur.

Müəyyən bir ərazidə müəyyən hüquq norma­larını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən nor­malarla tənzim etmək üçün ilk növədə sərhəd to­xunulmazlığı tələb olunur. Lakin zaman keçdikcə sərhəd öz mənasını dəyişir.

Sərhəddin qorunması müasir anlamda heç də o demək deyildir ki, buradan bir quş da keçə bilməz. Ək­sinə, müasir dövrdə gediş-gəliş xeyli artmışdır. Bö­yük şəhərlərdə bəzən xaricilər yerli vətəndaşlardan daha çox gözə dəyirlər. Əsas məsələ odur ki, həmin ölkədəki qanunlara, hüquq normalarına əməl olunsun.

Əksinə, sərhəddindən quş da keçməyən ölkələr var­dır ki, burada hər şey xarici investisiya ilə, xarici ölkə şirkətlərinin sifarişi ilə, yabançı mədəniyyətin tə­sir dairəsinin genişlənməsi ilə müşayiət olunur.

Əslində dövlətin ərazi bütövlüyü və suverenliyi ilk növbədə həmin ərazidə milli maraqların qorun­ma­sı ilə bağlıdır28. Lakin milli maraqlar anlayışı geniş mənada götürüldükdə, xarici dövlətlərin təcavüzü iq­ti­sadi və mədəni müstəvilərdə, habelə informasiya fə­zasına məqsədyönlü müdaxilə şəklində də ola bilər.

Elmi-texniki inkişaf səviyyəsinə görə və elm tutumlu sənaye­nin inkişafına görə irəlidə gedən döv­lətlər gec-tez dünya iqtisadiy­yatında aparıcı mövqe tutmaqla digər ölkələrdə iqtisadi inkişafa təsir etmək imkanına malik olurlar.

Müasir iqtisadi proseslər siyasi sərhədləri asan­lıqla keçə bilir. İqtisadiyyatı güclü olan ölkə başqa ölkələrin təkcə iqtisadiyyatına deyil, həm də mədə­niy­yətinə və mənəviyyatına təsir etmək imkanı qaza­nır.

Texniki cəhətdən daha yüksək keyfiyyətlə çə­kil­miş rəngli bədii film geri qalmış texnologiya əsa­sında çəkilmiş ağ-qara filmə nisbətən daha çox tama­şaçı cəlb edə bilir. İnsanların estetik zövqünü oxşa­maqla bu gözəlliyin arxasında gizlənmiş ideoloji və mənəvi motivlər də tamaşaçıya mənimsədilmiş olur.
Elmi və texniki nailiyyətlər, onların istehsalata tət­biqi cəmiyyətdə iqtisadi tərəqqinin başlıca amilləri sıra­sına dixildir. Əslində kapitalizm cəmiyyəti özü tex­niki tərəqqi sayəsində, istehsal vasitələrinin işçi qüvvəsinə nisbətən daha həlledici rol oynaması sayə­sində meydana gəl­mişdir. Bütün sonrakı dövrdə də sahibkarların gəli­rinin artmasının mühüm vasitə­lə­rin­dən biri məhz texniki rekon­struksiya, yeni, daha səmərəli texniki vasitələrdən isti­fadə edilməsi olmuşdur. Nə qə­­dər ki, yeni texnikanın qu­raşdı­rıl­ma­sı əsasən prak­tik biliklər hesabına həyata ke­çirilirdi və böyük miq­yaslı fəaliyyət tələb etmirdi, ölkə miqyasında va­hid texniki siyasətə də ehtiyac yox idi. Ona görə də tex­niki tərəqqi ayrı-ayrı sahibkarların imkan və səylərinə müvafiq olaraq, pərakəndə su­rətdə həyata keçirilirdi. Belə şəraitdə texniki yenidənqurmanın sosial nəti­cələri də tənzim olunmur və kortəbii xarakter daşıyırdı. Tex­niki tərəqqi sahəsində vahid dövlət siyasətinin olma­ması, sahibkarların istənilən texniki yeniliyi tətbiq et­məkdə azad olması, bir tərəfdən texniki yaradıcılığın in­kişafına meydan açırdısa, digər tərəfdən, onun do­ğurdu­ğu kütləvi işsizliyin, ekoloji problemlərin və s. qarşısını almaq məqsədi ilə hər bir sistemli tədbir gö­rülməsini is­tisna edirdi.

Özlüyündə müsbət hadisə olan texniki tərəq­qinin sosial tə­nəz­zülə, kütlələrin daha çox təbəqələş­mə­sinə, işsizliyə və mənəvi deq­radasiyaya səbəb ol­ması kapita­lizm cəmiyyəti­nin başlıca zid­diy­yətlə­rin­dən biri idi. Mən­tiqi olaraq belə çıxır ki, cəmiyyət inkişaf etdikcə bu zid­diyyət də kəskinləşməli idi.

Texniki tərəqqinin böyük vüsət aldığı və klassik ka­pitalizm cəmiyyətinin daxili ziddiyyətlərinin üzə çıxdığı bir dövrdə texniki nailiyyətlərin sənayeyə və ümumiyyətlə ictimai-iqtisadi həyata təsiri zəhmət­keş­lə­rin həyat şə­raitini daha da pisləşdirir, mənəvi tənəz­zül doğururdu. Texniki tərəqqinin insanın maddi və mə­nəvi həyatına bu cür mənfi təsir imkanları çox vaxt texnikanın öz tə­biətindən irəli gələn zəruri nəticələr kimi qələmə veri­lir. Texniki tərəqqiyə belə bədbin mü­nasibət elm və texni­kanı xoşbəxt gələcəyin açarı kimi qiymətləndirən sayentist və texnisist baxışların əksinə çıxır. Halbuki istər texnoloji determinizm, itər­sə də tex­noloji pessimizm texniki tərəq­qinin do­ğur­duğu nəticələrin əslində onun hansı ictimai-iq­tisadi şə­raitdə həyata keçməsindən asılı olduğunu nə­zərə al­mır. Texniki tərəqqinin insana mənfi təsir imkan­larını aradan qaldırmaq üçün özlüyündə mütə­rəqqi olan bu hadisənin qarşısını almaq, məhdudlaşdırmaq deyil, onu elə istiqamətləndirmək, elə tətbiq etmək lazım­dır ki, bütün mənfi təsir imkanları minimuna endiril­sin. Bunun üçün isə elmin, texnikanın inkişafı yalnız iq­tisadi səmə­rəyə deyil, həm də sosial-mənəvi mə­na­feyə uyğunlaş­dırılmalı, mümkün ola biləcək demo­qrafik, eko­loji, so­sial və mənəvi nəticələr nəzərə alın­malıdır. La­kin texniki tərəq­qinin sosial nəticələrinin bu və ya digər istiqamətə yönəldə bilmək üçün əv­vəlcə bu tərəqqiyə nail ol­maq lazımdır. Hansı ictimai-iqtisadi quruluşda texniki tərəq­qinin nə kimi nəticələr doğurması probleminə toxun­mazdan əvvəl hansı qu­ruluşun texniki tərəqqi üçün daha yaxşı imkan aç­ma­sına diqqət yetirilməlidir.

İdeoloji konfrantasiya şəraitində sovet tədqi­qat­çı­ları kapita­list dünyasında elmi-texniki tərəqqinin an­caq sosial, mənəvi və ekoloji nəticələrindən bəhs etmiş, mövcud siyasi, ictimai-iqtisadi sist­emin, dövlət proqramla­rının elmi-texniki tərəqqinin özü üçün, onun intensivli­yinin yüksəldilməsi və səmərəli təşkili üçün nə dərəcədə əlverişli olması məsələsi isə kölgədə qalmışdır.

Məsələ burasındadır ki, kapitalizm dünyasında məhz xüsusi müəssisələr arasındakı rəqabət texniki tə­rəq­qinin başlıca hərəkət­ve­rici qüvvələrindən biri olmuş­dur. De­məli, yeni bir amil neqativ so­sial nəti­cələri şərtlən­dir­məklə yanaşı texniki tərəqqinin inten­siv­li­yini də şərt­ləndirir. Burada həm vahid mərkəzdən planlaşdırılan, həm də daxili rəqabətə və müəssi­sə­lə­rin nisbi müstəqil­liyinə əsasla­nan təsərrüfat sistemlə­rinin üstün və zəif cəhətləri ortaya çıxır. Belə güman etmək olardı ki, planlı iqtisa­diyyat eyni zamanda tex­niki tərəqqinin də planlaş­dırılma­sına imkan açdığın­dan onun so­sial nəticələrini də qabaq­cadan nəzərə al­maq mümkündür. Lakin texniki tərəqqinin həmin dövr­də proqnozlaşdırıla bilməyən və yalnız tətbiq olun­duqdan xeyli sonra özünü büruzə verən neqativ nəticələri də vardır ki, bunlardan yaxa qurtarmaq planlı təsərrüfat sistemi şəraitində də mümkün deyil. Belə neqativ halların qarşı­sının alınması ancaq elmi və texniki biliklərin daha yüksək inkişaf səviyyəsində həyata keçirilə bilər. Çünki texniki tərəqqinin sosial, demoqrafik, ekoloji və mənəvi nəticələrinin proqnoz­laşdırılması işi yüksək elmi əsaslar üzərində qurul­masa və ən mükəm­məl texnologiyaya istinad edil­mə­sə, problem ictimai-iqtisadi sistemin xarakte­rin­dən ası­lı olaraq öz-özünə həll edilə bilməz.

Klassik kapitalizm cəmiyyəti şəraitində texniki tə­rəqqi ilə onun müxtəlif ictimai həyat sahələrindəki nəti­cələri arasındakı qarşılıqlı əlaqə hələ nəzərə alına bilmir­di. Sonrakı mərhələdə isteh­salın təmərküz­ləş­mə­si, iri inhisarların əmələ gəlməsi bir tərəfdən ka­pi­talizm cəmiy­yətinin ziddiyyətələrini daha da kəs­kinləşdirsə də, digər tərəfdən daha böyük texniki ye­nidÿnqurma planları­nın həya­ta keçirilməsinə imkan açdı. İri burjuaziyanın təzyiqi ilə xırda is­teh­sal müəs­sisələrinin inteqrasiyası texniki tərəqqinin naliyyət­lə­rin­dən daha məqsədyönlü şə­kildə istifadə etməyə imkan verirdi. Lakin ilk vaxtlarda iri burjuaziya bu im­kanlardan yalnız öz məna­feyi naminə istifadə et­məyə çalışırdı. Bu isə zəhmətkeş kütlələrin texniki tərəqqini öz mənafelərinə zidd bir hadisə kimi mə­nimsənil­mə­sinə səbəb olurdu. Nəticədə texnikadan bi­la­vasitə istifadə edən və onun əyərəksiyini yaxşı bilən us­talar, fəhlələr nəinki texniki tərəqqinin iştirak­çısı olmadılar, əksinə, yeni texnikaya, maşınlara düş­mən kə­sildilər. İmperializm mərhələsində kapitalizm cə­miy­­yəti “olum ya ölüm” dilemması ilə üzləşir. Bir tərəfdən tex­niki tərəq­qini məhdudlaşdırmaq olmazdı, çünki bu, bütöv­lükdə məhsuldar qüv­vələrin inkişa­fı­nın qarşısını kəsmək olardı. Digər tərəfdən də tex­nikanın sürətli in­kişafı idarə oluna bilinməyən, hər cür qarşısı alın­mayan neqativ nəticələr törədərdi. İm­pe­rializm mərhələsində ka­pi­talizm cəmiyyətinin böhranı, çürüməsi, süqutu haqqında müla­hi­zələri şərt­ləndirən ən ciddi ziddiyyətlərdən biri məhz bundan ibarət idi.

Lakin bundan sonra baş verən hadisələr yaran­mış və­ziyyətin xeyli dəyişməsinə səbəb oldu. Bu ha­disələrdən biri sosialist təli­mi­nin və sosialist sis­te­minin yaranması idi. Sosialist ölkələrinin təc­rü­bə­sin­dən istifadə olun­ması və daha çox dərəcədə onunla rəqabət zə­rurəti kapita­list ölkələrində daxili rəqabətin arxa plana keçmə­sinə, bütün ölkənin mənafeyini nə­zə­rə alan proqramların həyata ke­çiril­məsinə səbəb oldu.

Digər hadisə texniki tərəqqidən elmi-texniki tərəqqiyə keçid idi. Əgər texniki tərəqqi texnikanın yalnız əməli biliklər hesabına nisbi müstəqil inkişafı ilə məhdudla­şırsa, elmi-texniki tərəqqi həm də elmi biliklərin texni­kanın yenidən qurulması işinə tətbiqini nəzərdə tutur. Yeni elmi biliklərin əldə edilməsi və tətbiqi isə bir sı­ra spesifik cəhətlərə malikdir və elmin iqtisadi həyatda rolu art­dıq­ca bu cəhətlər özünü daha çox biruzə verməyə başlayır. XX əsrdə nəinki təkcə məhsuldar qüvvələr, həm də istehsal münasibətləri, cəmiyyətin sosial strukturu və s. elmin get­dikcə artan təsirinə məruz qalır.

Elmin spesifik cəhətlərindən biri də budur ki, ayrıca bir müəs­si­sə, şirkət, firma miqyasında onun inkişafını təmin etmək mümkün de­yil. Əgər müəs­sisələrin rəqabəti xırda texniki yeniliklərin həyata ke­çirilməsinə imkan ve­rirdisə, elmin inkişafı üçün, əksinə, buxova çevrilirdi. Texnikanı yeni keyfiyyət mər­­hələsinə qaldırmağın yeganə çarəsini yeni bilik­lərin tətbiqində görən işgüzar dairə­lər istər-istəməz el­min inkişafına şərait yaratmağa ça­lışır­dılar. Onlar elmin mənafeyi naminə, bütövlükdə öl­kənin elmi-tex­niki potensia­lını inkişaf etdirmək na­minə bəzən öz ara­larındakı rəqabətdən geri çəkilərək bir­gə tədbir­lərdə iştirak etməli olurdular.

Vahid, bütöv elm sisteminin iqtisadiyyat, təsər­rü­fat meyda­nı­na daxil olması vahid iqtisadi siyasət üçün də mey­dan açdı. Be­lə­lik­lə, bir tərəfdən sosialist dün­yası ilə rəqabət digər tərəfdən də el­min sürətli inkişafı və so­sial-iqtisadi siyasətə təsiri kapitalizm cə­miy­yətinin im­perializm mərhələsi kimi qiymət­lən­di­rilən yeni key­fiyyət halını tədricən dəyişdirdi. XIX əs­rin axırları və XX əsrin əv­vəl­lərində getdikcə şid­dətlənən və labüd olaraq süquta aparmalı olan zid­diyyətlər iki sistemin qarşıdur­ması və elmin bilavasitə məh­sul­­dar qüvvəyə çevrilməsi şə­raitində tədricən öz xarakterini də­yiş­məyə başladı. Elmin məhsul­dar qüv­vələrin inkişafına təsiri XIX əsrdə nəzərə çarpacaq bir hadisə idi. XX əsrdə bu prosesin sü­rət­lən­­məsi nəinki elm ilə istehsalat arasın­dakı əlaqənin xarak­terində və ya məhsuldar qüvvələrin in­kişafında, həm də bütöv­lük­də elmi-texniki və sosial-iqti­sadi siyasətin xarak­terində ciddi key­fiy­yət də­yi­şikliklə­rinə səbəb oldu. Məhz bu dəyişik­liklərin nəticə­si­dir ki, XIX əsrin axır­la­rında və XX əsrin əvvəllərində dünya im­peria­lizmini təmsil edən ölkələr indi inkişaf etmiş ka­pi­talist ölkələri adlandırılırlar.

XX əsrin ortalarında daha yalnız təbiətşünaslıq deyil, həm də bir sıra ictimai elmlər tətbiqi funksiya kəsb etməklə inkişaf etmiş kapitalist ölkələrinin so­sial-iq­tisadi həyatında mühüm rol oynama­ğa başla­dı­lar. İstehsal tex­nikasının təkminləşdirilməsi və elmi tu­tu­mu böyük olan yeni texnika növlərinin yaradıl­ması ilə yanaşı bü­töv­lükdə təsərrüfatın elmi əsaslarla ida­rə olunması üçün şərait ya­ran­dı. Dövlətin yeritdiyi iqtisadi, sosial və elmi-texniki siyasətdə elmi ida­rə­etmə prinsipləri get­dikcə daha çox nəzərə alınmağa başlandı. Sa­hibkarların sinfi məna­feyi ilə ziddiyyət ya­ranmadıqda işin elmi təş­­kili rəhbər tutuldu. İstər təsərrüfatın, istərsə də xidmət sahələ­ri­nin elmi təşkili cəmiyyətin obyektiv inkişaf qa­nunauyğun­luqları ilə daha çox səsləşdiyindən heç də yalnız burju­aziyanın deyil, bütöv­lük­də əhalinin mənafeyinə uyğun gəlirdi. Əməyin elmi təşkili sahə­sin­dəki tədqiqatlar və sosial-iqtisadi həyatın elmi təhlili göstərdi ki, izafi qazan­cın artırılması üçün işçi qüvvəsinin özünə başlıca sərvət kimi baxmaq və onu inkişaf etdirmək lazımdır. Çünki zəh­mət­keş­lə­rin həyat tərzi yaxşılaşdıqca, ümumi mə­dəni səviyyəsi yük­səl­dik­cə, onların peşəkar işçi kimi formalaşması asanlaşır. Tə­sər­rüfatın və əməyin elmi zə­mində, kompleks proqramlar əsasında təşkil olun­ması, yüksək texnoloji və iqtisadi təfəkkür mədəniy­yə­ti­nin təmin edil­məsi əmək məhsuldarlığının və nəticə etibarilə sahib­ka­rın qazancının da àrtmasına səbəb olur.

Nə qədər ki, istehsalın texniki təchizat səviyyəsi aşağı idi və məhsuldarlığın artırılması əsasən fəhlənin ağır fiziki əməyi hesa­bı­na başa gəlirdi, onda bir fəhlə­nin başqasından heç bir xüsusi fərqi yox idi və lazım gəl­dikdə onu başqaları ilə əvəz etmək çətinlik törət­mirdi. Onda sahibkarın öz fəhlələrinin sağlamlığı, hə­yat şə­raiti, təhsil və mədəni səviyyəsi ilə maraq­lan­masına da xüsusi ehtiyac yox idi. Lakin elə ki, sa­hibkar fəhlənin mütəxəs­sis kimi, texniki avadan­lı­ğın xüsusiyyətlərini bi­lən və peşəkar əməli vərdiş­lə­rə ma­lik olan usta kimi ye­tişməsi üçün xərc çəkir, onda ən qiymətli sər­vət texnika yox, mü­təxəssis-fəhlə olur. Beləliklə elmi-texniki tərəq­qi­nin təsiri ilə müasir ka­pitalizm cəmiyyətində dəyərlər dəyi­şir. Sinfi məna­felər arasında ziddiyyət saxlansa da, elmi-texniki tə­rəqqi bu ziddiyyətin kəskinləşməsini zəiflədir.

Beləliklə, inkişaf etmiş kapitalizm mərhələsi bir sıra özünə­məxsus cəhətlər kəsb edir. Bu yeni mər­hələ-nin klassik kapitalizm və imperializm mər­hələ­lərindən key­fiyyətcə fərqləndiyini nəzərə çarp­dır­maq üçün D.Bell onu “sənayedən sonrakı cəmiyyət” (“pos­t­­industrial cəmiy­yət”), C.Qelbreyt isə “yeni sənaye cəmiy­yəti” adlandırır.

D.Bell hesab edir ki, cəmiyyətin marksist sxem əsasında icti­mai-iqtisadi formasiyalara bölünməsi mül­kiyyət müna­sibətlərinin yeganə meyar kimi götürülmə­sinə əsaslanır. Lakin da­ha bir meyar da var ki, bu da istifadə olunan bi­lik növlərinin də­yiş­­məsi, isteh­sa­lın bir texniki səviyyə­dən yeni texniki sə­viyyəyə keç­­məsidir. Bu ba­xım­dan D.Bell cəmiyyətin inkişafını üç mərhə­lə­yə ayırır: “sə­na­ye­dən əv­vəlki cəmiyyət”, “sənaye cəmiyyəti”, “sə­na­­­­ye­dən sonrakı cə­miyyət”. O, “sənayedən sonrakı cəmiyyətin” 5 əla­­­mətini qeyd edir: 1) xidmət iqtisadiy­ya­tının üstünlük təşkil et­mə­si; 2) “mütəxəssislər və tex­niklər sinfinin” roulunun getdikcə art­­ması; 3) texnikanın yenidən qurulması və siyasətin for­malaş­ma­sın­­da nəzəri biliyin həlledici rolu; 4) texnolo­giyaya nəzarət edil­mə­si; 5) qərarların yeni “intellektual texnologiya” bazasında qəbul edilməsi.

Göründüyü kimi, bu əlamətlərin əksəriyyəti məhz elmi bilik­lə­rin yeni texnika və texnologiya vasitəsilə istehsal və xidmət sahə­lə­ri­nə sirayət etməsi ilə bağ­lıdır. Təsadüfi deyil ki, C.Furastye kapita­lizmin bu yeni inkişaf mərhə­ləsini “bilik sivilizasiyası” adlan­dırır.

Fransız iqtisadçısı C.Elqozi istehsalın avtomat­laş­dırılmasının və ümumiyyətlə elmi-texniki tərəq­qi­nin do­ğur­duğu nəticələri təhlil edərək ”inqilabçılarsız inqi­lab”ın mümkünlüyü qənaətinə gəlir.

Lakin elmi-texniki inqilabın guya sosial inqilabı əvəz etməsi haq­qında fikirlər müəyyən faktiki əsasa malik olsa da, real vəziy­yə­­ti heç də tam düzgün əks etdirmir. Mə­sələ burasındadır ki, sinfi zid­diyyətin aradan qalxması və həyat səviyyəsinií yüksəlməsi əsa­sən mühəndis – texniki iş­çilərə aiddir. Kvalifikasiya dərəcəsi aşağı olan və yalnız əl əməyinə arxalanan fəhlə kütləsi yenə də hər cür qay­ğı və təminatdan məhrum olaraq qalır. Bu, xüsusən üçüncü dün­ya ölkələrindən iş axtarmaq üçün gələn “ucuz işçi qüvvəsinə” aiddir.

Digər tərəfdən də inkişaf etmiş kapitalist ölkə­ləri imperializm mərhələsi üçün səciyyəvi olan bir sıra köklü ziddiyyətlərdən hələ də azad ola bil­mə­mişdir. Obyektiv təh­lil göstərir ki, müasir dövrdə kapitalist ölkələrinin elmi-texniiki tərəqqi sahəsində yeritdiyi siyasət heç də yalnız daxili problemlərin həll olunmasına yönəldil­mə­­mişdir. Müharibədən sonrakı dövrdə imperializm mərhə­lə­sinə xas olan militarizm əhval-ruhiyyəsi yenidən üstünlük təşkil etmişdir və bu, daha çox dərəcədə kütləvi qırğın silahlarının kəşfi ilə əlaqədar­dır. İnkişaf etmiş böyük ölkələr, ilk növbədə ABŞ və SSRİ, öz texnoloji nailiyyətlərindən hərbi texnikanın modernləşdi­rilməsi, ən yeni elmi-texniki kəşflərin məhz hərbi sahəyə tətbiq olun­ması üçün istifadə etmişlər. ABŞ-ın Xirosima və Naqasa­kiyə atom bombası atması ilə başlanan iki dünya sistemi arasındakı soyuq müharibə əslində elmi-texniki rəqa­bətin ağırlıq mərkəzinin hərbi sənayeyə keçməsi ilə nəticələndi.

Son illərin təcrübəsi sübut edir ki, hazırlanmış si­lah istifadə­siz qalmır. İnkişaf etmiş ölkələr məhz hərbi texnika üstünlüyünə arxa­lanaraq öz siyasi möv­qelərini başqa ölkələrə də qəbul etdir­məyə çalışırlar. Ən səciyyəvi olan isə budur ki, inkişaf etmiş ölkələr hərbi texnikanı təkmilləşdirdikcə “köhnəlmiş texnikanı” üçüncü dün­ya ölkələrinə ixrac edir və bununla əslində onları müharibəyə təhrik edirlər. İmperialist ölkələrin “sülhsevər siyasə­tini” nümayiş etdirən müxtəlif beynəlxalq forumların qə­rarları onların hərbi texnika sahəsində yeritdikləri si­lahlanma siyasəti ilə üzləşir və yeni dövrün daha bir zid­diyyəti ortaya çıxır. Hərbi texnikanın səviyyəsi xarici siyasətə tə­sir edir və texnokratiya ideyası yaranır. Bəzi ideoloqların müa­sir kapitalizm cəmiyyətini texnokratik cəmiyyət kimi səciyyə­lən­­dirmək cəhdləri, əlbəttə, əsassız deyil. Onlar yük­sək texniki inkişaf sə­viyyəsinin təkcə iq­tisadi amil kimi deyil, həm də siyasi amil kimi çı­xış et­məsinə istinad edirlər. Doğrudan da, texniki səviyyə dövlə­tin sosial-iqtisadi siyasətinin müəyyənləşməsinə xeyli təsir göstərir. Xü­susən xarici siyasət hərbi texnikanın inkişafından çox asılıdır. La­kin bununla belə, texnika­nın siyasəti müəy­yən etməsi fikri ilə ra­zılaşmaq olmaz. Texnika siyasətin həyata keçirilməsində yalnız vasitədir.

Bəs texnokratik təlimlərin meydana gəlməsinə səbəb nədir? Bunu yalnız ideoloji baxımdan, keçmiş sovet tədqi­qatlarında qə­bul edildiyi kimi sinfi ziddiy­yətlərini ört-bastır etmək cəhdi ola­raq izah etmək düzgün olmazdı. Tex­nokratik təlimlərin ideoloji kök­ləri ilə yanaşı müəyyən qnoseoloji kökləri də vardır. Elm və tex­nikanın yüksək inkişaf səviyyəsi son onilliklərdə kapitalist öl­kə­lərində yeridilən sosial siyasətə getdikcə daha çox təsir göstərir.

İqtisadi və elmi-texniki siyasətdə elmi prin­sip­ləri daha çox nə­zərə alan bir sıra kapitalist ölkələrində so­sial təminat və mədəni sə­viyyənin artması imkanı getdikcə daha geniş fəhlə kütlələrini əha­tə edir. Belə ki, istehsa­lın genişləndirilməsi, yeni sənaye müəssi­sə­­lərinin açıl­ması mühəndis-texniki kadrların və mütə­xəssis fəh­lə­lə­rin la­zım gəldikcə asanlıqla əvəz oluna bilməsi üçün ehtiyat qüv­və­lərin, işsizlər ordusunun da müəyyən ilkin hazırlıq səviyyəsinə ma­lik olması lazımdır. Tədqiqat göstərir ki, istehsalata cəlb olu­nan fəhlələrin heç olmasa təhsili varsa, onların müasir texnikanı idarə etməsi, müasir ixti­saslara yiyələnməsi daha tez və asan başa gəlir, işin key­fiyyəti yüksəlir və əmək məhsuldarlığı artıq olur.

70-80-ci illərdə istehsalın avtomatlaşdırılması şə­rai­tində mikro­elek­tro­nika, hesablama texnikası, robo­to­tex­nika, biotexnologiya kimi müasir sənaye sahə­lə­rinin ya­­ran­ması, xüsusən hərbi səna­ye­nin sürətli in­kişafı ilə əla­qədar olaraq elmin ən yeni nailiyyətlərinə əsaslanan mü­rəkkəb texniki qurğuların, raket texni­kasının, nüvə re­aktorlarının və s. geniş təşəkkül tap­ması yüksək kvali­fi­kasiyalı elmi-texniki kadrlara olan ehtiyacı daha da ar­tırdı.

Böyük mütəxəssislər ordusunun hazırlanması işi yalnız ümu­mən elm və maarifin inkişafı şəraitində, iste­dadlı adamların üzə çı­xa­rılması və onların intel­lektual poten­sialından maksimum səmə­rəli istifadə edilməsi sayəsində mümkün ola bilərdi. Yalnız varlı­ların, sahibkar uşaqla­rının təhsil alması mütəxəssis kadrlara olan böyük ehti­yacı ödəmək üçün kifayət deyildi. Yüksək intellektual po­­ten­sialı olan adamların üzə çıxarılması üçün daha geniş küt­lə­lərin təhsil al­ma­sına şərait yaradılmalı idi. XX əsrin ikinci yarı­sın­da ilk növbədə ABŞ-da və digər in­kişaf etmiş ka­pitalist ölkələrində bu tələbin ödənil­məsi dövlət siya­səti səviyyəsində həll olundu. Bütün ölkə vətən­daş­larının intellektual potensialının səfərbər olun­ması ilə yanaşı, imkan daxilində xarici ölkələrin (ilk növbədə üçün­cü dünya ölkələrinin) elm adamlarını və yüksək kvali­fi­ka­siyalı mütəxəssislərini işə cəlb etməyin müx­təlif üsullarından istifa­də edilməsinə başlandı.

İstehsal sahəsində əl əməyinin texnika ilə sıxış-dırılması və bu­ra daha çox mühəndis və texniki iş­çi­lərin cəlb olunması, təsər­rü­fa­tın elmi yolla idarə edil­məsi, əməyin elmi təşkili sahəsində mütə­xəs­sislərin – menecer­lərin rolunun artması əhalinin sosial tərki­bi­nin də tədricən dəyişilməsinə, öz yaşayış səviyyəsinə görə iri sahibkarlarla ixtisassız fəhlələr arasında orta mövqe tu­tan xüsusi təbəqənin formalaşmasına gətirib çıxarır. Burjua ideoloqlarının fikrincə bu yeni təbəqə dövlət siya­sətinin formalaşmasında aparıcı rol oyna­mağa başlayır. Bu, texnokratiya mərhələsinə keçidin əsas arqument­lərindən biri kimi qiymətləndirilir.

Geniş kütlələrin savadlanması xüsusi ixtisas­laşma tələb etməyən fiziki əməyin icrası üçün ucuz iş­çi qüvvəsi­nə ehtiyacı artırır. “Üçüncü dünya” ölkələri ucuz xammalla yanaşı ucuz işçi qüvvəsi­nin də məs­kəninə çevrilir.

İndustrial cəmiyyətdə mühəndis-texniki işçilə­rin bir qismi, kadr çatışmayan yeni sahələrdə yaxşı mütə­xəssis olan adamlar onlarla müqayisədə daha ağır işdə çalışan adamlara nisbətən qat-qat artıq maaş alırlar ki, bu da fəhlə sinfinin daxilində texniki tə­bə­qə­ləşmə ilə paralel surətdə sosial-iqtisadi təbəqələş­mə­nin yaran­ma­sına səbəb olur. “Hər şey insan naminə” prin­sipi əsas tutulma­dıqda aşağı­dakı mülahizələr hakim kəsilir: xü­susi ixtisaslaşma tə­ləb etməyən ağır işi gör­məyə adam çoxdur, yeni texni­kanı işə salan, onun fəaliyyətinə nəzarət edən adamlara isə eh­tiyac vardır. Deməli, ikincilərə müvəqqəti də olsa, yaxşı şərait yaratmaq, birin­ci­ləri isə bacardıqca daha çox və daha ağır və­ziyyətdə işlətmək və on­lar gücdən düşdük­də ye­niləri ilə əvəz etmək lazımdır. Bu mü­la­hizə xüsusi ixti­saslaşma kursu keçməyən, yalnız “qara əməklə” məş­ğul olan fəhlələrin maddi şəraitini daha da pis­ləşdirir, onların bir insan kimi inkişafını hər cür məh­dud­­laşdırmış olur.

XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı, iqtisadiyyatın və ictimai həyatın bütün sahə­lərinə nüfuz etməsi, xüsusən internet şəbəkəsinin ge­niş yayılması qloballaşma üçün texnoloji bazis hazır­lamış olur. Bu sahədə yüksək texniki inkişaf səviy­yəsində olan dövlətlər öz yüksək ixtisaslı mütəxəs­sislərinin köməyi ilə dünyada gedən proseslərə daha operativ və effektli təsir etmək imkanı qazandılar.

İndi elektron poçtu və internet nəinki kommu­ni­kasiyanın ən səmərəli və sürətli vasitələrinə çevril­miş­­dir. Nəinki beynəlxalq iqti­sa­di əlaqələrin gediş-gə­lişsiz qat-qat operativ olan üsullarını yarat­mışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf istiqa­mət­lərinə təsir göstərmək imkanına malikdir. Bu so­nuncu amil, yəni in­ter­ne­tin maarifləndirmək funk­si­yası ilə yanaşı, ideoloji, mədəni-mənəvi tə­sir (habelə diver­si­ya) funksiyası qloballaşma prosesində çox önəm­­li yer tutur.

Azərbaycan da elə müstəqilliyinin ilk illərindən bu problem­lərlə rastlaşmış, Heydər Əliyevin uzaq­gö­rən si­yasəti sayəsində qlo­bal­laşmanın iqtisadi inteq­ra­siya istiqamətində açdığı imkanlar­dan uğurla istifadə etməyə çalışmış, “Əsrin kontraktı”, “Böyük İpək yo­lu­nun bər­pası” kimi planetar miqyaslı iqtisadi ha­di­sələrin mər­kə­­zində dayanmağa nail olmuşdur. Bu­nun­la belə, iqtisadi inteq­ra­si­ya proseslərində bundan son­ra da yaxşı ölçülüb-biçilmiş, incə siya­sət aparıl­masına böyük ehtiyac vardır. Bundan əlavə, qlobal­­laşmanın ideoloji və mədəni-mənəvi təxribat aspek­t­ləri neytral-laşdırılmalı, əksinə, möhtərəm Heydər Əliyevin dediyi kimi, qərb dünyasından məhz tərəqqiyə xidmət edən müsbət mədəni amillər əxz olun­malı, Şərq və Qərb də­yərləri arasında optimal nisbət gözlənilməli, pozitiv balans yaradılmalıdır.


1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə